Eritromisin 100000 IU 10 q göz məlhəmi

Dərman formasıMəlhəm
Farmakoloji təsirAntibiotik-makrolidlər
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,98 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ERİTROMİSİN göz məlhəmi Beynəlxalq patentləşdirilməmiş adı: Erythromycin

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,01 q eritromisin (susuz maddə və aktivlik hesabı ilə 1000 mkq/mq) vardır. Köməkçi maddələr: susuz lanolin, natrium metabisulfit, vazelin.

Təsviri

Sarımtıldan qəhvəyi-sarıya qədər rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Antibiotik-makrolidlər. ATC kodu: S01AA17.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Makrolid qrupundan olan bakteriostatik antibiotikdir. Yerli istifadə edildikdə, antibakterial təsir göstərir. Ribosomların 50S subvahidi ilə müvəqqəti birləşir ki, bunun nəticəsində də amin turşuları molekulları arasında peptid əlaqələrin əmələ gəlməsi pozulur və mikroorqanizmlərin zülal sintezi blokadaya alınır (nuklein turşularının sintezinə təsir göstərmir). Yüksək dozalarda istifadə edildikdə, törədicinin növündən asılı olaraq, bakterisid təsir göstərə bilər. Konyuktivanın, buynuz qişanın səthi göz infeksiyalarını törədən, həssas mikroorqanizmlərə, o cümlədən, Neisseria gonorrhoeae, Chlamydia trachomatis mikroorqanizmlərinə qarşı effektivdir. Farmakokinetikası Buynuz qişaya və gözün sulu nəminə sorulur. Yerli istifadə edildikdə, göz toxumalarında eritromisinin terapevtik konsentrasiyası əldə olunur, sistem absorbsiyası aşağıdır. Buynuz qişanın epitelisi zədələndikdə, gözün ön kamerasının nəmində eritromisinin effektiv konsentrasiyası aplikasiyadan 30 dəqiqə sonra əldə olunur. Preparatın biomənimsənilməsi 30-65 % təşkil edir. Orqanizmin əksər toxumalarında və mayelərində paylanılır. Qan plazmasının zülalları ilə birləşməsi 70-90 % təşkil edir. Qaraciyərdə, qismən qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizmə məruz qalır. Yarımxaricolma dövrü 1,4-2 saatdır. Orqanizmdən bağırsaq və böyrəklər vasitəsi ilə xaric olunur.

İstifadəsinə göstərişlər

Həssas mikroorqanizmlərin törətdikləri göz infeksiyaları: konyunktivit (o cümlədən, yenidoğulmuşlarda), bakterial blefarit, blefarokonyunktivit, meybomit; bakterial keratitlərin, xlamidiyaların törətdikləri konyunktivitlərin, blefarokonyunktivitlərin, traxomanın kompleks müalicəsi; yenidoğulmuşlarda blennoreyanın profilaktikası.

Əks göstərişlər

Preparatın tərkibində olan preparatlara qarşı hiperhəssaslıq, qaraciyər və böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları, anamnezdə sarılıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yaşlı pasiyentlərdə, qaraciyər və böyrək funksiyalarının pozğunluqlarında preparatı ehtiyatla istifadə etmək lazımdır. Yenidoğulmuşlarda oftalmiyanın profilaktikası aparıldıqda, eritromisinin göz məlhəmini gözlərdən yuyub çıxarmaq olmaz. Klinik cəhətdən şiddətli qonoreyadan əziyyət çəkən anaların uşaqlarında eritromisini oftalmoloji dərman preparatı kimi, parenteral istifadə üçün penisilin G preparatının sulu məhlulu ilə birlikdə istifadə etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Linkomisinlə, klindamisinlə və xloramfenikolla birlikdə istifadəsi uyğun deyil (antaqonizm). Beta-laktam antibiotiklərin (penisillinlər, sefalosporinlər, karbapenemlər) bakterisid təsirlərini aşağı salır. Aminoqlikozidlərlə farmasevtik cəhətdən uyuşmazdır. Qlükokortikosteroidlərlə birlikdə istifadəsi, onların effektlərinin artmasına gətirib çıxarır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Hamiləlik dövründə, eritromisinin gözlənilən müalicəvi effekti ehtimal edilən əlavə effektlərindən üstün olduqda, həkimin təyinatına əsasən, preparatın istifadəsi mümkündür. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanın dayandırılması barədə qərar vermək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Aplikasiya şəklində istifadə etdikdən sonra, görmə aydınlığını müvəqqəti itirən pasiyentlərə, nəqliyyat vasitələrini və görmə aydınlığı tələb olunan, digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Yerli istifadə üçün nəzərdə tutulmuşdur. Uzunluğu 0,5-1 sm olan məlhəmi gündə 3 dəfə alt göz qapağının arxasına yerləşdirmək lazımdır. Yenidoğulmuşlarda oftalmiyanın, bakterial konyunktivitin, blefaritin, blefarokonyunktivitin, meybomitin müalicəsi və keratitin kompleks müalicəsi aparıldıqda, müalicənin davametmə müddəti xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılıdır; lakin, müalicəni 14 gündən artıq aparmaq olmaz. Traxomanın müalicəsi – gündə 4-5 dəfə, müalicəni follikulların yarılması ilə birlikdə aparmaq lazımdır. İltihabi prosesin sönməsi müşahidə olunduqda, preparatı gündə 2-3 dəfə istifadə etmək lazımdır. Traxomanın müalicə müddəti 4 aya qədər davam edir. Xlamidiyaların törətdikləri konyunktivitin müalicəsi aparıldıqda, məlhəmi gündə 4-5 dəfə konyuktiv kisəyə yerləşdirmək lazımdır; müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və 3 aya qədər davam edə bilər. Yenidoğulmuşlarda blennoreyanın profilaktikası üçün uzunluğu 0,5-1 sm olan məlhəmi bir dəfə alt göz qapağının arxasına yerləşdirmək lazımdır.

Əlavə təsirləri

Yerli reaksiyalar; hiperemiya, gözün selikli qişasının qıcıqlanması, görmə qavramasının aydınlığının pozulması, allergik reaksiyalar.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.

Buraxılış forması

10000 TV/q dozada göz məlhəmi. 10 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Qablaşdırmanı ilk dəfə açdıqdan sonra, 6 həftədən artıq saxlamaq olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Ünvan/İstehlakçılardan iradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası. 420091, Tatarıstan Respublikası, Kazan şəh., Belomorskaya küç., ev 260. Tel.: (843) 571-85-58; faks: (843) 571-85-38. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eritromisin 100000 IU 10 q göz məlhəmi” üçün ilk rəyi siz yazın.