Endurance 40 mq N28 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Həzm sisteminə və metabolizmə təsir göstərən vasitələr. Peptik xoranın və qastroezofageal reflüks xəstəliyinin müalicəsi üçün vasitələr. Proton pompasının inhibitorları |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,39 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ENDURANS tədricən azad olanunan bərk jelatin kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Esomeprazole
Tərkibi
Enduans 20mq Təsiredici maddə: 1 kapsulda 20mq ezomeprazol (ezomeprazol maqnezium dihidrat şəklində) vardır. Köməkçi maddələr: mannit, saxaroza, povidon K30, dinatrium hidrofosfat, natrium karbonat, natrium laurilsulfat, krospovidon, hipromelloza E5, dispers metakril turşusu L30D sopolimeri, titan dioksid, talk, polisorbat 80, trietilsitrat, natrium hidroksid, ftalat hipromelloza, setil spirti. Kapsulun örtüyünün tərkibi: qırmızı dəmir oksidi, titan dioksid, jelatin. Endurans 40mq Təsiredici maddə: 1 kapsulda 40mq ezomeprazol (ezomeprazol maqnezium dihidrat şəklində) vardır. Köməkçi maddələr: mannit, saxaroza, povidon K30, dinatrium hidrofosfat, natrium karbonat, natrium laurilsulfat, krospovidon, hipromelloza E5, dispers metakril turşusu L30D sopolimeri, titan dioksid, talk, polisorbat 80, trietilsitrat, natrium hidroksid, ftalat hipromelloza, setil spirti. Kapsulun örtüyünün tərkibi: sarı dəmir oksidi, qırmızı dəmir oksidi, titan dioksid, jelatin.
Təsviri
Endurans 20mq: içində ağ və ya ağımtıl sferik pelletlər olan, gövdəsi açıq-çəhrayı rəngli, qapağı mat ağ rəngli, bərk jelatin kapsullardır, ölçüsü №2. Endurans 40mq: içində ağ və ya ağımtıl sferik pelletlər olan, gövdəsi açıq-qəhvəyi rəngli, qapağı mat ağ rəngli, bərk jelatin kapsullardır, ölçüsü №2.
Farmakoterapevtik qrupu
Həzm sisteminə və metabolizmə təsir göstərən vasitələr. Peptik xoranın və qastroezofageal reflüks xəstəliyinin müalicəsi üçün vasitələr. Proton pompasının inhibitorları. ATC kodu: A02BC05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi + + Ezomeprazol proton pompasının inhibitorudur (PPİ); mədənin pariyetal hüceyrələrində H /K – АТFazanın xüsusi inhibə olunması nəticəsində o, mədədə xlorid turşusunun sekresiyasını azaldır. Turş mühitdə pariyetal hüceyrədə hidrogen protonların omeprazolun S- və R-izomerlərinə birləşdiyi zaman aktiv inhibitor olan axiral sulfenamid əmələ gəlir. Proton pompasına spesifik təsir göstərərək, ezomeprazol xlorid turşusunun sintezinin son mərhələsini blokada edir və bununla belə mədədə turşuluğu azaldır. Bu effekt (mədədə xlorid turşusunun sekresiyasının azalması) dozadan asılıdır – sutkada 20 mq dozadan 40 mq dozaya qədər diapazonunda. Farmakodinamik effektləri Antisekretor aktivliyi Qastroezofageal reflüks xəstəliyinin (QERX) simptomatik müalicəsi üçün dərman vasitəsini istifadə etdikdə ezomeprazolun mədədə pH dəyərinə təsiri iki ayrı-ayrı klinik tədqiqatlarda qiymətləndirilmişdir. Birinci tədqiqatda ezomeprazolu 20 mq və 40 mq dozada 5 gün ərzində 36 pasiyent qəbul etmişdir, nəticələr Cədvəl 1 təqdim edilib. Cədvəl 1. Ezomeprazolun müalicənin 5-ci günündə mədədə pH dəyərinə təsiri Parametr Doza 20 mq Doza 40 mq Mədədə pH dəyəri 4-dən üstün olduqda vaxt faizi; saat (ölçülər 24 saat 53% 70%* ərzində aparılmışdır) 12,7 saat 16,8 saat Dəyilşliklərin əmsalı 37% 26% Mədədə 24 saat ərzində orta pH dəyəri 4,1 4,9* Dəyilşliklərin əmsalı 27% 16% * – 20 mq və 40 mq dozalarda ezomeprazolun effektlərinin arasında statistik əhəmiyyətli fərq (p<0,01) İkinci tədqiqatda 5 gün davam edən müalicə zamanı ezomeprazolun sutkada 1 dəfə 40mq dozada təsiri birinci tədqiqatda olanlarla tutuşduruldur (mədədə pH dəyəri 4-dən üstün olduqda vaxt faizi 68% təşkil etmişdir (16,3 saat)). Qan zərdabında qastrin konsentrasiyasına təsiri Ezomeprazolun qan zərdabında qastrin konsentrasiyasına təsiri təqribən 2700 xəstədə 8 həftə ərzində və 1300 xəstədə 6-12 ay ərzində davam edən iki klinik tədqiqatlarda qiymətləndirilmişdir. Beləliklə qeyd olunub ki, 2-3 ay ərzində davam edən müalicədə qan zərdabında qastrin konsentrasiyasının acqarına orta dəyəri plato səviyyəsinə çataraq dozaasılı artırdır və dərman vasitəsindən müalicə bitdikdən sonra 4 həftə ərzində əvvəlki səviyyəsinə qayıdırdı. Qan zərdabında qastrin konsentrasiyasının artmasında enteroxromafinəbənzər (EXB) hüceyrələrin hiperplaziyası əmələ gəlir və qan zərdabında A xromoqraninin (CgA) səviyyəsi artır, bu isə neyroendokrin şişlərini aşkaretmə məqsədilə diaqnostik müayinələri keçirdikdə saxta müsbət nəticəyə səbəb ola bilər. Qan zərdabında CgA konsentrasiyasını müəyyən etmək üçün ezomeprozolun qəbulu müayinədən ən azı 14 gün əvvəl dayandırılmalıdır və əgər onun səviyyəsi normal dəyərlərin yuxarı sərhədlərindən üstün olarsa, təkrar ölçülərin aparılması müzakirə olunalıdır. EXB hüceyrələrinə təsiri Kanserogenlik üzrə aparılan tədqiqatlarda sıçovullara omeprozolu 24 ay ərzində yeritdikdə mədənin EXP hüceyrəlindən karsinoid şişlərin sayının nəzərə çarpalı dozaasılı artması və həm kişi, həm qadın cinsli fərdlərdə EXP hüceyrələrin hiperplaziyası qeyd olunmuşdur. Digər PPİ uzunmüddətli yeritdikdə və ya H -histamin reseptorlarının antaqonistlərini yüksək2 dozalarda istifadə etdidkə sıçovularda mədə dibinin rezeksiyasından sonra karsinoidli şişlər həmçinin qeyd olunmuşdur. Uzunmüddətli tədqiqatlarda omeprazoldan müalicə almış > 3000 pasiyentlərdə (uşaqlar və böyüklər) mədənin biopsiyası keçirilmişdir. Müalicənin davametmə müddəti arttıqca EXB hüceyrələrdə hiperplaziyanın əmələ gəlməsinin tezliyi artırdır; buna baxmayaraq, bu xəstələrdə EXB hüceyrələrdən karsinoidlərin, displaziya və ya neoplaziyanın yaranma halları qeydə alınmamışdır. Ezomeprazoldan 6-12 ay ərzində müalicə almış (sutkada 10 mq, 20 mq və ya 40 mq) >1000 pasiyentlərdə dərman vasitəsinin dozasının və müalicəninin davametmə müddətinin artırılması ilə EXB hüceyrələrdə hiperplaziyanın əmələ gəlməsinin tezliyi artırdı. Heç bir xəstədə mədənin selikli qişasında EXB hüceyrələrdən karsinoidlərin, displaziya və ya neoplaziyanın yaranma halları qeydə alınmamışdır. Endokrin sisteminə təsiri 4 həftə ərzində ezomeprozolu 20mq və ya 40mq dozada peroral qəbul etdikdə qalxanabənzər vəzisinin funksiyasına onun təsiri qeyd olunmayıb. Ezomeprozolun endokrin sisteminə digər effektləri omeprozolun istifadəsi ilə bağlı tədqiqatlarda əldə olunmuş məlumatlara əsasən qiymətləndirilmişdir. 30 mq və ya 40 mq dozalarda 2-4 həftə ərzində peroral qəbulu zamanı omeprozol karbohidrat mübadiləsinə, qanda dövr edən paratireoid hormonunun, kortizolun, testosteronun, prolaktinin, xolesistokininin və ya sekretinin səviyyələrinə təsir göstərməyib. Farmakokinetikası Sorulması Bağırsaqlarda həll olunan pərdə ilə örtülmüş tədricən azad olan Endurans kapsulların tərkibində ezomeprazol maqnezium ilə sferik pelletlər vardır. Ezomeprozolu tədricən azad olan kapsul və ya peroral suspenziya şəklində 40 mq dozada birdəfəlik qəbul etmiş kişi və qadın cinsli 94 sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatlarda əldə edilən məlumatlar yüxarıda qeyd olunmuş dərman formalarının bioekvivalentliyini göstərir. Ezomeprazolu peroral qəbul etdikdən sonra dərman vasitəsinin qan plazmasında maksimal konsentrasiyasına çatması üçün lazımı vaxt (T ), təxmini 1,5 saat təşkil edib. Dərman vasitəsininmax qan plazmasındaki maksimal konsentrasiyasının dəyəri (C ) dərman vasitəsinin dozasına dairmax proporsional artır; dozanı 20mq-dan 40mq-a qədər artıranda “konsentrasiya-vaxt” (AUC) əyri xətt altındaki sahənin dəyəri 3 qat artır. Ezomeprazolu sutkada 1 dəfə 40mq dozada təkrarlı qəbul etdikdə onun sistem biomənimsənilməsi təqribən 90% təşkil edir, eyni dozada birdəfəlik qəbulundan sonra isə – 64% təşkil edir. Sutkada 1 dəfə 40 mq dozada qəbul etdikdə ezomeprazol üçün AUC orta dəyəri müalicənin birinci günündə 4,32 mkmol*saat/l-dən müalicənin 5-ci günü 11,2 mkmol*saat/l- ə qədər artır. Ezomeprazolu 40 mq dozada qida ilə birdəfəlik qəbul etdikdən sonra acqarına qəbulu ilə müqaisədə AUC 43-45% azalır. Endurans qida qəbulundan ən azı 1 saat əvvəl istifadə olunmalıdır. Ezomeprazolun farmakokinetik parametrləri dərman vasitəsini QERX simptomatik müalicə kimi 20 mq və 40 mq dozada 5 gün ərzində qəbul etmiş 36 xəstənin iştirakı ilə klinik tədqiqatda qiymətləndirilmişdir, nəticələr Cədvəl 2 təqdim edilir. Cədvəl 2. Ezomeprazolun 5 gün ərzində (müalicənin 5-ci günü) peroral qəbulu zamanı farmakokinetik parametrləri # Parametr Doza 20 mq Doza 40 mq AUC, mkmol*saat/l (dəyişiklik əmsalı, %) 4,2 (59%) 12,6 (42%) C , mkmol/l (dəyişiklik əmsalı, %) 2,1 (45%) 4,7 (37%)max T , saat 1,6 1,6max Yarımxaricolma dövrü (T ), saat 1,2 1,51/2 # – T istisna olunmaqla (orta arifmetik), parametrlərin dəyəri orta həndəsəli kimi təqdim edilibmax Paylanması Ezomeprazolun qan plazmasının zülalları ilə birləşmə dərəcəsi 97% təşkil edir. Qan plazmasındaki konsentrasiyaların 2-20 mkmol/l diapazonunda dərman vasitəsinin zülallar ilə birləşmə dərəcəsi dəyişilmir. Sağlam könüllülərdə görünən paylaşma həcmi tarazlı vəziyyətdə təqribən 16 l təşkil edir. Metabolizmi Ezomeprazol P sitoxrom sisteminin izofermentlərinin iştirakı ilə qaraciyərdə intensiv metabolizə450 olunur. Ezomeprazolun metabolitlərinin antisekretor aktivliyi yoxdur. Ezomeprazolun biotransformasiyasında əsasən CYP2C19 iştirak edir, onun təsiri altında hidroksilləşdirilmiş və desmetilləşdirilmiş metabolitlər əmələ gəlir. Dərman vasitəsinin metabolizmində CYP3A4 həmçinin iştirak edir, onun təsiri altında sulfon metablit əmələ gəlir. Ezomeprazolun metabolizminə dair CYP2C19 üçün polimorfizm xasdır. Avropoid irqli nümayyəndələrinin təxmini 3%-də və monqolid irqli nümayyəndələrinin 15-20%-də CYP2C19 izofermentin cüzi aktivliyi qeyd olunur, bu “ləng” adlanan metabolizatorlardır. Dərman vasitəsi üçün AUC dəyəri “ləng” metabolizatorlarda tarazlı vəziyyətdə avropoid və ya monqoloid irqli qalan nümayyəndələrdən (“sürətli” metabolizatorlar) fərqli olaraq təxmini 2 qat üstündür. Ekvimolyar dozalarla yeritmədən sonra S- və R-izomerlər qaraciyərdə müxtəlif yönəldilmiş biotransformasiyaya məruz qalırlar, nəticədə qan plazmasında R-izomerə nisbətən S-izomerin daha yüksək səviyyəsi qeyd olunur. Xaric olması Ezomeprazolun qan plazmasından yarımxaricolma dövrü təqribən 1-1,5 saat təşkil edir. 1%-ə qədər dərman vasitəsi sidiklə dəyişilməmiş şəkildə xaric olunur. Ezomeprazolun peroral yeridilən dozasının təqribən 80%-i qeyri-aktiv metabolitlər şəklində sidiklə xaric olunur, dərman vasitəsinin qalan hissəsi həmçinin qeyri-aktiv metabolitlər şəklində mədə-bağırsaq trakt (MBT) vasitəsilə xaric lunur. Mikrobəleyhinə vasitələrlə kombinə olunmuş müalicə Ezomeprazolu (sutkada 1 dəfə 40mq) klaritromisinlə (sutkada 2 dəfə 500mq) və amoksisillinlə (sutkada 2 dəfə 1000mq) kombinə olunmuş şəkildə 7 gün ərzində kişi və qadın cinsli 17 sağlam könüllülərdə istifadə etdikdə ezomeprazol üçün tarazlı vəziyyətdə AUC və C orta dəyərlərimax monoterapiya zamanı eyni dəyərlərlə müqaisədə yüksək olmuşdur, müvafiq olaraq 70% və 18%. Klaritromisinlə və amoksisillinlə kombinə olunmuş müalicə üçün xas olan ezomeprazolun qan plazmasındaki konsentrasiyalarının belə dəyişiklikləri dərman vasitəsinin təhlükəsizlik profilinə nəzərə çarpalı təsir göstərməyi ehtimal edilmir. Klaritromisinin və amoksisillinin farmakokinetik parametrləri həm “üçlü”, həm də ki monoterapiyada (dərman vasitələrini ayrı-ayrı istifadə etdikdə) eyni olmuşdur. Buna baxmayaraq, “üçlü” müalicədə klaritromisinlə monoterapiya ilə müqaisədə 14-hidroksiklaritromisin üçün AUC və C orta dəyərləri müvafiq olaraq19% və 22% artmışdır. Hesab edilir ki, qan plazmasındaki 14-max hidroksiklaritromisinin bu dəyişiklikləri klinik əhəmiyyətli deyil. Klopidoqrel ilə birgə istifadəsi Sağlam könüllülərin iştirakı ilə aparılan çarpaz tədqiqatların nəticələri klopidoqrelin (yükləyici doza 300 mq/dəstəkləyici doza 75mq sutkada) və ezomeprazolun (sutkada 1 dəfə daxilə 40mq) qarşılıqlı farmakokinetik təsirini göstərir. Uzunmüddətli kombinə olunmuş müalicə zamanı 30 gün ərzində qan plazmasında klopidoqrelin aktiv metabolitinin konsentrasiyası 35-40% azalırdır. Farmakodinamik parametrləri nəzərədən keçirdikdə həmçinin qeyd olunmuşdur ki, trombositlərin aqreqasiyasının inhibə olunmasının dərcəsinə aid olan dəyilikliklər qan plazmasında klopidoqrelin aktiv metabolitinin konsentrasiyasının dəyişilməsi ilə bağlıdır. Mikofenolat mofetil ilə birgə istifadəsi Omeprazolu sutkada 2 dəfə 20mq dozada 4 gün ərzində almış və son istifadədən təxmini 1 saat sonra mikofenolat mofetili 1000mq dozada birdəfəlik qəbul etmiş 12 sağlam könüllülərin iştitakı ilə aparılan çarpaz tədqiqatda mikofenolat mofetil üçün AUC və C müvafiq olaraq 52% və 23%max azalmışdır. Xüsusi qrup xəstələr Yaşlı xəstələr Yaşlı xəstələrdə daha cavan xəstələrlə müqaisədə ezomeprazol üçün tarazlı vəziyyətdə AUC və Cmax bir qədər artmışdır (müvafiq olaraq 25% və 18%). Yaşdan asılı olaraq dozaya düzəliş tələb olunmur. 1-11 aylıq uşaqlar 1-11 aylıq uşaqlarda 1mq/kq dozada təkrarlı yeridilmə zamanı ezomeprazolun farmakokinetik parametrləri Cədvəl 3 təqdim edilir. Cədvəl 3. QERX ilə 1-11 aylıq uşaqlarda sutkada 1 dəfə 1mq/kq dozada yeridilmə zamanı müalicədən 7/8 gün sonra ezomeprazolun farmakokinetik parametrləri # Parametr Dəyəri AUC, mkmol*saat/l (uşaqların sayı = 7) 3,51 C , mkmol/l (uşaqların sayı = 15) 0,87max Yarımxaricolma dövrü (T ), saat (uşaqların sayı = 8) 0,931/2 T , saat (uşaqların sayı = 15) 3,0max # – T istisna olunmaqla (mediana), parametrlərin dəyəri orta həndəsəli kimi təqdim edilib.max Farmakokinetik modelləşdirilmə nəticəsində əldə olunmuş məlumatlar göstərir ki, dərman vasitəsinin dozalanma rejimi bədən çəkisi 3-5 kq olan uşaqlarda sutkada 1 dəfə 2,5 mq, 5-7,5 kq çəkisi olan uşaqlarda sutkada 1 dəfə 5mq və 7,5-12 kq qədər çəkisi olan uşaqlarda sutkada 1 dəfə 10 mq olduğu halda ezomeprazolun qan plazmasındaki konsentrasiyaları (AUC üzrə qiymətləndirilmə) 1-11yaş (10 mq doza) və 12-18 yaş yeniyetmələrdə, həmçinin böyüklərədə (20 mq doza) qeyd edilən konsentrasiyalarla tutuşdurulur. 1-11yaşda olan uşaqlar Ezomeprazolun farmakokinetik parametrləri QERX ilə 1-11 yaşda uşaqlarda qiymətləndirilmişdir, hansılar dərman vasitəsini 5 gün ərzində sutkada 1 dəfə 10 mq və 20 mq dozada qəbul etmişdilər; nəticələr Cədvəl 4 göstərilir. 6-11 yaş uşaqlarda (10 mq doza) ezomeprazolun qan plazmasındaki konsentrasiyaları (AUC üzrə qiymətləndirilmə) 12-17 yaş yeniyetmələrdə və böyüklərdə (20 mq doza) qeyd edilən konsentrasiyalarla eyni olmuşdur. 6-11 yaşda olan uşaqlardan (10 mq doza) fərqli olaraq 1-5 yaşda olan uşaqlarda (10 mq doza) ezomeprazolun qan plazmasındaki konsentrasiyaları (AUC üzrə qiymətləndirilmə) təqribən 30% üstün olmuşdur. 12-17 yaş yeniyetmələrdən və böyüklərdən (20 mq doza) fərqli olaraq 6-11 yaşda olan uşaqlarda ezomeprazolun qan plazmasındaki konsentrasiyaları (AUC üzrə qiymətləndirilmə) 20mq dozada üstün, 40mq dozada isə aşağı olmuşdur. Cədvəl 4. QERX ilə 1-11 yaşda olan uşaqlarda ezomeprazolun farmakokinetik parametrləri (müalicənin müddəti – 5 gün, preparatın qəbulu – sutkada 1 dəfə) 1-5 yaş 6-11 yaş# Parametr Doza 10 mq (n=8) Doza 10 mq (n=7) Doza 20 mq (n=6) AUC, mkmol*saat/l 4,83 3,70 6,28 C , mkmol/l 2,98 1,77 3,73max T , saat 1,44 1,79 1,75max Yarımxaricolma dövrü (t ), saat 0,74 0,88 0,73½ Klirens (Cl), л/час 5,99 7,84 9,22 # – T istisna olunmaqla (orta arifmetik), parametrlərin dəyəri orta həndəsəli kimi təqdim edilib.max 12-17yaşda olan uşaqlar Ezomeprazolun farmakokinetik parametrləri dərman vasitəsini sutkada 1 dəfə 8 gün ərzində 20 mq və 40 mq dozada qəbul etmiş QERX ilə 12-17 yaşda olan 28 yeniyetmələrin iştirakı aparılan birmərkəzli randomizə olunmuş tədqiqatda qiymətləndirilmişdir; nəticələr Cədvəl 5 göstərilir. Əldə edilmiş məlumatlar göstərir ki, ezomeprazol üçün AUC və C orta dəyərləri yaşdan və ya bədənmax çəkisindən asılı olmayıb; bununla belə AUC və C orta dəyərləri doza arttıqca xeyli yüksəlirdirmax (proporsionaldan daha çox). Bütövlükdə12-17 yaşda olan yeniyetmələrdə dərman vasitəsinin parametrləri simptomatik QERX ilə böyüklərdə qeyd edilmiş parametrlərlə eyni olmuşdur. Cədvəl 5. QERX ilə 12-17 yaşda olan yeniyetmələrdə (8 gün ərzində) və simptomatik QERX ilə böyüklərdə (5 gün ərzində) gündəlik təkrarlı qəbulu zamanı ezomeprazolun farmakokinetik parametrlərinin müqaisəli xarakteristikası (nəticələr iki müstəqil tədqiqatlardan əldə edilmişdir) 12-17 yaşda olan (n=28) Böyüklər (n=36)# Parametr Doza 20 mq Doza 40 mq Doza 20 mq Doza 40mq AUC, mkmol*saat/l 3,65 13,86 4,2 12,6 C , mkmol/l 1,45 5,13 2,1 4,7max T , saat 2,00 1,75 1,6 1,6max Yarımxaricolma dövrü (t ), saat 0,82 1,22 1,2 1,5½ # – T istisna olunmaqla (mediana), parametrlərin dəyəri orta həndəsəli kimi təqdim edilib.max n – iştirakçıların sayı. Cinsiyyət Xəstə qadınlarda xəstə kişilərlə müqaisədə ezomeprazolun tarazlı vəziyyətdə AUC və C dəyərlərimax bir qədər üstün olmuşdur (13%). Cinsdən asılı olaraq dozaya düzəliş tələb olunmur. Qaraciyər çatışmazlığı olan xəstələr Ezomeprazolun (sutkada 1 dəfə 40 mq) tarazlı vəziyyətdə farmakokinetik parametrləri müxtəlif ağırlıq dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə (yüngül – Çayld-Pyu üzrə A sinif, orta – Çayld-Pyu üzrə B sinif, ağır – Çayld-Pyu üzrə C sinif; hər qrupda 4 xəstə) qaraciyərin normal funksiyası ilə QERX olan (36 kişi və qadın) xəstələrlə müqaisədə qiymətləndirilmişdir. Qaraciyər çatışmazlığının yüngül və orta ağırlıq dərəcəsi olan xəstələrdə ezomeprazol üçün AUC dəyəri qaraciyərin normal funksiyası ilə xəstələrdə gözlənilən dəyərlərin səviyyəsində olmuşdur; ağır qaraciyər çatışmazlığı ilə xəstələrdə qaraciyərin normal funksiyası ilə xəstələrlə müqaisədə AUC dəyəri 2-3 dəfə yüksək olmuşdur. Qaraciyər çatışmazlığının yüngül və orta ağırlıq dərəcəsi olan xəstələrdə (Çayld-Pyu üzrə A və B sinif) dozaya düzəliş tələb olunmur; ağır qaraciyər çatışmazlığı ilə xəstələrdə (Çayld-Pyu üzrə C sinif) ezomeprazolun dozası sutkada 20 mq üstün olmamalıdır. Böyrək çatışmazlığı olan xəstələr Ehtimal edilir ki, böyrək çatışmazlığı olan xəstələrdə ezomeprazolun farmakokinetik parametrləri sağlam könüllülərin parametrlərindən fərqli olmayacaq, çünki dərman vasitəsinin yeridilən dozasının <1%-i sidiklə dəyişilməmiş şəkildə xaric olunur. Digər farmakokinetik müşahidələr Hesab edilir ki, peroral kontraseptivlərlə, diazepam, fenitoin və ya xinidin ilə birgə istifadə etdiyi zaman ezomeprazolun parametrləri dəyişilməyəcəkdir. Ezomeprazolun naproksenlə (qeyri-selektiv iltihabəleyhinə vasitə (QSİƏV)) və ya rofekoksiblə (QSİƏV, sikloksigenaza-II selektiv inhibitoru) kombinə şəklində istifadəsinə aid olan tədqiqatlarda dərman vasitələrinin farmakokinetik parametrlərinin hər hansı bir klinik əhəmiyyətli dəyişilməsi aşkar olunmayıb. Mikrobiologiya Qeyd olunub ki, ezomeprazol, amoksisillin və klaritromisin kombinasiyası (“üçlü” müalicə) Helicobacter pylori (H. pylori) çöx saylı ştamlarına qarşı həm in vitro, həm də ki klinik praktikasında aktivdir. H. pylori H. pylori ştamlarının amoksisillinə və klaritromisinə qarşı həssaslığı qidalı aqarda qiymətləndirilmişdir və antibiotiklərin minimal inhibəedici konsentrasiyaları (MİK) təyin olunmuşdur. Müalicəyə başlamazdan öncə H. pylori rezistentliyi Müalicəyə başlamazdan əvvəl H. pylori klaritromisinə qarşı (MİK 1mkq/ml və daha çox) rezistentliyinin ümumi (müalicə almış bütün qrup xəstələr daxil lunmaqla) ilk səviyyəsi 15% (445- dən 66) təşkil etmişdir; belə halda H. pylori ştamlarının 99%-i (395-dən 394) amoksisillinə qarşı həssas hesab edilmişdir (MİK 0,25mkq/ml və daha az), yalnız bir xəstədə aşkar olunmuş H. pylori ştamı üçün amoksisillinin MİK 0,5mkq/l təşkil etmişdir. H. pylori klaritromisinə qarşı həssaslığı üzrə tədqiqatların nəticələri və klinik/ bakterioloji nəticələr H. pylori klaritromisinə qarşı rezistentliyinin ilkin səviyyələri və H. pylori eradikasiyasına yönəldilmiş müalicənin nəticələri (38-ci gündə) Cədvəl 6 təqdim edilib. Ehtimal edilir ki, xəstələrdə, hansılarda “üçlü” müalicədən sonra H. pylori eradikasiyasını əldə etmək mümkün olmamışdır, klaritromisinə qarşı rezistent ştamları olacaq. Buna görə mümkün olarsa H. pylori klaritromisinə qarşı həssaslığı müəyyən etmək lazımdır. Klaritromisinə qarşı H. pylori rezistent ştamları olan xəstələrdə klaritromisinlə təkrar müalicə kursu aparılmamalıdır. Cədvəl 6. H. pylori klaritromisinə qarşı həssaslığı üzrə tədqiqatların nəticələri və “üçlü” müalicənin (10 gün ərzində sutkada 1 dəfə 40 mq ezomeprazol maqnezium/sutkada 2dəfə 1000 mq amoksisillin/sutkada 2 dəfə 500 mq klaritromisin) klinik/bakterioloji nəticələri, yalnız xəstələr, hansılarda H. pylori həssaslığı həm müalicədən əvvəl, həmdə ki müalicə bitdikdən sonra müəyyən edilmişdir (həssas ştamlar (H) – MİK 0,25 mkq/ml və az; zəif həssas ştamlar (Z) – MİK 0,5mkq/ml, rezistent ştamlar (R) – MİK 1,0 mkq/ml və daha çox) Müalicədən əvvəl Neqativ nəticələr Müsbət nəticələr (H. pylori eridikasiyası yoxdur), H. pylori klaritromisinə (H. pylori H. pylori klaritromisinə qarşı həssaslığı, müalicə qarşı həssaslığı eradikasiyası) bitdikdən sonra H Z R MİK müəyyən olunmayıb H (182) 162 4 0 2 14 Z (1) 1 0 0 0 0 R (29) 13 1 0 13 2 H. pylori amoksisillinə qarşı həssaslığı üzrə tədqiqatların nəticələri və klinik/bakterioloji nəticələr Klinik tədqiqatlarda amoksisillinə qarşı həssas H. pylori ştamları olan xəstələrin 83%-də (212-dən 176) “üçlü” müalicədən sonra H. pylori eradikasiyası qeyd olunmuşdur. Xəstələrin 17%-də (212- dən 36) “üçlü” müalicədən sonra H. pylori eradikasiyası əldə olunmamışdır; bu halda müalicə bitdikdən sonra amoksisillinə qarşı H. pylori həssaslığı16 xəstədə qeyd olunmamışdır və 20 xəstədə H. pylori ştamları amoksisillinə qarşı həssas idi (MİK üzrə qiymətləndirmə). 15 xəstədə, hansılarda “üçlü” müalicədən sonra H. pylori eradikasiyası əldə olunmamışdır, H. pylori ştamları klaritromisinə qarşı rezistent idi (MİK üzrə qiymətləndirmə). Xəstələrdən xaric edilmiş H. pylori ştamlarında amoksisillinə qarşı qazanılmış rezistentliyin əmələ gəlməsi halları qeyd olunmayıb. H. pylori həssaslığınin testləri (H. pylori həssaslığınin testlərinə dair məlumatlara amoksisillin və klaritromisin üçün tibbi istifadəsi üzrə təlimatların müvafiq bölmələrində bax). MBT mikroflorasına təsiri Mədədə turşuluq azaldıqda (səbəbdən asılı olmayaraq, PPİ istifadəsi daxil olunmaqla) MBT-da adi şəraitdə mövcud olan bakteriyaların sayı artır. PPİ müalicə zamanı stasionarda olan xəstələrdə Salmonella və Campylobacter, ola bilsin ki, Clostridium difficile (C. difficile) törədilmiş mədə- bağırsaq infeksiyaların riski bir qədər arta bilər.
İstifadəsinə göstərişlər
QERX müalicəsi Eroziv ezofagitdə eroziyanın sağalması Endurans eroziv ezofagitin təsdiq olunmuş diaqnozunda qısa müddətli (4-8 həftə) müalicəsi üçün (eroziyanın sağalması və xəstəliyin simptomlarının aradan götürülməsi) göstərilir. 4-8 həftə ərzində müalicə effekt gətirməsə (eroziyanın sağalmır) preparatdan daha 4-8 həftə ərzində əlavə müalicə kursun təyin olunması müzakirə oluna bilər. 1 aydan 1 yaşa qədər olan uşaqlarda Endurans QERX-də mədənin turş möhtəviyyətinin atması ilə bağlı eroziv ezofagitin qısa müddətli (6 həftəyədək) müalicəsi üçün göstərilir. Eroziv ezofagitdə eroziyanın sağalmasında dəstəkləyici müalicə Endurans eroziv ezofagitin(eroziyanın sağalması və xəstəliyin simptomlarının aradan götürülməsi) dəstəkləyici müalicəsi üçün göstərilir. Nəzarətli tədqiqatların müddəti 6 aydan çox olmamışdır. QERX simptomatik müalicəsi Endurans böyüklərdə və 1 yaşdan yuxarı olan uşaqlarda QERX bağlı qıcqırma və digər simptomların qısa müddətli (4-8 həftə) müalicəsi üçün göstərilir. QSİƏV istifadə etdikdə mədə xorasının əmələ gəlməsinin riskin azalması Endurans risk amilləri olan xəstələrdə (60 yaşdan yuxarı xəstələr və/və ya anamnezdə sənədlə təsdiq olunmuş mədə xorası) QSİƏV-dən uzunmüddətli müalicədə mədə xorasının əmələ gəlməsinin tezliyinin azalması üçün göstərilir. Nəzarətli tədqiqatların müddəti 6 aydan çox olmamışdır. 12 barmaq bağırsağın xorasının residivinin azalması üçün H. pylori eradikasiyası Müalicənin effekti olmadıqda H. pylori həssaslığını müəyyən etmək lazımdır; klaritromisinə qarşı H. pylori rezistentliyi olduqda və ya H. pylori həssaslığını müəyyən etmək mümkün olmadıqda, alternativ mikrobəleyhinə vasitələrdən istifadə etmək lazımdır (klaritromisin üçün tibbi istifadəsi üzrə təlimata bax.) Xlorid turşusunun hipersekresiyası ilə xarakterizə olunan patoloji hallar, Zollinqer-Ellison sindromu daxil olunmaqla Endurans xlorid turşusunun hipersekresiyası ilə xarakterizə olunan patoloji hallarda, Zollinqer- Ellison sindromu daxil olunmaqla, uzunmüddətli müalicə üçün göstərilir.
Əks göstərişlər
Əvəzolunmuş benzimidazollara və ya preparatın hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq; yüksək həssaslıq reaksiyalarına aşağıdakilar aid ola bilər – anafilaksiya, anafilaktik şok, angionevrtik ödem, bronxospazm, kəskin interstisial nefrit və övrə. Mikrobəleyhinə vasitələri (amoksisillin və klaritromisin) kombinə şəklində ezomeprazol ilə istifadə etdikdə onların tibbi istifadəsi üzrə müvafiq təlimatlarda qeyd olunmuş əks göstərişlərinə dair məlumatla tanış olmaq lazımdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mədənin bədxassəli yenitörəmələri Böyük pasiyentlərdə ezomeprazoldan müalicə zamanı klinik simptomatikanın yaxşılaşması mədənin bədxassəli yenitörəmələrinin olduğunu istisna etmir. Müalicəyə qarşı kifayət qədər cavabı olmayan və ya PPİ müalicə kursunun bitməsindən sonra yaxın günlərdə xəstəliyin kəskinləşməsi əmələ gələn böyük pasiyentlərdə əlavə nəzarətli və ya diaqnostik müayinə barədə məsələ müzakirə olunmalıdır. Belə hallarda yaşlı xəstələrdə endoskopik müayinənin aparılması barədə məsələ həmçinin müzakirə olunmalıdır. Kəskin interstisial nefrit Ezomeprazol daxil olunmaqla PPİ müalicə almış xəstələrdə kəskin interstisial nefritin əmələgəlmə halları qeyd olunmuşdur. Kəskin interstisial nefrit PPİ müalicənin hər bir mərhələsində yarana bilər; adətən o, hiperhəssaslığın idiopatik reaksiyasıdır. Kəskin interstisial nefrit yarandıqda Endurans preparatdan müalicə ləğv olunmalıdır. C. difficile törədilmiş diareya Observasiya tədqiqatlarının dərc olunmuş nəticələri göstərir ki, ezomeprazol daxil olunmaqla PPİ müalicə zamanı C. difficile törədilmiş diareyanın əmələ gəlməsinin riski artır, xüsusilə stasionar müalicə alan xəstələrdə. Diareyada klinik simptomatikanın yaxşılaşması olmadığı halda bunu nəzərə alamaq lazımdır. PPİ minimal effektiv dozada və qısa müddət ərzində istifadə üçün göstərişlərə müvafiq olaraq qəbul etmək lazımdır. C. difficile törədilmiş diareya halları demək olar ki, bütün mikrobəleyhinə vasitələri istifadə etdiyi zaman qeyd olunmuşdur. Ezomeprazolu mikrobəleyhinə vasitələrlə (amoksisillin və klaritromisin) kombinə olunmuş şəkildə istifadə etdikdə, onlar üçün istifadəsi üzrə tibbi təlimatlarda yerləşən xüsusi xəbərdarlıq və ehtiyat tədbirləri bölmələrində qeyd olunmuş məlumatla tanış olmaq lazımdır. Sümük sınıqları Bir neçə observasiya tədqiqatlarının nəticələri göstərir ki, PPİ-dan müalicə zamanı osteoporoz ilə əlaqədər bud sümüyü boynunun, bilək və ya onurğa sütununun sınıqlarının əmələ gəlməsinin riski artır. PPİ müalicəni yüksək dozalarla (sutkada bir neçə dəfə) və uzun müddət ərzində (1 il və daha çox) qəbul etmiş xəstələrdə bu risk daha da yüksəkdir. PPİ minimal effektiv dozada və maksimal qısa müddət ərzində istifadə üçün göstərişlərə müvafiq olaraq qəbul etmək lazımdır. Osteoporoz ilə əlaqədər sınıqların əmələ gəlməsinin riski olan xəstələrdə müalicəni bu sənəddə göstərilən tövsiyələrə müvafiq olaraq aparmaq lazımdır. Dəri və sistem qırmızı qurdeşənəyi Məlumat var ki, ezomeprazol daxil olunmaqla PPİ müalicə alan xəstələrdə dəri və sistem qırmızı qurdeşənəyi əmələ gəlmişdir, xəstəliyin həm ilk dəfə yaranma halları, həmdə ki artıq mövcud olan autoimmun xəstəliyinin kəskinləşməsi halları. Əsasən PPİ-vasitəli dəri qırmızı qurdeşənəyi halları qeyd olunmuşdur; ən çox hər bir yaşda olan xəstələrdə (o cümlədən, uşaqlarda və yaşlılarda) bir neçə həftə ərzində və ya fasiləsiz PPİ-dan müalicədən sonra yaranan bu xəstəliyin yarım kəskin formasından məlumat verilmişdir; adətən belə hallarda daxili orqanlarda histoloji dəyişikliklər aşkar olunmamışdır. PPİ-dan müalicə almış xəstələrdə sistem qırmızı qurdeşənəyinin əmələ gəlməsi halları az-az qeyd olunmuşdur. Belə hallarda PPİ-vasitəli sistem qırmızı qurdeşənəyinin simptomları dərman vasitəsinin qəbulu ilə bağlı sistem qırmızı qurdeşənəyinin simptolarından fərqli olaraq adətən az nəzərə çarpalı idi. Xəstəlik PPİ müalicənin başlanmasından sonra bir neçə gün və ya il ərzində əmələ gəlmişdir, əsasən də böyüklərdə (cavan yaşlı xəstələrdən başlayaraq) və yaşlı xəstələrdə. Xəstələrin əksəriyyətində səpgi kimi simptom qeyd olunmuşdur, həmçinin artralgiya və sitopeniya barədə məlumat verilmişdir. PPİ müalicənin davametmə müddəti istifadəsi üçün tövsiyə edilən göstərişlərə müvafiq olmalıdır. Endurans preparatdan müalicə alan xəstələrdə dəri və ya sistem qırmızı qurdeşənəyi üçün xas olan əlamətlər və ya simptomlar qeyd olunarsa, preparatın istifadəsi ləğv olunmalıdır; bu xəstələr müvafiq mütəxəssisin məsləhətini almalıdırlar. Xəstələrin əksəriyyətində klinik simptomatikanın yaxşılaşması PPİ-dan müalicə bitdikdən sonra 4-12 həftə ərzində müşahidə edilir. Seroloji testlərin nəticələri (məsələn, antinuklear anticismlərə dair test) müsbət ola bilər, klinik simptomlar ləğv edildikdən sonrakı dövr daxil olunmaqla. Klopidoqrel ilə qarşılıqlı təsiri Endurans preparatı klopidoqrel ilə birlikdə istifadə olunmur. Klopidoqrel prodərman olaraq, trombositlərin aqreqasiyasının inhibə olunması onun aktiv metabolitinin bilavasitə təsiri ilə bağlıdır. CYP2C19 inhibə edən ezomeprazol kimi dərman vasitələri klopidoqrel ilə birlikdə istifadə edildikdə onun aktiv metabolitinə biotransformasiya prosesini poza bilərlər. 40 mq dozada ezomeprazolu kombinə şəklində klopidoqrel ilə istifadə etdikdə, sonuncunun farmakoloji aktivliyi azalır. Endurans preparatla müalicə alan xəstələrdə alternativ antiaqreqantların istifadəsi barədə məsələ müzakirə olunmalıdır. Sianokobalamin (B vitamini) defisiti12 Turşuluqgətiricıllığını azaldan hər hansı bir dərman vasitələrin gündəlik qəbulu hipo- və ya axlorhidriya nəticəsində sianokobalaminin malabsorbsiyasına gətirə bilər. Ədəbiyyətdə turşuluqgətiricıllığı azaldan dərman vasitələri istifadə edərkən sianokobalamin defisitinin nadir halları təsvir olunmuşdur. Xəstələrdə sianokobalamin defisiti ilə bağlı klinik simptomları əmələ gəldikdə bunu nəzərə almaq lazımdır. Hipomaqniemiya PPİ 3 ay ərzində müalicə almış xəstələrdə nadir hallarda müalicədən bir il sonra əksər hallarda hipomaqniemiya qeyd olunmuşdur, həm klinik simptomlarını müşayiət edən, həmdə ki onlarsız; ağır simptomlara tetaniya, aritmiya və qıcolmalar aiddir. Xəstələrin əksəriyyətində hipomaqniemiyanın müalicəsi üçün maqnezium tərkibli preparatlarla əvəzedici müalicə təyin edilirdir və PPİ istifadəsi ləğv edilirdi. PPİ uzunmüddətli müalicənin qəbulu ehtimal edilən və ya PPİ-ı diqoksin və ya hipomaqniemiyanın yaranmasına səbəb olan (məsələn, diuretiklər) digər dərman vasitələrlə birlikdə qəbul edən xəstələrin qan plazmasında həm müalicədən əvvəl, həmdə ki PPİ-dan müalicə zamanı mütəmadi şəkildə maqneziumun konsentrasiyasının yoxlamaq tövsiyə edilir. Dazıotu tərkibli (Hypericum perforatum) preparatlarla və ya rifampisinlə qarşılıqlı təsiri Dazıotutərkibli preparatlar və ya rifampisin kimi CYP2C19 və ya CYP3A4 induktirları qan plazmasında ezomeprazolun konsentrasiyasını xeyli azalda bilərlər. Dazı otu tərkibli preparatlarla və ya rifampisinlə birlikdə Endurans istifadə olunmamalıdır. Neyroendokrin şişlərin aşkarolunma üzrə diaqnostik tədqiqatların nəticələrinə təsiri Dərman vasitələrinin istifadəsi nəticəsində mədədə turşuluğun azalmasında qan zərdabında CgA səviyyəsi artır, buda ki neyroendokrin şişlərin aşkarolunma məqsədilə diaqnostik tədqiqatları keçirdikdə analizlərin saxtamüsbət nəticələrin alınmasına səbəb ola bilər. Qan zərdabında CgA konsentrasiyasının ölçülməsinə ən azı 14 gün qalmış ezomeprazolun qəbulunu ləğv etmək lazımdır, və əgər o, normal dəyərlərin yuxarı həddindən üstün olarsa, təkrar ölçünün aparılması müzakirə olunmalıdır. Ölçülər seriya şəklində aparılan halda (məsələn, monitorinq kimi) müayinələr eyni laboratoriyada keçirilməlidir, çünki referens dəyərlər müxtəlif laboratoriyalarda fərqli ola bilər. Metotreksat ilə qarşılıqlı təsiri Ədəbiyyətdə məlumat var ki, bəzi xəstələrdə PPİ və metotreksatı (əsasən yüksək dozalarla; metotreksatın tibbi istifadəsi üzrə təlimata bax.) kombinə olunmuş şəkildə istifadə etdikdə qan zərdabında sonuncunun konsentrasiyaları arta bilər; belə halda metotreksatın və ya onun metabolitlərinin qan zərdabında səviyyələrinin uzunmüddətli yüksəlməsi toksik effektlərin əmələ gəlməsi ilə müşayiət oluna bilər. Bəzi xəstələrdə metotreksatı yüksək dozalarla istifadə etdiyi zaman Endurans preparatdan müalicənin müvəqqəti olaraq dayandırılması barədə məsələ müazakirə olunmalıdır. Mədə dibinin vəzili polipləri PPİ istifadə etdikdə mədə dibinin vəzili poliplərinin əmələ gəlməsinin riski artır, əsasən uzunmüddətli istifadədə, xüsusilə müalicədən 1 il sonra. Xəstələrin əksəriyyətində mədə dibinin vəzili poliplərinin əmələ gəlməsi klinik simptomların yaranması ilə müşayiət olunmur (poliplər endoskopik müayinələrdə təsadüfi aşkar olunmuşdur). PPİ istifadəsi üzrə göstərişlərə müvafiq olaraq ən qısa müddət ərzində istifadə olunmalıdır. Uşaqlar Müəyyən edilib ki, 1-17 yaş uşaqlarda QERX-də ezomeprazoldan qısamüddətli müalicə (8 həftəyə qədər) təhlükəsiz və effektiv olmuşdur. Həmçinin 1aydan 1 yaşa qədər olan uşaqlarda QERX-də mədə möhtəviyyətinin atılması ilə bağlı eroziv ezofagitin qısamüddətli (6 həfətəyədək) müalicəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilib. Lakin, yaşı 1 aya qədər olan uşaqlarda ezomeprazoldan istifadənin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. 1-17 yaş uşaqlar 1-17 yaş uşaqlarda QERX-də ezomeprazoldan qısamüdətli müalicə kimi (8 həftəyə qədər) istifadənin dəstəklənməsinə farmakokinetik tədqiqatların və uşaqlarda və yeniyetmələrdə təhlükəsizlik üzrə tədqiqatların nəticələri, həmçinin böyüklərdə tam nəzarətli lazımı tədqiqatlarda əldə olunmuş ekstrapolyasiya nəticələri yol verir. Uşaqlarda digər göstərişlərdə ezomeprazoldan istifadənin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. 1aydan 1 yaşa qədər olan uşaqlarda QERX-də mədə möhtəviyyətinin atılması ilə bağlı eroziv ezofagit 1aydan 1 yaşa qədər olan uşaqlarda QERX-də mədə möhtəviyyətinin atılması ilə bağlı eroziv ezofagitin qısamüddətli (6 həfətəyədək) müalicəsinin dəstəklənməsinə farmakokinetik tədqiqatların və uşaqlarda təhlükəsizlik üzrə tədqiqatların nəticələri, həmçinin böyüklərdə tam nəzarətli lazımı tədqiqatlarda əldə olunmuş ekstrapolyasiya nəticələri yol verir. 1aydan 1 yaşa qədər olan uşaqlarda QERX-nin simptomatik müalicəsi Yaşı 1aydan 11aya qədər olan 98 xəstələrin iştirakı ilə aparılan çoxmərkəzli randomizə olunmuş ikili kor nəzarətli tədqiqatda ezomeprazol və plasebo alan xəstələrin arasında xəstəliyin simptomlarının ağırlaşması ilə əlaqədər müalicənin ləğv olunması hallarının tezliyində statistik əhəmiyyətli fərq müşahidə olunmammışdır. Tədqiqata QERX ehtimalı klinik diaqnozu, simptomatik QERX və ya endoskopik müayinədə müəyyən edilmiş QERX diaqnozu olan xəstələr daxil edilmişdir. 98 xəstədən yalnız 20-si endoskopik müayinədən keçmişdir, onların 6-da müəyinənin əvvəlində eroziv qastrit aşkar olunmuşdur. 2 həftə davam edən açıq fazanın ərzində bütün xəstələr ezomeprazoldan müalicəni sutkada 1 dəfə ləng azad olunan suspenziya şəklində almışdır. Təyin olunmuş səviyyəyədək klinik simptomatikasının yaxşılaşması 80 xəstədə qeyd olunmuşdur, hansılar tədqiqatın ikili kor fazasına daxil olaraq, iki bərabər randomizə qruplarına bölünüb, 4 həftə ərzində palsebo və ya ezomeprazoldan müalicə almışdırlar. Müalicənin effektivliyi randomizasiyadan xəstəliyin simptomlarının pisləşməsi nəticəsində ləğv olunmasına qədər davam edən müddət ərzində qiyətləndirilmişdir (tədqiqatın 4-həftəlik fazası). Tədqiqatın nəticəsində QERX ilə doğulduqdan sonra 1 yaşa qədər uşaqlarda dərman vasitəsinin istifadəsinə dair aşağıdaki farmakokinetik və farmakodinamik məlumatlar əldə olunmuşdur: ezomeprazolu sutkada 1 dəfə 1mq/kq dozada almış uşaqlarda (yaşı 1 aydan 11 ay daxil olunmaqla) mədədə pH dəyəri 4-dən üstün olduğunun vaxt faizi müalicənin əvvəlində 29%-dən müalicənin 7- ci günü 69%-ə qədər artırdır (farmakodinamik effekt böyüklərlə eyni idi); klirens doğulduğu andan 2 yaşa qərər dövr ərzində yaş artıqca artırdır. Yaşı 1 aya qədər olan yenidoğulmuşlar Yenidoğulmuşlarda peroral qəbulda ezomeprazolun klirensinin orta həndəsəli dəyəri 0,55 l/s/kq təşkil etmişdir (0,25-1,6 l/s/kq diapazonunda). Yenidoğulmuşlarda ezomeprazoldan istifadənin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Yaşlı xəstələr Klinik tədqiqatlarda 65-74 yaşında 1459 xəstə və 75 və 75 yaşdan yuxarı 354 xəstə ezomeprazoldan müalicə almışdırlar. Yaşlı xəstələrdə və daha cavan xəstələrdə ezomeprazolun təhlükəsizlik və effektivlik profillərində fərqlənmə aşkar olunmayıb; klinik təcrübə göstərir ki, yuxarıda göstərilən yaş qruplar arasında müalicəyə alınan cavabda da nəzərə çarpalı fərqlənmə olmayıb. Buna baxmayaraq, bəzi yaşlı xəstələrdə ezomeprazolun təsirinə qarşı yüksək həssaslıq istisna olunmur. Köməkçi maddələr Endurans-ın tərkibində saxaroza olduğu üçün, fruktozanın dözülməzliyi ilə, qlükoza-qalaktoza və ya saxaroza-izomaltaza çatışmazlığı ilə xarakterizə olunan nadir irsi xəstəlikləri olan pasiyentlər bu preparatı qəbul etməməlidir. Endurans 1 kapsulunun tərkibində1mmol az natrium vardır (23mq), praktiki olaraq “natrium yoxdur”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antiretrovirus vasitələri PPİ ilə birlikdə atazanaviri və nelfinaviri istifadə etmək tövsiyə olunmur. PPİ və atazanaviri kombinə olunmuş şəkildə istifadə etdikdə sonuncunun qan plazmasındaki konsentrasiyasının xeyli dərəcədə azalması gözlənilir, bu isə onun terapevtik effektinin azalması ilə və dərman rezistenliyinin yaranması ilə müşayiət oluna bilər. PPİ eyni zamanda istifadə etdiyi halda qan plazmasında sakvinavirin konsentrasiyasının yüksəlməsi gözlənilir, buda ki onun toksik təsirinin güclənməsi ilə müşayiət edilir; belə hallarda sakvinavirinin dozasını azaltmaq lazımdır. Ezomeprazolun enantiomeri olan omeprazolla, bəzi antiretrovirus vasitələrlə qarşılıqlı təsiri barədə məlumat var. Bu qarşılıqlı təsirlərin klinik əhəmiyyəti və mexanizmi çox vaxt məlum deyil. Omeprazoldan istifadə fonunda mədədə pH yüksəlməsində virusəleyhinə vasitələrin sorulması dəyişilə bilər, qarşılıqlı təsirin digər ehtimalı mexanizmi CYP2C19 vasitəlidir. Omeprazol ilə kombinə olunmış istifadə zamanı qan plazmasında bəzi antiretrovirus vasitələrin səviyyələri dəyişməmişdir. Qan plazmasında atazanavir və nelfinavir konsentrasiyalarının azalması Omeprazol ilə birlikdə istifadə etdiyi zaman atazanavir və nelfinavir kimi antiretrovirus vasitələrin qan zərdabında səviyyələri azalmışdır. Omeprazol ilə birlikdə (sutkada 40 mq) nelfinavirin çoxsaylı istifadəsində (sutkada 2 dəfə 1250mq) nelfinavir və onun M8 metaboliti üçün AUC dəyəri müvafiq olaraq 36% və 92% azalmışdır, C dəyəri isə – müvafiq olaraq 39% və 75%. Omeprazolu (sutkadamax 40 mq, atazanavirin qəbulunda 2 saat əvvəl) və atazanaviri (sutkada 400 mq) təkrarlı birlikdə istifadə etdikdə atazanavir üçün AUC, C və C dəyərləri müvafiq olaraq 94%, 96% və 95%max min azalmışdır. Buna görə omeprazolu atazanavir və nelfinavir kimi dərman vasitələri ilə kombinə olunmış şəkildə istifadə etmək tövsiyə olunmur. Qan plazmasında sakvinavir konsentrasiyasının yüksəlməsi Omeprazol ilə birlikdə sakvinavir kimi virusəleyhinə vasitləri istifadə etdikdə bəzilərin qan zərdabındaki səviyyələri artmışdır. Sakvinavir/ritonaviri (15 gün ərzində 1000 mq/100 mq sutkada 2 dəfə) və omeprazolu (40 mq kombinsiyasının 11-ci günündən 15-ci gününədək) kombinə olunmuş şəkilsə çoxsaylı istifadə etdikdə sakvinavir AUC, C və C dəyərləri müvafiq olaraq 82%, 75%max min və 106% artmışdır. Sakvinavirin təsirinin toksik əlamətlərini aşkaretmə məqsədilə omeprazoldan və sakvinavirdən müalicə alan xəstələrdə laborator göstəricilərinə nəzarət və xəstələrin klinik müşahidəsinin təmin edilməsi tövsiyə edilir Dərman vasitədən istifadənin təhlükəsizlitinə dair sakvinavirin dozasının azalması barədə məsələ müzakirə olunmalıdır. Dərman vasitələri, hansıların biomənimsənilməsinə mədədə pH dəyərinə təsir göstərə bilər Nəzərə alaraq ki, ezomeprazol mədədə xlorid turşusunun sekresiyasına təsir göstərə bilər, onu istifadə etdikdə dərman vasitələrin sorulması azala bilər, hansılar üçün mədədə pH dəyəri biomənimsənilməsinin önəmli determinantıdır. Mədədə turşuluğu azaldan digər preparatların istifadəsində olduğu kimi ezomeprazolu istifadə etdikdə ketokonazol, atazanavir, erlotinib, mikofenolat mofetil kimi dərman vasitələrinin və tərkibində dəmir duzaları olan preparatların sorulması azala bilər, bununla belə diqoksin kimi dərman vasitələrinin sorulması arta bilər. Ezomeprazol omeprazolun enantiomeridir . Sağlam könüllülərdə omeprazolu (sutkada 20 mq) və diqoksini kombinə şəklində istifadə etdikdə sonuncunun biomənimsənilməsi 10% artmışdır (ikisində – 30%). Ezomeprazolu diqoksinlə birlikdə istifadə etdikdə sonuncunun qan plazmasındaki konsentrasiyasının artması gözlənilir, buna görə bu kombinasiyadan müalicə alan xəstələrin monitorinqinə ehtiyac yarana bilər. Sağlam könüllülərdə və transplantasiyadan sonra xəstələrdə omeprazolu və mikofenolat mofetili eini zamanda istifadə etdikdə mikofenolat mofetilinin mikofenol turşusu olan aktiv metabolitinin qan plazmasındaki konsentrasiyası azala bilər, ola bilsin ki, mədədə pH dəyərinin artırılması fonunda mikofenolat mofetilinin həll olunmasının azalması nəticəsində. Transplantasiyadan sonra omeprazoldan və mikofenolat mofetildən müalicə alan xəstələrdə transplantantın ayrılb qopmasına dair mikofenol turşusunun qan plazmasındaki konsentrasiyasının azalmasının klinik dəyəri müəyyən olunmayıb. Transplantasiyadan sonra xəstələrdə ezomeprazol və mikofenolat mofetil kombinasiyası ehtiyatla istifadə olunmalıdır. Qaraciyər metabolizminə/ P450 sitoxrom sisteminin izofermentlərinə təsiri Ezomeprazol qaraciyərdə CYP2C19 və CYP3A4 iştirakı ilə intensiv şəkildə metabolizə olunur. İn vitro və in vivo tədqiqatlarda müəyyən edilib ki, P sitoxrom sisteminin 1A2, 2A6, 2C9, 2D6,450 2E1 və 3A4 izofermentləri ilə ezomeprazolun inhibə olunması cüzidir; yuxarıda göstərilən P450 sitoxrom sisteminin izofermentləri ilə metabolizə olunan dərman vasitələrin və ezomeprazolun arasında klinik əhəmiyyətli qarşılıqlı təsirlər gözlənilmir. Dərmanlı qarşılıqlı təsirlərin tədqiqatlarında aşkar olunub ki, ezomeprazol fenitoin, varfarin, xinidin, klaritromisin və ya amoksisillin ilə klinik əhəmiyyətli qarşılıqlı təsir göstərmir. Buna baxmayaraq, ezomeprazoldan və varfarindən kombinə olunmuş müalicə almış xəstələrdə protrombinin aktivliyi ilə bağlı göstəricilərinin dəyişilməsi barədə postmarketinq dövründə məlumat verilmişdir. Beynəlxalq normalizə olunmuş nisbətin (BNN) göstəricilərinin və protrombin müddətinin artırılmasında bəzi hallarda letal nəticələnən patoloji qanaxma yarana bilər. Buna görə BNN göstəricilərinin və protrombin müddətinin artırılmasını aşkaretmə məqsədilə PPİ və varfarindən eyni zamanda müalicə alan xəstələrin monitorinqinə ehtiyac ola bilər. Ezomeprazol dərman vasitəsinin metabolizmində iştirak edən P sitoxrom sisteminin CYP2C19450 əsas izofermentinə potensial təsir göstərə bilər. Ezomeprazolu (30 mq doza) diazepamla (CYP2C19 üçün substrat) birlikdə istifadə etdikdə sonuncunun klirensi 45% azalmışdır. Klopidoqrelin CYP2C19 qismən vasitəli biotransformasiyasında onun akriv metaboliti əmələ gəlir. Ezomeprazolu (40 mq doza) klopidoqrel ilə birlikdə istifadə etdikdə sonuncunun aktiv metabolitinin həm qan plazmasındaki konsentrasiyası, həmdə ki onun trombositlərin aqreqasiyasına inhibəedici təsiri azalır. Endurans klopidoqrel ilə kombinə şəklində istifadə olunmamalıdır; Endurans-dan müalicə zamanı alternativ antiaqreqantların istifadəsi barədə məsələ müzakirə olunmalıdır. Omeprazol CYP2C19 inhibitoru kimi təsir göstərir. 20 sağlam könüllülərdə çarpaz tədqiqatda omeprazolu1 həftə ərzində 40mq dozada silostazol ilə eyni zamanda istifadə etdikdə silostazol üçün C и AUC dəyərləri müvafiq olaraq 18% və 26% artmışdır. Silostazolun aktiv metabolitlərindənmax biri və ondan 4-7 qat aktiv olan 3,4-dihidrosilostazol üçün C и AUC dəyərləri müvafiq olaraqmax 29% və 69% artmışdır. Ezomeprazol ilə kombinə olunmuş şəkildə istifadə etdikdə silostazolun və yuxarıda göstərilən onun aktiv metabolitinin qan plazmasındaki konsentrasiyalarının yüksəlməsi gözlənilir, buna görə ezomeprazol ilə eyni zamanda istifadə etdiyi halda silostazolun dozasının sutkada 2 dəfə 100mq-dan sutkada 2 dəfə 50 mq qədər azalması barədə məsələ müzakirə olunmalıdır. CYP2C19 və CYP3A4 eyni zamanda inhibə edən vorikonazol kimi dərman vasitələri ilə eyni zamanda istifadə etdikdə ezomeprazolun qan plazmasındaki konsentrasiyası 2 dəfədən çox artırıla bilər; belə hallarda ezomeprazolun dozasına düzəliş adətən tələb olunmur. Lakin, dərman vasitəsini yüksək dozalarda qəbul edə bilən (sutkada 240 mq qədər) Zollinger-Ellison sindromu ilə xəstələrdə ezomeprazolun dozasına düzəliş müzakirə olunmalıdır. CYP2C19 və CYP3A4 və ya hər iki izofermenti indusə edən (məsələn, rifampisin) dərman vasitələri ilə eyni zamanda istifadə etdikdə ezomeprazolun qan zərdabındaki konsentrasiyası azala bilər. Müəyyən edilib ki, ezomeprazolun enantiomeri olan omeprazol tərkibində qaxotu olan preparatlarla (CYP3A4 induktoru) qarşılıqlı təsir göstərmişdir. 12 sağlam könüllülərin iştirakı ilə çarpaz tədqiqatda tərkibində qaxotu olan preparatlarla (14 gün ərzində sutkada 3 dəfə 300 mq) eyni zamanda istifadə etdikdə ezomeprazolun qan plazmasındaki konsentrasiyası CYP2C19 dair xeyli azalmışdır, həm “ləng” metabolizatorlarda (C и AUC dəyərləri müvafiq olaraq 37,5% və 37,9%max azalmışdır), həmdə ki “sürətli” metabolizatorlarda (C и AUC dəyərləri müvafiq olaraq 49,6% vəmax 43,9% azalmışdır). Tərkibində qaxotu olan preparatlarla və ya rifampisinlə birlikdə ezomeprazol istifadə olunmamalıdır. Neyroendokrin şişlərin aşkar edilməsində diaqnostik müayinələrinin nəticələrinə təsiri Dərman vasitələrinin istifadəsi nəticəsində mədədə turşuluğun azalmasında və bununla bağlı EXB hüceyrəlirin hiperplaziyasında qan zərdabında CgA səviyyəsi artır, buda ki neyroendokrin şişləri aşkar etdikdə diaqnostik tədqiqatların nəticələrinə təsir edə bilər. Takrolimus Ezomeprazolu takrolimusla birlikdə istifadə etdikdə sonuncunun qan plazmasındaki konsentrasiyası yüksələ bilər. Klaritromisinlə kombinə olunmuş şəkildə müalicə Ezomeprazolu klaritromisin və amoksisillin ilə kombinə olunmuş şəkildə istifadə etdikdə ezomeprazolun və 14-hidroksiklaritromisinin qan plazmasındaki konsentrasiyasları yüksəlmişdir. Dərmanlı qarşılıqlı təsirlərin nəticəsində klaritromisini digər preparatlarla eyni zamanda istifadə etdikdə ağır arzuolunmaz reaksiyalar yarana bilər (klaritromisin üçün tibbi istifadəsi üzrə təlimatda xüsusi xəbərdarlıq və ehtiyat tədbirləri barədə məlumata bax). Göstərilən dərmanlı qarşılıqlı təsirlərlə əlaqədər klaritromisinin digər preparatlarla eyni zamanda istifadəsi əks göstərişdir (klaritromisin üçün tibbi istifadəsi üzrə təlimatda əks göstərişlər barədə məlumata bax). Metotreksat Tək-tək verilmiş məlumatlar, həmçinin populyasion farmakokinetik tədqiqatların və retrospektiv analizlərin dərc olunmuş nəticələri göstərir ki, PPİ ilə birlikdə metotreksatı və/və ya onun hidroksimetotreksat metabilitini istifadə etdikdə qan zərdabında onların konsentrasiyaları yüksələ bilər və ya uzun müddət ərzində qeydə alına bilər (əsasən yüksək dozaları istifadə etdiyi halda; metotreksat üçün tibbi istifadəsi üzrə təlimatda məlumata bax). PPİ və metotreksatın dərmanlı qarşılıqlı təsirlərinin tədqiqatları aparılmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik dövründə qadınlarda ezomeprazolun istifadəsi lazımı yaxşı nəzarətli tədqiqatlarda öyrənilməyib. Ezomeprazol omeprazolun S-izomeridir. Bu günə qədər mövcud olan epidemioloji məlumatlara əsasən omeprazolu hamiləliyin 1-ci trimestrində istifadə etdiyi zaman nəzərə çarpalı anadangəlmə inkişaf qüsurların yaranmasının riskin və ya hamiləliyin digər xoşagəlməz nəticələrinin riskinin artmasına sübut yoxdur. Sıçovular və dovşanlar üzərində aparılan reproduktiv tədqiqatlarda qeyd olunub ki, omeprazol insanlarda peroral qəbulunda (40 mq) (hesablama bədən səthinin sahəsinin əsasında aparılır, nəzərə alaraq ki, xəstənin bədən kütləsi 60 kq təşkil edir) dozasının təxmini 3,4-34 dəfə üstün olduğu halda embrional letallığın göstəricilərini dozaasılı artırmışdır. Sıçovular və dovşanlar üzərində aparılan reproduktiv tədqiqatlarda ezomeprazol maqneziumu insanlar üçün göstərilən dozalardan (40mq) (hesablama bədən səthinin sahəsinin əsasında aparılır, nəzərə alaraq ki, xəstənin bədən kütləsi 60 kq təşkil edir) təxmini 68 və 42 dəfə üstün dozalarda peroral yeritdikdə dərman vasitəsinin teratogen potensialı aşkar olunmayıb. Dərman vasitəsini gestasiya dövrünün böyük hissəsi ərzində və laktasiya dövründə insanlar üçün göstərilən dozalardan (40 mq) (hesablama bədən səthinin sahəsinin əsasında aparılır, nəzərə alaraq ki, xəstənin bədən kütləsi 60 kq təşkil edir) təxmini 34 dəfə üstün dozalarda sıçovulara yeritdikdə onların nəslində sümük toxumasında morfoloji dəyişikliklər qeyd olunmuşdur; yeritmə yalnız gestasiya dövrünü əhatə etdiyi hallarda sümük toxumasının inkişaf zonalarının morfoloji dəyiliklikləri nəsildə yox idi. Dərman vasitəsini istifadə etdikdə hamilə qadınlarda ən əhəmiyyətli anadangələn inkişaf qüsurların və hamiləliyin vaxtından tez kəsilməsinin hesablanmış ilkin riskləri məlum deyil. Hamiləlik dövründə anadangələn inkişaf qüsurların və hamiləliyin vaxtından tez kəsilməsinin və ya digər xoşagəlməz nəticələrin əmələ gəlməsinin fon riski hər zaman mövcuddur; ABŞ-da ümumi populyasiyada ən əhəmiyyətli anadangələn inkişaf qüsurların və hamiləliyin vaxtından tez kəsilməsinin hesablanmış ilkin riskləri klinik təsdiq olunmuş hamiləlikdə müvafiq olaraq 2-4% və 15-20% təşkil edir. Klinik tədqiqatlarda əldə edilmiş nəticələr Ezomeprazol omeprazolun S-izomeridir. Hamiləlik dövründə omeprazol qəbul etmiş anaların uşaqlarında H -histamin reseptorlarının antoqolistlərini və ya digər nəzarətli dərman vasitələrini2 almış anaların uşaqları ilə müqaisədə inkişafın anadangələn qüsurların əmələ gəlməsinin tezliyi 4 epidemioloji tədqiqatlarda qiymətləndirilmişdir. İsveçrədə aparılan populyasion retrospektiv koqortalı epidemioloji tədqiqatda, hansına 1995-1999 illərdə bütün hamilə hallarının təxmini 99%-i daxil olunmuşdur, qeyd olunmuşdur ki, hamiləlik dövründə omeprazol qəbul etmiş analardan 955 uşaq döğulmuşdur (hamiləliyin birinci trimestrindən sonra 39 uşaq daxil olunmaqla, 824 uşaq dərman vasitəsinin təsirinə hamiləliyin birinci trimestrin ərzində məruz qalmışdır, 131 uşaq dərman vasitəsinin təsirinə hamiləliyin birinci trimestrindən sonra məruz qalmışdır). Hər hansı bir inkişaf qüsurları, çox az bədən çəkisi qeyd olunmuş, Apqar şkala üzrə aşağı balı olan və ya hamiləlik dövründə omeprazolun təsirindən sonra stasionar müalicəyə ehtiyacı olan uşaqların sayı ümumi tədqiq edilən populyasiyasının sayı ilə eyni idi. Mədəcikarası çəpərin anadangələn defektləri ilə və ölüdoğulmuş uşaqların sayının göstəriciləri ümumi tədqiq edilən populyasiyasının göstəriciləri ilə müqaisədə omeprazolun təsirənə məruz qalmış uşaqların qrupunda bir qədər üstün olmuşdur. Danimarkada aparılan populyasion retrospektiv koqortalı epidemioloji tədqiqatın nəticələrinə əsaslanaqraq, hansına 1996-2009 illərdə diri uşaqların doğulması ilə bitmiş bütün hamiləlik halları daxil olunmuşdur, qeyd edilmişdir ki, omeprazoldan hamiləliyin birinci trimestrində müalicə almış anaların 1800 diridoğulmuş uşaqlarında anadangələn inkişaf qüsurların baş verməsinin ümumi tezliyi 2,9% təşkil etmişdir, PPİ hamiləliyin birinci trimestrində müalicə almamış anaların 837 317 diridoğulmuş uşaqlarında isə analoji göstərici 2,6% təşkil etmişdir. Retrospektiv koqortalı epidemioloji tədqiqatın nəticələrinə əsasən H -histamin reseptorlarının2 antaqonistlərindən (555 qadın), yaxud omeprazoldan (134 qadın) hamiləliyin birinci trimestrində müalicə almış anaların uşaqlarında anadangələn inkişaf qüsurların baş verməsinin ümumi tezliyi müvafiq olaraq 5,5% və 3,6% təşkil etmişdir, hamiləliyin birinci trimestrində bu dərman vasitəsinin təsirinə məruz qalmamış anaların (1572 qadın) uşaqlarında isə – 4,1%. Kicik prospektiv observasiya koqortalı tədqiqatda hamiləlik dövründə (113 qadın, onlardan hamiləliyin birinci trimestrində 89%) omeprazol almış anaların uşaqlarında inkişafın anadangələn daha da nəzərə çarpalı qüsurların baş verməsinin tezliyi 4% təşkil etmişdir; teratogen vasitələrin təsirinə məruz qalmamış anaların uşaqlarında (nəzarətli qrup) bu göstərici 2% təşkil etmişdir, cüt müqaisəli nəzarət qrupunda isə – 2,8%. Hamiləliyin öz-özünə və düşünülmüş kəsilməsinin, vaxtından tez doğuşların tezliyinin, doğuşda uşaqlarda gestasion yaşının və orta bədən kütləsinin tezliyinin göstəriciləri bütün qruplar arasında tutuşduruldur. Hamiləlik dövründə geysər kəsiyi əməliyyatdan əvvəl ümumi narkozda premedikasiya kimi omeprazol istifadə edilmiş (daxilə birdəfəlik qəbul və ya venadaxili birdəfəlik yeritmə) 200 çox qadınların iştirakı ilə aparılan bir neçə tədqiqatların nəticələri göstərir ki, uşağa dərman vasitəsinin nəzərə çarpalı qısamüddətli neqativ təsiri yoxdur. Laktasiya İnsanlarda omeprazolun ana südü ilə xaric olunması barədə məlumat azdır (ezomeprazol omeprazolun S-enantiomeridir). Ana südü ilə qidalanan uşağa və ya ana südünün yaranmasına qarşı omeprazolun təsiri bərədə klinik məlumatlar yoxdur. Uşağın inkişafı və sağlamlığı üçün ana südü ilə qidalanmanın, ana üçün dərman vasitəsindən klinik dəyərinin üstünlüyünü, həmçinin ezomeprazolun istifadəsi ilə bağlı və ya ana orqanizminin vəziyyəti ilə əlaqədər ana südü ilə qidalanan uşaqda əmələ gələ bilən hər hansı bir arzuolunmaz fəsadların potensial riskini nəzərə almaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ezomeprazol nəqliyyat vasitəsini və digər mexanizmlərini idarəetmə qabiliyyətinə cüzi təsir göstərir. Dərman preparatını istifadə etdikdə xəstələrdə başgicəllənmə və görmənin aydın olmaması kimi arzuolunmaz reaksiyalar qeyd olunmuşdur; bu reaksiyalar əmələ gəldikdə xəstələr nəqliyyat vasitəsini və digər mexanizmlərini idarə etməkdən çəkinməlidir.
İstifadə qaydası və dozası
Dozalanması PPİ müalicənin müddəti onun hər xəstə üçün fərdi müalicəvi strateji plan, dozalanma rejimi və müəyyən göstərişlər üzrə istifadənin (klinik istifadəsi üzrə məlumatlara müvafiq olaraq) təhlükəsiziliy və effektivliyinə dair məlumatlara əsaslanaraq təyin edilir. PPİ müalicəni yalnız müalicə ilə bağlı potensial dəyəri potensil riskdən üstün olduğu hallarda başlamaq və davam etmək lazımdır. QERX-nin müalicəsi Eroziv ezofagitdə eroziyanın sağalması: tövsiyə edilən doza 4-8 həftə ərzində sutkada 1 dəfə 20 mq və ya 40 mq ezomeprazol təşkil edir (əksər hallarda eroziyanın sağalması müalicənin 4-8 həftəsindən sonra qeyd edilir, effekt olmadığı halda 4-8 həftə davametmə müddəti olan əlavə müalicə kursu müzakirə olunmalıdır). Eroziv ezofagitdə eroziyanın sağalmasında dəstəkləyici müalicə: tövsiyə edilən doza sutkada 1 dəfə 20 mq ezomeprazol təşkil edir (nəzarətli tədqiqatların müddəti 6 aydan çox olmamışdır). QERX simptomatik müalicəsi: tövsiyə edilən doza 4 həftə ərzində sutkada 1 dəfə 20 mq ezomeprazol təşkil edir (4 həftədən sonra müalicə effekt gətirməsə preparatdan daha 4 həftə ərzində əlavə müalicə kursun təyin olunması müzakirə oluna bilər). Uşaqlarda QERX-nin müalicəsi 12-17 yaşda olan uşaqlar Eroziv ezofagitdə eroziyanın sağalması: tövsiyə edilən doza 4-8 həftə ərzində sutkada 1 dəfə 20 mq və ya 40 mq ezomeprazol təşkil edir. QERX simptomatik müalicəsi: tövsiyə edilən doza 4 həftə ərzində sutkada 1 dəfə 20 mq ezomeprazol təşkil edir. 1-11 yaşda olan uşaqlar (1mq/kq artıq dozalarla istifadəsi tədqiq olunmayıb) QERX simptomatik qısa müddətli müalicəsi: tövsiyə edilən doza 8 həftə ərzində sutkada 1 dəfə 10 mq ezomeprazol təşkil edir (göstərilən dozalanma rejiminə riayət etmək üçün dərman vasitəsi müvafiq dozalanmada istifadə olunmalıdır). Eroziv ezofagitdə eroziyanın sağalması: bədən kütləsi 20 kq qədər uşaqlarda tövsiyə edilən doza 8 həftə ərzində sutkada 1 dəfə 10 mq ezomeprazol təşkil edir; 20 və daha çox bədən kütləsi ilə uşaqlarda tövsiyə edilən doza 8 həftə ərzində sutkada 1 dəfə 10 mq və ya 20 mq ezomeprazol təşkil edir (göstərilən dozalanma rejiminə riayət etmək üçün dərman vasitəsi müvafiq dozalanmada istifadə olunmalıdır). 1aydan-1 yaşa qədər olan uşaqlar (1,33mq/kq/sut artıq dozalarla istifadəsi tədqiq olunmayıb) QERX-də mədənin turşulu möhtəviyyətinin atması ilə bağlı eroziv ezofagit: bədən kütləsi 3-5 kq qədər uşaqlarda tövsiyə edilən doza 6 həftə ərzində sutkada 1 dəfə 2,5 mq ezomeprazol təşkil edir; bədən kütləsi 5 kq və 7,5 kq qədər olan uşaqlarda tövsiyə edilən doza 6 həftə ərzində sutkada 1 dəfə 5 mq ezomeprazol təşkil edir; bədən kütləsi 7,5 kq və 12 kq qədər olan uşaqlarda tövsiyə edilən doza 6 həftə ərzində sutkada 1 dəfə 10 mq ezomeprazol təşkil edir (göstərilən dozalanma rejiminə riayət etmək üçün dərman vasitəsi müvafiq dozalanmada istifadə olunmalıdır). QSİƏV istifadə etdikdə mədə xorasının əmələ gəlməsi riskinin azalması Tövsiyə edilən doza 6 həftəyədək sutkada 1 dəfə 20 mq və ya 40 mq ezomeprazol təşkil edir (nəzarətli tədqiqatların müddəti 6 aydan çox olmamışdır). 12 barmaq bağırsağın xorasının residivinin azalması riski üçün H. pylori eradikasiyası “Üçlü” müalicə: tövsiyə edilən doza amoksisillinlə (sutkada 2 dəfə 1000 mq) və klaritromisinlə (sutkada 2 dəfə 500 mq) birlikdə 10 gün ərzində sutkada 1 dəfə 40 mq ezomeprazol təşkil edir (amoksisillin və klaritromisin üçün tibbi istifadəsi üzrə müvafiq təlimatlarda əks göstərişlər, xüsusi xəbərdarlıq və ehtiyat tədbirlərinə dair məlumatla, həmçinin yaşlı xəstələrdə və böyrək funksiyasının pozulması olan xəstələrdə dozalanma rejiminə dair məlumatla tanış olmaq lazımdır). Xlorid turşusunun hipersekresiyası ilə xarakterizə olunan patoloji hallar, Zollinqer-Ellison sindromu daxil olunmaqla Tövsiyə edilən doza sutkada 2 dəfə 40 mq ezomeprazol təşkil edir (dozalanma rejimi xəstənin fərdi müalicəvi strategiyasından asılı olaraq dəyişilə bilər; ezomeprazol 240 mq dozaya qədər istifadə olunmuşdur). Xüsusi qrup xəstələr Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər çatışmazlığının yüngül və orta ağırlıq dərəcəsi olan xəstələrdə (Çayld-Pyu üzrə A və B sinif) dozaya düzəliş tələb olunmur; ağır qaraciyər çatışmazlığı ilə xəstələrdə (Çayld-Pyu üzrə C sinif) ezomeprazolun dozası sutkada 20 mq üstün olmamalıdır. İstifadə qaydası Endurans qida qəbulundan ən azı 1 saat əvvəl istifadə olunmalıdır. Peroral qəbulu Kapsullar bütöv şəkildə udulmalıdır. Kapsulun udulmasından əziyyət çəkən xəstələr üçün alternativ üsül mövcuddur – kapsulun içindəki alma püresi ilə qarışdırılır (əvvəlcədən boş qaba 1 xörək qaşığı alma püresini qoyub, kapsulu ehtiyatla açaraq, içindəki sferik pelletləri pürenin üzrərinə səpmək lazımdır). Alma püresi ilə qarışdırılan sferik pelletləri dərhal udmaq lazımdır; hazır qarışığı növbəti istifadə üçün saxlamaq olmaz. Alma püresi isti olmamalıdır və asan udulmaq üçün kifayət dərəcədə yumşaq olmalıdır. Sferik pelletləri çeynəmək və ya xırdalamaq olmaz. Əgər sferik pelletlərin alma püresi ilə qarışığı tam istifadə olunmursa, onun qalığı dərhal utilizasiya olunmalıdır. Nazoqastral zond ilə yeridilməsi Nazoqastral zond ilə xəstələrdə Endurans preparatı istifadə etdikdə kapsullar açıla bilər. Belə hallarda 60 ml həcmli kateterli şpris kapsulun içindəki zədələnməmiş sferik pelletlərlə doldurulur, sonra isə 50 ml su əlavə edilir (nazoqastral zond vasitəsilə preparatı yeritdikdə yalnız kateterli şpris istifadə olunmalıdır). Porşen birləşdikdən sonra məhlul ilə olan şpris 15 saniyə ərzində yaxşıca silkələnir; şprisin ucluğunu yuxarıya doğru saxlayaraq, əmin olun ki,ucluqda sferik pelletlər yoxdur. Sonra isə şprisin içindəki nazoqastral zond vasitəsilə mədəyə yeridilməlidir. Yeritmədən sonra nazoqastral zond su ilə təkrar yuyulmalıdır. Məhlulda həll olunmuş və ya dağılmış pelletlər olduqda, məhlul yeridilmir. Sferik pelletlərlə məhlul hazır olduqdan dərhal sonra istifadə olunmalıdır.
Əlavə təsirləri
C. difficile törədilmiş kəskin interstisial nefrit, sümük sınıqları, dəri və sistem qırmızı qurdeşənəyi, sianokobalamin defisiti, hipomaqniemiya, mədə dibinin vəzili polipləri. Klinik tədqiqatlarda əldə edilmiş nəticələr Nəzərə alaraq ki, klinik tədqiqatlar aparıldığı şəraitilər xeyli dəyişilə bilər, arzuolunmaz reaksiyaların əmələ gəlməsinin tezliyinin göstəricilərini hər hansı bir tədqiqatda analoji göstəricilərlə bilavasitə müqaisə etmək mükün deyil; bundan başqa onlar klinik praktikasında dərman vasitəsini istifadə etdiyi zaman qeyd olunmuş göstəricilərdən fərqlənə bilər. Böyüklər Ezomeprazoldan istifadənin təhlükəsizliyi 15000-dən çox 18-84 yaş xəstələrin (8500 çox xəstə ABŞ və 6500 çox Avropa və Kanadada) iştirakı ilə tədqiqatlarda qiymətlədirilmişdir; xəstələrin 2900 çoxu uzunmüddətli (6-12 ay ərzində) müalicə almışdır. Adətən, qısa və uzun müddətli tədqiqatlarda Ezomeprazoldan müalicə yaxşı mənimsənilmişdir. Ezomeprazolun 20 mq sutkalıq dozada (1240 xəstə) və 40 mq dozada (2434) istifadəsinin, həmçinin omeprazolun 20 mq (3008) sutkalıq dozada eroziv ezofagitdə eroziyanın sağalması üçün istifadəsində təhlükəsizlik 4 klinik randomizə olunmuş tədqiqatların nəticələri üzrə qiymətləndirilmişdir. Bütün qrup xəstələrdə ən tez tez (1% və daha çox xəstədə) baş ağrısı (müvafiq olaraq 5,5%, 5% və 3,8%) və diareya (qruplar arası fərq yoxdur) kimi arzuolunmaz reaksiyalar qeyd olunmuşdur. Ezomeprazolu və omeprazolu istifadə etdikdə ürəkbulanma, meteorizm, qarında ağrı, qəbizlik və ağızda quruluq kimi əlamətlərin başvermə tezliyi eyni idi. Xəstələrin 1%-dən az qeydə alınmış arzuolunmaz reaksiyalar barədə əlavə məlumat verilmişdir və ehtimal edilir ki, onlar ezomeprazoldan müalicə ilə əlagəli idi. Onlar MedDRA üzrə sistem-orqanlar siniflərinə müvafiq olaraq aşağıda göstərilib. Ümumi pozğunluqlar və yeridilən nahiyyədə pozulmalar zamanı: qarın ölçüsünün artması, allergik reaksiyalar, asteniya, beldə ağrı, döş qəfəsində ağrı, döş arxasında ağrı, üzün ödemi, periferik ödemlər, yorğunluq, bədən temperaturunun yüksəlməsi, qripəbənzər sindrom, geniş yayılmış ödemlər, aşağı ətraflarda ödem, halsızlıq, ağrı, titrətmə, başa doğru qanın axması. Ürəyə: taxikardiya. Damarlara: üzün qızarması, arterial hipertenziya. Endokrin sisteminə: zob. Mədə-bağırsaq traktına: qeyri-müntəzəm nəcis ifrazı, konstipasiyanın dərinləşməsi, dispepsiya, disfagiya, mədə-bağırsaq displaziyası, epiqstridə ağrı, qida borusunun pozğunluqları, ishal, qastroenterit, mədə-bağırsaq qanaxması, digərləri göstərilməyibsə, MBT tərəfindən simptomlar, hıçqırma, melena, gəyirmə, ağız boşluğu, udlaq, düz bağırsaq, dil tərəfindən pozğunluqlar, dilin ödemi, xoralı stomatit, qusma, qan zərdabında qastrin səviyyəsinin artması. Eşitmə orqanı və labirint pozulmalarına: qulaqlarda ağrı, qulaqlarda küy, orta otit. Qan və limfa sistemlərinə: anemiya, hipoxrom anemiya, boyun limfoadenopatiya, burun qanaxması, leykositoz, leykopeniya, trombositopeniya. Qaraciyərin və ödçıxarıcı yollara: hiperbilirubunemiya, qaraciyər funksiyasının pozulması, qan zərdabında aspartataminotransferaza səviyyəsinin (AST) artması, qan zərdabında alaninaminotransferaza səviyyəsinin (ALT) artması. Maddələr mübadiləsi və qidalanmaya: qlükozuriya, hiperurikemiya, hiponatriyemiya, qan zərdabında qələvi fosfataza səviyyəsinin artması, yanğı hissi, vitamin B defisiti, bədən kütləsinin12 artması, bədən kütləsinin azalması. Əzələ-skelet və birləşdirici toxumalara: artralgiya, artritin kəskinləşməsi, artropatiya, əzələ spazmaları, fibromialgiya sindromu, yırtığ, revmatik polimialgiya. Sinir sisteminə: anoreksiya, apatiya, iştahın artması, baçgicəllənmə, hipertonus, əsəbilik, hipesteziya, yuxusuzluq, miqren, miqrenin kəskinləşməsi, paresteziya, yuxu pozğunluqları, yuxuya meyillik, tremor, vertiqo, parosmiya, dadbilmə hissinin itməsi, dadbilmə hissinin dəyişilməsi. Psixi pozulmalar zamanı: depressiyanın kəskinləşməsi, şüurun qarışığı. Tənəffüs sisteminə, döş qəfəsi və divararalıq orqanlara: bronxial astmanın kəskinləşməsi, öskürək, təngnəfəslik, qrıtlağın ödemi, faringit, rinit, sinusit. Cinsi orqanlar və süd vəzinə: impotensiya, dismenoreya, menstrual siklin pozulması, vaginit. Dəri və dərialtı toxumalara: akne, angionevrotik ödem, dermatit, qaşınma, anal nahiyyədə qaşınma, səpgi, eritematoz səpgi, makulopapulöz səpgi, dərinin iltihabı, yüksək tərləmə, övrə. Böyrəklərə və sidikçıxarıcı yollara: sidik analizində dəyişiklik, albuminuriya, sistit, dizuriya, göbələk infeksiyası, hematuriya, sidik ifrazının tezliyinin dəyişilməsi, kandidoz, genital kandidoz, poliuriya. Görmə orqanına: görmə sahələrinin defekti, konyunktivit, görmənin pozulması. Klinik tədqiqatlarda xəstəlirin 1%-də ezomeprazolun istifadəsi ilə bağlı olmayan laborator göstəricilərində aşağıdaki potensial klinik əhəmiyyətli dəyişikliklər qeydə alınmışdır: qan zərdabında kreatinin, sidik turşusu, ümumi bilirubin, qələvi fosfataza, ALT, AST, hemoqlobin, leykositlər, trombositlər, kalium, natrium, tiroksin, tireotrop hormon, qastrin səviyyələrinin yüksəlməsi. Həmçinin qan zərdabında hemoqlobin, leykosit, trombosit, kalium, natrium və tiroksin səviyyələrinin azalması qeyd olunmuşdur. Endoskopik müayinələrin nəticələri duodenit, qida borusunun strikturu, qida borusunun xorası, qida borusu venaların varikoz genişlənməsi, mədə xorası, qastrit, yırtığ, xoşxassəli poliplər və ya düyünlər, Barret qida borusu və selikli qişanın rənginin dəyişilməsi kimi arzuolunmaz reaksiyaların əmələ gəlməsini göstərir. Ezomeprazoldan 6 aylıq dəstələyici müalicə ilə əlaqədar arzuolunmaz reaksiyalar xəstələrdə və plasebo qrupunda olanlarla eyni tezliyi ilə qeyd olunmuşdur. Ezomeprazoldan istifadə ilə əlaqədar 12 aya qədər davam edən dəstələyici müalicədədə və dərman vasitəsindən qısamüddətli müalicədə arzuolunmaz reaksiyaların növlərində fərqlənmə qeyd olunmamışdır. İki plasebo-nəzarətli tədqiqatlarda (QERX simptomatik müalicə almış 710 xəstə) ən tez-tez qeyd olunmuş diareya (4,3%), baş ağrısı (3,8%) və qarında ağrı (3,8%) kimi reaksiyalar ola bilsin ki, ezomeprazoldan müalicə ilə əlaqədərdır. Uşaqlar QERX simptomatik müalicəsində ezomeprazolun təhlükəsizliyi 1-17 yaşda olan 316 uşaqların iştirakı ilə 4 klinik tədqiqatlarda qiymətləndirilmişdir. 1-11 yaşlı uşaqların 109-da ezomeprazoldan müalicə ilə əlaqədər ən tez-tez (ən azı 1% xəstədə) diareya (2,8%), baş ağrısı (1,9%) və yuxuya meyillik (1,9%) kimi arzuolunmaz reaksiyalar qeyd olunmuşdur.12-17 yaşlı 149 xəstədə ən tez-tez (ən azı 2% xəstədə) diareya (2%), baş ağrısı (8,1%), qarında ağrı (2,7%) və ürəkbulanma (2%) kimi arzuolunmaz reaksiyalar qeyd olunmuşdur. Ezomeprazoldan istifadənin təhlükəsizliyi1 yaşa qədər olan 167 uşaqda üç klinik tədqiqatlarda qiymətləndirilmişdir. Yaşı 1 aya qədər olan 26 xəstənin iştirakı ilə tədqiqatda ezomeprazoldan müalicə ilə əlaqədar arzuolunmaz reaksiyalar qeydə alınmamışdır. Yaşı 1-11ay olan 43 xəstənin iştirakı ilə tədqiqatda ən tez-tez (ən azı 5% xəstədə) əmələ gəldiyi səbəblərdən asılı olmadan əsəbilik və qusma kimi arzuolunmaz reaksiyalar qeyd olunmuşdur. Ezomeprazoldan 6 aya qədər müalicə almış yaşı 1-11 ay olan 98 xəstənin iştirakı ilə tədqiqatda (39 randomizə olunmuş xəstə daxil olunmaqla; müalicənin ləğv olunma fazası) dərman vasitəsinin istifadəsi ilə bağlı aşağıdaki 4 arzuolunmaz reaksiyalar barədə məlumat verilmişdir: qarında ağrı (1%), requrgitasiya (1%), taxipnoe (1%) və qan zərdabında ALT səviyyəsinin yüksəlməsi (1%). Uşaqlarda ezomeprazolun təhlükəsizlik profili böyüklərin profili ilə eyni olmuşdur. Amoksisillin və klaritromisin ilə kombinə olunmuş müalicə Ezomeprazolu amoksisillin və klaritromisin ilə birlikdə istifadə etdikdə klinik tədqiqatlarda kombinə olunmuş müalicə üçün xas olan hər hansı bir əlavə arzuolunmaz reaksiyalar qeyd olunmayıb; dərman vasitəsindən monoterapiya kimi istifadə etdiyi zaman arzuolunmaz reaksiyalar qeydə alınmmış arzuolunmaz reaksiyalar ilə eyni idi. 10 sutka ərzində “üçlü” müalicə almış xəstələrdə dərman vasitəsinin istifadəsi ilə bağlı ən tez-tez diareya (9,2%), qarında ağrı (3,7%) və dadbilmə hissinin dəyişilməsi (6,6%) kimi arzuolunmaz reaksiyalar qeyd olunmuşdur. Kombinə olunmuş müalicədə müalicə ilə bağlı arzuolunmaz reaksiyaların əmələ gəlməsinin tezliyi ezomeprazolu monoterapiya kimi istifadə etdiyi zaman qeyd edilən tezliyi ilə eyni olmuşdur. Amoksisillinin və klaritromisinin istifadəsi ilə bağlı arzuolunmaz reaksiyalar barədə əlavə məlumat istifadəsi üzrə tibbi təlimatlarda yerləşdirilirb. Ezomeprazolu amoksisillin və klaritromisin ilə birlikdə istifadə etdikdə klinik tədqiqatlarda laborator testlərin nəticələrinə (göstəricilərin yüksəlməsinə dair) heç bir əlavə təsir qeyd olunmayıb. Amoksisillinin və klaritromisinin istifadəsi ilə bağlı laborator testlərin nəticələrində dəyişikliklər barədə əlavə məlumat istifadəsi üzrə tibbi təlimatlarda yerləşdirilirb. Postmarketinq dövründə əldə olunmuş məlumatlar Ezomeprazolun istifadəsi ilə bağlı MedDRA üzrə sistem-orqanlar siniflərinə müvafiq olaraq aşağıdaki arzuolunmaz reaksiyalar postmarketinq dövründə qeyd olunmuşdur; nəzərə alaraq ki, məlumatlar könüllü, populyasiyanın ölçüsü isə müəyyən olunmamışdır, bu arzuolunmaz reaksiyaların başvermə tezliyini və onların dərman vasitəsinin istifadəsinin qarşılıqlı əlagəsini lazımı şəkildə qiymətləndirmək hər zaman mümkün olmur. Qan və limfa sistemlərinə: aqranulositoz, pansitopeniya. Görmə orqanına: görmənin aydın olmasının pozulması. Mədə-bağırsaq traktına: pankreatit, stomatit, mikroskopik kolit, mədə dibində vəzili poliplər. Qaraciyərə və ödçıxarıcı yollara: qaraciyər çatışmazlığı, sarılıqla və ya onsuz hepatit. İmmun sistemə: anafilaktik reaksiyalar/şok, sistem qırmızı qurdeşənəyi. İnfeksion və parazitar xəstəliklər zamanı: MBT kandidozu, C. difficile törədilmiş diareya. Maddələr mübadiləsinə və qidalanmaya: hipokalsiemiya ilə hipomaqniemiya və ya onsuz və/və ya hipokaliemiya ilə. Əzələ-skelet və birləşdirici toxumalara: əzələ zəifliyi, mialgiya, sümük sınıqları. Sinir sisteminə: qaraciyər ensefalopatiyası, dadbilmə hissinin pozulması. Psixi pozulmalar zamanı: aqressiya, ajitasiya, depressiya, hallüsinasiyalar. Böyrəklərə və sidikçıxarıcı yollara: interstisial nefrit. Cinsi orqanlara və süd vəzinə: ginekomastiya. Tənəffüs sisteminə, döş qəfəsinə və divararalıq orqanlara: bronxospazm. Dəri və dərialtı toxumala: alopesiya, multiformalı eritema, hiperhidroz, fotosensibilizasiya, Stivens- Conson sindromu, toksik epidermal nekroliz (bəzən letal nəticəli), qırmızı dəri qurdeşənəyi. Şübhə doğuran arzuolunmaz reaksiyalar barədə məlumatlar Dərman vasitəsinin qeydə alınmasından sonra şübhə doğuran arzuolunmaz reaksiyalar barədə məlumatlar önəmlidir. Dərman vasitəsinə qarşı xəstədə ciddi arzuolunmaz reaksiya aşkar edildikdə və ya bu bölümdə qeyd olunmamış yeni arzuolunmaz reaksiya yarandıqda Milli farmakonəzarət sisteminə müvafiq olaraq məlumat verin.
Doza həddinin aşılması
510 mq/kq dozada peroral birdəfəlik yeritmə zamanı (insan üçün təxmini 124 dəfədən üstün doza; bədən səthinin sahəsinə əsasən hesablama) ezomeprazol heyvanların (sıçovular) ölümünə gətirmişdir. Kəskin toksikliyin əlamətləri hərəki aktivliyinin azalması, tənəffüsün tezliyinin dəyişilməsi, tremor, ataksiya və müntəzəm klonik qıcolmaları olmuşdur. Ezomeprazolla qəsdən doza həddinin aşılmasında (dərman vasitəsinin sutkada 240 mq üstün olan dozalarda istifadəsinin təcrübəsi məhddudur) əmələ gələn simptomlar tranzitor xarakterli idi. Ezomeprazolu 80 mq dozalarla birdəfəlik istifadə etdikdə nəzərə çarpalı arzuolunmaz reaksiyalar qeyd olunmayıb. Ezomeprazoldan doza həddinin aşılması barədə məluatlar həmçinin önəmli ola bilər; dərman vasitəsinin dozaları 2400 mq çərçivəsində dəyişirdi (adi tövsiyə edilən müalicəvi dozadan 120 dəfə üstün). Belə hallarda müxtəlif siptomlar qeyd olunmuşdur: şüurun qarışığı, yuxuya meyillik, görmənin aydınlığının pozulması, taxikardiya, ürəkbulanma, yüksək tərləmə, üzün qızırması, baş ağrısı, ağızda quruluq və digər arzuolunmaz reaksiyalar, hansılar dərman vasitəsini klinik praktikasında adi istifadə etdiyi halda qeydə alınmışdır (omeprazol üçün tibbi istifadəsi üzrə təlimatda arzuolunmaz reaksiyalar barədə məlumata bax). Omeprazol üçün xüsusi antidot yoxdur. Nəzərə alaraq ki, omeprazol xeyli dərəcədə qan plazmasının zülalları ilə birləşir, dərman vasitəsinin orqanizmdən dializ vasitəsilə xaric olunması gözlənilmir. Doza həddinin aşılması hallarında simptomatik və dəstəkləyici müalicə aparılmalıdır. Doza həddinin aşılmasının hər bir halında olduğu kimi bir neçə preparatların qəbulunu nəzərə almmaq lazımdır.
Buraxılış forması
Tədricən azad olanunan kapsullar. 7 kapsul, blisterdə. 4 blister, içlik-vərəqə ilə karton qutuya qablaşdırılır. Tədricən azad olanunan bərk jelatin kapsullar. 14 kapsul, blisterdə. 2 blister, içlik-vərəqə ilə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Temperaturu 25°C temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlanmaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.