Nucleo C.M.P forte N30 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparat |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
26,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NUKLEO C.M.P. FORTE bərk kapsullar NUCLEO C.M.P. FORTE
Tərkibi
Təsiredici maddələr : 1 kapsulda 5 mq sitidin-5′-disodium monofosfat, ümumilikdə 3 mq (1,330 mq uridinə ekvivalent): uridin-5′-trinatrium trifosfat, uridin-5′-dinatrium difosfat, uridin-5′-dinatrium monofosfat vardır. Köməkçi maddələr: limon turşusu, natrium sitrat dihidrat, maqnezium stearat, susuz kolloidal silisium, (Aerosil 200), mannitol, qara dəmir oksidi, titan oksid, jelatin, indiqokarmin.
Təsviri
Mavi qapaqlı və boz gövdəli bərk kapsullardır.
Farmakoterapevtik qrupu
Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparat. ATC kodu: M09AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası NUCLEO CMP FORTE, əsasən periferik sinir sistemi pozğunluqların müalicəsində istifadə olunan sitidin-monofosfat (SMF), uridin-trifosfat (UTF), uridin-difosfat (UDF) və uridin monofosfat (UMF) nukleotidlər kompleksidir. Biokimyəvi nöqtəyi-nəzərdən bu komponentin təsiri aşağıdakı kimi izah oluna bilər: SMF, neyronal membranı formalaşdıran lipid kompleksləri sintezində iştirak edir, xüsusilə mielin qatının sələf maddəsi olan sfiqmomielinin. Bununla birlikdə, SMF və uridin nukleotidləri hüceyrə metabolizmində fundamental əhəmiyyətə malik olan (məsələn, zülalların sintezi) nuklein turşularının (DNT və RNT) sələfidir. Öz növbəsində UTF, SMF təsirini tamamlayaraq, neyronal quruluşların və mielin qatının qlikolipidlərin sintezində iştirak edən koenzim kimi iştirak edir. Bundan başqa, əzələlərin yığılma proseslərində enerjiergik donor substratı olaraq təsir göstərir. Nəticə olaraq, UTF/UTF/UMF və SMF, mielin və digər sinir quruluşlarının əsas struktur vahidi olan fosfolipidlərin və qlikolipidlərin sintezində iştirak edir. Bunun davamı olaraq intensiv metabolizm aktivliyi başlayır, o da öz növbəsində periferik sinir sistemində regenerativ proseslərinə imkan yaradır. Bu səbəbdən, UTF/UTF/UMF və SMF birgə təsiri mielin qatının regenerasiyasına, sinir requlyasiyası üçün zəruri olan şəraitin və əzələ qidalanmasının bərpasına imkan yaradır. Farmakokinetikası Núcleo C.M.P Forte, CMP (sitidin monofosfat) və UTP (uridin trifosfat) olan iki nükleotidin kombinasiyasıdır. Nükleotidlər DNT və RNT-nin nüklein turşularının təbii tərkib hissələridir, bu səbəbdən xaricdən qəbul edilən nükleotidlər orqanizmin fizioloji molekulları olduqlarından daxili nukleotidlər kimi eyni metabolik yollardan keçirlər. Sorulması İn vitro və in vivo farmakokinetik tədqiqatlarda göstərilmişdir ki, uridinin nükleotidləri hüceyrədaxili fəaliyyətinə başlamazdan əvvəl müvafiq nukleozidlərdə defosforlanır, CMP-nin sitidinə, UTP-nin isə uridinə defosforlanır. Eyni zamanda, sitidin uridinə çevrilir. Bu deposforasiya mədə-bağırsağın selikli qişasında (nazik bağırsaqda) baş verir və in vitro farmakokinetik tədqiqatlar bunun 15 dəqiqədən az müddətdə 50% -ə qədər sürətlə baş verdiyini göstərir. UTP və CMP in vivo modellərdə tətbiq edildikdə, müvafiq nukleozidlər və ya onların son törəmələri (uridin) bağırsağın selikli qişasında sürətlə sorulur, ortalama sorulma müddəti (t ) UTP üçün 4 və CMP½ üçün 9 dəqiqə təşkil edir, və müvafiq olaraq 10 və 20 dəqiqəyə maksimal konsentrasiya (C ) çatır.max Paylanması Nükleozidlər və xüsusən uridin, qaraciyər, beyin-onurğa mayesi və beyin kimi müxtəlif toxumalarda geniş paylanır, hematoensefalik baryeri keçməsi üçün nükleozidlərin endogen nəqliyyat sistemi mövcuddur. Radioaktiv işarələnmiş nükleotidlər tətbiq edildikdə, plazmadakı maksimal konsentrasiyaları (C ) 10-max 20 dəqiqə arasında, yarım ömrü (t ) 1- 3,8 saat arasında, yarım xaricolma müddəti isə 0,5 ilə 6 saat.1 / 2 Laborator heyvanlar üzərində aparılan tədqiqatlarda məlum olmuşdur ki, daxilə qəbuldan 15 dəqiqə sonra baş beyində radioaktiv işarələnmiş nükleotidlərin səviyyəsi əhəmiyyətli dərəcədə artır və 20-30 dəqiqə sonra isə ilkin göstəricilərə qayıdır. Metabolizmi CMP və UTP nükleotidləri uridinə və sitidinə çevrildikdə, endogen pirimidinlər sistemi vasitəsilə metabolizmə uğrayırlar. Sistemin parçalanma məhsulları amin turşuları (urasil və alanin), CO və2 ammonium birləşmələridir (NH3). Xaric olması UTP uridin şəklində xaric olunur, CMP ilk olaraq sitidin və sonda uridin şəklində sidiklə xaric olur. Radioaktiv işarələnmiş CMP və UTP-nin daxilə qəbulundan sonra, yarım xaricolma dövrü heyvanlarda 0,5-6 saat və sağlam insanlarda isə 2-17 saat təşkil edir. Xəttilik Núcleo C.M.P® Forte-nin tərkibinə daxil olan komponentlərinin farmakokinetik xəttiliyi barədə məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Osteoartikulyar (oturaq siniri, radikulopatiya və s.), metabolik (diabetik, alkoqol polinevriti və s.), infeksiya (kəmərləyici dəmrov) mənşəli və orqanizmin həddən soyuması nəticəsində neyropatiyaların müalicəsi. Üz sinirinin, üçlü sinirin, qabırğaarası və bel nahiyəsində onurğa (lümbar) sinirlərinin iltihabı zamanı müşahidə olunan ağrılar. Əks göstərişləri Dərman preparatın tərkibindəki hər-hansı bir komponentə qarşı yüksəlmiş həssaslıq; digər əks göstəriş məlum deyildir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə dərman vasitəsinin təhlükəsizliyi müəyyən edilməyib. Hamiləlik dövründə istifadəsinə dair əks göstəriş yoxdur, lakin NUCLEO C.M.P® FORTE preparatının dozalanma rejiminin həkim tərəfindən təyin edilməsi tövsiyə olunur. Nəqliyyat vəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bu barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Nucleo CMP Forte kapsulları peroral yolla təyin olunur. Həkim tərəfdən digər təyinat olmadıqda qəbul qaydası aşağıdakı kimidir: Böyüklərə: gündə 2 dəfə 1-2 kapsul. Uşaqlara: gündə 2 dəfə 1 kapsul.
Əlavə təsirləri
Məlum deyildir; NUCLEO C.M.P® FORTE preparatdan istifadə müddətində hər-hansı bir əlavə təsir müşahidə olunduqda həkimə və ya əczaçıya müraciət edilməlidir.
Doza həddinin aşılması
Preparatın toksiki təsiri nadir hallarda müşahidə olunduğuna görə istisna hallardan başqa intoksikasiya riski nəzərə alınmır.
Buraxılış forması
NUCLEO C.M.P. FORTE kapsullar. 15 kapsul, alüminium blisterlərdə. 2 blister (30 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti 2 il. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ferrer Internacional, S.А. Gran Vía Carlos III, 94, 08028 Barcelona, (İSPANİYA). İstehsalat yeri Ferrer Internacional, S.А. C/Joan Buscallà, 1-9, 08173 Sant Cugat del Vallès (Barcelona), İspaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.