Emoksibel 5 mq 100 ml infuziya
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Antioksidant vasitə |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
EMOKSİBEL 0,5% infuziya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Emoxypine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq emoksipin vardır. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya cüzi sarımtıl rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Antioksidant vasitə. ATC kodu: N07XX.
Farmakoloji xüsusiyyətləri
Emокsibel qanın laxtalanma sisteminə yaxşı təsir göstərir: trоmbsitlərin aqreqasiyasını tоrmоzlayır, kоaqulyasiyanın ümumi indeksini azaldır, qanın laxtalanma müddətini uzadır. Fibrinоliz prоsesini gücləndirir. Qanın özlülüyünü, damar divarlarının keçiriciliyini azaldır. Qan damarları hüceyrələrinin və eritrоsitlərin membranlarını stabilləşdirir, eritrоsitlərin mexaniki travmalara və hemоlizə qarşı rezistentliyini artırır. Angiоprоtektоr xüsusiyyətlər əks etdirir. Mikrоsirkulyasiyanı yaxşılaşdırır. Biomembran lipidlərinin sərbəst radikal oksidləşməsini effeklti olaraq inhibə edir, antioksidant fermentlərin aktivliyi artırır. Sitoxrom Р-450-ni stabilləşdirir, antitoksik təsir göstərir. Lipidlərin peroksidləşməsinin artması və hipoksiya ilə müşayiət olunan ekstremal vəziyyətlərdə bioenergetik prosesləri optimizə edir. Dərman vasitəsi gözün torlu qişasını yüksək intensivlikli işığın zədələyici təsirindən qoruyur, gözdaxili qansızmaların sorulmasını təmin edir. Qan dövranı çatışmazlığı zamanı oksidləşmə-reduksiyalaşma sistemlərinin tənzimlənməsində iştirak edir. Lipidlərin peroksidləşməsinin artması ilə müşayiət olunan hallarda effektivdir.
İstifadəsinə göstərişlər
Nevrologiya və neyrocərrahiyyədə: hemorragik insult, işemik insult, beyinin keçici qan dövranı pozulmaları, xronik serebrovaskulyar pozulmalar, kəllə-beyin travmaları, beyin əzilməsi, kəllə- beyin travması olan xəstələrdə əməliyyat sonrası dövr, epidural, subdural və beyindaxili hematoma səbəbindən əməliyyat olunmuş xəstələr, beyinin damar patologiyaları.
Əks göstərişlər
Emoksipinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 18 yaşa kimi uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərman vasitəsinin 100 ml-inin tərkibində təqribən 354 mq natrium vardır. Natriumun qəbulunun məhdudlaşdırılması ilə pəhriz təyin edilmiş pasiyentlərdə bu nəzərə alınmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Emoksibel digər dərmanlarla birgə istifadəsi zamanı mənfi əlamətlər müşahidə edilməmişdir. Alfa- tokoferol asetat emoksipinin antioksidant effektini gücləndirir. Emoksibel eyni şprisdə digər dərmanlarla qarışdırılması məsləhət görülmür. Hamiləlik zamanı və laktasiya dövründə preparatın istifadəsi. Preparatın hamiləlik zamanı və laktasiya dövründə istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası
Nevrologiyada və neyrocərrahiyada: Emoksibel 10-12 gün vena daxilinə 5-10mq/kq dozada təyin edilir. Preparat dəqiqədə 20-30 damcı olmaqla yeridilir. Daha sonra 10-30 gün müddətində gündə 2-3 dəfə 3% -li məhlul 2-10 ml (60-300mq) dozada, ə/d təyin edilir. Müalicə zamanı arterial təzyiq və qanın laxtalanma sistemi nəzarətdə saxlanmalıdır.
Əlavə təsirləri
İmmun sistemdə pozuntular: allergik reaksiyalar. Sinir sistemində pozuntular: başağrı, oyanıqlıq (qısamüddətli) və ya yuxuculluq. Damarlarda pozuntular: arterial təzyiqin yüksəlməsi. Ürəkdə pozuntular: ürək nahiyəsində ağrılar. Mədə-bağırsaq traktında pozuntular: ürəkbulanma, epiqastral nahiyədə diskomfort hissi, dispepsiya. Dəri və dərialtı toxumalarda pozuntular: qaşınma və dərinin qızarması. Ümumi pozuntular və yeridilmə yerində reaksiyalar:venadaxili yeridilmə zamanı –vena boyunca yanma hissi. Yuxarıda qeyd edilən və ya dərman vasitəsinin tibbi istifadəsi üzrə təlimatda daxil edilməyən əlavə təsirlərin baş verdiyi halda mütləq həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması əlavə təsirlərin şiddətini gücləndirə bilər Simptomları: arterial təzyiqin artması, oyanıqlıq və ya yuxuculluq, başağrı, ürək nahiyəsində ağrılar, ürəkbulanma, epiqastral nahiyədə diskomfort hissi. Qanın laxtalanmasının pozulması mümkündür. Müalicəsi: preparatın istifadəsinin sona çatdırılması, simptomatik terapiyanın həyata keçirilməsi, spesifik antidot yoxdur.
Buraxılış forması
100 ml məhlul, şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Stasionarlara çatdırılma üçün: 56 flakon içlik vərəqə ilə birlikdə büzməli karton yeşiklərə qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
RUP “Belmedpreparatı”. Belarus Respublikası, 220007, Mayakovskiy k.. 1, 1/5, Beton keçidi, Minsk şəhəri, Fabrisius döngəsi 30. Tel.:/Faks: (+375 17) 220 37 16. e-mail:[email protected] http://www.belmedpreparaty.com
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.