Budenal 0,5 mq 2 ml N20 inhalyasiya
| Dərman forması | Suspenziya |
|---|---|
| Farmakoloji təsir | Tənəffüs yollarının obstruktiv xəstəliklərində istifadə olunan digər dərman vasitələri, inhalyatorlar. Qlükokortikoidlər |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
23,03 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BUDENAL inhalyasiya üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Budesonide
Tərkibi
Təsiredici maddə: 1 flakonda 0,5 mq (1 ml məhlulun tərkibində 0,25 mq) budesonid vardır. Köməkçi maddə: natrium xlorid, polisorbat 80, dinatrium edetat, natrium sitrat dihidrat, susuz limon turşusu, deionlaşdırılmış su.
Təsviri
Ağ-ağımtıl rəngli suspenziyadır.
Farmakoterapevtik qrupu
Tənəffüs yollarının obstruktiv xəstəliklərində istifadə olunan digər dərman vasitələri, inhalyatorlar. Qlükokortikoidlər. ATC kodu: R03BA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Budesonid güclü yerli iltihabəleyhinə təsirə malik qlükokortikosteroiddir. Yerli iltihabəleyhinə təsirə malikdir. Astma müalicəsində qlükokortikosteroidlərin dəqiq təsir mexanizmi tam öyrənilməmişdir. İltihab mediatorlarının azad olmasının qarşısının alınması və sitokinlər vasitəçiliyi ilə immun cavabın inhibə edilməsi kimi iltihabəleyhinə təsir əhəmiyyətli ola bilər. Oxşar sistem biomənimsənilməsinə nail olmaq üçün hesablanmış dozalarda inhalyasiyon və oral budesonidin müqayisəsi ilə astma xəstələri arasında aparılan klinik tədqiqat, plasebo ilə müqayisədə inhalyasiya edilmiş, lakin oral olmayan budesonidin effektivliyinin statistik əhəmiyyətli sübutlarını nümayiş etdirmişdir. Beləliklə, inhalyasiya edilmiş budesonidin adi dozalarının terapevtik təsiri əsasən tənəffüs yollarına birbaşa təsiri ilə izah edilə bilər. Tədqiqatlarda dörd həftə ərzində budesonid ilə əvvəlcədən müalicə həm ani, həm də gecikmiş astmatik reaksiyalarda bronxların daralmasının azalmasını göstərmişdir. Təsirin başlanması Quru toz inhalyatoru vasitəsilə ağızdan verilən inhalyasion budesonidin birdəfəlik dozasından sonra ağciyər funksiyasının yaxşılaşması bir neçə saat ərzində əldə edilir. Quru toz inhalyatoru vasitəsi ilə verilən oral inhalyasion budesonidin terapevtik istifadəsindən sonra, müalicənin başlanmasından sonra 2 gün ərzində ağciyər funksiyasında yaxşılaşma müşahidə edilmişdir, baxmayaraq ki, maksimum fayda 4 həftəyə qədər əldə edilə bilməz. Tənəffüs yollarının reaktivliyi Budesonid həmçinin hiperreaktiv xəstələrdə tənəffüs yollarının histaminə və metaxolinə reaktivliyini azaldır. Astma xəstəliyinin kəskinləşməsi Gündə bir və ya iki dəfə inhalyasiya edilən budesonid həm uşaqlarda, həm də böyüklərdə astmanın kəskinləşməsinin effektiv qarşısını alır. Fiziki gərginlik nəticəsində yaranan bronxial astma İnhalyasiya edilmiş budesonid fiziki gərginlik nəticəsində yaranan bronxial astmasının qarşısının alınması üçün effektiv şəkildə istifadə olunur. Böyümə Qısa müddətli tədqiqatlarda adətən müalicənin ilk ili ərzində baş verən böyümənin az və bir qayda olaraq, müvəqqəti ləngiməsi müşahidə edilmişdir. Uzunmüddətli müşahidə tədqiqatları göstərir ki, tənəffüs kortikosteroidləri əldə edən uşaqlar və yeniyetmələr orta hesabla böyüklər üçün hədəf artımına nail olurlar. Bununla belə, bir araşdırma göstərdi ki, quru toz inhalyatoru (gündəlik 400 mkq) ilə inhalyasiya edilmiş yüksək dozada budesonidlə 6 il ərzində minimum effektiv dozaya qədər titrləmədən müalicə alan uşaqlar, eyni müddət ərzində plasebo qəbul edənlərdən fərqli olaraq, böyüklərdən orta hesabla 1,2 sm qısadır. Plazmadakı kortizol konsentrasiyasına təsiri Sağlam könüllülərdə tənəffüs yolu ilə budesonid qəbul edən tədqiqatlar plazmadakı və sidikdə olan kortizola doza ilə bağlı təsir göstərmişdir. Tövsiyə olunan dozalarda inhalyasiya olunmuş budesonid ACTH testindən göründüyü kimi, 10 mq prednizolona nisbətən adrenal funksiyaya əhəmiyyətli dərəcədə az təsir göstərir. Pediatrik əhali Klinik – astma Budesonid nebulayzer suspenziyasının effektivliyi çoxlu sayda tədqiqatlarda qiymətləndirilmişdir və budesonid nebulayzer suspenziyasının davamlı astmanın profilaktik müalicəsi üçün gündə bir və ya iki dəfə dərman kimi həm böyüklərdə, həm də uşaqlarda təsirli olduğu göstərilmişdir. Aşağıda reprezentativ tədqiqatların bəzi nümunələri verilmişdir. Klinik – inaq İnaq olan uşaqlarda aparılan bir sıra tədqiqatlarda budesonid nebulayzer suspenziyası plasebo ilə müqayisə edilmişdir. İnaqlı uşaqların müalicəsi üçün budesonidin istifadəsinin qiymətləndirən reprezentativ tədqiqatların nümunələri aşağıda verilmişdir. Yüngül və orta dərəcədə inaq olan uşaqlarda effektivlik Klinik inaq diaqnozu ilə xəstəxanaya yerləşdirilən 87 uşaqda (7 aydan 9 yaşa qədər) randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli sınaq budesonid nebulayzer suspenziyasının inaq simptomlarının göstəricilərini yaxşılaşdırdığını və ya xəstəxanada qalma müddətini qısaltdığını müəyyən etmək üçün aparılmışdır. Budesonid nebulayzer suspenziyasının (2 mq) və ya plasebonun ilkin dozası verilmişdir, sonra ardınca hər 12 saatdan bir ya 1 mq budesonid, ya da plasebo verilmişdir. Budesonid nebulayzer suspenziyası inaq göstəricilərini 12 və 24 saat sonra statistik cəhətdən əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır, həmçinin inaq simptomunun balı 3-dən yuxarı olan xəstələrdə 2 saatdan sonra inaq göstəricilərini yaxşılaşdırmışdır. Burada qalma müddətində də 33% azalma olmuşdur. Orta və ağır inaqlı uşaqlarda effektivlik Randomizə edilmiş, ikiqat kor, plasebo-nəzarətli tədqiqat, inaq diaqnozu ilə xəstəxanaya yerləşdirilən 83 körpə və uşaqda (6 aydan 8 yaşa qədər) inaqın müalicəsində nebulayzer ilə budesonid suspenziyasının və plasebonun effektivliyini müqayisə edilmişdir. Xəstələr maksimum 36 saat ərzində və ya xəstəxanadan çıxana qədər hər 12 saatdan bir budesonid suspenziyasını 2 mq dozada nebulayzer vasitəsi ilə və ya plasebo qəbul etmişdilər. İnaq simptomlarının ümumi göstəricisi ilkin dozadan sonra 0, 2, 6, 12, 24, 36 və 48 saatdan sonra qiymətləndirilmişdir. 2 saatdan sonra həm budesonid suspenziyası nebulayzer ilə, həm də plasebo qrupları statistik cəhətdən əhəmiyyətli fərq olmadan, inaq simptomlarının göstəricilərində qruplar arasında oxşar yaxşılaşma müşahidə olunmuşdur. 6 saat ərzində budesonid nebulayzer ilə verilən qrupda inaq simptomları göstəricisi plasebo qrupu ilə müqayisədə statistik əhəmiyyətli dərəcədə yaxşılaşmışdır və plasebo ilə müqayisədə bu yaxşılaşma 12 və 24 saatdan sonra eyni dərəcədə olmuşdur. Farmakokinetikası Absorbsiyası Yetkinlərdə, BUDENAL nebulayzer vasitəsi ilə tətbiq edildikdən sonra budesonidin sistem biomənimsənilməsi nominal dozanın təxminən 15%-ni və xəstələrə verilən dozanın 40-70%-ni təşkil edir. Preparatın sistem biomənimsənilməsinin kiçik bir hissəsi qəbul edilən preparatdan gəlir. Püskürtmənin başlanmasından təxminən 10-30 dəqiqə sonra meydana gələn plazmadakı maksimal konsentrasiya təxminən 2 mq birdəfəlik-doza qəbulundan sonra 4 nmol/l təşkil edir. Paylanması Budesonid təxminən 3 l/kq paylanma həcminə malikdir. Plazma zülalları ilə bağlanması 85-90% təşkil edir. Biotransformasiyası Budesonid ilk dəfə qaraciyərdən aşağı qlukokortikosteroid aktivliyi olan metabolitlərə keçərkən çox hissəsi (~90%) biotransformasiyaya məruz qalır. Əsas metabolitlər olan 6β-hidroksibudesonid və 16α- hidroksiprednizolonun qlükokortikosteroid aktivliyi budesonidin aktivliyinin 1%-dən az hissəsini təşkil edir. Budesonidin metabolizmi əsasən P sitoxromuna aid olan CYP3A vasitəsi ilə həyata keçirilir.450 Eliminasiyası Budesonidin metabolitləri əsasən böyrəklər vasitəsilə konyuqasiya olunmuş şəkildə xaric olunur. Sidikdə dəyişilməmiş budesonid aşkar edilməmişdir. Budesonid sağlam yetkinlərdə yüksək sistem klirensinə (təxminən 1,2 l/dəq) malikdir və venadaxili yeridilmədən sonra budesonidin yarımxaricolma dövrü 2-3 saat təşkil edir. Xəttilik/qeyri-xəttilik: Budesonidin kinetikası klinik əhəmiyyətli dozalarda dozaya mütənasibdir. Tədqiqat zamanı ketokonazol 100 mq dozada gündə iki dəfə qəbul edildikdə, eyni zamanda ağızdan alınan budesonidin (10 mq birdəfəlik-doza) plazmasında səviyyəsini orta hesabla 7,8 dəfə artmışdır. İnhalyasion budesonid üçün bu qarşılıqlı əlaqə haqqında məlumat yoxdur, lakin qan plazmasında budesonidin səviyyəsinin əhəmiyyətli dərəcədə artmasını gözləmək olar. Xəstələrdə xarakterik xüsusiyyətlər Böyrək çatışmazlığı: Böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Qaraciyər çatışmazlığı: Qaraciyər funksiyasının azalması kortikosteroidlərin aradan qaldırılmasına təsir göstərə bilər. Lakin, venadaxili yeridilmiş budesonidin plazma klirensi sirrozlu xəstələrdə və sağlam şəxslərdə eynidır. Qaraciyər funksiyasının azalması hallarında, oral qəbul edilən budesonidin sistem biomənimsənilməsi ilk keçid metabolizminin azalması səbəbindən artır. İnhalyasiya edilmiş budesonidlə bağlı məlumat olmadığı üçün onun BUDENAL ilə müalicə üçün klinik əhəmiyyəti məlum deyil; bununla belə, plazma səviyyələrinin artması və buna görə də sistem mənfi təsirlər riskinin artması gözlənilə bilər. Pediatrik əhali: 4-6 yaşlı astma xəstələrində, nebulayzer (Pari LC Jet plus Pari Master kompressoru ilə) ilə tətbiq olunan budesonidin inhalyasiya sonrası sistem ekspozisiyası nominal dozanın 6%-ni və xəstəyə çatdırılan dozanın təxminən 26%-ni təşkil etmişdir. Uşaqlarda sistemli ekspozisiya sağlam könüllülərdən təxminən iki dəfə azdır. 4-6 yaş arası astmatiklərdə qan plazmasında maksimal konsentrasiya püskürtmənin başlanmasından 20 dəqiqə sonra baş verir və təxminən 1 mq dozada 2,4 nmol/l təşkil edir. 4-6 yaşlı astmalı uşaqlarda budesonidin sistemli klirensi 0,5 l/dəq təşkil edir. Hər kq bədən çəkisi üçün klirens böyüklərə nisbətən 50% daha yüksəkdir. Budesonidin inhalyasiyadan sonra son yarımxaricolma dövrü astma olan uşaqlarda təxminən 2,3 saat təşkil edir. Bu, demək olar ki, sağlam yetkinlərdə olduğu kimidir. 4-6 yaş arası uşaqlarda nebulayzer vasitəsi ilə budesonidin 1 mq (C və AUC) birdəfəlik dozası eynimax nebulayzer sisteminin köməyi ilə eyni dozanı tətbiq edərkən sağlam yetkinlərdə vəziyyətə bənzəyir. Preklinik təhlükəsizlik məlumatları Budesonidin kəskin toksikliyi aşağıdır və öyrənilmiş referent qlükokortikosteroidləri (beklometazon dipropionat, fluosinolon asetonid) ilə eyni ölçüdə və tipdədir. Yarımkəskin və xroniki toksikliyin tədqiqatlarının nəticələri göstərir ki, budesonidin sistem təsiri digər qlükokortikosteroidlərin qəbulundan sonra müşahidə olunanlardan daha azdır və ya oxşardır, məsələn, bədən çəkisinin azalması, limfoid toxumasının atrofiyası və böyrəküstü vəzinin qabıq maddəsinin atrofiyası. Kanserogenlik tədqiqatında erkək siçovullarda beyin qliomalarının rastgəlmə tezliyinin artması, aktiv müalicə qruplarının (budesonid, prednizolon, triamsinolon asetonid) və nəzarət qruplarının heç birində qliomaların rastgəlmə tezliyi fərqlənmədiyi üçün, təkrar tədqiqatda təsdiqlənə bilmədi. Kanserogenliyin ilkin tədqiqatında erkək siçovullarda aşkar edilmiş qaraciyər dəyişiklikləri (birincili hepatosellülyar neoplazmalar) yenidən budesonidlə və həmçinin etalon qlükokortikosteroidlərlə təkrarlanan tədqiqatda qeyd edilmişdir. Bu təsirlər çox güman ki, reseptor təsiri ilə əlaqədardır və beləliklə, sinif effektini təmsil edir. Mövcud klinik təcrübə göstərir ki, budesonid və ya digər qlükokortikosteroidlərin insanlarda serebral qliomalara və ya birincili hepatoselülyar törəmələrə səbəb olmasına dair heç bir göstərici yoxdur. Heyvanların reproduksiyasının tədqiqatlarında göstərilmişdir ki, budesonid kimi kortikosteroidlər inkişaf qüsurlarına səbəb olur (”qurd ağız“, skeletin inkişaf qüsurları). Bununla belə, heyvan təcrübələrinin bu nəticələri tövsiyə olunan dozalarda insanlara aid deyildir. Heyvanlar üzərində aparılan tədqiqatlar, həmçinin həddindən artıq prenatal dövrdə qlükokortikosteroidlərin tətbiqi bətndaxili inkişafın ləngiməsinin, yetkinlərdə ürək-damar xəstəliyinin və qlükokortikoid reseptorlarının sıxlığında daimi dəyişikliklərin, neyrotransmitter metabolizminin və teratogen doza diapazonundan aşağı olduqda davranışın artması riskində iştirakını müəyyən etmişdir.
İstifadəsinə göstərişlər
Astmanın bütün mərhələlərində iltihabəleyhinə vasitələrə, bronxodilatatorlara, simptomlara nəzarətə və oral steroidlərə tələbatı azaltmaq məqsədi ilə istifadə olunur. Ağciyər xroniki obstruktiv xəstəliyi (AXOX) zamanı preparatdan monoterapiya şəklində istifadə edilməsi tövsiyə edilmir.
Əks göstərişlər
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat aktiv və ya latent vərəmli pasiyentlərdə, həmçinin tənəffüs yollarında göbələk və virus infeksiyaları olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Terapevtik təsir adətən 10 gün ərzində əldə edilir. Həddindən artıq bronxial selik ifrazı olan xəstələrə əvvəlcə oral kortikosteroidlərin qısa (təxminən 2 həftə) əlavə rejimi verilə bilər. Peroral qəbul kursundan sonra yalnız BUDENAL kifayət qədər müalicə olmalıdır. Steroiddən asılı xəstələr: oral kortikosteroidlərdən nebulayzer vasitəsi ilə budesonid suspenziyası ilə müalicəyə keçdikdə, xəstə nisbətən stabil fazada olmalıdır. Budesonid suspenziyası nebulizerdə daha sonra təxminən 10 gün ərzində əvvəllər istifadə edilmiş oral steroid dozası ilə birlikdə tətbiq olunur. Bundan sonra, oral steroid dozası mümkün olan ən aşağı səviyyəyə qədər tədricən azaldılmalıdır (məsələn, hər ay 2,5 mq prednizolon və ya ekvivalenti). Bir çox hallarda oral kortikosteroid tamamilə BUDENAL ilə əvəz edilə bilər. Oral terapiyadan BUDENAL-a keçid zamanı, ümumiyyətlə, kortikosteroidlərin daha az sistem təsiri olacaq ki, bu da rinit, ekzema, əzələ və oynaq ağrısı kimi allergik və ya artrit simptomlarına səbəb ola bilər. Bu hallarda xüsusi müalicəyə başlamaq lazımdır. Nadir hallarda, əgər yorğunluq, baş ağrısı, ürəkbulanma və qusma aşkar edilərsə, qlükokortikosteroidin təsirli olmaması ehtimalı düşünülməldir. Belə hallarda bəzən peroral qlükokortikosteroid dozasını müvəqqəti artırmaq tələb olunur. Digər inhalyasiya müalicələrində olduğu kimi, preparatın qəbulundan sonra xırıltı və təngnəfəslik dərhal artması ilə özünü göstərən paradoksal bronxospazm baş verə bilər. Bu baş verərsə, inhalyasion budesonid ilə müalicə dərhal dayandırılmalı, xəstənin vəziyyəti qiymətləndirilməli və lazım olduqda alternativ müalicə təyin edilməlidir. Yüksək dozada kortikosteroidlərlə təcili müalicə və ya tövsiyə olunan maksimum dozada inhalyasion kortikosteroidlərlə uzun müddətli müalicə tələb olunan xəstələr də böyrəküstü vəzilərinin funksiyanın pozulması riskinə məruz qala bilərlər. Bu xəstələrdə güclü stressin təsirində böyrəküstü vəzi çatışmazlığının əlamətləri və simptomları ola bilər. Stress və ya planlaşdırılmış əməliyyat dövründə kortikosteroidlərlə əlavə sistem müalicə imkanı nəzərə alınmalıdır. Sistem təsirlər hər hansı bir inhalyon kortikosteroidi istifadə edərkən, xüsusən də yüksək dozalarda uzun müddət təyin olunan zaman baş verə bilər. Bu təsirlərin inhalyasion müalicə zamanı baş vermə ehtimalı oral kortikosteroidlərlə müqayisədə daha azdır. Mümkün sistem təsirlərinə Kuşinq sindromu, Kuşinqoid əlamətlər, böyrəküstü vəzilərinin funksiyasının supressiyası, uşaqlarda və yeniyetmələrdə böyümənin ləngiməsi, sümük mineral sıxlığının azalması, katarakta, qlaukoma və daha nadir hallarda, psixomotor hiperaktivlik, yuxu pozğunluğu, narahatlıq, depressiya və ya aqressiya (xüsusilə uşaqlarda) daxil olmaqla bir sıra psixoloji və ya davranış təsirləri daxildir. Buna görə də, inhalyasion kortikosteroidin dozasının astmaya effektiv nəzarətin təmin olunduğu ən aşağı dozaya titrlənməsi vacibdir. BUDENAL inhalyasion qısa təsirli bronxodilatatorun tələb olunduğu kəskin astma tutmalarının sürətli aradan qaldırılması üçün nəzərdə tutulmayıb. Pasientlər qısa təsirli bronxodilatator müalicəsini səmərəsiz hesab edərlərsə və ya adi haldan daha çox inhalyasiyaya ehtiyac duyurlarsa, tibbi yardım üçün müraciət etmək lazımdır. Bu vəziyyətdə onların müntəzəm terapiyasına ehtiyac və ya onların artırılması, məsələn, inhalyasion budesonidin daha yüksək dozaları və ya uzun müddət fəaliyyət göstərən beta agonistlərin əlavə edilməsi və ya peroral qlükokortikosteroid kursu nəzərə alınmalıdır. Ağır qaraciyər disfunksiyası olan xəstələrdə inhalyasion budesonidlə müalicə eliminasiya sürətinin azalmasına və beləliklə də sistem yararlığın artmasına səbəb ola bilər. Bu, mümkün sistem təsirlər yarada bilər və buna görə də bu xəstələrdə HPA oxunun funksiyası müntəzəm olaraq nəzarət edilməlidir. Budesonidin venadaxili yeridilməsindən sonra plazma klirensi sirrozlu xəstələrdə və sağlam şəxslərdə oxşar olmuşdur. Peroral qəbul edildikdən sonra budesonidin sistem yararlığı ilk keçid metabolizminin azalması səbəbindən qaraciyər funksiyasının pozulması ilə artmışdır. Bunun BUDENAL ilə müalicə ilə klinik əlaqəsi məlum deyil, çünki inhalyasion budesonidin istifadəsi ilə bağlı məlumat yoxdur, lakin plazma səviyyəsinin yüksəlməsi və buna görə də sistem əlavə təsirlərin artması riski gözlənilə bilər. CYP3A inhibitorları ilə birgə müalicə, məs. itrakonazol, ketokonazol, HİV proteaz inhibitorları və kobisistat tərkibli məhsulların kortikosteroidlərin sistem yan təsirləri riskini artıracağı gözlənilir. Buna görə də, fayda bu artan riski üstələməyənə qədər kombinasiyadan qaçınmaq lazımdır, və bu halda pasientlər kortikosteroid sistem yan təsirləri üçün nəzarət altında olmalıdır. Bu itrakonazol və ya ketokonazol və ya digər güclü CYP3A inhibitorları ilə qısamüddətli (1-2 həftə) müalicə üçün məhdud klinik əhəmiyyətə malikdir, lakin uzunmüddətli müalicə zamanı nəzərə alınmalıdır. Həmçinin budesonidin dozasının azaldılması da nəzərə alınmalıdır. Nebulayzer kamerası hər tətbiqdən sonra təmizlənməlidir. Yumşaq yuyucu vasitə ilə nebulayzer kamerasını və müştüyü və ya üz maskasını isti su ilə yuyun. Nebulayzer kamerasını kompressor və ya hava qəbuledicisinə birləşdirərək yaxşıca yuyun və qurudun. İnhalyasion kortikosteroidlərlə müalicə zamanı ağız kandidozu yarana bilər. Bu infeksiya müvafiq antifungal terapiya ilə müalicə tələb edə bilər və bəzi pasientlərdə müalicənin dayandırılması tələb oluna bilər İnhalyasion steroidlərin kombinə olunması AXOX-lu pasientlərdə pnevmoniya riskini artıra bilər. AXOX xəstələrində pnevmoniya İnhalyasiya yolu ilə kortikosteroid qəbul edən AXOX xəstələrində pnevmoniya, o cümlədən xəstəxanaya yerləşdirilməsini tələb edən pnevmoniya hallarının artması müşahidə edilmişdir. Steroidlərin doza artırılması ilə pnevmoniya riskinin artmasına dair bəzi sübutlar var, lakin bu, bütün tədqiqatlarda qəti şəkildə nümayiş etdirilməyib. İnhalyasion kortikosteroid preparatlarının arasında pnevmoniya riskinin böyüklüyündə sinifdaxili fərqlərə dair inandırıcı klinik sübut yoxdur. Həkimlər AXOX-lu xəstələrdə pnevmoniyanın mümkün inkişafını nəzərdə saxlamalıdırlar, çünki bu cür infeksiyaların klinik əlamətləri AXOX-un kəskinləşməsinin simptomları ilə üst-üstə düşür. AXOX olan xəstələrdə pnevmoniya üçün risk faktorlarına hal-hazırda siqaret çəkmə, yaşlı dövr, aşağı bədən kütlə indeksi (BKİ) və ağır AXOX daxildir. Görmə pozğunluğu Kortikosteroidlərin sistem və yerli istifadəsi zamanı görmə pozğunluğu müşahidə edilə bilər. Əgər pasiyentdə sistem və yerli kortikosteroidlərin istifadəsindən sonra bulanıq görmə və ya digər görmə pozğunluqları kimi simptomlar müşahidə olunarsa, katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya (CSCR) kimi nadir xəstəliklər daxil ola biləcək mümkün səbəblərin qiymətləndirilməsi üçün xəstənin oftalmoloqa müraciəti nəzərdə tutulmalıdır. Pediatrik əhali Böyüməyə təsir İnhalyasion kortikosteroidlərlə uzun müddət müalicə alan uşaqların böyüməsini mütəmadi olaraq nəzarət etmək tövsiyə olunur. Böyümə ləngiyərsə, inhalyasion kortikosteroidin dozasını, mümkünsə, astmaya effektiv nəzarətin təmin olunduğu ən aşağı dozaya endirmək məqsədi ilə terapiya yenidən qiymətləndirilməlidir. Kortikosteroid terapiyasının faydaları və böyümənin ləngiməsinin mümkün riskləri diqqətlə ölçülməlidir. Bundan əlavə, xəstənin pediatr-pulmonoloqa istiqamətləndirilməsi də nəzərdən keçirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Budesonidin metabolizmi əsasən CYP3A4 vasitəsilə həyata keçirilir. CYP3A inhibitorları ilə birgə müalicə, məs. itrakonazol, ketokonazol, HİV proteaz inhibitorları və kobisistat tərkibli məhsulların sistem əlavə təsirlərin riskini artıracağı gözlənilir. Əgər fayda kortikosteroidlərin sistem yan təsirlərinin artması riskini üstələmirsə, güclü təsir göstərən CYP3A inhibitorları ilə BUDENAL-ın birləşməsindən qaçınmaq lazımdır və bu halda xəstələr kortikosteroidlərin sistem yan təsirləri üçün nəzarət altında olmalıdırlar. BUDENAL göbələk əleyhinə dərmanlarla (məsələn, itrakonazol və ketokonazol) birgə tətbiq edilirsə, müalicələr arasındakı müddət mümkün qədər uzun olmalıdır. Budesonidin dozasının azaldılması nəzərdən keçirilə bilər. Yüksək dozada inhalyasiya edilmiş budesonidin bu qarşılıqlı təsiri ilə bağlı məhdud məlumatlar göstərir ki, itrakonazol gündə bir dəfə 200 mq inhalyasiya olunmuş budesonidlə (birdəfəlik 1000 mkq dozada) eyni vaxtda qəbul edilərsə, plazma səviyyələrində nəzərəçarpacaq artım (orta hesabla dörd dəfə) baş verə bilər. Estrogenlər və kontraseptiv steroidlərlə müalicə alan qadınlarda da kortikosteroidlərin plazma konsentrasiyalarının artması və təsirinin güclənməsi müşahidə edilmişdir, lakin budesonid və aşağı dozalı kombinasiyalı oral kontraseptivlərin eyni vaxtda qəbulu ilə heç bir təsir müşahidə edilməmişdir. Böyrəküstü vəzin funksiyası depresiya ola biləcəyi üçün hipofiz çatışmazlığının diaqnozu üçün ACTH stimullaşdırılması testi yanlış nəticələr (aşağı dəyərlər) göstərə bilər. Xüsusi əhali Xüsusi populyasiyalar üzərində qarşılıqlı təsir tədqiqatları müəyyən edilməmişdir. Pediatrik əhali: Qarşılıqlı təsir tədqiqatları yalnız böyüklərdə aparılmışdır. Geriatrik əhali: Məlumat yoxdur. Hamiləlik və laktasiya dövrlərində istifadəsi Ümumi məsləhət Hamiləlik kateqoriyası: B Reproduktivlik potensialı olan qadınlar/Kontrasepsiya Kontraseptiv steroidlər və ya estrogenlərdən istifadə edən qadınlarda yüksək plazma konsentrasiyası və kortikosteroidlərin gücləndirilmiş təsiri müşahidə olunur; lakin budesonid və aşağı dozalı kombinasiyalı oral kontraseptivlərin eyni vaxtda istifadəsi ilə heç bir təsir müşahidə edilməmişdir. Hamiləlik İnhalyasiya edilmiş budesonidin heyvanlar üzərində aparılan tədqiqatları hamiləlik və yaxud embrional/dölün inkişafı və/və ya doğuş/və ya postnatal inkişafa təsirləri öyrənmək üçün kifayət deyil. İnsanlar üçün potensial risk məlum deyil. Hamilə qadınlara təyin edərkən ehtiyatlı olmaq lazımdır. Perspektivli epidemioloji tədqiqatların nəticələrinin və dünya üzrə postmarketinq məlumatların əksəriyyəti hamiləlik zamanı inhalyasiya olunmuş budesonidin istifadəsi ilə bağlı döl və yeni doğulmuş uşaq üçün hər hansı mənfi təsirləri aşkar etməyib. Heyvanlar üzərində aparılan tədqiqatlarda qlükokortikosteroidlərin inkişaf qüsurlarına səbəb olduğu göstərilmişdir. Tövsiyə olunan dozalar nəzərə alınmaqla, bunun insanlara tətbiq edilməsi ehtimalı azdır; lakin, inhalyasiya edilmiş budesonid terapiyası mütəmadi olaraq nəzərdən keçirilməli və ən aşağı effektiv dozada saxlanılmalıdır. Hamiləlik dövründə həm döl, həm də ana üçün astma müalicəsinin düzgün aparılması vacibdir. Hamiləlik dövründə tətbiq olunan digər dərmanlarda olduğu kimi, budesonidin anaya verilməsinin faydası döl üçün risklə müqayisə edilməlidir. İnhalyasiya edilmiş qlükokortikosteroidlər, oxşar ağciyər reaksiyalarına nail olmaq üçün tələb olunan oral qlükokortikosteroidlərdən daha aşağı sistem təsirlərinə görə nəzərə alınmalıdır. Laktasiya Budesonid ana südü ilə xaric olur. Bununla belə, budesonidin terapevtik dozalarında südəmər uşağa heç bir təsir gözlənilmir. Budesonid laktasiya zamanı istifadə edilə bilər. Astma olan südverən qadınlarda inhalyasion budesonid (200 və ya 400 mkq gündə iki dəfə) ilə dəstəkləyici müalicə, ana südü ilə qidalanan körpələrdə budesonidin cüzi sistem təsiri ilə nəticələnir. Farmakokinetik tədqiqatda körpənin təxmin edilən gündəlik dozası hər iki doza səviyyəsi üçün gündəlik ana dozasının 0,3%-ni təşkil etmişdir və körpələrdə orta plazma konsentrasiyası, körpənin ağızdan qəbul edildiyi tam biomənimsənildiyi halda, ana plazmasında müşahidə edilən konsentrasiyaların 1/600-ü olduğu təxmin edilmişdir. Körpələrin plazma nümunələrində budesonid konsentrasiyaları kəmiyyət göstəricilərindən az idi. İnhalyasiya edilmiş budesonidin məlumatlarına və budesonidin nazal, inhalyasiya, oral və rektal tətbiqlərindən sonra terapevtik doza intervalları daxilində budesonidin terapevtik dozalarında xətti farmakokinetik xassələri nümayiş etdirməsinə əsaslanaraq, südəmər uşağa təsiri az olacağı gözlənilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İnhalyasiya edilmiş budesonidin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmə qabiliyyətinə heç bir təsiri yoxdur.
İstifadə qaydası və dozası
Dozalanma/istifadə tezliyi və müddəti: BUDENAL-ın dozası xəstənin vəziyyətindən asılı olaraq dəyişir və astmaya nəzarət əldə edildikdən sonra minimal dəstəkləyici dozaya qədər düzəliş edilməlidir. Yeridilmə gündə bir və ya iki dəfə ola bilər. Gündəlik birdəfəlik doza 0,25-1 mq təşkil edir. Tövsiyə olunan başlanğıc doza Bronxial astma Böyüklər: Ümumi gündəlik doza 1-2 mq təşkil edir. 6 aylıq və daha böyük uşaqlar: ümumi gündəlik doza 0,25-0,5 mq təşkil edir. Oral qlükokortikosteroidlərdən istifadə edən xəstələrdə daha yüksək başlanğıc doza, məs. gündə cəmi 1 mq, hesab edilə bilər. Dəstəkləyici terapiya Dəstəkləyici doza fərdi olaraq seçilməlidir və xəstəni simptomlardan azad edən ən aşağı doza olmalıdır. Dəstəkləyici dozanın diapazonu Böyüklər/yaşlılar Ümumi gündəlik doza 0,5-4 mq təşkil edir. Çox ağır hallarda, doza artırıla bilər. 6 aylıq və daha böyük uşaqlar: ümumi gündəlik doza 0,25-2 mq təşkil edir. Gündəlik birdəfəlik dozanın tətbiqi Həm böyüklər, həm də pediatrik xəstələrdə birdəfəlik doza gündə 0,25-dan 1 mq-ə qədər dəstəkləyici dozası ilə nəzərdə tutula bilər. Gündə bir dəfə doza ilə həm kortikosteroidlərlə müalicə olunmayan xəstələrdə, həm də inhalyasion qlükokortikosteroidlərlə yaxşı nəzarət edilən xəstələrdə başlamaq olar. Doza səhər və ya axşam tətbiq oluna bilər. Astmanın şiddətlənməsi baş verərsə, doza artırılmalı və lazım olduqda gün ərzində bölünməlidir. Effektin başlanması Astma nəzarətinin yaxşılaşması BUDENAL-ın tətbiqindən sonra müalicənin başlamasından 3 gün sonra baş verə bilər, lakin ən böyük fayda 2-4 həftədən sonra əldə edilir. Oral qlükokortikosteroidlərlə müalicə olunan pasientlər BUDENAL, astmanın daha yaxşı nəzarətini təmin etmədən və ya azaltmadan oral qlükokortikosteroidlərin dozasının əhəmiyyətli dərəcədə azaldılmasına və ya oral kortikosteroidlərin inhalyasion qlükokortikosteroidlərlə (BUDENAL) əvəz etməsinə imkan verə bilər. Oral steroidlərdən BUDENAL-a keçid başlandıqda, xəstə nisbətən stabil fazada olmalıdır. Başlanğıcda, oral qlükokortikosteroidlərin adi dəstəkliyici dozası ilə eyni vaxtda BUDENAL-ın yüksək dozası istifadə edilməlidir. Təxminən bir həftə sonra, peroral doza tədricən mümkün olan ən minimal dozaya qədər azaldılmalıdır (məsələn, hər ay prednizolon və ya onun ekvivalenti 2,5 mq qədər azaldılmalıdır). Ağızdan alınan dozanın yavaş-yavaş dayandırılması qətiyyətlə tövsiyə olunur. Bir çox xəstələrdə BUDENAL oral qlükokortikosteroidləri tamamilə əvəz edə bilər. Peroral qəbulun dayandırılmasından sonra ağciyər funksiyasının saxlanmasına və ya yaxşılaşmasına baxmayaraq, bəzi xəstələrdə sistem kortikosteroid çatışmazlığı simptomları yarana bilər, məsələn. oynaqlarda ağrı və/və ya əzələ ağrısı, yorğunluq və depressiya. Bu cür xəstələrə BUDENAL qəbulunu davam etdirmək tövsiyə edilməlidir, lakin böyrəküstü vəzilərinin çatışmazlığının inkişafını diqqətlə müşahidə etmək lazımdır. Böyrəküstü vəzilərinin çatışmazlığı meydana gəldiyində, sistem kortikosteroidlərin dozası müvəqqəti artırılmalıdır və peroral dozanın dayandırılmasını daha da yavaşlatmaq lazımdır. Stress və ya ağır astma hallarında keçid dövründə xəstələrə sistem kortikosteroid terapiyasının əlavə edilməsi lazım ola bilər. Qarışdırılma BUDENAL 0,9% natrium xlorid (fizioloji məhlul) və nebulayzer terapiyası üçün terbutalin, salbutamol, fenoterol, asetilsistein, natrium kromoqlikat və ya ipratropium məhlulları ilə qarışdırıla bilər. Qarışıq 30 dəqiqə ərzində istifadə edilməlidir. İnaq İnaq olan körpələr və uşaqlar üçün nebulayzer vasitəsi ilə adi doza 2 mq budesonid təşkil edir. Bu doza birdəfəlik yeridilmə şəklində və ya 30 dəqiqəlik interval ilə iki 1 mq-lıq doza şəklində verilir. Dozalanma hər 12 saatdan bir maksimum 36 saat ərzində və ya klinik yaxşılaşmaya qədər təkrarlana bilər. İstifadə qaydası Düzgün istifadə etmək üçün, lütfən, idarəetmə təlimatlarına diqqətlə baxın. (bax. əlavə edilmiş təlimat). Bir dozalı flakonlarda olan suspenziya yalnız uyğun nebulayzer cihazları ilə inhalyasiya üçün istifadə olunur və peroral qəbul edilməməlidir və ya parenteral tətbiq edilməməlidir. İstifadə üçün təlimat BUDENAL uyğun müştük və ya üz maskası ilə təchiz edilmiş şırnaqlı nebulayzerin köməyi ilə inhalyasiya edilir. Nebulayzer kifayət qədər hava axını (6-8 l/dəq) olan hava kompressoruna qoşulmalı və doldurma həcmi 2-4 ml olmalıdır. Qeyd: Xəstəyə aşağıdakılar barədə məlumat vermək vacibdir: • Hər bir inhalyatorla birlikdə paketə daxil olan xəstənin istifadəsinə dair təlimatı və istifadəyə dair təlimatı diqqətlə oxumaq lazımdır. • Ultrasəs nebulayzerlər budesonid suspenziyanın püskürtməsi üçün uyğun deyil və buna görə də tövsiyə oluna bilməz. • BUDENAL 0,9% natrium xlorid (fizioloji məhlul) və nebulayzer terapiyası üçün terbutalin, salbutamol, fenoterol, asetilsistein, natrium kromoqlikat və ya ipratropium məhlulları ilə qarışdırıla bilər. Qarışıq 30 dəqiqə ərzində istifadə edilməlidir. • Orofaringeal candida infeksiyası riskini minimuma endirmək üçün xəstə nəfəs aldıqdan sonra ağzını su ilə yaxalamalıdır. • Üz dərisinin qıcıqlanmasının qarşısını almaq üçün nebulayzerdən maska ilə istifadə etdikdən sonra üz yuyulmalıdır. • Nebulayzer istehsalçının göstərişlərinə uyğun olaraq təmizlənməli və saxlanmalıdır. Xüsusi əhali qrupları Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Qaraciyər çatışmazlığı Qaraciyər funksiyasının azalması kortikosteroidlərin eliminasiyasına təsir göstərə bilər. Bununla belə, venadaxili yeridilmiş budesonidin plazma klirensi sirrozlu xəstələrdə və sağlam insanlarda oxşardır. Qaraciyər funksiyasının azalması hallarında, oral qəbul edilən budesonidin sistem yararlığı ilk keçid metabolizminin azalması səbəbindən artır. İnhalyasiya edilmiş budesonidlə bağlı məlumat olmadığı üçün onun BUDENAL ilə müalicə üçün klinik əhəmiyyəti məlum deyil; bununla belə, plazma səviyyələrində artması və buna görə də sistem əlavə təsirlər riskinin artması gözlənilə bilər. Pediatrik əhali Bu, göstərilən dozalarda 6 aylıq və ya daha böyük uşaqlarda istifadə edilməlidir. Yaşlı əhali Yaşlılarda dozalanma üçün xüsusi tələblər yoxdur.
Əlavə təsirləri
Klinik sınaqlara, ədəbiyyat məlumatlarına və postmarketinq təcrübəyə əsasən, aşağıdakı yan təsirlər baş verə bilər: Klinik sınaqlara əsasən aşağıdakı yan təsirlər bildirilmişdir: Çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1.000 – <1/100); nadir hallarda (≥1/10.000 – <1/1.000); çox nadir hallarda (<1/10.000); naməlum (mövcud məlumatlara əsaslanaraq proqnozlaşdırmaq mümkün deyil). İnfeksiyalar və invaziyalar Tez-tez: orofaringeal kandidoz, pnevmoniya (AXOX xəstələrində) İmmunitet sisteminin pozğunluqları Nadir hallarda: dərhal yaranan və gecikmiş hiperhəssaslıq reaksiyaları, dəri səpgiləri, kontakt dermatiti, ürtikariya, anginevrotik ödem və anafilaktik reaksiya daxil olmaqla* Endokrin pozğunluqlar Nadir hallarda: sistem kortikosteroidlərin əlamətləri və simptomları, böyrəküstü vəzilərinin supressiyası və böyümənin ləngiməsi daxil olmaqla ** Psixi pozğunluqlar Bəzən: narahatlıq, depressiya Nadir hallarda: psixomotor hiperaktivlik, yuxu pozğunluğu, aqressiya, davranış dəyişiklikləri (əsasən uşaqlarda) Sinir sisteminin pozğunluqları Bəzən: tremor*** Göz xəstəlikləri Bəzən: katarakta, görmə bulanıqlğı Naməlum: qlaukoma Tənəffüs, torakal və mediastinal orqanların xəstəlikləri Tez-tez: səs boğuqluğu, öskürək, boğazın qıcıqlanması Nadir hallarda: bronxospazm, disfoniya, səs boğuqluğu *** Dərinin və dərialtı toxumaların xəstəlikləri Nadir hallarda: hematoma Əzələ-skelet sistemi və birləşdirici toxuma xəstəlikləri Nadir hallarda: əzələ spazmları * Seçilmiş əlavə reaksiyaların təsvirinə baxın: üz dərisinin qıcıqlanması, aşağıda **aşağıdakı”Pediatrik əhaliyə“ baxın ***klinik sınaqlarda bildirildiyi tezlik əsasında **** uşaqlarda nadir hallarda Bəzən qlükokortikosteroidlərin inhalyasiya yolu ilə qəbulu zamanı qlükokortikosteroidlərin sistem əlavə təsirlərinin əlamətləri və ya simptomları, ehtimal ki, dozadan, təsir müddətindən, kortikosteroidlərin müşayiət olunan və əvvəlki təsirlərə məruz qalmasından və fərdi həssaslıqdan asılı olaraq yarana bilər. Fərdi əlavə reaksiyaların təsviri Orofarenksdə kandidoz infeksiyası dərmanların səbəbindən baş verir. Xəstənin hər bir dərman qəbulundan sonra ağzını su ilə yaxalamağın tövsiyə edilməsi riski minimuma endirəcəkdir. Digər inhalyasiya müalicəsi ilə olduğu kimi, çox nadir hallarda paradoksal bronxospazm meydana gələ bilər. Üzün qıcıqlanması, həssaslıq reaksiyasının nümunəsi kimi, bəzi hallarda üz maskası ilə nebulayzerdən istifadə edildikdə baş vermişdir. Qıcıqlanmanın qarşısını almaq üçün, üzün dərisi maskadan istifadə etdikdən sonra su ilə yuyulmalıdır. Plasebo-nəzarət edilən tədqiqatlarda, plasebo qrupunda katarakta haqqında nadir hallarda məlumat verilmişdir. İnhalyasiya edilmiş budesonid qəbul edən 13 119 xəstə və plasebo qəbul edən 7 278 xəstə ilə aparılan klinik sınaqlar birləşdirilmişdir. Narahatlığın tezliyi budesonid qəbul edərkən 0,52%, plasebo qəbul edərkən isə 0,63% təşkil etmişdir; depressiya tezliyi budesonid qəbul edərkən 0,67% və plasebo qəbul edərkən 1,15% olmuşdur. Pediatrik əhali Pediatrik populyasiyada böyümənin ləngiməsi riski ilə əlaqədar olaraq, böyüməyə nəzarət edilməlidir.
Doza həddinin aşılması
BUDENAL ilə kəskin doza həddinin aşılması, hətta çox yüksək dozalarda belə, klinik cəhətdən problemli olacağı gözlənilmir. BUDENAL 0,2 mq/2 ml disodium edetat ehtiva edir ki, bu da 1,2 mq/ml-dən yuxarı səviyyədə bronxokonstriksiyaya səbəb ola bilər.
Buraxılış forması
2 ml inhalyasiya üçün suspenziya aşağı sıxlıqlı polietilendən hazırlanmış birdəfəlik flakonda, 20 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda saxlamaq lazımdır. Şaquli vəziyyətdə saxlanmalı və işıqdan qorunmalıdır. Dondurulmamalıdır. Yararlıq müddəti 2 il. Qoruyucu qablaşdırması açılmış flakonlar 3 ay ərzində istifadə edilməlidir. Flakonu açdıqdan sonra 12 saat ərzində istifadə edin. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Neutec Inhaler Ilac San.Tic.A.S., Turkey. 1. OSB. 2. Yol No:3, Arifiye, Sakarya / Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
Esam Ltd LLC, Azerbaijan Republic. İstifadə üçün təlimat Birdəfəlik flakonlar yalnız müvafiq nebulayzer cihazları ilə inhalyasiya üçün istifadə olunur və peroral olaraq qəbul edilməməlidir və ya parenteral olaraq tətbiq edilməməlidir. 1. İstehsalçının göstərişlərinə əməl etməklə nebulayzerinizi hazırlayın. 2. Zolaqdan birdəfəlik dozalı flakon götürün. Şəkil 1 3. Flakonu şaquli vəziyyətdə saxlayın və qapağı çevirərək açın. Şəkil 2 4. Flakonun bütün tərkibini nebulayzerin kamerasına sıxın. Şəkil 3 5. Nebulayzer hissələrini yığın və həkiminizin göstərişlərinə uyğun olaraq istifadə edin. 6. Bitirdikdən sonra dərman qalığını atın və nebulayzerinizi necə təmizləmək barədə istehsalçının göstərişlərinə əməl edin. Birdəfəlik flakonların tərkibində konservantlar olmadığı üçün mikroblarla çirklənməməsi üçün flakon açıldıqdan dərhal sonra istifadə edilməsi və hər tətbiqdə yeni flakonun açılması vacibdir. Qismən istifadə edilmiş, açılmış və ya zədələnmiş birdəfəlik flakonlardan istifadə edilməməlidir. Eyni nebulayzerdə BUDENAL-ı digər dərmanlarla qarışdırmamaq üçün diqqətli olmalısınız.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.