VERTIGOHEEL N50 TB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Antivertiqo preparatları |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,44 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VERTİQOHEL tabletlər VERTIGOHEEL
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində: Anamirta cocculus D4 210 mq, Conium maculatum D3 mq, Ambra grisea D6 30 mq, Petroleum rectificatum D8 30 mq. Köməkçi maddələr: maqnezium stearat.
Təsviri
Ağdan sarı ağ rəngə qədər dəyişən tabletlərdir.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Antivertiqo preparatları. ATC kodu: N07C.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərinin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Müxtəlif mənşəli başgicəllənmə.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində laktoza vardır. Əgər sizdə bəzi şəkərlərə dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin. Əgər simpomlar davam edərsə və ya daha da pisləşərsə, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Digər təyinat yoxdursa Standart doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 1 tablet gündə 3 dəfə. Ehtiyac olduqda, həkim təyinatı ilə doza 3 tablet gündə 3 dəfəyə qədər artırıla bilər. Uşaqlar 2-5 yaş: gündəlik 1 tablet 1-2 dəfə. 6-11 yaş: gündəlik 1 tablet 2 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Uşaqlar 2-5 yaş: 1 tablet hər 1, yaxud 2 saatdan bir – gündə 4 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 6-11 yaş: 1 tablet hər 1, yaxud 2 saatdan bir – gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu dərman vasitəsinin də əlavə təsirləri ola bilər, lakin bu hamıda müşahidə olunmur. Ayrı-ayrı hallarda keçici dəri allergiyaları müşahidə edilmişdir.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Buraxılış forması
50 tablet, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.