Asmartin 125 ml suspenziya

Təsiredici maddə: BROMHEXINE + GUAIFENESIN + TERBUTALINE
Təsiredici maddəBROMHEXINE + GUAIFENESIN + TERBUTALINE
Dərman formasıSuspenziya
Farmakoloji təsirBəlğəmgətiricilər, öskürəkəleyhinə vasitələrlə kombinasiyası istisna olmaqla
İstehsal ölkəsiMisir

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,78 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ASMARTİN şərbət ASMARTIN Beynəlxalq patentləşdirilməmiş adı: Terbutaline Sulphate + Bromhexin HCL + Guaifenesin + Menthol

Tərkibi

Təsiredici maddə: 5 ml məhlulun tərkibində terbutalin sulfat 1,25 mq, bromheksin hidroxlorid 4 mq, qvayfenesin 50 mq, mentol sirop 2,5 mq vardır. Köməkçi maddələr:hidrogenləşdirilmiş gənəgərçək yağı, sorbitol, qliserin, natrium saxarinat, natrium benzoat, limon turşusu monohidrat, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Bəlğəmgətiricilər, öskürəkəleyhinə vasitələrlə kombinasiyası istisna olmaqla. ATC kodu: R05C.

Farmakoloji xüsusiyyətləri

Asmartin şərbətinin üstün cəhəti tərkibinin dörd aktiv maddənin birləşməsindən ibarət olmasıdır: Bromheksin hidroxlorid (mukolitik), qvayfenezin (bəlğəmgətirici), Terbutalin sulfat (bronxgenişləndirici), şəkərsiz, boyasız, təbii ətirə malik, xüsusi hazırlanmış və sərinləşdirici təsir göstərən Mentol. Bu, diabet xəstələri ilə yanaşı allergik astmatik tipli pasiyentlərdə də onun tətbiqedilmə imkanlarını artırır. Tərkibindəki maddələrin təsir mexanizmləri aşağıdaki kimidir: Bromheksin hidroxlorid: mukolitik maddə olub qatı və suvaşqan bəlğəmi durulaşdırır. Bəlğəmin özlülüyü mukopolisaxarid liflərinin həll edilməsilə azalır. Həm də mukosilyar klirensi yaxşılaşdırır. Qvayfenezin: bəlğəmgətirici maddədir. O, adheziyanı və səthi gərginliyi azaltmaqla bəlğəmin və bronxial sekresiyanın xaric olmasını artırır. Bronxial sekresiyanın həcmini artırmaqla yapışqan bəlğəmin özlülüyünü azaldır. Kirpikli epitelin fəaliyyətini artırmaqla bəlğəmin tənəffüs yolundan boşaldılmasını asanlaşdırır. Terbutalin sulfat: selektiv adrenomimetik maddə, bronxların β -adrenoreseptorlarını seçici şəkildə2 oyandırmaqla bronxgenişləndirici təsir göstərir, mukosilyar klirensi artırır, bronxial selikli qişasının şişkinliyini azaldır. Mentol: sakitləşdirici və iltihabəleyhinə maddədir. Farmakokinetikası Bromheksin hidroxlorid: mədə-bağırsaq traktından sürətlə absorbsiya olunur və dozanın təxminən 85- 90%-i sidiklə, əsasən metabolitlər şəklində xaric olur. Əsas metabolit ambroksol farmakoloji cəhətdən aktivdir və bromheksinə bənzər təsir göstərir. Bromheksin hidroxlorid plazma zülallarına yüksək dərəcədə bağlanır. Qvayfenezin: mədə-bağırsaq traktından absorbsiya olunur. O, sidikdə metabolizmə uğrayır və sidiklə xaric olunur. Terbutalin sulfat: mədə-bağırsaq traktından müxtəlif şəkildə absorbsiya olunur və kifayət qədər geniş ilk keçid metabolizminə məruz qalır. Məlum aktiv metabolitləri yoxdur. Terbutalinin yarımxaricolma dövrü 3-4 saatdir. Sidiklə qismən qeyri-aktiv konyuqatlar və qismən də dəyişilməmiş terbutalin şəklində xaric olunur.

İstifadəsinə göstərişlər

Asmartin aşağıdaki hallarda bronxospazmla əlaqəli bəlğəmli öskürəyin müalicəsində istifadə üçün göstərişdir. – Bronxit və bronxial astma – Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ( AXOX) – Bronxoektaziya – Emfizema

Əks göstərişlər

Bu dərman maddəsinin katexolaminlərə və xəstəlik tarixində preparatın tərkibindəki hər hansı digər komponentlərə qarşı yüksək həssaslıq olan pasiyentlərdə istifadəsi əks göstərişdir. 2 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Öskürəyi bir simptom kimi müalicə edərkən, spesifik infeksiya kimi əsas səbəbi təyin etmək və müalicə etmək üçün bütün simptomları göstərmək vacibdir. Hipertoniyalı , ürək-damar xəstəlikləri (aritmiyalar, koronar çatışmazlıq daxil olmaqla) olan, nəzarət olunmayan şəkərli diabet və hipertireoz olan, anamnezində qıcolma tutmaları olan və ya katexolaminlərə qeyri-adi dərəcədə həssas olan pasiyentlərə Asmartin şərbəti ehtiyatla təyin edilməlidir. β-Adrenomimetiklərin təsirindən qan zərdabında kaliumun səviyyəsində keçici erkən azalma müşahidə edilməsi səbəbindən hipokaliemiyaya həssas olan pasiyentlərə nəzarət olunmalıdır. Bromheksin kimi mukolitiklər mədənin selikli qişa baryerini pozma ehtimalına görə, anamnezində peptik xora xəstəliyi olan pasiyentlərdə Bromheksin ehtiyatla istifadə olunmalıdır. 2 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir. 6 yaşa qədər uşaqlarda həkim nəzarəti olmadan istifadə edilə bilməz. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Terbutalin kimi yüksək dozada β -aqonistin əlavə metabolik təsirləri, yüksək dozada kortikosteroidlərin2 eyni vaxtda qəbulu ilə daha da arta bilər. Yüksək dozada β -aqonistləri təsirindən yaranan hipokaliemiya, ürək qlikozidli dərman preparatlarının2 yaratdığı ürək aritmiyalarına qarşı həssaslığın artmasına səbəb ola bilər. Hipokaliemiya, aminofillin və ya digər ksantinlərin, kortikosteroidlərin və ya sidikqovucu maddələrin eyni vaxtda istifadəsi ilə güclənə bilər. Terbutalin teofillinin sistem klirensini artırmaqla qan zərdabında onun konsentrasiyasını azaldır. Teofillin konsentrasiyasının tək və ya daha az dozada istifadə edilməsilə müqayisədə kombinəolunmuş terapiya zamanı yaxşılaşmış klinik göstəricilər müşahidə edildiyi üçün bunun klinik təsirləri baş verə bilər və ya əksinə. Tənəffüs simptomları hələ də davam edərsə, teofillinin əlavə təsirlərinə və konsentrasiyasına nəzarət edilməklə dozanın artırılması düşünülə bilər. Digər simpatomimetik bronxgenişləndiricilər və ya epinefrin terbutalin sulfatla eyni vaxtda istifadə edilməməlidir, çünki ürək-damar sisteminə birgə təsiri pasiyent üçün zərərli ola bilər. Bu tövsiyə, Asmartin qəbul edən pasiyentlərdə aerozol şəklində olan bronxgenişləndirici adrenomimetiklərin istifadəsini istisna etmir. Monoaminoksidazanın inhibitorları (Furazolidon kimi) ilə müalicə olunan pasiyentlərdə Terbutalin sulfat ehtiyatla tətbiq edilməlidir, əks halda terbutalin sulfatın damar sisteminə təsiri arta bilər. β -Adrenoblokatorlar terbutalinin respirator effektlərini süstləşdirməklə yanaşı, həm də astmatik2 pasiyentlərdə ağır astmatik tutmalara səbəb ola bilər. Bu səbəbdən bronxospazmdan və hipertoniya xəstəliyindən əziyyət çəkən pasiyentlərin müalicəsi üçün β -adrenoblokatorlar istifadə edilməməlidir.2

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməyib, bu səbəbdən Asmartin təyin edilməzdən öncə gözlənilən fayda və riski nisbətləri nəzərə alınmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Gündə 3 dəfə qəbul olunur. Böyüklərə: 2 çay qaşığı (10 ml) gündə 3 dəfə. 6-12 yaşlı uşaqlara: 1 çay qaşığı (5ml) gündə 3 dəfə. 2-6 yaşlı uşaqlara: ½ çay qaşığı (2,5 ml) gündə 3 dəfə.

Əlavə təsirləri

Ən çox müşahidə olunan əlavə təsirlər titrəmə və əsəbilikdir. Müalicənin davam etdirilməsi ilə bu əlavə təsirlərin yaranma tezliyi azalır. Digər çox rastlanan arzuolunmaz təsirlərə ürək döyüntülərinin sayının artması, ürək çırpınması, başgicəllənmə, baş ağrısı, yuxululuq, qusma, ürəkbulanma, tərləmə və əzələ spazmları aiddir. Bu reaksiyalar ümumiyyətlə keçicidir və adətən müalicə tələb etmir. Nadir hallarda qaraciyər fermentlərinin miqdarınin artması, hiperhəssaslıq və vaskulit müşahidə edilə bilər. Bromheksin: bəzən bromheksinin təsirindən mədə-bağırsaq traktında əlavə təsirlər meydana gələ bilər və qan zərdabında aminotransferaza dəyərlərində müvəqqəti artım olması barədə məlumatlar bildirilmişdir. Qvayfenezin: çox yüksək dozalarda qəbulu ürəkbulanma və qusma kimi mədə-bağırsaq traktında diskomforta səbəb ola bilər. Terbutalin sulfatla əlaqəli yaranan mənfi reaksiyalar digər simpatomimetik maddələrin təsirindən yaranan reaksiyalara bənzərdir.

Doza həddinin aşılması

Məlumat yoxdur.

Buraxılış forması

125 ml suspenziya, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30C-dən yuxarı olmayan temperaturda, işıqdan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Medizen Phamaceutical İndustriers, Misir. Borg EL Arab-4 th İndustrial Zone, Block 2 İskəndəriyyə – ARE.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Asmartin 125 ml suspenziya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar