DRASTOP 200 MG 2 ML N10 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Digər qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə vasitələr |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
32,92 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DRASTOP inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Chondroitin sulphate
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq natrium xondroitin sulfat vardır. Köməkçi maddələr:benzil spirti, natrium hidroksid və ya xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, açıq-sarı rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Digər qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə vasitələr. ATC kodu: M01AX25.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Dərman vasitəsinin əsas təsiredici maddəsi- xondroitin sulfat A və C-nin natrium duzlarıdır (orta molekul kütləsi 11000 dalton). Xondroitin sulfat – yüksək molekullu mukopolisaxariddir. Kollagen liflər ilə birlikdə qığırdaq matriksini təşkil edən proteoqlikanların əsas komponenti hesab olunur. Dərman vasitəsi iltihabəleyhinə, analgetik təsir göstərir. Oynaq qığırdağının parçalanmasına səbəb olan enzimlərin aktivliyini ləngidir: metalloproteinazanı, əsasən leykositar elastazanı inhibə edir. Hialuronidazanın aktivliyini azaldır. Sərbəst oksigen radikallarının ifraz olunmasını hissəvi blokada edir; hemotaksisin blokada olunmasına səbəb olur. Xondrositlər tərəfindən proteoqlikanların ifraz olunmasını stimulə edir. Sinovial mayeyə iltihab və ağrı mediatorlarının ifraz olunmasını azaltması hesabına, həmçinin leykotrien B4 və prostaqlandin E2 sekresiyasının ləngiməsi nəticəsində iltihabəleyhinə və analgetik effektlər əldə olunur. Xondroitin sulfat birləşdirici toxumanın sıxılmasının qarşısını alır, oynaq səthlərinin amortizatoru rolunu oynayır, oynaq mayesinin istehsalını normallaşdırır, ağrı intensivliyinin azalmasına səbəb olur. Farmakokinetikası Xondroitin sulfat əzələ daxilinə yeridildikdən sonra sinovial mayeyə daxil olur. Xondroitin sulfat sinovial mayedə maksimal konsentrasiyaya inyeksiyadan 4-5 saat sonra çatır. Orqanizmdən 24 saat ərzində xaric olunur.
İstifadəsinə göstərişlər
Düzgün diaqnozlaşdırılmış diz, bud-çanaq oynaqlarının osteoartriti, onurğanın osteoxondrozu zamanı simptomların (yüngül-orta ağrı) yüngülləşdirilməsi, effektin tədricən inkişaf etməsi.
Əks göstərişlər
-Preparatın komponenetlərinə qarşı yüksək həssaslıq; -qanaxma və qanaxmaya meyllik; -tromboflebitlər; -hamiləlik və laktasiya dövrü (müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır); -18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb). Ehtiyatla Qanın laxtalanma pozğunluğu olduqda, şəkərli diabet zamanı, bədən kütləsi artıq olan şəxslərdə, az miqdarda duz tərkibli pəhriz saxlayan pasiyentlərdə, 18 yaşa qədər uşaqlar, böyrəklərin funksiyasının pozulması zamanı, hamiləliyi planlaşdıran qadınlarda.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Allergik reaksiyalar və ya hemorragiyalar zamanı müalicəni dayandırmaq lazımdır. Stabil kliniki effekti əldə etmək üçün ən azı Drastop dərman vasitəsinin 25 inyeksiyası tələb olunur, lakin effekt müalicə kursu bitəndən sonra uzun bir neçə ay müddət ərzində saxlanılır. Preparatın tərkibində benzil spirti vardır ki, bu isə südəmər uşaqlarda və 3 yaşa qədər uşaqlarda zəhərlənmə və psevdoanafilaktik reaksiyalar yarada bilər. Dolayı antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirinin güclənməsi mümkündür ki, bu isə birgə istifadəsi zamanı qanın laxtalanma göstəricilərinin daha tez-tez nəzarət olunmasını tələb edir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Drastop preparatının qeyri-steroid iltihabəleyhinə vasitələrlə birgə istifadəsi onların dozasını azaltmağa imkan yaradır. Dolayı antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirinin güclənməsi mümkündür ki, bu isə birgə istifadəsi zamanı qanın laxtalanma göstəricilərinin daha tez-tez nəzarət olunmasını tələb edir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik zamanı və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Drastop yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq və avtonəqliyyatı idarə etmək qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparat əzələdaxili yeridilmə üçün nəzərdə tutulmuşdur. Venadaxili yeritmək olmaz. Böyüklər və yaşlı pasiyentlər: preparat əzələdaxili günaşırı 1 ml (100 mq natrium xondroitin sulfat) yeridilir. Yaxşı mənimsənilmə olduqda, dördüncü inyeksiyadan başlayaraq, dozanı 2 ml-ə qədər (200 mq natrium xondroitin sulfat) artırırlar. Müalicə kursu -25-30 inyeksiyadır. Lazım gəldikdə 6 aydan sonra təkrar müalicə kursunun aparılması mümkündür. Uşaqlar: preparatı uşaqlarda istifadə etmək olmaz.
Əlavə təsirləri
Dəri və dəriltı toxumalara: qaşınma və/və ya şişkinliklə müşayiət olunan və ya olunmayan eritema, övrə, ekzema, makulopapulyoz səpgi hadisələri barədə məlumatlar mövcuddur. Mədə-bağırsaq sisteminə: nadir hallarda- ürəkbulanma, qusma barədə məlumat verilmişdir. İmmun sistemə: çox nadir hallarda angionevrotik ödem hadisələri barədə məlumat verilmişdir. İnyeksiya yerində qanaxma hadisələri qeyd olunmuşdur.
Doza həddinin aşılması
Hətta əhəmiyyətli dərəcədə doza həddinin aşılması zamanı dərman vasitəsi toksiklik nümayiş etdirmir. Simptomlar: allergik reaksiyalar, inyeksiya yerində hemorragiyalar. Təsadüfən kəskin doza həddinin aşılması zamanı- simptomatik müalicə. Bütün tədbirlər Drastop dərman vasitəsinin qəbulunun dayandırılması fonunda aparılmalıdır.
Buraxılış forması
İnyeksiya üçün məhlul. 2 ml məhlul, sarı rəngli şüşə ampulda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır!
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Mefar İlaç Sanayi A.Ş.”, Türkiyə. Ticarət nişanı və qeydiyyat vəsiqəsinin sahibi “VÖRLD MEDİSİN İLAÇ SAN. VE TİC. A.Ş.” TÜRKİYƏ şirkətidir.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.