MioRek 400 mq N24 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Mərkəzi təsirli miorelaksantlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,27 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MİOREK 400 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Phenyramidol hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq feniramidol hidroxlorid vardır. Köməkçi maddələr: PEG 4000, qarğıdalı nişastası, talk, kollidon K30, maqnezium stearat. Örtük: polivinil spirti, xinolin sarısı alüminium lakı, polietilenqlikol 3350, titan dioksid, talk, polietilenqlikol 8000, sarı dəmir oksidi).
Təsviri
Sarı rəngli, parlaq, oval formalı örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Mərkəzi təsirli miorelaksantlar. ATC kodu: M03BX30.
Farmakoloji xüsusiyyətləri
Feniramidol aminopiridin törəməsi, narkotik olmayan analgetikdir. Feniramidol kodeinəbənzər, asetilsalisil turşusundan olduqca yüksək ağrıkəsici təsirə malikdir. Feniramidol mədə-bağırsaq traktından sorulmasından sonra 1 saat ərzində maksimum plazma konsentrasiyasına çatır. Aparılan tədqiqatlarda sitoxrom P450 fermentlərinin feniramidolun metabolizmasına təsir etdiyi bildirilmişdir. Feniramidol qaraciyərdə qlükuron turşusu ilə konyuqasiya uğrayır, digər hissəsi isə feniramidol qlükuronidi şəklində böyrəklə xaric edilir. Preparatın əsas hissəsi öd yolu və nazik bağırsaqdan bakterial qlükuronidazanın təsiri ilə sərbəst feniramidol şəklində nəcislə xaric olunur.
İstifadəsinə göstərişlər
MioRek miorelaksant və ağrıkəsici xüsusiyyətlərə malikdir. Preparat skelet-əzələ sisteminin şiddətli ağrıları ilə müşahidə olunan əzələ spazmlarının simptomatik müalicəsi zamanı istifadə olunur. Əzələ gərginliyini və ağrıları aradan qaldırır və qıcolma zamanı skelet-əzələ sisteminin funksiyalarını bərpa edir.
Əks göstərişlər
Preparat Feniramidola və ya tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslığı olan xəstələrdə istifadə olunmamalıdır. Hiperhəssaslıq hallarına allergik reaksiyalar, qızartı, səpgi, üzdə, dodaqlarda, əllərdə, ayaqlarda şişkinlik və nəfəsalmada çətinlik kmi simptomlar daxildir. Qaraciyər funksiyası pozulmuş xəstələrdə dərman maddəsi istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Feniramidol antikoaqulyant, bəzi oral diabetəleyhinə və antikonvulziv preparatların təsirlərini gücləndirir. Bu səbəblə, bu tip preparatlar ehtiyatla istifadə olunmalıdır. Yüksək dozalarda istifadə zamanı MioRek sedativ və sakitləşdirici təsir göstərə bilər. Buna görə də qan təzyiqi aşağı olan xəstələrdə preparat ehtiyatla istifadə olunmalıdır. Daha əvvəllər və hal-hazırda bu kimi hallar pasiyentdə müşahidə olunursa, həkimə müraciət etmək lazımdır. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Bayılmanın müalicəsi üçün qəbul olunan preparatlarla birgə istifadə zamanı MioRek qanda bu dərmanların miqdarını artıra bilər və nəticədə nistaqm, hərəkətə nəzarət etmədə çətinliklərlə bağlı yerimədə pozğunluqlar və mental dəyişikliklər müşahidə oluna bilər. Bu səbəbdən bu qrupdan olan dərmanlarla birgə istifadə olunmamalıdır. Laxtalanmanın qarşısını alan preparatlarla (antikoaqulyantlarla) birgə istifadə zamanı qanaxma müddətini uzatdığına görə bu preparatların eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Həmçinin feniramidol diabet xəstəliyinin müalicəsində təyin olunan tolbutamid ilə eyni zamanda qəbul edildikdə dərmanın qanda konsentrasiyasını artırdığına görə uzunmüddətli hipoqlikemiya yarana bilər. Buna görə də qeyd olunan preparatların birgə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, son dövrlərdə istifadə edilən bütün dərmanlar haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatı istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır. Hamilə qadınlarda preparatın istifadəsi məsləhət görülmür. Hamiləlik zamanı preparat yalnız həkim tərəfindən mütləq göstəriş olduqda istifadə oluna bilər. Əgər MioRek ilə müalicə zamanı hamiləlik müəyyənləşdirilərsə, dərhal həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın təsiredici maddəsinin ana südünə keçməsi haqqında məlumat olmadığına görə laktasiya dövründə istifadə etmək məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükə mexanizmləri idarəetmə qabiliyyətinə təsiri MioRek yuxululuğa və başgicəllənməyə səbəb olduğundan avtomobil və digər nəqliyyat vasitələrinin idarə edilməsi zamanı ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Həkim tərəfindən xüsusi qaydada təyin olunmadıqda gündə 3 dəfə 1-2 tablet daxilə qəbul edilməlidir. Tablet yeməkdən sonra çoxlu maye ilə qəbul edilməlidir. Tableti çeynəmək olmaz. Uşaqlarda istifadəsi Uşaqlarda istifadə zamanı Feniramidolun təhlükəsizliyi sübut olunmadığından bu qrupdan olan xəstələrdə preparatın istifadəsi məsləhət görülmür. Yaşlılarda istifadəsi Yaşlı pasiyentlərdə dozanın azaldılması mümkündür. Böyrək və qaraciyər çatışmazlığı olan xəstələr Təhlükəsizlik ve effektivlik haqqında kifayət qədər məlumat olmadığından bu qrupdan olan xəstələrdə preparatın istifadə məsləhət görülmür. Qida və ya içkilərlə qəbulu İstifadə qaydasına görə dərman maddəsinin qida və ya içki ilə qəbulu zamanı qarşılıqlı təsir müşahidə olunmamışdır. Preparata təsiri çox güclü və ya çox zəif olduğu halda həkimlə və əczaçı ilə məsləhətləşmək lazımdır.
Əlavə təsirləri
Preparata tərkibində olan maddələrə qarşı həssaslığı olan xəstələrdə digər preparatlarla müalicə zamanı olduğu kimi MioRekin qəbulu zamanı da əlavə təsirlər yarana bilər. Sadalanan təsirlərdən hər hansı biri baş verərsə MioRek-in qəbulunu dayandırmalı və dərhal ən yaxın xəstəxanaya və ya təcili yardım şöbəsinə müraciət olunmalıdır. Allergik reaksiyalar, qan təzyiqinin düşməsi, nəfəsalmada çətinlik və səpgi. Bu reaksiyalar ağır reaksiyalar sayılır. Bu kimi ciddi allergik reaksiya halları müşahidə olunduqda həkimə müraciət etmək lazımdır. Yuxarıda qeyd olunan əlavə təsirlər nadir hallarda müşahidə olunur. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri baş verərsə, həkimə müraciət olunmalıdır. − Başgicəllənmə − Ürəkbulanma, qusma − Yuxu pozğunluqları − Yuxululuq − Səpgi − Qaşınma − Dildə yanma hissi Sadalanan əlavə təsirlər MioRek-in istifadəsi ilə bağlı yaranan zəif əlavə təsirləridir. İçlik vərəqində sadalanmayan hər hansı bir əlavə təsir yaranarsa həkimə və ya əczaçıya müraciət edin.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı ( 2000 mq və yuxarı dozada inyeksiya) üzdə qızartılar və qan təzyiqinin düşməsi kimi simptomlar yarana bilər. Doza həddinin aşılması zaman həkimə və ya əczaçıya müraciət edilməlidir. Preparatın istifadəsi unudularsa Bir dozanın istifadəsi unudularsa, onu əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz. Unudulmuş dozanı buraxıb, növbəti dozanı vaxtında istifadə etmək lazımdır. MioRek ilə müalicə bitdikdən sonra hər hansı əlavə təsir müşahidə olunmamışdır.
Buraxılış forması
8 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti bütöv və düzgün saxlanılmış qablaşdırmaya aid edilir. Qablaşdırma bütöv olmadıqda istifadə olunmamalıdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Recordati İlaç San. ve Tic. A.Ş. Ç.O.S.B. Karaağaç Mahallesi, Atatürk Cd. No: 36 Kapaklı/TEKİRDAĞ, Türkiyə. Marketinq üzrə səlahiyyətli sahibkar Recordati Ilaç San. A.Ş. Ç.O.S.B. Karaağaç Mahallesi, Atatürk Cd. No: 36 Kapaklı/TEKİRDAĞ, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.