Ketoprol 25 mq N20 tablet Normon
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə dərman preparatları. Propion turşusunun törəmələri. Deksketoprofen |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,87 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Lütfən, bu dərman vasitəsini istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki onda Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizin əlavə suallarınız olarsa, lütfən həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onların simptomları Sizin simptomlarınızla eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Ketoprol NORMON 25 mq örtüklü tabletlər Ketoprol NORMON Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofen (BPA) (36,9 mq deksketoprofen trometamola ekvivalent) vardır Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı tip A (kartof nişastası), susuz kolloidal silisium dioksid, maqnezium-stearat, Örtük: titan dioksid (E 171), hipromelloza, makroqol 6000, talk.
Təsviri
Ketoprol NORMON 25 mq ağ və ya demək olar ki, ağ, girdə, ikitərəfli qabarıq və bir üzündə bölmə xətti olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə dərman preparatları. Propion turşusunun törəmələri. Deksketoprofen. ATC kodu: M01AE17.
İstifadəsinə göstərişlər
Ketoprol NORMON qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) adlanan farmakoloji qrupa aid olan ağrıkəsicidir. O, əzələ ağrısı, ağrılı menstruasiya (dismenoreya), dişağrısı daxil olmaqla, mülayim və orta dərəcəli ağrının müalicəsi üçün istifadə edilir.
Əks göstərişlər
– Əgər Sizdə deksketoprofen trometamola və ya bu dərman preparatının hər hansı digər komponentinə (bax: “Tərkibi”) qarşı allergiya (yüksək həssaslıq) varsa; – əgər Sizdə asetilsalisil turşusuna (aspirin) və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı allergiya varsa; – əgər Sizdə astma varsa və ya astma tutmalarından, kəskin allergik rinitdən (burunun selikli qişasının qısamüddətli iltihabı), burun polipindən (allergiya nəticəsində burunda çıxıntılar), övrədən (dəri səpgisi), angionevrotik ödemdən (üzün, gözlərin, dodaqların və ya dilin şişməsi və ya tənəffüsün çətinləşməsi) və ya asetilsalisil turşusu (aspirin) və ya digər qeyri-steroid iltihabəleyhinə preparat qəbul etdikdən sonra sinədə xırıltıdan əziyyət çəkirsinizsə; – əgər peptik xoradan, mədə və ya bağırsaq qanaxmasından əziyyət çəkirsinizsə və ya keçmişdə əziyyət çəkmisinizsə və ya həzmlə bağlı xronik problemləriniz varsa (məsələn, mədənin pozulması, qıcqırma); – əgər keçmişdə ağrını aradan qaldırmaq üçün istifadə etdiyiniz qeyri-steroid iltihab- əleyhinə preparatlarla bağlı mədə və ya bağırsaq qanaxmasından və ya perforasiyasından əziyyət çəkmisinizsə; – əgər xronik iltihabla müşayiət olunan bağırsaq xəstəliyiniz varsa (Kron xəstəliyi və ya xoralı kolit); – əgər ağır ürək çatışmazlığnız, orta ağır və ya ağır böyrək xəstəlikləriniz və ya ağır qaraciyər xəstəliyiniz varsa; – əgər qanaxma ilə bağlı və ya qanın laxtalanması ilə bağlı problemləriniz varsa; – əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa; – əgər yaşınız 18-dən aşağıdırsa.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda Ketoprol NORMON qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin: – əgər allergiyadan əziyyət çəkirsinizsə və ya keçmişdə allergiya ilə bağlı problemləriniz olmuşdursa; – əgər mayenin orqanizmdə ləngiməsi kimi, böyrək, qaraciyər və ya ürəklə bağlı problemləriniz varsa (hipertenziya və/və ya ürək çatışmazlığı) və ya keçmişdə bu problemlərdən hər hansı birindən əziyyət çəkmisinizsə; – əgər diuretik qəbul edirsinizsə və ya çoxlu maye itkisi nəticəsində (məsələn, sidik ifrazının artması, diareya və ya qusma nəticəsində) orqanizmin susuzlaşmasından və ya qanın həcminin azalmasından əziyyət çəkirsinizsə; – əgər ürəklə bağlı problemləriniz varsa, əvvəllər Sizdə ürək tutması baş vermişdirsə və ya bunun baş verməsi üçün risk varsa (məsələn, Sizdə yüksək qan təzyiqi, diabet varsa və ya qanınızda xolesterinin səviyyəsi yüksəkdirsə və ya siqaret istifadə edirsinizsə), Siz müalicənizi həkimlə və ya əczaçı ilə müzakirə etməlisiniz, belə ki, Ketoprol NORMON ürək tutmalarının (“miokard infarktı”) və ya insultun (serbrovaskulyar pozğunluq) başvermə riskini bir qədər yüksəldə bilər. Yüksək dozalarla uzunmüddətli müalicə zamanı hər hansı risk daha yüksək olur. Tövsiyə olunan dozanı və müalicə müddətini artırmayın. – əgər Siz yaşlısınızsa: Siz əlavə təsirlərdən daha çox əziyyət çəkə bilərsiniz. Əgər hər hansı əlavə təsir meydana çıxarsa, dərhal həkiminizlə məsləhətləşin; – əgər Siz fertillik problemi olan qadınsınızsa (Ketoprol NORMON fertilliyi poza bilər, ona görə də əgər Siz hamilə qalmağı planlaşdırırsınızsa və ya fertilliyə dair test həyata keçirirsinizsə, bu preparatı istifadə etməməlisiniz); – əgər Siz qanın və qan hüceyrələrinin formalaşmasında olan problemlərdən əziyyət çəkirsinizsə; – əgər Sizdə qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəliyi varsa (immun sistemin birləşdirici toxumaya təsir göstərə bilən pozğunluğu); – əgər keçmişdə bağırsağın xronik iltihabi xəstəliyindən əziyyət çəkmisinizsə (xoralı kolit, Kron xəstəliyi); – əgər mədə və ya bağırsaq problemlərindən əziyyət çəkirsinizsə və ya keçmişdə çəkmisinizsə; əgər Siz peptik xora və ya qanaxma riskini yüksəldən digər dərman preparatları, məsələn, oral steroidlər, bəzi antidepressantlar (serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) tipli), asetilsalisil turşusu (aspirin) kimi qanın laxtalanmasının qarşısını alan dərman preparatları və ya varfarin kimi antikoaqulyantlar) qəbul edirsinizsə. Belə hallarda Ketoprol NORMON qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin: o, Sizə əlavə olaraq mədənizi qorumaq üçün dərman preparatı təyin edə bilər (məs., mizoprostol və ya mədə turşusu ifrazını blokadaya alan dərman preparatları)
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hər hansı digər dərman vasitəsi qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, lütfən bu barədə həkiminizə məlumat verin.Elə dərmanlar var ki, onları bu dərman preparatı ilə birlikdə istifadə etmək olmaz, elə dərmanlar da var ki, bu preparatla birlikdə istifadə zamanı dozaya düzəliş edilməsi tələb oluna bilər. Əgər aşağıdakı dərman vasitələrindən hər hansı birini Ketoprol NORMON-a əlavə olaraq istifadə edirsinizsə və ya etmisinizsə bu barədə həkiminizə, stomatoloqa və ya tibb bacısına məlumat verin: Tövsiyə edilməyən kombinasiyalar – Asetilsalisil turşusu (aspirin), kortikosteroidlər və ya digər iltihabəleyhinə preparatlar – Varfarin, heparin və ya qanın laxtalanmasının qarşısını alan digər dərman vasitələri – Litium (əhvalın bəzi pozğunluqlarının müalicəsi üçün) – Metotreksat (revmatoid artritin və xərçəng xəstəliyinin müalicəsi üçün) – Hidantoinlər və fenitoin (epilepsiya zamanı istifadə edilir) – Sulfometoksazol (bakterial infeksiyaların müalicəsi üçün istifadə edilir) Ehtiyatlılıq tələb edən kombinasiyalar – Yüksək qan təzyiqinin və ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilən AÇF-in inhibitorları, diuretiklər, beta-blokatorlar və angiotenzin II antaqonistləri – Xronik venoz xoraların müalicəsi üçün istifadə olunan pentoksifillin və okspentifillin – Virus infeksiyalarının müalicəsi üçün istifadə olunan zidovudin – Bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan aminoqlikozid antibiotikləri – Diabet zamanı istifadə edilən xlorpropamid və qlibenklamid Əhəmiyyətli dərəcədə ehtiyatlılıq lazım olan assosiasiyalar – Bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan xinolon antibiotikləri (məs., siprofloksasin, levofloksasin) – Immun sistemin xəstəliklərində və orqan köçürülməsi zamanı istifadə olunan siklosporin və takrolimus – Streptokinaza və digər trombolitik və ya fibrinolitik dərmanlar (qan laxtalarını həll etmək üçün istifadə olunan dərmanlar) – Podaqra zamanı istifadə olunan probenesid – Xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadə olunan diqoksin – Abort üçün (hamiləliyi dayandırmaq) üçün istifadə olunan mifepriston, – Serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) qrupundan olan antidepressantlar – Trombositlərin aqreqasiyasının və qan laxtalarının formalaşmasının qarşısını almaq üçün istifadə olunan anti-trombositar dərman preparatları Əgər Siz Ketoprol NORMON ilə birlikdə digər dərman preparatı qəbul etmisinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ketoprol NORMON hamiləlik və döşlə qidalandırma dövründə istifadə edilməməlidir. Hər hansı dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin Əgər Siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola bildiyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə müraciət edin. Əgər uşaq əmizdirirsinizsə, Siz Ketoprol NORMON qəbul etməməlisiniz. Məsləhət üçün həkiminizə müraciət edin. Pediatriyada istifadəsi Ketoprol NORMON 18 yaşa qədər uşaqlarda istifadə edilməməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Ketoprol NORMON-la müalicə zamanı başgicəllənmə və yuxululuq baş verə bildiyi üçün, o, Sizin sürücülük qabiliyyətinizə zəif təsir göstərə bilər. Əgər Sizdə belə təsirlər meydana çıxarsa, onlar aradan qalxana kimi maşın və mexanizmlərdən istifadə etməyin. Məsləhət üçün həkiminizə müraciət edin.
İstifadə qaydası və dozası
Həmişə Ketoprol NORMON -u həkiminizin dediklərinə dəqiq əməl etməklə qəbul edin. Əgər nəyəsə əmin deyilsinizsə, həkiminizlə dəqiqləşdirin. Ketoprol NORMON-un qəbul etməli olduğunuz dozası Sizin ağrınızın tipindən, ağırlığından və davametmə müddətindən asılıdır. Gündə neçə tablet və nə qədər müddətə qəbul etməli olduğunuzu həkiminiz Sizə deyəcəkdir. Tövsiyə olunan doza ümumiyyətlə hər 8 saatdan bir 1 tabletdir (25 mq), lakin gündə 3 tabletdən (75 mq) artıq qəbul edilməməlidir. Əgər Siz yaşlısınızsa və ya böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, müalicəyə 2 tabletdən (50 mq) artıq olmayan ümumi gündəlik doza ilə başlamalısınız. Əgər Ketoprol NORMON-a dözümlülük yaxşı olarsa, yaşlı pasiyentlərdə bu başlanğıc doza sonradan ümumi tövsiyə olunan dozaya (75 mq) qədər artırıla bilər. Əgər Sizin ağrı intensivdirsə və Sizin üçün tez sağalmaq vacibdirsə, tabletləri acqarına (qida qəbulundan ən azı 30 dəqiqə əvvəl) qəbul edin, çünki bu zaman dərman daha tez absorbsiya olunacaq (bax: “Ketoprol NORMON-un qida və içkilərlə birlikdə qəbulu”). Dəri səpgisi və ya ağızətrafı və ya genital nahiyələrdə hər hansı zədələnmə və ya hər hansı allergiya əlaməti meydana çıxarsa, Ketoprol NORMON-un istifadəsi dayandırılmalıdır. Qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicə müddətində mayenin ləngiməsi və şişkinlik (xüsusilə, ovuclarda və ayaqlarda), qan təzyiqinin yüksəlməsi və ürək çatışmazlığı barədə məlumat verilmişdir. Ketoprol NORMON kimi dərman preparatları ürək tutmalarının (“miokard infarktı”) və insultun (sürebrovaskulyar pozğunluq) başvermə riskini bir qədər yüksəldə bilər. İmmun sistemin birləşdirici toxumaya təsir göstərən pozğunluğu olan (sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəliyi) pasiyentlərdə iltihabəleyhinə dərman vasitələri nadir hallarda qızdırma, başağrısı və ənsə əzələlərinin rigidliyini törədə bilər. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Növbəti dozanı müntəzəm qəbul vaxtında qəbul edin (“Ketoprol NORMON-u necə qəbul etmək lazımdır”). Əgər bu dərman preparatının istifadəsinə dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Ketoprol NORMON-un qida ilə, içkilərlə və alkoqolla birlikdə qəbulu Tabletləri kifayət qədər su ilə qəbul edin. Tabletləri qida ilə birlikdə qəbul edin, belə ki, qida mədəyə və ya bağırsağa olan əlavə təsirləri azaltmağa kömək edir. Lakin, əgər Sizdə kəskin ağrı varsa, tabletləri acqarına, yəni ən azı qida qəbulundan 30 dəqiqə əvvəl qəbul edin, belə ki, bu dərmanın tez təsir göstərməsinə səbəb olacaqdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, Ketoprol NORMON də əlavə təsirlər törədə bilər, baxmayaraq ki, bu hər kəsdə baş vermir. Əlavə təsirlər aşağıda başvermə tezliklərinə görə təsnif edilmişdir. Bu cədvəl Sizə nə qədər pasiyentin əlavə təsirlərə məruz qala biləcəyini göstərəcəkdir: Tez-tez 100 pasiyentdən 1-dən çoxunda, lakin 10 pasiyentdən 1-dən azında rast gəlir Bəzən 1000 pasiyentdən 1-dən çoxunda, lakin 100 pasiyentdən 1-dən azında rast gəlir Nadir 10000 pasiyentdən 1-dən çoxunda, lakin 1000 pasiyentdən 1-dən azında rast gəlir Çox nadir 10000 pasiyentdən 1-dən azında rast gəlir Tez-tez baş verən əlavə təsirlər Ürəkbulanma və/və ya qusma, mədə ağrısı, diareya, həzmin pozulması (dispepsiya). Bəzən baş verən əlavə təsirlər Fırlanma hissi (vertiqo), başgicəllənmə, yuxululuq, yuxunun pozulması, əsəbilik, başağrısı, ürəkdöyünmə hissi, üzə qandolma, mədə problemləri, qəbizlik, ağızda quruluq, meteorizm, dəri səpgisi, yorğunluq, ağrı, qızdırma və titrətmə hissi, özünü pis hissetmə. Nadir hallarda baş verən əlavə təsirlər Peptik xora, peptik xoranın özünü qanlı qusma və ya qara nəcis şəklində birəzə verən perfora- siyası və ya qanaxması, bayılma, yüksək qan təzyiqi, həddindən artıq yavaş tənəffüs, suyun ləngiməsi və ya periferik çiçkinlik (məs., ovucların şişməsi), qırtlağın ödemi, iştahanın itməsi (anoreksiya), qeyri-normal hiss, qaşınan səpgi, çivzə, tər ifrazının artması, beldə ağrı, tez-tez sidiyəgetmə, menstrual pozğunluqlar, prostatda problemlər, qaraciyərin funksional testlərinin qeyri-normal nəticələri (qan analizləri), qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit), kəskin böyrək çatışmazlığı. Çox nadir hallarda baş verən əlavə təsirlər Anafilaktik reaksiya (kollapsa səbəb ola bilən yüksək həssaslıq reaksiyası), dəridə, ağızda, gözlərdə və genital nahiyədə açıq yaralar (Stivens-Conson və Layell sindromları), üzdə və ya dodaqlarda və boğazda şişkinlik (angionevrotik ödem), tənəffüs yollarının spazmı nəticəsində (bronxospazm) təngnəfəslik, tənəffüsün çətinləşməsi, ürəyin yığılma tezliyinin artması, aşağı qan təzyiqi, mədəaltı vəzinin iltihabı, dumanlı görmə, qulaqlarda cingilti (tinnit), dərinin həssaslığı, işığa qarşı həssaslıq, qaşınma, böyrək problemləri. Ağ qan cisimciklərinin miqdarının azalması (neytropeniya), qanda trombositlərin azalması (trombositopeniya). Əgər müalicənin başlanğıcında mədədə/bağırsaqda hər hansı əlavə təsir hiss etsəniz (məsələn, mədə ağrısı, qıcqırma və ya qanaxma), əgər keçmişdə iltihabəleyhinə dərman vasitələrinin uzun- müddətli istifadəsi nəticəsində bu cür əlavə təsirlərin hər hansı birindən əziyyət çəkmisinizsə və xüsusilə Siz yaşlısınızsa, dərhal həkiminizə müraciət edin. Əgər Sizdə hər hansı əlavə təsir meydana çıxarsa, həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. Bura bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsirlər də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə, Siz, bu dərman vasitəsinin təhlükəsizliyinə dair daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Əgər Siz lazım olduğundan artıq Ketoprol NORMON qəbul etmisinizsə və ya onu təsadüfən udmusunuzsa, dərhal həkiminizə və ya əczaçıya müraciət edin və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə gedin. Bu zaman bu dərman preparatını və ya onun içlik vərəqəsini özünüzlə götürməyi unutmayın.
Buraxılış forması
20 örtüklü tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan temperaturda, işıqdan qorumaq üçün orijinal qablaşdırmada, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini çirkab sularına və məişət tullantılarının içərisinə atmaq olmaz. Artıq istifadə olunmayan dərman vasitəsinin necə məhv edilməli olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
2 il . Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
LABORATORIOS NORMON S.A., İSPANİYA. Ünvan Ronda de Valdecarrizo, 6 – 28760 Tres Cantos – Madrid (SPAIN).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.