UGOL AKTIVIROVANNIY 10 TB. IRBIT
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Enterosorbsiyaedici preparat |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,35 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR 250 mq tabletlər ACTIVATED CHARCOAL Beynəlxalq patentləşdirilməmiş adı: Activated carbon
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq aktivləşdirilmiş kömür vardır. Köməkçi maddələr: kartof nişastası.
Təsviri
Yastı-silindrik, iti qıraqlı və xətli, bir qədər nahamar, qara rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Enterosorbsiyaedici preparat. ATC kodu: A07BA01.
Farmakoloji xüsusiyyətləri
Preparat adsorbsiyaedici və qeyri-spesifik detoksikasiyaedici təsirlərə malikdir. Mədə-bağırsaq traktı mənfəzində aktivləşdirilmiş kömür, müxtəlif mənşəli endogen və ekzogen toksik maddələri, o cümlədən, bakteriyaları və bakterial toksinləri, qida allergenlərini, dərman preparatlarını, zəhərləri, alkaloidləri, ağır metal duzlarını, qazları birləşdirir və orqanizmdən xaric edir.
İstifadəsinə göstərişlər
Müxtəlif mənşəli ekzogen və endogen intoksikasiyalar baş verdikdə, detoksikasiyaedici preparat kimi istifadə olunur. Qida toksikoinfeksiyalarının, salmonellyozun, dizenteriyanın kompleks müalicəsində. Dərman preparatları ilə (psixotrop, yuxugətirici, narkotik preparatlar və s.), alkaloidlərlə, ağır metal duzları ilə və digər zəhərlərlə zəhərlənmələrin müalicəsi aparıldıqda. Dispepsiya və meteorizmlə müşayiət olunan mədə-bağırsaq traktı xəstəliklərində. Qida və dərman allergiyası baş verdikdə. Hiperbilirubinemiya (virus hepatiti və sarılığın digər növləri) və hiperazotemiya (böyrək çatışmazlığı) zamanı. Ultrasəs və rentgenoloji müayinənin aparılmasından əvvəl, bağırsaqda qazların əmələ gəlməsini azaltmaq məqsədi ilə.
Əks göstərişlər
Mədənin və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi, qeyri-spesifik xoralı kolit, mədə-bağırsaq traktından qanaxmalar, bağırsaq atoniyası, preparata qarşı fərdi dözümsüzlük, təsiri sorulmadan sonra inkişaf edən antitoksik dərman vasitələrilə (metionin və s.) eyni vaxtda təyini.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aktivləşdirilmiş kömür eyni zamanda daxilə qəbul edilən dərman preparatlarının effektivliklərini aşağı salır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda, istifdə edilir.
İstifadə qaydası və dozası
Aktivləşdirilmiş kömürü daxilə tablet şəklində və ya əvvəlcədən xırdalandıqdan sonra, sulu asılqan şəklində, yeməkdən və digər dərman preparatlarının qəbulundan 1 saat əvvəl təyin etmək lazımdır. Preparatın tələb olunan miqdarını ½ stəkan suda qarışdırmaq lazımdır. Böyüklər üçün dozalanma rejimi orta hesabla, sutkada 3-4 dəfə 1,0-2,0 q (4-8 tablet) təşkil edir; böyüklər üçün maksimal birdəfəlik doza 8 q-a qədərdir. Uşaqlara preparat orta hesabla sutkada 3 dəfə 0,05 q/kq bədən kütləsi hesabı ilə təyin olunur; maksimal birdəfəlik doza 0,2 q/kq bədən kütləsinə qədər təşkil edir. Kəskin xəstəliklər zamanı müalicə kursunun davametmə müddəti 3-5 gündür, allergiya və xroniki xəstəliklərdə – 14 günə qədərdir. Həkim məsləhətinə əsasən, təkrar kursu 2 həftədən sonra aparmaq olar. Kəskin zəhərlənmə zamanı müalicəni, aktivləşdirilmiş kömür asılqanının istifadəsi ilə mədənin yuyulmasından başlamaq, daha sonra 20-30 q preparatı daxilə qəbul etmək lazımdır. Meteorizm zamanı preparatı sutkada 3-4 dəfə 1-2 q (4-8 tablet) dozada daxilə təyin etmək lazımdır. Müalicə kursu 3-7 gündür.
Əlavə təsirləri
Dispepsiya, qəbizlik, diareya. Uzun müddət ərzində (14 gündən artıq) istifadə edildikdə, kalsiumun, vitaminlərin, qida maddələrinin sorulmasının pozulması baş verə bilər. Nəcisin tünd rəngə boyanması müşahidə oluna bilər.
Buraxılış forması
250 mq tabletlər. 10 tablet, konturlu-yuvasız qablaşdırmada. 550 konturlu yuvasız-qablaşdırma eyni sayda içlik vərəqə ilə birlikdə dəst qablaşdırmaya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “İrbit Kimya-Əczaçılıq Müəssisəsi” ASC. 623856, Sverdlovsk vilayəti, İrbit şəh., Kirov küç., 172. Tel.:/Faks: (34355) 3-60-90.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.