Mukolin 30 mq 150 sirop

Dərman formasıSirop
Farmakoloji təsirBəlğəmgətirici dərman vasitəsi
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,32 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı qəbul etməzdən əvvəl bu içlik vərəqədə yazılanları diqqətlə oxuyun, çünki onda Sizin üçün vacib məlumatlar vardır. Bu içlik vərəqəni saxlayın. Siz onu təkrar oxumalı ola bilərsiniz. Əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Bu dərman Sizə təyin olunub. Onu digər şəxslərə verməyin. Onların xəstəliyinin əlamətləri Sizinki ilə eyni olsa belə, bu dərman onlara zərər yetirə bilər. Preparatdan istifadə zamanı həkimə və ya xəstəxanaya müraciət etsəniz, bu preparatı istifadə etdiyiniz barədə həkiminizə məlumat verin. Bu içlik vərəqədə göstərilən təlimatlara ciddi əməl edin. Sizə tövsiyə edilən dozadan yüksək və aşağı doza istifadə etməyin. MUKOLİN 30 mq/5 ml şərbət MUKOLIN Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol

Tərkibi

Təsiredici maddə: 5 ml (1 ölçü qaşığı) şərbətin tərkibində 30 mq ambroksol hidroxlorid vardır. Köməkçi maddələr: saxaroza, qliserin, metilparaben (E218), propilparaben (E216), çiyələk meyvə cövhəri, təmizlənmiş su.

Təsviri

Çəhrayı-sari rəngli, çiyələk qoxulu, səffaf homogen məhluldur.

Farmakoterapevtik qrupu

Bəlğəmgətirici dərman vasitəsi. ATC kodu: R05CB06.

Farmakoloji xüsusiyyətləri

MUKOLİN bəlğəmgətirici dərman vasitəsidir, seliyin özlülüyünü azaldır və onun xaric olmasını asanlaşdırır. Ona görə də bəlğəmi tüpürməyi asanlaşdırır və tənəffüsün çətinliyini aradan qaldırır və öskürəyi azaldır.

İstifadəsinə göstərişlər

MUKOLİN tənəffüs yollarının özlü və yapışqanlı bəlğəmlə müşayiət olunan kəskin və xroniki xəstəliklərinin müalicəsində bəlğəmgətirici vasitə kimi istifadə olunur.

Əks göstərişlər

Bromheksinə və ya ambroksola və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək/qaraciyər çatışmazlığı Böyrək/qaraciyər xəstəliyi və ya peptik xorası olan pasiyentlərdə o, xüsusi ehtiyatla istifadə edilməlidir. Əgər Sizə elə gəlirsə ki, MUKOLİN-in təsiri həddindən çox güclü və ya həddindən çox zəifdir, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Aşağıdakı hallarda MUKOLİN istifadə edərkən, xüsusilə ehtiyatlı olmaq lazımdır: əgər Sizdə böyrək/qaraciyər xəstəliyi və ya peptik xora (mədədə, 12-barmaq bağırsaqda və ya qida borusunun aşağı hissəsində inkişaf edən xora) varsa bu preparatı ehtiyatla istifadə edin. Hətta keçmişdə olsa belə, yuxarıda qeyd edilən xəbərdarlıqların hər hansı biri pasiyentdə olduqda həkimə müraciət etmək lazımdır. MUKOLİN-ın tərkibində olan bəzi maddələr barədə mühüm məlumat MUKOLİN-ın tərkibində saxaroza vardır. Əgər həkiminiz Sizə bəzi şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğu barədə xəbərdarlıq etmişdirsə, bu dərman preparatından istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Preparatın tərkibində metilparaben və propilparaben vardır ki,bunlar da allergik reaksiyalara səbəb ola bilər. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Kodein kimi hayxırmaya mane ola bilən dərmanlarla eyni zamanda istifadə etməyin. Yadda saxlayın ki, atropin (göz bəbəklərini genişləndirmək və ürəyin dayanmasının qarşısını almaq, tər, ağızsuyu və selik ifrazını azaltmaq üçün istifadə olunan preparat) və amantadin (Parkinson xəstəliyinin müalicəsində istifadə olunan dərman qrupu) antimuskarin təsir göstərən dərmanlar (sinir sistemində asetilxolin adlanan maddəni blokada edən dərman qrupu), trisiklik antidepressantlar (depressiyanın müalicəsi üçün istifadə olunan dərmanlar qrupu), haloperidol (şizofreniyanın müalicəsi üçün istifadə olunan dərman qrupuna aid preparat), antihistaminlər (allergiyanın müalicəsində istifadə olunan dərman qrupu), prokainamid (ürək aritmiyasının müalicəsində istifadə olunan dərman qrupuna aid preparat) və digər preparatlar (ipratropium – ağciyərlərin xroniki xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar qrupu) seliyin toplanmasına səbəb ola bilər. Ürək qlikozidləri ilə (ürək çatışmazlığının müalicəsi üçün istifadə olunan dərman qrupu), kortikosteroidlərlə (ağrı və iltihabın müalicəsi üçün istifadə olunan hormon qrupu), bronxolitiklərlə (bronx və ağciyər adlanan tənəffüs yollarını genişləndirən dərmanlar), diuretiklərlə (sidik ifrazını artıran dərmanlar) və antibiotiklərlə (mikroorqanizmlərə qarşı təsir göstərən preparatlar) ambroksolun qarşılıqlı təsiri yoxdur. Pasiyent resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı dərman preparatını hazırda istifadə edirsə və ya yaxın zamanlarda istifadə etdikdə bu barədə həkimə və ya əczaçıya məlumat verməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Adekvat klinik tədqiqat aparılmadığından, o, hamiləliyin birinci trimestrində yalnız zəruri hallarda və fayda-risk nisbəti qiymətləndirildikdən sonra istifadə edilə bilər. Əgər müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Laktasiya dövründə xüsusi ehtiyatla istifadə edilməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri MUKOLİN preparatının nəqliyyat və digər maşın və mexanizmlərdən istifadə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur; ona görə də xüsusi ehtiyatlılıq tələb olunur.

İstifadə qaydası və dozası

Preparat yeməkdən sonra qəbul edilir. MUKOLİN, yalnız oral qəbul üçün nəzərdə tutulub. Su və ya şirə ilə durulaşdırıla bilər. MUKOLİN preparatı ilə müalicə müddətini həkim müəyyən edir. Böyüklərdə Müalicənin ilk 2-3 günü 1 ölçü qaşığı (5 ml),sonrakı 8-10 gün ərzində 1 ölçü qaşığı gündə 2 dəfə təyin edilir. Pediatriyada istifadəsi 0-2 yaşlı uşaqlara gündə 2 dəfə ¼ ölçü qaşığı (1,25 ml) təyin edilir. 2-5 yaşlı uşaqlara gündə 3 dəfə ¼ ölçü qaşığı (1,25 ml) istifadə edilir. 5-12 yaşlı uşaqlara gündə 2-3 dəfə ½ ölçü qaşığı (2,5 ml) təyin edilir. Yaşlılarda istifadəsi Yaşlı pasiyentlərdə istifadəsi üçün xüsusi hal yoxdur. Əgər MUKOLİN istifadə etməyi unutmusunuzsa Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz.

Doza həddinin aşılması

Bu vaxta qədər insanlarda zəhərlənmə halları barədə məlumat olmamışdır. Doza həddinin aşılması zamanı simptomların qarşısını almaq üçün qusma törətmək və mədəni yumaq, dəstəkləyici müalicə aparmaq lazımdır. Lazım olduğundan artıq MUKOLİN istifadə edildikdə həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman preparatlarında olduğu kimi, preparatdan istifadə zamanı MUKOLİN-in komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə əlavə təsirlər meydana çıxa bilər. Aşağıdakı vəziyyətlərdən hər hansı biri yarandıqda, MUKOLİN-in qəbulunu dayandırmaq və dərhal həkimə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır: Dəridə səpgi Selikli qişada dəyişiklik Üzdə şişkinlik Tənəffüsün çətinləşməsi Bunların hamısı çox ciddi əlavə təsirlərdir. Bu əlavə təsirlərdən hər hansı biri baş verərsə, bu, o deməkdir ki, pasiyentdə MUKOLİN-ə qarşı allergiya vardır. Pasiyentin təcili tibbi yardıma və ya xəstəxanaya yerləşdirilməsinə ehtiyac ola bilər. Bütün bu yüksək dərəcədə ciddi əlavə təsirlər çox nadir hallarda müşahidə edilir. Aşağıdakı simptomlardan hər hansı biri meydana çıxdıqda həkimə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək lazımdır: Dəridə səpgi Bu ciddi əlavə təsirdir. Təcili tibbi müdaxilə tələb oluna bilər. Ciddi əlavə təsirlər çox nadir hallarda meydan açıxır. Aşağıda sadalanan əlamətlərdən hər hansı biri baş verdikdə, həkimə müraciət etmək lazımdır: Ürəkbulanma, qusma Abdominal ağrı Diareya Zəiflik Baş ağrısı Qaşınma Bunlar MUKOLİN-in orta dərəcəli əlavə təsirləridir. İçlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxdıqda, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. MUKOLİN ilə müalicəni dayandırdıqda meydana çıxa biləcək əlavə təsirlər Məlum deyil.

Buraxılış forması

150 ml şərbət, ağ plastmas qapaqlı qəhvəyi rəngli şüşə flakonda. 1 flakon və 1 plastmas ölçü qaşığı içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biofarma İlaç San. ve Tic. A.Ş. Ünvan Akpınar Mah. Osmangazi Cad. No: 156 Sancaktepe / İstanbul / TÜRKİYƏ. Marketinq icazəsinin sahibi Biofarma İlaç San. ve Tic. A.Ş. Ünvan Akpınar Mah. Osmangazi Cad. No: 156 Sancaktepe / İstanbul / TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Mukolin 30 mq 150 sirop” üçün ilk rəyi siz yazın.