Calcid-denk 1000 mq / 880 IU N20 fışıldayan tablet
| Dərman forması | Fışıldayan tablet |
|---|---|
| Farmakoloji təsir | Kalsium, D vitamini və digər maddələrlə kombinasiyada |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,64 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Əgər sizdə hər hansı əlavə təsir baş veribsə həkiminiz və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. KALSİD-DENK fışıldayan tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Calcium+Colecalciferol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 1000 mq kalsiuma ekvivalent kalsium karbonat və 22 mkq xolekalsiferol (vitamin D3 880 BV) vardır. Köməkçi maddələr:alfa-tokoferol, hidrogenləşdirilmiş soya yağı, jelatin, sukroza, qarğıdalı nişastası, limon turşusu, natrium hidrokarbonat, laktoza monohidrat, povidon, natrium saxarinat, natrium siklamat, makroqol 6000, simetikon, metilsellüloza, portağal ətirləndiricisi.
Təsviri
Dairəvi formalı, yastı, aö rəngdən krem rəngə qədər, hər iki tərəfi kəsik kənarlı fışıldayan tabletlərdir.
Farmakoterapevtik qrupu
Kalsium, D vitamini və digər maddələrlə kombinasiyada. ATC kodu: A12AX01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Kalsium Kalsium ionları bioloji sistemlərin aktivləşməsində vacib rol oynayır. Membranların oyanıqlıq həddi hüceyrəətafı Ca2 + konsentrasiyasından asılıdır. Kalsium ionları hüceyrə membranlarının keçiriciliyinin tənzimlənməsində iştirak edir. Plazmadakı Ca2 + ionlarının çatışmazlığı sinir- əzələ oyanıqlığını artırır, artıq səviyyəsi isə azaldır. Vitamin D Xolekalsiferol (vitamin D3) dəridə UB radiasiyasının təsiri altında əmələ gəlir və iki hidroksilləşmə mərhələsində (ilk növbədə qaraciyərdə və sonra böyrək toxumasında) bioloji aktiv formaya 1,25-dihidroksixolekalsiferola çevrilir. 1,25-dihidroksixolekalsiferol parathormon və kalsitonin ilə birlikdə, kalsium və fosfat balansının tənzimlənməsində iştirak edir. D vitamini çatışmazlığı halında, sümüklərinin kalsifikasiyası olmur (raxit) və ya sümüklərin yumşalması (osteomalasiya) baş verir. Farmakokinetikası Kalsium Absorbsiya: kalsiumun sorulması hormonlar tərəfindən tənzimlənir. Absorbsiyanın sürəti, doza və yaş artdıqca azalır, hipokalsiemiya zamanı isə artır. Xaricolma: kalsiumun zərdabda səviyyəsindən asılı olaraq, kalsium böyrəklərlə xaric olunur. Sağlam böyrəkləri olan insanlarda, ifraz olunmuş kalsiumun 98% -i kanalcıqlarda reabsorbsiya olunur. Vitamin D Paylanma və biotransformasiya: xüsusi nəqledici zülal vasitəsi ilə D vitamini qaraciyərə çatır və 25-hidroksixolekalsiferola mikrosomal hidroksilləşmə ilə metabolizə olunur. Xaricolma: D vitamini və onun metabolitləri öd və nəcislə xaric olunur.
İstifadəsinə göstərişlər
KalsiD-Denk, kalsium və D vitamini çatışmazlığının müalicəsində istifadə olunan mineral və vitamin kompleksi preparatıdır və aşağıdakı hallarda təyin olunur: – eyni vaxtda kalsium və D vitamini çatışmazlığı olan pasiyentlərdə osteoporozun (sümük kütləsinin azalması ilə müşayiət olan skelet pozğunluğu) müalicəsinə əlavə olaraq. – yaşlılarda eyni vaxtda kalsium və D vitamini çatışmazlığının korreksiyası.
Əks göstərişlər
– Kalsium, D vitamini, soya, yerfındığı və ya preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. (“Tərkibi” bölməsinə baxın). – kalsiumun qanda və ya sidikdə həddindən artıq yüksək səviyyələri – böyrək daşları və ya kalsiumun böyrəklərdə depolaşması. – böyrək funksiyasının ağır pozğunluqları. – D vitaminin qanda həddindən artıq yüksək səviyyəsi. – Hərəkətsiz ətrafları və ya uzun müddət immobilizasiya olan pasiyentlərdə qanda və ya sidikdə çox yüksək kalsiumun səviyyələri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
KalsiD-Denk qəbul etməzdən əvvəl həkiminizə və ya əzacınıza məlumat vermək tövsiyyə olunur : – Böyrəklərdə daşların əmələ gəlməsinə və kalsiumun çökməsinə meylli və ya kalsium tərkibli böyrək daşı ailə anamnezində olan pasiyentlər. KalsiD-Denk preparatın qəbulu sidikə kalsiumun ifrazını artırır. Bu bəzi hallarda, müalicənin ilk bir neçə ayı ərzində, böyrək və sidik kisəsində kalsium tərkibli daşların meydana gəlməsini artıra bilər. Bol maye qəbulu ilə bunun qarşısını almaq olar. – Böyrək funksiyasının pozulması. Bu halda, yalnız qan və sidikdə kalsium və fosfat səviyyələri mütəmadi olaraq izlənilərək KalsiD-Denk istifadə oluna bilər. – Qanda aşağı fosfat səviyyəsi. Kalsium duzları fosfatın absorbsiyasını azaldır. – Əlavə olaraq kalsium və ya D vitamini tərkibli digər preparatlar qəbul edən pasiyentlər, KalsiD-Denk preparatının tərkibində olan D vitamininin dozasını nəzərə almalıdırlar. Əlavə D vitamini və ya kalsium qəbulu yalnız tibbi nəzarət altında edilməlidir və kalsiumun qanda və sidikdə səviyyələri izlənməlidir. – Eyni zamanda antasidlər (mədə turşusunu azaldan dərmanlar) və ya digər qələvi tərkibli preparatların qəbulu, süd-qələvi sindromuna (Burnett sindromu) səbəb ola bilər. Süd- qələvi sindromu yalnız kalsiumun həddindən artıq qəbulundan sonra baş verir. – Parathormonun pozğunluğu. (Parathormon qanda kalsiumun səviyyəsini tənzimləyir). Bu səbəbdən orqanizmdə D3 vitamininə daha aşağı tələb ola bilər. Doza həddinin aşılmasının qarşısını almaq üçün nisbətən aşağı dozada D vitamini preparatlarını qəbul etmək tövsiyyə olunur. – KalsiD-Denk preparatının uzunmüddətli qəbulu. Bu halda qanda və sidikdə kalsiumun səviyyələri, həmçinin böyrək funksiyası mütəmadi olaraq nəzarət edilməlidir. Bu, xüsusilə yaşlılara və eyni zamanda ürək çatışmazlığı müalicəsində istifadə olunan preparatları (ürək qlikozidləri) və ya sidikqovucuları (diuretiklər) qəbul edən pasiyentlərə vacibdir. – Qanda kalsiumun yüksək səviyyəsi və ya böyrək funksiyasının pozulması. Bu halda KalsiD-Denk preparatının dozası endirilməlidir və ya müalicə dayandırılmalıdır. – Böyrəklər vasitəsilə kalsiumun və fosfatın ifrazının pozulması. Bu halda qanda və sidikdə kalsiumun səviyyələri mütəmadi olaraq nəzarət edilməlidirlər. – Bəzi sidikqovucuların istifadəsi (benzotiadiazin törəmələri). Bu halda qanda və sidikdə kalsiumun səviyyəsinə mütəmadi olaraq nəzarət edilməlidirlər. – Uzun müddət hərəkətsiz olan pasiyentlər. Qanda və sidikdə kalsiumun səviyyələri mütəmadi olaraq nəzarət edilməlidirlər. – Sarkoidoz, əsasən ağciyərlərə və limfa düyünlərinə təsir edən autoimmun xəstəlik. Bu halda pasiyentlərin qanında və sidikdə kalsiumun səviyyəsinə mütəmadi olaraq nəzarət edilməlidır. – Axlorhidriya (mədə turşusunun ifrazının azalmsı ilə əlaqəli xəstəlik). Bu halda KalsiD- Denk preparatı qida ilə birlikdə qəbul olunmalıdır. Uşaqlar və yeniyetmələr KalsiD-Denk fışıldayan tabletlər uşaqlarda və yeniyetmələrdə istifadə üçün nəzərdə tutulmayıb. KalsiD-Denk qida və içkilərlə Fışıldayan tabletləri yeməklə və ya yemək arasında qəbul etmək olar. Süd məhsulları yüksək kalsium tərkiblidir. KalsiD-Denk qəbul edərkən bunu nəzərə almaq lazımdır. Məsələn, bir litr südün tərkibində 1200 mq-a qədər kalsium vardır. Bu səbəbdən, KalsiD-Denk preparatının təsiri arta bilər. Çox miqdarda süd məhsulları istifadə etdikdə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Tərkibində oksalat turşusu, fitin turşusu və ya fosfatlar olan qidalarla qarşılıqlı təsirlər yarana bilər. Bunlara, məsələn, ispanaq, rəvənd və dənli bitkilər daxildir. KalsiD-Denk preparatını, bu məhsulların qəbulundan iki saat sonra istifadə etmək tövsiyyə olunur. Böyrək funksiyasının çatışmazlığı Böyrək funksiyasının çatışmazlığı olan pasiyentlərdə, qanda fosfat səviyyəsinin artması, böyrək daşlarının əmələ gəlməsi və böyrəklərdə kalsiumun miqdarının artması riski vardır. KalsiD-Denk preparatının tərkibində soya yağı vardır. Pasiyentdə yerfındığına və ya soya bitkisinə qarşı allergiya olduqda, bu preparatı qəbul etməməlidir. KalsiD-Denk preparatının tərkibində laktoza və saxaroza vardır. Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük olduqda, preparatı qəbul etməzdən əvvəl həkimə müraciət etmk lazımdır. KalsiD-Denk dişlərə zərərli ola bilər. KalsiD-Denkin tərkibində natrium vardır. Preparatın hər fışıldayan tabletinin tərkibində 94,5 mq natrium (xörək duzunun əsas komponenti) vardır. Bu, böyüklərdə natriumun məsləhət görülən sutkalıq norma tələbatının 4,7%-ə ekvivalentdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin. Kalsium karbonat tetrasiklin preparatlarının (antibiotik növü) absorbsiyasının qarşısını ala bilər. Bu səbəbdən, tetrasiklin preparatları KalsiD-Denk fışıldayan tabletlərindən ən azı 2 saat əvvəl və ya 4-6 saat sonra qəbul edilməlidirlər. Bifosfonatlar (osteoporozun müalicəsi üçün) və ya natrium flüorid preparatları (diş minasını möhkəmləndirən) KalsiD-Denk preparatından ən azı 3 saat əvvəl qəbul edilməlidirlər. Kalsium levotiroksinin təsirinə müdaxilə edə bilər. Bu səbəbdən, levotiroksin KalsiD-Denk preparatından ən azı 4 saat əvvəl və ya 4 saat sonra qəbul edilməlidir. Kalsiumun qəbulu xinolon antibiotiklərinin effektinə təsir edir. Bu səbəbdən xinolon antibiotiklərini KalsiD-Denk preparatının qəbulundan 2 saat əvvəl və ya 6 saat sonra qəbul etmək lazımdır. Kalsium duzları dəmir, sink və ya stronsiumun mənimsənilməsinə mane ola bilər. Buna görə dəmir, sink və ya stronsium preparatları kalsiumdan 2 saat əvvəl və ya sonra qəbul edilməlidir. KalsiD-Denk preparatı ilə qarşılıqlı təsirə səbəb ola biləcək digər dərmanlar bunlardır: tiazid diuretikləri (yüksək təzyiq və ya ödem müalicəsində istifadə olunan sidikqovucular), ürək qlikozidləri (məsələn, Üskükotu bitkisinin qlikozidləri), kortikosteroidlər ( iltihabın müalicəsi və ya immunosupressantlar kimi), xolestiramin (qanda xolesterinin yüksək səviyyəsinin müalicəsi üçün), parafin yağı və ya orlistat kimi işlədicilər (piylənmənin müalicəsi). KalsiD-Denk bəzi sefalosporinlərin (antibiotiklər), ketokonazolun (göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunan preparat) və estramustinin (prostat xərçənginin müalicəsi üçün ) effektivliyini azalda bilər. Bu səbəblə KalsiD-Denk və bu prepatlardan hər hansı birini qəbul edəndə arasında ən azı 2 saat interval olmalıdır. Rifampisin, fenitoin və ya barbituratlar D3 vitamininin metabolizm sürətini artıraraq, təsirini azalda bilərlər. Kalsium və ya D vitamini olan digər preparatlar: əlavə dozada kalsium və D vitaminin qəbulu, qanda kalsium səviyyəsinin artmasına və zərərli əlavə təsirlərə səbəb ola bilər. Bu cür preparatlar Klasid- Denk preparatı ilə birlikdə, yalnız tibbi nəzarət altında qəbul edilməlidir. Eyni zamanda antasidlər (mədə turşusunu azaldan preparatlar) qəbul etdikdə, kalsium karbonatın turşu bağlayıcı xüsusiyyətləri nəzərə alınmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər siz hamiləsinizsə və ya körpəni ana südü ilə qidalandırırsınızsa, yaxud hamilə ola biləcəyinizi ehtimal edirsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman preparatını qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Hamiləlik dövründə KalsiD-Denk preparatı yalnız vacib olduqda və kalsium və D vitamini çatışmazlığını düzəltmək üçün, zəruri olan dozada qəbul edilməlidir. Hamiləlik dövründə D vitaminin həddindən artıq dozada istifadəsinin qarşısını almaq lazımdır, çünki qanda kalsiumun davamlı yüksək konsentrasiyaları uşaqda fiziki və zehni pozğunluğuna, ürək və göz xəstəliklərinə səbəb ola bilər. Laktasiya D vitamini və onun metabolitləri ana südünə keçir. Bu səbəbdən, laktasiya dövründə olan qadınlar KalsiD-Denk preparatını istifadə etməməlidilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur. Müalicə zamanı xoşagəlməz reaksiyaların inkişafı ilə əlaqədar nəqliyyat vasitələrinin idarə edilməsi və diqqətin yüksək konsentrasiyasını və sürətli psixomotor reaksiyalar tələb edən digər fəaliyyət növlərini yerinə yetirən zaman ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin. Tövsiyə olunan doza gündə bir tabletdir.Tablet bir stəkan suda (200 ml) həll edilir. Müalicə müddəti həkim tərəfindən təyin edilir. Kalsiumun çatışmazlığı və osteoporoz xəstəliyində uzunmüddətli müalicə tələb olunur. KalsiD-Denk preparatının istifadəsi unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. KalsiD-Denk ilə müalicə dayandırılarsa Preparatın qəbulunu həkiminizlə məsləhətləşmədən dayandırmaq olmaz. Preparatın qəbulunu vaxtından əvvəl dayandırdıqda, müalicə müvəffəqiyyətsiz ola bilər. Xəstəliyin simptomları ağırlaşa və ya qayıda bilər. Bu dərman preparatının istifadəsi ilə bağlı suallarınız yarandıqda, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Bəzən (müalicə olunan 100 xəstədən 1-dən azında) Yüksək dozaların qəbulu, qanda kalsium səviyyəsinin (hiperkalemiya) və ya sidikdə artmasına (hiperkalsiuriya) səbəb ola bilər. Hiperkalemiya simptomlarına iştahsızlıq, ürəkbulanma, qusma, qəbizlik, qarın ağrısı, əzələ zəifliyi, yuxululuq, konfuziya, susuzluq, həddindən artıq və ya qeyri-adi sidik ifrazı və/ və ya tez-tez sidiyə getmə, sümük ağrısı. Nadir (müalicə olunan 1000 xəstədən 1-dən azında) Qəbizlik, həzm pozğunluğu, köp, ürəkbulanma, abdominal ağrı, ishal. Çox nadir (müalicə olunan 10.000 xəstədən 1-dən azında) Qaşınma, dəri səpgisi, övrə, allergik reaksiyalar. Süd-qələvi sindromu (Burnett sindromu; adətən yalnız həddindən artıq kalsium qəbul etməsindən sonra baş verir). Simptomları: hiperkalemiya, metabolik alkaloz, böyrək funksiyasının pozulması, yumşaq toxumalarda kalsiumun depolaşması. Məlum deyil (mövcud məlumatlara əsasən başvermə tezliyini qiymətləndirmək mümkün deyil) Hiperhəssaslıq reaksiyaları. Aşağıdakı ciddi allergik reaksiya simptomlarından biri yarandıqda, dərhal həkimə müraciət edin: üzün şişməsi, dodaqların, dilin (angioödem) və ya boğazın (laringeal ödem) şişməsi. Çox nadir hallarda soya yağı allergik reaksiyalara səbəb ola bilər. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.: (99412) 596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı, dərhal bu barədə həkimi məlumatlandırmaq lazımdır. Həkim hansı tədbirlərin görülməyinə qərar verəcək. Doza həddinin aşılmasının simptomları: ürəkbulanma, qusma, qəbzlik ilə dəyişən diareya, iştahsızlıq, halsızlıq, başağrı, əzələ və oynaq ağrıları, əzələ zəifliyi, yuxululuq, susuzluq, sidik ifrazının artması və son mərhələdə dehidratasiya.
Buraxılış forması
20 fışıldayan tablet, ilkin açılmaya nəzarəti olna polietilen qapaqlı polipropilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Qutunun və etiketin üzərində qeyd olunan son istifadə tarixindən (“EXP”) sonra preparatdan istifadə edilmir. Yararlılıq müddətinin bitmə tarixi ayın axırıncı gününə müvafiqdir. Fışıldayan tabletlərin görünüşündə hər hansı bir dəyişiklik görsəniz, əczaçınıza bu barədə məlumat verin. Zədələnmiş olan hər hansı bir qablaşmanı istifadə etməyin. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanlar çirkab suları və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Losan Pharma GmbH Otto-Hahn-Straße 13, 15 79395 Neuenburg, Germany.
Qeydiyyat vəsiqəsinin sahibi
DENK PHARMA GmbH & Co. KG Prinzregentenstr. 79 81675 München, Germany.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.