Taufon 4 % 10 ml göz damcısı

Dərman formasıDamcı
Farmakoloji təsirOftalmologiyada istifadə olunan vasitə. Trofik vasitə
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,44 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TAUFON göz damcısı

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 40 mq taurin vardır. Köməkçi maddələr: metilparahidroksibenzoat (E218), inyeksiya üçün su.

Təsviri

Şəffaf rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Oftalmologiyada istifadə olunan vasitə. Trofik vasitə. ATC kodu: S01ХА.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Taurin aminturşulara aid olub gözün tor qişasının distrofik xarakterli xəstəlikləri, göz toxumalarının travmatik zədələnmələri, bu toxumalarda metabolizmin kəskin pozğunluğu ilə müşayiət olunan patoloji proseslər zamanı reparativ və regenerativ prosesləri stimulə edir. Tərkibində kükürd olan aminturşu kimi, preparat hüceyrə membranının funksiyasının normallaşmasında iştirak edir, energetik və mübadilə proseslərini optimallaşdırır, hüceyrə sitoplazmasının elektrolit tərkibinin sabitliyini saxlayır, sinaptik ötürücülüyün tormozlanmasını təmin edir. Farmakokinetikası Damızdırma zamanı preparat gözün daxilinə nüfuz edir və öz spesifik təsirini göstərir. Terapevtik dozalarda istifadə olunduqda taurin demək olar ki, sistem qan dövranına sorulmur.

İstifadəsinə göstərişlər

İrsi tapetoretinal degenerasiya da daxil olmaqla, gözün buynuz və tor qişalarının distrofik zədələnmələri; qocalıq, diabetik, travmatik və şüa kataraktaları; buynuz qişanın travmalarında reparativ prosesləri stimulə edən vasitə kimi; açıqbucaqlı qlaukomanın müalicəsi zamanı yardımçı vasitə kimi.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Açıqbucaqlı qlaukoma zamanı preparat timolol ilə birgə və timolol damızdırılmazdan 20-30 dəq əvvəl damızdırılır. Preparatın tərkibində metilparahidroksibenzoat (E218) vardır ki, bu da allergik reaksiya törədə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Timolol göz damcısı ilə eyni vaxtda istifadə olunduqda gözdaxili təzyiqin potensiallaşmış azalması, eləcə də arterial təzyiqin azalması müşahidə olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsinə dair məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

öyrənilməmişdir.

İstifadə qaydası və dozası

Preparat böyüklərə təyin edilir. Flakonun açılması onun qapağının dirənənə qədər burulması sayəsində yuxarı hissəni deşməsi yolu ilə həyata keçirilir. İstifadə etməzdən bilavasitə əvvəl preparatla dolu flakonu ovucda saxlamaq məsləhətdir ki, onu bədən hərarətinə qədər qızdırmaq mümkün olsun. Zədələnmiş gözün konyunktiva kisəsinə gündə 2-4 dəfə 2-3 damcı damızdırılır. Travmalar zamanı müalicə kursu – 1 ay, kataraktalar zamanı – 3 ay (1 ay intervalla təkrarlamalı). Tapetoretinal degenerasiyalarda və tor qişanın digər distrofik xəstəliklərində, buynuz qişanın daxilə nüfuz edən yaralanmalarında preparat konynktiva altına yeridilir: 4%-li 0,3 ml məhlul 10 gün ərzində gündə 1 dəfə. Müalicə kursu 6-8 aydan sonra təkrarlanır. Açıqbucaqlı qlaukoma zamanı hər konyunktiva kisəsinə gündə 2 dəfə, timolol istifadə etməzdən 20-30 dəq əvvəl 2-3 damcı damızdırılır. Müalicə kursu fərdi təyin edilir. Uşaqlarda. Uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir. Buna görə də bu yaş kateqoriyasından olanlara təyin edilməsi məsləhət görülmür.

Əlavə təsirləri

Preparatın istifadəsi zamanı onun tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq səbəbindən allergik konyunktivit şəklində allergik reaksiya mümkündür. Görmə orqanları tərəfindən pozğunluqlar: gözdə qaşınma, konyunktivanın hiperemiyalaşması, gözün qıcıqlanması (gözün yanğı və kəsilmə hissi).

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur.

Buraxılış forması

5 ml və ya 10 ml məhlul, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yuxarı olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddəti. 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon açıldıqdan sonra preparatın yararlılıq müddəti – 28 gündür.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Ünvan SC “Farmak”, Ukrayna, 04080, Kiyev şəh., Kirillovskaya küç., 74.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Taufon 4 % 10 ml göz damcısı” üçün ilk rəyi siz yazın.