LAZOLVAN 7.5 MG/ML 100 ML MEHLUL

Dərman formasıMəhlul
Farmakoloji təsirRespirator sistem. Öskürək və soyuqdəymə zamanı istifadə olunan preparatlar. Ekspektorantlar, öskürəkəleyhinə kombinasiyalar istisna olmaqla. Mukolitiklər. Ambroksol
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,16 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LAZOLVAN 15 mq/2 ml daxilə qəbul etmək və inhalyasiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol

Tərkibi

Təsiredici maddə: 2 ml məhlulun tərkibində 15 mq ambroksol hidroxlorid vardır. Koməkçi maddələr: limon turşusu monohidratı, dinatrium fosfat dihidrat, natrium xlorid, benzalkonium xlorid, təmizlənmiş su.

Təsviri

Şəffaf rəngsiz və ya bir qədər qəhvəyi rəngli məhluldur. Farmakoterapevtik qrup Respirator sistem. Öskürək və soyuqdəymə zamanı istifadə olunan preparatlar. Ekspektorantlar, öskürəkəleyhinə kombinasiyalar istisna olmaqla. Mukolitiklər. Ambroksol. ATC kodu: R05CB06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Preklinik tədqiqatlarda göstərilmişdir ki, Lazolvan preparatının aktiv maddəsi olan ambroksol hidroxlorid tənəffüs yollarında sekresiyanı yüksəldir, ağciyər surfaktantının sintezini gücləndirir və siliar aktivliyi gücləndirir. Ambroksol hidroxlorid, həmçinin alveollarda və bronxiolların Klara hüceyrələrində yerləşən II tip pnevmositlərə birbaşa təsir göstərərək səthi-aktiv maddələrin sekresiyasını gücləndirir və, həmçinin səyrici epitelinin aktivliyini gücləndirir. Qeyd olunan effektlər bəlğəmin qatılılığını azaldır və bəlğəmin nəqlini (mukosiliar klirensi) yaxşılaşdırır. Mukosiliar klirensin yaxşılaşması klinik farmakoloji tədqiqatlarda nümayiş etdirilmişdir. Bəlğəmin seroz komponentinin sekresiyasının yüksəlməsi və mukosiliar klirensin güclənməsi bəlğəmin ixracına və öskürəyin zəifləməsinə səbəb olur. Bundan başqa, xroniki bronxit və/və ya ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) ilə pasiyentlərdə xəstəliyin kəskinləşməsi halları azalır. 6 ay müddətində LAZOLVAN 75 mq uzunmüddətli təsirli kapsullarını qəbul edən AXOX ilə pasiyentlərdə müalicənin 2-ci ayının sonunda plasebo ilə müqayisədə kəskinləşmələ hallarının əhəmiyyətli dərəcədə azalması qeydə alınmışdır. LAZOLVAN qrupunda plasebo qrupu ilə müqayisədə xəstəliyin müddətinin qısalması və antibakterial preparatların qəbulu günlərinin azalması qeyd olunurdu. Həmçinin LAZOLVAN qrupunda plasebo qrupu ilə müqayisədə bəlğəmin ixrac olunmasının çətinləşməsi, öskürək, təngnəfəslik və auskultativ simptomlar kimi qiymətləndirilən simptomların əhəmiyyətli dərəcədə zəifləməsi qeyd olunurdu. Ambroksol hidroxloridin yerli ağrıkəsici effekti dovşan gözü modeli üzərində aparılan tədqiqatlarda müşahidə olunur və natrium kanalların preparat tərəfindən blokadası ilə əlaqəli olduğu ehtimal edilir. In vitro aparılan tədqiqatlar göstərmişdir ki, neyron natrium kanallarınının preparatın təsiri altında blokadası geri dönən və dozadan asılıdır. In vitro müəyyən olunmuşdur ki, ambroksol hidroxlorid iltihabəleyhinə təsirə malikdir. In vitro tədqiqatlarda ambroksol hidroxlorid sitokinlərin dövr edən və toxuma mononuklear və polimorfnüvəli hüceyrələrdən xaric edilməsini əhəmiyyətli dərəcədə azaldırdı. Boğazda ağrı olan pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlarda göstərilmişdir ki, 20 mq sorulma üçün tabletlər formasında olan ambroksol hidroxlorid boğazda ağrını və hiperemiyanı əhəmiyyətli dərəcədə azaldır. Ambroksol hidroxloridin antibiotiklər (amoksisillin, sefuroksim, eritromisin və doksisiklin) ilə yanaşı istifadəsi antibiotiklərin ağciyər toxumasında konsentrasiyasının yüksəlməsinə səbəb olur. Qeyd olunan effektin klinik əhəmiyyətinə dair məlumat mövcud deyil. In vitro tədqiqatlarda və heyvan modelləri üzərində aparılan tədqiqatlarda virusəleyhinə xüsusiyyətləri Rinovirus (RV14) replikasiyasının zəifləməsi insan traxeyasının epitelial hüceyrələri üzərində aparılan in vitro tədqiqatlarda qeydə alınmışdır. Eksperimental siçan modelləri üzərində aparılan tədqiqatlarda ambroksolun təsiri nəticəsində A qrip virusunun replkasiyasının zəifləməsi müşahidə edilirdi. Qeyd olunan effektin klinik əhəmiyyətinə dair məlumat mövcud deyil. Farmakokinetikası Sorulması Dərhal azad olunan peroral formalar sürətlə və tam absorbsiya olunur, peroral qəbuldan sonra qan plazmasında maksimal konsentrasiyanın əldə edilməsi vaxtı – 1-2,5 saat, ləng xaric olunan formaları üçün isə 6,5 saat təşkil edir. 30 mq tabletlərin maksimal biomənimsənilməsi təxminən 79% təşkil edir. Paylanması Ambroksol hidroxloridin qandan toxumalara paylanması sürətlə və əhəmiyyətli dərəcədə həyata keçirilir, aktiv maddənin ən yüksək konsentrasiyası ağciyər toxumasında qeyd olunur. Peroral qəbuldan sonra paylanma həcmi 552 litr təşkil edir. Qan plazması zülalları ilə birləşmə dərəcəsi 90% təşkil edir, hematoensefalik, plasentar baryerlərdən keçir, ana südünə nüfuz edir. Metabolizmi və xaric olması Peroral dozanın təxminən 30%-i presistem metabolizm yolu ilə eliminasiya edilir. Ambroksol qaraciyərdə konyuqasiya yolu ilə metabolizə olunur və nəticədə dibromantranil turşusu (dozanın təxminən 10%-i), qlükuron konyuqatlar və bir neçə ikinci dərəcəli metabolitlər əmələ gəlir. Insanın qaraciyər mikrosomlarına dair aparılan tədqiqatlar göstərmişdir ki, CYP3A4 predominant izoforma olub ambroksolun metabolizminə cavabdehdir. Ambroksolun 3 gün müddətində peroral qəbulundan sonra dozanın təxminən 6%-i sərbəst formada mövcuddur, 26%-i isə konyuqasiya olunmuş formaya keçərək sidik ilə xaric edilir. Yarımxaricolma dövrü 10 saat təşkil edir. Ümumi klirens 660 ml/dəq təşkil edir, böyrək klirensi isə ümumi klirensin təxminən 8%-ni təmin edir. Göstərilmişdir ki, 5 gündən sonra sidik ilə ambroksol hidroxloridin (radioaktiv nişanlanmış) ümumi dozasının təxminən 83%-i xaric edilir. Xüsusi pasiyentlər qrupunda farmakokinetika Dərman vasitəsi qaraciyərdə metabolizə olduğu və böyrəklər vasitəsi ilə xaric olduğu üçün böyrək funksiyasının ağır dərəcəli pozulması zamanı qaraciyərdə əmələ gələn ambroksol metabolitlərin toplanması mümkündür. Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə ambroksol hidroxloridin xaric edilməsi zəifləyir ki, bu da onun qan plazmasında səviyyəsinin 1,3-2 dəfə artması ilə nəticələnir. Ambroksolun geniş terapevtik təsiri ilə əlaqədar dozanın tənzimlənməsi tələb olunmur. Aparılan tədqiqatlar göstərmişdir ki, ambroksolun farmakokinetikası yaşdan və cinsiyyətdən asılı deyil və dozanın tənzimlənməsi tələb olunmur. Qida qəbulu ambroksol hidroxloridin biomənimsənilməsinə təsir göstərmir. Təhlükəsizliyə dair preklinik məlumatlar Ambroksol hidroxloridin kəskin toksiklik göstəricisi çox aşağıdır. Təkrar 150 mq/kq/gün (siçanlar – 4 həftə), 50 mq/kq/gün (siçovullar 52 və 78 həftə), 40 mq/kq/gün (dovşanlar – 26 həftə) və 10 mq/kq/gün (itlər – 52 həftə) dozaların yeridilməsi ilə aparılan tədqiqatlarda arzuolunmaz reaksiyaların inkişafı müşahidə edilmirdi (NOAELs). Aparılan toksikoloji müayinələr nəticəsində hədəf orqanlarının zədələnməsi qeydə alınmamışdır. Siçovullara 4, 16 və 64 mq/kq/gün dozada və itlərə 45, 90 və 120 mq/kq/gün dozada (infuzliyalar 3 saat/gün) 3 gün müddətində ambroksol hidroxloridin venadaxili yeridilməsi ilə toksikliyin qiumətləndirilməsinə dair aparılan tədqiqatda yerli və sistem toksiklik (histopatoloqiya daxil olmaqla) qeydə alınmamışdır. Bütün arzuolunmaz reaksiyalar geri dönən olmuşdur. Ambroksol hidroxlorid siçovullarda 3000 mq/kq/gün və dovşanlarda 200 mq/kq/gün peroral dozalarda sınaqdan keçirildikdə o, embriotoksik, teratogen xüsusiyyətləri nümayiş etdirməmişdir. Preparatın 1500 mq/kq/gün dozada yeridilməsi zamanı erkək və dişi siçovulların fertilliyi dəyişilməz qalmışdır. Perinatal və postnatal inkişaf müddətində NOAEL göstəricisi 50 mq/kq/gün təşkil etmişdir. 500 mq/mq/gün dozada ambroksol hidroxlorid dişi və yenidoğulmuş siçovullarda cüzi dərəcəli toksikliyi nümayiş etdimişdir ki, bu da bədən çəkisinin artmasının ləngiməsi və peyin həcminin azalması ilə təzahür edirdi. In vitro (Eyms sınağı və xromosom aberrasiyaların təhlili) və in vivo (siçanlar üzrəində aparılan mikronuklear sınaq) sınaqlarda aparılan genotoksik tədqiqatlar ambroksol hidroxloridin mutagen potensialını göstərməmişdir. Siçanlar (50, 200 və 800 mq/kq/gün) və siçovullar (65, 250 və 1000 mq/kq/gün) üzərində kanserogenliyə dair aparılan tədqiqatlarda ambroksol hidroxlorid 105 və 116 həftə müddətində yem ilə yanaşı yeridildikdə onkogen potensialı nümayiş etdirməmişdir.

İstifadəsinə göstərişlər

Bəlğəm sekresiyasının pozulması və xaric olunmasının çətinləşməsi ilə müşayiət olunan kəskin və xroniki tənəffüs sistemi xəstəlikləri zamanı (bəlğəmin effektiv xaric olunması və öskürəyin yüngülləşməsi üçün).

Əks göstərişlər

– Preparatın aktiv maddəsinə və ya istənilən köməkçi maddəsinə qarşı yüksək həssaslıq – ağır dərəcəli qaraciyər və böyrək çatışmazlığı – preparatın tərkib hissələri ilə qeyri-uyğun olan nadir irsi xəstəliklər

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

LAZOLVAN məhlul preparatının tərkibində konservant benzalkonium xlorid vardır. İnhalyasiyanın istifadəsi zamanı banzalkonium xlorid bronxospazmların inkişafına səbəb ola bilər. Ambroksol hidroxloridin istifadəsi zamanı multiform eritema, Stivens-Conson sindromu, toksiki epidermal nekroliz və kəskin generalizə olunmuş ekzentematoz pustulyoz kimi ağır dəri pozulmaları qeydə alınmışdır. Qeyd olunan fəsadlar əksər hallarda əsas xəstəliyin ağırlıq dərəcəsi və/və ya yanaşı müalicə ilə bağlıdır. Pasiyentlərdə qeyri-spesifik xəstəliyin başlanması simptomları qeydə alına bilər: bədən hərarətinin yüksəlməsi, bədəndə ağrılar, rinit, boğazda ağrı və öskürək. Qeyd olunan simptomların meydana çıxması soyuqdəymə əleyhinə preparatlar ilə əlavə gərəksiz simptomatik müalicənin aparılmasını tələb edə bilər. Dəri əlamətləri aşkarlandığı halda dərhal həkimə müraciət olunmalı və ambroksol hidroxloridin qəbulu dayandırılmalıdır. Böyrək funksiyasının pozulması və ya ağır qaraciyər xəstəliyi mövcud olduğu halda Lazolvan preparatı yalnız həkimin konsultasiyasından istifadə oluna bilər. Dekompensə olunmuş böyrək çatışmazlığı ilə pasiyentlərdə Lazolvan preparatının istifadəsi yalnız həkimin konsultasiyasından sonra göstərilmişdir. Qaraciyərdə metabolizə olunan və böyrək vasitəsi ilə ixrac olunan istənilən aktiv maddə olduğu kimi ağır qaraciyər çatışmazlığı ilə pasiyentlərdə ambroksol hidroxlorid metabolitlərin qaraciyərdə toplanmasına səbəb ola bilər. Lazolvan məhlulun gündəlik tövsiyə edilən dozasının tərkibində 42,8 mq natrium vardır ki, bu da natrium məhdudiyyətli pəhrizdə olan pasiyentlərdə nəzərə alınmalıdır. Xüsusi pasiyent qrupları Uşaqlar 2 yaşa qədər uşaqlarda preparat yalnız həkim təyinatı ilə istifadə oluna bilər. Qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər Ağır böyrək və ya qaraciyər çatışmazlığı zamanı preparatı istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşmək lazımdır, çünki müvafiq hallarda saxlayıcı doza azaldılmalı və ya dozalama intervalı uzadılmalıdır. Müalicə müddəti Həkimin tövsiyəsi olmadan lazolvan preparatı 4-5 gündən artıq istifadə oluna bilməz. Lazolvan məhlul preparatı istifadə zamanı ölçü stəkanı ilə dozalanır. Məhlul çay, meyvə şirəsi, süd və ya su ilə durulaşdırıla bilər. Lazolvan preparatı qida qəbulundan asılı olmayaraq istifadə oluna bilər. Qeyd Lazolvan preparatının sekretolitik təsiri kifayət qədər mayenin qəbulu ilə təmin olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlar ilə arzuolunmaz qarşılıqlı təsirlər haqqında məlumat verilməmişdir. Ambroksol ilə yanaşı antibiotiklərin (amoksisillin, sefuroksim, eritromisin) qəbulu antibiotiklərin bronx-ağciyər sekretdə və bəlğəmdə konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Lazolvan preparatının öskürək refleksinə birbaşa təsir mexanizmi olan dərman vasitələri ilə yanaşı istifadəsi öskürək refleksinin zəifləməsi nəticəsində sekretin təhlükəli toplanması ilə nəticələnə bilər və bu səbəbdən yalnız fayda/risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra təyin oluna bilər. Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi Hamiləlik Ambroksol hidroxlorid plasentar baryerdən keçir. Preklinik tədqiqatlarda preparatın hamiləliyin gedişinə, embrional/fetal inkişafa, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı neqativ təsiri aşkarlanmamışdır. Preparatın hamiləliyin 28-ci həftəsindən sonra istifadəsinin geniş təcrübəsi dölə olan neqativ təsirin heç bir sübutunu aşkarlamamışdır. Buna baxmayaraq, LAZOLVAN preparatının hamiləliyin birinci trimestrində istifadəsi tövsiyə olunmur. Laktasiya dövrü Lazolvan məhlul preparatı ana südünə nüfuz edir, bu səbəbdən onun laktasiya dövründə istifadəsi tövsiyə olunmur. Fertillik Preklinik tədqiqatlarda fertilliyə olan birbaşa və ya dolayı mənfi təsir aşkarlanmamışdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Tədqiqatlar aparılmamışdır. Preparatın nəqliyyat vasitələrini və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsiri hallarına dair məlumat mövcud deyil.

İstifadə qaydası və dozası

Daxilə qəbul 1 ml = 25 damcı. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: ilk 2-3 gün 4 ml məhlul gündə 3 dəfə (gündə 90 mq ambroksol hidroxloridə bərabərdir), sonra isə 2 ml gündə 3 dəfə (gündə 45 mq ambroksol hidroxloridə bərabərdir). Ağır hallarda 4 ml məhlul gündə 3 dəfə qəbul sxemi həkim ilə konsultasiyadan sonra davam etdirilə bilər. 6-12 yaşlı uşaqlar: 2 ml məhlul gündə 2-3 dəfə (gündə 30-45 mq ambroksol hidroxloridə bərabərdir). 2-6 yaşlı uşaqlar: 1 ml məhlul gündə 3 dəfə (gündə 22,5 mq ambroksol hidroxloridə bərabərdir). 2 yaşa qədər uşaqlar: 1 ml məhlul gündə 2 dəfə (gündə 15 mq ambroksol hidroxoridə bərabərdir). İnhalyasiya Böyüklər və 6 yaşdan yuxarı uşaqlar: 2-3 ml məhlul ilə gündə 1-2 inhalyasiya. 6 yaşa qədər uşaqlar: 1-2 ml məhlul ilə gündə 1-2 inhalyasiya. Gündə yalnız 1 inhalyasiya mümkün olduğu halda preparat əlavə olaraq peroral qəbul edilməlidir. İnhalyasiya zamanı normal tənəffüs saxlanılmalıdır, çünki inhalyasiya prosesi öskürəyin güclənməsinə səbəb ola bilər. Lazolvan inhalyasiyalar üçün məhlul müxtəlif inhalyasiya üçün cihazlarda (buxar inhalyatorları istisna olmaqla) istifadə oluna bilər. İnhalyatordan daxil olan havanın kifayət qədər nəmləndirilməsini təmin etmək üçün məhlul fizioloji məhlul ilə 1:1 nisbətdə qarışdırıla bilər. Inhalyasiya etməzdən əvvəl məhlul bədən temperaturuna qədər isidilməlidir. Bronxial astması olan pasiyentlərə inhalyasiya aparılmazdan əvvəl adi bronxospazmolitik vasitə verilməlidir. Yalnız rəngsiz məhlullar və ya əhəmiyyətsiz dərəcədə rənglənmiş məhlullar istifadə olunmalıdır.

Əlavə təsirləri

Arzuolunmaz reaksiyalar aşağıda sistem-orqan siniflər və rast gəlinmə tezliyi üzrə təsnif edilmişdir: çox tez-tez rast gəlinən (≥1/10); tez-tez rast gəlinən (≥1/100 – <1/10); bəzən rast gəlinən (≥1/1000 – <1/100); nadir hallarda rast gəlinən (≥1/10000 – <1/1000); çox nadir hallarda rast gəlinən (<1/10000); tezliyi məlum olmayan (əldə olan məlumatlara əsasən tezliyi müəyyən etmək qeyri-mümkündür). Tez-tez rast gəlinən (≥1/100 – <1/10): – disgevziya (dadbilmə hissinin pozulması) – boğazda həssaslığın zəifləməsi (faringeal hipesteziya) – ürəkbulanma, ağız boşluğunda həssaslığın zəifləməsi (oral hipesteziya) Bəzn rast gəlinən (≥1/1000 – <1/100) – qusma, ishal, dispepsiya, qarında ağrı, ağızda quruluq hissi Nadir hallarda rast gəlinən (≥1/10000 – <1/1000) – hiperhəssaslıq reaksiyaları – səpgi, övrə Tezliyi məlum olmayan (əldə olan məlumatlara əsasən tezliyi müəyyən etmək qeyri-mümkündür) – anafilaktik reaksiyalar (anafilaktik şok, angionevrotik ödem və qaşınma daxil olmaqla) – ağır dəri reaksiyaları (multiform eritema, Stivens-Conson sindromu/toksiki epidermal nekroliz və kəskin generalizə olunmuş ekzantematoz pustulyoz) – boğazda quruluq hissi Şübhəli olan arzuolunmaz reaksiyalar haqqında məlumatın verilməsi Preparatın fayda/risk nisbətinin fasiləsiz monitorinqinin aparılması məqsədi ilə dərman vasitəsinin preparatının qeydiyyatından sonra arzuolunmaz reaksiyalar haqqında məlumatın verilməsi vacibdir. Səhiyyə mütəxəssisləri dərman preparatının istənilən arzuolunmaz reaksiyalar haqqında məlumatı milli dərman preparatlarının arzuolunmaz reaksiyaları haqqında məlumatın verilməsi sistemi vasitəsi ilə verməlidir. Arzuolunmaz dərman reaksiyaları inkişaf etdiyi halda tibb işçisinə, əczaçıya və ya birbaşa dərman preparatlarına qarşı arzuolunmaz reaksiyalar üzrə məlumat (dərman preparatlarının qeyri- effektivliyi barədə məlumat daxil olmaqla) bazasına müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Bu günə qədər pasiyentlərdə doza həddinin aşılması simptomları haqqında məlumat verilməmişdir. Dərman preparatının doza həddinin təsadüfən aşılması və/və ya dərman preparatının səhv istifadəsi zamanı qeyd olunan simptomlar tövsiyə edilən dozaların qəbulu zamanı qeyd olunan əlavə təsirlərə müvafiq olur. Simptomlar: əlamətlər məlum əlavə təsirlərə uyğundur – ürəkbulanma, qusma, ishal, dispepsiya. Müalicə: simptomatik müalicə.

Buraxılış forması

100 ml preparat polietilen tıxac-damcısalan və ilk açılış nəzarəti olan burulub bağlanan polietilen qapaq ilə bağlı III tip qəhvəyi (kəhrəba) rəngli şüşədən olan flakonda. Flakona özüyapışan kağızdan olan etiket yapışdırılır. 1 flakon ölçü stəkan (şəffaf stirol/akrilonitril kopomlimer) və preparatın tibbi istifadəsinə dair Azərbaycan və rus dilində təlimat ilə yanaşı karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

25C-dən yuxarı olmayan temperaturda, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Açıldıqdan sonra 1 il müddətində istifadə oluna bilər. Yararlılıq müddəti bitdikdən sonra istifadəsi yolverilməzdir!

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

De Anqeli İnstitutu, S.R.L., Lok. Prulli, 103/C, 50066 Reqello (Fl), İtaliya.

Qeydiyyat vəsiqəsinin sahibi

Sanofi-Aventis Deutschland GmbH, Germany. Brunlngstrasse 50 D-65926 Frankfrut am Main, Germany.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“LAZOLVAN 7.5 MG/ML 100 ML MEHLUL” üçün ilk rəyi siz yazın.