Noliprel bi-forte 10 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | ACF inhibitorları və diuretiklər |
| İstehsal ölkəsi | İrlandiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,17 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə oxuyun, çünki burada sizin üçün vacib məlumatlar vardır. • Bu içlik vərəqəni saxlayın. Ona təkrar ehtiyacınız ola bilər. • Əlavə suallarınız yaranarsa, öz müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. • Bu preparat şəxsən sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Onlardakı əlamətlər sizinkilərə oxşar olsa belə, bu onlara ziyan vura bilər. • Bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə, tibb bacısına və ya əczaçınıza məlumat verin (bax “Əlavə təsirləri”). NOLİPREL® Bİ-FORTE örtüklü tabletlər NOLIPREL® BI-FORTE Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril arginine / İndapamide
Tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində 10 mq perindopril arginin (6,79 mq perindoprilə müvafiqdir) və 2,5 mq indapamid vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), maltodekstrin, susuz kolloidal silisium dioksid (E551), natrium nişasta qlikolyatı (A tipi). Örtük: qliserin (E442), hipromelloza (E464), makroqol 6000, maqnezium stearat (E470B), titan dioksid (E161).
Təsviri
Ağ rəngli, girdə örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
ACF inhibitorları və diuretiklər. ATC kodu: C09BA04.
Farmakoloji xüsusiyyətləri
NOLİPREL® Bİ-FORTE – iki fəal komponentin – perindopril və indapamidin kombinasiyasıdır. Bu hipotenziv preparat olub yüksək arterial təzyiqin (hipertenziya) müalicəsi üçün istifadə edilir. NOLİPREL®Bİ-FORTE artıq ayrı-ayrılıqda 10 mq perindopril və 2,5 mq indapamid qəbul edən pasiyentlərə təyin edilir. Belə xəstələr bunun əvəzinə hər iki komponenti özündə birləşdirən bir NOLİPREL® Bİ-FORTE tableti qəbul edə bilərlər. Perindopril AÇF inhibitorları adlanan dərman qrupuna daxildir. O, qan damarlarına genişləndirici təsir göstərərək, qanın qovulmasını asanlaşdırır. İndapamid diuretikdir. Diuretiklər böyrəklər tərəfindən hazırlanan sidiyin həcmini artırır. Lakin indapamid digər diuretiklərdən fərqli olaraq sidiyin miqdarını çox artırmır. Aktiv komponentlərin hər biri arterial təzyiqi azaldır və onlar bir yerdə sizin arterial təzyiqinizə nəzarət edir.
İstifadəsinə göstərişlər
Essensial hipertenziya. Yüksək arterial təzyiq.
Əks göstərişlər
• Perindoprilə, AÇF-in istənilən digər inhibitoruna, indapamidə, sulfonamidlərdən birinə və ya NOLİPREL® Bİ-FORTE -nin istənilən komponentinə qarşı allergiyanız varsa (bax: “Tərkibi”); • əgər öncə AÇF-in digər inhibitorlarının qəbulu zamanı və ya digər istənilən şərtlər altında siz və ya qohumlarınızdan biri fişıltılı tənəffüs, üzün və dilin ödemi, intensiv qaşınma və çoxmiqdarlı dəri səpgisi (angioödem) nümayiş etdirmisinizsə; • əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; • əgər sizdə ağır qaraciyər xəstəliyi və ya qaraciyər ensefalopatiyası (beyin deqenerativ xəstəliyi) varsa; • qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu); əgər sizdə böyrək funksiyası ciddi şəkildə pozulubsa, yaxud dializ / və ya qanın filtrasiyanın digər növü alırsınızsa, istifadə olunan aparatın növündən asılı olaraq, NOLİPREL® Bİ-FORTE -nin qəbulu sizin üçün uyğun olmaya bilər; • qanda kalium səviyyəsi aşağıdırsa; • əgər sizdə müalicə olunmamış və dekompensasiya mərhələsində olan ürək çatışmazlığına şübhə varsa (duzların bədəndə toplanması, tənəffüsün çətinləşməsi); • əgər siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də NOLİPREL® Bİ-FORTE-nin qəbulundan çəkinmək lazımdır – bax: “Hamiləlik və südvermə dövrü”); • laktasiya dövrü; • ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri ilə birlikdə istifadə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”); Xüsusi göstəriş və ehtiyat tədbirləri Aşağıda sadalanan hallardan hər hansı biri sizə aiddirsə, NOLİPREL® Bİ-FORTE qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. • aorta stenozundan (ürəkdən çıxan əsas damarın daralması), hipertrofik kardiomiopatiyadan (ürək əzələsinin xəstəliyi), yaxud böyrək arteriyasının stenozundan (böyrəyi qanla təchiz edən arteriyanın daralması) əziyyət çəkirsinizsə; • əgər ürək çatışmazlığı və ya hər hansı digər ürək problemləriniz varsa; • böyrək xəstəliyindən əziyyət çəkirsinizsə / və ya dializ alırsınızsa; • qanda aldosteron hormonunun səviyyəsinin anomal artması (birincili aldosteronizm); • qaraciyər funksiyasının pozulmasından əziyyət çəkirsinizsə; • sistem qırmızı qurdeşənəyi, yaxud sklerodermiya kimi kollagen-damar xəstəliyindən (dəri xəstəliyi) əziyyət çəkirsinizsə; • aterosklerozdan (damarların divarlarının sərtləşməsi); • hiperparatireozdan (qalxanvari ətraf vəzin funksiyasının artması) əziyyət çəkirsinizsə; • əgər siz podaqradan əziyyət çəkirsinizsə; • əgər siz diabetdən əziyyət çəkirsinizsə; • əgər siz duzun miqdarı azaldılmış pəhriz saxlayırsınızsa, yaxud tərkibində kalium olan duz əvəzedicilərindən istifadə edirsinizsə; • əgər siz litium və kaliumqoruyucu diuretiklər (spironolakton, triamteren) qəbul edirsinizsə, çünki onları NOLİPREL® Bİ-FORTE ilə eyni zamanda qəbul etmək tövsiyə edilmir (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”); • yaşlısınızsa; • fotohəssalıq reaksiyalarınız varsa; • kəskin allergik reaksiyalar nəticəsində üzün, dodaqların, ağızın, dilin və ya boğazın şişməsi olubsa, nəticədə udqunma və ya nəfəsalmada çətinlik (angioödem) yarana bilər. Bu müalicənin istənilən mərhələsində baş verə bilər. Əgər belə simptomlarınız yaranarsa, preparatın qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin; • yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: – angiotenzin II reseptorun blokatoru (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan, irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə; – aliskiren; Həkiminiz sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını mütamadi intervallarda yoxlaya bilər. Həmçinin NOLİPREL® Bİ-FORTE “Əks göstərişlər” bölməsində verilən məlumatlara nəzər salın. – qara dərilisinizsə, sizdə angioödem riski daha yüksək olur və bu preparat digər dəri rəngindən olan pasiyentlərə nisbətən sizdə təzyiqinin azaldılmasında daha az effektiv ola bilər; – intensiv membran axınlı dializ keçirən hemodializ pasiyentisinizsə; – aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə angioödem riski artır: • rasekadotril (diareya müalicəsində istifadə edilir); • sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman vasitələri (transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilir); • ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri. Angioödem NOLİPREL® Bİ-FORTE – nin da daxil olmaqla, AÇF inhibitorları ilə müalicə edilən xəstələrdə angioödem (üz, dodaqlar, dil və boğazın şişməsi, udqunma və nəfəsalmanın çətinləşməsilə gedən ağır dərəcəli allergik reaksiya) hallarının baş verməsi qeydə alınmışdır. Bu hal müalicə müddətində istənilən vaxt baş verə bilər. Əgər qeyd edilən simptomlar varsa, dərhal həkimə müraciət edin. Hamilə olduğunuzu düşünürsünüzsə (yaxud hamiləliyi planlaşdırırsınızsa), həkiminizi bu barədə mütləq xəbərdar etməlisiniz. Hamiləliyin erkən dövrlərində NOLİPREL®Bİ-FORTE- nin qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). NOLİPREL® Bİ-FORTE qəbul edərkən öz müalicə həkiminizi aşağıdakılar barədə məlumatlandırmalısınız: • əgər sizi qarşıda anesteziya və ya ciddi cərrahi əməliyyat gözləyirsə; • əgər sizdə son vaxtlarda ishal və ya qusma olubsa, yaxud orqanizminiz susuzlaşıbsa; • əgər siz ASLP aferez (xolesterinin qandan aparat vasitəsilə çıxarılması) qəbul edirsinizsə; • əgər siz arı sancmalarına qarşı allergik reaksiyaların azaldılması məqsədilə desensibilizasiya kursu alırsınızsa; • əgər siz tərkibində yod olan rentgen-kontrast maddənin (daxili orqanların, məsələn, böyrəklərin və ya mədənin rentgen şüalarının köməyilə müayinəsinə imkan verən maddələr) yeridilməsinin tələb edildiyi tibbi müayinədən keçirsinizsə; • NOLIPREL Bİ-FORTE qəbulu zamanı görmə qabiliyyətinizdə dəyişiklik baş veribsə və ya gözlərinizin biri yaxud hər ikisində ağrı yaranıbsa. Bu simptomlar qlaukoma və ya göz(lər)də təzyiqin artmasının göstəricisi ola bilər. Belə hallarda NOLIPREL Bİ-FORTE qəbulu dayandırılmalı və həkimə müraciət edilməlidir. İdmançılar bilməlidirlər ki, NOLİPREL® Bİ-FORTE-nin tərkibində dopinq nəzarətinin aparılması zamanı müsbət reaksiya verən fəal maddə (İndapamid) vardır. NOLİPREL® Bİ-FORTE-nin tərkibinə daxil olan bəzi komponentlər barədə vacib məlumat NOLİPREL® Bİ-FORTE-nin tərkibində laktoza (şəkər növü) var. Əgər həkiminiz sizə bəzi şəkər növlərinə qarşı dözümsüzlüyünüzün olduğunu deyibsə, bu preparatın qəbuluna başlamazdan əvvəl öz həkiminizlə məsləhətləşin. Bipreterax 10mg/2.5mg contains less than 1 mmol sodium (23 mg) per tablet, that is to say essentially ‘sodium-free’. NOLİPREL® Bİ-FORTE-nin tərkibində natrium vardır Bir tabletin tərkibində ən azı 1mmol (23 q) natrium varsa, demək olar ki tərkibində natrium yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Həmişə hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə (hətta bu preparatlar reseptsiz buraxılsalar da) həkiminizə və ya əczaçınıza məlumat verin. NOLİPREL® Bİ-FORTE-nin aşağıdakı preparatlarla birgə qəbulundan çəkinin: • litium (depressiyaların müalicəsi üçün istifadə edilir), • aliskiren (yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan dərman vasitəsi), əgər sizdə şəkərli diabet ya böyrəklərlə başqa probleminiz varsa, – kaliumqoruyucu diuretiklər (spironolakton, triamteren), kalium duzları və orqanizmdə kalium səviyyəsini artıra biləcək kaliumun digər duzları (heparin, ko-trimoksazol, trimetoprim / sulfometoksazol), – estramustin (xərçəng müalicəsi üçün tətbiq olunan preparat), – yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman vasitələri, o cümlədən angiotenzin II reseptoru blokatorları (ARB). NOLİPREL® Bİ-FORTE ilə müalicəyə digər preparatların qəbulu təsir edə bilər. Həkiminiz dərmanın dozasını dəyişə və/və ya digər ehtiyat tədbirləri görə bilər. Əgər siz aşağıdakı preparatları qəbul edirsinizsə, bu barədə müalicə həkiminizə mütləq məlumat verin, çünki onların qəbulu zamanı xüsusən diqqətli olmaq lazımdır: • yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman vasitələri, o cümlədən angiotenzin II reseptoru blokatorları (ARB), aliskiren, diuretiklər (böyrəklər tərəfindən ifraz olunan sidiyin həcmini artıran preparatlar) (Həmçinin NOLİPREL® Bİ-FORTE qəbul edilməsi bölməsində verilən məlumatlara nəzər salın); • ürək çatışmazlığının müalicəsi üçün nəzərdə tutulan kaliumqoruyucu sidikqovucular: eplerenon və spironolakton, gündə 12.5 mq-50mq dozada; • diareyanın müalicəsində istifadə edilən dərman vasitələri (rasekadotril), ya transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilən mTor inhibitorları sinfinə aid olan digər dərman vasitələri (sirolimus, everolimus, temsirolimus); • ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri; • anestetik preparatlar; • yod tərkibli kontrast maddələr; • moksifloksasin, sparfloksasin (antibiotiklər: infeksiya əleyhinə); • metadon (asılılığı müalicəsində istifadə olunur); • prokainamid (qeyri-müntəzəm ürək ritminin müalicəsi üçün); • allopurinol (podaqranın müalicəsi üçün); • mizolastin, terfenadin və ya astemizol (ot qızdırması və ya allergiyaların müalicəsi üçün antihistamin preparatlar); • ağır astma və revmatik artrit də daxil olmaqla, bir çox vəziyyətlərin müalicəsi üçün istifadə edilən kortikosteroidlər; • autoimmun pozğunluqların müalicəsi üçün və ya transplantasiya əməliyyatlarından sonra transplantatın qopma reaksiyasının qarşısının alınması məqsədilə istifadə edilən immunodepressiv preparatlar (məsələn, siklosporin, takrolimus); • venadaxili eritromisin (antibiotik); • qalofantrin (malyariyanın bəzi növlərinin müalicəsi üçün istifadə edilir); • pentamidin (pnevmoniyaların müalicəsi üçün istifadə edilir); • xüsusilə də venadaxili təyin olunan qızıl duzları (revmatoid artritin simptomlarının müalicəsi üçün istifadə edilir); • vinkamin (yaşlı pasiyentlərdə yaddaş pozulması da daxil olmaqla, koqnitiv pozğunluqların simptomatik müalicəsi üçün istifadə edilir); • bepridil (stenokardiyanın müalicəsi üçün istifadə edilir); • sultoprid (psixozların müalicəsi üçün); • ürək ritminin pozulmalarının müalicəsi üçün təyin edilən preparatlar (məsələn, xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol); • sizaprid, difemanil (qastrit və mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün); • diqoksin və digər ürək qlikozidləri (ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilir); • baklofen (bəzi xəstəliklər, məsələn sklerozlar zamanı baş verən əzələ sərtliyinin müalicəsi üçün); • diabetin müalicəsi üçün istifadə olunan preparatlar, məsələn, insulin, metformin və ya qliptinlər; • kalsium, tərkibində kalsium olan qida əlavələri də daxil olmaqla; • stimuləedici işlədicilər (məsələn, səna çayı); • qeyri-steroid iltihab əleyhinə preparatlar (məsələn, ibuprofen), yaxud salisilatların (məsələn, aspirinin) yüksək dozaları; • venadaxili amfoterisin B (ciddi göbələk xəstəliklərinin müalicəsi üçün); • depressiya, həyacan, şizofreniya və digər mental pozğunluqların müalicəsi üçün preparatlar (məsələn, trisiklik antidepressantlar, neyroleptiklər, məsələn amisulprid, sulpirid, sultoprid, tiaprid, haloperidol, droperidol); • tetrakozaktid (Kron xəstəliyinin müalicəsi üçün); • trimetoprim (infeksiya əleyhinə); • vasodilatatorlar, o cumlədən nitratlar da (qan damarların genişləndirilməsi üçün preparatlar); • aşağı arterial təzyiq, şok və astma hallarının müalicəsi üçün tətbiq olunan preparatlar (məsələn, efedrin, noradrenalin və ya adrenalin).
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstənilən tibbi preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Hamilə olduğunuzu düşünürsünüzsə (yaxud hamiləliyi planlaşdırırsınızsa), həkiminizi bu barədə mütləq xəbərdar etməlisiniz. Həkim sizə hamiləliyə qədər və ya hamiləlik faktı təsdiq edildikdən dərhal sonra NOLİPREL®Bİ-FORTE qəbulunu dayandırmağı məsləhət görməli və NOLİPREL® Bİ- FORTE-nin əvəzinə digər preparat təyin etməlidir. Hamiləliyin erkən dövrlərində NOLİPREL® Bİ-FORTE-nin qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər. Laktasiya Əgər siz uşaq əmizdirirsinizsə, yaxud uşaq əmizdirməyi planlaşdırırsınızsa, bu barədə həkiminizə məlumat verin. NOLİPREL® Bİ-FORTE laktasiya dövründə əks-göstərişdir. Əgər siz uşaq əmizdirməlisinizsə, xüsusən də, uşaq yenidoğulmuşdursa və ya vaxtından qabaq doğulubsa, həkiminiz sizə başqa müalicə təyin edə bilər. Dərhal müalicə həkiminizlə məsləhətləşin. Uşaqlar və yeniyetmələrdə istifadəsi NOLİPREL ® Bİ-FORTE uşaqlar və yeniyetmələr tərəfindən istifadə edilməsi tövsiyyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri NOLİPREL® Bİ-FORTE adətən sayıqlığa təsir etmir, lakin bəzi pasiyentlərdə arterial təzyiqin enməsi nəticəsində başgicəllənmə və ya halsızlıq kimi müxtəlif reaksiyalar müşahidə edilə bilər. Nəticədə avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyəti pozula bilər.
İstifadə qaydası və dozası
NOLİPREL®Bİ-FORTE-nin qəbulu zamanı həkimin göstərişlərinə həmişə ciddi riayət edin. Əgər sizin preparatın qəbulunun düzgünlüyünə şübhəniz varsa, həkim və ya əczaçı ilə məsləhətləşməlisiniz. Adi doza gündə bir tablet təşkil edir: yaxşı olar ki, tabletlər səhər yeməkdən əvvəl qəbul edilsin. Tableti udaraq üzərindən bir stəkan su için. NOLİPREL®Bİ-FORTE tabletini qəbulunu unutduqda Preparatı hər gün qəbul etmək vacibdir, çünki müntəzəmlik müalicəni daha effektiv edir. Buna baxmayaraq, əgər siz NOLİPREL Bİ-FORTE dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtda qəbul edin. Sonrakı dozanı ikiqat artırmayın. NOLİPREL® Bİ-FORTE preparatının qəbulunu dayandırdıqda Adətən, hipotenziv müalicə ömür boyu davam etdiyi üçün siz preparatın qəbulunu dayandırmazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz. Preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranıbsa, öz müalicə həkiminizə və ya əczaçıya müraciət edin. NOLİPREL® Bİ-FORTE preparatının qida və içkilərlə birlikdə qəbulu NOLİPREL® Bİ-FORTE-nin yeməkdən əvvəl qəbul etmək məsləhət görülür.
Əlavə təsirləri
Bütün digər dərman preparatları kimi, NOLİPREL® Bİ-FORTE də bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Sizdə aşağıdakı hallardan hər hansı biri baş verərsə, verilən tibbi preparatın qəbulunu dərhal dayandırın və öz müalicə həkiminizlə əlaqə saxlayın: • təzyiqin enməsi nəticəsində güclü başgicəllənmə varsa və ya huşunuzu itirisinizsə (çox rast gəlinir: 10 xəstədən 1-dək rast gəlinə bilər); • qəfil fitverici tənəffüs, döş qəfəsində ağrı, təngnəfəslik, nəfəsalmanın çətinləşməsi (bronxospazm) (az rast gəlinir: 100 xəstədən 1-dək rast gəlinə bilər); • üzünüz, dodaqlarınız, ağzınız və ya boğazınız şişibsə, tənəffüsünüz çətinləşibsə (angioödem) (“Xəbərdarlıq və ehtiyat tədbirləri”) (az rast gəlinir: 100 xəstədən 1 nəfərədək adamda ola bilər); • kəskin dəri reaksiyaları, o cümlədən çoxşəkilli eritema (adətən üzdə, qollar və ayaqlarda qırmızı qaşınan səpgilərlə başlayır) və ya intensiv dəri səpgisi, məxmərək, bütün bədəndə dərinin sərtləşməsi, kəskin qaşınma, suluq, dəri soyulması və ya şişməsi, selikli qişaların iltihabı (Stevens Johnson Sindromu) və ya digər allergik reaksiyalar (çox nadir halda) (10 000 pasiyentdən 1-də müşahidə edilə bilər) (çox nadir: 10 000 xəstədən 1-dək rast gəlinir); • ürək-damar pozuntuları (qeyri-normal ürəkdoyüntüsü, sinə ağrıları (fiziki hərəkətlər zamanı döş qəfəsində, çənədə və kürəkdə ağrılar), ürək çatışmazlığı) (çox nadir: 10 000 xəstədən 1-dək rast gəlinir); • mədəaltı vəzinin iltihabı nəticəsində kəskin qarın boşluğu və kürək ağrıları, həmçinin ümumi səhhətin kəskin pisləşməsi (çox nadir: 10 000 xəstədən 1-dək rast gəlinir); • həyat üçün təhlükəli qeyri-müntəzəm döyüntü (məlum deyil); • qara ciyər xəstəlikləri nəticəsində beyin xəstəlikləri (hepatik ensefalopatiya) (məlum deyil); • qaraciyərin iltihabı (hepatit) (məlum deyil). Əlavə təsirlərə aşağıdakılar aid ola bilər (rastgəlmə tezliyinin azalma sırası ilə): • Tez-tez: (10 pasiyentdən 1 nəfərindən az, lakin 100 pasiyentdən 1 nəfərindən çoxunda): allergik və astmatik dəri reaksiyalar (dəridə səpgi, qaşınma kimi), başağrı, başgicəllənmə, vertiqo, iynəbatma hissi, görmənin pozulması, tinnitus (qulaqda küy), öskürək, təngnəfəslik (dispnoe), həzm pozğunluqları (ürəkbulanma, qusma, dad hissiyyatının pozulması, ağızda quruluq, dispepsiya və ya həzmin çətinləşməsi, ishal, qəbizlik), allergik reaksiyalar (səpgi, qaşınma), əzələ qıcolmaları, yorğunluq hissi. • Bəzən: (100 pasiyentdən 1 nəfərindən az, lakin 1000 pasiyentdən 1 nəfərindən çoxunda): əhval-ruhiyyənin tez-tez dəyişməsi, yuxu pozulmaları, övrə, purpura (dəridə qırmızı nöqtələr), suluqlar, böyrəklərlə problemlər, impotensiya, tər ifrazının artması, eozinofillərin artması (ağ qan hüceyrələri), laborator göstəricilərdə dəyişikliklər: qanda kalium səviyyəsinin yüksəlməsi, müalicə dayandırılıqdan sonra azalan, natrium səviyyəsinin aşağı enməsi, yuxululuq, ürəkgetmə, ürəkdöyünmənin artması (ürək döyüntüsünün hiss etməsi), taxikardia, diabetik xəstələrdə hipoglikemiya (qanda şəkərin səviyyəsinin çox aşağı olması), vaskulit (qan damarlarının iltihabı), ağızda quruluq, fotohəssaslıq (dərinin günəşə yüksək həssaslığı), artralgiya (oynaq ağrısı), mialgiya (əzələ ağrısı), sinə ağrıları, narahatlıq hissi, periferik ödem, isitmə və qızdırma, qanda sidik cövhərinin artması, qanda kreatinin artması, yıxılma halları. • Nadir hallarda: (1000 xəstədən 1- dən az) laborator parametrlərin dəyişməsi: psoriaz kəskinləşməsi, qaraciyər fermentlərinin yüksəlməsi, qanda bilirubin səviyyəsinin yüksəlməsi, halsızlıq. • Çox nadir hallarda qeyd olunanlar (10 000 nəfərdən 1-dən azında): huşun alaqaranlıq olması, eozinofil pnevmoniya (pnevmoniyanın nadir növü), rinit (burun tutulması və ya zökəm), kəskin böyrək problemləri, qan analizi göstəricilərinin dəyişməsi, məsələn ağ və qırmızı qan hüceyrələrinin sayının azalması, aşağı hemoqlobin səviyyəsi, qanda kalsium səviyyəsinin yüksəlməsi, qanda trombositlərin azalması, anormal hepatik funksiya. • Tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): anormal EKQ, laborator göstəricilərdə dəyişikliklər: qanda kalium səviyyəsinin aşağı enməsi, hiperurisemiya, qanda şəkərin səviyyəsinin yüksəlməsi, yaxınıgörmə (miopiya), – bulanık görmə, görmə qabiliyyətinin pisləşməsi, barmaqlarda rəngsizləşmə, solğunlaşma, keyimə və ağrı hissləri – Reyno sindromu. Əgər sistemik eritematozdan (kollagen xəstəliyi növü) əziyyət çəkirsinizsə, vəziyyətiniz daha da ağırlaşa bilər. Qanda, böyrəklərdə, qaraciyərdə, mədəaltı vəzidə pozğunluqlar və ya laborator göstəricilərdə (qan analizləri) dəyişikliklər ola bilər. Mümkündür ki, həkiminiz sizin vəziyyətinizi yoxlamaq məqsədilə sizə qan analizləri təyin etsin. Sidiyin konsentrasiyasının (tündləşməsi) artması, xəstəhal, əzələ tutmaları, çaşqınlıq simptomları – anti-diuretik hormonun (ADH) qeyri-adekvat sekresiya ACE inhibitorların qəbulu nəticəsində yarana bilər. Əgər bu əlavə təsirlərdən hər hansı biri qeyd olunursa, yaxud burada göstərilməmiş əlavə təsirlər müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.
Doza həddinin aşılması
Təyin olunan dozadan artıq sayda tablet qəbul etdiyiniz zaman, dərhal yaxınlıqda olan təcili yardım məntəqəsinə müraciət edin və ya müalicə həkiminizlə əlaqə saxlayın. Doza həddinin aşılması zamanı ən çox qeyd olunan əlamət arterial təzyiqin aşağı düşməsidir. Təzyiq düşübsə (başgicəllənmə, bayılma, qusma, yuxululuq, əqli çaşqınlıq, böyrəklərdən ifraz edilən sidiyin dəyişməsi ilə müşayiət olunur) uzanıb ayaqlarınızı qaldırın, bu, vəziyyətinizin yaxşılaşmanı kömək edə bilər.
Buraxılış forması
14, 20, 28, 30, 50, 56, 60, 90, 100 və 500 tablet, konteynerlərdə . 1 konteyner, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda hər ölçüdə konteyner olmaya bilər.
Saxlanma şəraiti
◦ 30 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Rütubətin içəri keçməməsi üçün konteynerin ağzını kip bağlayın. Dərmanı çirkab sularına və ya məişət tullantılarının içərisinə boşaltmaq olmaz. Qəbulu dayandırılmış preparatlarla nə etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə yönəlmişdir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti kimi göstərilən ayın son günü nəzərdə tutulur.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Servier (İreland) İndustries Ltd / Servye (İrlandiya) İndastriz Ltd Gorey Road Arklow – Co. Wicklow İrlandiya. Marketing icazəsinin sahibi: Les Laboratoires Servier / Le Laboratuar Servye 50, rue Carnot 92284 Suresnes cedex France – Fransa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.