VENOSMIL 200 MG 60 CAP.
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Flebotonik dərman vasitəsi |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
22,54 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VENOSMİL 200 мг каpsullar Beynalxalq patentləşdirilməmiş adı: Hidrosmin
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 200 mq hidrosmin vardır Köməkçi maddələr:maqnezium stearat, gelatin, eritrozin (E127), xinolin sarısı (E104), titan dioкsid (E171).
Təsviri
Narıncı rəngli kapsullardır.
Farmakoterapevtik qrupu
Flebotonik dərman vasitəsi. ATC kodu: C05CA05.
Farmakoloji xüsusiyyətləri
Hidrosmin flavonoidlər qrupuna aid olub, venaların varikoz genişlənməsinin və trombozun nəticəsi kimi meydana çıxan aşağı ətraflarda venoz durğunluğunu aradan galdırır.
İstifadəsinə göstərişlər
Venosmil xroniki venoz durğunluğu ilə əlaqəli simptom (ağrı, şişkinlik, ayaqların aqırlaşması hissi) və ödemlərin qısamüddətli yüngülləşdirilməsi məqsədi ilə (2-3 аy) istifadə edilir.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın keçmişdə qəbul etdiyiniz bütun dərman vasitələri barədə, hətta reseptsiz buraxılan dərman vasitələri barədə müalicə həkiminizi və ya əczaçını məlumatlandırın. Venosmilin qida maddələri və digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat olmasa da, həkim məsləhəti olmadan digər dərman qəbul edilməməlidir. Hamiləlik və laktasiyə dövründə istifadəsi Əgər hamiləsinizsə və ya hamilə olmaq ehtimalınız varsa bu dərman vasitəsini qəbul etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşın. Venosmil dərman vasitəsinin hamiləlik zamanı qəbulu ilə əlaqədar əsaslandırılmış məlumatların olmaması ilə əlaqədar preparatın hamiləlik zamanı istifadəsi arzuolunmazdır. Hidrosminin аnа südünə keçməsi ilə əlaqədar əsaslı məlumatlar olmadığı üçün laktasiya dövründə istifadəsi məsləhət deyildir.
İstifadə qaydası və dozası
Dərman vasitəsinin istifadəsi qaydası həkim tərəfindən müəyyənləşdirilir. Daxilə qəbulu Böyüklər Venosmil 1 ədəd 200 mq-lıq кapsul gündə 3 dəfə yemək zamanı daxilə qəbul edilir. Blisterdən çıxarılmış tablet dərhal, su və ya hər hansı bir maye ilə daxilə qəbul edilir.
Əlavə təsirləri
Bu dərman vasitəsi adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Ən çox rast gələn əlavə təsirlər həzm pozunluqları (mədə ağrıları, ürəkbulanma), dəri zədələnmələri ( səpgi və qaşınma) və sinir sisteminin pozğunluqları şəkilində müşahidə olunur. Hər hansı bir əlavə təsir müşahidə olunarsa, müalicə həkiminizlə və əczaçı ilə məsləhətləşin.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı müalicə həkiminizlə məsləhətləşin.
Buraxılış forması
10 kapsul, blisterdə. 2 və ya 6 blister, içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır. Digər buraxılış forması VENOSMİL gel, 60 q tubdа, içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır. Sahlanma şəraiti 25° C-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxilma şərti Resept əsasında buraxılır. İstesalçı FAES FARMA, S.A. C/ Máximo Aguirre, 14 48940 Leioa (España-Espagne-Spain).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.