Pertussin 100 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirBəlğəmgətirici vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,78 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PERTUSSİN-YƏF şərbət

Tərkibi

Təsiredici maddələr:100 q şərbətin tərkibində 12 q duru kəklikotu ekstraktı, 1 q kalium bromid vardır. Köməkçi maddələr: saxaroza məhlulu 64% (şəkər şərbəti), etanol (etil spirit) 95%, təmizlənmiş su.

Təsviri

Qəhvəyi rəngli, ətirli, qatı mayedir.

Farmakoterapevtik qrupu

Bəlğəmgətirici vasitə. ATC kodu: R05CA.

Farmakoloji xüsusiyyətləri

Kombinəolunmuş preparatdır. Kəklikotu bitkisinin ekstraktı bəlğəmgətirici təsir göstərir, yuxarı tənəffüs yollarının selikli qişalarından sekretor ifrazatın miqdarını artırır, bəlğəmin durulaşma- sına və onun evakuasiyasının sürətlənməsinə səbəb olur. Kalium-bromid mərkəzi sinir sisteminin oyanıqlığını azaldır.

İstifadəsinə göstərişlər

Kəskin respirator xəstəliklərin: traxeitlərin, bronxitlərin, eləcə də, göyöskürəyin kompleks müalicəsində bəlğəmgətirici vasitə kimi.

Əks göstərişlər

Dərman vasitəsinin istənilən komponentinə qarşı yüksək həssaslıq, qaraciyər xəstəlikləri, alkoqolizm, kəllə-beyin travması, baş beyin xəstəlikləri, epilepsiya, xronik ürək çatışmazlığı (dekompensasiya mərhələsində), hamiləlik, laktasiya dövrü, 3 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Şəkərli diabet; 3 yaşdan yuxarı uşaqlar (preparatın tərkibində olan etanol ilə əlaqədar).Prepa- ratın tərkibində 8-11% etanol vardır. Mütləq spirtin miqdarı: 1 çay qaşığında (5 ml) 0,43 q-a, 1 desert qaşığında (10 ml) 0,87 q-a, 1 xörək qaşığında (15 ml) 1,3q-a qədər. Preparatın böyüklər üçün maksimal gündəlik dozasında-3 xörək qaşığında (45 ml) 3,9 q-a qədər mütləq spirt vardır. Şəkərli diabeti olan xəstələr üçün göstərişlər Preparatın 1 çay qaşığında (5 ml) saxarozanın miqdarı təqribən 0,22 ÇV-nə, 1 desert qaşığında (10 ml) təqribən 0,44 ÇV-nə, 1 xörək qaşığında təqribən 0,66 ÇV-nə uyğundur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı öskürəkəleyhinə dərman vasitələri ilə eyni vaxtda istifadə etmək olmaz, belə ki, bu, durulaşmış bəlğəmin öskürəklə xaric olmasını çətinləşdirir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat daxilə, yeməkdən sonra qəbul edilir (iştahanın mümkün azalması ilə əlaqədar). Böyüklərə gündə 3 dəfə 1 xörək qaşığı; 3-6 yaşlı uşaqlar: gündə 3 dəfə ½-1 çay qaşığı; 6-12 yaşlı uşaqlar: gündə 3 dəfə 1-2 çay qaşığı; 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 1 desert qaşığı. Müalicə kursu 10-14 gündür. Təkrar müalicə kurslarının davametmə müddətinin uzadılması və aparılması həkim məsləhəti ilə mümkündür.

Əlavə təsirləri

Allergik reaksiyalar, mədə qıcqırması mümkündür.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı ürəkbulanma mümkündür. Müalicəsi simptomatikdir.

Buraxılış forması

Şərbət. 100 q məhlul, polietilen tıxacla bağlanmış və firlanan qapaqla və ya plastmas fırlanan germetik ara qatlı və ilkin aşılmaya nəzarət halqası və ya perforasiyalı qoruyucu halqalı qapaqla bağlanmış, narıncı şüşə flakonda. 1flakon, dozalanma üçün plastmas qaşıqla və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Eyni sayda içlik vərəqə ilə birlikdə qutusuz flakonların qrup qutusuna qablaşdırılıması yolveriləndir.

Saxlanma şəraiti

12-15°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “Yaroslavl əczaçılıq fabriki” QSC, Rusiya. 150030, Yaroslavl ş., 1-ci Putevaya k., 5. Tel.:/Faks: (4852) 44-38-56.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pertussin 100 ml sirop” üçün ilk rəyi siz yazın.