Oradro 250 mq 100 ml suspenziya
| Dərman forması | Suspenziya |
|---|---|
| Farmakoloji təsir | Sistem istifadə üçün antibakterial vasitə. Makrolidlər |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,01 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ORADRO daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar Beynəlxalq patentləşdirilməmiş adı: Clarithromycin
Tərkibi
Təsiredici maddə: 5 ml hazır suspenziyanın tərkibində 125 mq və ya 250 mq klaritromisin vardır. Köməkçi maddələr:hipromelloza, talk, simetikon emulyasiyası, makroqol, metakril turşusunun 30%-li dispers sopolimeri, polisorbat 80, natrium hidroksid, saxaroza, maltodekstrin, kalium sorbat, susuz kolloidal silisium dioksid, ksantan kitrəsi, susuz limon turşusu, “Tutti-Frutti” aromatizatoru, titan dioksid, maqnezium stearat, təmizlənmiş su.
Təsviri
Bircins asan səpilən, ağ və ya demək olar ki, ağ rəngli qranullardır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial vasitə. Makrolidlər. ATC kodu: J01FA09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Klaritromisin makrolidlər qrupuna daxil olan antibiotikdir. Klaritromisinin antibakterial təsir mexanizmi ribosomların 50S subvahidi ilə selektiv birləşməsi və aktivləşdirilmiş amin turşularının translokasiyasının pozulması hesabına həssas mikroorqanizmlərin hüceyrələrində zülal biosintezinin inhibə olunmasına əsaslanır. Klaritromisinin biotransformasiyası nəticəsində preparatın metaboliti – 14-hidroksiklaritromisin əmələ gəlir ki, bu metabolit də həmçinin, antibakterial təsirə malikdir. Klaritromisinlə müqayisədə, klaritromisinin metaboliti Mycobacterium spp. mikroorqanizmləri də daxil olmaqla, mikroorqanizmlərin əksəriyyətinə qarşı daha aşağı aktivliyə malikdir; Haemophilus influenzae mikroorqanizmləri istisna təşkil edir – belə ki, bu mikroorqanizmlərə qarşı 14-hidroksiklaritromisin, klaritromisin ilə müqayisədə 2 dəfə daha yüksək aktivlik nümayiş etdirir. İn vitro şəraitdə klaritromisin, bir qayda olaraq, aşağıda göstərilən mikroorqanizmlərə qarşı aktivdir: – qrammüsbət mikroorqanizmlər – Staphylococcus aureus (metisillinə qarşı həssas ştamları), Streptococcus pyogenes (A qrupuna daxil olan β-hemolitik streptokoklar), α-hemolitik streptokoklar (Viridans qrupu), Streptococcus (Diplococcus) pneumoniae, Streptococcus agalactiae, Listeria monocytogenes; – qrammənfi mikroorqanizmlər – Haemophilus influenzae, Haemophilus parainfluenzae, Moraxella (Branhamella) catarrhalis, Neisseria gonorrhoeae, Legionella pneumophila, Bordetella pertussis, Helicobacter pylori, Campylobacter jejuni; – mikoplazmalar – Mycoplasma pneumoniae, Ureaplasma urealyticum; – digər mikroorqanizmlər – Chlamydia trachomatis, Mycobacterium avium, Mycobacterium leprae, Chlamydia pneumoniae; – anaerob mikroorqanizmlər – Bacteroides fragilis, Clostridium perfringens, Peptococcus spp., Peptostreptococcus spp., Propionibacterium acnes mikroorqanizmlərinin makrolidlərə qarşı həssas ştamları. Klaritromisin, Haemophilus influenzae, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Moraxella (Brahamella) catarrhalis, Neisseria gonorrhoeae, Helicobacter pylori və Campylobacter spp. mikroorqanizmləri də daxil olmaqla, müxtəlif mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir. Sərhəd konsentrasiyaları Antibakterial preparatlara qarşı həssaslığın müəyyən edilməsi üzrə Avropa komitəsinin (EUCAST) məlumatlarına əsasən, klaritromisin üçün minimal inhibəedici konsentrasiyaların (MİK) aşağıda qeyd olunan sərhəd göstəriciləri müəyyən edilmişdir MİK-in sərhəd göstəriciləri (mq/l) Mikroorqanizmlər Həssas mikroorqanizmlər Rezistent mikroorqanizmlər (≤) (>) Staphylococcus spp. 1 2 Streptococcus A, B, C, G 0,25 0,5 Streptococcus pneumoniae 0,25 0,5 Viridans qrupuna daxil olan streptokoklar Haemophilus spp. 1 32 Moraxella catarrhalis 0,25 0,5* Helicobacter pylori 0,25* 0,5 * Epidemioloji sərhəd konsentrasiyalarının göstəriciləri (epidemiological cut-off values (ECOFFs)), yabanı növ ştamlarının və aşağı həssaslığa malik stamların fərqlərinin nəzərə alınması ilə qeyd olunmuşdur. MY – mikroorqanizmlərin göstərilən növlərinin dərman preparatı üçün müvafiq hədəf olması barədə kivayət qədər məlumat mövcud deyildir. Farmakokinetikası Peroral yolla istifadə edildikdən sonra, klaritromisin mədə-bağırsaq traktında sürətlə və yaxşı sorulur. Klaritromisinin antibakterial təsirə malik olan aktiv metaboliti – 14-hidroksiklaritromisin – dərman preparatının presistem eliminasiyası prosesində əmələ gəlir (“ilk keçid” metabolizmi). Qida dərman preparatının biomənimsənilməsinə heç bir təsir göstərmir və bu səbəbdən, klaritromisini qida qəbulundan asılı olmayaraq istifadə etmək olar. Qida qəbulu klaritromisinin sorulma prosesinin başlanmasının və 14-hidroksiklaritromisinin əmələ gəlməsinin əhəmiyyətsiz dərəcədə ləngiməsinə səbəb olmuşdur. Klaritromisinin farmakokinetikası xətti deyildir, preparatın tarazlıq konsentrasiyası 2 gün müddətində aparılan müalicə nəticəsində əldə olunur. Preparatın sidikdə aşkar olunan əsas metaboliti 14-hidroksiklaritromisindir (orqanizmə yeridilən dozanın 10-15 %-i). Dərman preparatının qalan miqdarının böyük bir hissəsi mədə-bağırsaq traktı vasitəsi ilə, əsasən, ödlə birlikdə orqanizmdən xaric olunur. Klaritromisinin 5-10 %-i mədə-bağırsaq traktı vasitəsi ilə dəyişilməmiş halda xaric olunur. Klaritromisinin toxumalarda qeyd olunan konsentrasiyası, qanda aşkar edilən konsentrasiyasından bir neçə dəfə yüksəkdir. Dərman preparatının yüksək konsentrasiyaları badamcıqlarda və ağciyər toxumasında qeyd olunmuşdur. Klaritromisinin orta qulaq eksudatında aşkar olunan konsentrasiyası, qan zərdabında qeyd edilən konsentrasiyasından yüksəkdir. Terapevtik konsentrasiyalarda klaritromisinin qan plazmasının zülalları ilə birləşmə dərəcəsi 80 % təşkil edir. Preparatın tərkibində tartrazin və ya digər azorəngləyicilər, laktoza və qlüten yoxdur.
İstifadəsinə göstərişlər
6 aydan 12 yaşa qədər uşaqlarda klaritromisinə həssas mikroorqanizmlərlə törədilən infeksiyanın müalicəsi: – faringit, sinusit kimi yuxarı tənəffüs yollarının infeksiyası; – bronxit, pnevmoniya kimi aşağı tənəffüs yollarının infeksiyası; – dərinin və yumşaq toxumanın infeksiyası (follikulit, sellülit (dərialtı toxumanın iltihabı), qızıl yel iltihabı); – kəskin orta otit. Preparatın istifadəsi zamanı antibakterial vasitələrin etibarlı istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə və ya makrolidlər qrupundan olan digər antibiotiklərə qarşı hiperhəssaslıq; – aşağıdakı dərman vasitələrilə eyni vaxtda istifadəsi: • çovdar mahmızı alkaloidləri (məsələn, erqotamin və ya dihidroerqotamin) ilə klaritromisinin kombinəolunmuş istifadəsi zamanı erqotoksiklik inkişaf edə bilər; • peroral qəbul üçün midazolam; • astemizol, sizaprid, domperidon, pimozid, terfenadin ilə klaritromisinin kombinasiyası zamanı QT intervalının uzanması qeyd edilə, eləcə də mədəcik taxikardiyası, mədəcik fibrilyasiyası və “piruet” tipli mədəcik taxikardiyası daxil olmaqla ürək aritmiyası yarana bilər; • tikaqrelor və ya ranolazin; • 3-hidroksi-3-metilqlütaril-koferment A reduktazanın inhibitorları (CYP3A4 iştirakı ilə intensiv metabolizmə uğrayan (lovastatin və ya simvastatin) HMQ-KoA-reduktazanın inhibitorları (statinlər)) ilə klaritromisinin kombinasiyasının istifadəsi zamanı miopatiyanın, o cümlədən, rabdomiolizin inkişafı riski artır; • kolxisin; • lomitapid; – QT intervalının uzanması (anadangəlmə və ya QT intervalının uzanmasının sənədlə təsdiq edilmiş qazanılmış formaları) və ya anamnezdə “piruet” tipli mədəcik taxikardiyası daxil olmaqla, mədəcik aritmiyası; – elektrolit pozuntu (QT intervalının uzanması riskinə görə hipokaliemiya və ya hipomaqneziemiya); – böyrək funksiyasının pozuntusu ilə yanaşı ağır qaraciyər çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Fayda/risk nisbətinin hərtərəfli qiymətləndirilməsi aparılmadan preparatı hamilə qadınlarda, xüsusilə hamiləlik dövrünün I trimestrində istifadə etmək olmaz. Böyrək funksiyalarının mülayim və ya ağır dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir. Klaritromisinin əsasən qaraciyərdə metabolizmə məruz qalmasını nəzərə alaraq, preparatın qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Klaritromisinin istifadəsi müddətində qanda qaraciyər fermentlərinin səviyyələrinin yüksəlməsi, hepatosellülyar və/və ya sarılıqla müşayiət olunan və ya sarılıqsız xolestatik hepatit də daxil olmaqla, qaraciyər funksiyalarının pozğunluqları barədə məlumatlar mövcuddur. Qaraciyər funksiyalarının pozğunluqları ağır ola bilər, lakin onlar, bir qayda olaraq, geri dönən xarakter daşıyır; ayrı-ayrı hallarda ölümlə nəticələnən qaraciyər çatışmazlığının inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Bu vəziyyətdə, ehtimal ki, bəzi pasiyentlərdə qaraciyər xəstəliyi əvvəlcədən mövcud olmuşdur və ya onlar hepatotoksik dərman preparatları ilə müalicə qəbul etmişdirlər. Pasiyentlər məlumatlandırılmalıdırlar ki, qaraciyər xəstəliyini bildirən əlamətlər və simptomlar, məsələn, anoreksiya, sarılıq, sidiyin rənginin tündləşməsi, qaşınma və ya qarın nahiyəsində ağrı meydana çıxdığı halda, onlar preparatın istifadəsi ilə müalicəni dayandırmalı və həkimə müraciət etməlidirlər. Makrolidlər də daxil olmaqla, demək olar ki, bütün antibakterial preparatların istifadəsi zamanı ağırlıq dərəcəsi (yüngül formadan həyat üçün təhlükəli vəziyyətə qədər) dəyişə bilən psevdomembranoz kolitin meydana çıxması halları barədə məlumatlar daxil olmuşdur. Klaritromisin də daxil olmaqla, demək olar ki, bütün antibakterial preparatların istifadəsi müddətində Clostridioides difficile mikroorqanizmlərinin törətdikləri diareyanın (CDAD) meydana çıxması halları barədə məlumatlar daxil olmuşdur ki, bunun da ağırlıq dərəcəsi yüngül formalı diareyadan ölümlə nəticələnən kolitə qədər dəyişə bilər. Antibakterial preparatların istifadəsi ilə aparılan müalicə fonunda bağırsaq mikroflorası dəyişir ki, bu da Clostridioides difficile mikroorqanizmləri ştamlarının həddindən artıq inkişaf etməsinə gətirib çıxara bilər. Antibiotiklərin istifadəsindən sonra diareya inkişaf edən pasiyentlərin hamısında, onun Clostridioides difficile səbəbli meydana çıxması ehtimal edilməlidir. Clostridioides difficile mikroorqanizmlərinin törətdikləri diareyanın antibakterial preparatların istifadəsindən hətta iki ay sonra belə inkişaf etmə ehtimalını nəzərə alaraq, həmin pasiyentlərdən hərtərəfli anamnez toplamaq lazımdır. Oxşar vəziyyətlərdə, terapevtik göstərişlərdən asılı olmayaraq, klaritromisinlə aparılan müalicə dayandırılmalıdır. Mikrobioloji tədqiqat aparılmalı və müvafiq müalicənin aparılması başlanmalıdır. Bağırsaq peristaltikasını zəiflədən preparatların istifadəsindən çəkinmək lazımdır. Klaritromisini və kolxisini eyni zamanda istifadə etdikdə, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər də daxil olmaqla, xüsusilə, yaşlı pasiyentlərdə kolxisin toksikliyinin (o cümlədən, ölümlə nəticələnən halların) inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin və kolxisinin eyni zamanda istifadəsi əks göstərişdir. Klaritromisini və triazolbenzodiazepinləri, məsələn, triazolamı və midazolamı eyni zamanda istifadə etdikdə (vena daxilinə yeridildikdə və ya ağız boşluğunun selikli qişasına çəkildikdə), ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Kardiovaskulyar risklər (ürək-damar sistemində müşahidə olunan ağırlaşmalar) Klaritromisin də daxil olmaqla, makrolidlərlə müalicə qəbul edən pasiyentlərdə ürəyin repolyarizasiya mərhələsinin uzanması və bunun nəticəsi kimi, QT intervalının uzanması qeyd olunmuşdur ki, bu da, ürək aritmiyalarının və “piruet” tipli mədəcik taxikardiyasının inkişaf etmə riski ilə əlaqəlidir. QT intervalının uzanması və mədəcik aritmiyalarının (o cümlədən, “piruet” tipli mədəcik taxikardiyasının) inkişaf etmə riskinin yüksəlməsini nəzərə alaraq, elektrolit pozğunluqlar, məsələn, hipokaliumemiya və ya hipomaqneziumemiya qeyd olunan pasiyentlərdə və QT intervalının uzanması müşahidə olunan pasiyentlərdə və ya anamnezlərində mədəcik aritmiyaları qeyd olunan pasiyentlərdə və eləcə də, aşağıda göstərilən dərman preparatlarının hər hansı biri ilə müalicə qəbul edən pasiyentlərdə klaritromisinin istifadəsi əks göstərişdir: astemizol, sizaprid, domperidon, pimozid, terfenadin. Aşağıda göstərilən vəziyyətlərdə klaritromisin ehtiyatla istifadə edilməlidir: – ürəyin işemik xəstəliyi, ağır ürək çatışmazlığı, keçiricilik sisteminin pozğunluqları və ya klinik əhəmiyyət kəsb edən bradikardiya qeyd olunan pasiyentlərdə; – klaritromisinlə birlikdə istifadəsi üçün əks göstəriş olan preparatlar istisna olmaqla, QT intervalının uzanmasına səbəb olan dərman preparatları ilə eyni zamanda müalicə qəbul pasiyentlərdə. Makrolidlərin istifadəsi zamanı ürək-damar sistemində müşahidə edilən arzuolunmayan reaksiyaların inkişaf etmə riskinin qiymətləndirilməsi istiqamətində aparılan epidemioloji tədqiqatların nəticələri dəyişkən xarakter daşıyır. Bəzi observasion (nəzarətli) tədqiqatların nəticələrinə əsasən, nadir hallarda, klaritromisin də daxil olmaqla, makrolidlərin istifadəsi ilə əlaqəli aritmiyaların, miokard infarktının və ürək-damar xəstəliyi ilə əlaqəli ölüm nəticəsinin meydana çıxması riski mövcuddur. Yuxarıda göstərilən məlumatları nəzərə alaraq, klaritromisinin istifadəsinə başlamazdan əvvəl fayda/risk nisbətinin fərdi qiymətləndirilməsini həyata keçirmək lazımdır. Pnevmoniya Streptococcus pneumoniae mikroorqanizmlərində makrolidlərə qarşı rezistentliyin inkişaf etməsini nəzərə alaraq, klaritromisini xəstəxanadan kənar pnevmoniyanın müalicəsi üçün istifadə etdikdə, mikroorqanizmlərin antibakterial preparatlara qarşı həssaslığının müəyyən edilməsi istiqamətində tədqiqatlar aparılmalıdır. Xəstəxanadaxili pnevmoniyanın müalicəsi aparıldığı halda, klaritromisini digər müvafiq antibiotiklərlə kombinasiya şəklində istifadə etmək lazımdır. Dərinin və yumşaq toxumaların yüngül və orta dərəcəli infeksiyaları Dərinin və yumşaq toxumaların yüngül və orta dərəcəli infeksiyalarının ən tez-tez rast gəlinən törədiciləri Staphylococcus aureus və Streptococcus pyogenes mikroorqanizmləri olmuşdur ki, bunlardan da hər biri makrolidlərə qarşı rezistentliyə malik ola bilər və bu səbəbdən, oxşar vəziyyətlərdə mikroorqanizmlərin antibakterial preparatlara qarşı həssaslığının müəyyən edilməsi istiqamətində tədqiqatlar aparılmalıdır. β-laktam antibiotiklərin istifadəsi mümkün olmadığı hallarda (məsələn, allergiya), ilk seçim preparatları qismində digər antibiotiklərdən, məsələn, klindamisindən istifadə etmək olar. Hazırda hesab edilir ki, makrolidlər dərinin və yumşaq toxumaların yalnız bəzi infeksiyalarının, məsələn, Corynebacterium minutissimum mikroorqanizmlərinin törətdikləri infeksiyaların, aknenin, qızıl yel iltihabının müalicəsi üçün və penisillinlər qrupundan olan dərman preparatlarının istifadəsi mümkün olmadığı hallarda istrifadə edilə bilər. Ağır dərəcəli kəskin hiperhəssaslıq reaksiyaları, məsələn, anafilaksiya, ağır dəri reaksiyaları (məsələn, kəskin, generalizəolunmuş ekzantematoz pustullyoz, Stivens-Conson sindromu, toksik epidermal nekroliz və eozinofiliya və sistem simptomlarla müşayiət olunan dərman reaksiyası (DRESS)) inkişaf etdiyi halda, klaritromisinin istifadəsi ilə müalicəni dərhal dayandırmaq və təcili olaraq, müvafiq müalicəyə başlamaq lazımdır. Klaritromisini CYP3A4 izofermentinin induktorları olan dərman preparatları ilə kombinasiya şəklində istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət edilməlidir. HMQ-KoA-reduktaza fermentinin inhibitorları (statinlər) Klaritromisinin lovastatinlə və ya simvastatinlə eyni zamanda istifadəsi əks göstərişdir; klaritromisini digər statinlərlə eyni zamanda istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək və miopatiya əlamətlərini və simptomlarını vaxtında aşkar etmək məqsədi ilə pasiyentlərin vəziyyətlərinin monitorinqini həyata keçirmək lazımdır. Klaritromisinin və statinlərin kombinasiya şəklində istifadəsi müddətində, rabdomiolizin inkişaf etməsi halları barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin və statinlərin eyni zamanda istifadəsi üçün zərurət yarandığı hallarda, statinləri tövsiyə olunan ən aşağı dozalarda istifadə etmək məsləhət görülür və bu zaman həmçinin, metabolizmində CYP3A izofermenti iştirak etməyən statinlərin (məsələn, fluvastatinin) istifadəsinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Peroral hipoqlikemik preparatlar/insulin Klaritromisini və peroral hipoqlikemik preparatları, məsələn, sulfonilkarbamid törəmələrini və/və ya insulini eyni zamanda istifadə etdikdə, pasiyentlərdə əhəmiyyətli hipoqlikemiya inkişaf edə bilər. Göstərilən preparatların kombinasiyalarının istifadəsi müddətində qanda qlükoza səviyyəsinin hərtərəfli monitorinqinin həyata keçirilməsi tövsiyə olunur. Peroral antikoaqulyantlar Klaritromisinin birbaşa təsirli peroral antikoaqulyantlarla, məsələn, dabiqatranla, rivaroksabanla və apiksabanla eyni zamanda istifadəsi müddətində, xüsusilə, yüksək qanaxma riski qeyd olunan pasiyentlərdə ehtiyat tədbirlərinə riayət edilməlidir. Klaritromisinin və varfarinin eyni zamanda istifadəsi müddətində BNN (beynəlxalq normalaşdırılmış nisbət) və PM (protrombin müddəti) göstəricilərinin əhəmiyyətli yüksəlməsi və ağır qanaxmanın inkişaf etməsi riski mövcuddur. Klaritromisini peroral antikoaqulyantlarla kombinəedilmiş şəkildə istifadə etdikdə, pasiyentlərdə BNN və PM göstəricilərinə tez-tez nəzarət etmək lazımdır. Digər antibiotiklərin istifadəsi zamanı olduğu kimi, klaritromisindən uzun müddət ərzində istifadə etdikdə, qeyri-həssas bakteriyaların və göbələk infeksiyalarının törədicilərinin həddindən artıq inkişafı qeyd oluna bilər. Superinfeksiya inkişaf etdiyi halda, müvafiq müalicə təyin edilməlidir. Mikroorqanizmlərdə klaritromisinə və digər makrolidlərə və eləcə də, linkomisinə və klindamisinə qarşı çarpaz rezistentlik riskinin mövcudluğunu nəzərə almaq lazımdır. Köməkçi maddələr Preparatın tərkibində saxarozanın mövcudluğunu nəzərə alaraq, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaraza-izomaltaza çatışmazlığı ilə xarakterizə olunan nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Preparatın 5 ml hazır suspenziyasının tərkibində 1 mmol-dan (23 mq-dan) az natrium vardır, yəni demək olar ki, preparatın tərkibində “natrium yoxdur”. Preparatın 5 ml hazır suspenziyasının tərkibində 1 mmol-dan (39 mq-dan) az kalium vardır, yəni demək olar ki, preparatın tərkibində “kalium yoxdur”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ağır arzuolunmayan reaksiyaların inkişaf etmə riski ilə əlaqəli, klaritromisinin və aşağıda göstərilən dərman preparatlarının eyni zamanda istifadəsi əks göstərişdir Astemizol, sizaprid, domperidon, pimozid və terfenadin Klaritromisinlə eyni zamanda istifadə edildikdə, qanda sizapridin konsentrasiyasının yüksəlməsi barədə məlumatlar mövcuddur ki, bunun nəticəsində də QT intervalının uzanması qeyd oluna bilər və eləcə də, mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası və “piruet” tipli mədəcik taxikardiyası da daxil olmaqla, ürək aritmiyaları meydana çıxa bilər. Klaritromisini pimozidlə eyni zamanda istifadə etdikdə, həmçinin analoji dəyişikliklər qeydə alınmışdır. Makrolidlərin terfenadinin metabolizminə təsirini nümayiş etdirən məlumatlar mövcuddur və bu zaman, qanda terfenadinin konsentrasiyası yüksəlir – ayrı-ayrı hallarda bu, QT intervalının uzanması və ürək aritmiyalarının, məsələn, mədəcik taxikardiyasının, mədəciklərin fibrillyasiyasının və “piruet” tipli mədəcik taxikardiyasının inkişaf etməsi ilə əlaqəlidir. 14 nəfər sağlam könüllünün iştirakı ilə aparılan tədqiqatda klaritromisini və terfenadini kombinasiya şəklində istifadə etdikdə, qan zərdabında terfenadinin turş metabolitinin konsentrasiyasının 2-3 dəfə yüksəlməsi və QT intervalının uzanması qeyd olunmuşdur – bu zaman, klinik əhəmiyyət kəsb edən heç bir effekt qeydə alınmamışdır. Astemizolu digər makrolidlərlə eyni zamanda istifadə etdikdə, analoji dəyişikliklər qeydə alınmışdır. Çovdar mahmızı alkaloidləri Klaritromisini erqotaminlə və ya dihidroerqotaminlə eyni zamanda istifadə etdikdə, kəskin erqotizm əlamətlərinin, məsələn, vazospazm və ətrafların və MSS (mərkəzi sinir sistemi) də daxil olmaqla, orqanizmin digər toxumalarının işemiyası kimi əlamətlərin inkişaf etməsi halları barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin və çovdar mahmızı alkaloidlərinin eyni zamanda istifadəsi əks göstərişdir. Peroral istifadə üçün nəzərdə tutulmuş midazolam Peroral istifadə üçün midazolamı və tablet formasında klaritromisini (sutkada 2 dəfə 500 mq dozada) eyni zamanda istifadə etdikdə, midazolam üçün “konsentrasiya-zaman” əyrisi altındakı sahə göstəricisinin (AUC) 7 dəfə artması qeyd olunmuşdur. Klaritromisinin və peroral istifadə üçün nəzərdə tutulmuş midazolamın eyni zamanda istifadəsi əks göstərişdir. HMQ-KoA-reduktaza fermentinin inhibitorları (statinlər) Klaritromisinin lovastatinlə və ya simvastatinlə eyni zamanda istifadəsi əks göstərişdir, çünki həmin statinlərin metabolizmində CYP3A4 izofermentinin mühüm əhəmiyyəti vardır və klaritromisinlə eyni zamanda istifadə edildikdə, qan plazmasında onların konsentrasiyaları artır və bunun nəticəsində miopatiyanın, o cümlədən, rabdomiolizin inkişaf etmə riski yüksəlir. Klaritromisinlə və yuxarıda göstərilən statinlərlə kombinəolunmuş müalicə qəbul edən pasiyentlərdə rabdomioliz halları barədə məlumatlar daxil olmuşdur. Klaritromisinin istifadəsi üçün zərurət yarandığı hallarda, dərman preparatı ilə müalicə müddətində lovastatinin və simvastatinin istifadəsini dayandırmaq lazımdır. Klaritromisini digər statinlərlə kombinasiya şəklində istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət edilməli və miopatiya əlamətlərini və simptomlarını vaxtında aşkar etmək məqsədi ilə pasiyentlərin vəziyyətlərinin monitorinqi aparılmalıdır. Klaritromisinin və statinlərin eyni zamanda istifadəsi üçün zərurət yarandığı hallarda, statinləri tövsiyə olunan ən aşağı dozalarda istifadə etmək məsləhət görülür və eləcə də, metabolizmində CYP3A izofermenti iştirak etməyən statinlərin (məsələn, fluvastatinin) istifadəsinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Digər dərman preparatlarının klaritromisinə təsiri CYP3A izofermentinin induktorları olan dərman preparatları (məsələn, rifampisin, fenitoin, karbamazepin, fenobarbital, dazıotu (Hypericum perforatum) tərkibli preparatlar) klaritromisinin metabolizmini gücləndirə bilər və bu zaman, qan plazmasında klaritromisinin subterapevtik konsentrasiyaları qeyd oluna bilər ki, bunun nəticəsində də onun effektivliyi aşağı düşə bilər. Bundan əlavə, qan plazmasında CYP3A izofermentinin induktorunun konsentrasiyasının monitorinqi tələb oluna bilər, çünki, klaritromisin tərəfindən CYP3A izofermentinin inhibə olunması nəticəsində, induktorun konsentrasiyası yüksələ bilər (həmçinin, CYP3A4 izofermentinin inhibitorlarının tibbi istifadəsi üzrə müvafiq təlimatlara bax). Rifabutini və klaritromisini eyni zamanda istifadə etdikdə, qan zərdabında rifabutinin konsentrasiyasının yüksəlməsi və klaritromisinin konsentrasiyasının aşağı düşməsi qeyd olunmuşdur və eləcə də, uveitin inkişaf etmə riski yüksəlmişdir. Aşağıda göstərilən dərman preparatlarının qanda klaritromisinin konsentrasiyasına təsir göstərməsi məlumdur və ya ehtimal edilir və həmin preparatları klaritromisinlə eyni zamanda istifadə etdikdə, sonuncunun dozasının korreksiyası və ya pasiyentin alternativ müalicəyə keçirilməsi tələb oluna bilər. Efavirenz, nevirapin, rifampisin, rifabutin və rifapentin Sitoxrom P450 izoferment sisteminin güclü induktorları, məsələn, efavirenz, nevirapin, rifampisin, rifabutin və rifapentin – klaritromisinin metabolizminin güclənməsinə səbəb ola bilər və bunun nəticəsində, qan plazmasında klaritromisinin konsentrasiyası aşağı düşə bilər və eyni zamanda, klaritromisinin antibakterial təsirə malik olan aktiv metabolitinin – 14-hidroksiklaritromisinin konsentrasiyası yüksələ bilər. Klaritromisinin müxtəlif mikroorqanizmlərə qarşı aktivliyinin 14- hidroksiklaritromisinin aktivliyindən fərqli olmasını nəzərə alaraq, klaritromisinin sitoxrom P450 izoferment sisteminin yuxarıda göstərilən induktorları ilə birlikdə istifadəsi zamanı gözlənilən terapevtik effekt qeyd olunmaya bilər. Etravirin Etravirinlə eyni zamanda istifadə edildikdə, qanda klaritromisinin konsentrasiyası aşağı düşmüşdür, onun aktiv metaboliti olan 14-hidroksiklaritromisinin qanda konsentrasiyası isə yüksəlmişdir. 14- hidroksiklaritromisinin Mycobacterium avium complex (MAC) mikroorqanizmlərinə qarşı aşağı aktivliyə malik olmasını nəzərə alaraq, dərman preparatının Mycobacterium avium complex mikroorqanizmlərinə qarşı ümumi aktivliyi dəyişə bilər və bu səbəbdən, həmin vəziyyətlərdə Mycobacterium avium complex mikroorqanizmlərinin törətdikləri infeksiyaların müalicəsi müddətində, alternativ müalicənin aparılmasını nəzərdən keçirmək lazımdır. Flukonazol Flukonazol (sutkada 200 mq dozada) və klaritromisin (sutkada 2 dəfə 500 mq dozada) kombinasiya şəklində istifadə edildikdə, 21 nəfər sağlam könüllüdə qanda klaritromisinin minimal tarazlıq konsentrasiyasının orta göstəricisinin və AUC göstəricisinin müvafiq olaraq, 33 % və 18 % yüksəlməsi qeyd olunmuşdur; onun aktiv metaboliti olan 14-hidroksiklaritromisinin tarazlıq konsentrasiyası isə əhəmiyyətli dərəcədə dəyişməmişdir. Flukonazol ilə eyni zamanda istifadə edildikdə, klaritromisinin dozasının korreksiyası tələb olunmur. Ritonavir Farmakokinetik tədqiqatda müəyyən edilmişdir ki, ritonavir (hər 8 saatdan bir 200 mq dozada) klaritromisinin (hər 12 saatdan bir 500 mq dozada) metabolizmini əhəmiyyətli dərəcədə aşağı salır. Bu zaman, qanda klaritromisinin maksimal və minimal konsentrasiya göstəricilərinin müvafiq olaraq, 31 % və 182 % yüksəlməsi qeyd olunmuşdur; klaritromisinin AUC göstəricisi 77 % artmışdır; bundan əlavə, aktiv metabolit olan 14-hidroksiklaritromisinin əmələ gəlməsi prosesinin demək olar ki, tam inhibə olunması qeyd edilmişdir. Klaritromisinin geniş terapevtik diapazona malik olmasını nəzərə alaraq, belə vəziyyətlərdə böyrək funksiyaları normal olan pasiyentlərdə dərman preparatının dozasının aşağı salınması tələb olunmur. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə dərman preparatının dozasını aşağıda göstərildiyi qaydada korreksiya etmək məqsədəuyğundur: Cl (kreatinin klirensi) 30-60 ml/dəqiqədə olduqda, klaritromisinincr dozası 50 %, Cl 30 ml/dəqiqədən aşağı olduqda – doza 75 % aşağı salınmalıdır. Ritonavirlə eynicr zamanda istifadə edildikdə, klaritromisin sutkada 1,0 q-dan artıq dozada təyin olunmamalıdır. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə ritonavir farmakokinetik gücləndirici vasitə şəklində atazanavir və sakvinavir də daxil olmaqla, İİV (insan immunçatışmazlığı virusu) proteazasının digər inhibitorları ilə birlikdə istifadə edildiyi halda, klaritromisinin dozası analoji şəkildə korreksiya olunmalıdır (aşağıda, “Dərman preparatlarının ikiistiqamətli qarşılıqlı təsirləri“ hissəsinə bax). Klaritromisinin digər dərman preparatlarına təsiri CYP3A izofermenti ilə əlaqəli qarşılıqlı təsirləri Klaritromisinlə (CYP3A izofermentinin inhibitoru) eyni zamanda istifadə edildikdə, qanda, əsasən CYP3A izofermentinin vasitəsi ilə metabolizmə məruz qalan dərman preparatlarının konsentrasiyaları yüksələ bilər və bunun nəticəsində də onların təsirlərinin davametmə müddəti uzana bilər və ya terapevtik effektlərinin və arzuolunmayan reaksiyalarının güclənməsi qeyd oluna bilər. QT intervalının uzanması və mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası və “piruet” tipli mədəcik taxikardiyası da daxil olmaqla, ürək aritmiyalarının meydana çıxma riskini nəzərə alaraq, astemizolla, sizapridlə, domperidonla, pimozidlə və terfenadinlə (CYP3A izofermentinin substratları olan dərman preparatları) müalicə qəbul edən pasiyentlərdə klaritromisinin istifadəsi əks göstərişdir. Çovdar mahmızı alkaloidləri, peroral istifadə üçün nəzərdə tutulmuş midazolam, əsasən CYP3A4 izofermentinin metabolizmində iştirak edən HMQ-KoA-reduktaza fermentinin inhibitorları (məsələn, lovastatin və simvastatin), kolxisin, tikaqrelor və ranolazin ilə müalicə qəbul edən pasiyentlərdə klaritromisinin istifadəsi əks göstərişdir. Transaminazalar səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi ehtimalını nəzərə alaraq, klaritromisinin və lomitapidin eyni zamanda istifadəsi əks göstərişdir. CYP3A izofermentinin substratları olan digər dərman preparatları ilə, xüsusilə, dar terapevtik diapazona malik preparatlarla (məsələn, karbamazepinlə) və/və ya CYP3A izofermenti vasitəsi ilə əhəmiyyətli metabolizmə məruz qalan preparatlarla müalicə qəbul edən pasiyentlərdə klaritromisin ehtiyatla istifadə edilməlidir. Klaritromisini və əsasən, CYP3A izofermenti vasitəsi ilə metabolizmə məruz qalan dərman preparatlarını eyni zamanda istifadə etdikdə, sonuncuların dozalarının korreksiyasının aparılması tələb oluna bilər və bu səbəbdən, həmin preparatların qan zərdabında konsentrasiyalarına mümkün qədər ciddi nəzarət etmək lazımdır. Məlumdur (və ya ehtimal edilir) ki, aşağıda göstərilən dərman preparatları və ya dərman preparatları qrupları eyni bir CYP3A izofermenti vasitəsi ilə metabolizmə məruz qalır (siyahı tamamlanmış deyildir): alprazolam, karbamazepin, silostazol, siklosporin, dizopiramid, ibrutinib, metadon, metilprednizolon, midazolam (vena daxilinə yeridildikdə), omeprazol, peroral antikoaqulyantlar (məsələn, varfarin, rivaroksaban, apiksaban), atipik antipsixotik preparatlar (məsələn, kvetiapin), xinidin, rifabutin, sildenafil, sirolimus, takrolimus, triazolam və vinblastin. Klaritromisinin sitoxrom P450 sisteminin digər izofermentlərinə təsiri vasitəsi ilə analoji qaydada qarşılıqlı təsir göstərə biləcəyi dərman preparatlarına fenitoin, teofillin və valproat aiddir. Birbaşa təsirli peroral antikoaqulyantlar (BTPAK) BTPAK preparat olan dabiqatran efflyuks-daşıyıcı P-qlikoproteinin (P-qp) substratıdır. Rivaroksaban və apiksaban CYP3A4 izofermeni vasitəsi ilə metabolizmə məruz qalır və həmçinin, P-qp-nin substratlarıdır. Klaritromisini yuxarıda göstərilən dərman preparatları ilə eyni zamanda istifadə etdikdə, xüsusilə, yüksək qanaxma riski qeyd olunan pasiyentlərdə ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Aritmiya əleyhinə preparatlar Postmarketinq dövründə klaritromisini xinidinlə və ya dizopiramidlə eyni zamanda istifadə etdikdə, “piruet” tipli mədəcik taxikardiyası halları qeydə alınmışdır. Klaritromisinin xinidinlə və dizopiramidlə eyni zamanda istifadəsi müddətində pasiyentlərdə QT intervalının uzanmasını vaxtında aşkar etmək məqsədi ilə elektrokardioqramın monitorinqi aparılmalı və qan zərdabında xinidinin və dizopiramidin səviyyələrinə nəzarət edilməlidir. Postmarketinq dövründə klaritromisinin və dizopiramidin eyni zamanda istifadəsi müddətində hipoqlikemiyanın inkişaf etməsi halları barədə məlumatlar daxil olmuşdur və bu səbəbdən, bu preparatları kombinasiya şəklində istifadə edən pasiyentlərdə qanda qlükoza səviyyəsinə nəzarət etmək lazımdır. Peroral hipoqlikemik preparatlar/insulin Bəzi hipoqlikemik preparatları (məsələn, nateqlinidi və repaqlinidi) klaritromisinlə eyni zamanda istifadə etdikdə, klaritromisin tərəfindən CYP3A izofermentinin inhibə olunması nəticəsində hipoqlikemiya inkişaf edə bilər. Oxşar kombinasiyalardan istifadə edən pasiyentlərdə qanda qlükoza səviyyəsinin hərtərəfli monitorinqinin aparılması tövsiyə olunur. Omeprazol Klaritromisini (hər 8 saatdan bir 500 mq dozada) və omeprazolu (sutkada 40 mq dozada) eyni zamanda istifadə etdikdə, sağlam könüllülərdə tarazlıq vəziyyətində omeprazolun qanda maksimal konsentrasiya, AUC və yarımxaricolma dövrü göstəricilərinin müvafiq olaraq, 30 %, 89 % və 340-24 % yüksəlməsi qeyd olunmuşdur. Mədədə orta sutkalıq pH göstəriciləri omeprazol ilə monoterapiya zamanı 5,2 və klaritromisini omeprazol ilə kombinasiya şəklində istifadə etdikdə, 5,7 təşkil etmişdir. Sildenafil, tadalafil və vardenafil Fosfodiesteraza fermentinin inhibitorlarının, məsələn, sildenafilin, tadalafilin və vardenafilin metabolizmində ən azı qismən də olsa, CYP3A izofermenti iştirak edir (klaritromisin CYP3A izofermentini inhibə edə bilər). Klaritromisinlə eyni zamanda istifadə edildikdə, fosfodiesteraza fermentinin yuxarıda göstərilən inhibitorlarının sistem təsiri güclənə bilər. Klaritromisinlə kombinasiya şəklində istifadə edildikdə, sildenafilin, tadalafilin və vardenafilin dozalarının aşağı salınmasının mümkünüyünü nəzərdən keçirmək lazımdır. Teofillin, karbamazepin Klinik tədqiqatlardan əldə olunan məlumatlara əsasən, klaritromisinlə eyni zamanda istifadə edildikdə, qanda teofillinin və karbamazepinin konsentrasiyalarının mülayim, lakin, statistik əhəmiyyətli (p ≤ 0,05) yüksəlməsi qeyd olunur. Bu səbəbdən, klaritromisinlə kombinasiya şəklində istifadə edildikdə, teofillinin və karbamazepinin dozalarının aşağı salınması tələb oluna bilər. Tolterodin Tolterodinin metabolizmində əsasən CYP2D6 izofermenti iştirak edir; göstərilən ferment mövcud olmayan şəxslərdə dərman preparatının metabolizm prosesi CYP3A izofermenti vasitəsi ilə həyata keçirilir. Həmin kateqoriyadan olan şəxslərdə CYP3A izofermentinin inhibə olunması zamanı, qan zərdabında tolterodinin daha yüksək konsentrasiyaları qeyd olunur. Bu səbəbdən, CYP2D6 izofermentinin “ləng metabolizatorları” qrupuna daxil olan pasiyentlərdə klaritromisin də daxil olmaqla, CYP3A izofermentinin inhibitorlarının eyni zamanda istifadəsi fonunda tolterodinin dozasının aşağı salınması tələb oluna bilər. Triazolobenzodiazepinlər (məsələn, alprazolam, midazolam, triazolam) Tablet formasında olan klaritromisinlə (sutkada 2 dəfə 500 mq dozada) eyni zamanda istifadə edildikdə, midazolamın (vena daxilinə yeridildikdə) AUC göstəricisinin 2,7 dəfə yüksəlməsi qeyd olunmuşdur. Klaritromisini midazolamla kombinasiya şəklində istifadə etdikdə, sonuncunun dozasının vaxtında korreksiyasını aparmaq məqsədi ilə pasiyentlərin vəziyyətlərinin hərtərəfli monitorinqini həyata keçirmək lazımdır. Daxilə istifadəsindən fərqli olaraq, midazolamı ağız boşluğunun selikli qişasına çəkdikdə, dərman preparatı presistem eliminasiyaya məruz qalmaya bilər və bunun nəticəsində, klaritromisinlə eyni zamanda istifadə edildikdə, midazolamın vena daxilinə istifadəsi zamanı müşahidə olunan təsirlə analoji qarşılıqlı təsirin meydana çıxması daha çox ehtimal edilir. Klaritromisini triazolam və alprazolam da daxil olmaqla, CYP3A izofermenti vasitəsi ilə metabolizmə məruz qalan digər preparatlarla kombinasiya şəklində istifadə etdikdə, yuxarıda qeyd olunan ehtiyat tədbirlərinə riayət edilməlidir. CYP3A izofermenti vasitəsi ilə metabolizmə məruz qalmayan benzodiazepinlərin (məsələn, temazepam, nitrazepam, lorazepam) klaritromisinlə klinik əhəmiyyət kəsb edən qarşılıqlı təsirlərinin mövcudluğu az ehtimal edilir. Postmarketinq dövründə klaritromisinin və triazolamın eyni zamanda istifadəsi ilə əlaqəli dərman preparatlarının qarşılıqlı təsirləri və MSS-də arzuolunmayan reaksiyaların, məsələn, yuxuya meyllilik və şüurun dumanlanması kimi reaksiyaların inkişaf etməsi barədə məlumatlar mövcuddur. Göstərilən dərman preparatlarının kombinasiyasından istifadə etdikdə, MSS-ə təsirin güclənməsi riskini nəzərə alaraq, pasiyentlərin vəziyyətlərinin monitorinqinin aparılması tövsiyə olunur. Digər dərman preparatları ilə qarşılıqlı təsirləri Kolxisin Kolxisin CYP3A izofermentinin və P-qp daşıyıcı zülalının substratıdır. Klaritromisin və digər makrolidlər CYP3A izofermentinin və P-qp-nin inhibitorlarıdır. Klaritromisini və kolxisini eyni zamanda istifadə etdikdə, klaritromisin tərəfindən P-qp-nin və/və ya CYP3A izofermentinin inhibə olunması nəticəsində kolxisinin sistem təsiri güclənə bilər. Diqoksin Diqoksinin P-qp-nin substratı olduğu hesab edilir. Klaritromisin P-qp-nin inhibitorudur. Klaritromisini və diqoksini eyni zamanda istifadə etdikdə, klaritromisin tərəfindən P-qp-nin inhibə olunması nəticəsində diqoksinin sistem təsiri güclənə bilər. Postmarketinq dövründə klaritromisinlə eyni zamanda müalicə qəbul edən pasiyentlərdə qan zərdabında diqoksinin konsentrasiyasının yüksəlməsi barədə məlumatlar daxil olmuşdur. Bəzi pasiyentlərdə diqoksinin toksik təsirinin əlamətləri, o cümlədən, ölümlə nəticələnə bilən aritmiyalar qeyd olunmuşdur. Klaritromisini və diqoksini kombinasiya şəklində istifadə etdikdə, qan zərdabında sonuncunun konsentrasiyasına ciddi nəzarət edilməlidir. Zidovudin Tablet formasında klaritromisini və zidovudini İİV-infeksiyası qeyd olunan yetkin yaşlı pasiyentlərdə istifadə etdikdə, qanda zidovudinin tarazlıq konsentrasiyası aşağı düşə bilər. Eyni zamanda istifadə edildikdə, daxilə qəbul edilən klaritromisin zidovudinin sorulması prosesinə təsir göstərə bilər və bundan qaçınmaq məqsədi ilə dərman preparatlarının istifadəsi arasında 4 saatlıq zaman intervala riayət etmək lazımdır. İİV-infeksiyası qeyd olunan uşaqlarda klaritromisini suspenziya şəklində və zidovudini və ya didanozini eyni zamanda istifadə etdikdə, dərman preparatları arasında qarşılıqlı təsir qeyd olunmamışdır. Klaritromisinin venadaxili infuziya şəklində istifadəsi müddətində həmin qarşılıqlı təsirin meydana çıxması az ehtimal edilir. Fenitoin və valproat Klaritromisin də daxil olmaqla, CYP3A izofermentinin inhibitorlarının CYP3A izofermenti vasitəsi ilə metabolizmə uğramaması ehtimal edilən dərman preparatları (məsələn, fenitoin və valproat) ilə qarşılıqlı təsirlər barədə məlumatlar mövcuddur. Klaritromisinlə eyni zamanda istifadə edildikdə, qan zərdabında yuxarıda göstərilən dərman preparatlarının konsentrasiyalarının yüksəlməsi barədə məlumatların mövcudluğunu nəzərə alaraq, oxşar vəziyyətlərdə həmin konsentrasiyalara nəzarət etmək tövsiyə olunur. Dərman preparatlarının ikiistiqamətli qarşılıqlı təsirləri Atazanavir Klaritromisin və atazanavir CYP3A izofermentinin eyni zamanda həm substratları, həm də inhibitorlarıdır – hazırda, dərman preparatlarının ikiistiqamətli qarşılıqlı təsirlərinin mövcudluğunu təsdiq edən məlumatlar vardır. Preparatlardan eyni zamanda istifadə etdikdə, klaritromisinin (sutkada 2 dəfə 500 mq dozada) sistem təsiri 2 dəfə artmışdır, onun metaboliti olan 14- hidroksiklaritromisinin sistem təsiri isə 70 % zəifləmişdir və bu zaman, atazanavirin (sutkada 1 dəfə 400 mq dozada) AUC göstəricisi 28 % yüksəlmişdir. Klaritromisinin geniş terapevtik diapazona malik olmasını nəzərə alaraq, belə vəziyyətlərdə böyrək funksiyaları normal olan pasiyentlərdə dərman preparatının dozasının aşağı salınması tələb olunmur. Cl 30-60 ml/dəqiqədə olancr pasiyentlərdə klaritromisinin dozası 50 %, Cl 30 ml/dəqiqədən aşağı olan pasiyentlərdə – doza 75cr % aşağı salınmalıdır. Proteaza inhibitorları ilə eyni zamanda istifadə edildikdə, klaritromisin sutkada 1,0 q-dan artıq dozada təyin olunmamalıdır. Kalsium kanallarının blokatorları Klaritromisinin və CYP3A4 izofermenti vasitəsi ilə metabolizmə məruz qalan kalsium kanallarının blokatorlarının (məsələn, verapamilin, amlodipinin, diltiazemin) eyni zamanda istifadəsi zamanı arterial hipotenziyanın inkişaf etmə riskini nəzərə alaraq, ehtiyat tədbirlərinə riayət edilməlidir. Belə vəziyyətlərdə, dərman preparatları arasında qarşılıqlı təsirlər nəticəsində qan plazmasında klaritromisinin və kalsium kanallarının blokatorlarının konsentrasiyaları yüksələ bilər. Klaritromisinlə və verapamillə eyni zamanda müalicə qəbul edən pasiyentlərdə arterial hipotenziya, bradiaritmiya və laktoasidoz qeyd olunmuşdur. İtrakonazol Klaritromisin və itrakonazol CYP3A izofermentinin eyni zamanda həm substratları, həm də inhibitorlarıdır – hazırda, dərman preparatlarının ikiistiqamətli qarşılıqlı təsirlərinin mövcudluğunu təsdiq edən məlumatlar vardır. Klaritromisin və itrakonazol qan plazmasında bir-birinin konsentrasiyalarının qarşılıqlı yüksəlməsinə səbəb ola bilər. İtrakonazolu və klaritromisini kombinasiya şəklində istifadə etdikdə, dərman preparatlarının təsirlərinin davametmə müddətinin uzanmasının və terapevtik effektlərinin güclənməsinin əlamətlərini və simptomlarını vaxtında aşkar etmək məqsədi ilə pasiyentlərin vəziyyətlərinin hərtərəfli monitorinqi aparılmalıdır. Sakvinavir Klaritromisin və sakvinavir CYP3A izofermentinin eyni zamanda həm substratları, həm də inhibitorlarıdır – hazırda, dərman preparatlarının ikiistiqamətli qarşılıqlı təsirlərinin mövcudluğunu təsdiq edən məlumatlar vardır. Sakvinavirin monoterapiyada istifadəsi ilə müqayisədə, preparatlar 12 nəfər sağlam könüllü tərəfindən eyni zamanda istifadə edildikdə, sakvinavirin (yumşaq jelatin kapsul formasında, sutkada 3dəfə 1200 mq dozada) qanda maksimal konsentrasiya və AUC göstəricilərinin müvafiq olaraq, 187 % və 177 % yüksəlməsi və eləcə də, klaritromisinin monoterapiyada istifadəsi ilə müqayisədə, klaritromisinin (sutkada 2 dəfə 500 mq dozada) qanda maksimal konsentrasiya və AUC göstəricilərinin təxminən 40 % yüksəlməsi qeyd olunmuşdur. Klaritromisini və sakvinaviri məhdud dövr müddətində yuxarıda göstərilən dozalarda/dərman formalarında eyni zamanda istifadə etdikdə, preparatların dozalarının korreksiyası tələb olunmur. Sakvinavirin yumşaq jelatin kapsul formasında istifadəsi ilə dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatların nəticələri, sakvinavirin bərk jelatin kapsullarının istifadəsi zamanı əldə olunan nəticələrlə uyğun olmaya bilər. Sakvinavirin sərbəst istifadəsi ilə dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatların nəticələri, sakvinavir/ritonavir kombinasiyasının istifadəsi zamanı əldə olunan nəticələrlə uyğun olmaya bilər. Sakvinavir/ritonavir kombinasiyasından istifadə etdikdə, ritonavirin klaritromisinə potensial təsiri nəzərə alınmalıdır (yuxarıda göstərilənlərə bax). Peroral kontraseptivlərdən istifadə edən qadın pasiyentlər məlumatlandırılmalıdırlar ki, diareya, qusma və ya profuz qanaxma meydana çıxdığı halda, kontrasepsiyanın qeyri-effektiv olması riski mövcuddur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Hamiləlik dövründə qadınlarda klaritromisinin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan müxtəlif tədqiqatların nəticələrinə və eləcə də, insanlarda istifadə təcrübəsinə əsasən, dərman preparatının embrionun və dölün inkişafına neqativ təsir riski istisna edilə bilməz. Hamiləlik dövrünün birinci və ikinci trimestri müddətində hamilə qadınlarda klaritromisinin istifadəsinin öyrənilməsi istiqamətində aparılan bəzi müşahidə tədqiqatlarında, eyni dövr müddətində klaritromisindən və ya digər antibiotiklərdən istifadə etməyən qadınlarla müqayisədə, düşüklərin baş vermə riskinin yüksəlməsi nümayiş etdirilmişdir. Hamiləlik dövründə klaritromisin də daxil olmaqla, makrolidlərin istifadəsi zamanı ciddi anadangəlmə inkişaf qüsurları riskinin öyrənilməsi istiqamətində aparılan epidemioloji tədqiqatlarda ziddiyyətli nəticələr əldə olunmuşdur. Bu səbəbdən, klaritromisini hamiləlik dövründə qadınlarda istifadə etməzdən əvvəl preparatın istifadəsinin fayda/risk nisbəti hərtərəfli qiymətləndirilməlidir. Laktasiya dövrü Laktasiya dövründə qadınlarda klaritromisinin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Klaritromisinin az miqdarları ana südü ilə xaric olunur. Müəyyən edilmişdir ki, yalnız ana südü ilə qidalanan südəmər körpənin orqanizminə, klaritromisinin ananın çəkisinə uyğunlaşdırılmış dozasının təxminən 1,7 %-i daxil olacaqdır. Fertilliyi Siçovullar üzərində aparılan tədqiqatlarda klaritromisin heyvanların fertilliyinə neqativ təsir göstərməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Klaritromisinin avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsiri barədə məlumat yoxdur. Pasiyentlər avtonəqliyyat və mexanizmləri idarə edərkən dərman vasitəsilə terapiya fonunda başgicəllənmə, vertiqo, şüurun dumanlanması və dezoriyentasiyanın yaranma riskini nəzərə almalıdırlar.
İstifadə qaydası və dozası
6 aydan 12 yaşa qədər uşaqların iştirakı ilə klinik tədqiqatların aparılması zamanı klaritramisinin suspenziya formasında istifadə edilmişdir (daxilə qəbul üçün suspenziya hazırlamaq üçün qranullar), bu səbəbə görə 12 yaşa qədər uşaqlarda klaritromisinin suspenziya formasından istifadə etmək lazımdır (daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar). Dozalanması Bir qayda olaraq, müalicənin müddəti pasiyentin vəziyyətinin ağılıq dərəcəsindən və xəstəliyin törədicisindən asılı olaraq 5-10 gün təşkil edir. Uşaqlarda klaritromisinin daxilə qəbul üçün suspenziya hazırlamaq üçün qranul formasının məsləhət görülən sutkalıq dozası 2 qəbula bölünmüş 15 mq/kq təşkil edir; dərman vasitəsinin maksimal dozası sutkada 2 dəfə 500 mq-dır. Aşağıda uşaqlarda bədən çəkisi və preparatda klaritromisinin miqdarı (125 mq/5 ml və ya 250 mq/5 ml) nəzərə alınmaqla dozalanma rejimi üzrə tövsiyələr verilmişdir. Sutkada 2 dəfə qəbul etdikdə birdəfəlik doza Bədən suspenziya Suspenziya mq Təqribi yaş çəkisi*, kq 125 mq/5 ml 250 mq/5 ml ml ml 8-11 1-2 2,5 1,25 62,5 12-19 3-6 5 2,5 125,0 20-29 7-9 7,5 3,75 187,5 30-40 10-12 10 5 250,0 * Bədən çəkisi 8 kq-dan az olan uşaqlarda hər kq bədən çəkisinə görə hesablamaq lazımdır (təqribən sutkada 2 dəfə 7,5 mq/kq). Böyrək funksiyası pozulmuş pasiyentlər Böyrək funksiyası pozulmuş (kreatininin klirensi (Cl ) 30 ml/dəqiqə/1,73 m -dən az) uşaqlardacr klaritromisinin məsləhət görülən sutkalıq dozasını 50% (7,5 mq/kq) azaltmaq lazımdır. Böyrək funksiyası pozulmuş uşaqlarda müalicənin müddəti 14 gündən artıq olmamalıdır. İstifadə qaydası Hazır suspenziya daxilə qidaqəbulundan asılı olmayaraq qəbul edilir; suspenziyanı süd ilə qəbul etmək olar. Suspenziyanın hazırlanması Suspenziya bilavasitə ilk istifadədən əvvəl hazırlanır. Suspenziyanı hazırlamaq üçün içərisində qranullar olan flakona işarəyə qədər tədricən su əlavə etmək və bircins suspenziya yaranana qədər çalxalamaq lazımdır. Hər istifadədən əvvəl hazır suspenziya olan flakonu yaxşıca çalxalamaq lazımdır. Hazır suspenziyanı dozalamaq üçün qablaşdırmanın içərisində olan ölçü şprisindən istifadə edilir.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin qısa xülasəsi Klaritromisindən istifadə etdikdə, böyüklərdə və uşaqlarda ən tez-tez müşahidə edilən arzuolunmayan reaksiyalara qarın nahiyəsində ağrı, diareya, ürəkbulanma, qusma və dadbilmə qabiliyyətinin dəyişməsi aiddir. Göstərilən arzuolunmayan reaksiyalar makrolid antibiotiklərin təhlükəsizlik profilinə müvafiqdir (aşağıda göstərilənlərə bax) və bir qayda olaraq, bu reaksiyaların təzahürləri əhəmiyyət kəsb etmir. Klinik tədqiqatlarda anamnezlərində mikobakterial infeksiyalar qeyd olunan və ya olunmayan pasiyentlərdə mədə-bağırsaq traktında yuxarıda göstərilən arzuolunmayan reaksiyaların baş vermə tezliyində əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Arzuolunmayan reaksiyaların siyahısı Klinik tədqiqatlarda və postmarketinq dövründə qeyd olunan və ehtimal ki, ən azı klaritromisinin müxtəlif dərman formalarının və dozalarının, o cümlədən, daxilə istifadə üçün nəzərdə tutulmuş suspenziyanın hazırlanması üçün qranulların istifadəsi ilə əlaqəli arzuolunmayan reaksiyalar MedDRA təsnifatına əsasən sistem-orqan siniflərinə müvafiq aşağıda göstərilmişdir. Arzuolunmayan reaksiyaların tezlik parametrləri aşağıda göstərilən qaydada müəyyən edilir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100, lakin < 1/10), bəzən (≥ 1/1000, lakin < 1/100), nadir hallarda (≥ 1/10000, lakin < 1/1000), çox nadir hallarda (< 1/10000), məlum deyil* (əldə olunan məlumatlar əsasında tezliyin qiymətləndirilməsi mümkün deyil). Hər bir tezlik qrupunda arzuolunmayan reaksiyalar ağırlıq dərəcəsinin azalması istiqamətində göstərilmişdir (onların ağırlıq dərəcəsini qiymətləndirmək mümkün olduğu hallarda). 1 2 3 İnfeksion və parazitar xəstəliklər: bəzən – sellülit , kandidoz, qastroenterit , infeksiya , vaginal infeksiya; məlum deyil – psevdomembranoz kolit, qızıl yel iltihabı. 4 3 Qan və limfa sistemində baş verən pozğunluqlar: bəzən – leykopeniya, neytropeniya , trombositoz , eozinofiliya ; məlum deyil – aqranulositoz, trombositopeniya. İmmun sistemdə baş verən pozğunluqlar: bəzən – anafilaktoid reaksiyalar , hiperhəssaslıq reaksiyaları; məlum deyil – anafilaktik reaksiyalar, angionevrotik ödem. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: bəzən – anoreksiya, iştahanın zəifləməsi. Psixikada baş verən pozğunluqlar: tez-tez – yuxusuzluq; bəzən – həyəcan, əsəbilik ; məlum deyil – psixotik pozğunluqlar, şüurun dumanlanması , depersonalizasiya, depressiya, dezoriyentasiya, hallüsinasiyalar, qeyri-normal yuxugörmələr, maniya. Sinir sistemində baş verən pozğunluqlar: tez-tez – disgevziya, baş ağrısı; bəzən – şüurun itirilməsi , 1 5 diskineziya , başgicəllənmə, yuxuya meyllilik , tremor; məlum deyil – qıcolmalar, agevziya, parosmiya, anosmiya, paresteziya. Eşitmə orqanlarında və labirintdə baş verən pozğunluqlar: bəzən – vertiqo, eşitmə qabiliyyətinin pozulması, qulaqlarda küy; məlum deyil – eşitmə qabiliyyətinin itirilməsi. 1 1 Ürəkdə baş verən pozğunluqlar: bəzən – ürəyin dayanması , qulaqcıqların fibrillyasiyası , elektrokardioqramda QT intervalının uzanması, ekstrasistolalar , palpitasiya; məlum deyil – “piruet” tipli mədəcik taxikardiyası, mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası. Damarlarda baş verən pozğunluqlar: tez-tez – vazodilatasiya ; məlum deyil – qanaxmalar. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: bəzən – bronxial 1 2 1 astma , burun qanaxması , ağciyər emboliyası . Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: tez-tez – diareya, qusma, dispepsiya, 1 2 ürəkbulanma, qarın nahiyəsində ağrı; bəzən – ezofagit , qastroezofageal reflyuks xəstəliyi , qastrit, 2 4 proktalgiya , stomatit, qlossit, qarında köp hissi , qəbizlik, ağızda quruluq, gəyirmə, meteorizm; məlum deyil – kəskin pankreatit, dilin rənginin dəyişməsi, dişlərin rənginin dəyişməsi. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: tez-tez – qaraciyərin funksional 4 4 göstəricilərinin pozğunluqları; bəzən – xolestaz , hepatit , qanda alaninaminotransferaza (ALT) aspartataminotransferaza (AST), qamma-qlutamiltransferaza fermentlərinin səviyyəsinin yüksəlməsi ; məlum deyil – qaraciyər çatışmazlığı, hepatosellülyar sarılıq. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: tez-tez – səpgilər, hiperhidroz; bəzən – 1 3 bullyoz dermatit , qaşınma, övrə, makulopapulyoz səpgilər ; məlum deyil – ağır dəri reaksiyaları (məsələn, kəskin generalizəolunmuş ekzantematoz pustullyoz, Stivens-Conson sinromu, toksik epidermal nekroliz, eozinofiliya və sistem simptomlarla müşayiət olunan dərman reaksiyası (DRESS)), akne. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: bəzən – əzələ spazmları , 1 2 2,6 skelet-əzələ rigidliyi , mialgiya ; məlum deyil – rabdomioliz , miopatiya. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: bəzən – qanda kreatinin 1 1 səviyyəsinin yüksəlməsi , qanda sidik cövhərinin səviyyəsinin yüksəlməsi ; məlum deyil – böyrək çatışmazlığı, interstisial nefrit. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: çox tez-tez – inyeksiya 1 1 1 nahiyəsində flebit ; tez-tez – inyeksiya nahiyəsində ağrı , inyeksiya nahiyəsində iltihab ; bəzən – 4 3 4 4 4 halsızlıq , bədən temperaturunun yüksəlməsi , asteniya, döş qəfəsində ağrı , vicə , yorğunluq hissi . Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri: bəzən – qanda albumin/qlobulin 1 4 nisbətinin dəyişməsi , qanda qələvi fosfataza fermentinin səviyyəsinin yüksəlməsi , qanda laktatdehidrogenaza fermentinin səviyyəsinin yüksəlməsi ; məlum deyil – beynəlxalq normalaşdırılmış nisbət (BNN) göstəricisinin yüksəlməsi, protrombin müddəti (PM) göstəricisinin yüksəlməsi, sidiyin rənginin dəyişməsi. * Göstərilən arzuolunmayan reaksiyalar barədə məlumatlar sərbəst mənbələrdən əldə edilmilşdir və bu zaman, pasiyentlər populyasiyasının ölçüsü müəyyən edilməmişdir – həmin səbəbdən, göstərilən arzuolunmayan reaksiyaların baş vermə tezliyini və ya onların klaritromisinin istifadəsi ilə səbəb- nəticə əlaqəsini müvafiq qaydada qiymətləndirmək hər zaman mümkün deyildir. Klaritromisinin ümumi istifadə təcrübəsi 1 milyard pasiyent-gün təşkil edir. Klaritromisinin infuziya üçün məhlul hazırlamaq üçün toz şəklində istifadəsi zamanı qeyd olunan arzuolunmayan reaksiyalar. Klaritromisinin təsiredici maddəsindən tədricən azad olan tablet formasında istifadəsi zamanı qeyd olunan arzuolunmayan reaksiyalar. Klaritromisinin daxilə qəbul etmək üçün suspenziya hazırlamaq üçün qranullar formasında istifadəsi zamanı qeyd olunan arzuolunmayan reaksiyalar. Klaritromisinin təsiredici maddəsindən sürətlə azad olan tablet formasında istifadəsi zamanı qeyd olunan arzuolunmayan reaksiyalar. 5,6 Aşağıda göstərilənlərə bax. Ayrı-ayrı arzuolunmayan reaksiyaların təsviri İnyeksiya nahiyəsində flebit, inyeksiya nahiyəsində ağrı və inyeksiya nahiyəsində iltihab kimi arzuolunmayan reaksiyalar yalnız, klaritromisin vena daxilinə yeridildikdə qeyd olunur (infuziya üçün məhlul hazırlamaq üçün toz). Klaritromisini statinlərlə, fibratlarla, kolxisinlə və ya allopurinolla eyni zamanda istifadə etdikdə, bəzi hallarda rabdomioliz barədə məlumatlar daxil olmuşdur. Postmarketinq dövründə klaritromisinin və triazolamın eyni zamanda istifadəsi ilə əlaqəli dərman preparatlarının qarşılıqlı təsirləri və mərkəzi sinir sistemində (MSS-də) arzuolunmayan reaksiyaların, məsələn, yuxuya meyllilik və şüurun dumanlanması kimi reaksiyaların inkişaf etməsi barədə məlumatlar mövcuddur. Göstərilən dərman preparatlarının kombinasiyasından istifadə etdikdə, MSS-ə təsirin güclənməsi riskini nəzərə alaraq, pasiyentlərin vəziyyətlərinin monitorinqinin aparlması tövsiyə olunur. Klaritromisinin təsiredici maddəsindən tədricən azad olan tablet formasının istifadəsi zamanı, nadir hallarda onların nəcisdə aşkar olunması barədə bildirilmişdir – belə vəziyyətlərdə, pasiyentlərin əksəriyyətində mədə-bağırsaq traktında anatomik pozğunluqların (o cümlədən, ileostoma və ya kolostoma) və ya funksional pozğunluqların mövcudluğu məlum olmuşdur ki, bunun nəticəsində də bağırsaq möhtəviyyatının evakuasiya müddəti qısalmışdır. Ayrı-ayrı hallarda tabletlərin aşkar edilməsi, diareya ilə əlaqəli olmuşdur. Nəcisdə tabletlər aşkar olunan pasiyentlərdə vəziyyətin yaxşılaşması qeyd olunmadığı halda, klaritromisini digər dərman formasında (məsələn, daxilə qəbul etmək üçün suspenziya hazırlamaq üçün qranullarda) istifadə etmək və ya həmin pasiyentləri digər antibiotiklə müalicəyə keçirmək tövsiyə olunur. Uşaqlar 6 aydan 12 yaşa qədər uşaqların iştirakı ilə aparılan klinik tədqiqatların gedişində klaritromisin suspenziya şəklində (daxilə qəbul etmək üçün suspenziya hazırlamaq üçün qranullarda) istifadə edilmişdir və bu səbəbdən, 12 yaşa qədər uşaqlarda dərman preparatını suspenziya şəklində (daxilə qəbul etmək üçün suspenziya hazırlamaq üçün qranullarda) istifadə etmək lazımdır. Uşaqlarda arzuolunmayan reaksiyaların tezliyinin, növünün və ağırlıq dərəcəsinin böyüklərlə eyni olacağı ehtimal edilir. İmmunçatışmazlığı qeyd olunan pasiyentlər Mikobakterial infeksiyaların müalicəsi üçün yüksək dozalarda uzun müddət ərzində klaritromisindən istifadə edən immunçatışmazlığından, o cümlədən, qazanılmış immun çatışmazlığı sindromundan (QİÇS) əziyyət çəkən pasiyentlərdə, əksər hallarda, ehtimal ki, dərman preparatının istifadəsi ilə əlaqəli arzuolunmayan reaksiyaları insan immunçatışmazlığı virusu (İİV) infeksiyası ilə və ya yanaşı xəstəliklərlə əlaqəli əsas simptomlardan fərqləndirmək çətindir. Klaritromisinin 1,0 q və 2,0 q sutkalıq dozasının istifadəsi ilə müalicə qəbul edən yetkin yaşlı pasiyentlərdə ən tez-tez müşahidə edilən arzuolunmayan reaksiyalar aşağıda göstərilənlər olmuşdur: ürəkbulanma, qusma, dadbilmə qabiliyyətinin dəyişməsi, qarın nahiyəsində ağrı, diareya, səpgilər, meteorizm, baş ağrısı, qəbizlik, eşitmə qabiliyyətinin dəyişməsi, qan zərdabında AST və ALT fermentlərinin səviyyələrinin yüksəlməsi. Bir qədər aşağı tezliklə təngnəfəslik, yuxusuzluq və ağızda quruluq qeydə alınmışdır. Klaritromisini 1,0 q dozada istifadə edən pasiyentlərdə və klaritromisini 2,0 q dozada istifadə edən pasiyentlərdə arzuolunmayan reaksiyaların meydana çıxma tezliyi müqayisə edilən olmuşdur. Dərman preparatını 1,0 q və 2,0 q dozada istifadə edən pasiyentlərlə müqayisədə, klaritromisini sutkada 4,0 q dozada istifadə edən pasiyentlərdə arzuolunmayan reaksiyaların meydana çıxma tezliyi 3-4 dəfə yüksək olmuşdur. İmmunçatışmazlığı qeyd olunan pasiyentlərdə laborator göstəricilərin qiymətləndirilməsi zamanı normal göstəricilərdən əhəmiyyətli dərəcədə fərqlənən parametrlərin analizi aparılmışdır (göstəricilər norma həddindən əhəmiyyətli dərəcədə yüksək və ya aşağı olmuşdur). Həmin kriteri əsasında müəyyən edilmişdir ki, klaritromisinin sutkalıq 1,0 q və ya 2,0 q dozalarının istifadəsi ilə müalicə qəbul edən pasiyentlərin təxminən 2-3 %-də qan zərdabında AST və ALT göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir və eləcə də, qanda leykositlərin və trombositlərin miqdarı əhəmiyyətli dərəcədə azalmışdır. Hər 2 qrupda pasiyentlərin daha az faizində qanda sidik cövhəri azotunun səviyyəsinin yüksəlməsi qeyd olunmuşdur. Klaritromisini sutkalıq 4,0 q dozada istifadə edən pasiyentlərdə qanda leykositlərin miqdarının azalması istisna olmaqla, yuxarıda göstərilən bütün parametrlərin oxşar dəyişiklikləri əhəmiyyətsiz dərəcədə yüksək tezliklə qeydə alınmışdır. Ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatlar Dərman preparatının qeydiyyatından sonra, ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatların mühüm əhəmiyyəti vardır. Pasiyentdə dərman preparatına qarşı ciddi arzuolunmayan reaksiya aşkar olunduqda və ya göstərilən bölmədə təsvir edilməyən, yeni arzuolunmayan reaksiya meydana çıxdığı halda, Milli farmakonəzarət sisteminə müvafiq məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Simptomları Klaritromisinin böyük miqdarda peroral qəbulu zamanı mədə-bağırsaq sistemində baş verən simptomlar qeyd edilə bilər. Anamnezində biopolyar pozuntusu olan 1 pasiyentdə klaritromisinin 8,0 q daxilə qəbulundan sonra psixi statusun dəyişməsi, paranoidal davranış, hipokaliemiya və hipoksemiya qeyd edilmişdir. Müalicəsi Klaritromisinin peroral qəbulu zamanı doza həddinin aşılması halında dərman vasitəsinin mədə- bağırsaq sistemindən absorbsiya olunmayan hissəsini dərhal kənarlaşdırmaq və dəstəkləyici terapiya aparmaq lazımdır. Digər makrolidlərdə olduğu kimi klaritromisinin də hemodializ və ya peritoneal dializ vasitəsilə orqanizmdən əhəmiyyətli dərəcədə xaric olması gözlənilmir.
Buraxılış forması
Oradro 125 mq/5ml Daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar həcmi 100 ml olan (hazır suspenziya 70 ml) qoruyucu halqa ilə təchiz edilmiş burulan qoruyucu qapaqlı sarı şüşə flakonda. 1 flakon adepterlə ölçü şprisi və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Oradro 250 mq/5 ml Daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar həcmi 100 ml və ya 125 ml olan (müvafiq olaraq 50 ml və ya 100 ml hazır suspenziya) qoruyucu halqa ilə təchiz edilmiş burulan qoruyucu qapaqlı sarı şüşə flakonda. 1 flakon adepterlə ölçü şprisi və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazır suspenziyanı 14 gündən artıq saxlamaq olmaz.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. A.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.