UNIFLOX 500 MG 7 TB.

Dərman formasıTablet
Farmakoloji təsirAntibakterial dərman vasitəsi. Flüorxinolon
İstehsal ölkəsiArgentina

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,58 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

UNİFLOKS 500 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Levofloxacin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq suzuz levofloksasinə ekvivalent olan 512,46 mq levofloksasin hemihidrat vardır. Köməkçi maddələr: nişasta RX 1500, mikrokristallik sellüloza PH 102, natrium kroskarmelloza, kolloidal silisium dioksid, maqnezium stearat, povidon K30, HPMC LAY –AQ; qırmızı dəmir oksidi, sarı dəmir oksidi.

Təsviri

Oval, çəhrayı rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Antibakterial dərman vasitəsi. Flüorxinolon. ATC kodu: J01MA12.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Levofloksasin flüorxinolonlar qrupuna aid antibakterial maddə olan ofloksasinin L-izomeridir. Ofloksasinin antibakterial aktivliyi əsasən L-izomerində təzahür edir. Levofloksasin və digər antibakterial flüorxinolonların təsir mexanizmi DNT-nin replikasiyası, transkripsiyası, rekom- binasiyası üçün lazım olan DNT-giraza (bakterial topoizomeraza ǀǀ) və topoizomeraza IV fermentini inaktivləşdirməkdən ibarətdir. Bu baxımdan L-izomer daha çox hidrogen rabitələri əmələ gətirir, beləliklə də, DNT-giraza ilə D-izomerə nisbətən daha davamlı rabitələr yaradır. Mikrobioloji nöqteyi-nəzərdən levofloksasinin L-izomerinin antibakterial aktivliyi D-izomerə nisbətən daha yüksəkdir (25-40 saata qədər). Xinolonlar bakterial DNT-nin spesifik sintezi prosesini tez blokadaya alır. Aşağıdakı mikroorqanizmlərin beta-laktamaza hasil edən ştammlarına qarşı aktivdir: Qrammüsbət aeroblar: Entrerococcus (Streptococcus) faecalis, Staphylococcus aureus, Staphylococcus epidermidis, Staphylococcus saprophyticus, Streptococcus agalactiae, Streptococcus pneumoniae (penisilinə davamlı S. Pneumoniae də daxil olmaqla) Streptococcus pyogenes. Qrammənfi aeroblar: Citrobacter freundii, Enterobacter cloacae, Escherichia coli, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella oxytoca, Klebsiella pneumoniae, Legionella pneumophila, Moraxella (Branhamella) catarrhalis, Proteus mirabilis, Pseudomonas aeruginosa. Digər mikroorqanizmlər: Chlamidia pneumoniae, Mycoplasma pneumoniae. Levofloksasin Treponema pallidum-a qarşı aktiv deyil. Levofloksasinin nadir hallarda rast gəlinən xüsusiy- yətlərindən biri də in vitro şəraitdə spontan mutasiyaların levofloksasinə qarşı rezistentliyidi. Baxmayaraq ki, levofloksasin və digər flüorxinolonlar arasında çarpaz rezistenlik vardır, digər flüorxinolonlara qarşı (ofloksasin də daxil olmaqla) davamlı olan bəzi mikroorqanizmlər levofloksasinə qarşı həssaslıq göstərir. Farmakokinetikası Sorulması Levofloksasin peroral qəbuldan sonra tez və tamamilə sorulur. Plazmada yüksək konsentrasiya (təxminən 5,1 mkq/ml) oral qəbuldan 1-2 saat sonra yaranır. Levofloksasinin biomənimsənilməsi 500 mq oral dozada qəbul etdikdə təxminən 99% təşkil edir. Venadaxili istifadədən sonra Levofloksasinin plazmada konsentrasiya tablet şəklində eyni dozalarda qəbul olunduğu zaman yaratdığı konsentrasiya AUC (AUC- konsentrasiya/zaman əyrisi altındakı sahə) ilə bərabərdir. Bu səbəbdən, preparatın hər iki formasında yerini dəyişməklə istifadə etmək olar. Levofloksasinin farmakokinetikası birdəfəlik və coxsaylı qəbullar zamanı dəyişmir. Levofloksasinin 250-1000 mq oral qəbulundan sonra plazmada konsentrasiyası aşağıdaki cədvələ uyğun olaraq yüksəlir. Plazmada konsentrasiya Yolverilməz Oral doza (AUC mkq.s/ml) Sərhəd mkq/ml 250 2,8 27,2 500 5,1 47,9 750 7,1 82,2 1000 8,9 111,0 100 mq gündə 2 dəfə təyin etməklə 48 saat ərzində stabil səviyyə müşahidə olunur. Gündəlik bir dəfə oral qəbuldan sonra plazmada maksimal konsentrasiya yaranan dayanıqlı konsentrasiyaya müvafiq olaraq təxminən 5,4 və 0,5 mkq/ml-dir. Əgər preparat sutkada iki dəfə qəbul olunarsa, bu göstəricilər müvafiq olaraq 7,8 və 3,0 mkq/ml olur. Paylanması: 500 mq levofloksasinin bir və ya bir neçə dəfə qəbulundan sonra orqanizimdə yayılması 89-112 litrə qədərdir, bu da preparatın orqanizm toxumalarında daha yaxşı yayılmasını göstərir. Levofloksasin orqanizmin mayelərində tez və yüksək konsentrasiyada toplanır. Plazmada damla/AUC nisbəti təxminən 1-ə bərabərdir. Levofloksasin həmçinin bud sümüyünün sümük üstlüyündə və ara maddəsində, həm də sümüyün periferik hisəssində tez bir zamanda yüksək konsentrasiyada toplanır. Levofloksasinin bu toxumalarda maksimal konsentrasiyası oral dozadan 2-3 saat sonra 2,4-15 mkq/q təşkil edir. In vitro şəraitdə levofloksasinin plazmada maksimal konsentrasiyası 1-10 mkq/ml, plazma zülalları ilə birləşməsi isə 24%-dir. Dərman qandakı konsentrasiyadan asılı olmayaraq zülallarla eyni miqdarda birləşir. Metabolizmi və xaric olması Levofloksasin insan orqanizmində cüzi miqdarda metabolizmə uğrayır və əsasən sidiklə dəyişil- məmiş şəkildə xaric olur. Oral yolla qəbul zamanı dozanın 87%-i fekal yolla 72 saat ərzində xa- ric olur. Qəbul olunan dozanın təxminən 75%-dən az hissəsi dimetil və N-oksid metabolit şəklin- də sidiklə xaric olur, bunlar insanlarda qeyd olunan yeganə metabolitlərdir. Bu metabolitlər zəif farmakoloji aktivliyə malikdir. Bir və ya çoxsaylı qəbuldan sonra levofloksasinin orta yarımpar- çalanma dövrü 6-8 saatdır. Orta ümumi klirens və böyrək klirensi müvafiq olaraq 144-226 ml/dəq və 96-142 ml/dəq qədərdir. Levofloksasin yumaqcıq filtrasiyası və tubulyar sekresiya vasitəsi ilə xaric olunduqdan böyrək klirensi artır. Simetidin və ya probenesidin yanaşı təyini levofloksasinin böyrək klirensini 24-36% qədər azaldır ki, bu da proksimal böyrək kanalcıq- larında levofloksasinin olduğunu təsdiqləyir. Sidikdə levofloksasin kristallarının olmaması bu preparatı qəbul etmiş xəstələrin sidiyində preparatın izlərinin tapılmasını izah edir.

İstifadəsinə göstərişlər

• Xəstəxanadankənar pnevmoniya; • xronik bronxitin kəskinləşməsi; • kəskin bakterial sinusit; • sidikçıxarıcı yolların fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit; • sidikçıxarıcı yolların fəsadlaşmamış infeksiyaları; • prostatit; • dərinin və yumşaq toxumaların infeksiyaları;

Əks göstərişlər

Levofloksasinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq, epilepsiya, uşaqlar və yeniyetmələr (18 yaşa qədər), hamiləlik və laktasiya dövrü. Flüorxinolon antibiotikləri ilə əlaqədar olan tendon pozğunluğu inkişaf edən pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Levofloksasin ağır pnevmotoksik mənşəli pnevmoniyada adekvat müalicə kimi istifadə oluna bilməz. P. aeruginose ilə bağlı nozokomial (xəstəxanadaxili) infeksiyalar zamanı kombinəolun- muş müalicədə istifadə olunmalıdır. Clostridium difficile ilə törədilən xəstəliklər: Levofloksasinlə müalicə zamanı və yaxud müali- cədən sonra diareya (ishal) baş verərsə və xüsusən də bu, ciddi, davamlı və qanlı olarsa, bu psevdomembranoz kolitin ən təhlükəli formasıdır, hansı ki Clostridium difficile tərəfindən tö- rədilir. Xəstələrdə psevdomembranoz kolitin əlamətləri müşahidə olunarsa, levofloksasinin qə- bulunu dərhal dayandırmaq və spesifik müalicəyə başlanılmalıdır (məsələn oral vankomisin). Belə klinik vəziyyətlərdə peristaltikanı tormozlayan preparatların istifadəsi məsləhət görülmür. Tendinitlər: tendinitlər xinolonlarla çox nadir hallarda bağlı ola bilər, onlar əsasən tendinitin ağırlaşmalarına (vətərin, əasasən də Axilles vətərinin cırılmasına) səbəb olur. Yaşlı xəstələr belə ağırlaşmaların əmələ gəlməsinə daha çox meyillidir. Ağırlaşmaların əmələ gəlməsi ehtimalı kor- tikosteroidlərin istifadəsi zamanı daha da artır. Əgər müalicə zamanı tendinit baş vərərsə, levo- floksasinin istifadəsi dərhal dayandırılır və zədələnmiş vətərin müalicəsinə başlanılır ( məsələn, immobilizasiya). Tutmalara qarşı həssas olan xəstələr: Levofloksasin epilepsiyası olan xəstələrdə əks göstərişdir və tutmaları olan xəstələrdə çox ehtiyatla istifadə olunmalıdır, həmçinin MSS-in müxtəlif xəs- təliklərini keçirmiş xəstələr; fenbufen, QSİƏP və epilepsiya tutmalarını azaldan preparatları (teofillin) yanaşı istifadə edən xəstələr. Qlükoza-6 fosfat dehidrogenaza çatızmazlığı olan xəstələr: gizli və ya aşkar qlükoza-6-fosfat dehidrogenaza çatışmazlığı olan xəstələr xinolonlarla (antibakterial dərmanlarla) müalicə olunduqları zaman, yüksək hemolitik reaksiya tendensiyası ilə müşahidə oluna bilər, bu səbəbdən, levofloksasin bu xəstələrdə xüsusi ehtiyatla istifadə olunmalıdır. Böyrək çatışmazlığı olan xəstələr: Levofloksasin əsasən böyrəklərlə xaric olduğundan böyrək çatışmazlığı olan xəstələrdə preparatın dozası azaldılmalıdır. Fotosensibilizasiyaya qarşı tədbirlər: Baxmayaraq ki, levofloksasinin fotosensibilizasiya tö- rətmə ehtimalı çox azdır, bu preparatı qəbul edən xəstələrə yüksək günəş şüaları altında olmaq və günəş vannaları qəbul etmək məsləhət görülmür. Belə xəstələr həmçinin süni işıqlanmadan da uzaq olmalıdırlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Levofloksasinin absorbsiyası dəmir duzları və tərkibində alüminium və maqnezium olan antasidlərin istifadəsi zamanı azalır. 2-3 valentli kationlarla birlikdə istifadəsi məsləhət görülmür: məsələn dəmir duzları və tərkibində alüminium və maqnezium olan antasidlər. Onlar levofloksasindən ya 2 saat əvvəl ya da 2 saat sonra qəbul olunmalıdır. Kalsium karbonat ilə qarşılıqlı təsiri müşahidə olunmamışdır. Sukralfatla yanaşı qəbul olunduqda levofloksasinin sorulması zəifləyir. Buna görə də preparatı qəbul edən xəstələr levofloksasinin qəbulundan 2 saat sonra sukralfatı qəbul etməlidir. Klinik tədqiqatlar levofloksasin və teofilin arasında farmakokinetik qarşılıqlı təsirin olmamasını göstərir. Lakin xinolonların teofilin QSİƏP və qicolma halını zəiflədə biləcək digər dərmanlarla yanaşı istifadə olunması qicolmaların meydana gəlməsini azalda bilər. Levofloksasin fenbufenlə yanaşı qəbul olunduqda onun konsentrasiyası 13%-dan çox olur. Probenesid və simetidin levofloksasinin xaric olmasını əhəmiyyətli dərəcədə dəyişir. Levofloksasinin böyrək klirensini simetidin 24% probenesid isə 34% zəiflədir. Zəifləmənin əsas mexanizmi bu dərmanların təsirindən levofloksasinin böyrək kanalcıqlarından sekresiyasının blokada olunmasıdır. Bu dərmanlar levofloksasinin orqanizmdən xaric olma sürətinə təsir göstərir. Levofloksasini böyrək kanalcıqlarında sekresiyaya təsir göstərən preparatlarla birlikdə (probenesid və simetidin) istifadə etdikdə ehtiyatlı olmaq lazımdır, xüsusən də böyrək funksiyası pozulmuş insanlarda, bu nəzərə alınmalıdır. Siklosporin levofloksasinlə yanaşı istifadə etdikdə onun yarımparçalanma dövrü 33% artır. Levofloksasinin qida qəbulu ilə heç bir əlaqəsi yoxdur, buna görə də qidanın qəbulundan asılı olmayaraq istifadə etmək olar. Levofloksasinlə digər preparatların farmakoloji qarşılıqlı təsirinə aid tədqiqatlar aparılmışdır. Levofloksasinin aşağıda göstərilən preparatlarla istifadəsi zamanı onun farmakokinetik göstəricilərində nəzərə çarpacaq dəyişikliklər müşahidə edilmir: kalsium karbonat, diqoksin, qlibenklamid, ranitidin və varfarin. K vitamininin antaqonistlərilə müalicə alan pasiyentlərdə laxtalanma testlərinə nəzarət edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində keçirilən tədqiqatlar nəticəsində hər hansı toksiki təsir müşahidə olunmayıb. Lakin buna baxmayaraq insanlarda bu preparatın tətbiqi zamanı levofloksasinin hamilə qadınlar üçün istifadəsi yolverilməzdir. Ona görə ki flüorxinolonlar orqanizmdə dölün inkişafına mənfi təsir göstərərək risk dərəcəsini artırır. Laktasiya dövründə preparatın təyin olunması əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edən zaman diqqətli olmaq lazımdır, belə ki preparatdan istifadə zamanı başgicəllənmə, yuxululuq, görmənin dumanlanması kimi hallar baş verə bilər ki, bu da diqqətin yayınmasına səbəb olar.

İstifadə qaydası və dozası

Tabletlər gündə bir və ya iki dəfə qəbul olunur. Doza xəstəliyin xarakterindən və ağırlıq dərəcə- sindən asılıdır. Müalicə müddəti xəstəliyin inkişafından asılıdır, maksimum 14 gün davam edə bilər. Hər tablet çeynənilmədən kifayət qədər su ilə daxilə qəbul olunmalıdır. Preparat qida qəbulu zamanı və ya qida qəbulundan sonra qəbul oluna bilər. Əgər xəstə dəmir preparatları, antasidlər və ya sukralfat qəbul edirsə, dərman həmin preparatdan 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. Onlarla eyni vaxtda qəbul olunursa, preparatın sorulması zəifləyə bilər. Böyrək funksiyası normal olan xəstələr üçün dozalanma (kreatinin klirensi >50 ml/dəq), kəskin sinusit (gündə 500 mq, müalicə 10-14 gün) xroniki bronxitin kəskinləşməsi (250-500 mq, müalicə 7-10 gün), qazanılmış pnevmoniya (500 mq gündə bir və ya iki dəfə, müalicə müddəti 7- 14 gün), sidik yollarının ağırlaşmış infeksiyaları (pielonefrit də daxil olmaqla) 500 mq gündə 1 dəfə, müalicə müddəti 7-10 gün, dəri və yumşaq toxumaların infeksiyalarında (250 və ya 500 mq gündə bir və ya iki dəfə , müalicə 7-10 gün). Böyrək funksiyası pozulmuş xəstələrdə dozalanma (kreatinin klirensi ≤ 50 ml/dəq.). 250 mq/24 s 500 mq/24 s 500 mq/12 s Kreatinin klirensi İlkin doza 250 mq İlkin doza 500 mq İlkin doza 500 mq 50-20 ml/dəq 125 mq/24 s sonra 250 mq/24 s sonra 250 mq/12 s sonra 19-10 ml/dəq 125 mq/48 s sonra 125 mq/24 s sonra 125 mq/12 s sonra <10 ml/dəq Hemodializ daxil 125 mq/48 s sonra 125 mq/24 s sonra 125 mq/24 s sonra olmaqla DPCA Hemodializdən və peritoneal dializdən sonra əlavə doza tələb olunmur. Qaraciyər xəstəliklərində dozanın korreksiyasına ehtiyac yoxdur, çünki levofloksasin qaraciyərdə metabolizmə uğramır və əsasən böyrəklərlə xaric olur. Yaşlılar üçün doza: dozanın korreksiyasına ehtiyac yoxdur, böyrək funksiyasının pozulması istisna hal təskil edir.

Əlavə təsirləri

Çox tez-tez 10%-dən çox Tez-tez 1%-dən 10%-dək Nadir hallarda 0,1-dən 1%-dək Bəzən 0,01-dən 0,1%-dək Çox nadir hallarda 0,01%-dən az Allergik reaksiyalar: Bəzən: qaşınma, səpgi. Nadir hallarda: məxmərək, bronxospazm, tənginəfəslik Çox nadir hallarda: Kvinke ödemi, hipotenziya, anafilaktik şok Ayrı-ayrı hallarda: bullyoz səpgilər, Stivens-Conson sindromu, toksik epidermal nekroliz (Layell sindromu) və eritemanın eksudativ formaları. Mədə-bağırsaq metabolizmi: Tez-tez: ürəkbulanma, diareya Nəzən: anoreksiya, qusma, qarın nahiyəsində ağrılar, dispepsiya Nadir hallarda: nadir hallarda enterokoliti göstərən qanla müşahidə olunan diareya, psevdomembranoz kolit daxil olmaqla. Çox nadir hallarda: hipoqlikemiya (əsasən də diabetli xəstələrdə). Nevrologiya: Bəzən: başağrısı, başgicəllənmə, halsızlıq, yuxusuzluq. Nadir hallarda: paresteziya, narahatçılıq, oyanıqlıq, koordinasiyanın pozulması, tutmalar. Çox nadir hallarda: hipesteziya, görmə və eşitmə funksiyalarının pozulması, qoxu və təmas hissiyatının pozulması, hallüsinasiyalar. Ürək-damar sistemi: Nadir hallarda: taxikardiya, hipotenziya Çox nadir hallarda: anafilaktik şok Skelet-əzələ sistemi: Nadir hallarda: artralgiya, mialgiya, tendinitlər də daxil olmaqla vətər zədələnmələri (məsələn Axilles vətəri) Çox nadir hallarda: vətərin cırılması (məsələn Axilles vətəri), digər flüorxinolonlarda olduğu kimi bu xoşagəlməz hallar qəbuldan 48 saat sonra baş verir və ikitərəfli ola bilər. Miasteniyalı xəstələrdə əzələ zəifliyi kimi hallar ola bilər. Ayrı-ayrı hallarda: rabdomioliz Qaraciyər, böyrək: Tez-tez: qaraciyər fermentlərinin səviyyəsinin artması ( məsələn ALT/AST) müşahidə olunur. Nadir hallarda: hepatitə bənzər qaraciyər reaksiyaları, kəskin böyrək çatışmazlığı (interstisial nefritlər) Bəzən: bilirubin və plazmada kreatinin səviyyəsinin artması. Qan: Bəzən: eozinofiliya, leykopeniya Nadir hallarda: neytropeniya, trombositopeniya Çox nadir hallarda: aqranulositoz, ayrı-ayrı hallarda: hemolitik anemiya, pansitopeniya Digər: Bəzən: asteniya, göbələk infeksiyaları və digər rezistent mikrobların çoxalması. Çox nadir hallarda: allergik pnevmonit, qızdırma. Kəskin konfuziya və depressiv dəyişikliklər kimi psixotik reaksiyalar (bu reaksiyalar hətta ilkin dozanın qəbulundan sonra da qeyd oluna bilər), ekstrapiramid əlamətlər və əzələ koordinasiyasındakı digər dəyişikliklər, vaskulit, porfiriyalı xəstələrdə tutmalar.

Doza həddinin aşılması

Flüorxinolonların qəbulu ilə əlaqədər digər xoşagəlməz reaksiyalar da ola bilər. Heyvanlar üzərində aparılan toksikliyin öyrənilməsi tədqiqatlarında, MSS əlamətləri: başgicəllənmə, əqli nəticə çıxarma qabiliyyətinin zəifləməsi və epizodik tutmalar, ürəkbulanma və qusma kimi MBT tərəfindən reaksiyalar, levofloksasinlə artıq dozalanma zamanı baş verir. Dozanın artıq olması zamanı mədənin yuyulması və simptomatik müalicə aparılmalıdır. Qastritdən müdafiə məqsədi ilə antasidlər istifadə oluna bilər. Peritoneal dializ daxil olmaqla hemodializ levofloksasinin xaric olması üçün effektiv deyil. Spesifik antidot uyoxdur.

Buraxılış forması

7 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Dr. Lazar y Cía. S.A.Q. e I. Ünvan Av. Vélez Sársfield 5853/55. Munro, Pcia de Buenos Aires, Argentina.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“UNIFLOX 500 MG 7 TB.” üçün ilk rəyi siz yazın.