XALIKSOL 30 MG N20 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Öskürək və soyuqdəymənin müalicəsi üçün preparatlar; öskürək əleyhinə preparatlarla kombinasiyalar istisna olmaqla, bəlğəmgətirici preparatlar; mukolitik vasitələr |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HALİKSOL 30 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq ambroksol hidroxlorid vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, povidon (K30), natrium nişasta qlikolyat (A tip), maqnezium stearat.
Təsviri
Ağ və ya ağımtıl, dairəvi, bir tərəfində E və 231 rəqəmi digər tərəfində bölmə xətti olan, iyisiz və ya demək olar ki iysiz tabletlərdir. Bölünmə xətti vasitəsilə tabletləri iki bərabər dozaya bölmək olar.
Farmakoterapevtik qrupu
Öskürək və soyuqdəymənin müalicəsi üçün preparatlar; öskürək əleyhinə preparatlarla kombinasiyalar istisna olmaqla, bəlğəmgətirici preparatlar; mukolitik vasitələr. ATC kodu: R05CB06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Haliksol preparatının təsiredici maddəsi olan ambroksol -bromheksinin aktiv metabolitidir. Benzilamin quruluşlu mukolitik vasitələr qrupuna aiddir. Təsir mexanizmi Ambroksol selik ifraz edən hüceyrələrdə lizosomların əmələ gəlməsini gücləndirir və bu hüceyrələrdə hidrolitik fermentlərin aktivliyini artırır ki, bu da bronxial sekretda turş mukopolisaxaridlərdən ibarət liflərin məhvinə kömək edir. Eyni zamanda, preparat seroz vəziləri stimullaşdırır, bu da daha az qatılığda seliyin yaranmasına səbəb olur. Klinikaya qədər tədqiqatların nəticələri göstərmişdir ki, Haliksol preparatının təsiredici maddəsi olan ambroksol hidroxlorid bronxlarda seroz mayenin ifrazını stimullaşdırır. Bundan əlavə, ambroksol alveolyar surfaktantın ifrazını stimullaşdırır, çünki o, kiçik tənəffüs yollarında 2-ci tip pnevmositlərə və Klar hüceyrələrinə birbaşa təsir göstərir və həmçinin kirpikli hüceyrələrin funksiyasını yaxşılaşdırır. Nəticədə ifraz olunan sekretın qatılığı azalır və mukosiliar klirens daha effektiv olur. Mukosiliar klirensin artması klinik və farmakoloji tədqiqatlarla təsdiq edilmişdir. Sekretın durulaşması və mukosiliar klirensin artması bəlğəmin çıxarılmasını asanlaşdırır. Ambroksolun uzunmüddətli istifadəsi zamanı (6 ay), 2 aylıq müalicədən sonra ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) olan pasiyentlərdə kəskinləşmələrin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Ambroksol hidroxlorid qəbul edən pasiyentlərdə xəstəlik günlərinin sayı və antibiotik müalicəsinin müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Plasebo qrupu ilə müqayisədə ambroksol hidroxlorid qəbul edən pasiyentlərdə xəstəliyin simptomları əhəmiyyətli dərəcədə yaxşılaşmışdır (ekspektorasiya çətinliyi, öskürək, təngənəfəslik və auskultasiyada akustik əlamətlər). Ambroksolun yerli anestetik kimi xüsusiyyətləri dovşanların gözlərində tədqiq edilmişdir. Bu təsirin Na kanallarının blokadası ilə bağlı olduğu ehtimal olunmuşdur. In vitro ambroksol hidroxlorid hiperpolyarizasiya vəziyyətində neyronların klonlanmış potensial- asılı natrium kanallarını bloklayır. Bağlanma geridönən və dozadan asılı olmuşdur. In vitro tədqiqatlar ambroksolun iltihab əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərib, çünki o, dövr edən və toxuma mononüvə və polimorfnüvəli hüceyrələrdən sitokinlərin buraxılmasını inhibə edir. Klinik tədqiqatların nəticələrinə əsasən, faringit zamanı ambroksol hidroxlorid ağrını və qırtlağın selikli qişasının hiperemiyasını əhəmiyyətli dərəcədə azaltmışdır. Bu farmakoloji xüsusiyyətlər yuxarı tənəffüs yollarının simptomlarının müalicəsində preparatın effektivliyini öyrənən klinik tədqiqatlar zamanı əldə edilmiş əlavə nəticələrə uyğundur. Müəyyən edilmişdir ki, preparat inhalyasiya edildikdə, qulaq, burun və boğaz nahiyəsində ağrı ilə bağlı ağrı və narahatlığı tez bir zamanda aradan qaldırır. Ambroksolun istifadəsindən sonra bronxlar tərəfindən ifraz olunan sekretdə antibiotiklərin (amoksisillin, sefuroksim, eritromisin) konsentrasiyası artmışdır. Bu faktın klinik əhəmiyyəti məlum deyil. Farmakokinetikası Sorulması Ambroksol daxilə qəbulundan sonra bağırsaqdan tez və demək olar ki, tamamilə sorulur. Terapevtik doza diapazonunda ambroksol xətti farmakokinetikaya malikdir. Ambroksol qaraciyərdə aktiv “ilk keçid” metabolizminə məruz qalır. Qan plazmasında ambroksolun maksimal konsentrasiyası qəbulundan təxminən 1-2,5 saat sonra əldə edilir. Daxilə qəbul edildikdən sonra 30 mq ambroksol hidroxlorid tabletlərinin mütləq biomənimsənilməsi 79% təşkil edir. Qida qəbulu ambroksol hidroxloridin biomənimsənilməsinə təsir göstərmir. Paylanması Ambroksol tez və əhəmiyyətli dərəcədə qandan toxumalara keçir, ağciyərlərdə ən yüksək konsentrasiyasına çatır. Paylanma həcmi 552 l təşkil edir. Terapevtik dozalarda qəbul edilən dozanın təxminən 90%-i plazma zülallarına bağlanır. Biotransformasiyası Daxilə qəbulundan sonra dozanın təxminən 30% -i “ilk keçid” metabolizminə məruz qalır. Ambroksol əsasən qaraciyərdə qlükuron turşusu, di-bromantranil turşusu (dozanın təxminən 10%-i) və bəzi kiçik metabolitlərlə konyuqatlar yaradaraq metabolizmə uğrayır. İnsan qaraciyər mikrosomlarının tədqiqatları ambroksolun di-bromantranil turşuya çevrilməsinin CYP3A4 sitoxromunun iştirakı ilə həyata keçirildiyini müəyyən etmişdir. Xaric olması Daxilə qəbulundan sonra üç gün ərzində dozanın təxminən 6% -i dəyişilməmiş şəkildə, təxminən 26% -i isə konyuqatlar şəklində böyrəklər vasitəsilə xaric olunur. Terminal yarımxaricolma dövrü təxminən 10 saat təşkil edir. Ümumi plazma klirensi təxminən 660 ml/dəq, böyrək klirensi isə ümumi klirensin təxminən 8%-ni təşkil edir. Xüsusi pasiyent qrupları Qaraciyər funksiyasının pozğunluğu zamanı, ambroksolun klirensi azalır və plazmadakı konsentrasiyası 1,3-2 dəfə artır. Ambroksol hidroxloridin geniş terapevtik diapazonu sayəsində dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Digər faktorlar Klinik nöqteyi-nəzərdən yaş və cins ambroksolun farmakokinetikasına təsir göstərmir, bu səbəbdən dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Klinikaya qədər tədqiqatlar göstərmişdir ki, ambroksol plasentar baryerindən keçir. Dölün plazmasında onun konsentrasiyası ana plazmasından 2-4 dəfə yüksəkdir. Ambroksol serebrospinal maye və ana südündə aşkar olunur. Klinikaya qədər təhlükəsizlik tədqiqatları Ambroksolun kəskin toksikliyi çox aşağıdır. Toksikoloji tədqiqatlar göstərmişdir ki, preparatın təkrar peroral qəbulu zamanı aşağıdakı dozalar heç bir pozğunluq yaratmamışdır (NOAEL – no observed adverse effect level): 150 mq/kq/sutka (siçanlarda 4 həftə ərzində), 50 mq/kq/sutka (siçovullarda 52 və 78 həftə), 40 mq/kq/sutka (dovşanlarda 26 həftə ərzində) və 10 mq/kq/sutka (itlərdə 52 həftə). Toksikoloji baxımdan ambroksolun hədəf orqanları yoxdur. 4 həftəlik toksikoloji tədqiqatda (siçovullara 3 saat/sutkada 4, 14 və 64 mq/kq/sutka dozada və itlərə gündə 45, 90 və 120 mq/kq/sutka dozada venadaxili infuziyalar) heç bir ciddi yerli təzahür və ya sistem toksiklik, o cümlədən histopatoloji dəyişikliklər aşkar edilməmişdir. Bütün əlavə təsirlər geridönən olmuşdur. Siçovullarda 3000 mq/kq/sutka və dovşanlarda 200 mq/kq/sutka maksimal dozada peroral ambroksolun toksikoloji tədqiqatları nə embriotoksik, nə də teratogen təsirini aşkar etməmişdir. Bundan əlavə, 1500 mq/kq/sutka dozada ambroksol erkək və dişi siçovulların fertilliyinə təsir göstərməmişdir. Peri- və postnatal inkişaf zamanı NOAEL dəyəri 50 mq/kq/sutka olmuşdur. 500 mq/kq/sutka dozada dişilərdə və onların nəsillərində eyni dərəcədə yüngül toksiklik əlamətləri müşahidə edilmişdir (məsələn, nəsillərdə çəki artımının azalması). In vitro (Eyms testi və xromosom aberrasiyası induksiya testi) və in vivo tədqiqatlar (siçanlarda mikronüvə testinin nəticələrinə əsasən) preparatın mutagen təsirini aşkar etməmişdir. Siçanlarda (105 həftə ərzində 50, 200 və 800 mq/kq/sutka dozada) və siçovullarda (116 həftə ərzində 65, 250 və 1000 mq/kq/sutka dozada) kanserogenlik üzrə tədqiqatlar preparatın kanserogen xüsusiyyətlərini aşkar etməmişdir.
İstifadəsinə göstərişlər
Preparat patoloji qatılaşmış selik və bəlğəm olan tənəffüs orqanlarının kəskin və xroniki obstruktiv xəstəlikləri zamanı, məsələn, bronxial astma, bronxit, bronxoektaziya zamanı istifadə olunur. Preparat burun və udlağın iltihabi xəstəlikləri zamanı seliyin durulaşdırılmasına səbəb olur. Preparat böyüklərin və 6 yaşdan yuxarı uşaqların müalicəsi üçün nəzərdə tutulub.
Əks göstərişlər
Təsiredici maddə ambroksola, bromheksinə və ya “Tərkibi” bölməsində sadalanan preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Haliksol preparatının istifadəsi zamanı, hiperhəssaslıq reaksiyalarının ehtimalı nəzərə alınmalıdır. Bronxial sekretın durğunluğu təhlükəsi ilə əlaqədar olaraq, bəlğəmin çoxlu miqdarda ifraz olunduğu və ya bronxların motor funksiyasının pozğunluğu olan pasiyentlərdə (məsələn, kirpikli epitelin hərəkətsiz kirpikləri sindromu zamanı) Haliksol preparatı ilə müalicə zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır Ambroksol hidroxlorid tərkibli preparatların istifadəsi zamanı Stivens-Conson sindromu (SCS), toksik epidermal nekroliz (TEN) (Layell sindromu) və kəskin generalizəolunmuş ekzantematoz pustulyoz kimi ciddi dəri reaksiyaları müşahidə edilmişdir. Proqressivləşən dəri səpgisi (bəzən suluqlar və selikli qişaların zədələnməsi ilə müşayiət olunur) yarandıqda, dərhal həkimə müraciət etmək və ambroksol hidroxloridin qəbulunu dayandırmaq lazımdır. Böyrək funksiyasının pozğunluğu və ağır qaraciyər xəstəliyi halında, Haliksol preparatı ehtiyatla və yalnız həkimin məsləhəti ilə təyin edilməlidir. Qaraciyərdə metabolizmə məruz qalan və böyrəklər vasitəsilə xaric olan digər preparatlarda olduğu kimi, böyrək funksiyasının ciddi pozğunluğu halında ambroksolun metabolitlərinin yığılması mümkündür. Böyrək funksiyasının pozğunluğu və ağır qaraciyər xəstəliyi halında, ambroksol hidroxlorid həddindən artıq ehtiyatla istifadə edilməlidir. Mədə-bağırsaq xorası olan pasiyentlərdə risk və müalicənin faydasının nisbəti qiymətləndirilməlidir. Köməkçi maddələr haqqında xüsusi məlumat Haliksol tabletləri preparatının tərkibində laktoza və natrium vardır. Laktozaya qarşı dözümsüzlük olduqda, hər tabletin tərkibində 84 mq laktoza monohidratın olduğunu nəzərə almaq lazımdır. Bu preparat nadir irsi qalaktoza dözümsüzlüyü, ümumi irsi laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu olan pasiyentlərdə istifadə edilməməlidir. Bu preparatın hər tabletində 1 mmol-dan (23 mq) az natrium vardır, yəni demək olar ki tərkibində natrium yoxdur. Uyuşmazlıq Məlum deyil.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bəzi antibiotiklərlə (amoksisillin, sefuroksim, eritromisin, doksisiklin) eyni vaxtda qəbul edildikdə, ambroksol antibiotiklərin bronxlar vasitəsilə xaric edilən sekretə daxil olmasına səbəb olur. Ambroksolu öskürək əleyhinə dərman vasitələri ilə (məsələn, kodeinlə) birlikdə istifadə etmək tövsiyə edilmir, çünki onlar ambroksol vasitəsilə durulaşdırılmış bəlğəmin xaric olmasını çətinləşdirə bilər. Digər klinik əhəmiyyətli dərman qarşılıqlı təsirləri məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Ambroksol hidroxlorid plasentar baryerdən keçə bilir. Heyvanlarda ambroksolun hamiləliyin gedişinə, embrion/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı təsir göstərmədiyi aşkar edilmişdir. Geniş klinik tədqiqatlarda hamiləliyin 28-ci həftəsindən sonra dölə heç bir mənfi təsiri müşahidə edilməmişdir. Buna baxmayaraq, hamiləlik dövründə digər preparatların istifadəsi kimi, bu preparatı da ehtiyatla istifadə etmək tövsiyə olunur. Birinci trimestrdə Haliksol preparatının istifadəsi tövsiyə edilmir. Laktasiya Ambroksol ana südünə nüfuz edir. Ambroksolun ana südü ilə qidalanan körpəyə heç bir mənfi təsiri gözlənilməsə də, ana südü ilə qidalandırma zamanı Haliksol preparatını qəbul etmək tövsiyə edilmir. Fertillik Klinikaya qədər tədqiqatların nəticələri reproduktiv funksiyaya heç bir mənfi təsirini aşkar etməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat və ya mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Haliksol preparatının yuxarıda göstərilən qabiliyyətlərə mənfi təsirini sübut edən məlumatlar yoxdur.
İstifadə qaydası və dozası
Dozalanma rejimi Böyüklər: tövsiyə olunan sutkalıq doza gündə üç dəfə bir tablet təşkil edir. Terapevtik effekti gündə 2 dəfə 2 tablet qəbul etməklə artırmaq olar. Uşaqlar və yeniyetmələr 12 yaşdan yuxarı uşaqlar: tövsiyə olunan sutkalıq doza gündə üç dəfə bir tablet təşkil edir. Terapevtik effekti gündə 2 dəfə 2 tablet qəbul etməklə artırmaq olar. 6 yaşdan 12 yaşa qədər uşaqlar: ½ tablet gündə iki və ya üç dəfə. ® ® 6 yaşdan kiçik uşaqlar: Haliksol tabletləri tövsiyə edilmir. 6 yaşdan kiçik uşaqlar üçün Haliksol siropu tövsiyə olunur. Kəskin respirator xəstəliklər zamanı müalicə kursu dövründə simptomlar yaxşılaşmadıqda və ya pisləşdikdə, həkimə müraciət etmək lazımdır. Böyrək funksiyasının pozğunluğu və ya ağır qaraciyər xəstəliyi halında ambroksol həddindən artıq ehtiyatla istifadə edilməlidir. İstifadə qaydası Daxilə qəbul olunur. Tabletlər qida qəbulundan asılı olmayaraq, çoxlu miqdarda maye ilə qəbul edilməlidir. Çoxlu miqdarda mayenin qəbul edilməsi ambroksolla müalicə zamanı seliyin durulaşmasına kömək edir. Müalicənin müddəti göstərişdən və xəstəliyin ağırlığından asılı olaraq fərdi şəkildə müəyyən edilir. Haliksol tabletləri həkimin məsləhəti olmadan 4-5 gündən artıq qəbul edilməməlidir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi orqan sistemi sinfinə uyğun MedDRA təsnifatına müvafiq təqdim olunur. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sisteminin pozğunluqları Nadir hallarda: hiperhəssaslıq reaksiyaları. Məlum deyil: anafilaktik reaksiya, o cümlədən anafilaktik şok, angionevrotik ödem və qaşınma. Sinir sisteminin pozğunluqları Tez-tez: dad hisiyyatında dəyişikliklər. Nadir hallarda: zəiflik, baş ağrısı. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları Tez-tez: faringeal hipoesteziya. Nadir hallarda: burundan ifrazat. Mədə-bağırsaq traktının pozğunluqları Tez-tez: ürəkbulanma, ağız boşluğunda hipoesteziya. Bəzən: diareya, qusma, dispepsiya, mədədə narahatlıq, ağızda quruluq, abdominal ağrı. Nadir hallarda: ağız suyunun axması, qıcqırma. Çox nadir hallarda: qəbizlik Məlum deyil: boğazda quruluq hissi. Dərinin və dərialtı toxumaların pozğunluqları Nadir hallarda: dəri səpgləri, övrə. Məlum deyil: ağır dəri reaksiyaları (o cümlədən Stivens-Conson sindromu, toksik epidermal nekroliz sindromu və kəskin generalizəolunmuş ekzematoz pustulyoz). Böyrəklər və sidik yollarının pozğunluqları Çox nadir hallarda: dizuriya. Ümumi və yeridlmə nahiyəsində pozğunluqlar Bəzən: qızdırma, selikli qişaların reaksiyaları. Əlavə təsirlərin bildirilməsi Şübhəli əlavə təsirlər haqqında məlumatların bildirilməsi preparatın risk/fayda nisbətinin davamlı monitorinqini təmin etmək üçün çox vacibdir. Səhiyyə işçilərinə hər hansı şübhəli əlavə təsirlər haqqında məlumatı təlimatın sonunda sadalanan əlaqə məlumatları vasitəsilə və həmçinin milli hesabat sistemi vasitəsilə təqdim etmək tövsiyə olunur.
Doza həddinin aşılması
Simptomları Doza həddinin aşılmasının mümkün simptomlarına ürəkbulanma, qusma, diareya və mədə-bağırsaq traktının digər simptomları aiddir. Müalicəsi Doza həddinin aşılması halında, ilk növbədə, qusma əmələ gətirmək, daha sonra pasiyentə çoxlu miqdarda maye (süd, çay) qəbul etmək lazımdır. Preparatın qəbul edilməsindən 1-2 saat vaxt keçmişsə, mədənin sürətlə boşaldılması tövsiyə olunur. Bundan sonra simptomatik terapiya fonunda aktivləşdirilmiş kömür təyin edilməlidir. Ürək-damar sisteminin vəziyyəti daim nəzarət edilməlidir.
Buraxılış forması
10 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadəyə dair ehtiyat tədbirləri Xüsusi tələblər yoxdur. Hər hansı istifadə olunmamış preparat və ya tullantıların utilizasiyası yerli qaydalara uyğun aparılmalıdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin başa çatma tarixi qeyd olunan ayın sonuncu günü hesab olunur.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Egis Pharmaceuticals PLC, Hungary. 1165 Budapest, Bökenyföldi ut 118-120, Hungary. Qeydiyyat vəsiqəsinin sahibi və istehsalçı Egis Pharmaceuticals PLC, Hungary. 1106 Budapest, Kereszturi ut 30-38, Hungary.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.