Natrium hidrokarbonat 8,4 % 100 ml infuziya
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Qələvi-turşu balansını normallaşdıran antasid təsirli preparat |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,52 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NATRİUM BİKARBONAT MƏHLULU 8,4% infuziya üçün məhlul SODIUM BICARBONATE SOLUTION 8,4% Beynəlxalq patentləşdirilməmiş adı: Sodium bicarbonate
Tərkibi
Təsiredici maddə: 1 litr infuziya məhlulunun tərkibində 84 q natrium hidrogenkarbonat vardır. (Na+ – 1 mmol/ml; HCO – 1 mmol/ml). Köməkçi maddələr: natrium edetat, inyeksiya üçün su. Məhlulun pH səviyyəsi: 7,0-8,5 Nəzəri osmolyarlığı: 2000mosm/l
Təsviri
Şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Qələvi-turşu balansını normallaşdıran antasid təsirli preparat. ATC kodu: B05BB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Natrium bikarbonat müalicəsi metabolik asidozun kliniki təzahürlərini bərpa edir. Farmakokinetikası Natrium bikarbonat, əsasən sidikdə xaric olur və onu qələviləşdirir.
İstifadəsinə göstərişlər
Natrium bikarbonat infuziyası uşaqlarda və böyüklərdə aşağıdakı göstərişlərdə təyin olunur: -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində ürək tutması (miokard infarktı) ilə əlaqəli metabolik asidoz. -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində hiperkalemiya ilə əlaqəli ürək tutması(miokard infarktı), -Əvvəlcədən mövcud olan metabolik asidoz ilə həyati təhlükəli hiperkalemiya, -Trisiklik antidepressantların doza həddinin aşılması, Natrium bikarbonat yalnız ürək masajı, ventilyasiya, adrenalin və antiaritmik maddələr kimi digər reanimasiya tədbirlərinə cəhd edildikdən sonra istifadə olunmalıdır. Yenidoğulmuşlarda natrium bikarbonat aşağıdakı hallarda təyin olunur: -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində ürək tutması ilə əlaqəli metabolik asidoz, -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində hiperkalemiya ilə əlaqəli ürək tutması, -Əvvəlcədən mövcud olan metabolik asidoz ilə həyati təhlükəli hiperkalemiya
Əks göstərişlər
-Aktiv maddəyə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq, -Natrium qəbulunun məhdudlaşdırıldığı hallar ( məs., böyrək çatışmazlığı, hipertoniya, ödem, ürək çatışmazlığı), – Hipoventilyasiyalı xəstələr (asidozun pisləşməsi riski), – Metabolik və ya tənəffüs alkalozu, – Anamnezində sidik axarı daşları olan xəstələr, – Birlikdə mövcud olan kalium və ya xlorid tükənməsi, hipokalsemiya və hipernatremiya olan xəstələr. Xüsusi göstərişlər və ehtiyat tədbirlər Natrium bikarbonatın venadaxili tətbiqi zamanı, alkaloz olma ehtimalını minimuma endirmək üçün müalicədən əvvəl və müalicə müddətində, arterial qan qazı (ABG) testi, xüsusilə, arterial / venoz qanın pH –ı və karbon dioksid səviyyələri yoxlanılmalıdır. Tənəffüs asidozu metabolik asidozla eyni olduqda, artıq karbondioksidi kənarlaşdırmaq üçün üçün həm pulmonar ventilyasiya, həm də perfuziya lazımi səviyyədə aparılmalıdır. Natrium bikarbonatın qeyri-kafi ventilyasiyası olan xəstələrdə qəbulu asidozun pisləşməsinə səbəb ola bilər. Məhlulun venaətrafı sahəyə düşməsi toxumanın nekrozuna səbəb ola bilər. Qanda turşu-qələvi balansına və qan zərdabının ionoqramına nəzarət etmək lazımdır. Doza həddinin aşılması zamanı hipokalsiyemik qıcolmaların inkişaf təhlükəsi yaranır. Uzunmüddətli müalicə zamanı həddindən artıq dozanın və alkaloz riskinin qarşısını almaq üçün nəzarət vacibdir. Yalnız məhlul şəffaf olduqda, qablaşdırma isə zədələnmədikdə istifadə etmək olar. 8,4%-li natrium hidrokarbonat məhlulunun yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz! Bu preparat hər ml-də 23 m1 natrium ehtiva edir ki, bu da ÜST-nın böyüklər üçün tövsiyə olunan gündəlik 2 qr natrium miqdarının 1,15%-nə ekvivalentdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kortikosteroid və ya kortikotropin alan xəstələrdə bu preparat ehtiyatla istifadə olunmalıdır. Sidiyin qələviləşdirilməsi turşu təbiətli preparatların (tetrasiklinlər(doksisklin),asetilsalisil turşusu, xlorpropamid, litium,metenamin) böyrək klirensini artıracaqdır. Bu preparat, xinidin, amfetamin, efedrin, psevdoefedrin, memantin və flekainid kimi preparatların yarımxaricolma və təsir müddətini artırır. Natrium bikarbonat, bumetamid, etakrin turşusu və tiazidlər kimi kalium konsentrasiyasını azaldan diuretiklərlə birlikdə istifadə olunarsa, hipoxloremik alkaloz meydana gələ bilər. Kalium əlavəsi qəbul edən xəstələrdə birgə istifadə zamanı , hüceyrədaxili ion dəyişikliyini təşviq edərək zərdab kalium konsentrasiyasını azalda bilər. Kalsium tərkibli parenteral məhlullara natrium bikarbonatın əlavə edilməsi zamanı (uyğunluq hallar istisna olmaqla) çökmə halı baş verə bilər ki, bu hallarda preparat istifadə olunmamalıdır. Uyuşmazlığı Natrium bikarbonat məhlulu aşağıdakı preparatlarla uyuşmur. Natrium allopurinol, amiodaron hidroxlorid, anileridin, vitamin C inyeksiyası, karmustin, sefamandol. sefotaksim, kodein fosfat, dobutamin hidroxlorid, dopamin hidroxlorid, doksapram, epinefrin hidroxlorid, esmolol, fenoldopam mezilat, hidromorfin hidroxlorid, labetolol hidroxlorid, levofloksasin, maqnezium sulfat, metadon, metoklopramid hidroxlorid, morfin sulfat, ondasetron hidroxlorid, norepinefrin bitartrat, oksitetrasklin, pentazosin laktat, streptomicin sulfat, suksinilxolin xlorid,tetrasklin, tikarsillin disodium, trimetafan, tubokurarin və vinorelbin tartrat, dextoza 5% ( tərkibində alkoqol 5% olan) və Ringer laktat (tərkibində dekstroza 5% olan)
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Natrium bikarbonat 8,4% məhlulu təyin edən zaman risk/fayda nisbətini qiymətləndirmək lazımdır. Pediatriyada istifadəsi Yeni doğulmuşlarda və 14 yaşa qədər uşaqlarda istifadə olunur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Tətbiq olunmur; bu məhlul yalnız fövqəladə hallarda istifadə üçün nəzərdə tutulmuşdur.
İstifadə qaydası və dozası
Dozalanma turşu-qələvi pozulma dərəcəsindən asılıdır və mütəmadi olaraq yoxlanılmalıdır. Böyüklərdə Adi doza 1mmol / kq (1ml / kg 8,4%-li natrium bikarbonat məhlulu ) ilə başladılır və ardınca 10 dəq intervallarla 0,5mmol / kg (0,5ml / kg 8,4%-li natrium bikarbonat məhlulu ) tətbiq olunur. Uşaqlarda Adi doza 1mmol / kq (1 ml / kq 8,4%-li natrium bikarbonat məhlulu) yavaş venadaxili inyeksiya ilə yeridilir. Erkən doğulmuş körpələrdə və yenidoğulmuşlarda natrium bikarbonatın 8,4%-li məhlulu 5%-li dekstroza ilə 1:1 nisbətində seyrəltilməlidir. Yaşlılarda Yalnız venaxili tətbiq olunmalıdır.
Əlavə təsirləri
Maddələr mübadiləsi və qidalanma pozğunluqları Alkaloz, hipokalemiya, hipernatremiya, hiperosmolyarlıq,hipokalsemiya, hipoqlikemiya, paradoksal hüceyrədaxili asidoz. Ürək-damar sistemi pozğunlulqarı Həcmin həddindən artıq yüklənməsi ilə hemodinamik vəziyyətin pisləşməsi. Sinir sistemi xəstəlikləri İntrakranial hemorragiya (yenidoğulmuşlarda),tetaniya Ümumi pozğunluqlar Ekstravazasiya Preparatın düzgün tətbiq olunmaması toxuma nekrozuna səbəb ola bilər.
Doza həddinin aşılması
Simptomlar: hiperventilyasiya, beyin-onurğa beyin mayesinin paradoksal asidozu, ağır hipokalemiya, həddindən artıq həssaslıq və tetaniya ilə müşayiət olunan metabolik asidoz. Hər hansı infuziya periferik damarların divarında tromboflebit və ya hər cür reaksiya yarada bilər. İnfuziyanın sürəti artrıldıqda və ya doza həddi aşıldıqda ürəkbulanma, qusma və ya böyrəklər vasitəsilə aminturşuların xaric olması sürətlənəcək. Doza həddinin aşılması əlamətləri yarandıqda infuziyanı təcili saxlamaq lazımdır. Tetaniya əlamətləri müşahidə olunarsa kalsium-qlükonat tətbiq olunmalıdır. Şiddətli alkaloz zamanı qaraciyər xəstələri istisna olmaqla, ammonium xlorid (2,14%) infuziyası tövsiyə olunur. Hipokalemiya zamanı isə kalium xlorid qəbul olunmalıdır. Sonra infuziyanı kiçik dozalarda davam etdirmək olar.
Buraxılış forması
100 ml və ya 200 ml məhlul, flakonda. 20 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi DELTAMEDICA GmbH Ernst-Wagner-Weg 1-5 D-72766 Retlingen.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.