VITAMIN E 10% 20 ML YAGDA
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Digər sadə vitamin preparatları. Tokoferol (vitamin E) |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ALFA-TOKOFEROL ASETAT (vitamin E) daxilə qəbul üçün yağlı məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml preparatın tərkibində, 100% maddəyə nəzərən, 50 mq, 100 mq və ya 300 mq vitamin E-asetat vardır. Köməkçimaddələr: günəbaxan yağı.
Təsviri
Açıq və ya tünd-sarı rəngli, şəffaf, acılı qoxusu olmayan, oral yağlı mayedir. Yaşılımtıl çalarlar ola bilər. Farmakoterapevtikqrupu Digər sadə vitamin preparatları. Tokoferol (vitamin E). ATC kodu: A11H A03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Vitamin E orqanizmi müxtəlif endogen maddələrini oksidləşmədən qoruyan antioksidant vasit- ədir. Lipidlərin müxtəlif xəstəliklər zamanı aktivləşən peroksid oksidləşməsini tormozlayır. Toxuma tənəffüsü proseslərində, hem-in və zülalların sintezində, yağ və karbohidrat mübadiləsində, hüceyrələrin proliferasiyasında iştirak edir. E vitamininin çatışmazlığı zamanı əzələlərdə degenerativ dəyişikliklər inkişaf edir, kapilyarların keçiriciliyi və kövrəkliyi yüksəlir, toxum kanallarının və yumurtalıqların epitelisinin pozğunluğu baş verir, sinir toxumasında və hepatositlərdə degenerativ proseslər qeyd edilir. E vitamininin çatışmazlığı yenidoğulmuşlarda hemolitik sarılığa, malabsorbsiya sindromuna, steatoreyaya səbəb ola bilər. Farmakokinetikası Preparat bağırsaqda yağ və öd turşularının iştirakı ilə sorulur, sorulma mexanizmi – passiv diffuziya. Qanın beta- lipoproteidləri ilə nəql edilir, maksimal miqdarı qəbul edildikdən sonra 4 saat müddətində yaranır. Nəcislə xaric olur, sidiklə konyuqatları və tokoferon turşusu xaric olur.
İstifadəsinə göstərişlər
Konpleks müalicənin tərkibində: • müxtəlif xarakterli və mənşəli əzələ distrofiyalarının, • oynaq və vətər-əzələ kontrakturlarının (Dyupyuitren kontrakturası), • onurğa beyni zədələnmələrinin (yan amiotrofik skleroz), • birləşdirici toxumanın sistem xəstəliklərinin (revmatoid artrit, dermatomiozit, revmatizm və fibrozit), • kişi cinsiyyət vəzilərinin funksiyalarının və menstrual siklin pozğunluqlarının, hamiləliyin kəsilməsi təhlükəsinin müalicəsi, • periferik damarların zədələnmələrində, damarların aterosklerozunda, miokardiodistrofiyada, hipertoniya xəstəliyində, • dərinin allergik və xora xəstəliklərində, psoriazda, • qalxanabənzər vəzinin endokrin xəstəliklərində, şəkərli diabet, • parodontoz, • antioksidant müalicə tələb edən patologiyalarda, • uşaqlar – yenidoğulmuşlarda hemolitik sarılığın müalicəsi, körpələrdə kapilyarların keçiriciliyinin artması, hipotrofiya, raxit, inkişafın ləngiməsi, birləşdirici toxumanın sistem xəstəlikləri (sklerodermiya, yuvenil revmatoid artrit), hipoxrom anemiya.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, ağır kardioskleroz, miokard infarktı, E vitamininin hipervitaminozu, tireotoksikoz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ateroskleroz zamanı, tromboemboliyanın inkişaf riskinin yüksəlməsi zamanı ehtiyatla təyin etmək lazımdır. Preparatdan istifadə zamanı doza həddi aşılmasının və E hipervitaminozunun qarşısını almaq üçün həkimin təyin etdiyi doza rejiminə və müalicə kursunun müddətinə əməl etmək lazımdır. Preparatın yüksək dozalarının uzun müddət istifadəsi zamanı qanın laxtalanma vaxtına nəzarət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
E vitaminini dəmir, gümüş preparatları ilə, qələvilərlə reaksiyaya girən vasitələrlə, dolayı təsirli antikoaqulyantlarla birlikdə daxilə istifadə etmək olmaz. E vitamini retinolun sorulmasını və mənimsənilməsini asanlaşdırır, A avitaminozunun inkişafının qarşısını alır. E vitamini və onun metabolitləri K vitamininə münasibətdə antaqonist təsir göstərirlər. E vitamini steroid və qeyri-steroid iltihabəleyhinə preparatların (natrium diklofenak, ibuprofen, prednizolon və s.) təsirini gücləndirir; ürək qlikozidlərinin (diqitoksin, diqoksin və s.), vitamin A və D-nin toksiki təsirlərini zəiflədir. E vitamini qanında lipidlərin peroksid oksidləşmə məhsullarının konsentrasiyası yüksək olan epilepsiyalı xəstələrdə qıcolmaəleyhinə vasitələrin effektivliyini yüksəldə bilər. Xolestiramin, kolestipol, mineral yağlar E vitamininin sorulmasını aşağı salır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı həkimin təyinatına əsasən istifadə etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Başgicəllənmə, görmənin dumanlanması baş verərsə, avtonəqliyyatı idarə etməkdən və digər mexanizmlərlə işləməkdən imtina etmək lazımdır.
İstifadə qaydası və dozası
Alfa-Tokoferol asetat (vitamin E) daxilə təyin edilir. 1 ml məhlulun tərkibində müvafiq olaraq 50 mq, 100 mq və ya 300 mq E vitamini vardır (1 ml məhlulda damcısalanın 25 damcısı vardır). Gündəlik Gündəlik Gündəlik Gündəlik doza, doza, damcı doza, doza, Göstərişləri mq şəklində damcı damcı Qeydlər 300mq/ml şəklində şəklində məhlul 100mq/ml 50mq/ml məhlul məhlul Əzələ distrofiyalarında, 30-60 gün amiotrofik yan sklerozda, 50-100 mq 4-8 damcı 13-25 damcı – ərzində qəbul sinir-əzələ sisteminin edilir, digər xəstəlikləri kurs təkrar edilir2-3 aydan sonra kurs təkrar edilir Kişilərdə Hormonal spermatogenezin və 100-300 8-25 damcı – – müalicə ilə potensiyanın pozğunluğu mq birlikdə 30 gün müddətində təyin edilir. Hamiləliyin kəsilməsi 7-14 gün təhlükəsi zamanı 100-150 8-13 damcı 25-37 damcı – müddətində mq qəbul olunur Abort zamanı və dölün hamiləliyin ilk 2- bətndaxili inkişafının 100-150 8-13 damcı 25-37 damcı – 3 ayı ərzində hər pisləşməsi zamanı mq gün və ya günaşırı Ateroskleroz, Müalicə miokardiodistrofiya 100 mq 8 damcı 25 damcı – kursunun zamanı, periferik müddəti 20-40 damarların xəstəliklərində gündür. Mümkün qədər 3-6 aydan sonra müalicə kursu təkrar edilir. gün ərzində 1-2 Ürək-damar 50-100 mq 4-8 damcı 13-25 damcı – dəfə. xəstəliklərində Müalicə kursu 1- 3 həftədir Müalicə kursu Dermatoloji xəstəliklərdə 50-100 mq 4-8 damcı 13-25 damcı – 20-40 gün təşkil edir. Müalicə• uşaqlar – kursununyenidoğulmuşlarda 5-10 mq – 1-2 damcı 2-5 damcı müddətini həkimhemolitik sarılığın fərdi olaraq təyinmüalicəsi, edir.körpələrdə kapilyarların keçiriciliyinin artması, hipotrofiya, raxit, inkişafın ləngiməsi, birləşdirici toxumanın sistem xəstəlikləri (sklerodermiya, yuvenil revmatoid artrit), hipoxrom anemiya. Uşaqlarda istifadəsi Preparat uşaqlarda doğulduqları andan etibarən, lakin yalnız həkimin təyinatına əsasən və onun nəzarəti altında istifadə edilə bilər.
Əlavə təsirləri
Allergik reaksiyalar (o cümlədən qaşınma, dərinin hiperemiyası). E vitamininin yüksək dozalarda uzunmüddətli qəbulu zamanı qanın laxtalanmasının azalması, mədə-bağırsaq traktından qanaxma, qaraciyərin böyüməsi, kreatinuriya, yorğunluq hissinin meydana çıxması, zəiflik, başağrısı, ürəkbulanma, başgicəllənmə, görmənin dumanlanması mümkündür.
Doza həddinin aşılması
Tövsiyə olunan dozaların qəbulu zamanı arzuolunmaz reaksiyalar baş vermir. Preparatın yüksək dozalarının (uzun müddət ərzində gündə 400-800 mq-dan artıq) qəbulu göz xəstəlikləri, ishal, başgicəllənmə, başağrısı, ürəkbulanma və ya qarın ağrılarına, yorğunluq hissi, ümumi zəiflik, kimi hallara səbəb ola bilər; Çox yüksək dozada (uzun müddət ərzində gündə 800 mq-dan artıq) qəbulu K vitamini çatışmazlığı olan xəstələrdə qanaxma riskini artıra bilər; Qalxanabənzər vəzin hormonlarının metabolizmasında pozğunluqlar və həssas xəstələrdə tromboflebit və tromboemboliya riskinin artması, kreatinuriya, kreatinkinazanın aktivliyinin yüksəlməsi, qan zərdabında xolesterinin, triqliseridlərin konsentrasiyasının yüksəlməsi, tiroksinin və triyodtironinin konsentrasiyasının azalması, sidikdə estrogenlərin və androgenlərin miqdarının artması mümkündür. Xüsusi antidotu yoxdur. Müalicəsi simptomatikdir.
Buraxılış forması
Ağzı damcı-tıxac və qapaqla bağlanmış, tərkibində 20 ml məhlul olan şüşə flakon. 1 flakon içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
ÖSC “Texnoloq”, Ukrayna, 20300, Uman ş., Çerkassk vil., Staraya proreznaya küç., 8.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.