Fluifort N5 saşe

Dərman formasıOral məhlul hazırlamaq üçün toz
Farmakoloji təsirKarbosistein
İstehsal ölkəsiTailand

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,76 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun. – Bu içlik vərəqəsini saxlayın. Daha sonra onu təkrar oxumağa ehtiyaç duya bilərsiniz. – Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. – Bu dərman xüsusi olaraq Sizin üçün yazılmışdır, onu başqalarına verməyin. Hətta analoji simptomatika olsa da, bu onlara mənfi təsir göstərə bilər. – Əgər ciddi əlavə effektlər yaranarsa və ya bu içlik-vərəqədə göstərilməyən əlavə effektlər qeyd olunarsa, lütfən, həkiminizə ya əczaçıya müraciət edin. FLUİFORT daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (paketlərdə) FLUIFORT Beynəlxalq patentləşdirilməmiş adı: Carbocisteine

Tərkibi

Təsiredici maddə: 1 paketdə 2,86 q karbosisteinin lizin duzu monohidrat (2,7 q karbosisteinin lizin duzuna ekvivalent) vardır. Köməkçi maddələr: aspartam, povidon K30, susuz limon turşusu, təbii sidr ağacının tozu, portağal pudrası, mannitol.

Təsviri

Sarı-küləş rəngli, əlavələrsiz, portağal ətirli tozdur.

Farmakoterapevtik qrupu

Karbosistein. ATC kodu: R05CB03. Farmakoloji xasusiyyətləri İmmunobioloji və bioloji xüsusiyyətləri Farmakodinamikası Karbosistein lizin duzu monohidrat dozadan asılı olaraq yuxarı və aşağı tənəffüs yollarının selikli sekresiyalarının özlülüyünü və elastikliyini bərpa edir. Selikli sekresiyaların normallaşdırılmasında onun effektivliyi, görünür, sialomusinlərin artan sintezi ilə əlaqədardır, beləliklə, seliyin axıcılığına kömək edən sialomusinlər və fukomusinlər arasında tarazlığı bərpa edir. Karbosistein lizin duzu monohidrat, üstəlik, tənəffüs yollarının epitelində xlor ionlarının ifrazını stimullaşdırır: belə bir fenomen suyun daşınması və beləliklə, seliyin durulaşması ilə əlaqələndirilir. Dovşanda karbosistein lizin duzu monohidratının oral tətbiqi ekzogen elastazanın intratraxeal instillasiyası ilə müəyyən edilən mukosiliar nəqliyyatın azalmasının qarşısını alır. Karbosistein lizin duzu monohidrat laktoferrin, lizozim və alfa1-antiximotripsinin konsentrasiyasını dozadan asılı olaraq artırır, bu da peribronxial vəzlərin serum hüceyrələrinin və onların zülal sintezi mexanizmlərinin funksional bərpasını göstərir. Karbosistein lizin duzu monohidrat burun və traxeobronxial ifrazat IgA istehsalına müsbət təsir göstərmişdir. Karbosistein lizin duzu monohidrat əlavə olaraq antibiotikin mukosiliar klirensini və diffuziya qabiliyyətini yaxşılaşdırır. Farmakokinetikası Ağızdan tətbiq edildikdən sonra karbosistein lizin duzu monohidrat tamamilə və sürətlə sorulur. Absorbsiya zirvəsi 1,5-2 saat ərzində baş verir. Plazma yarı ömrü təxminən 1,5 saatdır. Karbosistein lizin duzu monohidratının və onun metabolitlərinin xaric edilməsi, əsasən, böyrəklər vasitəsilə baş verir. Dozanın 30-60%-ə qədəri sidiklə, qalan hissəsi isə müxtəlif metabolitlər şəklində xaric olunur. Karbosistein lizin duzu monohidrat xüsusi olaraq bronx-ağciyər toxumasına yapışır. Biomənimsənilmə tədqiqatları göstərmişdir ki, qəbul edilən dozanın 17,5%-ə qədəri bronxial sekresiyada tapıla bilər. Dərman selikdə orta konsentrasiyaya 3,5 mkq/ml çatır, yarımxaricolma dövrü təqribən 1,8 saatdır (2 q/gün doza).

İstifadəsinə göstərişlər

FLUİFORT paketində S-metil karbosisteinin lizin duzu vardır, hansı ki, selik maddəsini durulaşdırmaq və həll etmək qabiliyyətinə malikdir. FLUİFORT tənəffüs traktının yuxarı və aşağı bölmələrinin kəskin xəstəliklərində və burun, boğaz, qulaq xəstəliklərinin müalicəsində seliyin yüksək və ya zəif qatılığında effektivdir.

Əks göstərişlər

FLUİFORT aşağıdakı hallarda istifadə olunmur: – Fluifort-un təsiredici və ya hər hansı köməkçi maddəsiinə qarşı yüksək həssaslıq – Mədə və 12- barmaq bağırsağın xora xəstəliyi – Hamiləlik və laktasiya dövrü – Uşaqlar. – Fenilketonuriya. Aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır: – Bəzi şəkərlərin qeyri-mənimsənilməsi. Bu preparatın istifadəsindən öncə həkimlə məsləhətləşmək lazımdır. – FLUİFORT paketin tərkibinə mannitol daxildir, buna görə diabet zamanı istifadə oluna bilər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicənin ilk günlərindən sekresiyanın xaric edilməsinin yaxşılaşması səbəbindən bəlğəmin artması müşahidə olunur. Asılılıq halları məlum deyil. Məhsulun nə teratogen, nə də mutagen olmasına və heyvanların reproduktiv funksiyasına heç bir mənfi təsir göstərməməsinə baxmayaraq, hamiləliyin ilk üç ayı ərzində istifadəsi tövsiyə edilmir. Karbosisteinin ana südünə keçməsi ilə bağlı heç bir məlumat olmadığı üçün laktasiya dövründə istifadə edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu günə qədər karbosistein ilə yuxarı və aşağı tənəffüs yollarının müalicəsi üçün ən çox istifadə edilən dərmanlar, qida məhsulları və ya laboratoriya testlərinin birlikdə istifadəsi zamanı heç bir uyğunsuzluq müəyyən edilməmişdir. Digər preparatların qəbulu zamanı bu haqda (hətta reseptsiz buraxılan) həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər bir preparatın qəbulundan öncə həkimlə və ya əczaçı ilə məsləhətləşin. FLUİFORT hamiləlik və laktasiya dövründə istifadə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

FLUİFORT-dan istifadə zamanı nəqliyyat vasitələrini idarə etmək olar.

İstifadə qaydası və dozası

FLUİFORT yalnız həkimin göstərişləri üzrə qəbul olunmalıdır. Əgər, Sizdə nəyəsə şübhə olarsa həkimlə və ya əczaçı ilə məsləhətləşin. Adi dozalanma aşağıda göstərilir: Böyüklər 1 paket gündə 1 dəfə və ya həkimin göstərişinə müvafiq olaraq. Paketin möhtəviyyatını ½ stəkan suda həll edib, yaxşı qarışdırın. Uşaqlar FLUİFORT® uşaqlarda istifadə olunmur. Uşaqlarda Fluifort® şirə istifadə edilir. Qaraciyər və böyrək xəstəlikləri olan xəstələr Preparat adi dozalarda qəbul olunur. Şəkərli diabeti olan xəstələr FLUİFORT® şəkərli diabeti olan xəstələrdə istifadə edilə bilər: Fluifort uzunmüddətli istifadə oluna bilər; belə hallarda həkimin tövsiyələrinə riayət edin. FLUİFORT-un qida və içkilərlə qəbulu FLUİFORT-un qida və içkilərlə qəbulu üçün xüsusi təlimat yoxdur. Əgər, Siz FLUİFORT®-un qəbulunu unutmusunuzsa Əgər, Siz bir qəbulu qaçırmısız və preparatın növbəti qəbulunun vaxtı yaxınlaşıbsa, yalnız bir dozanı qəbul edib müalicə kursunu qablaşdırmada qeyd olunmuş göstərişlərə müvafiq davam edin. Qaçırılmış dozanı əvəz etmək üçün ikiqat doza qəbulu etməyin. Bir neçə qəbulu unutduqda həkim və ya əczaçıya bu haqda məlumat verin. Onlar FLUİFORT ilə yeni kursun başlanmasını Sizə məsləhət görə bilər. Əgər, Siz FLUİFORT®-un qəbulunu dayandırmısınızsa FLUİFORT® PAKET-in qəbulunu həkimin göstərişi olmadan ləğv etmək məsləhət görülmür. Əgər, Sizdə bu preparatın istifadəsi üzrə hər hansı bir sual olarsa, həkimə və ya əczaçıya müraciət edin.

Əlavə təsirləri

Hər bir dərman preparatı kimi FLUİFORT əlavə effektlərin əmələ gəlməsinə gətirə bilər, lakin bu hallar hər bir xəstədə qeyd olunmur. FLUİFORT-un qəbulunda çox nadir hallarda aşağıdakı əlavə reaksiyalar əmələ gələ bilər: dəri səpgiləri, övrə, eritema, ekzantema, bullyoz ekzantema/eritema, dəridə qaşınma, angioderma, dermatit. Mədə-bağırsaq traktına: qarın boşluğunda ağrı, ürəkbulanma, qusma, diareya. Sinir sisteminə: başgicəllənmə. Ürək-damar sisteminə: vazomotor hiperemiya. Tənəffüs yollarına: təngnəfəslik. Preparatın yüksək dozalarda istifadəsində yalnız bir dəfə dadbimə və iybilmə hissinin azalması qeyd olunub. Əgər ciddi əlavə effektlər əmələ gələrsə və ya bu içlik-vərəqədə göstərilməyən əlavə effektlər qeyd olunarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin.

Doza həddinin aşılması

Məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. Doza həddinin aşılmasın və əlavə effektlərin əmələ gəlməsi zamanı mədənin yuyulması və həkimin nəzarəti lazım ola bilər. Xüsusi antidotu yoxdur.

Buraxılış forması

Oral məhlul hazırlamaq üçün toz paketdə. 5, 30 və ya 50 paket içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın son gününə müvafiqdir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Polipharm Co. Ltd., Thailand. 109 Soi Wat Bang Phli Yai Nai, Bangna-Trad Road, Moo 12, Bang Phli Yai, Samut Prakan 10540, Thailand. Marketinq səlahiyyəti və qeydiyyat vəsiqənin sahibi Eurodrug Laboratories S.A., Belgium. Kortrijksesteenweg 214 9830 Sint-Martens-Latem, Belgium.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Fluifort N5 saşe” üçün ilk rəyi siz yazın.