Liposof Esse 5 ml N10 inyeksiya
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Qaraciyər xəstəliklərində istifadə olunan preparatlar. |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
26,82 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LİPOFOS ESSE venadaxili yeridilmə üçün məhlul LIPOPHOS ESSE Beynəlxalq patentləşdirilməmiş adı: Phospholipides
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq fosfolipidlər (fosfatidilxolin hesabı ilə) vardır. Köməkçi maddələr: benzil spirit, dezoksixol turşusu, natrium xlorid, natrium hidroksid, riboflavin natrium fosfat (riboflavin hesabı ilə), etanol, inyeksiya üçün su.
Təsviri
Sarı rəngli şəffaf və ya demək olar ki, şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Qaraciyər xəstəliklərində istifadə olunan preparatlar. АТC kodu: A05BA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Lipofos Esse hüceyrə və hüceyrə orqanellalarının membranının əsas struktur elementidir. Qaraciyər xəstəlikləri zamanı qaraciyər hüceyrələri və hüceyrə orqanellalarının membranı zədələnir, bu da onlarla əlaqədar olan fermentlərin və sistem reseptorların aktivliyinin pozulmasına, qaraciyər hüceyrələrinin funksional aktivliyinin pisləşməsinə və regenerasiya qabiliyyətinin azalmasına gətirib çıxarır. Preparatın tərkibinə daxil olan fosfolipidlər öz kimyəvi strukturuna görə endogen fosfolipidlərə uyğundur, lakin endogen fosfolipidləri tərkiblərində daha artıq (essensial) olan yağ turşularının hesabına üstələyir. Bu yüksək energetik molekulaların hepatositlərin hüceyrə membranının zədələnmiş sahəsində düzülüşü qaraciyər hüceyrələrinin tamlığını bərpa edir, onların regenerasiyasına səbəb olur. Bir halda ki, doymuş yağ turşularının sis-ikili əlaqəsi membran fosfolipidlərin karbohidrat zəncirinin paralel yerləşməsinin qarşısını alır, bu halda fosfolipid strukturunun yerləşmə sıxlığı zəifləyir ki, bu da maddələr mübadiləsinin sürətini artırır. Yaranan funksional blokadalar membran fermentlərin aktivliyini artırır və metabolik proseslərin normal, fizioloji yol keçməsinə səbəb olur. Preparatın tərkibinə daxil olan fosfolipidlər lipoproteinlərin metabolizmini tənzimləməsi vasitəsilə lipidlərin pozulmuş mübadiləsinə elə üsulla daxil olurlar ki, neytral yağlar və xolesterin daşıyıcı formaya keçir, bu da əsasən yüksək sıxlıqlı lipoproteinlərin xolesterin-əlaqəli qabiliyyəti hesabına baş verir və beləliklə də oksidləşməyə məruz qala bilər. Beləliklə, lipidlərin və zülalların metabolizminə; qaraciyərin dezintoksikasiya funksiyasına; qaraciyərin hüceyrə strukturunu bərpasına və qorunmasına və fosfolipidlərdən asılı fermentlər sisteminə normallaşdırıcı təsir göstərir ki, bu da nəticə etibarilə qaraciyərdə birləşdirici toxumanın formalaşmasına mane olur. Fosfolipidlərin ödə ekskresiyası zamanı litogen indeks azalır və ödün stabilləşməsi baş verir. Farmakokinetikası Əsasən yüksək sıxlıqlı lipoproteidlərlə birləşərək, fosfatidilxolin qaraciyər hüceyrələrinə daxil olur. Xolin komponentinin yarımxaricolma dövrü 66 saat, doymamış yağ turşularında isə 32 saat təşkil edir. İstifadəsinə gostərişlər Qaraciyərin piy distrofiyası (o cümlədən, şəkərli diabet zamanı); kəskin və xroniki hepatitlər, qaraciyərin sirrozu, qaraciyər hüceyrələrinin nekrozu, qaraciyər koması və ya prekoma, qaraciyərin toksiki zədələnməsi; hamiləlik toksikozu; əməliyyatdan əvvəlki və sonrakı müalicə, xüsusi ilə hepatobiliar nahiyədə əməliyyatlar zamanı; psoriaz (köməkçi terapiya qismində); şüa xəstəliyi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, 3 yaşadək uşaqlar (preparatın tərkibində benzil spirti vardır), soyakimilərə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Venadaxili məhlulu həll etmək üçün elektrolit məhlullardan istifadə etmək olmaz. Ancaq şəffaf məhlullardan istifadə etmək lazımdır. Ehtiyatla 3 yaşdan yuxarı uşaqlar; hamiləlik.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın tərkibindəki benzil spirti plasentar baryeri keçə biləcəyinə görə (tərkibində benzil spirti olan preparatların istifadəsi vaxtında doğulan və ya yarımçıq doğulmuş körpələrdə letal nəticəli təngnəfəsliyin inkişafı ilə assosiasiya olunur) hamiləlik dövründə preparatın istifadəsi yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən terapiyanın faydası dölə olan potensial riskdən yüksək olsun. Preparatın istifadəsinin laktasiya dövründə təhlükəsizliyi barədə məlumat olmadığı üçün onu bu dövrdə təyin etmək məsləhət görülmür. Nəqliyyat vasitələrəin və mexanizmlərin idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Preparat vena daxilinə yeritmək üçün təyin olunur, yerli qıcıq reaksiyalarının mümkünlüyündən dəri altına və əzələ daxilinə yeritmək olmaz. Heç bir tövsiyə olmadığı halda preparat vena daxilinə yavaş- yavaş şırnaq üsulu ilə sutkada 5-10 ml (1-2 ampul), ağır hallarda sutkada 10-20 ml (2-4 ampul) yeridilir. Bir dəfəyə 10 ml (2 ampul) preparat yeritmək mümkündür. Preparatı 1:1 nisbətində pasiyentin qanı ilə qarışdırmaq məsləhətdir. Pasiyentin qanından istifadə etmək mümkün olmadığı halda infuzion yeridilmə üçün preparatı həll etmək üçün 1:1 nisbətində, tərkibində elektrolit olmayan 5% və ya 10%-li dekstroza məhlulundan istifadə olunur. Müalicənin müddəti həkim tərəfindən fərdi olaraq müəyyən edilir və 2-5 gündən 10-20 günədək təşkil edə bilər. Psoriazın müalicəsi (gündə 3 dəfə 600 mg) kapsul qəbul etməklə 2 həftə ərzində başlanılır. Daha sonra PUVA-terapiyanın təyinatı ilə eyni vaxtda 5 ml-dən 10 inyeksiya olmaqla preparat venadaxili təyin edilir. İnyeksiya kursu bitdikdən sonra 2 ay müddətində kapsulun qəbulu təkrarlanır. Həkim göstərişi ilə preparatı 250-300 ml məhlulunda 5%-li dekstroza məhlulunda həll edilərək 40-50 damcı/dəqiqə sürətlə damcı üsulu ilə yeridilir. Preparatın həll edildiyi məhlul bütün yeridilmə müddəti ərzində şəffaf olmalıdır. Parenteral yeridilməni tezliklə peroral qəbul ilə əvəz etmək tövsiyə olunur. Digər dərman preparatları ilə eyni şprisdə qarışdırmaq olmaz! 0,9%-li natrium xlorid və Ringer məhlullarında həll etmək olmaz!
Əlavə təsirləri
Həzm sistemi pozğunluqları Yüksək dozalarda istifadə edildikdə nadir hallarda diareyanın yaranması. İmmun sistemi pozğunluqları Yüksək həssaslıq reaksiyası, o cümlədən dərinin allergik reaksiyaları (dəri səpgisi, dəri qaşınması, ekzantema və ya övrə).
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
Vena daxili yeridilmə üçün məhlul, 50 mq/ml. 5 ml məhlul, preparat işıqdan qoruyan, neytral şüşə ampulda. 5 ampul, polivinilxloridli və ya polietilentereftalat konturlu plastik qablaşdırmada (altlıq). 5 ampul, polivinilxloridli və ya polietilentereftalat və laklı çap olunmuş alüminium folqada və ya qablaşdırma materiallı konturlu yuvalı qablaşdırmada. 1 və ya 2 qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 və ya 10 ampul, içlik vərəqə ilə birlikdə bölücü taxması olan karton qutuya qablaşdırılır. Stasionar üçün qablaşdırma 50, 100 konturlu plastik qablaşdırma (altlıq) və ya konturlu yuvalı qablaşdırmada içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
2-8°C temperaturdan yüksək olmayan, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Ünvan FDM «Armavir bioloji fabriki». Rusiya, 352212, Krasnodar vilayəti, Novokubansk rayonu, Proqress q., Meçnikov küçəsi, ev 11. Qeydiyyat vəsiqəsinin sahibi və iradları qəbul edən təşkilat «Binergiya» SC, Rusiya. Rusiya, 143910, Moskva vilayəti, Balaşixa ş., Krupeşina k., ev.1 Tel.: 8-495-580-55-02. Faks: 8-495-580-55-03.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.