Surol 500 mq N100 tablet

Dərman formasıTablet
Farmakoloji təsirÖdqovucu və xolelitolitik təsirli hepatoprotektor
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

98,83 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SUROL örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ursodeoxycholic acid

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq və ya 500 mq ursodezoksixol turşusu vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, prejelatinləşdirilmiş qarğıdalı nişastası, polivinilpirrolidon (PVP K30), kolloidal susuz silisium dioksid, natrium stearil fumarat. Örtük: hidroksipropilmetilsellüloza, polietilenqlikol, titan dioksid.

Təsviri

Surol 250 mq: ağ rəngli, oval, örtüklü tabletərdir. Surol 500 mq: ağ rəngli, uzunsov, iki tərəfdən bölünmə xətti olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Ödqovucu və xolelitolitik təsirli hepatoprotektor. ATC kodu: A05AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Ursodezoksixol turşusu ödqovucu təsirə malik hepatoprotektor preparatdır. Xolesterinin qaraciyərdə sintezini, bağırsaqlardan sorulmasını və öddə qatılığını azaldır, xolesterinin öd yollarında həllolmasını artırır, ödün əmələ gəlməsini və xaric olmasını stimulə edir. Yüksək polyar xüsusiyyətə malik olduğundan ursodezoksixol turşusu apolyar (toksik) öd turşuları ilə qeyri-toksik qarışıq birləşmələr əmələ gətirir, biliar reflüks-qastrit və reflüks-ezofagit zamanı mədə reflüktatının zədələyici təsirini azaldır. Bundan başqa ursodezoksixol turşusu hüceyrə membranlarının tərkibinə daxil olan və onları sitotoksik birləşmələrin təsirinə qarşı sabitləşdirən ikiqat molekullar əmələ gətirir. Xolesterinin bağırsaqlardan absorbsiyasını ləngidərək öddə miqdarını azaldır, qaraciyərdə sintezini ləngidir və ödlə sekresiyasını azaldır, öddə xolesterinin həllolmasını artırır, onunla maye kristallar əmələ gətirir, ödün litogen indeksini aşağı salır. Nəticədə xolesterin öd daşlarının həll olması artır və yeni konkrementlərin əmələ gəlməsinin qarşısı alınır. Preparatın immunomodulyator təsiri hepatosit və xolangiositlərin membranında HLA-antigenin ekspressiyasının ləngidilməsi və limfositlərin təbii killer aktivliyinin normallaşdırılması ilə bağlıdır. Biliar sirroz, mukovissidoz və alkohol steatohepatiti zamanı fibrozun proqressivləşməsini tormozlayır, qida borusu venalarının varikoz genəlməsinin inkişaf riskini azaldır. Farmakokinetikası Ursodezoksixol turşusu daxilə qəbul olunduqda nazik bağırsaq və çənbərəbənzər bağırsağın yuxarı hissələrində passiv diffuziya, çənbərəbənzər bağırsağın aşağı hissələrində isə aktiv daşınma yolu ilə sürətli mənimsənilir. Əsasən 60-80% sorulur. Sorulduqdan sonra taurin və qlisin aminturşuları ilə konyuqasiya edir və qaraciyərdən ödlə xaric olur. Qaraciyərdən ilkin keçmə dərəcəsi 60% təşkil edir. Ursodezoksixol turşusunun növbəti dekonyuqasiyası bağırsaq mikroorqanizmlərinin vasitəsilə baş verir və nəticədə 7-ketolitoxol turşusu və litoxol turşusuna çevrilir. İnsanlarda yalnız az miqdarda sulfatlaşmış litoxol turşusu geri qaraciyərə reabsorsiya olunur və qaraciyərdə zərərsizləşdirilərək ödlə xaric olunur. Ursodezoksixol turşusunun yarımxaricolma dövrü Т =3,5-5,8 gün təşkil edir.1/2

İstifadəsinə göstərişlər

— Öd kisəsinin funksiyalarının pozulmadığı hallarda xolesterin daşlarının əridilməsi (xolesterin daşları rentgenoqramda kölgələr şəklində görünməməlidir və diametri 15 mm-dən az olmalıdır); — biliar reflüks-qastrit; — qaraciyərin dekompensasiya əlamətləri olmayan birincili biliar sirrozu; —6 yaşdan 18 yaşa qədər uşaqlarda fibroz-kistoz degenerasiya (mukovissidoz) ilə assosiasiya olunmuş hepatobiliar xəstəliklər.

Əks göstərişlər

— Rentgen müsbət öd daşları (yüksək miqdarda kalsium tərkibli); — öd yollarının tıxanması (ümumi öd axarının və öd kisəsi axarının); — öd kisəsinin yığılma qabiliyyətinin pozulması; — öd kisəsi və öd yollarının kəskin iltihabi xəstəlikləri; — tez-tez baş verən qaraciyər ağrısı tutmaları; — preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. 6-18 yaşlı uşaqlarda kistoz fibrozla əlaqədar inkişaf edən hepatobiliar pozğunluqların müalicəsi zamanı: — uğursuz portoenterostomiya və ya öd axarlarının atreziyası olan uşaqlarda öd ifrazının yaxşı bərpa olunmaması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Surol preparatının qəbulu həkim nəzarəti altında həyata keçirilməlidir. Müalicənin ilk 3 ayı ərzində qaraciyərin funksional göstəriciləri (AST, ALT və QQT) 4 həftədə, sonrakı müddət ərzində 3 ayda bir dəfə müayinə olunmalıdır. Belə monitorinq, xüsusilə birincili biliar sirrozun gecikmiş mərhələlərində olan xəstələrdə qarciyər funksiyalarının potensial pozğunluqlarının erkən diaqnostikasına yardım edir. Birincili sklerozlaşan xolangitli xəstələrdə ursodezoksixol turşusunun yüksək dozaları ilə (28- 30 mq/kq/gün) uzunmüddətli müalicə zamanı əlavə təsirlərin rastgəlmə tezliyinin artması müşahidə olunmuşdur. Xolesterin tərkibli öd daşlarının həll olunması üçün istifadəsi Müalicədə müsbət dəyişikliyi dəyərləndirmək və daşlarda kalsinoz əlamətlərini zamanında aşkar etmək üçün müalicəyə başladıqdan 6-10 ay sonra ayaqüstə və uzanmış vəziyyətdə bel nahiyəsinin ultrasəs müayinəsini həyata keçirmək lazımdır. Əgər öd kisəsi rentgen müayinə zamanı görünmürsə və ya daşların kalsinozu baş vermişsə,öd kisəsinin yığılma qabiliyyətinin azalması və ya tez-tez baş verənağrı tutmaları olursa, bu halda ursodezoksixol turşusunun istifadəsi məsləhət görülmür. Ursodezoksixol turşusu qəbul edən qadınların qeyri-hormonal kontraseptivlərdən istifadə etməsi tələb olunur, belə ki, hormonal kontraseptivlər öd kisəsində daş əmələgəlməni stimullaşdırır. Birincili biliar sirrozun gecikmiş mərhələlərində olan xəstələrin müalicəsi Çox nadir hallarda qaraciyər sirrozunun dekompensasiyası qeyd oluna bilər. Müalicə dayandırıldıqdan sonra dekompensasiya əlamətlərinin hissəvi geri inkişafı qeyd olunmuşdur. Biliar sirrozlu xəstələrdə nadir hallarda müalicənin başlanğıcında xəstəliyin klinik əlamətləri ağırlaşa bilər (məs., qaşınma arta bilər). Belə halda ursodezoksixol turşusunun dozası 1 tablet/gün-ə qədər azaldılmalı, sonra tədricən artırılmalıdır. İshaldan əziyyət çəkən xəstələrdə preparatın dozasını azaltmaq lazımdır. Persistəolunmuş ishal zamanı preparatın qəbulunu dayandırmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ursodezoksixol turşusu, kolestiramin, kolestipol, alüminium hidroksid və/və ya qarışıq ( alüminium oksidlə) tərkibli antasidlərlə müştərək istifadə olunmamalıdır. Qeyd olunan preparatlar bağırsaqlarda ursodezoksixol turşusu ilə birləşərək, onun sorulmasını və effektliliyini inhibə edir. Əgər qeyd olunan preparatlardan hər hansı birinin qəbul olunması mütləqdirsə, bu halda preparatı, ursodezoksixol turşusu qəbulundan 2 saat əvvəl və ya sonra qəbuletmək məsləhət görülür. Ursodezoksixol turşusu siklosporinin bağırsaqlardan sorulmasına təsir etdiyindən, siklosporin qəbul edən xəstələrdə qanda siklosporinin qatılığını nəzarətdə saxlamaq və preparatın dozasını tənzimləmək lazımdır. Xüsusi hallarda ursodezoksixol turşusu siprofloksasinin absorbsiyasını ləngidə bilər. Sağlam könüllülər üzərində aparılan klinik çalışmalar zamanı ursodezoksixol turşusu (500 mq/gün) və rozuvastatin (20 mq/gün) müştərək istifadə olunduqda, rozuvastatinin plazmada qatılığının bir qədər yüksəlməsi müşahidə olunmuşdur. Statinlərlə baş verən bu qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyil. Ursodezoksixol turşusunun sağlam könüllülərdə kalsium antaqonisti olan nitrendipinin С və AUC göstəricilərini azaltdığı qeyd olunmuşdur. Ursodezoksixol turşusu vəmах nitrendipinin müştərək istifadəsi zamanı ciddi monitorinq aparilması tələb olunur və lazım gələrsə nitrendipinin dozası artırılır. Yanaşı istifadə olunduqda dapsonun müalicəvi effektini azaltması haqqında məlumat verilmişdir. İn vitro aparılmış tədqiqatların nəticələrinə görə, ursodezoksixol turşusu CYP3A izofermentini induksiyalamak qabiliyyətinə malikdir. Lakin CYP3A izofermentinin substratı olan budesonidlə müştərək istifadə olunmaqla aparılan tədqiqatlar zamanı induksiyalanma müşahidə olunmamışdır. Estrogen hormonlar və hipoxolesterinemik vasitələr (məs., klofibrat) xolesterinin qaraciyərdən sekresiyasını artıraraq öd daşlarının yaranmasına şərait yaradır, beləliklə, öd daşlarının həll olunması üçün istifadə olunan ursodezoksixol turşusunun təsirinə əks təsir göstərirlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ursodezoksixol turşusunun hamilə qadınlarda istifadəsinə dair məlumatlar mövcud deyil. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı hamiləliyin erkən dövrlərində reproduktiv toksiklik qeydə alınmışdır. Ursodezoksixol turşusunun hamiləlik zamanı mütləq istifadə tələbi olmadığı hallarda qəbul olunmaması məsləhət görülür. Hamilə qalma riski olan qadınlar etibarlı kontraseptiv vasitələr istifadə edərkən ursodezoksixol turşusunu qəbul etməlidirlər. Ursodezoksixol turşusunu öd kisəsi daşlarının həll olması üçün istifadə edən xəstələr effektli qeyri-hormonal kontraseptiv vasitələr istifadə etməlidirlər, belə ki hormonal preoral kontraseptivlər öd kisəsində daş əmələgəlməni stimullaşdırır. Müalicəyə başlamazdan əvvəl hamiləliyi istisna etmək lazımdır. Çox az hallarda preparatı qəbul edən südverən qadınlarda döş südündə çox cüzi miqdarda ursodezoksixol turşusu müəyyən olunmuşdur. Bu halın ana südü ilə qidalanan uşaqlarda arzuolunmaz əlavə təsirlərin inkişafına səbəb olacağı düşünülmür. Qaraciyər funksiyalarının pozğunluqları zamanı istifadəsi Od yollarının tutulması ( ümumi öd axarının və öd kisəsi çixacağının), öd kisəsinin yığılma qabiliyyətinin pozulması, öd kisəsi və öd yollarının iltihabi xəstəlikləri, tez-tez baş verən qaraciyər kolikaları zamanı preparatın istifadəsi əks göstərişdir. 6-18 yaşlı uşaqlarda uğursuz portoenterostomiya və ya öd axarlarının atreziyası olan uşaqlarda öd ifrazının yaxşı bərpa olunmaması zamanı əks göstərişdir. Pediatriyada istifadəsi Preparat 6 yaşdan 18 yaşa qədər uşaqlarda fibroz-kistoz degenerasiya (mukovissidoz) ilə assosiasiya olunmuş hepatobiliar xəstəliklərin müalicəsində istifadə olunur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ursodezoksixol turşusu nəqliyyat vasitələrini idarəetmə və mexanizmlərlə iş qabiliyyətinə təsir göstərmir və ya bu təsir cox cüzi dərəcədədir.

İstifadə qaydası və dozası

Ursodezoksixol turşusunun təyinatına yaş məhdudiyyəti yoxdur. Bədən kütləsi 47 kq-dan az olan və ya tableti uda bilməyən uşaqlara Surol təyin olunmur. Müxtəlif istifadə üçün göstərişlər zamanı aşağıdakı dozalanma rejimləri tövsiyə olunur. Xolesterin öd daşlarının həll olması üçün ursodezoksixol turşusu bədən kütləsinin hər kiloqramına 10 mq olmaqla təyin olunur: Bədən kütləsi Tablet sayı 60 kq-a qədər 2 61-80 kq 3 81-100 kq 4 100 kq-dan çox 5 Preparat adətən hər gün axşamlar yatmazdan əvvəl qəbul olunur. Tableti çeynəmədən, az miqdarda su ilə qəbul etmək lazımdır. Müalicə müddəti 6-24 ay təşkil edir. Əgər daşların ölçüsü 12 ay ərzində kiçilməzsə, preparatın qəbulu dayandırılır. Müalicənin effektliliyi 6 ayda bir dəfə aparılan ultrasəs və rentgenoloji müayinələrin köməyi ilə nəzarətdə saxlanılır. Baxış zamanı zaman aralığında daşlarda kalsinozun inkişaf edib- etməməsini yoxlamaq lazımdır. Belə hal baş verdikdə müalicəni dayandırmaq lazımdır. Biliar reflüks-qastritin müalicəsi zamanı hər gün 1 tablet axşamlar yatmazdan əvvəl təyin olunur. Tabletlər çeynənmədən, az miqdarda maye ilə qəbul olunur. Müalicə kursunun müddəti 10-14 gündür. Ümumilikdə müalicənin müddəti xəstəliyin gedişindən asılıdır. Birincili biliar sirroz zamanı preparatın gündəlik qəbul dozası xəstənin bədən kütləsindən asılı olub, 3-7 kapsul təşkil edir ( bədən kütləsinin hər kiloqramına 14±2 mq ursodezoksixol turşusu). Ursodezoksixol turşusu ilə müalicənin ilk 3 ayında preparatın gündəlik dozasını bir necə qəbula bölməklə istifadə etmək lazımdır. Qaraciyərin funksional göstəriciləri yaxşılaşdıqdan sonra preparatın gündəlik dozasını gündə 1 dəfə, axşamlar qəbul etmək olar. Bədən kütləsi Gündəlik doza (mq/kq 250 mq tablet (kq) bədən kütləsi) İlk 3 ay Sonrakı dövr Axşam (1 Səhər Günorta Axşam dəfə/gün) 47-62 12-16 1 1 1 3 63-78 13-16 1 1 2 4 79-93 13-16 1 2 2 5 94-109 14-16 2 2 2 6 110-dan çox – 2 2 3 7 Tabletlər çeynənmədən, az miqdarda maye ilə qəbul olunmalıdır. Preparatın mütəmadi qəbulunun təmin olunması üçün həkim nəzarəti tələb olunur. Birincili biliar sirrozun müalicəsi zamanı 250 mq dozada ursodezoksixol turşusu müddət məhdudiyyəti qoyulmadan qəbul edilə bilər. Qaraciyərin birincili biliar sirrozu olan xəstələrdə nadir hallarda müalicənin başlanğıcında klinik əlamətlərin kəskinləşməsi müşahidə oluna bilər ( məs., qaşınma arta bilər). Belə halda preparatı gündə 1 tablet olmaqla qəbul etmək lazımdır, sonrakı müddət ərzində doza tədricən tövsiyə olunan müalicəvi dozaya qədər artırıla bilər (gündəlik dozanı həftədə 1 kapsul olmaqla artırmaq olar). Fibroz-kistoz degenerasiya ilə assosiasiyaolunmuş hepatobiliar xəstəlikləri olan 6 yaşdan 18 yaşadək uşaqlarda tövsiyə olunan gündəlik doza 2-3 dəfəyə qəbul olunmaqla, lazım gələrsə sonrakı dövr ərzində doza 30 mq/kq-a qədər artırıla bilər. bədən kütləsinin hər kiloqramına 20 mq-dır. 250 mq tablet Bədən kütləsi (kq) Gündəlik doza (mq/kq bədən kütləsi) Səhər Günorta Axşam 20-29 17-25 1 – 1 30-39 19-25 1 1 1 40-49 20-25 1 1 2 50-59 21-25 1 2 2 60-69 22-25 2 2 2 70-79 22-25 2 2 3 80-89 22-25 2 3 3 90-99 23-25 3 3 3 100-109 23-25 3 3 4 >110 – 3 4 4

Əlavə təsirləri

Əlavə təsirlərin dəyərləndirilməsi aşağıdakı rastgəlmə tezliyi göstəricilərinə əsasən aparılır: çox tez-tez – 1/10 xəstədə (≥10%), tez-tez – 1/100 xəstədə (≥1% və <10%), bəzən – 1/1000 xəstədə (≥0.1% və <1%), nadir – 1/10 000 xəstədə (≥0,01% və <0,1%), çox nadir – 1/10 000 xəstədə (<0,01%). MBT-ə: klinik tədqiqatlar zamanı sıyığabənzər nəcis və ya ishal qeydlərinə çox rast gəlinmişdir; çox nadir–ilkin biliar sirrozun müalicəsi zamanı qarının yuxarı sağ nahiyəsində güclü ağrılar. Qaraciyərə və ödçıxarıcı yollara: ursodezoksixol turşusu ilə müalicə zamanı çox nadir hallarda daşların kalsiumlaşması baş verə bilər; çox nadir–ilkin biliar sirrozun gecikmiş mərhələlərinin müalicəsi zamanı qaraciyər sirrozunun dekompensasiyası müşahidə oluna bilər, müalicə dayandırıldıqdan sonra adətən ağırlaşmanın reqressiyası müşahidə olunur. Allergik reaksiyalar: çox nadir–övrə.

Doza həddinin aşılması

Sİmptomları: doza artıqlığı hallarında ishal baş verə bilər. Digər doza artıqlığı əlamətlərinin başvermə ehtimalı aşağıdır, belə ki ursodezoksixol turşusunun dozası yüksəldikcə absorbsiya qabiliyyəti azalır və qəbul olunan dozanın böyük hissəsi nəcislə xaric olunur. Müalicəsi: xüsusi profilaktik tədbir tələb olunmur. İshalın nəticələri su-duz mübadiləsinin bərpa olunması yolu ilə müalicə olunur.

Buraxılış forması

Hər blisterdə 10 örtüklü tablet olmaqla 10 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma qaydası 25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında, quru və uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Merkez Laboratory İlaç San. və A. Ş., Türkiyə. Taşdelen, Sırrı Çelik Bulvarı, Ayça küç. No:6. Çekmeköy – İstanbul/Türkiyə. Marketinq səlahiyyətinin sahibi Helba İlaç İç ve Dış Sanayi Ticaret Anonim Şirketi. Çamlık Mahallesi Pamuk Sk. A Blok Apt. No: 12-16/17. Ümraniye – İstanbul/ Türkiyə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Surol 500 mq N100 tablet” üçün ilk rəyi siz yazın.