GIDROKORTIZON 1% 10 GR. KREM RIVULET

Dərman formasıKrem
Farmakoloji təsirKortikosteroidlər, dermatoloji preparatlar; zəif kortikosteroidlər (I qrup)
İstehsal ölkəsiVyetnam

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HİDROKORTİZON 1% xarici istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Hydrocortisone acetate

Tərkibi

Təsiredici maddə: 10 q kremin tərkibində 100 mq hidrokortizon vardır. Köməkçi maddələr: emulsiya edilmiş mum, setostearil spirt, vazelin, dinatrium edetat, limon turşusu, qliserin, propilenqlikol, polioksil 40 hidrogenləşdirilmiş gənəgərçək yağı, metilparaben, təmizlənmiş su.

Təsviri

Homogen və hamar, homogen ağ rəngində kremdir.

Farmakoterapevtik qrupu

Kortikosteroidlər, dermatoloji preparatlar; zəif kortikosteroidlər (I qrup). ATC kodu: D07AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Hidrokortizon aktiv, halogenləşdirilməmiş yerli istifadə üçün kortikosteroiddir. Tez bir vaxtda iltihab əleyhinə, ödem əleyhinə, antiallergik təsir göstərir. Onun effektivliyi halogenləşdirilmiş steroidlərlə eynidir. Tövsiyə olunan dozalarda istifadə hipotalamik-hipofiz-böyrəküstü sistemini inhibə etmir. Dərmanın uzun müddət böyük dozalarda istifadəsi, xüsusən də okklüziv sarğılarda istifadəsi qan plazmasında kortizolun artmasına səbəb ola bilsə də, bu, hipofiz-böyrəküstü sistemin reaktivliyinin azalması ilə müşayiət olunmur və dərmanın ləğvi kortizol ifrazının sürətli normallaşmasına səbəb olur. Farmakokinetikası Sorulması Applikasiyadan sonra epidermisdə, əsasən dənəvər təbəqədə aktiv maddə yığılır. Metabolizmi Dəridən sorulmuş hidrokortizon asetat, hidrokortizon və digər metabolitlərə birbaşa epidermisdə, daha sonra qaraciyərdə metabolizə olunur. Xaric olması Metabolitlər və dəyişməmiş hidrokortizon asetatın kiçik bir hissəsi sidik və nəcislə xaric olur.

İstifadəsinə göstərişlər

Qıcıqlandırıcı kontakt dermatit, allergik kontakt dermatit, həşərat sancmalarına reaksiyalar, yüngül və orta dərəcədə ekzema.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şəkərli diabetdə ehtiyatla istifadə edilir. Kortikosteroidlərin yerli istifadəsində sistemli əlavə reaksiyalar böyüklərdə çox nadir hallarda baş verir, lakin ciddi ola bilər. Bu, xüsusilə dərmanın uzunmüddətli istifadəsində adrenokortikal supressiyaya aiddir. Sistem effektlərin riski aşağıdakı hallarda artır: − Sarğı istifadə edərək tətbiq (selofan sarğı və ya dəri büküşləri sahəsində); − Dərinin geniş sahələrində istifadə; − Uzunmüddətli müalicə; − Uşaqlarda tətbiq (uşaqlar nazik dəri və dərinin nisbətən böyük bir səth sahəsi vasitəsilə çox həssasdır). Yerli əlavə reaksiyaların inkişaf riski dərmanın təsirinin artması və müalicənin davametmmə müddəti ilə artır. Sarğı istifadə edərək tətbiq (selofan sarğı və ya dəri büküşlərinə tətbiq etmək) bu riski artırır. Üz və baş dərisinin, eləcə də cinsiyyət orqanlarının dərisi əlavə reaksiyaların baş verməsi üçün xüsusilə həssasdır. Yanlış istifadə edildikdə, həmçinin bakterial, parazitar, göbələk və ya virus infeksiyalar olduqda, bu xəstəliklərin təzahürləri pərdələnir və/və ya güclənə bilər. Konyunktivanın üzərinə düşmə ehtimalı və adi qlaukoma və ya subkapsulyar kataraktanın inkişaf riskinin artması səbəbindən göz qapaqlarına krem tətbiq edilmir. Kortikosteroidlərə qarşı ən həssas olan üz dərisinə, cinsiyyət orqanlarına və başın tüklü hissəsinə ehtiyatla tətbiq olunmalıdır. Dərmanın üz nahiyəsində, büküşlərdə və nazik dərinin digər bölgələrində istifadəsi dərinin atrofiyasına və dərmanın sorulmasının artmasına səbəb ola bilər. Kortikosteroidləri dərinin geniş bölgələrində, xüsusən də (selofan) sarğı istifadə edərkən və ya qırışlar bölgəsində istifadə edərkən, dərmanın sorulmasının adrenokortikal funksiyanın inhibə olunmasına səbəb ola biləcək artma ehtimalı olduğunu nəzərə almaq lazımdır. Böyrəküstü vəzinin qabıq təbəqəsinin depressiyası uşaqlarda tez inkişaf edə bilər. Böyümə hormonunun ifrazı da inhibə edilə bilər. Uzunmüddətli müalicə lazımdırsa, körpənin böyüməsini və bədən çəkisini mütəmadi olaraq izləmək və qan plazmasında kortizol səviyyələrini müəyyən etmək məsləhətdir. Yerli kortikosteroidlər bir sıra səbəblərə görə psoriaz ilə xəstələr üçün təhlükəli ola bilər, o cümlədən tolerantlığın inkişafı nəticəsində “rikoşet sindromu”, geniş yayılmış pustulyar psoriaz riski və ya zədələnmiş dərinin baryer funksiyasının zəifləməsi səbəbindən yerli sistem toksiklik meydana çıxa bilər. Steroidlər baş dərisi psoriazında və ya əllərin və pəncənin xroniki pullu psoriazında istifadə edilə bilər. Xəstəni diqqətlə müşahidə etmək vacibdir. Müqayisəli tədqiqatlar apararkən, 4 həftə ərzində Hidrokortizon kremindən istifadə edən uşaqlarda adrenokortikal funksiyada ciddi fərqlər yox idi. Digər dərmanlarla qarşılıqlı təsirləri Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Hamiləlik və ya laktasiya dövründə istifadəsi Fertillik Məlum effektlər yoxdur. Hamiləlik Bu məhsul hamiləlik dövründə həkim məsləhəti olmadan istifadə edilməməlidir. Hamilə qadınlar tərəfindən yerli kortikosteroidlərin istifadəsinə dair məlumatlar yoxdur və ya məhduddur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərdi. Laktasiya dövrü Tibb işçisi tərəfindən tövsiyə edilmədiyi təqdirdə bu məhsul laktasiya zamanı istifadə edilməməlidir. Kortikosteroidlər ana südü ilə xaric olur. Laktasiyaya təsiri barədə məlumat yoxdur. Yenidoğulmuşlar/ körpələr üçün risk istisna edilə bilməz. Nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə edərkən reaksiya sürətinə təsiretmə qabiliyyəti Hidrokortizonun nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

İstifadə qaydası və dozası

Dozalanması Gündə bir və ya iki dəfə, maksimum 7 gün. Vəziyyət yaxşılaşmırsa, həkimə müraciət etmək lazımdır. Yaşlı insanlar Yaşlılarda dozanı tənzimləməyə ehtiyac yoxdur. Uşaqlar 10 yaşdan yuxarı uşaqlar üçün dozalanma üzrə tövsiyələr yuxarıda göstərilmişdir. Məhsul 10 yaşdan kiçik uşaqlarda həkim məsləhəti olmadan istifadə edilməməlidir. İstifadə qaydası Yerli və xarici istifadə üçün. Dərinin kiçik bir hissəsinə səliqəli və yumşaq masaj hərəkətlər şəklində yaxılır.

Əlavə təsirləri

Allergik kontakt dermatit və ya ilkin vəziyyətin pisləşməsi daxil olmaqla hər hansı bir hiperhəssaslıq əlaməti əmələ gəldikdə, müalicə dərhal dayandırılmalıdır. Yerli kortikosteroidlərlə əlaqəli arzuolunmaz əlamətlər sistem orqanlarının sinifləri və başvermə tezliyi ilə aşağıdaki cədvəldə göstərilib. Başvermə tezliklər aşağıdakı kimi müəyyən edilir: çox tez-tez (≥1/10); adi (≥1/100 və <1/10); bəzən(≥1/1000 və <1/100); nadir hallarda (≥1 /10,000 və <1/1000); çox nadir hallarda (<1/10,000); tezliyi bilinmir (mövcud məlumatlara görə qiymətləndirmək mümkün deyil). Orqanlarının sinifləri Başvermə tezliyi Xoşagəlməz hadisələr Dəri və dərialtı toxumalarının Məlum deyil Dəri atrofiyası, teleangioektaziyalar, dəri xəstəlikləri. striyaları, civzələr, rozasea, piqmentasiyanın pozulması, hipertrixoz Sümük-əzələ və birləşdirici Məlum deyil Кollagen pozğunluqları toxumanın xəstəlikləri

Doza həddinin aşılması

Kəskin doza həddinin aşılmasının ehtimalı azdır. Xüsusi ehtiyat tədbirləri və ya antidotlara ehtiyac yoxdur. Xroniki doza həddinin aşılması və ya düzgün olmayan istifadə, hipotalamus, hipofiz və böyrəküstü vəzilərin inhibə olunması və Kuşing sindromu da daxil olmaqla steroidlərlə əlaqəli yerli və ya sistem əlavə təsirlər riskini artıra bilər. Yerli kortikosteroidlərin doza həddinin aşılmasının müalicəsi həkim nəzarəti altında tədricən dayandırılmasını əhatə edir.

Buraxılış forması

10 q krem burulan qapaqlı aluminum tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°С-dən yüksək olmayan temperaturda, orijinal qutusunda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Tub açıldıqdan sonra preparat 30 gün ərzində istifadə olunmalıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Resept əsasında buraxılır.

İstehsalçı

Medipharco Pharmaceutical JSC, Vietnam. 08 Nguyen Truong to street-Phuoc Vinh ward-Hue city, Vietnam.

Qeydiyyat vəsiqəsinin sahibi

Ukrfarmexport LLC, Ukraine. 02225, Kyiv, Saburova 19, house 3, Ukraine.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“GIDROKORTIZON 1% 10 GR. KREM RIVULET” üçün ilk rəyi siz yazın.