Efzacort 6 mq N20 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Qlükokortikosteroidlər |
| İstehsal ölkəsi | Portuqaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,81 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
EFZAKORT tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Deflazakort
Tərkibi
Təsiredeci maddələr: 1 tabletin tərkibində 6 mq deflazakort vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, qarğıdalı nişastası, maqnezium stearat.
Təsviri
Ağ, yuvarlaq, bir tərəfdən çəntikli tabletlərdir.
Farmakoterapevtik qrupu
Qlükokortikosteroidlər. ATC kodu: H02AB13.
Farmakoloji xüsusiyyətləri
Deflazakort qlükokortikosteroid preparatdır. Deflazakortun iltihabəleyhinə və immunosupressiv xüsusiyyətlərindən geniş spektrdə patoloji vəziyyətlərin müalicəsində istifadə edilir və digər qlükokortikosteroidlərlə qarşılaşdırıla bilinir: prednizon və prednizolonla müqayisədə 0,8 gücə malikdir (6 mq deflazakort təxminən 5 mq prednizona terapevtik ekvivalentlik göstərir). Müqayisəli klinik tədqiqatlar göstərir ki, deflazakort prednizonla ekvivalent dozalarda qarşılaşdırıldığında: 1. Bağırsaqda kalsiumun absorbsiyasının ləngiməsinə və kalsiumun böyrəklərdən xaricolmasının artmasına daha az dərəcədə təsir göstərir. 2. Trabekulyar sümük həcminin və sümüyün mineral tərkibinin azalmasına əhəmiyyətli dərəcədə az təsir göstərir. 3. Pubertat yaşından əvvəl uşaqların böyüməsinə daha az mənfi təsir. 4. Sağlam insanlarda, şəkərli diabetə meyilli insanlarda və diabet xəstələrində aşağı diabetogen təsir göstərir. Farmakokinetikası Deflazakort, oral tətbiqdən sonra yaxşı sorulur və plazma esterazasının təsiri sayəsində sürətlə aktiv metabolitə (D21-OH) çevrilir ki, bu da plazmadakı zirvəsinə 1,5-2 saatdan sonra çatır. Plazma zülalları ilə bağlanması 40%-dir və bu metabolitin kortikosteroid daşıyıcı qlobulin, transkortinlə yaxınlığı yoxdur. Yarımçıxarılma dövrü 1,1 ilə 1,9 saat arasındadır. Əsasən böyrəklərlə xaric olur – tətbiq olunan dozanın 70%-i sidiklə, qalan 30%-i nəcislə xaric olur. D21-OH intensiv metabolizmə uğrayır və sidiklə ifraz olunan hissənin yalnız 18% -i dəyişilməmiş D21-OH şəklindədir; metabolit 6 beta-OH sidiklə xaric olan hissənin üçdə birini təşkil edir. Heyvanlarda yalnız kiçik bir hissə C deflazakort hematoensefalik baryeri keçə bilir.
İstifadəsinə göstərişlər
İltihabəleyhinə və immunosupressiv xüsusiyyətlərə malik qlükokortikosteroid olan Efzakort aşağıdakı halların müalicəsində istifadə olunur: Böyümə və sümük kütləsi üzərində ən az zərərli təsir göstərdiyindən deflazakort yüksək dozada və / və ya uzun müddətli müalicə tələb olunan xəstələrdə, xüsusilə də osteoporoz və ya böyümə ləngiməsi kimi risk faktorları olan xəstələrdə istifadə edilə bilər. Əhəmiyyətsiz diabetogen təsiri sayəsində deflazakort diabet xəstələrində (kortikosteroidlərlə terapiyaya ehtiyac yüksək olduqda) və diabet riski yüksək olan xəstələrdə (prediabet, ailə anamnezində diabet halları) istifadə edilə bilər. • Anafilaksiya, astma, ağır hiperhəssaslıq reaksiyaları • Revmatoid artrit, yuvenil xroniki artrit, revmatik polimialgiya • Qırmızı qurd eşənəyi , dermatomiozit, qarışıq birləşdirici toxuma xəstəlikləri (sistem sklerozdan başqa), düyünlü poliarterit, sarkoidoz • Pemfiqus, büllöz pemfiqoid, qanqrenoz piodermiya • Minimal dəyişikli nefrotik sindrom, kəskin interstisial nefrit • Revmatik kardit • Xoralı kolit, Crohn xəstəliyi • Üveit, optik nevrit • Autoimmun hemolitik anemiya, idiopatik trombositopenik purpura • Kəskin və limfatik leykoz, bədxassəli limfoma, çoxsaylı mieloma • Transplantasiya zamanı immunsupressiya
Əks göstərişlər
Aktiv maddə (deflazakort) və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq. Canlı virus peyvəndi alan xəstələr. Xüsusi infeksiyaəleyhinə müalicə almayan sistem infeksiyalı xəstələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qlükokortikosteroidlər bəzi infeksiya əlamətlərini gizlədə bilər və interkurrent infeksiya riskini artıra bilər. Proqressiv infeksiyası (viral, bakterial və ya göbələk) olan xəstələr yaxından izlənilməlidir. Qlükokortikosteroidlərin uzun müddətli istifadəsi subkapsular posterior katarakt, optik sinirlərin zədələnməsi ilə keçən qlaukomaya səbəb ola bilər və ya göbələk və virusların səbəb olduğu ikincili göz infeksiyası ehtimalını artıra bilər. Preparatın tüberkülozun dissiminə və ya fulminant dönəmlərində istifadəsi məhdud olmalıdır. Gizli vərəmli və ya tüberkülinə müsbət reaksiya göstərən xəstələrdə dərmanın istifadəsi göstərişdirsə, vərəmin yenidən aktivləşməsi riski səbəbindən xəstəni tez-tez izləmək lazımdır. Uzunmüddətli kortikoterapiya tələb olunarsa, xəstələr xemoprofilaktika edilməlidir. Uzunmüddətli müalicədən sonra kortikosteroidlərin dayandırılması yüksək hərarət, mialgiya, artralgiya və ümumi narahatlıq kimi simptomlara səbəb ola bilər. Bu simptomlar adrenal funksiyanın çatışmazlığı halında ortaya çıxa bilər. Aşağıdakı klinik vəziyyətlər xüsusi diqqət tələb edir: – Kongestif ürək çatışmazlığı ilə müşayiət olan ürək-damar xəstəlikləri (kəskin revmokardit halları istisna olmaqla), arterial hipertenziya, tromboembolik xəstəliklər. Qlükokortikosteroidlər natrium və suyun orqanizmdə ləngiməsinə və kaliumun atılmasının artmasına səbəb ola bilər. Duz tətbiqinin məhdudlaşdırması və kaliumun qidaya əlavə edilməsi tələb oluna bilər. – Qastrit və ya ezofagit, divertikulit, xoralı kolit, perforasiya riski, abses və ya irinli infeksiyalar, yaxın zamanda bağırsaq anastomozu, aktiv və ya gizli peptik xora xəstəliyi. – Şəkərli diabet, osteoporoz, miasteniya, böyrək çatışmazlığı. – Duyğusal qeyri-sabitlik və ya psixotik meyillik, epilepsiya. – Hipotireoz və qaraciyər sirrozu (qlükokortikosteroid təsiri arta bilər). – Gözün sadə herpesi (korneanın perforasiya riski). – Uşaqların uzunmüddətli müalicəsi (böyüməni və inkişafı ləngidə bilər). Kortikoterapiyanın ağırlaşmaları dərmanın dozasından və müalicə müddətindən asılı olduğundan, fasilələrlə müalicə imkanı kimi terapevtik qərarlar vermədən əvvəl təsirli minimum dozanı təyin etmək və risk/fayda nisbətini qiymətləndirmək lazımdır. Stresli vəziyyətdə qlükokortikosteroid qəbul edən xəstələrə yüksək dozada qlükokortikosteroid istifadəsi məsləhət görülür. Qlükokortikosteroidlər, xüsusən də yüksək dozalarda, qəbul edən xəstələrdə, immunizasiya prosesləri aparılmamalıdır. Qlükokortikosteroidlər istifadəsi zamanı feoxromasitoma krizlərinin əmələ gəldiyi bildirilmişdir. Qlükokortikosteroidlər uşaqlarda böyümənin zəifləməsinə səbəb ola bilər. Qlükokortikosteroidlərin əlavə təsirlərindən biri vətər zədələnmələri və vətər cırılmalarıdır. Bu, xüsusilə xinolon qrupu antibiotikləri ilə birgə istifadə zamanı qeyd oluna bilir. Hipotalamus-hipofiz-adrenal funksiyanın induksiya edilmiş ləngiməsi dozadan və müalicə müddətindən asılıdır. Steroid dozasının azaldılması və müalicənin dayandırılması ilə tədricən bərpa baş verir. Lakin müalicəni dayandırdıqdan sonra nisbi çatışmazlıq bir neçə ay davam edə bilər, buna görə də bu dövrdə hər hansı bir stres vəziyyəti yaranarsa, hormonal müalicə bərpa edilməlidir. Mineralokortikoid sekresiyası pozula bildiyindən eyni vaxtda duz və/və ya mineralokortikoidlər verilməlidir. Bu preparatın tərkibində laktoza var. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələr bu dərmanı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aparılan klinik tədqiqatlarda deflazakortla digər dərman preparatları arasında hər hansı bir qarşılıqlı təsir müəyyənləşdirilmədi. Aşağıdakı dərmanlarla eyni vaxtda tətbiq edildikdə kortikosteroidlərin saxlayacı dozalarının artırılması tövsiyə olunur: antikonvulsantlar (fenobarbital, fenitoin), bəzi antibiotiklər (rifampisin), antikoaqulyantlar (kumarinlər) və ya bronxodilatatorlar (efedrin). Eyni zamanda müəyyən antibiotiklərlə (eritromisin, troleandomisin), ketokonozol və estrogen preparatları ilə müalicə alan xəstələrdə, qlükokortikosteroid dozasının azaldılması tövsiyə olunur. Eyni zamanlı istifadə kumarin qrupu antikoaqulyantların təsirini artıra bilər. Kobisistat daxil olmaqla CYP3A inhibitorları ilə birlikdə müalicə zamanı sistem əlavə təsirlərin riskinin artacağı gözlənilir. Kuşinq sindromu və adrenal ləngimə halları bildirilmişdir. Müalicənin faydası sistem əlavə təsirlər riskini üstələmədiyi təqdirdə kombinasiyadan qaçınmaq lazımdır. Digər qlükokortikosteroidlərdə olduğu kimi, salisilat səviyyələrinin azalması, diuretiklərin və ya ürək qlikozidlərinin eyni vaxtda istifadəsi nəticəsində hipokaliemiya riskinin artması və depolyarizasiya olunmayan miorelaksantların tətbiqindən sonra uzunmüddətli əzələ boşalması halları nəzərə alınmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İnsanların reproduktiv funksiyasına təsiri ilə əlaqədar məlumat yoxdur, ancaq qlükokortikosteroidlərin heyvanlarda teratogen təsir göstərdiyi məlumdur. Gözlənilən fayda potensial riski üstələmədikdə, hamiləlik və laktasiya dövrlərində Efzakortun istifadəsi tövsiyə edilmir. Qlükokortikosteroidlərlə müalicə olunan anaların yenidoğulmuşlarını hipoadrenalizm əlamətlərinə görə müşahidə etmək lazımdır. Qlükokortikosteroidlər ana südü ilə xaric olur və körpələrdə böyümənin ləngiməsinə və hipoadrenalizmə səbəb ola bilir, bu səbəbdən kortikoterapiya alan analara övladlarını əmizdirməmələri tövsiyə olunmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri. Deflazakort istifadəsi zamanı əlavə təsir kimi başgicəllənmə əmələ gələ bilər. Belə hallarda nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməməlidirlər.
İstifadə qaydası və dozası
İstifadə qaydası Preparat ağızdan qəbul olunur Müxtəlif xəstəliklərdə və müxtəlif xəstələrdə dozalar çox dəyişir. Daha ciddi və həyati təhlükəsi olan hallarda, deflazakortun yüksək dozaları tələb oluna bilər. Nisbətən yüngül xroniki xəstəliklərdə deflazacortun uzunmüddətli istifadəsi zamanı dəstəkləyici doza mümkün qədər aşağı olmalıdır. Stressli dövrlərdə və ya xəstəliyin kəskinləşməsi zamanı doza artırıla bilər. Doza diaqnozdan, xəstəliyin şiddətindən, xəstənin reaksiyasından və dözümlülüyündən asılı olaraq fərdi seçilməlidir. Məqbul cavab verən ən aşağı dozadan istifadə edilməlidir. Böyüklər Kəskin hallarda ilkin olaraq gündə 120 mq-a qədər deflazacort dozası tələb oluna bilər. Əksər hallarda dəstəkləyici dozalar 3-18 mq/gün diapazonunda olur. Revmatoid artrit: dəstəkləyici doza adətən 3-18 mq/gün təşkil edir. Ən aşağı effektiv doza istifadə edilməli və lazım olduqda artırılmalıdır. Bronxial astma: kəskin tutmalar zamanı xəstəliyin şiddətindən asılı olaraq yüksək dozalar 48-72 mq/gün tələb oluna bilər ki, bu da tutma aradan qaldırıldıqdan sonra tədricən azaldılır. Xroniki astmanın dəstəkləyici müalicəsi üçün doza simptomları idarə edən ən aşağı dozaya qədər endirilməlidir. Digər hallarda. Deflazakortun dozası klinik ehtiyacdan asılıdır və ən aşağı effektiv dəstəkləyici dozaya qədər titrlənir. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə qanda deflazakortun səviyyəsi arta bilər. Buna görə də, deflazakortun dozası diqqətlə izlənilməli və ən aşağı effektiv dozaya uyğunlaşdırılmalıdır. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə, adətən qlükokortikoid terapiyası alan xəstələrdə görülən tədbirlərdən başqa heç bir xüsusi ehtiyat tədbiri tələb olunmur. Yaşlı xəstələr Yaşlı xəstələrdə adətən qlükokortikoid terapiyası alan xəstələrdə görülən tədbirlərdən başqa heç bir xüsusi ehtiyat tədbiri tələb olunmur. Sistem kortikosteroidlərin ümumi yan təsirləri yaşlılıqla əlaqədar olaraq daha ciddi nəticələrlə özünü göstərə bilər. Uşaqlar Klinik sınaqlarda uşaqlarda deflazakortun məhdud təsiri müəyyən olunmuşdur. Uşaqlarda qlükokortikosteroidlərin istifadəsi üçün göstərişlər böyüklərdə olduğu kimidir, lakin ən aşağı effektiv dozadan istifadə etmək vacibdir. Bir gündən bir xəstəyə nəzarət etmək məsləhətdir. Deflazakortun dozaları adətən 0,25-1,5 mq/kq/gün təşkil edir. Yuvenil xroniki artrit: adətən dəstəkləyici doza gündə 0,25-1,0 mq/kq təşkil edir. Nefrotik Sindrom: İlkin doza adətən 1,5 mq/kq/gün təşkil edir, sonradan kliniki zərurətə əsasən titrlənir. Bronxial astma: xəstənin vəziyyətinin ağırlığına əsasən deflazakortun ilkin dozası bir gündən bir 0,25- 1,0 mq/kq olmalıdır. Deflazakortla müalicənin dayandırılması Sistem kortikosteroidləri 3 həftədən çox müddətdə fizioloji dozadan yüksək dozada (təxminən gündə 9 mq və ya ona ekvivalent) qəbul edən xəstələrdə preparatın tətbiqi kəskin dayandırılmamalıdır. Dozanın azaldılma şəkli sistem kortikosteroidlərin dozası azaldıqda xəstəliyin residiv vermə ehtimalından çox asılıdır. Kəsilmə zamanı xəstəliyin aktivliyi kliniki olaraq dəyərləndirilməlidir. Sistem kortikosteroidlərin tətbiqinin dayandırılması ilə xəstəliyin təkrarlanması ehtimalı azdırsa, lakin HHAS-nın fəaliyyətinin ləngiməsinə şübhə varsa, sistem kortikosteroidlərin dozası sürətlə fizioloji dozalara endirilə bilər. Gündəlik 9 mq deflazakorta ekvivalent dozaya çatdıqdan sonra hipotalamo-hipofizar-adrenal sistemin bərpasını təmin etmək üçün dozanın azaldılması daha yavaş aparılmalıdır. Aşağıdakı xəstə qruplarında hətta 3 həftə və ya daha az müalicə kurslarından sonra belə sistem kortikosteroid terapiyasının tədricən dayandırılması nəzərdə tutulmalıdır: • Sistem kortikosteroidlərlə təkrar müalicə kursundan keçmiş xəstələr, xüsusən də 3 həftədən çox davam etdikdə. • Uzunmüddətli terapiyanın dayandırılmasından sonraki bir il ərzində (aylar və ya illər) qısa kurs verildikdə. • Ekzogen kortikosteroid terapiyasından fərqli adrenal çatışmazlıq səbəbləri ola bilən xəstələr. • Gündə 48 mq deflazakortdan çox sistem kortikosteroid dozaları qəbul edən xəstələr. • Təkrar dozanı axşam qəbul edən xəstələr.
Əlavə təsirləri
Deflazakortla müalicə zamanı arzuolunmaz təsirlər digər qlükokortikosteroidlərə də xasdır, lakin sümük və qlisid metabolizmasına daha az təsir göstərəcək şəkildədir. Aşağıdakı hallar təsvir edilmişdir: infeksiyalara həssaslığın artması; həzm pozğunluqları (dispepsiya, mədə xorası, mədə xorası perforasiyası, qanaxma və kəskin pankreatit, xüsusilə uşaqlarda); su-elektrolit balansının pozulması (natriumun orqanizmdə ləngiməsi nəticəsində hipertoniya, ödem, ürək çatışmazlığı hipokaliemiya); dayaq-hərəkət sistemi effektləri (əzələ atrofiyası, depolyarizasiya etməyən miorelaksantlarla eyni vaxtda istifadə zamanı yaranan kəskin miopatiya, asteniya, osteoporoz, mənfi azot balansı); dəri effektləri (dərinin incəlməsi, striyalar, sızanaqlar); nevro-psixiki pozğunluqlar (baş ağrısı, baş dönməsi, eyforiya, yuxusuzluq, hiperkinez, hipomaniya və ya depressiya, uşaqlarda idiopatik kəllədaxili təzyiq); oftalmoloji effektlər (xüsusilə uşaqlarda meydana çıxan posterior subkapsular katarakt, göz daxili təzyiqinin artması); nadir hallarda ortaya çıxan allergik reaksiyalar; endokrinoloji effektlər (yağ qalıqlarının kuşinqəbənzər paylanması ilə artan çəki və ayı üzü, hirsutizm, amenoreya, şəkərli diabet, hipotalamus-hipofiz-adrenal sistemin fəaliyətinin ləngiməsi, uzunmüddətli kortikoterapiyanın dayandırılmasından sonra 1 il və ya daha çox davam edə bilən böyümə ləngiməsi və nisbi adrenal çatışmazlıq). Rastgəlmə tezliyi məlum olmayan göz xəstəlikləri: bulanıq görmə Sistem kortikosteroidlərlə (xüsusən də yüksək dozalarda və ya uzunmüddətli müalicədən sonra) depolyarizasiya etməyən miorelaksantların eyni vaxtda istifadəsi kəskin miopiyaya səbəb ola bilər. Hipotalamus-hipofiz-adrenal supressiya da daxil olmaqla proqnozlaşdırıla bilən mənfi təsirlərin tezliyi preparatın nisbi effektivliyi, dozası, qəbul vaxtı və müalicə müddəti ilə əlaqələndirilir. Əlavə reaksiyalar baş vermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez (1/10); tez-tez (1/100, <1/10); bəzən (1/1000, <1/100); nadir (1/10000<1/1000); çox nadir (<1/10000); naməlum (mövcud məlumatlar əsasında dəyərləndirmək mümkün deyil). Endokrin pozğunluqlar Bəzən: hipotalamo-hipofizar-adrenal sistemin fəaliyyətinin ləngiməsi, amenoreya, kuşinqoid üz ifadəsi. Naməlum: körpələrdə, uşaqlarda və yeniyetmələrdə böyümə ləngiməsi. Metabolizm və qidalanma pozğunluqları Tez-tez: çəki artımı. Bəzən: antidiabetik terapiyaya ehtiyac yaradan karbohidrat tolerantlığı, natrium və suyun bədəndə ləngiməsi ilə əlaqədar arterial hipertenziya, beta-2-aqonistlər və ksantinlərlə birlikdə istifadə edildikdə kalium itkisi və hipokalemik alkaloz. Naməlum: mənfi protein və kalsium balansı, iştahanın artması. Hematoloji bədxassəli şişləri olan xəstələrdə deflazakortun istifadəsi ilə əlaqədar şişin lizis sindromu bildirilmişdir. İnfeksiyalar və invaziyalar Bəzən: tam təzahür etməyən kliniki simptomlar və əlamətlərlə infeksiyalar və onlara qarşı həssaslığın artması, oportunistik infeksiyalar, gizli vərəmin residivi. Naməlum: kandidoz. Əzələ-skelet sisteminin və birləşdirici toxumanın xəstəlikləri Bəzən: osteoporoz, onurğa və uzun sümüklərin sınıqları. Nadir: əzələ zəifləməsi. Naməlum: xinolonlarla eyni vaxtda istifadə edildikdə avaskulyar osteonekroz, tendinit və vətər yırtığı, miopatiya (kəskin miopatiya depolarizasiya etməyən miorelaksantlar tərəfindən təhrik oluna bilər), mənfi azot balansı. Reproduktiv sistem və süd vəziləri tərəfindən Naməlum: menstrual pozğunluqlar. Ürək tərəfindən Naməlum: ürək çatışmazlığı, vaxtından əvvəl doğulmuş körpələrdə hipertrofik kardiomiopatiya. Sinir sistemi pozğunluqları Bəzən: baş ağrısı, başgicəllənmə. Naməlum: narahatlıq, uşaqlarda görmə siniri diskinin ödemi ilə müşayiət olunan kəllədaxili təzyiqin artması (beynin psevdotumoru), epilepsiyanın kəskinləşməsi. Psixi pozğunluqlar Psixi reaksiyaların geniş spektri, o cümlədən aşağıdaki affektiv pozğunluqlar: Bəzən: depressiv və labil əhval-ruhiyyə. Naməlum: əsəbilik, eyforiya, suiqəsd düşüncələri. Psixotik reaksiyalar, o cümlədən: Naməlum: maniya, sayıqlama, halüsinasiyalar, şizofreniyanın kəskinləşməsi. Digər reaksiyalar, o cümlədən: Bəzən: davranış pozğunluqları. Naməlum: şüur pozğunluqları və amneziya daxil olmaqla, narahatçılıq, yuxu pozğunluğu və koqnitiv disfunksiya halları bildirilmişdir. Reaksiyalar ümumi olur və həm böyüklərdə, həm də uşaqlarda baş verə bilər. Yetişkinlərdə şiddətli reaksiyaların tezliyi 5-6% dir. Kortikosteroid müalicəsinin kəsilməsinin psixoloji təsirləri bildirilmişdir; tezliyi məlum deyil. Göz xəstəlikləri Naməlum: bulanıq görmə, göz içi təzyiqinin artması, qlaukoma, görmə siniri diskinin ödemi, posterior subkapsulyar katarakta, xüsusən də uşaqlarda, xorioretinopatiya, buynuz qişanın və ya skleranın incəlməsi, oftalmik virus və ya göbələk xəstəliklərinin kəskinləşməsi. Mədə-bağırsaq pozğunluqları Bəzən: dispepsiya, mədə xorası, qanaxma, ürəkbulanma. Naməlum: mədə xorasının perforasiyası, kəskin pankreatit (xüsusilə uşaqlarda), kandidoz. Dərinin və dərialtı toxumanın xəstəlikləri Bəzən: hirsutizm, strialar, sızanaqlar. Nadir hallarda : qansızma. Naməlum: dəri atrofiyası, telangiektaziya. Tətbiq yerindəki ümumi pozğunluqlar Bəzən: ödem. Naməlum: sağalmanın ləngiməsi. İmmunitet sisteminin pozğunluqları Bəzən: anafilaksiya da daxil olmaqla, yüksək həssaslıq halları bildirilmişdir. Qan və limfa sisteminin pozğunluqları Naməlum: leykositoz. Damar pozğunluqları Naməlum : tromboemboliya, xüsusilə tromboza meylinin artması ilə əlaqəli xəstəlikləri olan xəstələrdə, nadir hallarda – xoşxassəli kəllədaxili hipertenziya. Kəsilmə simptomları və əlamətləri Naməlum: uzunmüddətli müalicədən sonra kortikosteroidlərin dozasının çox sürətlə azaldılması kəskin adrenal çatışmazlığa, arterial hipotenziyaya və ölümə səbəb ola bilər. Qızdırma, mialgiya, artralgiya, rinit, konyunktivit, dəridə ağrılı qaşınan düyünlər və kilo itkisi də daxil olmaqla “kəsilmə sindromu” baş verə bilər. Bunlar adrenal çatışmazlıq əlamətləri olmayan xəstələrdə də baş verə bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılmasının klinik simptomlarla təzahür ehtimalı azdır. Peroral deflazakort qəbul edən heyvanlarda DL50 4000 mq / kq-dan yuxarı idi.
Buraxılış forması
10 tablet OPA/Alüminium/PVC-Alüminium blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə kartonqutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Farmalabor – Produtos Farmacêuticos, S.A. Zona Industrial de Condeixa-a-Nova, 3150-194 Condeixa-a-Nova, Portugal / Portuqaliya.
Qeydiyyat vəsiqəsinin sahibi
Welfar International LLC, Georgia. Poti Free Industrial Zone, Plot №545, Land plot internal № 1D-5/G, 4400 Poti, Georgia.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.