DORNIZOLE 500 MG N10 TABLET
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ornidazol protozoylara və anaerob bakteriyalara qarşı aktiv olan 5- nitroimidazol törəməsidir |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,32 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DORNİZOL 500 mq örtüklü tabletlər ™ Beynəlxalq patentləşdirilməmiş adı: Ornidazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq ornidazol vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza, krospovidon, nişasta, PVP K 30, natrium nişasta qlikolyatı, susuz kolloidal silisium dioksid, talk, maqnezium stearat, titan dioksid.
Təsviri
Ağdan ağımtıl rəngə qədər, kapsul formalı, ikitərəfli qabarıq, bir tərəfində qırılma xətti var və digər tərəfi yastı olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Ornidazol protozoylara və anaerob bakteriyalara qarşı aktiv olan 5- nitroimidazol törəməsidir. ATC kodu: P01AB03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Ornidazol protozoylara və anaerob bakteriyalara qarşı aktiv olan 5- nitroimidazol törəməsidir. O reduksiya məhsullarına çevrilir və bu məhsullar DNT ilə qarşılıqlı təsir nəticəsində DNT-nin spiral quruluşunun və zəncirinin dağılmasına səbəb olur ki, bu da həssas mikroorqanizmlərdə zülal sintezinin inhibə olunmasına və onların məhvinə gətirib çıxarır. Farmakokinetikası Absorbsiyası Oral istifadədən sonra ornidazol sürətlə absorbsiya olunur. Orta absorbsiyası 90%-dir. Pik plazma konsentrasiyaları 3 saat müddətində yaranır. Paylanması Böyüklərdə tarazlıq vəziyyətində paylanma həcmi 0,51-dən 1,1L/kq-a qədərdir. Ornidazolun plazma zülalları ilə birləşməsi təqribən 13%-dir. Ornidazolun aktiv inqrediyenti onurğa beyni mayesinə, orqanizmin mayelərinə və toxumalarına çox effektiv şəkildə nüfuz edir. Plazma konsentrasiyaları müxtəlif göstərişlər üçün optimal hesab edilən diapazonda (6-36 mq/l) yerləşir. Hər 12 saatdan bir sağlam könüllülərə 500 və ya 1000mq dozada təkrar yeridilmədən sonra toplanma əmsalı 1,5 – 2,5 hesablanmışdır. Metabolizmi Ornidazol başlıca olaraq qaraciyərdə 2-hidroksimetil və a-hidroksimetil metabolitlərinə meta- bolizə olunur. Hər iki əsas metabolit dəyişikliyə uğramamış ornidazolla müqayisədə Tricho- monas vaginalis-ə və anaerob bakteriyalara qarşı daha az aktivdir. Xaric olması Yarımxaricolma dövrü təqribən 13 saatdır. Birdəfəlik dozanın 85%-i ilk beş gün müddətində, çox hissəsi metabolizə olunmaqla xaric olur. Dozanın 4%-i dəişilməmiş şəkildə sidiklə xaric olur.
İstifadəsinə göstərişlər
Amöbiaz, lyamblioz və Trichmonas vaginalis daxil olmaqla, parazitar infeksiyaların müalicəsi; anaerob bakteriyaların həssas ştammları tərəfindən törədilən infeksiyaların müalicəsi.
Əks göstərişlər
Ornidazol bu dərmana və ya digər nitroimidazol törəmələrinə qarşı yüksək həssaslığı olan pasi- yentlərə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
MSS-in xəstəlikləri, məsələn, epilepsiyası və ya dağınıq sklerozu olan pasiyentlərdə ehtiyatlı olmaq lazımdır. Digər dərmanların təsiri güclənə və ya zəifləyə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər nitroimidazol törəmələrindən fərqli olaraq, ornidazol aldehid dehidrogenazanı inhibə etmir və ona görə də spirtlə uyuşmaz deyildir. Lakin, ornidazol kumarin tipli oral antikoaqulyantlarının təsirini gücləndirir. Antikoaqulyantın dozasına müvafiq düzəliş edilməlidir. Ornidazol vekuro- nium bromidin miorelaksasiyaedici təsir müddətini uzadır. Simetidin, fenitoin, fenobarbital kimi epilepsiyaəleyhinə preparatlarla və litium ilə istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır. Bu preparatıa müalicə dayandırıldıqdan sonra 3 gün ərzində alkoqol istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Müxtəlif növlər üzərində aparılan geniş tədqiqatlarda ornidazolun teratogen və ya fetotoksik təsiri aşkar edilməmişdir. Lakin, hamilə qadınlar üzərində heç bir nəzarətli tədqiqat aparılmamışdır. Prinsipial olaraq, Ornidazol hamiləliyin erkən mərhələlərində və ya laktasiya dövründə istifadə edilməməlidir (mütləq zəruri hallar istisna olmaqla). Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idaretmə qabiliyyətinə təsiri Ornidazol nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idaretmə qabiliyyətinə təsir göstərə bilər, ona görə də MSS-də əlavə təsirlər meydana çıxarsa (yuxululuq, rigidlik, başgicəllənmə, tremor, qıcolmalar, hipotaksiya, şüurun müvəqqəti itməsi) belə aktivlikdən qaçmaq lazımdır.
İstifadə qaydası və dozası
Standart doza Tabletlər daxilə, yeməkdən sonra qəbul edilməlidir. Trixomoniaz İki mümkün müalicə rejimi vardır: birgünlük müalicə (kəskin trixomoniaz zamanı); beş-günlük müalicə (trixomoniazın xroniki formaları üçün). Tabletlər yeməkdən sonra qəbul edilməlidir. (a) Birdəfəlik müalicə (b) Beş-günlük müalicə Müalicənin növü Gündəlik doza (a) Birdəfəlik doza Axşamlar 3 tablet (b) Beş-günlük müalicə 2 tablet (1 tablet səhər və 1 tablet axşam) Bütün hallarda təkrar yoluxmadan qaçmaq üçün oral dozadan istifadə etməklə, həmçinin cinsi tərəfdaşı da müalicə etmək lazımdır. Uşaqlar üçün doza birdəfəlik dozada istifadə etməklə, bədən kütləsinin hər kq-ına 25 mq təşkil edir. Amöbiaz (a) Amöb dizenteriyası olan pasiyentlərin üç-günlük müalicəsi (b) Amöbiazın bütün formaları üçün 5-10-günlük müalicə Müalicə müddəti Gündəlik doza Böyüklər və bədən kütləsi 35 kq- Bədən kütləsi 35 q-a qədər dan çox olan uşaqlar olan uşaqlar a) Üç gün Axşam birdəfəlik qəbul 3 tablet Bir dozada (birdəfəlik) dozada. Bədən kütləsi 60 kq-dan bədən kütləsinin hər 3 kq-na çox: 4 tablet (2 tablet səhər və 2 125 mq (1/4 tablet) (hər kq- tablet axşam) a 40 mq-a ekvivalent) b) 5 gündən 10 2 tablet (1 tablet səhər və 1 tablet Bir dozada (birdəfəlik) axşam)günə qədər bədən kütləsinin hər 5 kq-na 125 mq (1/4 tablet) (hər kq- a 25 mq-a ekvivalent)
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10), bəzən (≥1/1 000 – <1/100); nadir hallarda (≥1/10 000 – <1/1000); çox nadir hallarda (<1/10 000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Yuxululuq, başağrısı, ağızda quruluq, iştahanın azalması və ürəkbulanma və qusma kimi mədə- bağırsaq pozğunluqları kimi yüngül əlavə təsirlər baş verə bilər. Ayrı-ayrı hallarda MSS-də başgicəllənmə, tremor, rigidlik, pis koordinasiya, qıcolmalar, yorğunluq və başhərlənmə, şüurun müvəqqəti itməsi və hissi və ya qarışıq periferik nevropatiya kimi pozğunluqlar müşahidə edilmişdir. Dadbilmənin pozulması, qaraciyər funksiyasının pozulması və dəri reaksiyaları qeyd edilmişdir.
Doza həddinin aşılması
Həddindən artıq yüksək dozalarda qəbul zamanı Ornidazolun doza həddinin aşılması baş verə bilər. Ona görə də bu preparatın yüksək dozalarda və ya təyin edildiyindən daha uzun müddət ərzində istifadəsindən qaçmaq lazımdır.
Buraxılış forması
10 örtüklü tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ratnamani Healthcare Pvt. Ltd. Survey No. 750/1,Ahmedabad -Mehsana Highway, Village:- Indrad, Taluka – Kadi, District: Mehsana, (N.G)- 382721 – Hindistan. Marketinq icazəsinin sahibi Medeor Life Care LLP.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.