DOFAMIN-DARNICA 4% 5 ML N10 AMPUL

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirQeyri-qlikozid quruluşlu kardiotonik vasitələr. Adrenergik və dofaminergik preparatlar
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DOFAMİN-DARNİTSA infuziya üçün məhlul hazırlamaq üçün konsentrat

Tərkibi

Təsiredici maddə: 1 ml konsentratın tərkibində 5 mq və ya 40 mq dofamin hidroxlorid vardır. Köməkçi maddələr: natrium metabisulfit (E 223), durulaşdırılmış xlorid turşusu, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz və ya zəif-sarımtıl rəngli mayedir.

Farmakoterapevtik qrupu

Qeyri-qlikozid quruluşlu kardiotonik vasitələr. Adrenergik və dofaminergik preparatlar. ATC kodu: C01C A04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Kimyəvi mənşəinə görə dofamin noradrenalin biosintezinin sələfidir və dofamin reseptorlarına spesifik stimullaşdırıcı təsir göstərir və həmçinin, yüksək dozalarda α- və β-adrenoreseptorları stimullaşdırır. Dofamin-Darnitsa preparatının təsiri altında qan damarlarının ümumi periferik müqaviməti (DÜPM) və sistolik arterial təzyiq yüksəlir, ürək yığılmaları güclənir, ürək atımı artır. Ürək yığılmalarının tezliyi nisbətən az dəyişir. Miokardın oksigenə olan ehtiyacı yüksəlir, lakin, koronar qan dövranının artması ilə əlaqəli oksigenin daha yüksək çatdırılması təmin olunur. Dofamin-Darnitsa preparatı, böyrək damarlarında qan axınını yüksəltməklə, onların müqavimətini aşağı salır, yumaqcıq filtrasiyasını və natriumun ekskresiyasını yüksəldir. Qeydə alınan farmakoloji effektlər, qanda təsiredici maddənin konsentrasiyasından asılıdırlar. Aşağı dozalarda (dəqiqədə 0,5-2 mkq/kq) əsasən, dofamin reseptorlarına təsir göstərir. Mezenterial, beyin, koronar damarları genişləndirir, böyrək damarlarının müqavimətini aşağı salır, yumaqcıq filtrasiyasını yüksəldir, diurezi və natriumun orqanizmdən xaricolmasını artırır. Orta dozalar intervalında (dəqiqədə 2-10 mkq/kq) β -adrenoreseptorları stimullaşdırır və bununla, müsbət1 inotrop effektin meydana çıxmasına səbəb olur, ürəyin dəqiqəlik həcmini yüksəldir. Dəqiqədə 10 mkq/kq və daha yüksək dozalarda istifadə etdikdə, DÜPM-nin artırmasına, böyrək -damarlarını daralmasına, arterial təzyiqin yüksəlməsinə, diurezi aşağı salmasına nisbətən, α1 adrenoreseptorlara daha mühüm təsir göstərir. Preparatın orqanizmə yeridilməsi dayandırıldıqdan sonra, effekt 5-10 dəqiqədən artıq davam etmir. Farmakokinetikası Dofaminin noradrenalin sintezinin təbii aralıq məhsulu olduğunu nəzərə alaraq, əksər hallarda, onun orqanizmdə farmakokinetikasını izləmək mümkün deyil. Vena daxilinə yeridildikdən sonra, preparatın yarımxaricolma dövrü ( T ) 5 dəqiqəyə qədər1/2 (orta hesabla 2 dəqiqə) təşkil edir. Demək olar ki, bütün toxumalarda metabolizmə məruz qalır. Yeridilən dozanın 75 %-ə qədəri orqanizmdən ilk sutkalar ərzində, qeyri-aktiv metabolitlər şəklində böyrəklər vasitəsi ilə xaric olunur. Orqanizmə yeridilən dofaminin 25 %-ə qədəri, neyrovezikullara geri tutulma mexanizmi vasitəsi ilə noradrenalinin sintezi üçün istifadə olunur. Preparatın təsiri, orqanizmə yeridildikdən sonra 5 dəqiqə müddətində başlayır və infuziya dayandırıldıqdan sonra, 5-10 dəqiqə müddətində sona çatır.

İstifadəsinə göstərişlər

Şok vəziyyəti və ya şokun meydana gəlməsi üçün təhlükəli vəziyyətlər: – kəskin miokard infarktı nəticəsində meydana çıxan ürək çatışmazlığı (kardiogen şok); – ağır dərəcəli infeksiyalar (infeksion-toksik şok); – əməliyyatlardan sonrakı şok vəziyyətləri; – müxtəlif mənşəli arterial təzyiqin şiddətli aşağı düşməsi (ağır dərəcəli hipotenziya); – hiperhəssaslıq reaksiyaları (anafilaktik şok).

Əks göstərişlər

Dofaminə və ya preparatın tərkibində olan hər hansı digər komponentə qarşı yüksək həssaslıq. Feoxromositoma, tireotoksikoz. Taxiaritmiya, mədəciklərin fibrillyasiyası və həmçinin, mədəciklərin dolması üçün mexaniki müqavimətlə müşayiət olunan vəziyyətlər. Hipovolemiya (müalicəyə başlamazdan əvvəl, dövr edən qanın həcm çatışmazlığını bərpa etmək vacibdir). Bağlıbucaqlı qlaukoma. Sidik ifrazının ləngiməsi ilə müşayiət olunan prostat vəzinin hiperplaziyası. Siklopropanın və halogenləşdirilmiş karbohidrogenlərin istifadəsi ilə anesteziyanın aparılmasından çəkinmək lazımdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hipoksiya, hiperkapniya və asidoz əlavə effektlərin ehtimalını yüksəltməklə, preparatın effektivliyini aşağı salırlar. Müalicəni, bu vəziyyətlərin korreksiyası ilə eyni zamanda aparmaq lazımdır. Dofaminin yeridilməsini, ürək yığılmalarının tezliyinə, arterial təzyiqə, EKQ-ə, diurezin göstəricisinə nəzarət edərək, həyata keçirmək lazımdır; həmçinin, ürəyin vurğu həcminə, mədəciklərin dolma təzyiqinə, mərkəzi venoz təzyiqə, ağciyər arteriyası həcminə nəzarət etmək vacibdir. Uzunmüddətli müalicə aparıldıqda, bütün hallarda, pasiyentin vəziyyətinin, dəqiqəlik həcmin və laborator analizlərin dəyişməsindən asılı olmayaraq, elektrolit və turşu-qələvi balansına, qaraciyər və böyrək funksiyalarına müntəzəm nəzarət etmək lazımdır. Şok vəziyyətində olan pasiyentlərdə preparatı istifadə etməzdən əvvəl hipovolemiyanı, plazmanın və digər qanəvəzedici mayelərin yeridilməsi ilə korreksiya etmək lazımdır. İnfuziyanı, kardiomonitor nəzarət altında aparmaq lazımdır. Hipotenziya olmadan diurezin aşağı düşməsi, diastolik arterial təzyiqin həddindən artıq yüksəlməsi və ya aritmiyanın meydana çıxması, dozanın aşağı salınmasının və ya infuziyanın dayandırılmasının tələb olunmasını göstərir. Dofaminlə müalicəyə başalamzdan əvvəl, hipovolemiyanın müxtəlif növlərini korreksiya etmək lazımdır. Ürəyin və qan damarlarının üzvi zədələnməsindən əziyyət çəkən pasiyentlərə xüsusi diqqət ayırmaq lazımdır, məsələn: – ürəyin işemik xəstəliyindən, stenokardiyadan əziyyət çəkən pasiyentlər; – arteriyaların obliterasiya edən xəstəliklərindən əziyyət çəkən pasiyentlər (ateroskleroz, tromboemboliya, Reyno xəstəliyi, donvurma, diabetik mikroangiopatiya və ya Vinivarter- Byurger xəstəliyi); – aritmiyalardan əziyyət çəkən pasiyentlər. Preparatın atrioventrikulyar keçiriciliyi yaxşılaşdırmasını nəzərə alaraq, səyriyyən aritmiyadan əziyyət çəkən pasiyentlərdə müalicəyə başlamazdan əvvəl, digitalis (üskükotu) preparatları təyin etmək lazımdır. Kəskin miokard infarktı nəticəsində şok baş verdikdə, dofaminin aşağı dozalarından istifadə etmək lazımdır. Diastolik təzyiqin qeyri-proporsional yüksəlməsinin (yəni, ürəyin vurğu həcminin şiddətli aşağı düşməsi) periferik damar müqavimətinin yüksəlməsi nəticəsində baş verə biləcəyini nəzərə alaraq, bu hal müşahidə olunduqda, infuziyanın sürətini aşağı salmaq, pasiyentləri isə həkimin nəzarəti altında saxlamaq lazımdır. İnfuziyanın sürəti artırıldıqdan sonra aradan qalxan arzuolunmayan arterial hipotenziyanın qarşısını almaq məqsədi ilə, dofaminin hətta aşağı dozalarda belə yeridilməsini, tədricən həyata keçirmək lazımdır. Pasiyentin vəziyyətindən, diurezdən, ürəyin dəqiqəlik həcmindən və arterial təzyiqdən asılı olaraq, yeridilən dozanı müntəzəm korreksiya etmək lazımdır. Dofamindən istifadə edən pasiyentdə diastolik arterial təzyiq yüksəldikdə (yəni, təzyiq amplitudası nəzərəçarpacaq dərəcədə aşağı düşdükdə), yalnız arzuolunan effekt əldə olunduğu halda, preparatın yeridilmə sürətini aşağı salmaq və vazokonstriksiyanın gələcəkdə meydana çıxa biləcək əlamətlərinə diqqətlə nəzarət etmək lazımdır. Diastolik arterial təzyiq həddindən artıq yüksəldiyi halda, diurez aşağı düşdükdə və ya aritmiya meydana çıxdıqda, dofaminin dozasını aşağı salmaq lazımdır. Ürək funksiyaları və arterial təzyiq stabilləşdikdə, optimal sidik ifrazını təmin etmək məqsədi ilə dozaların aşağı salınması tələb oluna bilər. Zədələnmiş nahiyəyə nazik iynə ilə təchiz olunmuş şpris vasitəsi ilə fentolamin (5-10 mq fentolamin 10-15 ml 0,9 %-li fizioloji məhlulda) yeritməklə, işemiyanın qarşısını almaq mümkündür. Arterial hipotenziyanın meydana çıxma təhlükəsini nəzərə alaraq, infuziya sona çatdıqda, dofaminin dozasının tədricən aşağı salınması tələb oluna bilər. Dofamini arterya daxilinə və bolyus inyeksiyası şəklində yeritmək olmaz. Anamnezlərində periferik damar xəstəlikləri olan pasiyentlərdə dərinin rənginin və ya ətrafların dərisinin temperaturunun istənilən dəyişməsinə diqqətlə nəzarət etmək lazımdır. Dofaminin yeridilməsi nəticəsində, xüsusilə, periferik damarların obliterasiya edən xəstəliklərindən və/və ya disseminasiya olunmuş damardaxili laxtalanma sindromundan əziyyət çəkən pasiyentlərdə, qan damarlarının şiddətli daralması meydana çıxa bilər ki, bu da dəri nekrozuna və qanqrenaya gətirib çıxara bilər. Belə pasiyentlərin vəziyyətlərinə ciddi nəzarətin aparılmasını təmin etmək vacibdir; bu pasiyentlərdə periferik işemiya əlamətləri meydana çıxdığı halda, dofaminin yeridilməsini dərhal dayandırmaq lazımdır. Həmçinin, böyrək və ya qaraciyər funksiyalarının pozulması müşahidə olunan pasiyentlərin vəziyyətlərinə nəzarət etmək lazımdır. Komatoz vəziyyətdə olan pasiyentlərdə, tənəffüs yollarının keçiriciliyini təmin etmək vacibdir. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə qlükoza məhlulunu ehtiyatla istifadə etmək lazımdır. Ekstravazatların qarşısını almaq üçün dofamini iri venaya yeritmək tövsiyə olunur. Preparatın təsadüfən yumşaq toxumalara yeridilməsi, onların nekrozunun meydana çıxmasına səbəb ola bilər. Ekstravazatlar meydana çıxdıqda, zədələnmiş toxumaların fentolaminlə infiltrasiyası yolu ilə, nekrozun qarşısını almaq mümkündür. Qan dövranının yenidən paylanmasını nəzərə alaraq, həzm traktında aparılan operativ müdaxilədən sonra və ya hemorragik diatezdən əziyyət çəkən pasiyentlərdə qanaxmanın baş vermə riski mövcuddur. Arterial hipotenziyanın meydana çıxma təhlükəsini nəzərə alaraq, infuziya sona çatdıqda, dofaminin dozasının tədricən aşağı salınması tələb oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Simpatomimetiklər, quanetidin – Dofamin-Darnitsa preparatının simpatomimetik effekti güclənir. Monoaminooksidaza (MAO) fermentinin inhibitorları dofaminin effektlərini gücləndirir və preparatın təsir müddətini uzadırlar. Hal-hazırda və ya son 2 həftə müddətində MAO fermentinin inhibitorlarından istifadə edən pasiyentlərdə, dofamini çox ehtiyatla istifadə etmək lazımdır. Belə pasiyentlərə dofamini əhəmiyyətli dərəcədə aşağı dozada (başlanğıc doza, adətən yeridilən terapevtik dozanın 1/10-ni təşkil edir) təyin etmək lazımdır. Trisiklik antidepressantlar və maprotilin. Dofamin, sinir sonluqlarında azadolmuş noradrenalinin miqdarını artırır. Trisiklik antidepressantlar sinir sonluqlarında noradrenalinin geri tutulmasını inhibə edirlər və beləliklə, dofaminin effektlərini gücləndirirlər. Dofaminin effektlərinin güclənməsini nəzərə alaraq, antidepressantlardan istifadə edən pasiyentlər üçün preparatın dozasını aşağı salmaq lazımdır. Dofamin, sidikqovucu preparatların təsirinin güclənməsinə səbəb ola bilər. Anesteziyaedici preparatlar – kardial əlavə effektlərin inkişaf etmə riski yüksəlir. Butirofenon, propranolol – kardial əlavə effektlərin inkişaf etmə riski aşağı düşür. Halotan və siklopropan. Dofamini halotanla, siklopropanla və ürək əzələsinin həssaslığını yüksəldən bəzi digər anestetiklərlə kombinasiyada istifadə etdikdə, mədəcik aritmiyası və arterial hipertenziya inkişaf edə bilər. Bu preparatların eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Qalxanabənzər vəzinin preparatları Dofamin-Darnitsa preparatının müsbət xronotrop təsirini aşağı salırlar. Fenitoin və ya trisiklik antidepressantlar – dofaminlə eyni zamanda istifadə edilməsi, arterial təzyiqin yüksəlməsinə və bradiaritmiyanın meydana çıxmasına gətirib çıxara bilər. Selegilin (Parkinson xəstəliyi zamanı istifadı olunur) – seligilinin və dofaminin eyni zamanda istifadəsi arzuolunmazdır. β-adrenoblokatorlar (propranolol, metoprolol) – dofaminin kardial effektlərini aşağı salırlar. Qısamüddətli təsirə malik α-adrenoblokatorlar (fentolamin) – dofaminin periferik vazokonstriksiyasını aşağı salırlar. Katexin-o-metiltransferaza (KOMT) fermentinin inhibitorları, məsələn, entakapon, Dofamin- Darnitsa preparatı daxil olmaqla, katexolaminlərin xronotrop və aritmogen effektlərini gücləndirə bilərlər. Bu gücləındirilmiş qarşılıqlı təsirin klinik əhəmiyyəti müəyyən edilməmişdir. Entakapon ilə müalicə qəbul edən pasiyentlər, dofaminin istifadəsindən 1-2 gün əvvəl, preparatın daha aşağı dozalarından istifadə etməlidirlər. Dobutamin – dobutamini və Dofamin-Darnitsa preparatını eyni zamanda istifadə etdikdə, arterial təzyiqin daha nəzərəşarpacaq yüksəlməsi müşahidə oluna bilər, lakin bu zaman, ürək mədəciklərinin dolma təzyiqi aşağı düşür və ya dəyişilməmiş qalır. Dofamin-Darnitsa preparatı nitratların antianginal təsirini, α-, β-adrenoblokatorların və digər hipotenziv preparatların antihipertenziv təsirini aşağı salır. Dofamin-Darnitsa preparatını ürək qlikozidləri ilə və həmçinin, diuretik preparatlarla (furosemidlə) birlikdə təyin etmək olar. Hipovolemik şok zamanı Dofamin-Darnitsa preparatını plazmanın, plazmaəvəzedicilərinin və ya qanın eyni zamanda yeridilməsi ilə birlikdə istifadə etmək olar. Çovdar mahmızı preparatlarından istifadə edən pasiyentlərə, dofamini təyin etmək olmaz. Uyuşmazlıq Dofaminin qələvilərə qarşı həssas olmasını nəzərə alaraq, onu məsələn, natrium hidrokarbonat kimi, qələvi məhlullarla (pH göstəricisi 7-dən artıq) qarışdırmaq olmaz. Dofamin mövcud olduqda, alteplaza və amfoterisin B davamlı deyillər. Bundan əlavə, dofaminin, aşağıda göstərilən preparatlarla fiziki-kimyəvi uyuşmazlığı məlumdur: asiklovir, alteplaza, amikasin, amfoterisin B, ampisillin, sefalotin, dakarbazin, teofillin etilenamin (eufillin), teofillinin kalsium məhlulu (eufillinin kalsium məhlulu), furosemid, gentamisin, heparin, dəmir duzları, nitroprussid natrium, benzilpenisillin, tobramisin, oksidləşdiricilər, tiamin (vitaminin parçalanmasına səbəb olur).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, hamiləlik dövründə onun istifadəsi tövsiyə olunmur. Preparatın ana südünə nüfuz etməsi və həmçinin, körpələrə təsir göstərməsi barədə heç bir məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dofamin-Darnitsa preparatı, çox qısa yarımparçalanma dövrünə malik olan və stasionar şəraitdə istifadə üçün nəzərdə tutulan dərman vasitəsidir. Stasionardan çıxarıldıqdan sonra, preparatın nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri aşkar edilməmişdir.

İstifadə qaydası və dozası

Şokun ağırlıq dərəcəsini, dofaminlə aparılan müalicəyə pasiyentin reaksiyasını və əlavə effektləri nəzərə alaraq, preparatın dozalarını həkim fərdi təyin edir. Dofaminin hemodinamikaya arzuolunan effektini əldə etmək üçün, hər pasiyentə preparatın dozasını titrləmə yolu ilə diqqətlə seçmək lazımdır. Müalicə kursuna başlamazdan əvvəl, dövr edən qanın həcmini bərpa etmək lazımdır. Dofaminin istifadəsi ilə eyni zamanda elektrolit balansa nəzarət etmək vacibdir. Həkim tərəfindən digər təyinat olmadıqda, aşağıdakı dozalardan istifadə etmək tövsiyə olunur. Böyüklər Ürək və qan dövranı fəaliyyətinin mülayim dəstəklənməsinə cavab vermək ehtimalı olan yetkin yaşlı pasiyentlər üçün dofaminin yeridilməsini, başlanğıc doza dəqiqədə 2,5 mkq/kq olmaqla, həyata keçirmək olar. Bu halda, vəziyyətləri ağır olan pasiyentlər üçün başlanğıc doza 5 mkq/kq təşkil etməlidir və zərurət yarandıqda, dozanı tədricən (məsələn, hər 15-30 dəqiqədən bir) dəqiqədə 10 mkq/kq-a qədər artıraraq, bədən kütləsinin hər kq-na dəqiqədə 20-50 mkq maksimal dozaya qədər çatdırmaq olar. Dofamini bədən kütləsinin hər kq-na dəqiqədə 20 mkq-dan aşağı dozada istifadə etdikdə, pasiyentlərin əksəriyyətində qənaətbəxş vəziyyətin əldə olunması mümkündür. Preparatın bədən kütləsinin hər kq-na 20 mkq-dan artıq dozada istifadə edilməsi, böyrək qan dövranının aşağı düşməsi ilə müşayiət oluna bilər. Ürək çatışmazlığı pisləşdiyi halda, dofamini infuziya şəklində, bədən kütləsinin hər kq-na 50 mkq-dan artıq olmayan dozada istifadə etmək lazımdır. Bədən kütləsinin hər kq-na 50 mkq-dan yüksək dozanın istifadəsi üçün zərurət yarandıqda, diurezə nəzarət etmək vacibdir. Daha qatı məhlulun yeridilməsindən əvvəl, preparatı ən aşağı konsentrasiyalarda yeridilmə sürətinin artırılmasına üstünlük vermək lazımdır. Dofamin-Darnitsa preparatının 40 mq/ml infuziya üçün məhlul hazırlamaq üçün konsentratının 1 ampulunu 50 ml infuziya üçün məhlulda həll etdikdə, həmin məhlulun 1 ml tərkibində 4000 mkq dofamin hidroxlorid mövcuddur. Dofamin-Darnitsa preparatının 40 mq/ml infuziya üçün məhlul hazırlamaq üçün konsentratının 1 ampulunu 500 ml infuziya üçün məhlulda həll etdikdə, həmin məhlulun 1 ml tərkibində 400 mkq dofamin hidroxlorid mövcuddur. Müalicənin davametmə müddəti pasiyentin klinik vəziyyətindən asılıdır və həkim tərəfindən müəyyən edilir. Hipovolemiyadan əziyyət çəkən pasiyentlərdə dofaminlə müalicəyə başlamazdan əvvəl, dövr edən qanın həcmini bərpa etmək lazımdır. Dofaminin atrioventrikulyar (qulaqcıq-mədəcik) keçiriciliyi yaxşılaşdırmasını nəzərə alaraq, səyriyyən aritmiyadan əziyyət çəkən pasiyentlərdə və sürətli mədəcik cavabı verən pasiyentlərdə dofamini istifadə etməzdən əvvəl, ürək qlikozidlərini yeritmək lazımdır. Aspirasiya riskini nəzərə alaraq, şüursuz vəziyyətdə olan pasiyentlərin müalicəsi aparıldıqda, tənəffüs yollarının keçiriciliyinə nəzarət etmək vacibdir. Yüksək pre- və postyüklənməsi olan pasiyentlərdə ürək yükünü aşağı salmaq məqsədi ilə, əlavə olaraq, nitroqliserindən istifadə etmək lazımdır. Preparatı yeritməzdən əvvəl onu durulaşdırmaq lazımdır. Durulaşdırılma həcmi – 1 ampul preparatı 250 ml və ya 500 ml istifadə üçün tövsiyə olunan həlledicilərdə (0,9 %-li natrium xlorid məhlulu və ya 5 %-li qlükoza məhlulu) durulaşdırmaq lazımdır. İnfuziya üçün məhlulu istifadəsindən bilavasitə əvvəl hazırlamaq lazımdır; bu zaman yalnız şəffaf, Dofamin-Darnitsa preparatını əlavə etdikdən sonra rənglərini dəyişməyən məhlulları istifadə etmək olar. Mümkün olduqda, infuziyanı mərkəzi venoz kateterdən istifadə edərək həyata keçirmək lazımdır. Hazırlanmış məhlulu 12 saat müddətində istifadə etmək lazımdır. Uşaqlar Dofaminin uşaqlarda istifadəsi barədə heç bir məlumat yoxdur, bu səbəbdən, bu kateqoriyadan olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.

Əlavə təsirləri

Dofaminin istifadəsi zamanı əlavə reaksiyaların inkişaf etməsi, preparatın farmakoloji təsirləri ilə əlaqədardır. Mərkəzi və periferik sinir sistemlərində baş verən pozğunluqlar: baş ağrısı, narahatlıq, həyəcanlılıq, qorxu hissi, tremor, piloereksiya. Hiss orqanlarında baş verən pozğunluqlar: midriaz. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, mədə-bağırsaq traktından qanaxmalar. Ürək-damar sistemində baş verən pozğunluqlar: ürək çırpınması hissi, ürək ritminin pozulması, o cümlədən, taxikardiya (mədəcik, supraventrikulyar və sinus), bradikardiya, aritmiyalar (ekstrasistoliya, mədəcik ekstrasistoliyası, mədəcik aritmiyası), ektopik ürək ritmi, aberrant mədəcik keçiriciliyi, ürək keçiriciliyinin pozulması, AV-blokadalar, QRS kompleksin genişlənməsi; sinə arxası ağrılar, anginal ağrılar, miokardın işemiyası, stenokardiya, mədəciklərdə təzyiqin yüksəlməsi, arterial təzyiqin yüksəlməsi, hipotenziya, periferik arteriyaların spazmı, vazokonstriksiya, qanaxmalar. Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: poliuriya. Tənəffüs orqanlarında baş verən pozğunluqlar: dispnoe. Tənəffüs çatışmazlığından əziyyət çəkən pasiyentlərdə hipoksemiyanın artması müşahidə olunur ki, bu da hipoventilyasiyaya məruz qalan alveolyar nahiyələrin (quraşdırılmış ağciyər şuntu) yüksək qan dövranı üçün xarakterikdir. Metabolik pozğunluqlar: azotemiya, qanda sidik cövhərinin səviyyəsinin yüksəlməsi. Allergik reaksiyalar: hiperhəssaslıq reaksiyaları, hiperemiya, qaşınma, dəridə yanğı hissi, bronxial astmadan əziyyət çəkən pasiyentlərdə – bronxospazm, şüurun pozulması, şok. Preparatın tərkibində olan köməkçi maddə – natrium metabisulfit çox nadir hallarda, ağır dərəcəli hiperhəssaslıq reaksiyalarına və bronxospazma gətirib çıxara bilər. Yerli reaksiyalar: yeridilmə nahiyəsində reaksiyalar, preparat dəri altına düşdükdə – dərinin və dərialtı toxumaların nekrozları. Həmçinin, artıq mövcud damar pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə periferik işemik qanqrenanın inkişaf etməsi mümkündür. Anamnezlərində arterial damarların tutulması (arterioskleroz, arterial emboliya, Reyno xəstəliyi, donvurma kimi, soyuq nəticəsində baş verən travmalar, diabetik mikroangiopatiya və ya Vinivarter-Byurger xəstəliyi) olan pasiyentlərdə, dərinin rənginin və ya ətrafların dərisinin temperaturunun istənilən dəyişməsinə diqqətlə nəzarət etmək lazımdır. Dərinin rənginin və ya ətrafların dərisinin temperaturunun dəyişməsi, dəri qan dövranının gələcəkdə pisləşməsinin əlaməti ola bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılmasının simptomları adətən, dofaminin simpatomimetik effekltləri ilə əlaqədardır. Yüksək dozalardan istifadə etdikdə, β-reseptorların antaqonistik effektləri ilə birlikdə α- reseptorların oyanması yüksəlir, damardaraldıcı effektlər isə sonda müşahidə olunur. Simptomları: arterial təzyiqin həddindən artıq yüksəlməsi, taxikardiya, aritmiya, daha sonra ağciyər ödemi ilə meydana çıxan sol mədəcikdə diastolik təzyiqin yüksəlməsi, stenokardiya tutmaları (xüsusilə, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə), sinədə müəyyən edilməyən ağrı, ürək çırpınması, ürəkbulanma, qusma, ətrafların soyuması hissi, sianoz. Müalicəsi: dofaminin təsirinin çox qısamüddətli olmasını nəzərə alaraq, preparatın dozasını aşağı salmaq və ya yeridilməsini qısamüddətli dayandırmaq lazımdır. Bu tədbirlərin aparılması kifayətetmədikdə, β-blokatorlardan və ya nitroqliserindən istifadə etmək lazımdır. Zərurət yarandıqda, fentolamin yeritmək lazımdır.

Buraxılış forması

5 ml məhlul, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Darnitsa” Əczaçılıq şirkəti” ÖSC. Ünvan Ukrayna, 02093, Kiyev şəh., Borispolskaya küç., 13.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“DOFAMIN-DARNICA 4% 5 ML N10 AMPUL” üçün ilk rəyi siz yazın.