Nidol 2 % 30 q gel
| Dərman forması | Gel |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) |
| İstehsal ölkəsi | Tailand |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NİDOL 2% gel Beynəlxalq patentləşdirilməmiş adı: Nimesulide
Tərkibi
Təsiredici maddə: 100 q gelin tərkibində 2 q nimesulid vardır. Köməkçi maddələr: propilenqlikol, trietanolamin, karbomer, polietilenqlikol, metilparaben, propilparaben, dinatrium edetat, təmizlənmiş su.
Təsviri
Nidol ağ və ya sarımtıl ağ rəngdə geldir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: M01AX17.
İstifadəsinə göstərişlər
Nidol geli çıxıqlarla və vətərlərin iltihabı ilə əlaqədar olaraq meydana çıxan ağrıların müalicəsində istifadə olunur.
Əks göstərişlər
Nimesulidə və ya Nidol gelin tərkibinə daxil olan hər hansı bir maddəyə qarşı allergiya (yüksək həssaslıq). Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiya. Dəri örtüyünün zədələnməsi və ya yerli infeksiya Digər gel və ya kremlərlə birgə istifadə 12 yaşdan kiçik uşaqlarda nimesulid istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nidol geli açıq yaralarda və zədələnmiş dəridə istifadə olunmamalıdır Nimesulid göz və selikli qişalarla kontaktda olmamalıdır. Belə kontakt baş verdikdə gözü və selikli qişaları su ilə yumaq lazımdır. Daxilə qəbul etmək olmaz. Bint və okklyuziv sarğı tətbiq etmək olmaz Minimal effektiv dozada və qısa müddət ərzində istifadə etməklə əlavə təsirləri azaltmaq olar Əgər Sizdə böyrək və ya qaraciyər funksiyasının pozulması, qanın koaqulyasiyasının ağır dərəcəli pozulması və ya ağır və ya nəzarət olunmayan ürək çatışmazlığı varsa, nimesuliddən ehtiyatla istifadə etməyiniz tövsiyə olunur. Əgər Sizdə yüksək həssaslıq halları müşahidə olunursa, Nimesulid geldən ehtiyatla istifadə edin. Digər QSİƏP-lərlə və kremlərlə birlikdə istifadə etdikdə günəş şüalarına qarşı həssaslıq artır (fotodermatit). Dərmanı istifadə etdikdə birbaşa günəş şüalarından uzaq olmaq lazımdır. Simptomlar davam etdiyi və ya ağırlaşdığı halda həkiminizə müraciət edin. Ehtiyatla Nimesulid gelin tərkibində olan propilenqlikol dəridə qaşınma törədə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Nimesulid gel ilə digər dərman vasitələri arasında qarşılıqlı təsir müşahidə edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərmanı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Nimesulidin hamiləlik və laktasiya dövründə təsiri haqqında məlumat olmadığından, bu dövrdə həkimin məsləhəti olmadan onun istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nimesulid nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir
İstifadə qaydası və dozası
Nidol geli yalnız həkimin tövsiyə etdiyi qaydada istifadə edin. Böyüklər Gel gündə 2-3 dəfə zədələnmiş nahiyəyə sürtülür. Miqdar zədələnmiş yerin sahəsindən asılıdır. Geli tam hopana qədər sürtmək lazımdır. 12 yaşadan kiçik uşaqlar 12 yaşdan kiçik uşaqlarda nimesulid istifadə olunmamalıdır. Əgər geli istifadə etmək yadınızdan çıxıbsa, onu mümkün qədər tez istifadə edin. Dozanı artırmaqla yaddan çıxmış dozanı əvəz etməyə çalışmayın. Gelin istifadəsindən sonra əllərinizi yuyun.
Əlavə təsirləri
Hər bir dərmanda olduğu kimi, Nidolun da əlavə təsirləri ola bilər, lakin bu təsirlər hər pasiyentdə meydana çıxmır. Adətən rast gələn əlavə təsirlərə qaşınma və qızartı (eritema) aiddir. Əlavə təsirlər ağırlaşarsa və ya bu təlimatda qeyd olunmayan hər hansı əlavə təsir meydana çıxarsa, o halda həkimə müraciət edin.
Doza həddinin aşılması
Dəri üzərində doza həddinin aşılması heç bir problem törətmir. Təsadüfən daxilə qəbul edilərsə ağız boşluğu su ilə yuyulmalı və həkimə müraciət olunmalıdır.
Buraxılış forması
10 q və ya 30 q gel, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda və uşaqların əl çatmayan yerdə saxlamaq lazımdır. Dərmanlar çirkab sularına axıdılmamalı və məişət tullantıları ilə atılmamalıdır. Ətraf mühitin qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün əczaçıya müraciət edin.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Polipharm Co., Ltd., Thailand. 109 Soi Wat Bang Phli Yai Nai, Bangna-Trad Road, Moo 12, Bang Phli Yai, Bang Phli, Samut Prakan 10540, Thailand. Qeydiyyat vəsiqənin sahibi Evrodraq Laboratories S.A., Belgium. Kortrijksesteenweg 214 9830 Sint-Martens-Latem Belgium.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.