Stomagel 15 q gel

Dərman formasıGel
Farmakoloji təsirAğız boşluğu xəstəliklərinin yerli müalicəsi üçün dərman vasitəsi
İstehsal ölkəsiLatviya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,19 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

STOMAGEL xaricə istifadə etmək üçün gel

Tərkibi

Təsiredici maddələr: 1 q gelin tərkibində 5 mq metilurasil, 20 mq lidokain hidroxlorid vardır. Köməkçi maddələr: iynəyarpaqlıların efir yağı, lesitin, silbiol, α-tokoferol, metilparahidroksibenzoat, undesilen turşusunun monoetanolamidi, trolamin, etil spirti, karbomer, təmizlənmiş su.

Təsviri

Açıq sarı rəngdə, yüngül iynəyarpaqlı ətirli xaricə istifadə üçün geldir. Farmakoterapevtik qrupu: Ağız boşluğu xəstəliklərinin yerli müalicəsi üçün dərman vasitəsi. ATC kodu: A01AD11.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Ağız boşluğunda hiperemiyanı, ağrını, iltihabı, ödemi, quruluğu, ağızda qaşınma hissini aradan qaldırır, toxuma regenerasiyasını və epitelizasiyanı stimullaşdırır. Metilurasil – epitelin regenerasiyasını və bərpasını təmin edir, selikli qişada olan amin turşularının mübadilə prosesinə müsbət təsir göstərir, iltihabəleyhinə təsir göstərir, immunitetin bərpasını stimullaşdırır. Metilurasil klinik praktikada həm sistem şəklində, həm yerli və eləcə də selikli qişalarda istifadə olunur. Lidokain hidroxlorid – selikli qişalarda istifadəsi zamanı sinir uclarına təsir göstərir. Lidokain impulsların ötürülməsini təmin edən ionları inhibə edərək neyronların membranını stabilləşdirir, selikli qişaya yerli anesteziyaedici təsir göstərir. Farmakokinetikası Metilurasil xaricə istifadə zamanı demək olar ki, ümumi qan dövranına absorbsiya olunmur. Lidokain hidroxloridin aktiv maddəsi plazmada maksimal səviyyəyə 20-45 dəq sonra çatır. Ağız boşluğunun selikli qişasından ümumi qan dövranına lidokainin çox cüzi hissəsi keçir. Orqanizmdə lidokain MBT- yə keçir, qaraciyərdə tamamilə metabolizmə uğrayır.

İstifadəsinə göstərişlər

− ağız boşluğunun selikli qişasının iltihabi və nekrotik prosesləri: kəskin stomatit, qinqivit, parodontit; − mikrob və göbələk infeksiyası nəticəsində ağızda quruluq və qaşınma hissinin olması

Əks göstərişlər

− leykozun kəskin və xroniki leykemik formaları; − limfoqranulomatoz; − sümük iliyinin bədxassəli xəstəlikləri; − qaraciyərin ağır xəstəlikləri; − amid törəməli yerli anestetiklərə və ya gelin komponentlərinə qarşı yüksək həssaslıq; − 3 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlhəm gözə düşərsə, onu çoxlu miqdarda su ilə yumaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Gel strofantinin təsirini potensiallaşdırır, antibiotiklərin və sulfanilamid preparatlarının təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Metilurasilin teratogen təsir göstərməsi təhlükəsini nəzərə alaraq, hamiləlik və laktasiya dövründə preparatın təyin olunması, yalnız risk faktorlarını diqqətlə nəzərdən keçirdikdən sonra mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməmişdir.

İstifadə qaydası və dozası

Həkimin təyin etdiyi müalicə kursu müddətində gündə 3-4 dəfə ağız boşluğuna çəkilir.

Əlavə təsirləri

Nadir hallarda yüngül başağrısı, başgicəllənmə, yerli allergik reaksiya baş verə bilər.

Doza həddinin aşılması

Təlimata uyğun istifadəsi zamanı doza həddinin aşılması ehtimalı yoxdur.

Buraxılış forması

15 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “LMP”, MMC. Vietalvas küç., 1 Riqa, LV – 1009, Latviya. [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Stomagel 15 q gel” üçün ilk rəyi siz yazın.