CLOVAS ADAMED 75MG N28 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Antiaqreqant |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,97 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər. • Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Onların xəstəliyinin simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Əgər müalicə müddətində bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. KLOVAS ADAMED 75 mq örtüklü tabletlər CLOVAS ADAMED Beynəlxalq patentləşdirilməmiş adı: Clopidogrel
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq klopidoqrel (bisulfat şəklində) vardır. Köməkçi maddələr: mannitol (E421), prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, hidrogenləşdirilmiş gənəgərçək yağı, aşağıəvəzli hidroksipropilsellüloza. Örtük: hipromelloza, titan dioksid (E171), triasetin, laktoza monohidrat. qırmızı dəmir oksidi (E172), sarı dəmir oksidi (E172), qara dəmir oksidi (E172).
Təsviri
Klovas Adamed tabletləri girdə, ikitərəfli qabarıq, cəhrayı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antiaqreqant. ATC kodu: B01AC04.
Farmakoloji xüsusiyyətləri
Klovas Adamed antiaqreqant (antitrombositar) dərman preparatları adlanan dərmanlar qrupuna aiddir. Trombositlər qanda çox kiçik bir quruluşdur, qırmızı və ya ağ qan hüceyrələrindən daha kiçikdir, qanın laxtalanması zamanı bir-birinə yapışaraq tromblar əmələ gətirir. Qan tromblarının yaranmasının qarşısını almaqla, antitrombositar dərman preparatları qan laxtasının əmələ gəlmə prosesinin (tromboz adlanan prosesin) başvermə ehtimalını azaldır.
İstifadəsinə göstərişlər
Klovas Adamed bərkimiş qan damarlarında (arteriyalarda) aterotrombotik halların (insult, ürək tutması və ya ölüm) yaranmasına gətirib çıxara bilən, aterotromboz adlanan prosesin – trombların yaranmasının qarşısını almaq üçün istifadə olunur. Klovas Adamed Sizə qan laxtalanmasının qarşısını almaq və bu ağır hadisələrin riskini azaltmaq üçün təyin olunmuşdur, çünki: − Arteriyalarınızın bərkiyə bilməsi vəziyyəti var (ateroskleroz kimi də tanınır) və − əvvəllər infarkt keçirtmisiniz, insult keçirmisiniz və ya − periferik arterial xəstəlik kimi tanınan bir vəziyyətiniz var və ya − sinənizdə “qeyri-stabil stenokardiya’” və ya “miokard infarktı’”(ürək tutması) kimi məlum olan ağır ağrı yaşamısınız. Bu vəziyyətin müalicəsi üçün həkiminiz effektiv qan axınını bərpa etmək üçün ola bilsin ki, tıxanmış və ya daralmış arteriyaya bir stent qoymuşdur. Bundan başqa, həkiminiz Sizə asetilsalisil turşusu (ağrıları və bədən temperaturunu aşağı salmaq üçün, həmçinin qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan və bir çox dərman preparatlarının tərkibində olan maddə) təyin etməlidir.
Əks göstərişlər
Aşağıdakı hallarda Klovas Adamed -in istifadəsi əks göstərişdir: • əgər klopidoqrelə və ya Klovas Adamed-in digər komponentlərindən hər hansı birinə qarşı allergiyanız (yüksək həssaslıq) varsa; • əgər Sizin hazırda mədə xorası və ya beyində qanaxma kimi qanaxma törədə bilən tibbi vəziyyətiniz varsa; • ağır qaraciyər xəstəliyindən əziyyət çəkirsinizsə. Bunlardan hər hansı birinin Sizə aid olduğunu düşünürsünüzsə və ya şübhəniz varsa, Klovas Adamed istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda göstərilən hallardan hər hansı biri Sizə aiddrsə, Klovas Adamed istifadə etməzdən əvvəl həkiminizə bu barədə məlumat verməlisiniz: əgər aşağıdakılar kimi qanaxma riskiniz varsa − Sizi daxili qanaxma riskinə məruz qoya bilən vəziyyət varsa (mədə xorası kimi), − Sizdə daxili qanaxmaya meyillilik yarada bilən qan pozğunluğu varsa (orqanizminizin hər hansı bir toxumasından, orqanından və ya oynağından qanaxma), − son zamanlarda ciddi travma almısınızsa, − son zamanlarda əməliyyat keçirmisinizsə (diş prosedurları daxil olmaqla) − yaxın yeddi gün ərzində əməliyyat planlaşdırılırsa (diş prosedurları daxil olmaqla), • son yeddi gün ərzində beyninizin arteriyasında qan laxtası yaranmışdırsa (işemik insult), • başqa tip dərman qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) • böyrək və ya qaraciyər xəstəliyiniz varsa. Ehtiyat tədbirləri • Əgər Sizin üçün əməliyyat planlaşdırılırsa (diş prosedurları daxil olmaqla) həkiminizə bu barədə məlumat verməlisiniz • Həmçinin, əgər Sizdə qızdırma, izaholunmaz və son dərəcə ağır yorğunluq ilə və ya onsuz dərialtı qançırlar (göyərmə) (qırmızı nöqtələr kimi görünə bilər), şüurun qarışması, dərinin və göz ağının saralması (sarılıq) ilə müşayiət olunan xəstəlik meydana çıxarsa, dərhal həkiminizə məlumat verməlisiniz (bax: “Əlavə təsirləri”). • Əgər özünüzü kəsmisinizsə və ya zədələmisinizsə, qanaxmanın dayandırılması üçün adi halda olduğundan daha uzun vaxt tələb oluna bilər. Bu, dərmanın təsirindən asılıdır, belə ki, o, qan laxtalarının yaranmasının qarşısını alır. Kiçik kəsiklər və travmalar üçün, məsələn, özünüzü kəsərkən, üzünüzü qırxarkən baş verən kəsiklər zamanı bu, adətən heç bir əhəmiyyət kəsb etmir. Lakin, əgər qanaxma Sizi narahat edirsə, dərhal həkiminizlə əlaqə saxlamalısınız (bax: “Əlavə təsirləri”). • Həkiminiz qan analizi verməyinizi istəyə bilər. • Əgər “Əlavə təsirləri” bölməsində qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa və ya əlavə təsirlərdən hər hansı biri ciddiləşərsə, bu barədə həkiminizə məlumat verməlisiniz. Klovas Adamed uşaqlarda və yeniyetmələrdə istifadə üçün nəzərdə tutulmamışdır. Klovas Adamed-in bəzi komponentləri haqqında mühüm məlumat Klovas Adamed-in tərkibində laktoza var. Əgər həkiminiz bəzi şəkərlərə (məsələn, laktoza) qarşı dözümsüzlüyünüzün olduğunu söyləmişdirsə, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın. Klovas Adamed-in tərkibində həmçinin, mədədə pozğunluğa və ya ishala səbəb ola bilən hidrogenləşdirilmiş gənəgərçək yağı vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bəzi digər dərmanlar Klovas Adamed-in effektivliyinə təsir göstərə bilər və ya əksinə. Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə və ya istifadə edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Klovas Adamed ilə oral antikoaqulyantların (qan laxtalanmasını azaltmaq üçün istifadə olunan dərmanlar) birlikdə istifadəsi tövsiyə edilmir. Adətən əzələ və ya oynaqların ağrılı və/və ya iltihabi vəziyyətlərini müalicə etmək üçün istifadə olunan qeyri-steroid iltihabəleyhinə preparat istifadə edirsinizsə və ya qanın laxtalanma qabiliyyətini azaltmaq üçün istifadə olunan heparin və ya mədə pozğunluğunun müalicəsi üçün proton nasosunun inhibitoru (məsələn, omeprazol) kimi digər dərmanlar istifadə edirsinizsə, həkiminizə mütləq bu barədə məlumat verməlisiniz. Əgər Sizdə ağır sinə ağrısı (qeyri-stabil stenokardiya və ya ürək tutması) varsa, ağrını və bədən temperaturunu aşağı salmaq üçün istifadə olunan və bir çox dərman preparatlarının tərkibində olan asetilsalisil turşusu ilə birlikdə Klovas Adamed təyin oluna bilər. Asetilsalisil turşusunun təsadüfi istifadəsi (24 saat müddətində 1000 mq-dan çox olmayaraq adətən bir problem yaratmamalıdır, ancaq digər şəraitlərdə uzun müddət istifadəsi həkiminizlə müzakirə edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə bu dərmandan istifadə etməyiniz arzuolunmazdır. Hamiləsinizsə və ya hamilə olduğunuzdan şübhələnirsinizsə, Klovas Adamed istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçıya bu barədə məlumat verməlisiniz. Klovas Adamed qəbul edərkən hamilə qalsanız, hamilə olduğunuz zaman klopidoqrel qəbul etməməyiniz tövsiyə olunduğundan, dərhal həkiminizlə məsləhətləşin. Klovas Adamed qəbul edərkən uşağınızı əmizdirmək barədə həkiminizlə məsləhətləşin. Hər hansı bir dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Klovas Adamed-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərməsi gözlənilmir.
İstifadə qaydası və dozası
Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi istifadə edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Əgər Siz güclü sinə ağrısı (qeyri-stabil stenokardiya və ya ürək tutması) yaşamısınızsa, həkiminiz müalicənin başlanğıcında bir dəfə 300 mq Klovas Adamed (75 mq-lıq 4 tablet) verə bilər. Sonra adi doza gündə bir dəfə 75 qramlıq bir Klovas Adamed tableti təşkil edir və yemək zamanı və ya onsuz və hər gün günün eyni vaxtında daxilə qəbul edilir. Klovas Adamed-i həkiminizin tövsiyə etdiyi müddət ərzində qəbul etməlisiniz. Klovas Adamed-in qida və içkilərlə istifadəsi Klovas Adamed yeməklə birlikdə və onsuz qəbul edilə bilər. Əgər Klovas Adamed-in qəbulunu unutmusunuzsa Əgər Klovas Adamed-in bir dozasını qəbul etməyi unutmusunuzsa, lakin, adi qəbul vaxtından sonra 12 saat müddətində yadınıza düşübsə, dərhal tabletinizi qəbul edin və növbəti dozanı adi vaxtında qəbul edin. Əgər tabletin qəbulunu 12 saatdan çox müddət ərzində unutmusunuzsa, unudulmuş dozanın qəbulunu buraxın və növbəti dozanı vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Klovas Adamed-in qəbulunu dayandırırsınızsa Müalicəni dayandırmayın. Müalicəni dayandırmazdan əvvəl həkiminizlə və ya əczaçı ilə əlaqə yaradın. Əgər bu preparatın istifadəsinə dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi bu dərman da hamıda olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, dərhal həkiminizə müraciət edin: − qızdırma, infeksiya əlamətləri və ya həddindən artıq yorğunluq. Bunlar bəzi qan hüceyrələrinin nadir azalması ilə əlaqədar ola bilər. − dərinin altındakı qırmızı nöqtələr şəklində və ya çaşqınlıq kimi meydana çıxan qanaxma ilə bağlı olub-olmamasından asılı olmayaraq, dərinin və/və ya gözlərin saralması (sarılıq) kimi qaraciyər problemlərinin əlamətləri (bax: Xəbərdarlıqlar və ehtiyat tədbirləri”) − ağızdakı şişkinlik və ya dəridə səpgi, qaşınma və qabarlar kimi dəri xəstəlikləri. Bunlar allergik reaksiya əlaməti ola bilər. Klovas Adamed-in istifadəsi ilə bağlı, haqqında ən çox məlumat verilən (100 pasiyentdən 1-10-da meydana çıxa bilən) əlavə təsir qanaxmadır. Qanaxma mədədə və ya bağırsaqlarda qanaxma, qansızmalar, hematoma (dərinin altında qeyri-adi qanaxma və ya qansızma), burun qanaxması, sidikdə qan olması kimi baş verə bilər. Az sayda gözlərə, başın daxilinə, ağciyərə və ya oynaqlara qanaxma barədə də məlumat verilmişdir. Əgər Klovas Adamed qəbul edərkən uzunmüddətli qanaxma baş verərsə Əgər özünüzü kəsmisinizsə və ya xəsarət almısınızsa, qanaxmanın dayandırılması adi haldan daha uzun vaxt tələb edə bilər. Bu, qan laxtalarının yaranmasına mane olduğuna görə dərmanınızın təsiri ilə bağlıdır. Kiçik kəsiklər və xəsarətlər üçün, məsələn, özünüzü kəsmisinizsə, üzünüzü qırxarkən kəsik baş vermişdirsə, bu, adətən heç bir əhəmiyyət kəsb etmir. Lakin, qanaxmadan narahat olsanız, dərhal həkiminizlə əlaqə saxlamalısınız (bax: “Xəbərdarlıqlar və ehtiyat tədbirləri”). Klovas Adamed-lə bağlı məlumat verilən digər əlavə təsirlər Tez-tez baş verən əlavə təsirlər (100 pasiyentdən 1-10-da baş verə bilər): diareya, abdominal ağrı, mədədə pozğunluq və ya qıcqırma. Bəzən baş verən əlavə təsirlər (1000 pasiyentdən 1-10-da baş verə bilər): baş ağrısı, mədə xorası, qusma, ürəkbulanma, qəbizlik, mədə və ya bağırsaqda həddindən artıq qaz, səpgi, qaşınma, başgicəllənmə, sancma (iynəbatma) və uyuşma hissi. Nadir hallarda baş verən əlavə təsirlər (10 000 pasiyentdən 1-10-da baş verə bilər): vertiqo. Çox nadir hallarda baş verən əlavə təsirlər (10 000 pasiyentdən 1-dən azında baş verə bilər): sarılıq; bel ağrısı ilə və ya bel ağrısı olmadan qarın ağrısı; qızdırma, tənəffüsün çətinləşməsi (bəzən öskürəklə bağlı); generalizəolunmuş allergik reaksiyalar; ağızda şişkinlik; dəridə qabarlar; dərinin allergiyası; ağızın iltihabı (stomatit); qan təzyiqində azalma; şüurun qarışması; hallüsinasiyalar; oynaq ağrısı; əzələ ağrısı; dadbilmədə dəyişiklik. Bundan əlavə, həkiminiz qanınızdakı dəyişiklikləri və ya sidik testinin nəticələrini təyin edə bilər. Əlavə təsirlərdən hər hansı biri ciddiləşərsə və ya bu içlik vərəqədə göstərilməyən əlavə təsirlər meydana çıxarsa, həkiminizə və ya əczaçıya bu barədə məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı qanaxma riski yüksəldiyindən, dərhal həkiminizə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.
Buraxılış forması
7 tablet, PA-Al-PVX/Al folqa blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Əgər preparatda və ya qablaşdırmada hər hansı qüsur görsəniz, preparatı istifadə etməyin. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməmiş dərmanları çirkab sularına və məişət tullantılarının içərisinə atmayın. Onları hara atmaq lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində EXP-dən sonra qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Adamed Pharma S.A. 33, Szkolna St. 95-054 Ksawerow, Poland (Polşa).
Qeydiyyat vəsiqəsinin sahibi
Adamed Pharma S.A. 6A, Pienkow, Mariana Adamkiewicza St. 05-152 Czosnow, Poland (Polşa). Partiyanın buraxılmasına cavabdehlik daşıyan istehsalçı Adamed Pharma S.A. 5, Marszalka Jozefa Pilsudskiego St. 95-200 Pabianice, Poland (Polşa).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.