Omegast 20 mq N14 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Proton pompasının inhibitoru |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,96 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OMEQAST 20 mq enterik örtüklü mikropellet kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Omeprazole
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 20 mq omeprazol vardır. Köməkçi maddələr: şəkər kürəcikləri (neytral pelletlər), natrium nişasta qlikolyatı (Explotab), natrium laurilsulfat, povidon (PVP K30), hipromelloza ftalat 50 (HP 50), saxaroza (şəkər), hidroksipropilmetilsellüloza 603 (Hipromelloza), mannitol, diasetilləşdirilmiş monoqliseridlər (Mivaset), talk. Bərk jelatin kapsul (kapsul gövdəs)i: xinolin sarısı (E104), qırmızı dəmir oksidi (E172), titan dioksid (E171), jelatin; kapsul qapağı: indiqotin (E132), xinolin sarısı (E104), titan dioksid (E171), jelatin).
Təsviri
Möhtəviyyatı ağ və ya ağımtıl sferik qoxusuz və dadsız mikropelletlərdən ibarət, bir yarısı yaşıl qeyri-şəffaf, digər yarısı sarı qeyri-şəffaf bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Proton pompasının inhibitoru. ATC kodu: А02ВС01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Omeprazol yüksək hədəflənmiş təsir mexanizmi vasitəsi ilə mədə turşusunun ifrazını azaldan, iki enantiomerdən ibarət rasemik məhluldur. Parietal hüceyrələrdə turşu pompasının spesifik inhibitorudur. Omeprazol gündə bir dəfə qəbul edilərək mədə turşusunun ifrazını ikitərəfli inhibə edir və sürətli təsir göstərir. Omeprazol zəif qələvi maddədir və parietal hüceyrələrin intrasellülyar kanallarında yüksək turşulu + + mühitdə aktiv formaya keçərək proton pompasında H /K -ATF-aza fermentini inhibə edir. Mədə turşusunun formalaşmasının son mərhələsində baş verən bu effekt dozadan asılıdır, həm bazal, həm də stimullaşdırılmış turşu sekresiyasını inhibə edir. Farmakodinamik effektlər Bütün mövcud olan farmakodinamik effektlər omeprazolun turşu ifrazına olan effekti ilə izah olunur. Mədə turşusunun ifrazına olan effekt Omeprazolu gündə bir dəfə qəbul etdikdə mədənin turşu ifrazı gündüz və gecə vaxtı effektiv inhibə olunur. Maksimal effekt müalicənin 4-cü günü müşahidə olunur. 20 mq omeprazolun qəbulundan sonra mədənin turşuluğu 24 saat ərzində 80% azalmışdır, bu təsir sonradan 12-barmaq bağırsağın xorası olan pasiyentlərdə də saxlanılmışdır, maksimal azalma dərəcəsi pentaqastrin ilə stimulasiyadan sonra 24 saat ərzində 70% təşkil etmişdir. Oral qəbul olunan 20 mq omeprazol 12-barmaq bağırsağın xorası olan pasiyentlərdə 24 saat vaxt ərzində 17 saat müddətinə mədənin pH-nı ≥3 olaraq saxlamışdır. Mədədaxili turşuluğun azalması nəticəsində, omeprazol dozadan asılı olaraq həmçinin qastro- ezofageal reflüksu olan pasiyentlərdə turşunun qida borusuna olan təsirini azaldır/normallaşdırır. Turşu ifrazının inhibə olunması qəbul zamanı maksimal plazma konsentrasiyasından deyil, əyrinin altında olan maksimal konsentrasiya vaxtından asılıdır. Omeprazol ilə müalicədən sonra taxifilaksiya halları müşahidə olunmamışdır. Farmakokinetikası Sorulması Omeprazol və omeprazol-maqnezium turşuya davamsızdır, bu səbəbdən oral enterik örtüklü qranullardan ibarət kapsul və ya tablet şəklində verilir. Omeprazol tez sorulur və maksimal plazma konsentrasiyası qəbuldan təqribən 1-2 saat sonra müşahidə olunur. Omeprazolun sorulması nazik bağırsaqda baş verir və adətən 3-6 saat ərzində bitir. Qidanın paralel qəbulu biomənimsənilməyə təsir etmir. Sistem biomənimsənilməsi omeprazolun birdəfəlik dozasından sonra 40% təşkil edir. Gündəlik dozanın təkrarlanması nəticəsində biomənimsənilmə 60%-ə çatır. Paylanması Sağlam insanlarda paylanma həcmi 0,3 l/kq bədən kütləsinə təşkil edir. Omeprazol plazma zülalları ilə 97% birləşir. Metabolizmi Omeprazol sitoxrom P (CYP) sisteminin iştiraki ilə tam metabolizə olunur. Metabolizmin böyük450 hissəsi plazmada əsas metaboliti olan, hidroksiomeprazolun formalaşmasına cavabdeh olan CYP2C19-dan asılıdır. Digər hissəsi isə omeprazol sulfonun formalaşmasına cavabdeh olan CYP3A4-ün spesifik izoformasından asılıdır. Omeprazolun CYP2C19 fermentinə yüksək affinliyi nəticəsində CYP2C19-un digər metabolitləri ilə rəqabətli inhibə və metabolik dərman qarşılıqlı əlaqəsi potensialı var. CYP3A4-ə qarşı aşağı affinliyi olduğundan onun metabolitləri ilə inhibə potensialı yoxdur. Əlavə olaraq, omeprazolun əsas CYP fermentlərinə qarşı inhibəedici effekti yoxdur. Xaric olması Birdəfəlik və ya təkrar oral gündəlik dozadan sonra plazmada yarımparçalanma vaxtı bir saatdan azdır. Gündəlik doza verildikdə omeprazol tam olaraq, plazmada yığılma meyilliyi olmadan xaric olunur. Omeprazolun oral dozasının təxminən 80%-i metabolitlər şəklində sidiklə ifraz olunur, nəcisdə olan qalıqlar öd sekresiyasından qaynaqlıdır. Xüsusi əhali qrupu Qaraciyər funksiyasının zəifləməsi Qaraciyərin disfunksiyası olan pasiyentlərdə omeprazolun metabolizmi zəifdir və bunun nəticəsində yüksək AUC-ə səbəb olur. Omeprazol gündə bir dəfə verildikdə toplanmaya meyilli deyildir. Böyrək funksiyasının zəifləməsi Omeprazolun farmakokinetikası, biomənimsənilməsi və xaricolma dövrü böyrək funksiyası zəifləmiş pasiyentlərdə dəyişilməz olaraq qalır. Yaşlı əhali Yaşlı insanlarda (75-79 yaş) omeprazolun metabolizmi nisbətən zəifdir. Uşaqlar 1 yaşdan yuxarı uşaqlarda tövsiyə olunmuş dozalarda müalicə zamanı, plazma konsentrasiyası böyüklərdəki kimi olmuşdur. Yaşı 6 aylıqdan aşağı olan körpələrdə omeprazol zəif metabolizə olunduğundan klirensi aşağıdır.
İstifadəsinə göstərişlər
Böyüklər • 12-barmaq bağırsaq xoralarının müalicəsi; • 12-barmaq bağırsaq xoralarının residivinin profilaktikası; • mədə xoralarının müalicəsi; • mədə xoralarının residivinin profilaktikası; • peptik xora xəstəliyində müvafiq antibiotiklər ilə kombinasiyada, Helicobacter pylori-nin (H. pylori) eradikasiyası; • QSİƏP-lə əlaqəli mədə və 12-barmaq bağırsaq xoralarının müalicəsi; • risk qrupunda olan pasiyentlərdə QSİƏP ilə əlaqəli mədə və 12-barmaq bağırsaq xoralarının qarşısının alınması; • reflüks ezofaqitin müalicəsi; • müalicə olunmuş reflüks ezofaqitli pasiyentlərdə uzunmüddətli təyinatlarda; • qastroezofaqeal reflüks xəstəliyinin simptomlarının müalicəsi; • Zollinger-Ellison sindromunun müalicəsi. Uşaqlar 1 yaşdan yuxarı və ≥10 kq-dan çox olan uşaqlar • Reflüks ezofaqitin müalicəsi • Qastroezofaqeal reflüks zamanı mədə qıcqırmasının və turşu requrqitasiyasının (gəyirmə) simptomatik müalicəsi 4 yaşdan yuxarı uşaqlar • Müvafiq antibiotiklərlə kombinasiyada 12-barmaq bağırsağın H. pylori ilə törədilmiş xora xəstəliyinin müalicəsi
Əks göstərişlər
Omeprazola, benzimidazol törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq. Omeprazol proton pompasının digər inhibitorları (PPİ) kimi nelfinavir ilə paralel istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Maliqnizasiyaya şübhə doğuran simptomlar (bədən çəkisinin azalması, qusma, disfagiya, melena) olduqda mədə şişi istisna olunmalıdır, çünki Omeqastın qəbulu simptomların müvəqqəti olaraq azalmasına və diaqnozun gecikməsinə səbəb ola bilər. Atazanavir ilə proton pompasının inhibitorlarının paralel təyini tövsiyə olunmur. Klinik olaraq hər iki preparatın istifadəsi zəruridirsə, ciddi klinik nəzarət aparılmalıdır. Atazanavirin dozası 400 mq-a qaldırıldıqda 100 mq ritonavir ilə birlikdə omeprazolun dozası 20 mq-dan artıq olmamalıdır. Omeprazol, digər turşu blokadaedici preparatlar kimi, hipo və axlorhidriya nəticəsində, vitamin B -12 nin absorbsiyasını zəiflədə bilər. B vitamininin ehtiyatı aşağı olan insanlarda və vitamin B -nin12 12 absorbsiyası üçün risk qrupunda olan pasiyentlərdə uzunmüddətli müalicədə bu, nəzərə alınmalıdır. Omeprazol CYP2C19-un inhibitorudur. Müalicə başlandıqda və bitdikdə CYP2C19 ilə metabolizə olunan preparatların qarşılıqlı təsiri nəzərə alınmalıdır. Qarşılıqlı təsir klopidoqrel və omeprazol arasında müşahidə olunmuşdur. Bu qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyildir. Lakin, ehtiyat üçün hər iki preparatın eyni zamanda təyini tövsiyə olunmur. Uzunmüddətli müalicə nəzərdə tutulduqda və ya PPİ-rının diqoksin və ya digər hipomaqneziemiya törədən (diuretiklər) ilə paralel qəbulunda maqneziumun səviyyəsi PPİ terapiyası başlandıqda və müalicə müddətində yoxlanılmalıdır. Proton pompasının inhibitorlarının xüsusi ilə yaşlı əhalidə və risk qruplarında uzunmüddətli (≥1 il) və yüksək dozalarda istifadəsi zamanı bud, bilək və onurğa sınıqlarının yaranmasında cüzi riski nəzərə alınmalıdır. Osteoporoz riski olan pasiyentlərdə mövcud tövsiyələri nəzərə alaraq paralel şəkildə Vitamin D-nin və kalsiumun təyin olunması məsləhət görülür. Laborator testlərə təsiri Artmış CgA göstəriciləri neyroendokrin şişlərin diaqnostikasına mane ola bilər. Bundan qaçmaq üçün CgA ölçmədən 5 gün əvvəl omeprazol müalicəsi dayandırılmalıdır. Xroniki xəstəliyi olan uşaqlarda arzuolunmaz olsa da uzunmüddətli müalicə tələb oluna bilər. PPİ ilə müalicə cüzi olaraq Salmonella və Campylobacter kimi mədə-bağırsaq infeksiyaların riskini artıra bilər. Uzunmüddətli müalicə zamanı (1 ildən çox) pasiyentlər müntəzəm nəzarət altında olmalıdırlar. Sukroza Omeqast -ın tərkibində sukroza var. Nadir irsi xəstəliklər, fruktozaya dözümsüzlük, qlükoza- qalaktoza malabsorbsiyası və ya sukroza-izomaltaza çatışmazlığı olan pasiyentlər bu preparatdan istifadə etməməlidirlər. Proton pompası inhibitorlarının qəbulu nadir hallarda qırmızı qurd eşənəyinin meydana çıxmasına səbəb olur. Əgər dəridəki patoloji dəyişikliklər günəş təsirinə məruz qalan sahələrdə yaranarsa və artralgiya ilə müşayiət olunarsa Omeqastla müalicə dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Omeprazolun digər aktiv maddələrin farmakokinetikasına təsiri Sorulması pH-dan asılı olan aktiv maddələr Omeprazol ilə müalicə dövründə azalmış mədə turşuluğu, sorulması pH-dan asılı olan bəzi aktiv maddələrin sorulmasını artıra və ya azalda bilər. Nelfinavir, atazanavir Omeprazol ilə birlikdə istifadə olunduqda nelfinavirin və atazanavirin plazma konsentrasiyaları azalır. Diqoksin Gündəlik 20 mq omeprazol və diqoksinin paralel qəbulu sonuncunun biomənimsənilməsini 10% artırır. Klopidoqrel Klopidoqrel və omeprazolun paralel qəbulu trombositlərin aqreqasiyasını inhibə edir və klopidoqrelin aktiv metabolitə çevrilməsini 46% azaldır. Digər aktiv substansiyalar Pozakonazol, erlotinib, ketokonazol və itrakonazolun sorulmasının azalması nəticəsində klinik effektivliyi də zəifləyə bilər. Pozakonazol və erlotinibin paralel təyini məsləhət görülmür. Omeprazol CYP2C19 və CYP3A4 tərəfindən metabolizə olunduğu üçün CYP2C19 və CYP3A4 fermentini inhibə edən aktiv maddələr (klaritromisin, vorikonazol) omeprazolun metabolizm sürətini azaltmaqla qanda preparatın səviyyəsinin artmasına səbəb olurlar. Omeprazolun təyini CYP2C19 fermentini mülayim dərəcədə inhibə etdiyindən bu fermentin təsir etdiyi aktiv maddələrin metabolizmi də zəifləyir və nəticə etibarilə bu maddələrin sistemik təsiri yüksəlir. Məsələn (R-varfarin və vitamin K-nın digər antaqonistləri, silostazol, diazepam və fenitoin). Fenitoin Omeprazol ilə müalicəni başladıqdan sonra ilk 2 həftə ərzində fenitoinin plazma konsetrasiyası nəzarətdə saxlanılmalıdır və növbəti dozanın tənzimlənməsi omeprazol ilə müalicə bitdikdən sonra aparılmalıdır. Müəyyən olmayan mexanizmlər Saqinavir Omeprazol ilə saqinavir/ritonavir parallel istifadəsi zamanı saqinavirin plazma göstəriciləri 70% artır və bu İİV-ya yoluxmuş pasiyentlər tərəfindən yaxşı keçirilmişdir. Takrolimus Omeprazol ilə takrolimusun paralel istifadəsi zamanı takrolimusun plazma göstəriciləri artmışdır. Takrolimusun konsentrasiyasına və həmçinin böyrəklərin funksiyasına (kreatinin klirensi) nəzarət olunmalıdır və lazım olduqda takrolimusun dozaları tənzimlənməlidir. Metotreksat Proton Pompasının İnhibitorları ilə birlikdə verildikdə bəzi pasiyentlərdə metotreksatın səviyyəsi artmışdır. Yüksək doza metotreksat verildikdə müvəqqəti omeprazolun dayandırılması nəzərdə tutulmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Omeprazol hamiləlik dövründə istifadə oluna bilər. Omeprazol ana südünə ifraz olunur, lakin terapevtik dozalarda körpəyə təsir göstərmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Omeqast böyük ehtimalla nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Dərmanın, görmənin pozulması və yaxud başgicəllənmə kimi əlavə təsirləri meydana çıxarsa, pasiyentlər avtomobildən və ya potensial təhlükəli mexanizmlərdən istifadə etməməlidirlər.
İstifadə qaydası və dozası
Preparatın səhər vaxtı qəbul edilməsi tövsiyə olunur, acqarına qəbul olunması arzuolunandır və maye ilə qəbul edilməlidir. Udma qabiliyyəti pozulmuş xəstələrdə kapsulun möhtəviyyatı yüngül dərəcəli turş mühitli olan mayelərə qatılıb 30 dəqiqə müddətində istifadə oluna bilər. Kapsul çeynənməməli və əzilməməlidir. Böyüklərdə doza qaydaları 12-barmaq bağırsağın xora xəstəliyi Gündə 1 dəfə 1 kapsul (20 mq). Xəstələrin əksəriyyətində xoranın yaxşılaşması artıq 2 həftədən sonra müşahidə olunur; lazım gələrsə müalicə daha 2 həftə uzadıla bilər. Bu sxemə yaxşı cavab verməyən xəstələrə daha yüksək doza – gündə 1 dəfə 2 kapsul (40 mq) təyin oluna bilər. Adətən 4 həftə müddətində yaxşılaşma baş verir. 12-barmaq bağırsaq xorasının residivinin profilaktikası H. pylori neqativ pasiyentlərdə və yaxud H. pylori-nin eradikasiyası mümkün olmadıqda 12-barmaq bağırsağın residivinin profilaktikası üçün tövsiyə olunan doza Omeqast 20 mq gündə 1 dəfə. Bəzi pasiyentlərdə gündəlik 10 mq kifayətdir. Müalicə yetərli olmazsa doza 40 mq-a artırıla bilər. Mədənin xora xəstəliyi Gündə 1 dəfə 1 kapsul (20 mq). Müalicə müddəti 4 həftədir; ehtiyac olarsa müalicə daha 4 həftə uzadıla bilər. Gündə 1 kapsul (20 mq) dozalanma sxeminə və H -histamin reseptorlarının blokatorları2 ilə müalicə zamanı nəticə alınmayan xəstələrə omeprazol gündə 1 dəfə 40 mq (2 kapsul) yüksək doza ilə təyin oluna bilər və adətən 8 həftə müddətində effektini göstərir. Mədə xorasının residivinin profilaktikası Müalicəyə zəif cavab verən pasiyentlərdə mədə xoralarının residivinin profilaktikası üçün Omeqast gündə bir dəfə 20 mq tövsiyə olunur. Lazım olduqda omeprazolun dozası 40 mq-a qədər artırıla bilər. Peptik xora zamanı H. pylori-nin eradikasiyası Peptik xora zamanı H. pylori-nin eradikasiyası məqsədi ilə: Omeprazol müvafiq antibiotiklə kombinasiyada aşağıdakı sxemə uyğun tətbiq olunmalıdır: • Omeqast 20 mq + Klaritromisin 500 mq + Amoksisillin 1000 mq, hər biri gündə iki dəfə 1 həftə ərzində • Omeqast 20 mq + Klaritromisin 250 mq (alternativ 500 mq) + Metronidazol 400 mq (və yaxud 500 mq və yaxud tinidazol 500 mq), hər biri gündə iki dəfə bir həftə ərzində və ya • Gündə bir dəfə Omeprazol 40 mq, 500 mq Amoksisillin ilə və 400 mq Metronidazol (və yaxud 500 mq və yaxud tinidazol 500 mq) ilə birlikdə hər ikisi gündə üç dəfə 1 həftə ərzində Hər hansı sxem müalicəsi nəticəsində pasiyent yenidən H. pylori pozitivdirsə, müalicə təkrar oluna bilər. QSİƏP ilə törədilən mədə və 12-barmaq bağırsaq xorasının müalicəsi Tövsiyə olunan doza gündə 20 mq omeprazol təşkil edir. Əksər pasiyentlərdə sağalma müddəti 4 həftədir. Bu vaxtdan sonra tam sağalmayan pasiyentlər adətən növbəti 4 həftə terapiyadan sonra sağalırlar. QSİƏP ilə törədilən mədə və 12-barmaq bağırsaq xorasının residivinin risk qrupunda olan pasiyentlərdə profilaktikası QSİƏP ilə törədilən mədə və 12-barmaq bağırsaq xorasının residivinin risk qrupunda (yaş >60, artıq keçirilmiş mədə-bağırsaq xorası, anamnezində yuxarı qastrointestinal qanama) olan pasiyentlərdə profilaktikası gündə 20 mq omeprazol ilə keçirilir. Reflüks ezofaqit Omeprazol gündə 1 dəfə 20 mq (1 kapsul) dozada qəbul olunmalıdır. Müalicə müddəti 4 həftədir. İlk müalicə kursundan sonra sağalmayan pasiyentlərdə adətən növbəti 4 həftə ərzində yaxşılaşma müşahidə olunur. Gündə 20 mq birdəfəlik dozaya və H -histamin2 reseptorlarının antaqonistlərinə cavab verməyən xəstələrə doza gündə 1 dəfə 40 mq-a (2 kapsul) qədər yüksəldilə bilər və adətən 8 həftə müddətində yaxşılaşma baş verir. Reflüks ezofaqitdən müalicə olunmuş pasiyentlərdə uzunmüddətli təyinatlarda Reflüks ezofaqitdən müalicə olunmuş pasiyentlərdə uzunmüddətli təyinatlar üçün gündə 10 mq omeprazol tövsiyə olunur. Lazım olduqda doza gündə 20-40 mq-a çatdırıla bilər. Simptomatik qastroezofaqeal reflüks xəstəliyi zamanı Omeprazol gündə 1 dəfə 20 mq (1 kapsul) tövsiyə olunur və simptomlar tezliklə yoxa çıxır. Əgər gündə 20 mq omeprazol ilə 4 həftə içərisində müsbət nəticə alınmarsa, daha diqqətli müayinə tövsiyə edilir. Zollinger-Ellison xəstəliyi zamanı Gündə 1 dəfə 3 kapsul. Xəstənin vəziyyətindən asılı olaraq doza 120 mq-a qədər artırıla bilər. Gündəlik doza 80 mq-dan artıq olarsa, onu iki qəbula bölmək lazımdır. Müalicə müddəti klinik nəticəyə görə təyin olunmalıdır. Uşaqlarda doza qaydaları 1 yaşdan yuxarı və ≥10 kq olan uşaqlarda Reflüks ezofaqitin müalicəsi. Qıcqırma və qastroezofaqeal reflüksu olan pasiyentlərdə mədə turşusunun requrqitasiyasının simptomatik müalicəsi. Doza tövsiyələri aşağıdakılardır: Yaş Çəki Doza ≥1 yaş 10-20 kq Gündə 10 mq. Lazım olduqda gündə 20 mq-a çatdırıla bilər. ≥2 yaş >20 kq Gündə 20 mq. Lazım olduqda gündə 40 mq-a çatdırıla bilər. Reflüks ezofaqit: Müalicə müddəti 4-8 həftədir. Qastroezofaqeal reflüksu olan pasiyentlərdə mədə turşusunun requrqitasiyasının və qıcqırmanın simptomatik müalicəsi: Müalicə müddəti 2-4 həftədir. Əgər simptomları bu müddətdə nizamlamaq alınmırsa o zaman pasiyent əlavə müayinə olunmalıdır. 4 yaşdan yuxarı olan uşaqlar H. pylori tərəfdən törədilən 12-barmaq bağırsaq xorasının müalicəsi Uyğun olan terapiyanın kombinasiyası bakterial müqavimət, müalicənin müddəti (əksər hallarda 7 gün, hərdən 14 gün) və uyğun antibakterial maddələri nəzərə almaqla milli, regional və yerli təlimatlara əsaslanmaq lazımdır. Müalicəyə mütəxəssis tərəfindən nəzarət olmalıdır. Doza təlimatları aşağıdakı kimidir: Çəki Doza 15-30 kq İki antibiotikin kombinasiyası: 10 mq omeprazol, amoksisillin 25 mq/kq çəkiyə və klaritromisin 7,5 mq/kq çəkiyə, hər biri 2 dəfə 1 həftə ərzində 31-40 kq İki antibiotikin kombinasiyası: 20 mq omeprazol, amoksisillin 750 mq və klaritromisin 7,5 mq/kq çəkiyə, hər biri gündə 2 dəfə 1 həftə ərzində >40 kq İki antibiotikin kombinasiyası: 20 mq omeprazol, amoksisillin 1 qr və klaritromisin 500 mq, hər biri gündə 2 dəfə 1 həftə ərzində Xüsusi əhali qrupu Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə gündəlik doza 10-20 mq kifayət edir. Yaşlı əhalı (>65 yuxarı) Yaşlı insanlarda dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Əlavə təsirləri
Baş ağrısı, qarın ağrısı, qəbzlik, ishal, köp və ürəkbulanma kimi ümumi əlavə təsirləri (1-10% pasiyentlərdə) müşahidə oluna bilər. Omeprazol üçün keçirilən klinik tədqiqatlarda və postmarketinq müşahidələrdə aşağıda göstərilən arzuolunmaz təsirlər müəyyən edilmişdir. Heç biri doza ilə bağlı deyildi. Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi qruplaşdırılır: Çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1000-dən <1/100 qədər), nadir hallarda (≥1/10000-dən <1/1000-ə qədər), çox nadir hallarda (<1/10000), məlum deyil (əldə olunan məlumatlardan qiymətləndirmək mümkün deyil). Qan və Limfa sisteminin pozğunluqları Nadir hallarda : leykopeniya, trombositopeniya Çox nadir hallarda: aqranulositoz, pansitopeniya İmmun sistemin pozğunluqları Nadir: hiperhəssaslıq reaksiyaları: qızdırma, angionevrotik ödem və anafilaktik reaksiyalar/şok Metabolizm və qidalanma pozğunluqları Nadir hallarda: hiponatriemiya Məlum olmayan: hipomaqneziemiya Psixi pozğunluqlar Bəzən: yuxusuzluq Nadir hallarda: təlaş, çaşqınlıq, depressiya Çox nadir hallarda: aqressiya, hallüsinasiyalar Sinir sisteminin pozğunluqları Tez-tez: baş ağrısı Bəzən: başgicəllənmə, paresteziya, yuxululuq Nadir hallarda: dad pozğunluqları Görmə pozğunluqları Nadir hallarda: bulanıqlı görmə Qulaq və labirint pozğunluqları Bəzən: başgicəllənmə Tənəffüs, döş qəfəsi və divararalığının pozğunluqları Nadir hallarda: bronxospazm Mədə-bağırsaq pozğunluqları Tez-tez: qarın ağrısı, qəbzlik, ishal, köp, ürəkbulanma və qusma Nadir hallarda: ağız quruluğu, stomatit, mədə-bağırsaq kandidozu Məlum olmayan: mikroskopik kolit Qaraciyər və öd pozğunluqları Bəzən: qaraciyər fermentləri səviyyəsinin yüksəlməsi Nadir hallarda: sarılıq ilə müşahidə olunan və ya sarılıqsız hepatit Çox nadir hallarda: qaraciyər çatışmazlığı, qaraciyər xəstəliyi olan pasiyentlərdə ensefalopatiya Dəri və dərialtı toxumaların pozğunluqları Bəzən: dermatit, qaşınma, səpgi, urtikariya Nadir hallarda: alopesiya, fotohəssaslıq Çox nadir hallarda: müxtəlif formalı eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz (TEN) Skelet-əzələ sistemi və birləşdirici toxumanın pozğunluqları Bəzən: bud, bilək və ya onurğanın sınığı Nadir hallarda: artralgiya, mialgiya Çox nadir hallarda: əzələ zəifliyi Böyrək və sidikçıxarıcı yolların pozğunluqları Nadir hallarda: interstisial nefrit Reproduktiv sistem və süd vəzi pozğunluqları Çox nadir hallarda: ginekomastiya Ümumi pozğunluqlar Bəzən: halsızlıq, periferik ödem Nadir hallarda: tərləmə Gözlənilməyən effektlər meydana çıxdıqda həkimə müraciət edin.
Doza həddinin aşılması
İnsanlarda omeprazolun yüksək dozası haqqında kifayət qədər məlumat yoxdur. Doza həddinin aşılması zamanı simptomlar keçici olmuş və ciddi fəsadlar müşahidə olunmamışdır. Doza həddinin aşılması hallarında simptomatik və dəstəkləyici müalicə aparılmalıdır.
Buraxılış forması
Omeqast 20 mq enterik örtüklü mikropellet kapsullar. 7 enterik örtüklü mikropellet kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°С-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sancaklar 81100 Düzce/Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.