Noliprel forte 5 mq N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAÇF-in inhibitoru ilə sidikqovucu dərman maddəsindən ibarət kombinəolunmuş hipotenziv dərman maddəsi
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,29 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman maddəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar əks olunur. Bu içlik vərəqəni saxlayın. Ona təkrar ehtiyacınız ola bilər. Əlavə suallarınız yaranarsa, öz müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. Bu preparat şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Onlardakı əlamətlər Sizinkilərə oxşar olsa belə, bu onlara ziyan vura bilər. Bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə, tibb bacısına və ya əczaçınıza məlumat verin. Bax “Əlavə təsirləri”. NOLİPREL® FORTE ARGİNİN örtüklü tabletlər NOLİPREL® FORTE ARGININE Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril arginine / İndapamide

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 1,25 mq indapamid vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), maltodekstrin, susuz kolloidal silisium dioksid (E551), natrium nişasta qlikolyatı (A növü). Örtük: qliserin (E422), hipromelloza (E464), makroqol 6000, maqnezium stearat (E470B), titanium dioksid (E171).

Təsviri

NOLIPREL® FORTE Arginin – hər üzündə qabarıq xətt olan ağ, uzunsov örtüklü tabletlər.

Farmakoterapevtik qrupu

AÇF-in inhibitoru ilə sidikqovucu dərman maddəsindən ibarət kombinəolunmuş hipotenziv dərman maddəsi. ATC kodu: C09BA04.

Farmakoloji xüsusiyyətləri

NOLİPREL® FORTE Arginin iki aktiv komponentin, yəni perindoprilin və indapamidin kombinasiyasıdır. Bu preparat hipertoniya müalicəsi üçün nəzərdə tutulmuş preparatdır və yetkin şəxslərdə yüksək qan təzyiqi (hipertoniya) müalicəsində istifadə edilir. Perindopril AÇF-in inhibitorları qrupuna aiddir. Onun təsiri damarların qanın təzyiqlə dövr etməsini asanlaşdıran genişlənməsinə istiqamətlənib. İndapamid sidikqovucu preparatlar qrupuna daxildir. Sidikqovucular böyrək tərəfindən hasil edilən sidiyin həcmini artırır. Lakin, indapamidin digər sidikqovuculardan fərqi sidik həcmini yalnız cuzi dərəcədə artırmasıdır. Qeyd olunan komponentlərdən hər biri arterial təzyiqi aşağı salır və onlar birlikdə Sizin arterial təzyiqi tənzimləyir.

İstifadəsinə göstərişlər

Essensial hipertenziya. Arterial hipertenziya və şəkərli diabet (II tip) xəstələrdə: mikroangiopatiya (böyrək mənşəli) və ürək- damar xəstəliklərinin nəticəsində yaranmış makroangiopatiya riskini azaltmaq üçün.

Əks göstərişlər

− Perindoprilə, AÇF-in istənilən digər inhibitoruna, indapamidə, sulfonamidlərdən birinə və ya NOLİPREL® FORTE -nin istənilən komponentinə qarşı allergiyanız varsa (bax:“Tərkibi”); − əgər öncə AÇF-in digər inhibitorlarının qəbulu zamanı və ya digər istənilən şərtlər altında Siz və ya qohumlarınızdan biri fişıltılı tənəffüs, üzün və dilin ödemi, intensiv qaşınma və çoxmiqdarlı dəri səpgisi (angiödem) nümayiş etdirmisinizsə; − əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; − əgər Sizdə ağır qaraciyər xəstəliyi və ya qaraciyər ensefalopatiyası (beyin degenerativ xəstəliyi); − qan təchizatı azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu); − əgər Siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsiz; ıstifadə olunan apparatından növündən asılı olaraq, NOLİPREL® FORTE-nin qəbulu Sizin üçün uyğun olmaya bilər; − əgər Sizin qanınızda kaliumun səviyyəsi çox aşağı və ya çox yuxarıdırsa; − əgər Sizdə müalicə olunmamış və dekompensasiya mərhələsində olan ürək çatışmazlığına şübhə varsa (duzların bədəndə toplanması, tənəffüsün çətinləşməsi); − əgər Siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də NOLİPREL® FORTE-nin qəbulundan çəkinmək lazımdır – bax: “Hamiləlik və südvermə dövrü”); − laktasiya dövrü; − ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril/valsartan dərman maddələri ilə birlikdə istifadə (bax: “Digər dərman maddələri ilə qarşılıqlı təsiri”);

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda sadalanan hallardan hər hansı biri Sizə aiddirsə, NOLİPREL® FORTE qəbuluna başlamazdan əvvəl həkimlə məsləhətləşin: − aortal stenoz xəstəliyinə (ürəkdən gələn əsas qan damarı), hipertrofik kardiomiopatiyaya (ürək əzələsinin xəstəliyi) və ya böyrək arteriyasının stenozuna (böyrəkləri qanla təchiz edən damar) məruz qalmısınızsa; − ürək çatışmazlığı və ya ürəyinizlə bağlı hər hansı digər problemləriniz varsa; − böyrək funksiyası pozulubsa və ya dializ istifadə edilir; − qanda aldosteron hormonunun səviyyəsinin anomal artması (birincili aldosteronizm); − qaraciyər xəstəliyiniz varsa; − qurdeşənəyi və ya sklerodermiya kimi kollagenoz-damar xəstəliyindən əziyyət çəkirsinizsə; − ateroskleroz (arteriyaların sərtləşməsi) varsa; − hiperparatireoz xəstəliyinə məruz qaldıqda (ətraf qalxanvarı vəzlərin disfunksiyası); − podaqranız olduqda; − diabet xəstəliyiniz varsa; − tərkibində duzun miqdarı məhdudlaşdırılmış pəhriz tutduğunuzda və ya kalium daxil edən duz əvəzedicilərini qəbul etdikdə; − litium və ya kaliumtutucu preparatlar (spironolakton, triamteren) və ya kalium əlavələri və ya angiotensin II reseptorlarının blokatorları və ya aliskiren (hipertoniyaəleyhinə preparatlar) qəbul edirsinizsə, belə ki, onların NOLIPREL FORTE ilə parallel qəbul edilməsi yolverilməzdir (bax: “Digər dərman maddələri ilə qarşılıqlı təsiri”); − yaşlısınızsa; − fotohəssalıq reaksiyalarınız varsa; − kəskin allergik reaksiyalar nəticəsində üzün, dodaqların, ağızın, dilin və ya boğazın şişməsi olubsa, nəticədə udqunma və ya nəfəsalmanızda çətinlik (angioödem) yaranmışdırsa. Bu müalicənin istənilən mərhələsində baş verə bilər. Əgər belə simptomlarınız yaranarsa, preparatın qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin; Yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: − angiotenzin II reseptorun blokatoru (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan, irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə; − aliskiren; Həkiminiz Sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını mütamadi intervallarda yoxlaya bilər; Həmçinin NOLİPREL® FORTE Arginin “Əks göstərişlər” bölməsində verilən məlumatlara nəzər salın. − qara dərilisinizsə, Sizdə angioödem riski daha yüksək olur və bu preparat digər dəri rəngindən olan pasiyentlərə nisbətən Sizdə təzyiqinin azaldılmasında daha az effektiv ola bilər; − intensiv membran axınlı dializ keçirən hemodializ pasientisinizsə; Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə angioödem riski artır: − rasekadotril (diareya zamanı istifadə edilir); − sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman maddələri (transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilir); − sakubitril: ürək çatışmazlığın müalicəsində istifadə olunan (valsartan dərman maddəsi ilə kombinasiyasında); Angioödem NOLİPREL® FORTE Arginin da daxil olmaqla, AÇF inhibitorları ilə müalicə edilən xəstələrdə angioödem (üz, dodaqlar, dil və boğazın şişməsi, udqunma və nəfəsalmanın çətinləşməsilə gedən ağır dərəcəli allergik reaksiya) hallarının baş verməsi qeydə alınmışdır. Bu hal müalicə müddətində istənilən vaxt baş verə bilər. Əgər qeyd edilən simptomlar varsa, dərhal həkimə müraciət edin. Hamiləliyə şübhəniz varsa, həkiminizi mütləq xəbərdar edin. Hamiləliyin ilkin dövrlərində NOLİPREL® FORTE Argininin qəbulu tövsiyə edilmir. 3 ayı keçən hamiləlikdə preparat qəbul edilməməlidir, çünki dölün sağlamlığına ciddi zərər vura bilər (Bax “Hamiləlik və laktasiya dövründə istifadəsi”). NOLİPREL® FORTE Arginin qəbul etdikdə, müalicə həkiminizi və tibbi personalı həmçinin aşağıdakılar barədə məlumatlandırılmalısınız: − anesteziya və ya ciddi cərrahiyyə müdaxiləsi gözlənilirsə; − yaxın keçmişdə ishal və qusma halları qeyd olunubsa; − ASLP aferezi keçirildikdə (xolesterolun aparat maddəsi ilə qandan yuyulub çıxarılması); − arı və eşşəkarısının sancmalarına qarşı həssaslığı azaldan müalicə qəbul edilirsə; − yod tərkibli rentgenkontrast maddənin tətbiqini nəzərdə tutan müayinədən keçirsinizsə (daxili orqanlarının, məsələn, böyrəklərin və mədənin rentgen şuaları vasitəsi ilə müayinəsini mümkün edən maddə); NOLIPREL FORTE Arginin qəbulu zamanı görmə qabiliyyətinizdə dəyişiklik baş veribsə və ya gözlərinizin biri yaxud hər ikisində ağrı yaranıbsa. Bu simptomlar qlaukoma və ya göz(lər)də təzyiqin artmasının göstəricisi ola bilər. Belə hallarda NOLIPREL FORTE Arginin qəbulu dayandırılmalı və həkimə müraciət edilməlidir. İdmançılar nəzərdə saxlamalıdırlar ki, NOLİPREL® FORTE Argininin tərkibinə dopinq müayinəsi zamanı pozitiv nəticə nümayiş etdirə biləcək maddə daxildir (indapamid). NOLİPREL ® FORTE Arginin tabletlərinin tərkibində olan bəzi komponentlər barədə mühüm məlumat NOLİPREL® FORTE Arginin tabletlərinin tərkibində laktoza monohidrat vardır. Əgər həkiminiz Sizdə hər hansı şəkərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirsə, bu dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin. NOLİPREL FORTE-nin tərkibində natrium vardır. Bir tabletin tərkibində ən azı 1mmol (23 q) natrium varsa, demək olar ki, tərkibində natrium yoxdur. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Qəbul etdiyiniz dərmanlar haqqında müalicə həkiminizə mütləq məlumat verin. NOLİPREL® FORTE Arginin aşağıda qeyd olunan dərman maddələri ilə yanaşı qəbul olunmamalıdır: − litium (depressiyanın müalicəsində istifadə olunur); − aliskiren; − kaliumtutucu dərman maddələri (məs., triamteren, amilorid), kalium əlavələri və ya tərkibində kalium olan duz əvəzediciləri və orqanizmdə kalium səviyyəsini artıran diqər preparatlar (heparin, ko-trimoksazol ya da trimetoprim/sulfometoksazol); − estramustin (xərçəng müalicəsi üçün tətbiq olunan preparat); − yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman maddələri, o cümlədən angiotenzin II reseptorların blokatorları (ARB). NOLİPREL® FORTE Argininlə müalicəyə digər dərmanların qəbulu təsir göstərə bilər. Həkiminiz dərmanın dozasını dəyişə və/və ya digər ehtiyat tədbirləri görə bilər. Aşağıda qeyd olunan dərman maddələrinin qəbulu xüsusi ehtiyatlılıq tələb etdiyindən, onların qəbulu barədə mütləq müalicə həkimininizi məlumatlandırın: − yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman maddələri, o cümlədən angiotenzin II reseptorların blokatorları (ARB), aliskiren, diuretiklər (sidikqovucular); − ürək çatışmazlığının müalicəsi üçün nəzərdə tutulan kaliumtutucu sidikqovucular: eplerenon və spironolakton, gündə 12,5-50 mq dozada; − diareyanın müalicəsində istifadə edilən dərman maddələri (rasekadotril), transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilən mTor inhibitorları qrupuna aid olan digər dərmanlar (sirolimus, everolimus, temsirolimus) (Bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); − ürək çatışmazlığının müalicəsində istifadə olunan sakubitril/valsartan dərman maddələri (Bax: “Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); − anestetik preparatlar; − yod tərkibli kontrast maddələr; − moksifloksasin, sparfloksasin (antibiotiklər: infeksiya əleyhinə); − metadon (narkotik asılılığın müalicəsində istifadə olunur); − prokainamid (qeyri müntəzəm ürək ritminin müalicəsi üçün); − allopurinol (podaqranın müalicəsi üçün); − mizolastin, terfenadin və ya astemizol (ot qızdırmasının və ya allegiyanın müalicəsində tətbiq olunan antihistamin maddələr); − ağır dərəcəli astma və revmatik artrit daxil olmaqla ağır halların müalicəsində istifadə olunan kortikosteroidlər; − autoimmun pozğunluqların müalicəsi üçün və transplantasiyadan sonra təyin olunan immunosupressantlar (məsələn, siklosporin, takrolimus); − venadaxili eritromisin( antibiotik); − qalofantrin (malyariyanın bəzi növlərininin müalicəsində tətbiq edilir); − pentamidin (pnevmoniyaların müalicəsi üçün təyin olunur); − xüsusilə də venadaxili təyin olunan qızıl duzları (revmatoid artritin simptomlarının müalicəsi üçün istifadə edilir); − vinkamin (yaşlı xəstələrdə koqnitiv pozğunluqların müalicəsi üçün istifadə olunur); − bepridil (stenokardiyanın müalicəsi üçün təyin edilir); − ürək ritminin pozğunluqlarının müalicəsi üçün təyin olunan dərman maddələri (məsələn, xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol); − sisaprid, difemanil (qastrit və mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün); − diqoksin və digər ürək qlikozidləri (ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilir); − baklofen (bəzi xəstəliklər dövründə, məsələn, sklerozlarda əmələ gələn əzələ gərginliyinin müalicəsi üçün); − diabetin müalicəsi üçün istifadə olunan preparatlar, məsələn, insulin, metformin və ya qliptinlər; − kalsium, o cümlədən kalsium qida əlavələri; − stimullaşdırıcı işlədici dərmanlar (məsələn, səna preparatları); − qeyri-steroid iltihabəleyhinə dərmanların (məsələn, ibuprofen) və ya salisilatların yüksək dozaları (məsələn, aspirin); − amfoterisin B venadaxili (ağır göbələk xəstəliklərinin müalicəsi üçün); − depressiya, həyacan, şizofreniya və digər mental pozğunluqların müalicəsi üçün preparatlar (məsələn, trisiklik antidepressantlar, neyroleptiklər, məsələn amisulprid, sulpirid, sultoprid, tiaprid, haloperidol, droperidol); − tetrakozaktid (Kron xəstəliyinin müalicəsi üçün); − trimetoprim (infeksiya əleyhinə); − vazodilatatorlar, o cumlədən nitratlar (qan damarların genişləndirilməsi üçün preparatlar).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən öncə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləlik Hamiləliyə şübhəniz varsa (və ya planlaşdırırsınızsa), həkiminizi mütləq xəbərdar edin. Bir qayda olaraq həkim hamiləlikdən öncə və ya hamiləlik faktı təsdiq edilən kimi NOLİPREL® FORTE Argininin qəbulunu dayandırmağı tövsiyə edəcək və əvəzinə digər preparat təyin edəcək. Hamiləliyin ilkin dövrlərində NOLİPREL® FORTE Argininin qəbulu tövsiyə edilmir. 3 ayı keçən hamiləlikdə preparat qəbul edilməməlidir, çünki dölün sağlamlığına ciddi zərər vura bilər. Laktasiya Əgər uşaq əmizdirirsinizsə və ya planlaşdırırsınızsa həkiminizi mütləq xəbərdar edin. NOLİPREL® FORTE Arginin uşaq əmizdirən analara tövsiyə edilmir. Uşaqlar və yeniyetmələrdə istifadəsi NOLİPREL ® FORTE Arginin uşaqlar və yeniyetmələrdə istifadə edilməsi tövsiyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri NOLİPREL® FORTE Arginin adətən diqqəti yayındırmır, lakin bəzi xəstələrdə arterial təzyiqin aşağı olması səbəbindən başgicəllənmə və halsızlıq kimi hallar müşahidə oluna bilər. Nəticədə avtomobilin və digər cihazın idarəetmə qabiliyyəti pozula bilər.

İstifadə qaydası və dozası

NOLİPREL® FORTE Arginin peroral qəbul üçün nəzərdə tutulur. Dərmanın qəbulu zamanı həkim təyinatına diqqətlə riayət edin. Preparatın Sizə nə dərəcədə faydalı olmasına şübhəniz varsa, həkiminiz və əczaçınızla məsləhətləşin. Tövsiyyə olunan doza – gündə 1 tablet. Dərmanı səhər, yeməkdən öncə qəbul etmək məsləhətdir. Tabletin üstündən 1 stəkan su içilməlidir. Tablet bölünə bilməz. NOLİPREL® FORTE Arginin su və qida ilə qəbulu NOLİPREL® FORTE Arginini yeməkdən əvvəl qəbul etmək məsləhət görülür. NOLİPREL® FORTE Arginin preparatının qəbulunu unutduqda Preparatın müntəzəm qaydada qəbul olunması müalicənin müsbət təsiri üçün mühüm olduğundan, dərman hər gün qəbul olunmalıdır. Əgər, dərmanı qəbul etməyi unutmusunuzsa, növbəti dozanı adi vaxtında qəbul edin. Növbəti dozanın iki qatını qəbul etməyin. NOLİPREL® FORTE Arginin preparatının qəbulunu dayandırdıqda Hipotenziv müalicə ömür boyu aparıldığından, preparatın qəbulunu dayandırmazdan əvvəl müalicə həkiminizlə məsləhətləşməlisiniz. Dərmanın qəbulu barəsində hər hansı bir əlavə sual yaranarsa, müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.

Əlavə təsirləri

Digər dərman maddələri kimi, hər bir xəstədə olmasa da, bu dərman maddəsi əlavə təsirlər törədə bilər. Sizdə aşağıdakı hallardan hər hansı biri baş verərsə, verilən tibbi preparatın qəbulunu dərhal dayandırın və öz müalicə həkiminizlə əlaqə saxlayın: − təzyiqin enməsi nəticəsində güclü başgicəllənmə varsa və ya huşunuzu itirmisinizsə (çox rast gəlinir: 10 xəstədən 1-dək rast gəlinə bilər); − qəfil fitverici tənəffüs, döş qəfəsində ağrı, təngnəfəslik, nəfəsalmanın çətinləşməsi (bronxospazm) (az rast gəlinir: 100 xəstədən 1-dək rast gəlinə bilər); − üzünüz, dodaqlarınız, ağzınız və ya boğazınız şişibsə, tənəffüsünüz çətinləşibsə (angioödem) (“Xəbərdarlıq və ehtiyat tədbirləri”) (az rast gəlinir: 100 xəstədən 1 nəfərədək adamda ola bilər); − kəskin dəri reaksiyaları, o cümlədən multiformalı eritema (adətən üzdə, qollar və ayaqlarda qırmızı qaşınan səpgilərlə başlayır) və ya intensiv dəri səpgisi, məxmərək, bütün bədəndə dərinin sərtləşməsi, kəskin qaşınma, suluq, dəri soyulması və ya şişməsi, selikli qişaların iltihabı (Stivens- Conson sindromu) və ya digər allergik reaksiyalar (çox nadir halda) (10 000 pasientdən 1-də müşahidə edilə bilər) (çox nadir: 10 000 xəstədən 1-dək rast gəlinir); − ürək-damar pozuntuları (qeyri-normal ürəkdoyüntüsü, sinə ağrıları (fiziki hərəkətlər zamanı döş qəfəsində, çənədə və kürəkdə ağrılar), ürək çatışmazlığı) (çox nadir: 10 000 xəstədən 1-dək rast gəlinir); − mədəaltı vəzinin iltihabı nəticəsində kəskin qarın boşluğu və kürək ağrıları, həmçinin ümumi səhhətin kəskin pisləşməsi (çox nadir: 10 000 xəstədən 1-dək rast gəlinir); − həyat üçün təhlükəli qeyri-müntəzəm döyüntü (məlum deyil); − qaraciyər xəstəlikləri nəticəsində beyin xəstəlikləri (hepatik ensefalopatiya) (məlum deyil), − qaraciyərin iltihabı (hepatit) (məlum deyil). Əlavə təsirlər azalan ardıcıllıqla aşağıdakılardır Tez-tez: (10 xəstədən 1-dən az) baş ağrısı, başgicəllənmə, vertiqo, sancma və çimdikləmə hissi, görmə qabiliyyətinin pozulması, qulaqda küy (tinnitus), öskürək, təngnəfəslik (dispnoe), həzmin pozulması (ürək bulanma, qusma, qarın nayihəsində ağrı, ağızda tamın dəyişməsi, ishal, qəbizlik), allergik reaksiyalar (dəri səpgiləri, qaşınma), əzələ qıcolmaları, yorğunluq hissi. Bəzən (100 xəstədən 1-dən az): əhval-ruhiyyənin tez-tez dəyişməsi, yuxu pozulmaları, allergiyaya meylli şəxslərdə dəri reaksiyaları və ya astmatik reaksiyalar, urtikariya, purpura (məxmərək, (dəridə qırmızı səpgilər), suluqlar, böyrək problemləri, impotensiya, tərləmə, eozinofillərin artması (ağ qan hüceyrələri), laborator göstəricilərdə dəyişikliklər: preparat dayandırıldıqda yüksək kalium səviyyəsi, qanda natrium səviyyəsinin düşməsi, yuxululuq, ürəkgetmə, ürəkdöyünmənin artması (ürək döyüntüsünü hiss etmə), taxikardiya (sürətli ürək döyüntüsü), diabetik xəstələrdə hipoglikemiya (qanda şəkərin səviyyəsinin çox aşağı olması), vaskulit (qan damarlarının iltihabı), ağızda quruluq, fotohəssaslıq (dərinin günəşə yüksək həssaslığı), artralgiya (oynaq ağrısı), mialgiya (əzələ ağrısı), sinə ağrıları, narahatlıq hissi, periferik ödem, isitmə və qızdırma, qanda sidik cövhərinin artması, qanda kreatinin artması. Əgər sistemik eritematoz qırmızı qurdeşənəyindən (kollagen xəstəliyi növü) əziyyət çəkirsinizsə, daha da ağırlaşa bilər. Nadir hallarda: (1000 xəstədən 1-dən az) laborator parametrlərin dəyişməsi: psoriaz kəskinləşməsi, qaraciyər fermentlərinin yüksəlməsi, qanda bilirubin səviyyəsinin yüksəlməsi, halsızlıq. Çox nadir hallarda qeyd olunanlar: (10 000 xəstədən 1-dən az) huşun alaqaranlıq olması, eozinofil pnevmoniya (pnevmoniyanın nadir növü), rinit (burun tutulması və ya zökəm), kəskin böyrək problemləri, qan analizi göstəricilərinin dəyişməsi, məsələn ağ və qırmızı qan hüceyrələrinin sayının azalması, hemoqlobin səviyyəsinin azalması, qanda trombositlərin azalması, anormal hepatik funksiya. Tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): anormal EKQ göstəriciləri, laborator göstəricilərin dəyişməsi: aşağı kalium səviyyəsi, yüksək sidik turşusu səviyyəsi və qanda yüksək şəkər səviyyəsi, qaraciyər fermentlərinin artması, miopiya, tutqun görmə qabiliyyəti, görmə qabiliyyətinin pozulması, barmaqlarda rəngsizləşmə, solğunlaşma, keyimə və ağrı hissləri – Reyno sindromu. Qanda, böyrəklərdə, qaraciyərdə, mədəaltı vəzidə pozğunluqlar və ya laborator göstəricilərdə (qan analizləri) dəyişikliklər ola bilər. Mümkündür ki, həkiminiz Sizin vəziyyətinizi yoxlamaq məqsədilə Sizə qan analizləri təyin etsin. Sidiyin konsentrasiyasının (tündləşməsi) artması, xəstəhal, əzələ tutmaları, çaşqınlıq simptomları – antidiuretik hormonun (ADH) qeyri-adekvat sekresiyası ACE inhibitorların qəbulu nəticəsində yarana bilər. Əgər bu əlavə təsirlərdən hər hansı biri qeyd olunursa, yaxud burada göstərilməmiş əlavə təsirlər müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Əlavə təsirlər barədə məlumatın verilməsi Hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə öz həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Bura bu içlik vərəqədə sadalanmayan istənilən arzuolunmaz təsir də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə Siz pasiyentlərin bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatla təmin edilməsinə kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Təyin olunan dozadan artıq sayda tablet qəbul etdiyiniz zaman, dərhal yaxınlıqda olan təcili yardım məntəqəsinə müraciət edin və ya müalicə həkiminizlə əlaqə saxlayın. Doza həddinin aşılması zamanı ən çox qeyd olunan əlamət arterial təzyiqin aşağı düşməsidir. Təzyiq düşübsə (başgicəllənmə, bayılma, qusma, yuxululuq, əqli çaşqınlıq) uzanıb ayaqlarınızı qaldırın, bu vəziyyətinizin yaxşılaşmanıza kömək edə bilər.

Buraxılış forması

14 və ya 30 tablet konteynerdə. 1 konteyner içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda hər ölçüdə konteyner olmaya bilər.

Saxlanma şəraiti

 30 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Rütubətin içəri keçməməsi üçün konteynerin ağzını kip bağlayın. Dərmanı çirkab sularına və ya məişət tullantılarının içərisinə boşaltmaq olmaz. Qəbulu dayandırılmış preparatlarla nə etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə yönəlmişdir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti kimi göstərilən ayın son günü nəzərdə tutulur.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Les Laboratoires Servier Industrie 905 route de Saran 45520 Gidy – France Ya Servier (Ireland) Industries Ltd Gorey Road Arklow – Co. Wicklow – Ireland. Marketing icazəsinin sahibi Les Laboratoires Servier (Le laboratuar Servye) 50, rue Carnot 92284 Suresnes cedex – France.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Noliprel forte 5 mq N30 tablet” üçün ilk rəyi siz yazın.