FORVEN PLYUS 500 MG № 30 (TABLETKI) (EXTRACTUM PHARMA CO. LTD) (VENGRIYA)

Dərman formasıTablet
Farmakoloji təsirKapillyar stabilləşdirici preparatlar. Bioflavonoidlər
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,80 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getməli olsanız, həkiminizə bu dərmanı istifadə etdiyiniz barədə məlumat verin. Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə təyin edilən dozasından yüksək və ya aşağı doza istifadə etməyin. FORVEN PLYUS 500 mq örtüklü tablet Beynəlxalq patentləşdirilməmiş adı: Diosmin + Hesperidin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 450 mq diosmin, 50 mq hesperidindən ibarət 500 mq mikronlaşdırılmış flavonoidlər vardır. Köməkçi maddələr:maqnezium stearat, talk, qarğıdalı nişastası, jelatin, mikrokristallik sellüloza (Tip 102). Örtük: qırmızı dəmir oksid (E172), sarı dəmir oksid ( E172), makroqol 3350, hidroksidləşmiş polivinil, titan dioksid (E171), talk.

Təsviri

Narıncı-qəhvəyi rəngli, hər iki üzündə bölmə xətti olan uzunsov formalı örtüklü tabletlərdir. Bölmə xətti preparatın daxilə rahat qəbulu üçün nəzərdə tutulmuşdur, 1 tabletdə olan müvafiq dozanı iki eyni hissəyə bölmür.

Farmakoterapevtik qrupu

Kapillyar stabilləşdirici preparatlar. Bioflavonoidlər. ATC kodu: C05CA53.

Farmakoloji xüsusiyyətləri

Təsir mexanizmi Forven plyus venoz genişlənməsini azaldır, venoz durğunluğunu aradan qaldırır. Farmakodinamikası Dozadan asılı effekt Venoz pletizmoqrafik parametrlərdə preparatın dozadan asılı olaraq nəzərəçarpan effekt verdiyi müəyyən edilmişdir: venaların tutumu, elastikliyi, boşalma sürəti. Dozadanasılı effekt preparatın 2 tablet şəklində qəbulu zamanı görülmüşdür. Venaların tonik aktivliyi Venaların okklüzion pletizmoqrafiyası venaların boşalma sürətinin azaldığını göstərir. Mikrosirkulyasiyaya təsir İkili-kor klinik tədqiqatlar plasebo və dərman qəbulu arasında nəzərəçarpan fərqin olduğunu göstərir. Kapillyar kövrəkliyi olan xəstələrdə mikronizə edilmiş flavonoidlərin kapillyar müqavimətini artırdığı angiostereometriya vasitəsilə ölçülmüşdür. Klinik effekt və təhlükəsizlik İkili-kor plasebo-nəzarət qruplu klinik tədqiqatlar mikronizə edilmiş flavanoidlərin aşağı ətrafların venoz çatışmazlığı və eyni zamanda kəskin hemorroidal xəstəliklər zamanı effektiv olduğunu nümayiş etdirmişdir. Farmakokinetikası Absorbsiyası Peroral qəbul zamanı mikronlaşdırılmış diosmin və hesperidin bağırsaq mənfəzində tez bir zamanda diosmetin və hesperitinə çevrilir, daha sonra bu şəkildə absorbsiyaya uğrayırlar. Diosmetin və hespertinin plazmadakı maksimal konsentrasiyası müvafiq olaraq 1-3 və 5 saatdır. Paylanması Qan dövranına daxil olmuş diosmetin və hesperitin plazma zülalları, xüsusilə albuminlə birləşir. Biotransformasiyası Preparat intensiv şəkildə metabolizmə uğrayır, bunu sidikdə rast gəlinən müxtəlif fenol turşuları sübut edir. Eliminasiyası Kişilərdə C ilə nişanlanmış diosminin qəbulu preparatın əsasən nəcislə, yeridilmiş dozanın 14%-nin isə sidiklə xaric olduğu göstərilir. Preparatın yarımxaricolma müddəti 11 saatdır.

İstifadəsinə göstərişlər

Böyüklərdə aşağı ətrafların xroniki venoz çatışmazlığı zamanı aşağıdakı əlamətlərin müalicəsi: ağır ayaqlar və ödem, ağrı, aşağı ətraflarda gecə qıcolmaları. Kəskin hemorroidal kriz zamanı simptomatik müalicə.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın dərman vasitəsi kimi hemorroidal krizin simptomatik müalicəsi kimi istifadəsi düz bağırsağın patoloji vəziyyətləri zamanı istifadə olunan digər xüsusi müalicə üsullarını əvəz etmir. Müalicə müddəti qısamüddətli – 15 gün olmalıdır. Əgər əlamətlər qısamüddətli müalicə nəticəsində keçmirsə, proktoloji müayinə tövsiyə olunur, müalicə üsuluna isə yenidən baxılmalıdır. Xroniki venoz çatışmazlığın müalicəsi zamanı ən yaxşı effekt uyğun həyat tərzinin seçilməsi ilə bağlı ola bilər. Belə ki, günəş şüalarının uzunmüddətli təsirindən qorunmaq, şaquli vəziyyətdə uzun müddət statik şəkildə durmaqdan çəkinmək, artıq çəkidən azad olmaq lazımdır. Piyada gəzinti və sıxıcı corablardan istifadə aşağı ətraflarda qan dövranının yaxşılaşmasına səbəb ola bilər. Müalicə müddətində xəstəlik güclənərsə, ehtiyatlı olmaq lazımdır. Bu özünü dərinin, venaların iltihabı, dərialtı bərkimə, güclü ağrı, dəridə xora və ya atipik simptomlar, məsələn, bir və ya hər iki ayaqda yaranan ani ödem şəklində göstərə bilər. Forven plyus ürək, qaraciyər və ya böyrək xəstəlikləri nəticəsində aşağı ətraflarda yaranan ödem zamanı effekt vermir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərmanlarla qarşılıqlı təsiri öyrənilməmişdir. Böyük postmarketinq təcrübəsi digər dərman vasitələri və mikronizə edilmiş flavonoidlər arasında qarşılıqlı təsirin olduğunu müəyyənləşdirməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Forven plyusun hamilələrdə istifadəsi ilə bağlı klinik tədqiqatlar mövcud deyildir. Heyvanlar üzərində aparılmış kiniki tədqiqatlar preparatın reproduktiv toksikliyi barədə məlumat verməmişdir. Ehtiyat tədbiri olaraq preparatı hamilələrdə istifadə etməmək tövsiyə olunur. Laktasiya Forven plyusun ana südünə keçməsi ilə bağlı məlumat yoxdur. Ona görə preparatı laktasiya zamanı qəbul etmək məsləhət görülmür. Reproduktiv toksikliyin öyrənilməsinə dair klinik tədqiqatlar preparatın erkək və dişi siçanlarda fertilliyə təsir etmədiyini göstərir. Preparatın fertilliyə təsiri ilə bağlı klinik tədqiqatlar yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsinin avtomobil və digər mexanizmlərdən istifadəyə təsiri ilə bağlı klinik tədqiqatlar yoxdur.

İstifadə qaydası və dozası

Xroniki venoz çatışmazlıq 1 tablet gündə 2 dəfə olmaqla yemək zamanı daxilə qəbul edilir (səhər və axşam). Kəskin hemorroidal kriz İlk 4 gün ərzində təyin olunan gündəlik doza 6 tablet, məsələn, 3 tablet gündə 2 dəfə təşkil edir. Sonrakı 3 gün ərzində tövsiyə olunan gündəlik doza 4 tabletdir, yəni 2 tablet gündə 2 dəfə olmaqla qəbul edilir. Dəstəkləyici müalicə məqsədilə 1 tablet gün ərzində 1 dəfə olmaqla təyin edilir. Bu göstərişdə preparat qısamüddətli istifadə üçün nəzərdə tutulmuşdur. Uşaqlarda Forven plyusun uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə istifadəsinin effektivliyi və təhlükəsizliyi klinik tədqiqatlarda müəyyən edilməmişdir. Bu səbəbdən preparatın uşaqlarda istifadəsi məsləhət deyildir. Qaraciyər və böyrək çatışmazlığı Preparatın qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi ilə bağlı təhlükəsizliyi və effektivliyi tədqiq olunmamışdır. İndiyə qədər bu qrup xəstələrdə dozanın dəyişməsinin vacibliyinə dair məlumat verilməmişdir. Yaşlılarda Dozanın dəyişilməsi tələb olunmur.

Əlavə təsirləri

Aparılmış klinik tədqiqatlarda mikronizə edilmiş flavonoid qəbulunun mədə-bağırsaq traktı ilə bağlı yaranan yüngül əlavə təsirlərə (ürəkbulanma, qusma, diareya, dispepsiya) səbəb olduğu qeyd olunur. Əlavə təsirlərin rast gəlinmə tezliyi aşağıdakı qaydada müəyyən edilmişdir: Çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1 000 – <1/100); nadir hallarda (≥1/10 000 – <1/1 000); çox nadir hallarda (<1/10 000); tezliyi məlum deyil (verilən məlumatlara əsasən müəyyən oluna bilməmişdir). Orqan-sistem Tezlik Şikayət Sinir sistemi Nadir hallarda baş ağrısı başgicəllənmə halsızlıq Mədə-bağırsaq sistemi Tez-tez ürəkbulanma qusma diareya dispepsiya Bəzən kolit Qarın nahiyəsində ağrıTezliyi məlum deyil * Dəri və dərialtı toxumalar Nadir hallarda səpgi qaşınma Övrə İmmun sistem üzdə, dodaqlarda, gözTezliyi məlum deyil * qapaqlarında hiperhəssaslıq, çox nadir hallarda isə Kvinke ödemi nəticəsində izolə olunmuş ödem * post-marketinq təcrübə

Doza həddinin aşılması

Doza həddinin aşılması halları qeydə alınmamışdır.

Buraxılış forması

15 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30 C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Extractum Pharma Co. Ltd., Hungary. 6413 Kunfehértó, IV. körzet 6.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“FORVEN PLYUS 500 MG № 30 (TABLETKI) (EXTRACTUM PHARMA CO. LTD) (VENGRIYA)” üçün ilk rəyi siz yazın.