Meristat 250 mq 50 ml suspenziya
| Dərman forması | Suspenziya |
|---|---|
| Farmakoloji təsir | Sistem istifadə üçün antibiotiklər. Makrolidlər |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,04 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MERİSTAT-SANOVEL 250 mq/5 ml oral suspenziya hazırlamaq üçün qranullar Beynəlxalq patentləşdirilməmiş adı: Clarithromycin
Tərkibi
Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 250 mq klaritromisin vardır. Köməkçi maddələr: kalium sorbat, maltodekstrin, ksantan kitrəsi, susuz limon turşusu, tutti frutti dadvericisi, kolloidal silisium dioksid, titan dioksid, şəkər.
Təsviri
Tutti frutti dadlı, ağ və ya demək olar ki ağ qranullardan ibarət olan toz qarışığıdır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibiotiklər. Makrolidlər. ATC kodu: J01FA09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Ümumi xüsusiyyətlər Təsir mexanizmi Klaritromisin həssas mikroorqanizmlərdə 50S ribosomal subvahidi ilə birləşərək, zülal sintezini tormozlayır. Aerob və anaerob qram-müsbət və qram-mənfi orqanizmlərin geniş spektrinə qarşı yüksək təsirlidir. Klaritromisinin minimal inhibəedici konsentrasiyaları (MİK) adətən eritromisinin MİK-dən iki qat aşağıdır. Klaritromisinin 14-hidroksi metaboliti də antimikrob təsirə malikdir. Haemophilus influenzae üçün 14-hidroksi metabolitinin MİK-ləri klaritromisindən iki qat daha aktiv olduğu hallar istisna olmaqla, bu metabolitin MİK-ləri adətən klaritromisinin MİK-lərinə bərabər və ya iki dəfə yüksəkdir. PK / PD əlaqəsi Klaritromisin üçün AUC/MİK göstəricisi klaritromisinin effektivliyi ilə ən yaxşı korrelyasiya edən əsas PK/PD parametridir. Rezistentlik mexanizmi Makrolidlərdə qazanılmış rezistentlik mexanizmləri bunlardır: aktiv nasos mexanizmi ilə təsiredici maddənin axını, ribosomal hədəfi dəyişdirən metilaza fermentinin induksiyaedici və ya qurucu istehsalı, makrolidlərin esterazlarla hidrolizi, 50-s ribosomal zülalını dəyişdirən xromosomal mutasiyalar. Bu səbəbdən klaritromisin və digər makrolidlər ilə, klindamisin və linkomisin arasında çarpaz rezistentlik yarana bilər. Metisilinə davamlı və oksasilinə davamlı stafilokoklar (MRSA) və penisilinə davamlı Streptococcus pneumoniae hazırda mövcud olan bütün beta-laktam antibiotiklərinə və klaritromisin kimi makrolidlərə qarşı davamlıdır. Nəzarət nöqtələri EUCAST (Antimikrob Həssaslıq Testi üzrə Avropa Komitəsi) Patogenlər Həssas (mq/l) Rezistent (mq/l) Staphylococcus spp. ≤ 1 > 2 Streptococcus spp. ≤ 0,25 > 0,5l (A, B, C, G qrupları) Streptococcus pneumoniae ≤ 0,25 > 0,5 Haemophilus influenzae ≤ 1 > 32 Moraxella catarrhalis ≤ 0,25 > 0,5 Həssaslıq Qazanılmış rezistentliyin yayılması coğrafi baxımdan və vaxt keçdikcə dəyişə bilər və seçilmiş ştamlar üçün rezistentlik barədə yerli məlumatların öyrənilməsi, xüsusən də ağır infeksiyaların müalicəsi zamanı vacibdir. Rezistentliyin yerli yayılması, ən azı bəzi infeksiya növlərində maddənin faydasını şübhə altına aldıqda mütəxəssislə məsləhətləşin. Rezistentlik problemini yarada bilən patogenlər: rezistentliyin yayılması Avropa Birliyində ən azı bir ölkədə 10%-ə bərabər və ya daha yüksəkdir. Əsas həssas olan ştamlar Aerob Qram-müsbət mikroorqanizmlər Streptococcus pyogenes Aerob Qram-mənfi mikroorqanizmlər $ Haemophilus influenzae Moraxella catarrhalis Helicobacter pylori Digər mikroorqanizmlər Chlamydophila pneumoniae ° Legionella pneumophila ° Mycobacterium avium ° Mycobacterium chelonae Mycobacterium intrazellulare ° Mycoplasma pneumoniae Qazanılmış rezistentlik problemi olan ştamlar Aerob Qram-müsbət mikroorqanizmlər Staphylococcus aureus (methicillin-susceptible) ) + Staphylococcus aureus (methicillin-resistent Streptococcus pneumoniae Təbiətinə görə davamlı orqanizmlər Aerob Qram-mənfi mikroorqanizmlər Escherica coli Klebsiella spp Pseudomonas aeruginosa ° Cədvəllərin yenilməsi zamanı heç bir yeni məlumat mövcud olmayıb. Elmi standart ədəbiyyat və terapevtik tövsiyələr həssaslığı qəbul edir. $ İzolyatların əksəriyyətinin həssaslığı orta rezistentlik göstərir. + Ən azı bir bölgədə rezistentlik göstəriciləri 50%-dən yüksəkdir. Rezistentlik dərəcələri bəzi tədqiqatlarda ≥10% -dir. Əvvəlcədən müalicə olunmuş paisyentlərdə rezistentlik göstəriciləri ≥10% -dir. Digər məlumatlar Nəzarətli randomizə olunmuş klinik tədqiqatlardan əldə edilən klinik təcrübə göstərir ki, gündə iki dəfə 500 mq klaritromisin başqa bir antibiotiklə birlikdə, məsələn, amoksisillin və ya metronidazol və omeprazol (təsdiqlənmiş dozda) ilə 7 gün ərzində qəbulu qastroduodenal xora xəstəliyi olan pasiyentlərdə H. Pylori-ni >% 80 eradikasiya edir. Gözlənildiyi kimi, metronidazola davamlı H. pylori izolyatları olan pasiyentlərdə əhəmiyyətli dərəcədə aşağı eradikasiya dərəcələri müşahidə edilmişdir. Beləliklə, H. pylori eradikasiya müalicəsi üçün uyğun bir kombinasiya rejiminin seçilməsində rezistentliyin yayılması barədə yerli məlumatlar və yerli terapevtik təlimatlar nəzərə alınmalıdır. Bundan əlavə, davamlı infeksiyaları olan pasiyentlərdə, yeni təkrar müalicə rejimi seçərkən antimikrob preparatlara qarşı ikincil rezistentliyin (ilkin həssas ştammları olan pasiyentlərdə) mümkün inkişafını nəzərə almaq lazımdır. Farmakokinetikası Ümumi xüsusiyyətlər Absorbsiyası Klaritromisin mədə-bağırsaq traktından – ilk növbədə acı bağırsaqdan sürətlə və yaxşı sorulur, lakin peroral istifadədən sonra ilk keçid metabolizminə məruz qalır. 250 mq klaritromisin tabletinin mütləq biomənimsənilməsi təxminən 50%-dir. Suspenziyanın biomənimsənilməsi tabletlərə ekvivalentdir və ya tabletlərin biomənimsənilməsindən bir az yüksəkdir. Uşaqlarda suspenziyanın farmakokinetik profili böyüklərdəkinə təxminən uyğundur. Qida qəbulu absorbsiyanı cüzi yavaşıdır, lakin preparatın biomənimsənilməsi dərəcəsinə təsir etmir. Beləliklə, klaritromisini qida qəbulundan asılı olmayaraq təyin etmək olar. Kimyəvi quruluşuna görə (6-O-Metileritromisin) klaritromisin mədə turşusunun təsirinə olduqca davamlıdır. 1-2 mkq/ml plazmada klaritromisinin konsentrasiyasının piki gündə iki dəfə 250 mq dozada peroral qəbulundan sonra böyüklərdə müşahidə olunub. Gündə iki dəfə 500 mq dozada qəbulundan sonra plazmada klaritromisinin konsentrasiyasının 2,8 mkq/ml təşkil edib. Uşaqlarda 7,5 mq/kq rejimində gündə iki dəfə klaritromisinin doqquzuncu dozasının qəbulundan sonra növbəti tarazlıq parametrləri müşahidə olunub: C 4,60 mkq/m, OPK 15,7 mkq/saat/mlmax və T 2,8 saat. 14-ОН- metaboliti üçün müvafiq orta göstəricilər – müvafiq olaraq 1,64 mkq/mlmax 6,69 mkq/saat/ml və 2,7 saat təşkil edirdi. Gündə iki dəfə 250 mq dozada klaritromisinin qəbulundan sonra mikrobioloji cəhətdən aktiv olan 14-hidroksi metabolit 0,6 mkq/ml pik plazma konsentrasiyasına çatır. Sabit vəziyyət dozanın qəbulundan sonra 2 gün ərzində əldə edilir. Paylanması Təxminən 200-400 l paylanma həcmi ilə klaritromisin fərqli nahiyələrə yaxşı nüfuz edir. Klaritromisin bəzi toxumalarda dövran edən aktiv maddənin səviyyəsindən bir neçə dəfə yüksək olan konsentrasiyaları təmin edir. Həm badamcıqlarda, həm də ağciyər toxumasında yüksək səviyyələrə rast gəlinir. Klaritromisin mədənin selikli qişasına da nüfuz edir. Klaritromisin terapevtik səviyyədə plazma zülalları ilə təxminən 80% bağlanır. Biotransformasiyası və xaric olması Klaritromisin qaraciyərdə sürətlə və geniş miqdarda metabolizmaya məruz qalır. Metabolizm əsasən C 14 vəziyyətində N-dealkilasiya, oksidləşmə və stereospesifik hidroksilyasiya ilə baş verir. Klaritromisin yüksək dozalarda istifadə edildikdə, onun farmakokinetikası qaraciyər metabolizminin doyma səbəbindən qeyri-xətti olur. Yarımxaricolma dövrü 2-4 saatdan (gündə iki dəfə 250 mq klaritromisinin qəbulundan sonra) 5 saata qədər (gündə iki dəfə 500 mq klaritromisinin qəbulundan sonra) artmışdır. Hər 12 saatdan bir 250 mq dozada istifadəsi zamanı, aktiv 14-hidroksi metabolitin yarımxaricolma dövrü 5-6 saatdır. Radioaktiv klaritromisinin peroral qəbulundan sonra radioaktivliyin 70-80% -i nəcisdə aşkar edilmişdir. Klaritromisinin təxminən 20-30% -i dəyişlməmiş şəkildə sidiklə xaric olunur. Doza artırıldıqda bu nisbət artır. Doza azaldılmadıqda, böyrək çatışmazlığı zamanı plazmada klaritromisinin səviyyəsi artır. Ümumi plazma klirensi təxminən 700 ml/dəq, böyrək klirensi təxminən 170 ml/dəq təşkil edir. Xüsusi populyasiyalar Böyrək çatışmazlığı Böyrək funksiyasının azalması, plazmada klaritromisinin səviyyələrinin və aktiv metabolitin plazmada səviyyələrinin artmasına səbəb olur. Klinikaya qədər təhlükəsizlik məlumatları Heyvanlarda aparılan 4 həftəlik tədqiqatda klaritromisinin toksikliyinin dozaya və müalicənin müddətinə bağlı olduğu təsdiq edilmişdir. Bütün növlərdə toksikliyin ilk əlamətləri qaraciyərdə müşahidə olunmuşdur, itlərdə və meymunlarda zədələnmələr 14 gün ərzində yaranmışdır. Bu toksikliklə əlaqəli sistem təsirin səviyyələri dəqiq bilinmir, lakin toksik dozalar (300 mq/kq/gün) insanlar üçün tövsiyə olunan terapevtik dozalardan çox yüksək idi. Təsirə məruz qalan digər toxumalara mədə, timus, digər limfoid toxumalar və böyrəklər daxildir. Terapevtik dozalarda konyunktival sancma və lakrimasiya yalnız itlərdə yaranmışdır. 400mq/kq/gün böyük dozada bəzi itlər və meymunlarda buynuz qişanın bulanlığı və / və ya ödem yaranmışdır. Yenidoğulmuş siçovullarda nefrotoksikliyin artması bildirilsə də, yetkin heyvanlara oxşar toksiklik profilləri olmuşdur. İn vitro və in vivo tədqiqatlar klaritromisinin genotoksik potensiala malik olmadığını göstərmişdir. Reproduktivlik toksikliyinə dair aparılan tədqiqatlar göstərir ki, klaritromisinin dovşanlarda klinik dozadan 2 dəfə çox (venadaxili) və meymunlarda klinik dozadan 10 dəfə çox (peroral) dozaların tətbiqi spontan abort hallarının artması ilə nəticələnmişdir. Bu dozalar anaya toksik təsiri ilə əlaqəli idi. Siçovul tədqiqatlarında ümumiyyətlə heç bir embriotoksiklik və ya teratogenlik qeydə alınmamışdır. Bununla birlikdə, 150 mq/kq/gün dozada müalicə olunan siçovullarda aparılan iki tədqiqatda ürək-damar qüsurları müşahidə edilmişdir. Siçanlarda klinik dozadan 70 dəfə artıq dozada müxtəlif tezliklə (3-30%) qurd ağızlıq baş vermişdir. Klaritromisin süd verən heyvanların südündə aşkar edilmişdir.
İstifadəsinə göstərişlər
Klaritromisin, ona qarşı həssas olan mikroorqanizmlər tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur. ˗ Haemophilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae və Streptococcus pyogenes səbəb olduğu faringit, tonzillit, sinusit kimi yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri, ˗ Haemophilus influenzae, Haemophilus parainfluenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae, Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae səbəb olduğu bronxit, pnevmoniya kimi aşağı tənəffüs yollarının infeksion xəstəlikləri, ˗ Hemofilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae tərəfindən törədilən orta qulağın kəskin iltihabı (törədicilər Haemophilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae), ˗ Staphylococcus aureus, Streptococcus pyogenes səbəb olduğu impetiqo, follikulit, sellyulit, qoturluq, abseslər kimi dəri və yumşaq toxumaların infeksiyaları, ˗ Mycobacterium avium və ya Mycobacterium intracellulare ilə əlaqəli ümumi və ya lokal mikrobakterial infeksiyalar və Mycobacterium chelonae, Mycobacterium fortuitum və Mycobacterium kansasii ilə əlaqəli lokal infeksiyalar.
Əks göstərişlər
Klaritromisin, makrolid antibiotiklərinə qarşı hiperhəssaslığı olan pasiyentlərdə əks göstərişdir. QT intervalının uzanması, mədəcik taxikardiyası, mədəcik fibrilasiyası və torsades de pointes kimi ürək aritmiyasının yaranması səbəbindən klaritromisinin aşağıda göstərilən dərman vasitələri ilə istifadəsi əks göstərilir: astemizol, sizaprid, pimozid, terfenadin, erqotamin, dihidroerqotamin, lovastatin və ya simvastatin ( “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). Tikaqrelor və ya ranolazin ilə eyni vaxtda istifadəsi əks göstərişdir. Toksiklik səbəbindən klaritromisinin erqotamin və ya dihidroerqotaminlə eyni vaxtda istifadəsi əks göstərilir. Anamnezdə QT intervalının uzanması (anadangəlmə və ya təsdiqlənmiş qazanılmış QT uzanması) və ya torsades de pointes daxil olmaqla ürəyin mədəcik aritmiyası olan pasiyentlərə klaritromisin təyin edilməməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). Klaritromisin, rabdomioliz daxil olmaqla miopatiya riskinin artması səbəbindən CYP3A4 tərəfindən geniş metabolizmə uğrayan (lovastatin və ya simvastatin) HMG-KoA reduktaza inhibitorları (statinlər) ilə eyni vaxtda istifadə edilməməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Klaritromisin hipokaliemiya olan pasiyentlərə təyin edilməməlidir (QT inetvalının uzanması riski). Klaritromisin böyrək çatışmazlığı ilə birlikdə ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə edilməməlidir. Digər güclü CYP3A4 inhibitorlarında olduğu kimi, klaritromisin kolxisin qəbul edən pasiyentlərdə istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Klaritromisin xüsusən hamiləliyin birinci trimestrində istifadəsi yalnız həkim tərəfindən preparatın fayda-risk nisbətinin ciddi ölçülməsindən sonra mümkündür (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın). Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır (“İstifadə qaydası və dozası” bölməsinə baxın). Klaritromisin əsasən qaraciyər tərəfindən xaric olunur. Bu səbəbdən qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə klaritromisin ehtiyatla istifadə olunmalıdır. Orta və ağır böyrək çatışmazlığı olan pasiyentlərə klaritromisin ehtiyatla təyin olunmalıdır. Ölümə səbəb olan qaraciyər çatışmazlığı halları bildirilmişdir (“Əlavə təsirləri” bölməsinə baxın). Bəzi pasiyentlərdə əvvəldən qaraciyər xəstəliklərinin olması və ya digər hepatotoksik dərman vasitələrinin qəbulu halları mümükündür. Anoreksiya, sarılıq, sidiyin tündləşməsi, qaşınma və ya qarın nahiyəsində həssaslıq kimi qaraciyər xəstəliyinin əlamətləri və simptomları yarandıqda, müalicəni dayandırmaq və həkimlə əlaqə saxlamaq tövsiyə olunur. Psevdomembranoz kolit makrolidlər daxil olmaqla demək olar ki, bütün antibakterial vasitələrin istifadəsi zamanı bildirilmişdir və yüngül dərəcəli ölümlə nəticələnən kolitə qədər dəyişə bilər. Clostridium difficile ilə əlaqəli diareya (CDAD) klaritromisin daxil olmaqla demək olar ki, bütün antibakterial maddələrin istifadəsi ilə bildirilmişdir və yüngül diareyadan ölümlə nəticələnən kolitə qədər dəyişə bilər. Antibakterial maddələrlə müalicə yoğun bağırsağın normal florasını əhəmiyyətli dərəcədə dəyişdirə bilər və bu Clostridium difficile-nin həddindən artıq çoxalması ilə nəticələnə bilər. Antibakterial preparatların istifadəsindən sonra diareya əmələ gələn bütün pasiyentlərdə CDAD-nın yaranma ehtimalı nəzərə alınmalıdır. CDAD-ın antibakterial maddələrin istifadəsindən iki ay sonra meydana gəldiyi bildirildiyi üçün tibbi anamnezin yoxlanılması lazımdır. Bu səbəbdən, göstərişlərdən asılı olmayaraq klaritromisin ilə müalicənin dayandırılması düşünülməlidir. Mikrobioloji analiz aparılmalı və lazımi müalicəyə başlanmalıdır. Bu halda peristaltikanı inhibə edən preparatları istifadə etmək olmaz. Klaritromisinlə eyni zamanda istifadə edildikdə, xüsusilə, yaşlı pasiyentlərdə kloxisinlə zəhərlənmə halları barədə postmarketinq məlumatları qeydə alınmışdır. Təsvir olunan vəziyyətlərin bəziləri, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə olunmuşdur. Bəzi halların ölümlə nəticələnməsi barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin və kolxisinin eyni zamanda istifadəsi əks göstərişdir. Triazolam və midazolam kimi triazolobenzodiazepinlərlə klaritromisinin eyni vaxtda qəbulu zamanı ehtiyatlı olmaq tövsiyə olunur. Klaritromisini digər ototoksik preparatlarla, xüsusilə aminoqlikozidlərlə eyni zamanda istifadə etdikdə, həm müalicə müddətində, həm də müalicə sona çatdıqdan sonra, ehtiyat tədbirlərinə riayət etmək və vestibulyar və eşitmə aparatlarının funksiyalarına nəzarət etmək vacibdir. QT intervalının uzanması Klaritromisin daxil olmaqla makrolidlərlə müalicə zamanı ürək ritminin pozuqluğu və torsade de pointes inkişaf riski yaradan uzunmüddətli ürək repolarizasiyası və QT intervalının uzanması müşahidə olunmuşdur. Bu səbəbdən, aşağıdakı hallar mədəcik aritmiyaları riskinin artmasına səbəb ola biləcəyi üçün (torsade de pointes daxil olmaqla) aşağıdakı pasiyentlərdə klaritromisin ehtiyatla istifadə olunmalıdır: ˗ Ürəyin işemik xəstəliyi, ağır ürək çatışmazlığı, keçiriciliyin pozulması və ya klinik baxımdan əhəmiyyətli bradikardiya olan pasiyentlər. ˗ Hipomaqnezemiya kimi elektrolit pozğunluğu olan pasiyentlər. Klaritromisin, hipokalemiya olan pasiyentlərə təyin edilməməlidir. ˗ QT uzanması yaradan digər preparatları eyni vaxtda qəbul edən pasiyentlər. ˗ Klaritromisinin astemizol, sisaprid, pimozid və terfenadin ilə eyni vaxtda qəbulu əks göstərişdir. ˗ Klaritromisin anadangəlmə və ya təsdiqlənmiş QT uzanması və ya anamnezində mədəcik aritmiyası olan pasiyentlərdə istifadə edilməməlidir. Pnevmoniya Streptococcus pneumoniae mikroorqanizmlərinin makrolidlərə qarşı artan rezistenliyini nəzərə alaraq, xəstəxanadankənar pnevmoniyadan əziyyət çəkən pasiyentlərə klaritromisini təyin etdikdə, həssaslığın müəyyən edilməsi testini aparmaq vacibdir. Xəstəxanadaxili pnevmoniya qeyd olunduqda, klaritromisini müvafiq antibiotiklərlə kombinasiyada istifadə etmək lazımdır. Dərinin və yumşaq toxumaların yüngül və orta dərəcəli infeksiyaları Dərinin və yumşaq toxumaların yüngül və orta dərəcəli infeksiyaları əksər hallarda, Staphylococcus aureus və Streptococcus pyogenes mikroorqanizmləri tərəfindən törədilir. Bu zaman, hər iki törədici makrolidlərə qarşı davamlı ola bilərlər. Bu səbəbdən, həssaslığın müəyyən edilməsi testini aparmaq vacibdir. Beta-laktam antibiotiklərinin istifadə edilə bilmədiyi hallarda (məsələn, allergiya), klindamisin kimi digər antibiotiklər ilk seçim preparatı ola bilər. Makrolidləri, Corynebacterium minutissimum mikroorqanizmlərinin törətdikləri infeksiyalar qeyd olunduqda, acne vulgaris və qızıl yel xəstəliklərində, eləcə də, penisillindən istifadə etmək mümkün olmadığı vəziyyətlərdə istifadə etmək olar. Anafilaktik reaksiya, Stivens-Conson sindromu, toksik epidermal nekroliz kimi kəskin hiperhəssaslıq reaksiyaları qeyd olunduğu hallarda klaritromisinin istifadəsini dərhal dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. Klaritromisin sitoxrom CYP3A4 fermentinin induktorları ilə eyni vaxtda ehtiyatla istifadə olunmalıdır. QMQ-KoA-reduktazanın inhibitorları (statinlər) Klaritromisinin lovastatin və ya simvastatin ilə eyni vaxtda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə baxın). Klaritromisin digər statinlərlə ehtiyatla istifadə olunmalıdır. Klaritromisini statinlərlə birlikdə istifadə edən pasiyentlərdə rabdomioliz halları barədə məlumatlar daxil olmuşdur. Pasiyentlərdə miopatiya əlamətlərinin və simptomlarının inkişaf etməsinə nəzarət etmək lazımdır. Preparatların birlikdə istifadəsi üçün zərurət yarandıqda, statinlərin ən aşağı dozasından istifadə etmək tövsiyə olunur. CYP3A izofermentin metabolizmindən asılı olmayan statinlərdən (məsələn, fluvastatindən) istifadə etmək tövsiyə olunur. Peroral hipoqlikemik vasitələr/ insulin Klaritromisinin və peroral qipoqlikemik vasitələrin (məsələn, sulfanilkarmabid törəmələri) və/ və ya insulinin eyni vaxtda istifadəsi ifadə edilmiş hipoglikemiyaya səbəb ola bilər. Qlükozanın səviyyəsinin dəqiq monitorinqi tövsiyyə edilir. Peroral antikoaqulyantlar Klaritromisinin varfarin ilə birgə istifadəsi zamanı ciddi qanaxma yaranması, BNN (beynəlxalq normallaşdırılmış nisbət) göstəricisinin və protrombin vaxtının əhəmiyyətli dərəcədə artması riski mövcuddur. Pasiyentlər eyni zamanda klaritromisin və peroral antikoaqulyantları qəbul edənə qədər, BNN göstəricis və protrombin vaxtına tez-tez nəzarət etmək lazımdır. H. pylori infeksiyasının müalicəsində klaritromisin kimi hər hansı bir mikrobəleyhinə terapiyanın istifadəsi preparata qarşı davamlı orqanizmlərin yaranmasına səbəb ola bilər. Digər antibiotiklərdə olduğu kimi uzunmüddətli istifadə, həssas olmayan bakteriya və göbələklərin sayının artması ilə kolonizasiya ilə nəticələnə bilər. Superinfeksiya baş verdikdə, müvafiq müalicə aparılmalıdır. Klaritromisin və digər makrolid preparatları, həmçinin linkomisin və klindamisin arasında çarpaz rezistentlik ehtimalına diqqət yetirilməlidir. Linkomisinə və ya klindamisinə qarşı həssas olan pasiyentlər klaritromisinə də qarşı həssas ola bilərlər. Bu səbəbdən, bu cür pasiyentlərə klaritromisin ehtiyatla təyin olunmalıdır. Böyrək funksiyasının pozğunluğunda, çatışmazlıq dərəcəsindən asılı olaraq klaritromisinin dozası azaldılmalıdır. Yaşlı pasiyentlərdə böyrək çatışmazlığı ehtimalı nəzərə alınmalıdır. Ağır böyrək çatışmazlığı zamanı xüsusi ehtiyatlı olmaq tövsiyə olunur. Klaritromisin CYP3A4 inhibitorudur və bu ferment tərəfindən geniş metabolizə olunan digər dərman preparatları ilə eyni vaxtda istifadəsi yalnız ciddi göstərildiyi hallarda mümkündür. Miasteniya qravisin kəskinləşməsi və ya ağırlaşması baş verə bilər. Köməkçi maddələr haqqında xüsusi məlumat Bu preparatın 5 ml hazır suspenziyasında 2,4 q saxaroza vardır. Bu şəkərli diabet pasiyentlərində nəzərə alınmalıdır. Nadir irsi fruktozaya qarşı dözümsüzlük problemi, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaraza-izomaltaza çatışmazlığı olan pasiyentlər bu dərmanı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ağır dərəcəli əlavə təsirlərin inkişaf etmə ehtimalını nəzərə alaraq, klaritromisinin aşağıda göstərilən dərman vasitələri ilə eyni zamada istifadəsi əks göstərişdir. Sizaprid, pimozid, astemizol və terfenadin Klaritromisini sizapridlə eyni vaxtda qəbul edən pasiyent, qan plazmasında sizapridin konsentrasiyalarının yüksəlməsi barədə məlumatlar daxil olmuşdur.Bu da QT intervalının uzanmasına və mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası və torsades de pointes daxil olmaqla, ürək aritmiyalarının meydana çıxmasına səbəb ola bilər. Bənzər təsirlər klaritromisin və pimozid eyni zamanda qəbul edən pasiyentlərdə də müşahidə edilmişdir (“Əks göstərişlər” bölməsinə baxın). Makrolidlər terfenadinin metabolizmini dəyişdirir və bu bəzən QT uzanması, mədəcik taxikardiyası, mədəcik fibrilasiyası və torsades de pointes kimi ürək ritminin pozulması ilə nəticələnən terfenadin səviyyəsinin artmasına gətirir. 14 sağlam könüllünün iştirakı ilə aparılan bir tədqiqatda, klaritromisin və terfenadinin eyni vaxtda qəbulu, terfenadinin turşu metabolitinin serum səviyyəsində iki-üç qat artması və QT intervalının uzanması ilə nəticələnmişdir, lakin bu klinik cəhətdən aşkarlanan təsir olmamışdır. Bənzər təsirlər astemizol və digər makrolidlərin eyni vaxtda istifadəsi ilə müşahidə edilmişdir. Çovdar mahmızı alkaloidləri Postmarketinq tədqiqatları onu göstərir ki, klaritromisini erqotaminlə və ya dihidroerqotaminlə eyni zamanda istifadə etdikdə, erqotamin qrupu preparatları ilə kəskin zəhərlənmə ilə əlaqəli, aşağıda göstərilən effektlərin meydana çıxması mümkündür: damarların spazmı, ətrafların və MSS daxil olmaqla, digər toxumaların işemiyası. Klaritromisinin və çovdar mahmızı alkaloidlərinin eyni zamanda istifadəsi əks göstərişdir. HMQ-KoA-reduktaza fermentinin inhibitorları (statinlər) Klaritromisinin lovastatinlə və ya simvastatinlə eyni zamanda istifadəsi əks göstərişdir, çünki göstərilən statinlər CYP3A4 izoferment vasitəsi ilə əhəmiyyətli dərəcədə metabolizmə məruz qalırlar və bu preparatların klaritromisinlə birlikdə istifadəsi, onların zərdab konsentrasiyalarının yüksəlməsinə səbəb olur ki, bu da rabdomioliz daxil olmaqla, miopatiyanın inkişaf etmə riskinin yüksəlməsinə gətirib çıxarır. Klaritromisini göstərilən preparatlarla birlikdə istifadə edən pasiyentlərdə rabdomioliz halları barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin istifadəsi üçün zərurət yarandığı halda, müalicə müddətində lovastatinin və ya simvastatinin istifadəsini dayandırmaq tələb olunur. Digər statinlərlə kombinəolunmuş müalicə aparıldıqda, klaritromisini ehtiyatla istifadə etmək lazımdır. Preparatların birlikdə istifadəsi üçün zərurət yarandıqda, statinlərin ən aşağı dozasından istifadə etmək tövsiyə olunur, CYP3A izofermentin metabolizmindən asılı olmayan statinlərdən (məsələn, fluvastatindən) istifadə edilə bilər. Miopatiya əlamətlərinin və simptomlarının inkişaf etməsinə nəzarət etmək lazımdır. Digər dərman preparatlarının klaritromisinə təsiri CYP3A izofermentin induktorları olan dərman preparatları (məsələn, rifampisin, fenitoin, karbamazepin, fenobarbital, dazıotu), klaritromisinin metabolizmini induksiya edə bilərlər. Bu, klaritromisinin subterapevtik konsentrasiyasının meydana çıxmasına gətirib çıxararaq, onun effektivliyinin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, klaritromisin vasitəsi ilə CYP3A izofermentin inhibə olunması nəticəsində qan plazmasında konsentrasiyası yüksələ bilən, CYP3A izofermentin induktorunun konsentrasiyasına nəzarət etmək tələb olunur. Rifabutindən və klaritromisindən eyni zamanda istifadə etdikdə, rifabutinin plazma konsentrasiyasının yüksəlməsi və klaritromisinin zərdab konsentrasiyasının aşağı düşməsi qeyd olunmuşdur ki, bu da uveitin inkişaf etməsi riskinin yüksəlməsi ilə müşayiət olunmuşdur. Aşağıda göstərilən dərman preparatları qan plazmasında klaritromisinin konsentrasiyasına təsdiq olunmuş və ya ehtimal edilən təsirlərə malikdirlər; həmin preparatları klaritromisinlə eyni zamanda istifadə etdikdə, dozaların korreksiyası və ya alternativ müalicəyə keçid tələb oluna bilər. Efavirenz, nevirapin, rifampisin, rifabutin və rifapentin Sitoxrom P450 sistemin güclü induktorları, məsələn, efavirenz, nevirapin, rifampisin, rifabutin və rifapentin klaritromisinin metabolizmini sürətləndirə bilərlər və beləliklə, qan plazmasında klaritromisinin konsentrasiyasının aşağı düşməsinə və terapevtik effektinin zəifləməsinə səbəb olaraq, eyni zamanda, mikrobioloji cəhətdən aktiv olan metabolitin, 14-OH-klaritromisinin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilərlər. Klaritromisinin və 14-OH-klaritromisinin mikrobioloji aktivliyinin müxtəlif bakteriyalara qarşı fərqli olduğunu nəzərə alaraq, klaritromisini və ferment induktorlarını eyni zamanda istifadə etdikdə, preparatın terapevtik effekti aşağı düşə bilər. Etravirin Etravirinlə birlikdə istifadə edildikdə, klaritromisinin konsentrasiyası aşağı düşür, lakin, aktiv metabolit olan 14-OH-klaritromisinin konsentrasiyası yüksəlir. 14-OH-klaritromisinin Mycobacterium avium (MAC) infeksiyalarına qarşı aşağı aktivliyə malik olduğunu nəzərə alaraq, onların törədicilərinə qarşı ümumi aktivlik dəyişə bilər və bu səbəbdən, MAC-ın müalicəsi üçün alternativ terapiyanın aparılmasını nəzərdən keçirmək lazımdır. Flukonazol Flukonazolun gündə 200 mq dozada və klaritromisinin sutkada 2 dəfə 500 mq dozada eyni zamanda 21 nəfər sağlam könüllü tərəfindən istifadəsi, klaritromisinin minimal tarazlıq konsentrasiyasının (C ) orta göstəricisinin və AUC göstəricisinin, müvafiq olaraq, 33 % və 18min % artmasına gətirib çıxarmışdır. Bununla belə, preparatların eyni zamanda istifadəsi, aktiv metabolit olan 14-OH-klaritromisinin orta tarazlıq konsentrasiyasına heç bir əhəmiyyətli təsir göstərməmişdir. Flukonazolla eyni zamanda istifadə edildiyi halda, klaritromisinin dozasının korreksiyası tələb olunmur. Ritonavir Farmakokinetik tədqiqatda göstərilmişdir ki, eyni zamanda ritonavirin 200 mq dozada hər 8 saatdan bir və klaritromisinin 500 mq dozada hər 12 saatdan bir istifadəsi, klaritromisinin metabolizminin nəzərəçarpacaq dərəcədə tormozlanmasına gətirib çıxarmışdır. Ritonavirlə eyni zamanda istifadə edildikdə, klaritromisinin C göstəricisi 31 % yüksəlmişdir, C göstəricisimax min 182 % yüksəlmişdir və AUC göstəricisi 77 % artmışdır. 14-OH-klaritromisinin əmələ gəlməsinin tamamilə tormozlanması qeyd olunmuşdir. Klaritromisinin geniş terapevtik diapazonu sayəsində, böyrək funksiyaları normal olan pasiyentlərdə preparatın dozasının aşağı salınması tələb olunmur. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK 30-60 ml/dəqiqədə olduqda) preparatın dozasını 50 % aşağı salmaq lazımdır. KK <30 ml/dəqiqədə olan pasiyerntlərdə preparatın dozasını 75 % aşağı salmaq lazımdır. Ritonaviri və sutkada 1 qramdan yüksək dozada klaritromisini eyni zamanda istifadə etmək olmaz. Ritonavirin atazanavir və sakvinavir də daxil olmaqla digər HİV proteaza inhibitorları ilə istifadəsi zaman böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə oxşar doza düzəlişləri nəzərdən keçirilməlidir (“Dərman preparatları ilə ikiistiqamətli qarşılıqlı təsiri” bölməsinə baxın). Klaritromisinin digər dərman preparatlarına təsiri CYP3A izofermentlə əlaqəli qarşılıqlı təsirləri CYP3A izofermenti inhibə etməsi məlum olan klaritromisinin və CYP3A izoferment vasitəsi ilə ilkin metabolizə olunan preparatların eyni zamanda istifadəsi, həmin preparatların konsentrasiyalarının qarşılıqlı yüksəlməsi ilə əlaqələndirilə bilər ki, bu da onların həm terapevtik effektlərinin, həm də əlavə təsirlərinin güclənməsinə və ya təsir müddətinin uzanmasına səbəb ola bilər. CYP3A izofermentin substratları olan preparatlardan, xüsusilə, dar terapevtik diapazona malik olan preparatlardan (məsələn, karbamazepin) və/və ya həmin ferment vasitəsi ilə intensiv metabolizmə məruz qalan preparatlardan istifadə edən pasiyentlərə klaritromisini ehtiyatla təyin etmək lazımdır. Zərurət yarandığı halda, klaritromisinlə eyni zamanda istifadə edilən preparatın dozasının korreksiyasını aparmaq lazımdır, həmçinin, mümkün olduğu halda, CYP3A izoferment vasitəsi ilə ilkin metabolizmə məruz qalan preparatların zərdab konsentrasiyalarının monitorinqini aparmaq lazımdır. Aşağıda göstərilən preparatların/preparat siniflərin metabolizmi, klaritromisinin metabolizmində iştirak edən eyni CYP3A izofermenti ilə həyata keçirilir: məsələn, alprazolam, astemizol, karbamazepin, silostazol, sizaprid, siklosporin, dizopiramid, çovdar mahmızı alkaloidləri, lovastatin, metilprednizolon, midazolam, omeprazol, peroral antikoaqulyantlar (məsələn, varfarin), atipik antpsixotiklər (məsələn, kvetiapin), pimozid, xinidin, rifabutin, sildenafil, simvastatin, sirolimus, takrolimus, terfenadin, triazolam və vinblastin. Sitoxrom P450 sistem çərçivəsində digər izofermentlər vasitəsi ilə oxşar qarşılıqlı təsirə malik preparatlara fenitoin, teofillin və valproy turşusu aiddir. Aritmiyaəleyhinə preparatlar Klaritromisini və xinidini və ya dizopiramidi eyni zamanda istifadə etdikdə, torsades de pointes mədəcik taxikardiyasının meydana çıxması ehtimalı mövcuddur. Klaritromisini göstərilən preparatlarla eyni zamanda istifadə etdikidə, QT intervalının uzanmasını vaxtında aşkar etmək məqsədi ilə, müntəzəm olaraq, EKQ nəzarətini aparmaq və həmçinin, həmin preparatların zərdab konsentrasiyalarına nəzarət etmək lazımdır. Marketinqdən sonrakı dövrdə klaritromisin və dizopiramidin eyni vaxtda istifadəsi ilə bağlı hipoqlikemiya halları bildirilmişdir. Bu səbəbdən klaritromisin və dizopiramidin eyni vaxtda qəbulu zamanı qanda qlükozanın səviyyəsi izlənilməlidir. Siklosporin, takrolimus və sirolimus Oral klaritromisin və siklosporin və ya takrolimusun eyni vaxtda istifadəsi həm siklosporin həm də takrolimusun C səviyyələrinin 2 dəfədən çox artması ilə nəticələnmişdir. Bənzər təsirlərmin sirolimus üçün də gözlənilir. Bu immunosupressiv vasitələri qəbul edən pasiyentlərdə klaritromisinlə müalicə təyin edildikdə, siklosporin, takrolimus və ya sirolimusun plazma səviyyələri yaxından izlənilməli və dozaları lazım olduqda azaldılmalıdır. Bu pasiyentlərdə klaritromisin istifadəsi dayandırıldıqda, dozanın tənzimlənməsi üçün plazmada siklosporin, takrolimus və ya sirolimus səviyyələrini yaxından izləmək lazımdır. Varfarin Varfarin qəbul edən pasiyentlərdə klaritromisinin istifadəsi, varfarinin təsirlərinin güclənməsinə səbəb ola bilər. Bu pasiyentlərdə protrombin müddətinə nəzarət etmək vacibdir. Peroral hipoqlikemik vasitələr/ insulin Nateqlinid və repaqlinid kimi bəzi hipoqlikemik preparatların, klaritromisin eyni vaxtda istifadəsi zamanı, CYP3A fermentinin inhibə edilməsi nəticəsində hipolikemiya yarana bilər. Qlükozanın səviyyəsinin dəqiq monitorinqi tövsiyyə edilir. Omeprazol Klaritromisin (hər 8 saatdan bir 500 mq dozada) və omeprazol (gündə 40 mq dozada) kombinasiyasının istifadəsi, yetkin yaşlı sağlam könüllülərin iştirakı ilə tədqiq olunmuşdur. Klaritromisini və omeprazolu eyni zamanda istifadə etdikdə, omeprazolun tarazlıq plazma konsentrasiyalarının yüksəlməsi qeyd olunmuşdur (C , AUC və T göstəriciləri, müvafiqmax 0-24 1/2 olaraq, 30 %, 89 % və 34 % artmışdır). Mədə pH-nın orta göstəriciləri 24 saat müddətində, omeprazolu sərbəst istifadə etdikdə 5,2 və omeprazolu klaritromisinlə eyni zamanda istifadə etdikdə 5,7 təşkil etmişdir. Sildenafil, tadalafil və vardenafil Fosfodiesteraza fermentinin göstərilən inhibitrolarından hər biri, CYP3A izoferment vasitəsi ilə ən azı qismən metabolizmə məruz qalır. Eyni zamanda, CYP3A izofermenti klaritromisinin iştirakı ilə inhibə oluna bilər. Klaritromisinin sildenafillə, tadalafillə və ya vardenafillə eyni zamanda istifadəsi, preparatın fosfodiesteraza fermentinə inhibəedici təsirinin artmasına gətirib çıxara bilər. Göstərilən preparatları klaritromisinlə birlikdə istifadə etdikdə, sildenafilin, tadalafilin və vardenafilin dozalarının aşağı salınması ehtimalını nəzərdən keçirmək lazımdır. Teofillin, karbamazepin Klaritromisini və teofillini və ya karbamazepini eyni zamanda istifadə etdikdə, sistem qan dövranında göstərilən preparatların konsentrasiyalarının yüksəlməsi müşahidə oluna bilər. Dozanın azaldılması tələb oluna bilər. Tolterodin Tolterodinin ilkin metabolizmi P450 sitoxrom sistemin 2D6 izoforması (CYP2D6 izoferment) vasitəsi ilə həyata keçirilir. Lakin, populyasiyanın CYP2D6 izoferment olmayan hissəsində metabolizm CYP3A izoferment vasitəsi ilə həyata keçirilir. Əhalinin bu qrupunda CYP3A izofermentin tormozlanması, qan zərdabında tolterodinin əhəmiyyətli dərəcədə yüksək konsentrasiyalarının meydana çıxmasına səbəb olmuşdur. CYP2D6 izoferment vasitəsi ilə aşağı səviyyəli metabolizm qeyd olunan populyasiyada, CYP3A izofermentin klaritromisin kimi inhibitorları ilə birlikdə istifadə edildikdə, tolterodinin dozasının aşağı salınması tələb oluna bilər. Benzodiazepinlər (məsələn, alprazolam, midazolam, triazolam) Midazolamı və tablet formasında klaritromisini (sutkada 2 dəfə 500 mq dozada) eyni zamanda istifadə etdikdə, midazolamın AUC göstəricisinin artması qeyd olunmuşdur: midazolamı v/d yeritdikdən sonra 2,7 dəfə və peroral yolla istifadə etdikdən sonra 7 dəfə. Midazolamın və klaritromisinin eyni zamanda peroral istifadəsindən çəkinmək vacibdir. Klaritromisini və v/d yeridilən midazolamı birlikdə istifadə etdikdə, dozanın ehtimal edilən korreksiyasını nəzərə alaraq, pasiyentin vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Triazolam və alprazolam daxil olmaqla, CYP3A izoferment vasitəsi ilə metabolizmə məruz qalan digər benzodiazepinlərdən istifadə etdikdə, eyni ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Xaricolması CYP3A izofermentindən asılı olmayan benzodiazepinlər (temazepam, nitrazepam, lorazepam) üçün, klaritromisinlə klinik əhəmiyyət kəsb edən qarşılıqlı təsir ehtimalı azdır. Klaritromisini və triazolamı eyni zamanda istifadə etdikdə, MSS-ə təsir – məsələn, yuxuya meyllilik və şüurun dumanlanması qeyd oluna bilər. Bu səbəbdən, preparatlardan eyni zamanda istifadə etdikdə, MSS-də baş verə biləcək pozğunluq simptomlarının meydana çıxmasına nəzarət etmək tövsiyə olunur. Digər preparatlarla qarşılıqlı təsirləri Aminoqlikozidlər Klaritromisinin digər ototoksik preparatlarla, xüsusən də aminoqlikozidlərlə eyni vaxtda ehtiyatla istifadə olunmalıdır. Kolxisin Kolxisin həm CYP3A izofermentin, həm də P-qlikoprotein (Pgp) daşıyıcı-zülalın substratıdır. Məlumdur ki, klaritromisin və digər makrolidlər CYP3A izofermentin və Pgp-in inhibitorlarıdır. Klaritromisini və kolxisini eyni zamanda istifadə etdikdə, Pgp-nin və/və ya CYP3A izofermentin inhibə olunması, kolxisinin təsirinin güclənməsinə gətirib çıxara bilər. Diqoksin Ehtimal olunur ki, diqoksin Pgp-nin substratıdır. Məlumdur ki, klaritromisin Pgp-ni inhibitorudur. Klaritromisini və diqoksini eyni zamanda istifadə etdikdə, klaritromisin Pgp-ni inhibə etməklə, diqoksinin təsirinin güclənməsinə gətirib çıxara bilər. Diqoksinin və klaritromisinin eyni zamanda istifadəsi həmçinin, diqoksinin zərdab konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Bəzi pasiyentlərdə, diqoksinin istifadəsi nəticəsində, ölümlə nəticələnən potensial aritmiyalar daxil olmaqla, zəhərlənmənin klinik simptomları qeyd olunmuşdur. Klaritromisini və diqoksini eyni zamanda istifadə etdikdə, qan zərdabında diqoksinin konsentrasiyasına diqqətlə nəzarət etmək lazımdır. Zidovudin İİV-infeksiyasına yoluxmuş yetkin yaşlı pasiyentlər tərəfindən klaritromisin və zidovudin tabletlərinin eyni zamanda istifadəsi, zidovudinin C göstəricisinin aşağı düşməsinə gətiribss çıxara bilər. Peroral istifadə zamanı klaritromisinin zidovudinin sorulmasına təsir göstərməsini nəzərə alaraq, klaritromisini və zidovudini 4 satlıq intervalla istifadə etməklə, qeyd olunan qarşılıqlı təsirin qarşısını almaq mümkündür. İİV-infeksiyasına yoluxmuş uşaqlarda suspenziya şəklində klaritromisini zidovudinlə və ya didezoksiinozinlə eyni zamanda istifadə etdikdə, oxşar qarşılıqlı təsirin meydana çıxması müşahidə olunmamışdır. Klaritromisini venadaxili yeritdikdə, oxşar qarşılıqlı təsirin meydana çıxma ehtimalı demək olar ki, yoxdur. Fenitoin və valproat CYP3A izoferment inhibitorlarının (klaritromisin daxil olmaqla) və CYP3A izoferment vasitəsi ilə metabolizmə məruz qalmayan preparatlar (fenitoin və valproat) arasında qarşılıqlı təsirlər barədə məlumatlar mövcuddur. Klaritromisinlə eyni zamanda istifadə edildikdə, göstərilən preparatların zərdab konsentrasiyalarının müəyyən edilməsi tövsiyə olunur. Bu preparatların konsentrasiyalarının yüksəlməsi barədə məlumatlar mövcuddur. Digər ototoksik preparatlar, xüsusilə aminoqlikozidlər Klaritromisini digər ototoksik preparatlarla, xüsusilə aminoqlikozidlərlə eyni zamanda istifadə etdikdə, həm müalicə müddətində, həm də müalicə sona çatdıqdan sonra, ehtiyat tədbirlərinə riayət etmək və vestibulyar və eşitmə aparatlarının funksiyalarına nəzarət etmək vacibdir. Dərman preparatları ilə ikiistiqamətli qarşılıqlı təsiri Atazanavir Klaritromisin və atazanavir CYP3A izofermentin həm substratları, dəm də inhibitorlarıdırlar. Bu preparatlar arasında ikiistiqamətli qarşılıqlı təsirin olması barədə məlumatlar mövcuddur. Klaritromisinin (sutkada 2 dəfə 500 mq) və atazanavirin (sutkada 1 dəfə 400 mq) eyni zamanda istifadəsi, klaritromisinin təsirinin 2 dəfə artmasına və 14-OH-klaritromisinin təsirinin 70 % aşağı düşməsinə, eləcədə, atazanavirin AUC göstəricisinin 28 % artmasına gətirib çıxara bilər. Klaritromisinin geniş terapevtik diapazonunu nəzərə alaraq, böyrək finksiyaları normal olan pasiyentlərdə preparatın dozasının aşağı salınması tələb olunmur. Orta dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK 30-60 ml/dəqiqədə) klaritromisinin dozasını 50 % aşağı salmaq lazımdır. KK 30 ml/dəqiqədən aşağı olan pasiyentlərdə klaritromisinin müvafiq dərman formasından istifadə edərək, klaritromisinin dozasını 75 % aşağı salmaq lazımdır. Proteaza inhibitorları ilə birlikdə istifadə etdikdə, klaritromisini sutkada 1000 mq-dan yüksək dozalarda istifadə etmək olmaz. Kalsium kanallarının blokatorları Arterial hipotenziyanın meydana çıxma riskinin mövcudluğunu nəzərə alaraq, klaritromisini və CYP3A4 izoferment vasitəsi ilə metabolizmə məruz qalan kalsium kanallarının blokatorlarını (məsələn, verapamili, amlodipini, diltiazemi) eyni zamanda istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Eyni zamanda istifadə edildikdə, həm klaritromisinin, həm kalsium kanallarının blokatorlarının plazma konsentrasiyaları yüksələ bilərlər. Klaritromisini və verapamili eyni zamanda istifadə etdikdə, arterial hipotenziya, bradiaritmiya və laktasidoz meydana çıxa bilər. İtrakonazol Klaritromisin və itrakonazol CYP3A izofermentin substratları və inhibitorlarıdır ki, bu da, həmin preparatlar arasında ikiistiqamətli qarşılıqlı təsirin meydana çıxmasını müəyyən edir. Klaritromisin qan plazmasında itrakonazolun konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər; eyni zamanda, itrakonazol qan plazmasında klaritromisinin konsentrasiyasını yüksəldə bilər. Hər iki preparatın farmakoloji effektlərinin güclənməsi və ya təsir müddətinin uzanması simptomlarının aşkar edilməsi üçün, eyni zamanda itrakonazoldan və klaritromisindən istifadə edən pasiyentləri hərtərəfli müayinə etmək lazımdır. Sakvinavir Klaritromisin və sakvinavir CYP3A izofermentin substratları və inhibitorlarıdır ki, bu da, həmin preparatlar arasında ikiistiqamətli qarşılıqlı təsirin meydana çıxmasını müəyyən edir. Sakvinavirin sərbəst istifadəsi ilə müqayisədə, klaritromisinin (sutkada 2 dəfə 500 mq) və sakvinavirin (sutkada 3 dəfə 1200 mq, yumşaq jelatin kapsullarda) 12 nəfər sağlam könüllü tərəfindən eyni zamanda istifadəsi, sakvinavirin AUC və C göstəricilərinin, müvafiq olaraq,max 177 % və 187 % artmasına səbəb olmuşdur. Klaritromisinin monoterapiya şəklində istifadəsi ilə müqayisədə, klaritromisinin AUC və C göstəriciləri, təxminən 40 % artmışdır. Bu ikimax preparatı yuxarıda qeyd olunan dozalarda/tərkiblərdə məhdud müddət ərzində eyni zamanda istifadə etdikdə, preparatların dozalarının korreksiyası tələb olunmur. Sakvinavirin yumşaq jelatin kapsullarının istifadəsi ilə aparılan dərman preparatlarının qarşılıqlı təsirinin tədqiqatının nəticələri, sakvinaviri bərk jelatin kapsullarda istifadəsi zamanı müşahidə olunan effektlərlə uyğun gəlməyə bilər. Sakvinavirin monoterapiya şəklində istifadəsi ilə aparılan dərman preparatlarının qarşılıqlı təsirinin tədqiqatının nəticələri, sakvinavir/ritonavir ilə müalicə zamanı müşahidə olunan effektlərlə uyğun gəlməyə bilərlər. Sakvinavi ritonavirlə eyni zamanda istifadə etdikdə, ritonavirin klaritromisinə potensial təsirini nəzərə almaq lazımdır. Verapamil Klaritromisin və verapamili eyni vaxtda qəbul edən pasiyentlərdə hipotenziya, bradiaritmiya və laktoasidoz müşahidə edilmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ümumi Hamiləlik kateqoriyası: C Reproduktivlik potensialı olan qadınlar / Kontrasepsiya Məlumat yoxdur Hamiləlik Hamiləlik dövründə klaritromisinin istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Hamiləlik zamanı klaritromisinin istifadəsi yalnız ana üçün fayda döl üçün riskdən üstün olduğu hallarda mümkündür. Laktasiya Klaritromisinin təhlükəsizliyi ana südü ilə qidalanan körpələr üçün müəyyən edilməyib. Klaritromisin ana südünə nüfuz edir. Fertillik Fertillik tədqiqatlarında 150-160 mq/kq/gün dozada təyin olunan preparat estrus dövrü, fertillik, doğuş və yenidoğulmuşların sayına və sağlamlığına mənfi təsir göstərməmişdir. (“Klinikaya qədər təhlükəsizlik məlumatları” bölməsinə baxın) Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bu preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə əlaqəli tədqiqatlar aparılmayıb. Lakin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə zamanı başgicəllənmə,vertiqo, konfuziya, dezorientasiya kimi əlavə təsirlərin mümkünlüyündən, bunu nəzərə almaq lazımdır.
İstifadə qaydası və dozası
Dozalanma / qəbul tezliyi və müddəti Uşaqlar üçün tövsiyə edilən doza 7.5 mq/kq gündə iki dəfə təşkil edir. Mikobakterial olmayan infeksiyalar zamanı preparatın maksimal dozası 500 mq gündə iki dəfə təşkil edir. Peroral suspenziya 125mq/5ml 40 kq-a qədər çəkisi olan uşaqlar üçün tövsiyə edilir. Çəkiyə (kq) hesablanmış müvafiq doza, xüsusi damcısalanın köməyi ilə qəbul edilir, qəbul hər 12 saatdan bir təkrarlanır. Mikobakterial infeksiyası olan pasiyentlər üçün doza Ümumi və ya lokal mikobakterial infeksiyaları olan uşaqlarda (M. avium, M. intracellulare, M. chelonae, M. fortuitum, M. kansasii) klaritromisinin tövsiyə edilən dozası 2 dəfə qəbula sutkada 15-30 mq/kq təşkil edir. Klaritromisinlə müalicəni klinik effekt qalana qədər davam etmək lazımdır. Digər antimikobakterial preparatların əlavə edilməsi faydalı ola bilər. Müvafiq doza bədən kütləsinə və həcminə görə dərəcələrə bölünmüş damcısalanla verilir. Meristat-Sanovel suspenziyasının (250 mq/5 ml) dozasının uşağın bədən çəkisi və həcminə görə hesablanması. Çəkidən asili olaraq dozalara ayırma cədvəli Bədən kütləsi İki dəfə qəbul üçün standart Doza gündəlik pipet dozası 3-4 kq 0,5 ml 25 mq 6-7 kq 1,0 ml 50 mq 10 kq 1,5 ml 75 mq 13-14 kq 2,0 ml 100 mq 16-17 kq 2,5 ml 125 mq 20 kq 3,0 ml 150 mq 23-24 kq 3,5 ml 175 mq 26-27 kq 4,0 ml 200 m1 30 kq 4,5 ml 225 mq 33-35 kq 5,0 ml 250 mq 40 kq 6,0 ml 275 mq Müalicənin tezliyi və müddəti Müalicənin standart müddəti xəstəliyin ağırlığından və törədicinin növündən asılı olaraq 5-10 gün təşkil edir. Preparatdan istifadə üsulu Preparatı qida qəbulundan asılı olmayaraq qəbul etmək olar, südlə birgə qəbulu mümkündür. Suspenziyanın hazırlanması və damcısalandan istifadə 1. Flakonu açmadan 2-3 dəfə çalxalayın. Plastik ampulada olan suyun yarısını flakona boşaldın. Şüşə qapağını bağlayın və yaxşıca çalxalayın. Qalan suyu tökün və flakonu yenidən yaxşıca çalxalayın. 2. Damcısalan 3 hissədən ibarətdir. Bunlar: qapaq, qoruyucu örtük və dozalara bölünmüş damcısalandır. Damcısalanı qapaqla qoruyucu örtükdən çıxarın. Suspenziyanın hazırladığı flakonun qapağını çıxarın. (Şüşə qapaq bir daha istifadə olunmayacaq). Damcısalanı öz qapağı ilə şüşəyə daxil edin. 3. Flakonu çalxaladıqdan sonra damcısalanın porşenini təyin edilən dozaya uyğun olan səviyyəyə qədər dartın və damcısalanı suspenziya ilə doldurun. Damcısalanı gövdəsindən tutaraq qapaqdan ayırın. 4. Hazırlanmış suspenziyanı birbaşa damcısalanla və ya qaşığın köməyi ilə uşağa verin. 5. Damcısalanı qaynadılmış soyuq su ilə yuyaraq, yenidən flakonun qapağına taxın. Hər istifadədən əvvəl flakonu yaxşıca çalxalayın və 3., 4. və 5-də göstərilən addımları tətbiq edin. Xüsusi populyasiyalar Böyrək/qaraciyər pozğunluğu olan pasiyentlər Ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30ml/dəq) olan uşaqlar üçün gündəlik doza iki dəfə azaldılmalıdır. Məsələn daha ağır hallarda tövsiyə olunan doza gündə 250 mq və ya gündə iki dəfə 250 mq təşkil edir. Bu pasiyentlərdə müalicə 14 gündən çox uzadılmamalıdır. Orta və ağır böyrək çatışmazlığı olan pasiyentlərdə xüsusi ehtiyatla istifadə edilməlidir. Qaraciyər çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin edilməlidir. Qaraciyər çatışmazlığı olan və ya olmayan ağır böyrək çatışmazlığı olan pasiyentlər üçün dozanın əlavə olaraq endirilməsi və ya dozanın qəbulunun uzadılması düşünülməlidir.
Əlavə təsirləri
Həm uşaqlarda, həm də böyüklərdə klaritromisin ilə müalicə zamanı ən tez-tez rast gəlinən əlavə təsirlər qarında ağrı, diareya, ürəkbulanma, qusma və dadbilmə qabiliyyətinin pozulmasıdır. Bu əlavə təsirlər adətən əhəmiyyətsiz ifadə edilmiş və antibiotiklərin makrolid təhlükəsizliyinin məşhur profiliylə uyğun gəlirlər. Klinik tədqiqatlar zamanı mikobakterial infeksiyası olan və ya olmayan pasiyentlər qrupları arasında bu əlavə reaksiyaların tezliyində əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Aşağıda klinik tədqiqatlar zamanı klaritromisinin peroral suspenziyasının postmarketinq tətbiqi zamanı yaranmış əlavə təsirləri təqdim edilmişdir. Klaritromisin ilə ən azı bağlı əlavə təsirlər, orqanlar sistemləri və yaranma tezliyi üzrə aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Hər qrup daxilində əlavə təsirlər ciddilik qiymətləndirildikdə, ciddiliyin azalması ilə təqdim edilmişdir. Klaritromisin ilə bildirilən əlavə təsirlər Orqanlar Çox tez- Tez-tez Bəzən Məlum deyil sistemləri sinfi tez (≥ 1/100 to (≥1/1,000 to < (əldə olan məlumatlara (≥1/10) <1/10) 1/100) görə tezliyi qiymətləndirmək mümkün deyil)* İnfeksiyalar və Kandidoz, Psevdomembranos kolit, invaziyalar infeksiya, vaginal qızıl yel iltihabı, infeksiya eritrazma Qan və limfatik Leykopeniya, Aqranulositoz, sisteminin neytropeniya trombositopeniya pozğunluqları İmmun Hiperhəssaslıq Anafilaktik reaksiya sisteninin pozğunluqları Metabolizm və Anoreksiya, Hipoqlikemiya qidalanma iştahanın pozğunluqları pozğunluğu Psixiatrik Yuxusuzluq Həyəcanlılıq, Psixotik reaksiyalar, pozğunluqlar əsəbilik konfuziya, depersonalizasiya, depressiya, dezorientasiya, hallüsinasiyalar, anormal yuxular. Sinir sisteminin Disqevziya, Başğicəllənmə, Qıcolma, aqevziya, pozğunluqları baş ağrısı, tremor parosmiya, anosmiya, dad paresteziya pozğunluğu Qulaq və Vertiqo, hearing Karlıq labirint disorders, tinnitus pozğunluqları Ürək EKQ-də QT Torsade de pointes, pozğunluqları intervalının ventrikulyar taxikardiya uzanması, palpitasiya Damar Qanaxma pozğunluqları Mədə-bağırsaq Diareya, Qastrit, stomatit, Kəskin pankreatit, dilin pozğunluqları qusma, qlossit, gəbizlik, rənginin dəyişməsi, dispepsiya, cotton mouth, dişlərin rənginin ürəkbulanma, eructation, dəyişməsi abdominal meteorizm ağrı Qaraciyər bə öd Qaraciyər Increase of alanine Qaraciyər çatışmazlığı, yollarının funksiyasının aminotransferase, hepatosellülyar sarılıq pozğunluqları testlərinin Increase of nəticələrinin aspartate dəyişməsi aminotransferase Dəri və dərialtı Səpgi, Qaşınma, övrə, Stivens-Conson toxumaların hiperhidroz makulopapulyoz sindromu, toksik pozğunluqları səpgi epidermal nekroliz, eozinofiliya və sistem simptomlarla dəri reaksiyası (DRESS), akne, Şenleyn-Qenox purpurası Əzələ-skelet və Əzələ spazmları Miopatiya birləşdirici toxumanın pozğunluqları Böyrək və sidik Böyrək çatışmazlığı, yollarının interstisial nefrit. pozğunluqları Ümumi Pireksiya, asteniya pozğunluqlar və yeridilmə yerində baş verən pozğunluqlar Tədqiqatlar Beynəlxalq normallaşmış nisbətinin artması, protrombin müddətinin uzanması, sidiyin anormal rəngi Rabdomioliz haqqında bəzi məlumatlarda klaritromisin statinlər, fibratlar, kolxisin və ya allopurinol ilə eyni vaxtda tətbiq edilmişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). Marketinqdən sonrakı təcrübədə klaritromisin və triazolamın eyni vaxtda istifadəsi ilə bağlı mərkəzi sinir sistemi (MSS) təsirləri (məsələn, yuxululuq və qarışıqlıq) barədə hesabatlar vardır. Preparatın MSS-nə farmakoloji təsirləri səbəbindən, pasiyentin izlənilməsi tövsiyə olunur. İmmun sisteminin pozğunluğu olan və pediatrik pasiyentlər 6 aydan-12 yaşına qədər uşaqlarda klaritromisinin pediatrik suspenziyasının istifadəsi ilə klinik tədqiqatlar aparılmışdır. Bu səbəbdən 12 yaşından kiçik uşaqlarda klaritromisinin pediatrik suspenziyası istifadə edilə bilər. Uşaqlarda əlavə təsirlərin tezliyinin, növünün və ağırlığının böyüklərdə olduğu kimi olması gözlənilir. Mikobakterial infeksiyaların müalicəsi üçün klaritromisini yüksək dozalarda uzunmüddətli qəbul edən QİCS və digər immun çatışmazlığı olan pasiyentlərdə, klaritromisinin istifadəsi ilə əlaqəli əlavə təsirləri İİV xəstəliyinin və ya yanaşı xəstəliklərin əsas əlamətlərindən ayırmaq çox vaxt çətin olur. Klaritromisinin ümumi gündəlik 1000 mq və 2000 mq dozaları ilə müalicə olunan böyüklərdə ən çox bildirilən əlavə təsirlər ürəkbulanma, qusma, dad pozğunluğu, abdoinal ağrı, ishal, səpgi, meteorizm, baş ağrısı, qəbizlik, eşitmə pozğunluğu, SGOT və SGPT səviyyəsinin yüksəlməsi. Əlavə olaraq aşağı tezlikdə rast gəlinən əlavə təsirlərə dispnoe, yuxusuzluq və ağızda quruluq aiddir. Xadisələrin tezliyi 1000 mq və 2000 mq-lıq doza ilə müalicə olunan pasiyentlərdə müqayisə edilə bilər, lakin klaritromisini ümumi gündəlik 4000 mq dozada qəbul edən pasiyentlərdə təxminən 3-4 dəfə çox olmuşdur. İmmun çatışmazlığı olan pasiyentlərdə, bu laboratoriya göstəriciləri anormal səviyyə xaricində (yəni həddindən artıq yüksək və ya aşağı hədd) analiz edilərək qiymətləndirilmişdir. Bu kriteriyalara əsasən gündəlik 1000 mq və ya 2000 mq dozada klaritromisini qəbul edən pasiyentlərin təxminən 2-3%-də SGOT və SGPT səviyyələrinin ciddi yüksəlməsi və qan hüceyrələrinin və trombositlərin sayının azalması müşahidə edilmişdir. Bu iki doza qrupunda, pasiyentlərin daha az faizində qanda sidik cövhərinin azotunun səviyyələri yüksəlmişdir. Gündəlik 4000 mq qəbul edən pasiyentlərdə, leykositlərdən başqa bütün parametrlər üçün, normadan bir qədər yüksək fərqlər müşahidə edilmişdir.
Doza həddinin aşılması
Klaritromisinin doza həddinin aşılmasının həzm traktatının pozulması simptomlarına səbəb olması barədə məlumatlar var. 8 q dozada klaritromisinin qəbulundan sonra anamnezdə bipolyar pozğunluğu olan bir pasiyentdə zehni status pozulmaları, paranoik davranış, hipokalemiya və hipoksemiya inkişaf edib. Klaritromisin ilə doza həddinin aşılmasının xüsusi bir antidotu yoxdur. Digər makrolidlərdə olduğu kimi, hemodializ və peritoneal dializ zərdabda klaritromisin səviyyəsini əhəmiyyətli dərəcədə dəyişmir. Doza həddinin aşılması zamanı yaranan əlavə təsirləri, sorulmamış preparatın dərhal xaric edilməsi ilə və dəstəkləyici tədbirlərlə müalicə etmək tövsiyə olunur.
Buraxılış forması
50 ml və ya 100 ml suspenziyanın hazırlanması üçün qranullar, flakonda. 1 flakon, bədən çəkisinə müvafiq dərəcələrə bölünmüş damcısalan,içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış formaları Meristat-sanovel 125 mq/5 ml, peroral supenziya üçün qranullar, 70 ml.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazırlanmış suspenziyanı 25°С dərəcədən yüksək olmayan otaq temperaturunda 14 gün ərzində saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
SANOVEL İLAÇ SAN ve TİC.A.Ş. Silivri İlcesi, Balaban Mahallesi, Cihaner sokağı, No:10, 34580, ISTANBUL/TÜRKİYƏ. Qeydiyyat şəhadətnaməsinin sahibi Balabandere Caddesi, No:14, 34460 Sarıyer/İstanbul/TURKEY.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.