Naftalan 25 q məlhəm Azərfarm
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Xroniki və iltihabi xəstəliklərin müalicəsində xaricə istifadə üçün vasitə |
| İstehsal ölkəsi | Azərbaycan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,22 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NAFTALAN MƏLHƏMİ xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Naphthalan petroleum
Tərkibi
Təsiredici maddələr: 100 q məlhəmin tərkibində 70 q, 1 tubda (25q) 17,5 q rafinəolunmuş naftalan nefti vardır. Köməkçi maddələr: parafin, emulqator, aerosil.
Təsviri
Yaşıl flüoressensiyaedici, qara rəngli, özünəməxsus iyli, zəif turş reaksiyalı qatı şərbətəoxşar mayedir.
Farmakoterapevtik qrupu
Xroniki və iltihabi xəstəliklərin müalicəsində xaricə istifadə üçün vasitə. ATC kodu: D03AX03. Farmakaloji xüsusiyyətləri Rafinə olunmuş naftalan nefti karbohidrogenlərdən və qətranlardan ibarət mürəkkəb qarışıqdır. Naftalan nefti dəriyə və selikli qişaya yumşaldıcı, hopdurucu, dezinfeksiyaedici və bir qədər ağrıkəsici təsir göstərir, həmçinin orqanizmə reflektor yolla ümumi təsir göstərə bilir.
İstifadəsinə göstərişlər
Xaricə dərinin müxtəlif xəstəliklərində istifadə edilir: ekzema, neyrodermitlər, furunkulyoz, qızılyel iltihabı və oynaqların və əzələlərin digər iltihabi xəstəlikləri, artritlər, osteoartritlər, mialgiya və s. Nevralgiya, nevrit, radikulit, pleksit, yanıqlar, yaralar, yataq yaraları və s.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Müxtəlif etiologiyalı, aydın nəzərəçarpan anemiyalar, qanaxmaya meyillilik, qan xəstəlikləri, bəd-xöşxassəli şişlər, kəskin oynaq xəstəlikləri, kəskin ginekoloji xəstəliklər, MSS-in üzvi xəstəlikləri, istənilən orqanın vərəm xəstəliyi, III dərəcəli hipertoniya, qan dövranının II və III dərəcəli pozulması, stenokardiya tutmaları ilə müşahidə olunan II və III dərəcəli xroniki koronar çatışmazlıq, səyrici aritmiya və paroksizmal taxikardiya, anamnezdə miokard infarktının və ya epilepsiyanın olması, aydın nəzərəçarpan böyrək çatışmazlığı, kəskin nefrit və nefrozlar, müxtəlif etiologiyalı qaraciyər çatışmazlığı, zöhrəvi xəstəliklər, psixi xəstəliklər, hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası
Gündə 1-2 dəfə dərinin zədələnmiş nahiyəsinə nazik təbəqə şəklində sürtülür.
Əlavə təsirləri
Allergik reaksiyalar və preparatın dəriyə sürtüldüyü yerdə yanğı hissi, uzunmüddətli istifadəsi zamanı dəridə quruluq hissi və follikulit mümkündür. Uzunmuddətli istifadə zamanı məlhəm dərinin xarici təsirlərə qarşı həssaslığını və müxtəlif vasitələr üçün keçiriciliyini artıta bilər ki, bu da digər xaricə istifadə edilən vasitələr ilə birgə təyini zamanı nəzərə alınmalıdır.
Buraxılış forması
25 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birgə karton qututya qablaşdırılır.
Saxlanma şəraiti
10-15°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdlr.
Yararlılıq müddəti
6 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Azərfarm Ltd. Azərbaycan Respublikası, Bakı ş., Bünyadov küç., 14.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.