XALIKSOL 100 ML SUSP

Dərman formasıSuspenziya
Farmakoloji təsirÖskürək əleyhinə preparatlarla kombinasiyalar istisna olmaqla, bəlğəmgətirici preparatlar; mukolitik vasitələr
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,26 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HALİKSOL şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol

Tərkibi

Təsiredici maddə: 100 ml şərbətin tərkibində 300 mq ambroksol hidroxlorid vardır. Köməkçi maddələr:natrum sitrat, natrium benzoat, banan aromatizatoru (tərkibində etanol vardır), çiyələk aromatizatoru (tərkibində etanol vardır), natrium siklamat, limon turşusu monohidrat, povidon (K-90), sorbitol, təmizlənmiş su.

Təsviri

Rəngsiz və ya zəif sarı rəngli, çüküntüsüz, xarakterik qoxulu şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Öskürək əleyhinə preparatlarla kombinasiyalar istisna olmaqla, bəlğəmgətirici preparatlar; mukolitik vasitələr. ATC kodu: R05CB06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Haliksol şərbət preparatının təsiredici maddəsi olan ambroksol bromheksinin aktiv metabolitidir. Benzilamin quruluşlu mukolitik vasitələr qrupuna aiddir. Təsir mexanizmi Ambroksol selik ifraz edən hüceyrələrdə lizosomların əmələ gəlməsini gücləndirir və bu hüceyrələrdə hidrolitik fermentlərin aktivliyini artırır ki, bu da bronxial sekretdə turş mukopolisaxaridlərdən ibarət liflərin məhvinə kömək edir. Eyni zamanda, preparat seroz vəziləri stimullaşdırır, bu da daha az qatılıqda seliyin yaranmasına səbəb olur. Klinikaya qədər tədqiqatların nəticələri göstərmişdir ki, Haliksol preparatının təsiredici maddəsi olan ambroksol hidroxlorid bronxlarda seroz mayenin ifrazını stimullaşdırır. Bundan əlavə, ambroksol alveolyar surfaktantın ifrazını stimullaşdırır, çünki o, kiçik tənəffüs yollarında 2-ci tip pnevmositlərə və Klar hüceyrələrinə birbaşa təsir göstərir və həmçinin kirpikli hüceyrələrin funksiyasını yaxşılaşdırır. Nəticədə ifraz olunan sekretın qatılığı azalır və mukosiliar klirens daha effektiv olur. Mukosiliar klirensin artması klinik və farmakoloji tədqiqatlarla təsdiq edilmişdir. Sekretın durulaşması və mukosiliar klirensin artması bəlğəmin çıxarılmasını asanlaşdırır. Ambroksolun uzunmüddətli istifadəsi zamanı (6 ay), 2 aylıq müalicədən sonra ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) olan pasiyentlərdə kəskinləşmələrin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Ambroksol hidroxlorid qəbul edən pasiyentlərdə xəstəlik günlərinin sayı və antibiotik müalicəsinin müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Plasebo qrupu ilə müqayisədə ambroksol hidroxlorid qəbul edən pasiyentlərdə xəstəliyin simptomları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır (ekspektorasiya çətinliyi, öskürək, təngənəfəslik və auskultasiyada akustik əlamətlər). Ambroksolun yerli anestetik kimi xüsusiyyətləri dovşanların gözlərində tədqiq edilmişdir. Bu təsirin Na kanallarının blokadası ilə bağlı olduğu ehtimal olunmuşdur. In vitro ambroksol hidroxlorid hiperpolyarizasiya vəziyyətində neyronların klonlanmış potensial- asılı natrium kanallarını bloklayır. Bağlanma geridönən və dozadan asılı olmuşdur. In vitro tədqiqatlar ambroksolun iltihab əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərib, çünki o, dövr edən və toxuma mononüvə və polimorfnüvəli hüceyrələrdən sitokinlərin buraxılmasını inhibə edir. Klinik tədqiqatların nəticələrinə əsasən, faringit zamanı ambroksol hidroxlorid ağrını və qırtlağın selikli qişasının hiperemiyasını əhəmiyyətli dərəcədə azaltmışdır. Bu farmakoloji xüsusiyyətlər yuxarı tənəffüs yollarının simptomlarının müalicəsində preparatın effektivliyini öyrənən klinik tədqiqatlar zamanı əldə edilmiş əlavə nəticələrə uyğundur. Müəyyən edilmişdir ki, preparat inhalyasiya edildikdə, qulaq, burun və boğaz nahiyəsində ağrı ilə bağlı ağrı və narahatlığı tez bir zamanda aradan qaldırır. Ambroksolun istifadəsindən sonra bronxlar tərəfindən ifraz olunan sekretdə antibiotiklərin (amoksisillin, sefuroksim, eritromisin) konsentrasiyası artmışdır. Bu faktın klinik əhəmiyyəti məlum deyil. Farmakokinetikası Sorulması Ambroksol daxilə qəbulundan sonra bağırsaqdan tez və demək olar ki, tamamilə sorulur. Terapevtik doza diapazonunda ambroksol xətti farmakokinetikaya malikdir. Ambroksol qaraciyərdə aktiv “ilk keçid” metabolizminə məruz qalır. Qan plazmasında ambroksolun maksimal konsentrasiyası qəbulundan təxminən 1-2,5 saat sonra əldə edilir. Daxilə qəbul edildikdən sonra ambroksol hidroxlorid tabletinin mütləq biomənimsənilməsi 79% təşkil edir. Qida qəbulu ambroksol hidroxloridin biomənimsənilməsinə təsir göstərmir. Paylanması Ambroksol tez və əhəmiyyətli dərəcədə qandan toxumalara keçir, ağciyərlərdə ən yüksək konsentrasiyasına çatır. Paylanma həcmi 552 l təşkil edir. Terapevtik dozalarda qəbul edilən dozanın təxminən 90%-i plazma zülallarına bağlanır. Biotransformasiyası Daxilə qəbulundan sonra dozanın təxminən 30% -i “ilk keçid” metabolizminə məruz qalır. Ambroksol əsasən qaraciyərdə qlükuron turşusu, di-bromantranil turşusu (dozanın təxminən 10%-i) və bəzi kiçik metabolitlərlə konyuqatlar yaradaraq metabolizmə uğrayır. İnsan qaraciyər mikrosomlarının tədqiqatları ambroksolun di-bromantranil turşuya çevrilməsinin CYP3A4 sitoxromunun iştirakı ilə həyata keçirildiyini göstərmişdir. Xaric olması Daxilə qəbulundan sonra üç gün ərzində dozanın təxminən 6% -i dəyişilməmiş şəkildə, təxminən 26% -i isə konyuqatlar şəklində böyrəklər vasitəsilə xaric olunur. Terminal yarımxaricolma dövrü təxminən 10 saat təşkil edir. Ümumi plazma klirensi təxminən 660 ml/dəq, böyrək klirensi isə ümumi klirensin təxminən 8%-ni təşkil edir. Xüsusi pasiyent qrupları Qaraciyər funksiyasının pozğunluğu zamanı, ambroksolun klirensi azalır və plazmadakı konsentrasiyası 1,3-2 dəfə artır. Ambroksol hidroxloridin geniş terapevtik diapazonu sayəsində dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Digər faktorlar Klinik nöqteyi-nəzərdən yaş və cins ambroksolun farmakokinetikasına təsir göstərmir, bu səbəbdən dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Klinikaya qədər tədqiqatlar göstərmişdir ki, ambroksol plasentar baryerdən keçir. Dölün plazmasında onun konsentrasiyası ana plazmasından 2-4 dəfə yüksəkdir. Ambroksol serebrospinal maye və ana südündə aşkar olunur. Klinikaya qədər təhlükəsizlik tədqiqatları Ambroksolun kəskin toksikliyi çox aşağıdır. Toksikoloji tədqiqatlar göstərmişdir ki, preparatın təkrar peroral qəbulu zamanı aşağıdakı dozalar heç bir pozğunluq yaratmamışdır (NOAEL – no observed adverse effect level): siçanlarda 150 mq/kq/sutka (4 həftə ərzində), siçovullarda 50 mq/kq/sutka (52 və 78 həftə), dovşanlarda 40 mq/kq/sutka (26 həftə ərzində) və itlərdə 10 mq/kq/sutka (52 həftə). Toksikoloji baxımdan ambroksolun hədəf orqanları yoxdur. 4 həftəlik toksikoloji tədqiqatda (siçovullara 3 saat/sutkada 4, 14 və 64 mq/kq/sutka dozada və itlərə gündə 45, 90 və 120 mq/kq/sutka dozada venadaxili infuziyalar) heç bir ciddi yerli təzahür və ya sistem toksiklik, o cümlədən histopatoloji dəyişikliklər aşkar edilməmişdir. Bütün əlavə təsirlər geridönən olmuşdur. Siçovullarda 3000 mq/kq/sutka və dovşanlarda 200 mq/kq/sutka maksimal dozada peroral ambroksolun toksikoloji tədqiqatları nə embriotoksik, nə də teratogen təsirini aşkar etməmişdir. Bundan əlavə, 1500 mq/kq/sutka dozada ambroksol erkək və dişi siçovulların fertilliyinə təsir göstərməmişdir. Peri- və postnatal inkişaf zamanı NOAEL dəyəri 50 mq/kq/sutka olmuşdur. 500 mq/kq/sutka dozada dişilərdə və onların nəsillərində eyni dərəcədə yüngül toksiklik əlamətləri müşahidə edilmişdir (məsələn, nəsillərdə çəki artımının azalması). In vitro (Eyms testi və xromosom aberrasiyası induksiya testi) və in vivo tədqiqatlar (siçanlarda mikronüvə testinin nəticələrinə əsasən) preparatın mutagen təsirini aşkar etməmişdir. Siçanlarda (105 həftə ərzində 50, 200 və 800 mq/kq/sutka dozada) və siçovullarda (116 həftə ərzində 65, 250 və 1000 mq/kq/sutka dozada) kanserogenlik üzrə tədqiqatlar preparatın kanserogen xüsusiyyətlərini aşkar etməmişdir.

İstifadəsinə göstərişlər

Preparat patoloji qatılaşmış selik və bəlğəm olan tənəffüs orqanlarının kəskin və xroniki obstruktiv xəstəlikləri zamanı, məsələn, bronxial astma, bronxit, bronxoektaziya zamanı istifadə olunur. Preparat burun və udlağın iltihabi xəstəlikləri zamanı seliyin durulaşdırılmasına səbəb olur.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və ya bromheksinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Haliksol şərbət preparatının istifadəsi zamanı, hiperhəssaslıq reaksiyalarının ehtimalı nəzərə alınmalıdır. Bronxial sekretın durğunluğu təhlükəsi ilə əlaqədar olaraq, bəlğəmin çoxlu miqdarda ifraz olunduğu və ya bronxların motor funksiyasının pozğunluğu olan pasiyentlərdə (məsələn, bədxassəli siliar sindrom) Haliksol preparatı ilə müalicə zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır Ambroksol hidroxlorid tərkibli preparatların istifadəsi zamanı Stivens-Conson sindromu (SCS), toksik epidermal nekroliz (TEN) (Layell sindromu) və kəskin generalizəolunmuş ekzantematoz pustulyoz kimi ciddi dəri reaksiyaları müşahidə edilmişdir. Proqressivləşən dəri səpgisi (bəzən suluqlar və selikli qişaların zədələnməsi ilə müşayiət olunur) yarandıqda, dərhal həkimə müraciət etmək və ambroksol hidroxloridin qəbulunu dayandırmaq lazımdır. Böyrək funksiyasının pozğunluğu və ağır qaraciyər xəstəliyi zamanı preparatı ehtiyatla və yalnız həkimin məsləhəti ilə təyin edilməlidir (daha kiçik dozada və ya qəbul arasında böyük intervalla). Qaraciyərdə metabolizmə məruz qalan və böyrəklər vasitəsilə xaric olan digər preparatlarda olduğu kimi, böyrək funksiyasının ciddi pozğunluğu halında ambroksolun metabolitlərinin yığılması mümkündür. Böyrək funksiyasının pozğunluğu və ağır qaraciyər xəstəliyi halında, ambroksol hidroxlorid həddindən artıq ehtiyatla istifadə edilməlidir. Mədə-bağırsaq xorası olan pasiyentlərdə preparatın istifadəsilə əlaqədar risk və müalicənin faydasının nisbəti qiymətləndirilməlidir. 2 yaşa qədər ambroksol hidroxlorid qəbul edən uşaqlar mütəxəssis nəzarəti altında olmalıdırlar. Köməkçi maddələr Haliksol şərbətinin tərkibində süni şirin dad verən, məsələn, sorbitol və natrium siklamat vardır, bu səbəbə görə onu şəkərli diabetli pasiyentlərə təyin etmək olar. Lakin sorbitolun miqdarını (1,2 q/5 ml) Haliksol şərbətini diabetli pasiyentlərə təyin edən zaman nəzərə almaq lazımdır. Təribində sorbitol (və ya fruktoza) olan preparatların və orqanizmə qida ilə daxil olan sorbitolun (və ya fruktozanın) toplam effektini nəzərə almaq lazımdır. Daxilə qəbul üçün dərman vasitəlrinin tərkibində olan sorbitol eyni vaxtda istifadəsi zamanı daxilə qəbul edilən digər preparatların biomənimsənilməsinə təsir edə bilər. Fruktozaya qarı irsi dözümsüzlüyü olan pasiyentlərdə Haliksol şərbətindən istifadə etmək olaz. Sorbitol mədə-bağırsaq sistemində diskomfort hissinə səbəb ola və ya yüngül işlədici effekt göstərə bilər. Bu preparatın hər 5 ml-də 3,6 mq alkoqol (etanol) vardır ki, bu da 1 ml-dən az pivə və ya 1 ml-dən az çaxıra uyğundur. Alkoqolun belə əhəmiyyətsiz miqdarı bu preparatda heç bir aşkar təsirə malik deyil. Bu preparatın hər 5 ml-də 5 mq natrium benzoat vardır. 4 həftəyə qədər yenidoğulmuşlarda benzoat sarılığın inkişafı riskini artıra bilər (dəri və gözlərin sklerasının sarılması). Bu peparatın hər 5 ml-nin tərkibində 1 mmol (23 mq) natrium vardır. Beləliklə preparatın tərkibində praktik olaraq natrium yoxdur. Bu preparatın hər 5 ml-də 7,43 mq propilenqlikol vardır. Alkoqol dehidrogenazanın istənilən substratı ilə eyni vaxtda istifadəsi zamanı yenidoğulmuşlarda ağır əlavə təsirlər inkişaf edə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bəzi antibiotiklərlə (amoksisillin, sefuroksim, eritromisin, doksisiklin) eyni vaxtda qəbul edildikdə, ambroksol antibiotiklərin bronxlar vasitəsilə xaric edilən sekretə daxil olmasına səbəb olur. Haliksol preparatını öskürək əleyhinə dərman vasitələrilə (məsələn, kodeinlə) eyni vaxtda istifadə etmək məsləhət grülmür, belə ki, onlar ambroksol vasitəsilə durulaşdırılmış bəlğəmin xaric olmasını çətinləşdirə bilər. Haliksol preparatını öskürək əleyhinə vasitələrlə (məsələn, kodeinlə) eyni vaxtda istifadə etmək məsləhət görülmür, belə ki, onlar ambroksolla parçalanan bəlğəmin çıxarılmasını çətinləşdirə bilər. Uyuşmazlığı İstifadə edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Klinikaya qədər tədqiqatlar Heyvanlar üzərində aparılan tədqiqatlarda ambroksolun teratogen effektə malik olmadığı göstərilmişdir. İnsanda tədqiqi Hamiləlik Ambroksol hidroxlorid plasentar baryerdən keçə bilir. Heyvanlarda ambroksolun hamiləliyin gedişinə, embrion/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı təsir göstərmədiyi aşkar edilmişdir. Geniş klinik tədqiqatlarda hamiləliyin 28-ci həftəsindən sonra dölün orqanizminə heç bir arzuolunmayan effekti aşkar edilməmişdir. Buna baxmayaraq, hamiləlik dövründə digər preparatların istifadəsi kimi, bu preparatı da ehtiyatla istifadə etmək tövsiyə olunur. Birinci trimestrdə Haliksol preparatının istifadəsi tövsiyə edilmir. Laktasiya Ambroksol ana südünə nüfuz edir. Ambroksolun ana südü ilə qidalanan körpəyə heç bir mənfi təsiri gözlənilməsə də, ana südü ilə qidalandırma zamanı Haliksol preparatını qəbul etmək məsləhət görülmür. Fertillik Klinikaya qədər tədqiqatların nəticəsi reproduktiv toksikliklə əlaqədar birbaşa və ya dolayı təsirini aşkar etməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat və ya mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Haliksol preparatının yuxarıda göstərilən qabiliyyətlərə mənfi təsirini sübut edən məlumatlar yoxdur.

İstifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər Məsləhət görülən sutkalıq doza gündə 3 dəfə 10 ml təşkil edir. Uşaqlar və yeniyetmələr 12 yaşdan yuxarı uşaqlar Tövsiyə edilən sutkalıq doza gündə 3 dəfə 10 ml təşkil edir. 6-12 yaşlı uşaqlar Məsləhət görülən sutkalıq doza gündə 2-3 dəfə 5 ml-dir. 2-5 yaşlı uşaqlar Gündə 3 dəfə 2,5 ml təyin edilir. 2 yaşdan kiçik uşaqlar Gündə 2 dəfə 2,5 ml qəbul edilir. Şərbəti qutunun içərisində olan ölçü stəkanı ilə dozalamaq olar. Kəskin respirator xəstəliklər zamanı müalicə kursu dövründə simptomlar aradan qalxmadıqda və ya pisləşdikdə, həkimə müraciət etmək lazımdır. Müalicədən 4-5 gün sonra simptomlar keçmədikdə və ya dərinləşdikdə, həkimə müraciət etmək lazımdır. Böyrək xəstəlikləri və qaraciyərin ağır xəstəlikləri olan pasiyentlərdə preparatı son dərəcə ehtiyatla təyin etmək lazımdır. İstifadə qaydası Daxilə qəbul edilir. Preparatı qida qəbulundan asılı olmayaraq və xeyli maye ilə qəbul etmək lazımdır. Xeyli miqdar maye qəbulu ambroksolla müalicə zamanı bəlğəmin parçalanmasına səbəb olur.

Əlavə təsirləri

Haloksol preparatı ilə müalicə zamanı yarana bilən əlavə təsirlərin tezliyi orqan sistemi sinfinə uyğun MedDRA təsnifatına müvafiq təqdim olunur. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistemdə baş verən pozuntular Nadir hallarda: hiperhəssaslıq reaksiyaları. Məlum deyil: anafilaktik reaksiya, o cümlədən anafilaktik şok, angionevrotik ödem və qaşınma. Sinir sistemində baş verən pozuntular Tez-tez: dad hisiyyatında dəyişikliklər. Nadir hallarda: başağrı, zəiflik. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular Tez-tez: faringeal hipoesteziya. Nadir hallarda: burundan ifrazat. Mədə-bağırsaq sistemində baş verən pozuntular Tez-tez: ürəkbulanma, ağız boşluğunda hipoesteziya. Bəzən: həzmin pozulması, diareya, qusma, dispepsiya, ağızda quruluq, qarın nahiyəsində ağrı. Nadir hallarda: ağız suyunun axması, qıcqırma, qəbizlik. Çox nadir hallarda: boğazda quruluq hissi, mədə-bağırsaq pozuntusu şikayətləri. Dəridə və dərialtı toxumada baş verən pozuntular Nadir hallarda: dəri səpgləri, övrə. Məlum deyil: ağır dəri reaksiyaları (o cümlədən Stivens-Conson sindromu, toksik epidermal nekroliz sindromu və kəskin generalizəolunmuş ekzematoz pustulyoz). Böyrəklərdə və sidik yollarında baş verən pozuntular Nadir hallarda: sidiyəgetmənin pozulması. Çox nadir hallarda: dizuriya. Ümumi və yeridlmə nahiyəsində baş verən pozuntular Bəzən: qızdırma, selikli qişaların reaksiyaları. Əlavə təsirlər barədə məlumatın verilməsi Şübhəli əlavə təsirlər haqqında məlumatların bildirilməsi preparatın risk/fayda nisbətinin davamlı monitorinqini təmin etmək üçün çox vacibdir. Səhiyyə işçilərinə hər hansı şübhəli əlavə təsirlər haqqında məlumatı təlimatın sonunda sadalanan əlaqə məlumatları vasitəsilə və həmçinin milli hesabat sistemi vasitəsilə təqdim etmək tövsiyə olunur.

Doza həddinin aşılması

Simptomları Doza həddinin aşılmasının mümkün simptomlarına ürəkbulanma, qusma, diareya və mədə-bağırsaq traktının digər simptomları aiddir. Müalicəsi Doza həddinin aşılması halında, ilk növbədə, qusma əmələ gətirmək, daha sonra pasiyentə çoxlu miqdarda maye (süd, çay) qəbul etmək lazımdır. Preparatın qəbul edilməsindən 1-2 saat vaxt keçmişsə, mədənin sürətlə boşaldılması tövsiyə olunur. Bundan sonra simptomatik terapiya fonunda aktivləşdirilmiş kömür təyin edilməlidir. Ürək-damar sisteminin vəziyyəti daim nəzarət edilməlidir.

Buraxılış forması

100 mlşərbət ilkun açılmaya nəzarəti olan ağ alüminium qapaqlı qəhvəyi şüşə flakonda. 1 flakon dozalayıcı stəkan və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadəyə dair ehtiyat tədbirləri Xüsusi tələblər yoxdur. Hər hansı istifadə olunmamış preparat və ya tullantıların utilizasiyası yerli qaydalara uyğun aparılmalıdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon açıldıqdan sonra 4 həftə ərzində istifadə edilməlidir. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın sonuncu gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Egis Pharmaceuticals PLC, Hungary. 1165 Budapest, Bökenyföldi ut 118-120, Hungary. Qeydiyyat vəsiqəsinin sahibi və istehsalçı Egis Pharmaceuticals PLC, Hungary. 1106 Budapest, Kereszturi ut 30-38, Hungary.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“XALIKSOL 100 ML SUSP” üçün ilk rəyi siz yazın.