Mukaltin 50 mq N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirBəlğəmgətirici vasitə
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,70 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MUKALTİN tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində quru maddə hesabı ilə 50 mq mukaltin vardır. Köməkçi maddələr:natrium hidrokarbonat, limon turşusu monohidrat, şəkər, kalsium stearat.

Təsviri

Boz və ya qonur çalarlı boz rəngli, çilləri olan, hər iki səthi qabarıq tabletlərdir.

Farmakoterapevtik qrupu

Bəlğəmgətirici vasitə. ATC kodu: R05CA.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Mukaltin effektiv bəlğəmgətirici vasitə olub, sekretolitik və bronxolitik təsir göstərir. Preparat mülayim öskürək əleyhinə təsir göstərir, öskürək tutumalarının sayını və intensivliyini azaldır. Yumşaldıcı, iltihab əleyhinə və bürüyücü təsirə malikdir. Dəyişilmiş bronx-ağciyər sekresiyasını normallaşdırır, bəlğəmin xaric olmasını yaxşılaşdırır: onun özlülüyünü və adheziv xüsusiyyətlərini azaldır, tənəffüs yollarının aşağı və yuxarı şöbələrindən onun hərəkətini və xaric olmasını yüngülləşdirir. Farmakokinetikası Tədqiq edilməmişdir.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının qatı və özlü bronxial ifrazatın yaranması və/və ya onun xaric olmasının pozulması ilə müşayiət olunan kəskin və xroniki xəstəlikləri zamanı öskürək: bronxit, pnevmoniya, bronxoektaziya xəstəliyi, bronxial astma.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağciyərlərin xroniki iltihabi xəstəlikləri olan pasiyentlərdə bəzən Mukaltinlə müalicənin əvvəlində bronxial ağacda toplanan və tərkibində detrit, zülal və iltihab elementləri olan bəlğəmin ayrılması hesabına bəlğəmin özlülüyü arta bilər. Bu səbəbə görə bronxların diffuz zədələnməsi, bəlğəmin fiziki-kimyəvi xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə dəyişməsi və Mukaltinlə terepaiyanın mukosiliar nəqlinin azalmsı zamanı mukolitik preparatlarla (bromheksin və digər) eyni vaxtda təyin etmək vacibdir. Preparatın birdəfəlik dozasının hər 4 saatdan bir qəbul edilməsi məqsədəuyğundur. Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlik olduqda, bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bu dərman vasitəsinin tərkibində 23,82 ma/doza natrium vardır. Natriumun miqdarına nəzarət edilən pəhriz saxlayan pasiyentlərdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırkı dövrə qədər Mukaltinin digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur. Öskürəyi zəiflədən preparatlarla (kodein) eyni vaxtda təyin etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadə təcrübəsi yoxdur. Pediatriyada istifadəsi Preparat 1 yaşdan yuxarı uşaqlarda istifadə edilir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat avtonəqliyyat idarə etmək və digər təhlükəli mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Tabletlər çeynəmədən, xeyli miqdar su ilə qəbul edilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara yeməkdən əvvəl sutkada 4 dəfə 2 tablet təyin edilir. Uşaqlar üçün doza yaşdan asılı olaraq təyin edilir: 1-3 yaşlı uşaqlara sutkada 3 dəfə 1 tablet, 3-12 yaşlı uşaqlara sutkada 4 dəfə 1 tablet. Uşaqlarda istifadəsi zamanı preparatı / stəkan isti suda həll edib, istəyə görə şəkər və ya meyvə3 şərbəti əlavə etmək olar. Müalicə kursu xəstəliyin formasından asılı olaraq 7 gündən 1-2 aya qədərdir.

Əlavə təsirləri

Bəzi hallarda səpgi, övrə, dəri qaşınması daxil olmaqla, allergik reaksiyaların yaranması mümkündür.

Doza həddinin aşılması

Qeyd edilən terapevtik dozalarda istifadəsi zamanı doza həddinin aşılması mümkün deyil. Uzun müddət istifadəsi və ya qeyd edilən dozadan artıq istifadəsi zamanı ürəkbulanma və qusma yarana bilər. Terapiya simptomatikdir.

Buraxılış forması

10 tablet konturlu-yuvasız qablaşdırmada.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Zdorovye” əczaçılıq şirkəti” maddi məsuliyyətli cəmiyyət. Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov ş., Şevçenko k., ev 22.

Qeydiyyat vəsiqəsinin sahibi

“GNCLS” eksperimental zavodu” maddi məsuliyyətli cəmiyyət. Ukrayna, Xarkov vilayəti, Xarkov ş., Vorobyov k., üv 8.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Mukaltin 50 mq N10 tablet” üçün ilk rəyi siz yazın.