Normagut 250 mq N10 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Probiotik |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,54 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NORMAQUT kapsullar
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 250 mq quru dondurulmuş Saccaromyces boulardii maya göbələkləri (hər 1 qram preparatda ən azı 10 milyard hüceyrə var) vardır. Köməkçi maddələr: susuz laktoza, maqnezium stearat, jelatin, titan dioksid (E171), sarı dəmir oksidi (E172), xlorofillin mis kompleksi (E141).
Təsviri
Daxilində boz rəngli qranullar olan açıq yaşıl rəngli qapaq və sarı rəngli korpusdan ibarət olan sərt jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Probiotik.
Farmakoloji xüsusiyyətləri
Saccaromyces boulardii probiotik təsirli preparat olub,daxilə qəbul olunduqda mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir göstərir,immuniteti artırır.
İstifadəsinə göstərişlər
Bağırsaq florasının normal funksiyasının bərpa olunması. Disbakterioz. Clostridium difficile mənşəli diareyanın müalicə və profilaktikası. Səyahətçi diareyası. Antibiotiklə assosiyasiya olunmuş diareya.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq. İmmun çatışmazlığı olan xəstələr, orqan transplantasiyası edilmiş və şüa müalicəsi alan xəstələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər diareya (ishal) 2 gündən artıq davam edərsə, həkimlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Göbələkəleyhinə preparatlarla birlikdə istifadə olunduqda Saccaromyces boulardii-nin təsiri zəifləyir, MAO inhibitorları ilə birgə istifadə olunduqda, qan təzyiqini qaldıra bilər.
İstifadə qaydası və dozası
12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə Bağırsaq florasının normal funksiyasının bərpa olunması üçün gündə 1-2 dəfə 1 kapsul daxilə qəbul olunur; Diareyanın müalicəsində gündə 1-2 dəfə 1 kapsul; Səyahətçi diareyasında yola düşməzdən 5 gün əvvəl günə 1-2 kapsul; 2-12 yaşlı uşaqlarda: gündə 1-2 dəfə 1 kapsul, kapsul açılır və möhtəviyyatı su,şirə yaxud qida ilə qarışdırılaraq qəbul edilir.
Əlavə təsirləri
Meteorizm.
Buraxılış forması
10 kapsul, blisterlərdə. 1 blister (10 kapsul) və ya 3 blister (30 kapsul), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Ardeypharm GmbH”, Almaniya. 58313 Herdecke, Almaniya. Lisenziya sahibi “Mega Lifesciences Pti.Ltd. (Avstraliya) Pti Ltd”,Avstraliya. Azərbaycanda rəsmi distribütor “Paşa K”. Azərbaycan Respublikası,Bakı ş.,F.X.Xoyski,138 Tel.(+994 12)465 81 94, faks (+994 12) 465 44 50.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.