HEPAVEF 245 MG N 30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Virus əleyhinə vasitə |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
117,75 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. – Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. – Əgər Sizdə əlavə suallar yaranarsa, həkiminizdən və ya əczaçıdan və ya tibb bacısından soruşun. – Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. – Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, bu dərmandan istifadə etdiyinizi həkimə bildirin. – Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə tövsiyə olunan dozasından yüksək və ya aşağı doza istifadə etməyin. ”. HEPAVEF-B 245 mq örtüklü tabletlər HEPAVEF-B Beynəlxalq patentləşdirilməmiş adı: Tenofovir disoproxil
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 245 mq tenofovir dizoproksil vardır (300 mq tenofovir dizoproksil fumarata ekvivalent). Köməkçi maddələr:laktoza monohidrat, prejelatinləşdirilmiş nişasta, kroskarmelloza natrium, mikrokristallik sellüloza, maqnezium stearat. Örtük: opadri II Blue 85F30673 (polivinil spirti, titan dioksid, polietilenqlikol, talk, FD&C mavi 2 indiqokarmin alüminium lakı, qara dəmir oksidi).
Təsviri
Açıq mavi rəngli, badam şəkilli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Virus əleyhinə vasitə. ATC kodu: J05AF07.
Farmakoloji xüsusiyyətləri
HEPAVEF-B-nin təsiredici maddəsi tenofovir dizoproksildir. Bu təsiredici maddə hepatit B virusunu və ya İİV-i ya da hər ikisini müalicə etmək üçün istifadə edilən virus əleyhinə və ya antiretrovirus dərmandır. Tenofovir, əks transkriptazanın nukleotid inhibitorudur (ƏTNİ) və virusların özlərini yenidən bərpa etməsi üçün əsas olan fermentlərin (hepatit B-də DNT polimeraza, İİV-də əks transkriptaza) fəaliyyətini pozmaqla təsir göstərir. İİV zamanı HEPAVEF-B, İİV infeksiyasını müalicə etmək üçün hər zaman digər dərmanlarla kombinəedilmiş şəkildə istifadə edilməlidir. Bu dərman, İİV infeksiyasının çarəsi deyildir. HEPAVEF-B-dən istifadə zamanı İİV infeksiyası ilə bağlı infeksiyalar və digər xəstəliklər yarana bilər. Həmçinin başqalarına da İİV və ya HBV yoluxdura bilərsiniz; ona görə başqalarını yoluxdurmamaq üçün müəyyən tədbirlərin görülməsi zəruridir.
İstifadəsinə göstərişlər
HEPAVEF-B 245 mq örtüklü tablet, hepatit B virus (HBV) infeksiyası olan xroniki hepatit B-nin müalicəsi üçün istifadə olunur. Tabletler böyüklərdə və 12 yaşdan böyük 18 yaşdan kiçik yeniyetmələrdə istifadə üçün uygundur. HEPAVEF-B 245 mq örtüklü tablet, həmçinin insanın immun çatışmazlığı virus (İİV) infeksiyasının müalicəsi üçün istifadə olunur. Tabletlər: • 18 yaşdan böyük pasiyentlərdə və əvvəllər digər İİV dərman preparatları ilə müalicə almış və həmin dərman preparatlarının artıq qeyri-effektiv olduğu və onlara qarşı rezistentlik yaranmış 12-18 yaşlı yeniyetmələrdə istifadə üçün uyğundur. Hepatit B virusunun (HBV) HEPAVEF-B-ilə müalicəsi üçün İİV infeksiyasının olması vacib deyildir.
Əks göstərişlər
Tenofovir dizoproksil fumarata və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). Əgər bu, Sizin üçün keçərlidirsə, bunu dərhal həkiminizə bildirin və HEPAVEF-B istifadə etməyin. HEPAVEF-B aktiv maddə tenofovir disoproksili saxlayır. Bu aktiv maddə HİV və ya HBV infeksiyasını və ya hər ikisini müalicə etmək üçün istifadə edilən antiretrovirus və ya antiviral dərmandır. Tenofovir, ümumiyyətlə NRTI kimi tanınan bir nukleotid əks transkriptaza inhibitorudur və virusların özlərinin çoxalması üçün vacib olan fermentlərin (HİV əks transkriptazasında; hepatit B DNT polimerazasında) normal işinə müdaxilə etməklə işləyir. HİV-də HEPAVEF-B həmişə HİV infeksiyasını müalicə etmək üçün digər dərmanlarla birlikdə istifadə edilməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda HEPAVEF-B EHTİYATLA istifadə edilməlidir • Əgər, böyrək xəstəliyiniz varsa və ya analizlərdə böyrəklərinizdə problemlərin olduğu üzə çıxarsa, bunu həkiminizə bildirin. HEPAVEF-B mövcud böyrək problemləri olan yeniyetmələrdə istifadə edilməməlidir. Müalicəyə başlamazdan öncə, həkiminiz böyrəklərinizin funksional vəziyyətini qiymətləndirmək üçün qan analizlərinin aparılmasına qərar verə bilər. HEPAVEF-B-ilə müalicə zamanı o, böyrəklərinizə təsir göstərə bilər. Həkiminiz böyrəklərinizin necə fəaliyyət göstərdiyini yoxlamaq üçün müalicə müddətində qan analizlərinin aparılmasına qərar verə bilər. Lazım gələrsə, həkiminiz tabletleri daha az tezliklə almanızı tövsiyə edə bilər. Həkiminizin tövsiyəsi olmadan təyin edilmiş dozanı azaltmayın. HEPAVEF-B, adətən, böyrəklərinizə zərər verə biləcək digər dərmanlarla birlikdə istifadə edilmir (bax:“ Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Əgər bu, qaçılmazdırsa, həkiminiz böyrəklərinizin funksional vəziyyətini həftədə bir dəfə yoxlayacaqdır. • yaşınız 65-dən yuxarıdırsa, həkiminizlə məsləhətləşin. 65 yaşdan yuxarı xəstələrdə HEPAVEF-B- nin istifadəsi tədqiq edilməmişdir. Əgər yaşınız 65-dən yuxarıdırsa və Sizə HEPAVEF-B təyin edilmişdirsə, həkiminiz Sizi diqqətlə izləyəcəkdir. • İİV infeksiyası olan 12 yaşa qədər uşaqlara HEPAVEF-B verilməməlidir. • 12 yaşın altındaki HBV ilə infeksiyalaşmış 12 yaşdan aşağı uşaqlara HEPAVEF-B verilməməlidir. • Hepatit daxil olmaqla, anamnezinizdə qaraciyər xəstəliyi varsa həkiminizlə məsləhətləşin. Xronik hepatit B və ya C daxil olmaqla qaraciyər xəstəliyi olan və antiretrovirus preparatlarla müalicə edilən xəstələr, ağır və potensial olaraq ölümcül qaraciyər fəsadlarına görə daha yüksək risk altındadırlar. Sizdə Hepatit B infeksiyası varsa, həkiminiz Sizin üçün ən yaxşı müalicə rejimini diqqətlə qiymətləndirəcəkdir. Anamnezinizdə qaraciyər xəstəliyi və ya xronik hepatit B infeksiyası varsa, həkiminiz, qaraciyərin funksional vəziyyətini diqqətlə izləmək üçün qan analizləri həyata keçirə bilər. Həkiminizin tövsiyəsi olmadan HEPAVEF-B-dən istifadəni dayandırmayın. HEPAVEF-B-nin istifadəsini dayandırdıqdan sonra müalicə sonrası hiss etdiyiniz bütün yeni qeyri-adi və pisləşən simptomlar barədə dərhal həkiminizə məlumat verin. Sizdə hepatit B (mono infeksiya) və ya eyni zamanda hepatit B və İİV (birgə-infeksiya) varsa, bəzi xəstələrdə, HEPAVEF-B-ilə müalicəni dayandırdıqdan sonra hepatitin ağırlaşdığını göstərən əlamətlər və ya pisləşən qan analizləri mövcuddur. HEPAVEF-B ilə müalicə dayandırıldıqdan sonra həkiminizin vəziyyətinizi izləməsi çox vacibdir. Müalicə dayandırıldıqdan sonra bir neçə ay qan analizləri verməyiniz lazım gələ bilər. • HEPAVEF-B-ni qəbul etməyə başladıqdan sonra, baş verə biləcək laktoasidozun simptomlarına diqqət etmək lazımdır. HEPAVEF-B qaraciyərin böyüməsi ilə birlikdə laktoasidoza (qanınızda süd turşusunun normadan yuxarı olması) səbəb ola bilər. Heyvanlar və insanlar üzərində aparılan tədqiqatların nəticələri HEPAVEF-B-ilə müalicə zamanı laktoasidozun başvermə riskinin aşağı olduğunu göstərir. Dərin və sürətli nəfəs alıb vermə, yuxululuq və ürəkbulanma, qusma və mədə ağrısı kimi qeyri-spesifik simptomlar laktoasidozun inkişafını göstərə bilər. Bu nadir, ancaq ciddi əlavə təsir bəzən ölümcül olur. Nukleozid analoqlarının səbəb olduğu laktoasidoz daha çox qadınlarda, xüsusilə də bədən kütləsi artıq olan qadınlarda rast gəlir. Qaraciyər xəstəliyi zamanı laktoasidozun başvermə riski daha yüksək ola bilər. HEPAVEF-B-ilə müalicə edilərkən, həkiminiz, laktoasidozun inkişafına dair bütün simptomlara görə Sizi diqqətlə müşahidə edəcəkdir. • Başqalarını yoluxdurmamaq üçün ehtiyatlı olun. HEPAVEF-B, cinsi əlaqə və ya qan vasitəsilə başqalarına Hepatit B virusu (HBV) və ya İİV yoluxdurma riskini azaltmır. Bundan qaçmaq üçün ehtiyat tədbirləri görməkdə davam etməlisiniz. Digər tədbirlər İİV müalicəsində, kombinəolunmuş antiretrovirus müalicələri (HEPAVEF-B daxil olmaqla) qanda şəkərin səviyyəsini yüksəldə bilər, qandakı yağları artıra bilər (hiperlipidemiya), bədəndə yağların dəyişikliyinə və insulinə qarşı rezistentliyin inkişafına səbəb ola bilər (bax: “Mümkün əlavə təsirləri”). Diabetiniz varsa, bədən kütləniz artıqdırsa və ya xolesterininiz yüksəkdirsə, həkiminizlə məsləhətləşin. İnfeksiyalara diqqət edin. İnkişaf etmiş İİV infeksiyası (QİÇS) və ya hər hansı bir başqa infeksiyanız varsa, HEPAVEF-B ilə müalicəyə başlandıqdan sonra iltihab simptomları meydana çıxa bilər və ya mövcud olan iltihab simptomlarında pisləşmə müşahidə edilə bilər. Bu simptomlar, orqanizminizin yaxşılaşmış immün sisteminin infeksiya ilə mübarizəsinin əlaməti ola bilər. HEPAVEF-B-ni qəbul etməyə başladıqdan dərhal sonra iltihabi simptomlara diqqət edin. İltihabi simptomlar hiss etsəniz, dərhal bunu həkiminizə bildirin. İİV infeksiyasının müalicəsi üçün dərman qəbul etməyə başladıqdan sonra opportunist infeksiyalardan başqa autoimmun pozğunluqlar da (immun sistemin orqanizmin sağlam toxumalara hücumu nəticəsində baş verən pozğunluq) meydana çıxa bilər. Autoimmun pozğunluqlar müalicə başladıqdan aylar sonra da meydana çıxa bilər. İnfeksiya əlamətləri və ya əzələ zəifliklərində və ayaqlarda başlayan və bədənə yayılan zəiflik, sürətli ürəkdöyünmə, titrətmə və ya hiperaktivlik kimi başqa əlamətlər hiss etsəniz, lazım olan müalicəni almaq üçün dərhal həkiminizə müraciət edin. Hepatit C və ya D ilə birgə infeksiya Hepatit C və ya D virusu ilə birgə infeksiyalaşmış xəstələrdə tenofovirin effektivliyi ilə bağlı hər hansı bir məlumat yoxdur. İİV və hepatit B ilə birgə infeksiya Tenofovir dizoproksil fumarat, İİV/hepatit B virusu ilə birgə infeksiyalaşmış xəstələrdə, İİV rezistentliyin inkişaf riskinə görə, yalnız müvafiq kombinəolunmuş antiretrovirus rejiminin bir hissəsi kimi istifadə edilməlidir. Sümüklə bağlı problemlər Kombinəolunmuş antiretrovirus müalicəsi alan bəzi yetkin İİV xəstələrındə osteonekroz (sümüyün qan təchizatının itməsi nəticəsində sümük toxumasının ölməsi) baş verə bilər. Digərləri ilə yanaşı kombinəolunmuş antiretrovirus müalicəsinin müddəti, kortikosteroidlərin istifadəsi, spirtdən istifadə, güclü immunosupressiya və yüksək bədən kütləsi indeksi osteonekrozun baş verməsinin bir çox risk faktorlarından biri ola bilər. Osteonekrozun simptomlarına sümüklərdə bərklik, sızıltı və ağrı (xüsusilə bud, diz və çiyində) və hərəkətin çətinləşməsi aiddir. Bu simptomlardan hər hansı biri meydana çıxarsa, lütfən həkiminizi məlumatlandırın. Sümüklə bağlı problemlər (zaman zaman sınıqlarla nəticələnə bilən), böyrək kanalcıqları hüceyrələrinin zədələnməsi nəticəsində baş verə bilər (bax: “Mümkün əlavə təsirlər”). Həkiminizin tövsiyəsi olmadan müalicənizi dayandırmayın. Bu xəbərdarlıqlar keçmişdəki hər hansı bir dönəmdə də olsa, Sizin üçün geçərlidirsə, lütfən, bunu həkiminizə bildirin. HEPAVEF-B-nin tərkibində olan bəzi köməkçi maddələr haqqında mühüm məlumatlar Laktozaya və ya digər şəkərlərə qarşı dözümsüzlüyünüz varsa, bunu həkiminizə bildirin. HEPAVEF- B-nin tərkibində laktoza monohidrat vardır. Laktozaya qarşı dözümlülüyünüzün olduğunu bilirsinizsə və ya Sizə digər şəkərlərdən hər hansı birinə qarşı dözümsüzlüyünüzün olduğu deyilmişdirsə, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda və ya yaxın zamanlarda istifadə etdiyiniz və ya edə biləcəyiniz bütün dərmanlar barədə həkiminizə və ya əczaçıya məlumat verin. • Sizdə həm HBV həm də İİV varsa, HEPAVEF-B-ilə müalicəyə başladıqda həkiminizin təyin etdiyi hər hansı bir anti-İİV dərmanından istifadəni dayandırmayın. • Tərkibində Tenofovir dizoproksil fumarat olan başqa dərmanlar istifadə edirsinizsə, HEPAVEF-B istifadə etməyin. HEPAVEF-B-ni tərkibində adefovir dipivoksil (xronik hepatit B-nin müalicəsində istifadə edilən dərman) olan dərmanlarla birlikdə istifadə etməyin. • Böyrəklərinizə zərər verə biləcək başqa dərmanlar istifadə edirsinizsə, bunu həkiminizə söyləməniz çox vacibdir. Bu dərmanlara aşağıdakılar aiddir: • aminoqlikozidlər (bakterial infeksiyalarda istifadə üçün); • amfoterisin B (göbələk infeksiyası zamanı istifadə olunur); • foskamet (virus infeksiyası zamanı istifadə olunur); • qansiklovir (virus infeksiyası zamanı istifadə olunur); • pentamidin (infeksiyalar zamanı istifadə olunur); • vankomisin (bacterial infeksiyalarda istifadə üçün); • interleykin-2 (xərçəngin müalicəsində istifadə olunur); • sidofovir (virus infeksiyası zamanı istifadə olunur); • adefovir dipivoksil (HBV üçün); • takrolimus (immun sistemin supressiyası üçün); • Didanozin tərkibli digər dərmanlar (İİV infeksiyası üçün). HEPAVEF-B-nin didanozin tərkibli digər antivirus dərmanlarla birlikdə qəbul edilməsi qanınızda didanozinin səviyyəsini yüksəldə və CD4 hüceyrə sayını azalda bilər. Tenofovir dizoproksil fumarat və didanozin tərkibli dərmanlar birlikdə qəbul edildikdə nadir hallarda, mədəaltı vəzinin bəzən ölümə səbəb olan iltihabı və laktoasidoz (qanda süd turşusunun müqdarının normadan yuxarı olması) barədə məlumat verilmişdir. Həkiminiz Sizi tenofovir və didanozin kombinasiyası ilə müalicə edib etməməyi məsələsini diqqətlə qiymətləndirəcəkdir. Tenofovir dizoproksil fumarat və didanozinin birlikdə istifadəsi tövsiyə olunmur. • Nukleozidlər/nukleotidlər ilə üçlü müalicə Tenofovir dizoproksil fumarat, gündə tək doza rejimi şəklində lamivudin və abakavir ilə yanaşı lamivudin və didanozinlə də kombinə edildiyi zaman, İİV xəstələrındə yüksək səviyyədə viroloji çatışmazlıq və erkən mərhələdə rezistentliyin inkişaf etməsi məlumat verilmişdir. Əgər resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hazırda hər hansı dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman preparatını istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. • Həkiminizlə məsləhətləşmədən HEPAVEF-B-ni hamiləlik dövründə istifadə etməməlisiniz. HEPAVEF-B-nin hamilə qadınlarda istifadəsi ilə bağlı klinik məlumat yoxdur və adətən, kəskin zərurət olmazsa, istifadə edilməməlidir. • HEPAVEF-B ilə müalicə dövründə hamilə qalmaqdan qaçın. Hamilə qalmamaq üçün effektiv kontrasepsiya metodlarından istifadə etməlisiniz. • Hamilə qalarsınızsa və ya hamilə qalmağı planlaşdırarsınızsa, həkiminizdən antiretrovirus müalicəsinin Sizə və körpənizə ola biləcək faydalarını və potensial risklərini soruşun. Hamiləlik HEPAVEF-B istifadə edirsinizsə, həkiminiz uşağın doğuşunu izləmək üçün müntəzəm qan analizləri və digər diaqnostik analizlər barədə qərar verə bilər. Hamiləlik dövründə ƏTNİ alan anaların uşaqlarında, virusa qarşı müdafiənin faydası və əlavə təsir riski yenidən qiymətləndirilmişdir. Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. Laktasiya Dərman preparatını istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. • HEPAVEF-B-ilə müalicə dövründə uşağınızı ana süd ilə qidalandırmayın. Çünki bu dərmanın təsiredici maddəsi ana südünə nüfuz edir. • Hepatit B virusu (HBV) olan və ya İİV-li qadınsınızsa, virusu ana südü ilə uşağınıza keçirməmək üçün uşağınızı əmizdirməməyiniz vacibdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
HEPAVEF-B başgicəllənmə törədə bilər. HEPAVEF-B-dən istifadə zamanı başgicəllənmə baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.
İstifadə qaydası və dozası
• Böyüklər: qida ilə birlikdə (məsələn, yemək və ya qəlyanaltı zamanı) hər gün bir tablet daxilə qəbul edilir. Udmağa çətinlik çəkirsinizsə, tableti əzmək üçün bir qaşığın ucunu istifadə edə bilərsiniz. Sonra, tozu təqribən 100 ml (yarım stəkan) su, portağal şirəsi və ya üzüm şirəsi ilə qarışdırıb dərhal içə bilərsiniz. • HEPAVEF-B-ni hər zaman həkiminizin tövsiyələrinə tam əməl etməklə qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirməlisiniz. • Hər zaman həkiminizin təyin etdiyi dozanı qəbul edin. Bu, dərmanınızın tam təsirli olduğundan əmin olmaq və müalicəyə qarşı rezistentliyin inkişaf riskini azaltmaq üçündir. Həkiminizin göstərişi olmadan dozanı dəyişdirməyin. • Sizdə İİV varsa, həkiminiz HEPAVEF-B-ni digər antiretrovirus dərmanlarla birlikdə təyin edəcəkdir. Sizdə həm Hepatit B virusu (HBV) həm də İİV (birgə infeksiya) varsa, HEPAVEF-B-ni həkiminizin təyin etdiyi digər antiretrovirus dərmanlarla birlikdə qəbul etməyiniz çox vacibdir. Hepatit B xəstəsisinizsə, həkiminiz, həm hepatit B virusu həm də İİV virusunun olub-olmamasını müəyyən etmək üçün İİV analızı elətdirməyinizi tövsiyə edə bilər. Bu dərmanların necə istifadə edilmələri ilə bağlı məlumat almaq üçün istifadə edilən digər antiretrovirus preparatların içlik vərəqələrini oxuyun. Müxtəlif yaş qrupları • HBV infeksiyası olan ən azı 35 kq ağırlığında 12 yaşlı və ondan böyük yeniyetmələr: yeməklə birlikdə gündə bir tablet. • İİV infeksiyası olan ən azı 35 kq ağırlığında 12 yaşlı və ondan böyük yeniyetmələr: yeməklə birlikdə gündə bir tablet. • HBV infeksiyası olan uşaqlarda (12 yaşa qədər) istifadə edilmir. • İİV infeksiyası olan uşaqlarda (12 yaşa qədər) istifadə edilmir. Xüsusi hallarda istifadəsi • Əgər böyüksünüzsə və böyrəklərinizdə problemlər varsa, həkiminiz HEPAVEF-B-i daha aşağı tezlikdə qəbul etməyinizi tövsiyə edə bilər. HEPAVEF-B-nin qida və içkilərlə birlikdə istifadəsi HEPAVEF-B qida ilə birlikdə qəbul edilməlidir (məsələn, yeməklə və ya qəlyanaltı ilə). HEPAVEF-B-nin istifadəsini unutsanız HEPAVEF-B-nin dozasının qəbulunu buraxmamaq vacibdir. Əgər bir dozanın qəbulunu buraxsanız buraxdığınız dozadan sonra nə qədər vaxt keçdiyini hesablayın. • Dozanın normal halda qəbul edildiyi vaxtdan sonra 12 saatdan az vaxt keçmişdirsə. Unutduğunuz dozanı mümkün olduqca tez bir zamanda qəbul edin və sonrakı dozanı həmişəki vaxtında qəbul edin. • Dozanın normal halda qəbul edildiyi vaxtdan sonra 12 saatdan çox vaxt keçmişdirsə, unutduğunuz dozanı qəbul etməyin, gözləyin və növbəti dozanı həmişəki vaxtında qəbul edin. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. HEPAVEF-B-ni qəbul etdikdən sonra 1 saatdan az müddət ərzində qusarsınızsa, başqa bir tablet qəbul edin. HEPAVEF-B-i qəbul etdikdən sonra 1 saatdan çox keçən zaman qusarsınızsa, başqa bir tablet qəbul etməyinizə ehtiyac yoxdur. Unudulmuş dozaları əvəz etmək üçün ikiqat doza qəbul etməyin. HEPAVEF-B ilə müalicənin dayandırılmasından sonra yarana biləcək təsirlər • Həkiminizin tövsiyəsi olmadan HEPAVEF-B-in qəbulunu dayandırmayın. HEPAVEF-B ilə müalicəni dayandırmaq, həkiminizin üstünlük verdiyi müalicənin effektivliyini azalda bilər. Hər hansı bir səbəbdən HEPAVEF-B qəbul etməyi dayandırmazdan əvvəl, xüsusilə əgər əlavə təsirlər hiss edirsinizsə və ya başqa bir xəstəliyiniz varsa həkiminizlə məsləhətləşin. HEPAVEF-B tabletini yenidən qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Sizdə hepatit B və ya eyni zamanda İİV və hepatit B (birgə infeksiya) varsa, ilk öncə həkiminizlə məsləhətləşmədən HEPAVEF-B ilə müalicənizi dayandırmamağınız çox vacibdir. Bəzi xəstələrdə, HEPAVEF-B-nin istifadəsini dayandırdıqdan sonra hepatitin ağırlaşmasını göstərən qan analizləri və ya simptomlar mövcuddur. Müalicə dayandırıldıqdan sonra bir neçə ay qan analizləri etdirməyiniz lazım gələ bilər. İnkişaf etmiş qaraciyər xəstəliyi və ya sirrozu olan bəzi xəstələrdə, müalicənin dayandırılması hepatitin ağırlaşmasına səbəb ola bildiyindən, müalicənin dayandırılması tövsiyə edilmir. Hər hansı bir səbəbdən HEPAVEF-B qəbul etməyi dayandırmazdan əvvəl, xüsusilə əgər əlavə təsirlər hiss edirsinizsə və ya başqa bir xəstəliyiniz varsa həkiminizlə məsləhətləşin. Müalicəni dayandırdıqdan sonra, xüsusilə hepatit B infeksiyası ilə bağlı simptomlar və ya yeni, qeyri- adi simptomlar barədə həkiminizi məlumatlandırın. HEPAVEF-B tabletlerini yenidən qəbul etməyə başlamazdan öncə həkiminizlə görüşün. Bu dərmanın istifadəsi ilə bağlı başqa suallarınız olarsa, həkiminzlə və ya əczaçı ilə dəqiqləşdirin. Əgər HEPAVEF-B-nin təsirinin çox güçlü və ya zəif olduğuna dair şübhəniz olarsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlarda olduğu kimi, HEPAVEF-B-in tərkibində olan maddələrə qarşı həssas olan pasiyentlərdə əlavə təsirlər meydana çıxa bilər. Mümkün ciddi əlavə təsirlər: aşağıdakı hallar baş verərsə, həkiminizə məlumat verin: • Laktoasidoz (qanda süd turşusunun səviyyəsinin yüksək olması) nadir hallarda (1000 xəstədən ən çoxu 1-də rast gələ bilər) rast gələ bilən, lakin ölümcül ola bilən, ciddi əlavə təsirdir. Aşağıdakı əlavə təsirlər laktoasidozun simptomları ola bilər: • dərin, sürətli nəfəs alıb vermə • başgicəllənmə • ürəkbulanma, narahatlıq və mədə ağrısı Sizdə laktoasidozun ola biləcəyini düşünürsünüzsə, dərhal həkiminizə müraciət edin. Diğər mümkün əlavə təsirlər Aşağıda göstərilən əlavə təsir tez-tez baş verən əlavə təsir deyil (100 xəstədən ən çoxu 1-də rast gələ bilər): • mədədə mədəaltı vəzinin iltihabı ilə bağlı ağrı Aşağıda göstərilən əlavə təsirlər nadir hallarda meydana çıxır (1000 xəstədən ən çoxu 1-də rast gələ bilər): • böyrəklərin iltihabı, həddindən artıq sidiyəgetmə və susama, böyrək kanalcıqları hüceyrə- lərinin zədələnməsi • sidikdə dəyişikliklər və böyrək çatışmazlığı daxil olmaqla, böyrək xəstəliklərinin səbəb olduğu bel ağrısı • böyrək kanalcıqları hüceyrələrinin zədələnməsi ilə bağlı sümüklərdə yumşalma (sümük ağrısı ilə birlikdə və bəzən sınıqlarla nəticələnən) • qaraciyərin piylənməsi • bədən formasında dəyişiklik. İİV müalicəsində, kombinəolunmuş antiretrovirus müalicə (HEPAVEF-B daxil olmaqla), bədəndə yağın parçalanma şəklini dəyişdirərək bədən formanızın dəyişməsinə səbəb ola bilər. Ayaqlarınızdan, qollarınızdan və üzünüzdən yağ itirə bilərsiniz, mədə və daxili orqanlarınız piylənə bilər, sinənizdə böyümə baş verə bilər və ya boynunuzun arxasında piy düyünləri (“öküz donqarı”) əmələ gələ bilər. Bu dəyişikliklərin səbəbi və sonra ola biləcək təsirləri məlum deyil. Bu ciddi əlavə təsirlərin hər hansı birinin Sizdə ola biləcəyini düşünürsünüzsə, dərhal həkiminizlə görüşün. Çox tez-tez baş verən əlavə təsirlər Aşağıda göstərilən əlavə təsirlər çox yayılmış əlavə təsirlərdir (100 xəstədən ən azı 10-da rast gələ bilər): • ishal, qusma, ürəkbulanma, başgicəllənmə, səpgi, zəiflik Testlər həmçinin aşağıdakıları göstərə bilər: • qanda fosfatın səviyyəsinin azalmasını Digər mümkün əlavə təsirlər Aşağıda göstərilən əlavə təsirlər tez-tez baş verən əlavə təsirlərdir (100 xəstədən ən çoxu 10-da rast gələ bilər): • baş ağrısı, mədə ağrısı, yorgunluq, şişkinlik, qaz toplanması Testlər həmçinin göstərə bilər: • qaraciyərdə problemlərin olmasını Aşağıda göstərilən əlavə təsirlər tez-tez baş verən əlavə təsirlər deyildir (100 xəstədən ən çoxu 1-də rast gələ bilər): • əzələlərin atrofiyası, əzələ ağrısı və ya zəiflik Testlər həmçinin aşağıdakıları göstərə bilər: • qanda kaliumun səviyyəsinin azalmasını • qanda kreatininin səviyyəsinin artmasını • mədəaltı vəzidə problemlərin olmasını Böyrək kanalcıqları hüceyrələrinin zədələnməsi nəticəsində əzələlərin atrofiyası, sümüklərdə yumşalma (sümük ağrısı ilə birlikdə və bəzən qırılma ilə nəticələnən), əzələ ağrısı, əzələ zəifliyi və qanda kaliumun və ya fosfatın səviyyəsinin azalması baş verə bilər. Aşağıda göstərilən əlavə təsirlər nadir hallarda meydana çıxır (1000 xəstədən ən çoxu 1-də rast gələ bilər): • mədədə qaraciyərin iltihabı ilə bağlı ağrı • üzdə, dodaqlarda, dildə və ya boğazda şişkinlik İİV-in müalicəsində, kombinəolunmuş antiretrovirus müalicəsi qanda yağların səviyyəsinin artmasına (hiperlipidemiya) və insulinə qarşı rezistentliyin yaranmasına da səbəb ola bilər. Həkiminiz bu dəyişiklikləri müəyyən etmək üçün test keçirəcəkdir. Bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. Əlavə təsirlər haqqında məlumatın verilməsi İçlik vərəqədə qeyd edilən və ya edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Siz, həmçinin əlavə təsirlər barədə məlumatı www.titck.gov.tr saytında olan “Dərman əlavə təsirləri barədə məlumatın verilməsi” işarəsini basmaqla verə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə, Siz, istifadə etdiyiniz dərmanın təhlükəsizliyinə dair daha çox məlumatın toplanmasına kömək etmiş olarsınız.
Doza həddinin aşılması
Təsadüfən qəbul etməli olduğunuz dozadan daha artıq dozada HEPAVEF-B qəbul etsəniz, bu dərmanla bağlı mümkün əlavə təsirlərin meydana çıxması riski arta bilər (bax: “Əlavə təsirləri), məsləhət üçün həkiminizə və ya ən yaxın təcili yardıma müraciət edin. Nə qəbul etdiyinizi asan bildirə bilməyiniz üçün tablet flakonunu özünüzlə götürün.
Buraxılış forması
30 və ya 90 örtüklü tablet, flakonda. Hər flakonun içərisində tabletləri qorumaq üçün bir silisium dioksid kapsulu vardır və o, flakondan çıxarılmamalı və udulmamalıdır. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddəti bitmiş və ya istifadə olunmayan dərmanları məişət tullantılarının içərisinə atmayın. Onların hara atılmalı olduğunu əczaçıdan soruşun.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Əgər qablaşdırma zədəli olarsa, HEPAVEF-B-ni istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Vefa İlaç San. ve Tic. A. Ş. Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2. Beylikdüzü / İSTANBUL / TÜRKİYƏ. Telefon: (0212) 438 70 85. Faks: (0212) 438 70 87.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.