Neobutin 200 mq N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirSpazmolitik preparat
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,11 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NEOBUTİN 100 mq/200 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Trimebutine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100mq/200 mq trimebutin maleat vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, kolloid silisium dioksid (aerosil), maqnezium stearat.

Təsviri

100 mq dozalanma: girdə, yastı-silindrik, iti qıraqlı və xaçabənzər xətli ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir. 200 mq dozalanma: girdə, hər iki tərəfi qabarıq, xətli ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Spazmolitik preparat. ATC kodu: A03AA05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Trimebutin bağırsağın enkefalinergik sisteminə təsir göstərən, bağırsaq peristaltikasının tənzimləyicisidir. Periferik δ-, μ- və k-reseptorlara, o cümlədən bütün mədə-bağırsaq traktı (MBT) boyu bilavasitə saya əzələlərdə yerləşən reseptorlara təsir göstərərək, mərkəzi sinir sisteminə heç bir təsiri olmadan, preparat bağırsaq motorikasını tənzimləyir. Beləliklə, trimebutin motorika pozğunluqları ilə əlaqəli müxtəlif MBT xəstəlikləri zamanı bağırsaq əzələlərinin normal fizioloji aktivliyini bərpa edir. Abdominal ağrı sindromu zamanı trimebutin visseral həssaslığı normalaşdırmaqla, analgetik effekti təmin edir. Farmakokinetikası Sorulması və paylanması Daxilə qəbul edildikdən sonra, trimebutin MBT-də sürətlə sorulur, qan plazmasında maksimal ) 1-2 saatdan sonra əldə olunur. Biomənimsənilməsi 4-6% təşkil edir.konsentrasiyası (Cmax Paylanma həcmi (V ) 88 litrdir. Qan plazmasının zülalları ilə birləşmə dərəcəsi aşağıdır –d təxminən 5%. Trimebutinin əhəmiyyət kəsb etməyən miqdarı plasentar baryerdən nüfuz edir. Metabolizmi və xaricolması Trimebutin qaraciyərdə metabolizmə məruz qalır və orqanizmdən böyrəklər vasitəsi ilə əsasən metabolitlər şəklində xaric olunur (təxminən 70%-i ilk 24 saat müddətində). Preparatın ) – təxminən 12 saat təşkil edir.yarımxaricolma dövrü (t½

İstifadəsinə göstərişlər

Ağrının, spazmların və qarın nahiyəsində narahatlıq əlamətlərinin, köpmə hissinin (meteorizmin), qarın işləməsi tezliyinin dəyişməsi ilə müşayiət olunan bağırsağın hərəki pozğunluqlarının (diareya və ya qəbizlik), mədə-bağırsaq traktı orqanlarının və öd yollarının funksional xəstəlikləri (qastroezofageal reflyuks xəstəliyinin qeyri-eroziv forması, öd daşı xəstəliyi, ödçıxarıcı yolların disfunksiyası, qıcıqlanmış bağırsaq sindromu, Oddi sfinkterinin disfunksiyası, postxolesistektomik sindrom) ilə əlaqəli olan dispepsiyanın, qıcqırmanın, gəyirmənin, ürəkbulanmanın və qusmanın simptomatik müalicəsi. Əməliyyatdan sonrakı paralitik bağırsaq keçməməzliyi.

Əks göstərişlər

Trimebutin maleata və preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq. 3 yaşa qədər uşaqlar (göstərilən dərman forması üçün). Hamiləlik dövrü. Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qıcıqlanmış bağırsaq sindromunun kəskin dövründə müalicə kursunun 4 həftə müddətində 600 mq dozada aparılması və müalicə kursu tamamlandıqdan sonra, preparatın sutkada 300 mq dozada 12 həftə müddətində davam etdirilməsi, xəstəliyin residivlərinin qarşısını almaq imkanı verir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Neobutin preparatının digər dərman vasitələri ilə qarşılıqlı təsirləri təsvir olunmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Eksperimental tədqiqatlarda trimebutinin teratogenliyi və embriotoksikliyi barədə heç bir məlumat aşkar edilməmişdir. Bununla belə, tələb olunan klinik məlumatların olmamasını nəzərə alaraq, hamiləlik dövründə trimebutinin istifadəsi əks göstərişdir. Laktasiya dövrü Preparatın laktasiya dövründə istifadəsinin təhlükəsizliyini təsdiq edən dəqiq klinik məlumatların olmamasını nəzərə alaraq, laktasiya dövründə trimebutinin istifadəsi tövsiyə olunmur. Trimebutinin laktasiya dövründə istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat sedativ effektə malik deyil, psixomotor reaksiyalar sürətinə təsir göstərmir və bu səbəbdən, müxtəlif peşə sahibləri, o cümlədən, yüksək diqqət və hərəkətlərin koordinasiyası tələb olunan digər fəaliyyətlə məşğul olan şəxslər tərəfindən istifadə edilə bilər. Bununla belə, preparatın, qeyd olunan qabiliyyətlərə təsir göstərə bilməsi ehtimal edilən əlavə təsirlərini (başgicəllənməni və digər təsirləri) nəzərə alaraq, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat daxilə təyin edilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara – sutkada 3 dəfə 100-200 mq təyin edilir. Müalicə kursu tamamlandıqdan sonra, bağırsağın qıcıqlanma sindromu residivinin qarşısını almaq məqsədi ilə remissiya dövründə preparatın istifadəsini, 12 həftə müddətində sutkada 300 mq dozada davam etdirmək lazımdır. 5-12 yaşlı uşaqlara – sutkada 3 dəfə 50 mq. 3-5 yaşlı uşaqlara – sutkada 3 dəfə 25 mq.

Əlavə təsirləri

Həzm sistemində baş verən pozğunluqlar: ağızda quruluq, ağızda xoşagəlməyən dad hissi, diareya, dispepsiya, ürəkbulanma, qəbizlik. Sinir sistemində baş verən pozğunluqlar: yuxuya meyillilik, yorğunluq hissi, başgicəllənmə, baş ağrısı, narahatlıq, istilik və soyuq hissi. Allergik reaksiyalar: dəri üzərində səpgilər. Digər pozğunluqlar: menstrual sikl pozğunluqları, süd vəzilərinin ağrı ilə müşayiət olunan böyüməsi, sidik ifrazının ləngiməsi.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı bradikardiya, QT intervalının uzanması, taxikardiya, yuxuculluq, qıcolmalar, koma halları meydana çıxa bilər. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

100 mq və 200 mq tabletlər. 10, 15 və 30 tablet polivinilxlorid örtüklü və basma laklı alüminium folqa konturlu-yuvalı qablaşmada. 1 (10 tablet və ya 30 tablet), 2 (15 tablet), 3 (10 tablet) konturlu-yuvalı qablaşma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Alium” SC, Rusiya Federasiyası. Moskva vilayəti, Serpuxov şəhər dairəsi, Obolensk fəhlə qəsəbəsi, ərazi Kvartal A, ev 2. Keyfiyyətə nəzarət Moskva vilayəti, Serpuxov şəhər dairəsi, Obolensk fəhlə qəsəbəsi, ərazi Kvartal A, ev 2, bina 1. İstehlakçılardan iradları qəbul edən təşkilat “Alium” SC, Rusiya Federasiyası. 142279, Serpuxov şəh., Obolensk fəhlə qəsəbəsi, ərazi Kvartal A, ev 2. Tel.: (4967) 36-01-07. aliumpharm.ru

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Neobutin 200 mq N30 tablet” üçün ilk rəyi siz yazın.