Biyan kökü (Solodki) 100 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirBitki mənşəli bəlğəmgətirici vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,10 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi

Təsiredici maddə: biyan kökünün qatı ekstraktı 4 q. Köməkçi maddələr: şəkər şirəsi (saxaroza, su), 90%-li etil spirti.

Təsviri

Xüsusi iyi olan, qəhvəyi rəngli qatı mayedir.

Farmakoterapevtik qrupu

Bitki mənşəli bəlğəmgətirici vasitə ATC kodu: R05CA

Farmakoloji xüsusiyyətləri

Preparat bəlğəmgətirici təsir göstərir. Bu, ilk növbədə tərkibindəki yuxarı tənəffüs yollarının selikli qişasının sekretor funksiyasını gücləndirən qlisirrizin ilə əlaqədardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə və uşaqlarda yuxarı tənəffüs yollarının əsasən çətin xaric olunan qatı sekretli öskürək ilə müşayiət olunan (xüsusən uşaqlarda və yaşlı insanlarda) xəstəliklərində bəlğəmgətirici vasitə kimi istifadə edilir.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, saxaraza-izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası, hamiləlik, laktasiya dövrü, bronxial astma, qastritlər, mədə və 12- barmaq bağırsağın xora xəstəliyi (kəskinləşmə dövründə).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla: qaraciyər xəstəlikləri, alkoqolizm, kəllə-beyin travması, baş beyinin xəstəlikləri, şəkərli diabet, uşaqlar. Şəkərli diabeti olan xəstələr üçün məlumat: preparatın 1 çay qaşığında 0,11 çörək vahidi (ÇV), 1 damcısında – 0,01 ÇV vardır. Böyüklər üçün preparatın maksimal birdəfəlik dozasında 0,49 q , 2 yaşa qədər uşaqlar üçün – 0,006 q, 2-6 yaş uşaqlar üçün – 0,03 q, 6-12 yaş uşaqlar üçün – 0,14 q mütləq spirt vardır; böyüklər üçün maksimal sutkalıq dozasında 1,48 q, 2 yaşa qədər uşaqlar üçün – 0,02 q, 2-6 yaş uşaqlar üçün – 0,08 q, 6-12 yaş uşaqlar üçün – 0,42 q mütləq spirt vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatı bronx-ağciyər xəstəliklərinin müalicəsində istifadə edilən digər preparatlarla birlikdə təyin etmək mümkündür. Tərkibində kodein olan və digər öskürəkəleyhinə dərman vasitələri ilə birlikdə istifadə etmək məsləhət görülmür, çünki bu durulaşdırılmış bəlğəmin xaric olunmasını çətinləşdirir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir göstərmir.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə əvvəlcədən ½ stəkan suda həll olunmuş 1 çay qaşığı şərbət. 2 yaşa qədər uşaqlar: gündə 3 dəfə 1-2 damcı (əvvəlcədən 1 çay qaşığı suda həll olunmuş). 2-6 yaşlı uşaqlar: gündə 3 dəfə 2-10 damcı (əvvəlcədən 1 çay qaşığı suda həll olunmuş). 6-12 yaşlı uşaqlar: gündə 3 dəfə 50 damcı (əvvəlcədən ½ stəkan suda həll olunmuş). Müalicə kursu – 7-10 gün. Təkrar müalicə kursunu həkim təyin edir. Çətin xaric olunan bəlğəm olduqda bunu yüngülləşdirmək üçün çoxlu miqdarda ilıq mayenin qəbulu məsləhət görülür.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür; tək-tək hallarda dispepsik əlamətlər (diareya) müşahidə oluna bilər. Yüksək dozalarda uzunmüddətli istifadə etdikdə hipokaliemiya, arterial təzyiqin yüksəlməsi, su-duz mübadiləsinin pozulması nəticəsində periferik ödemlərin əmələ gəlməsi mümkündür.

Doza həddinin aşılması

Tövsiyə olunduğundan yüksək dozalarda istifadə etdikdə dozadan-asılı əlavə təsirlərin güclənməsi mümkündür. Müalicəsi : simptomatik müalicə aparılır.

Buraxılış forması

100 ml şərbət, narıncı şüşə flakonda. 1flakon dərman vasitəsinin dozalanması üçün plastmas qaşıqla birlikdə karton qutuya qablaşdırılır. İstifadəsi üzrə təlimatın tam mətni karton qutunun üzərində təsvir edilir. Qrup qablaşdırmada qutusuz flakonlarla birlikdə eyni sayda təlimatlar yerləşdirilir.

Saxlanma şəraiti

5-25º C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Yaroslavl əczaçılıq fabrikası” QSC Rusiya Federasiyası, 150030, Yaroslavl şəh., 1-ci Putevaya küç., 5 Tel.:/Faks: (4852) 44 -38 -56.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Biyan kökü (Solodki) 100 ml sirop” üçün ilk rəyi siz yazın.