VAZELIN YAGI 30 ML BORISOV

Dərman formasıVazelin yağı
Farmakoloji təsirİşlədici vasitə
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi

Təsiredici maddə: 1 flakonda 30 ml vazelin yağı vardır.

Təsviri

Rəngsiz, şəffaf, qoxusuz yağlı mayedir.

Farmakoterapevtik qrupu

İşlədici vasitə. ATC kodu: A06AA01.

İstifadəsinə göstərişlər

Daxilə Böyüklərdə qəbizlik. Xaricə Tibbi prosedurların aparılmasından əvvəl imalələrin, qazçıxarıcı boruların ucluğunu yağlamaq üçün.

Əks göstərişlər

Dərman vasitəsinə qarşı yüksək həssaslıq, qarın boşluğu orqanlarının kəskin iltihabi prosesləri (appendisit, peritonit, mədə və onikibarmaq bağırsağın xorası, xoralı kolit), bağırsaq keçməzliyi, bağırsaq qanaxması, qızdırma sindromu, hemorroy, hamiləlik, menstruasiya dövrü, 18 yaşa qədər uşaqlar. Yağda həll olan birləşmələrlə (fosfor, benzol və s.) zəhərlənmələrdə istifadə etmək olmaz. Yağda həll olan antihelmint vasitələrlə eyni vaxtda daxilə qəbul etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İstifadə etməzdən əvvəl çalxalamaq lazımdır. Vazelin yağının daxilə qəbulu kursu bitdikdən sonra müəyyən vaxt anal dəlikdən xaric ola və alt paltarı çirkləndirə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yağda həll olan antihelment vasitələrin əlavə təsirlərini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Uşaqlığın reflektor stimulyasiyasının mümkünlüyündən dərman vasitəsini hamilə qadınlara təyin etmək olmaz. Laktasiya dövründə, yalnız ana üçün gözlənilən fayda uşağa olan riskdən üstün olduğu halda həkim təyinatı ilə istifadə edilir. Pediatriyada istifadəsi Uşaqlarda yalnız xaricə istifadə edilə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Böyüklərə gündə 1 dəfə yeməkdən 2 saat sonra 15-30 ml (1-2 xörək qaşığı) daxilə təyin edilir. Müalicə kursu 5 gündən artıq olmamalıdır.

Əlavə təsirləri

Uzun müddət istifadəsi həzm prosesinin pozulmasına, bağırsağın atoniyasına, ürəkbulanmaya, anoreksiyaya, A, D, E, K vitaminlərinin hipovitaminozuna, anal dəlikdə qıcıqlanmaya və qaşınmaya səbəb ola bilər. Ayrı-ayrı hallarda allergik reaksiyalar (hiperemiya, qaşınma) mümkündür.

Doza həddinin aşılması

Simptomları Diareya, su-elektrolit balansının pozulması. Müalicə simptomatikdir.

Buraxılış forması

30 ml məhlul, şüşə flakonda. Flakonlar qutusuz, bərabər sayda içlik vərəqə ilə birlikdə qrup qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VAZELIN YAGI 30 ML BORISOV” üçün ilk rəyi siz yazın.