Multikomp 10 ml inyeksiya
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Venadaxili məhlullara əlavə edilən vasitələr. Vitaminlər |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,90 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MULTİKOMP inyeksiya və infuziya məhlulu hazırlamaq üçün toz
Tərkibi
Təsiredici maddə: 1 flakonda 100 mq askorbin turşusu, 3300 BV A vitamini, 200 BV erqokalsiferol (D vitamini), 3,81 mq B vitamini, 3,60 mq riboflavin2 1 5- fosfat, 4,86 mq B vitamini (piridoksin hidroxlorid), 40 mq nikotinamid,6 15 mq dekspantenol, 10 mq E vitamini, 60 mkq biotin (B7 vitamini), 400 mkq fol turşusu, 5 mkq sianokobalamin. Köməkçi maddələr:polisorbat 20, polisorbat 80, natrium hidroksid, D-mannitol inyeksiya üçün su.
Təsviri
İnyeksiya və ya infuziya məhlulu hazırlamaq üçün liofilizəedilmiş tozdur.
Farmakoterapevtik qrupu
Venadaxili məhlullara əlavə edilən vasitələr. Vitaminlər. ATC kodu: A11BA.
Farmakoloji xüsusiyyətləri
Böyüklər və 11 yaşdan yuxarı uşaqlar və yeniyetmələrdə, K vitamini istisna olmaqla, maddələr mübadiləsi üçün vacib olan bütün suda və yağda həll olunan vitaminlərin balanslaşdırılmış kombinasiyası.
İstifadəsinə göstərişlər
Ağız yoluyla qidalanma əks göstəriş, qeyri-mümkün və ya qeyri-kafi olduqda (məsələn, kifayət qədər qidalanmamaq, mədə-bağırsaq malabsorbsiyası, parenteral qidalanma və s. görə), parenteral yolla multivitamin əlavəsi tələb olunan böyüklər və 11 yaşdan yuxarı uşaq və yeniyetmələrin gündəlik tələbatlarına uyğun vitaminlərlə təmin edilməsi.
Əks göstərişlər
MULTİVİTAMİN İNYEKSİYASI aşağıdakı hallarda istifadə edilməməlidir: – təsiredici maddələrə, xüsusilə B vitamininə və ya “Tərkibi” bölməsində göstərilən köməkçi1 maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq, soya zülalı/məhsulları daxil olmaqla (qarışıqdakı lesitin soyadan alınır) və ya yerfıstığı zülalı/məhsulları daxil olmaqla. – preparatın tərkibində olan hər hansı bir vitamin hipervitaminozu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xüsusi göstərişlər Yüksək həssaslıq reaksiyaları • MULTİVİTAMİN İNYEKSİYASInın , digər multivitamin preparatları və tək vitamin preparatları (o cümlədən, B , B , B və fol turşusu) ilə ciddi sistemik yüksək həssaslıq reaksiyaları bildirilmişdir.1 2 12 MULTİVİTAMİN İNYEKSİYASI və digər parenteral vitamin preparatları ilə ölümcül nəticələrə səbəb olan reaksiyalar bildirilmişdir (“Əlavə təsirləri” bölməsinə bax). • Soya və fıstıq zülalları arasında çarpaz allergik reaksiyalar müşahidə edilmişdir. • Bəzi hallarda multivitaminlərin venadaxili yeridilməsi zamanı yüksək həssaslıq reaksiyasının təzahürləri yeridilmə sürəti ilə əlaqəli ola bilər. Preparat venadaxili infuziya olaraq tətbiq olunarsa, MULTİVİTAMİN İNYEKSİYASI yavaşca yeridilməlidir. Əgər venadaxili yolla tətbiq olunarsa, inyeksiya yavaş-yavaş (ən azı 10 dəqiqə ərzində) yeridilməlidir. • Yüksək həssaslıq reaksiyasının əlamətləri və ya simptomları yaranarsa, infuziya və ya inyeksiya dərhal dayandırılmalıdır. Vitamin toksikliyi • Xüsusilə A, D və E vitaminləri ilə doza həddinin aşılması və toksik təsirlərin qarşısını almaq üçün pasiyentin klinik vəziyyəti və qanda vitamin konsentrasiyaları izlənilməlidir, xüsusən də başqa mənbələrdən əlavə vitaminlər qəbul edən və ya digər dərman vasitələrindən istifadə edən pasiyentlərdə bu preparat vitaminlərlə zəhərlənmə riskini artırır. • Uzunmüddət qidalandırıcı əlavə qəbul edən pasiyentlərdə monitorinq xüsusilə vacibdir. A hipervitaminozu • A hipervitaminozu və vitamin A toksikliyi riski (məsələn, dəri və sümük anomaliyaları, diplopiya (ikili görmə), sirroz) aşağıdakı hallarda artır, məsələn: zülal çatışmazlığı olan pasiyentlərdə, böyrək çatışmazlığı olan pasiyentlərdə (hətta A vitamini əlavəsi olmasa da), qaraciyər çatışmazlığı olan pasiyentlərdə, kiçik bədən ölçüləri olan pasiyentlərdə (məsələn, pediatrik pasiyentlər), xroniki müalicə alan pasiyentlər. • Doymuş qaraciyər A vitamin ehtiyatı olan pasiyentlərdə kəskin qaraciyər xəstəliyi vitamin A toksikliyinin təzahürünə səbəb ola bilər. Parenteral yolla qidalanan pasiyentlərdə təkrar qidalanma sindromu Əhəmiyyətli dərəcədə kifayət qədər qidalanmayan pasiyentlərin təkrar qidalanması,pasiyent anabolik vəziyyətə düşdükdə, kalium, fosfor və maqneziumun hüceyrədaxili yerdəyişməsi ilə xarakterizə olunan qidalanma sindromu ilə nəticələnə bilər. Tiamin çatışmazlığı və maye ləngiməsi həmçinin inkişaf edə bilər. Diqqətli monitorinq və qida qəbulunu yavaş-yavaş artırmaqla həddindən artıq qidalanmadan çəkinmək bu fəsadların qarşısını ala bilər. Qida çatışmazlığı baş verərsə, müvafiq əlavələr istifadə oluna bilər. Parenteral yolla qidalanan pasiyentlərdə çöküntülərin əmələ gəlməsi Parenteral yolla qidalanan pasiyentlərdə ağciyər damarlarında çöküntülər bildirilmişdir. Bəzi hallarda bunlar,ölümcül nəticələnə bilər. Həddindən artıq kalsium və fosfat əlavəsi kalsium fosfat çöküntülərinin əmələ gəlməsi riskini artırır. Məhlulda fosfat duzu olmadıqda belə çöküntülərin əmələ gəldiyi bildirilmişdir. İnfuziya xəttinin daxili filtrinin distal hissəsində və qan axınında çöküntü əmələ gəlməsi ehtimalı bildirilmişdir. Məhlulun yoxlanılmasından əlavə, infuziya dəsti və kateter də müntəzəm olaraq çöküntülərə görə yoxlanılmalıdır. Ağciyər çatışmazlığı əlamətləri meydana gələrsə, infuziya dayandırılmalı və tibbi qiymətləndirməyə başlanılmalıdır. Ehtiyat tədbirləri Qaraciyərə təsirləri • MULTİVİTAMİN İNYEKSİYASI qəbul edən pasiyentlərdə qaraciyər funksiyasının parametrlərinin monitorinqi tövsiyə olunur. Qaraciyər sarılığı və ya xolestazın digər əlamətləri olan pasiyentlərin xüsusilə yaxın monitorinqi tövsiyə olunur. MULTİVİTAMİN İNYEKSİYASI qəbul edən pasiyentlərdə (iltihabi bağırsaq xəstəliyi olan pasiyentlərdə izolə edilmiş alanin aminotransferazanın (ALT) artması da daxil olmaqla, qaraciyər fermentlərinin artması halları bildirilmişdir (“Əlavə təsirləri” bölməsinə bax). Həmçinin, MULTİVİTAMİN İNYEKSİYASI qəbul edən pasiyentlərdə öd turşusu səviyyələrinin artması (qlikokol turşusu daxil olmaqla, ümumi və tək öd turşuları) müşahidə edilmişdir. • Xolestaz, qaraciyər piylənməsi, qaraciyər çatışmazlığına səbəb olduğu ehtimal olunan fibroz və sirroz, həmçinin xolesistit və xolelitiaz kimi hepatobiliar pozğunluqların bəzi pasiyentlərdə parenteral qidalanma ilə (o cümlədən vitamin əlavə parenteral qidalanma) inkişaf etdiyi məlumdur. Bu pozğunluqların etiologiyasının multifaktorial və pasiyentlər arasında fərqli ola biləcəyi ehtimal olunur. Qeyri-normal laborator parametrlərin və ya hepatobiliar pozğunluqların digər əlamətləri inkişaf etdiyi pasiyentlər, mümkün səbəb və töhfə verən amilləri və mümkün terapevtik və profilaktik müdaxilələri müəyyən etmək üçün qaraciyər xəstəlikləri üzrə təcrübəli bir klinik həkim tərəfindən erkən qiymətləndirilməlidir. Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə istifadəsi Qaraciyər çatışmazlığı olan pasiyentlərin fərdiləşdirilmiş vitamin əlavələrinə ehtiyacı ola bilər. A vitamininin toksikliyinin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir, çünki qaraciyər xəstəliyinin mövcudluğu A vitamini toksikliyi, xüsusən də həddindən artıq xroniki spirt istifadəsi ilə birlikdə artan həssaslıqla əlaqələndirilir (Yuxarıda göstərilən A hipervitaminozu və Qaraciyərə təsirlərinə bax). Böyrək funksiyası pozulmuş pasiyentlərdə istifadəsi Böyrək çatışmazlığı olan pasiyentlərin böyrək çatışmazlığının dərəcəsindən və müşayiət olunan tibbi vəziyyətlərin mövcudluğundan asılı olaraq fərdiləşdirilmiş vitamin əlavələrinə ehtiyacı ola bilər. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə adekvat vitamin D səviyyəsinin saxlanmasına və aşağı dozada A vitamini əlavəsi və ya hətta əlavə qəbul etmədən də inkişaf edə bilən A vitamini toksikliyinin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Piridoksin (vitamin B ) hipervitaminozu və toksikliyi (periferik neyropatiya, qeyri-iradi hərəkətlər)6 həftədə üç dəfə 4 mq piridoksin tərkibli venadaxili multivitaminlər qəbul edən xroniki hemodializ qəbul edən pasiyentlərdə bildirilmişdir. Ümumi Monitorinq Uzun müddət vitaminlərin tək mənbəyi olaraq parenteral multivitaminlər qəbul edən pasiyentlərin klinik vəziyyətinə və vitamin səviyyələrinə nəzarət edilməlidir. Adekvat qidalanadırıcı əlavələrə nəzarət etmək xüsusilə vacibdir, məsələn: • Təzyiq yaraları, yaralar, yanıqlar, qısa bağırsaq sindromu və ya kistik fibrozlu pasiyentlərdə A vitamini • Dializ xəstələrində B vitamini1 • Xərçəng xəstələrində B vitamini2 • Böyrək çatışmazlığı olan pasiyentlərdə B vitamini6 • Digər dərman vasitələri ilə qarşılıqlı təsirlərə görə ehtiyacları arta bilən fərdi vitaminlər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”bölməsinə bax). Bir və ya daha çox vitamin çatışmazlığı xüsusi qidalandırıcı əlavələrlə korreksiya edilməlidir. K vitamini MULTİVİTAMİN İNYEKSİYASInın tərkibində K vitamini yoxdur. Zəruri olduqda, K vitamini ayrıca qəbul edilməlidir. Vitamin B çatışmazlığı olan pasiyentlərdə istifadəsi12 MULTİVİTAMİN İNYEKSİYASI ilə qidalandırmaya başlamazdan əvvəl, Vitamin B çatışmazlığı12 riski olan və/və ya bir neçə həftə ərzində MULTİVİTAMİN İNYEKSİYASI ilə qidalandırma planlaşdırılan pasiyentlərdə B vitamininin səviyyəsinin qiymətləndirilməsi tövsiyə olunur.12 Bir neçə günlük istifadədən sonra, həm sianokobalamin (vitamin B ), həm də fol turşusunun12 MULTİVİTAMİN İNYEKSİYASI nda fərdi miqdarları qırmızı qan hüceyrələrinin, retikulositlərin sayının və B vitamini çatışmazlığı ilə əlaqəli meqaloblastik anemiyası olan bəzi pasiyentlərdə12 hemoqlobin dəyərlərinin artması ilə nəticələnə bilər. Bu, mövcud vitamin B çatışmazlığını gizlədə12 bilər. B vitamini çatışmazlığının effektiv müalicəsi MULTİVİTAMİN İNYEKSİYASI nın təmin12 etdiyi miqdardan daha yüksək dozada sianokobalamin tələb edir. B vitamini çatışmazlığı olan, həmçinin B vitamini qəbul etməyən pasiyentlərdə fol turşusu əlavəsi12 12 B vitamini çatışmazlığı ilə əlaqəli nevroloji əlamətlərin yaranması və ya inkişafının qarşını almır.12 Hətta, nevroloji ağırlaşmaları, sürətləndirə biləcəyi bildrilmişdir. B vitamini səviyyələrini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, B vitamininin son qəbulu12 12 toxuma çatışmazlığına baxmayaraq normal səviyyələrə səbəb ola bilər. Laborator test nəticələrinə təsiri Biotin Biotin biotin/streptavidin qarşılıqlı təsirinə əsaslanan laborator testlərə müdaxilə edə bilər və bu, analizdən asılı olaraq ya yanlış azalmış, ya da artırılmış test nəticələrinə gətirib çıxara bilər. Uşaqlarda və böyrək çatışmazlığı olan pasiyentlərdə müdaxilə riski daha yüksəkdir və daha yüksək dozalarda artır. Laborator test nəticələrini qiymətləndirərkən xüsusilə klinik əlamətlərlə uyğunsuzluq müşahidə olunarsa, mümkün biotin qarşılıqlı təsiri nəzərə alınmalıdır (məsələn, biotin qəbul edən asimptomatik pasiyenlərdə Qreyvs xəstəliyini təqlid edən tiroid testinin nəticələri və ya biotin qəbul edən miokard infarktı olan pasiyentlərdə troponin testinin yanlış mənfi nəticələri). Müdaxilədən şübhələnilən hallarda, əgər varsa, biotin müdaxiləsinə həssas olmayan alternativ testlər istifadə edilməlidir. Biotin qəbul edən pasiyentlərdə laborator testlər təyin edilərkən laboratoriya işçiləri ilə məsləhətləşmələr aparılmalıdır. Askorbin turşusu İstifadə olunan reagentlərdən asılı olaraq, qanda və sidikdə askorbin turşusunun olması bəzi sidikdə və qanda qlükozanın təyini testlərində, o cümlədən test zolaqları və əl qlükozometrlərində yanlış yüksək və ya aşağı qlükoza göstəricilərinə səbəb ola bilər. Vitaminlərin potensial müdaxiləsini müəyyən etmək üçün hər hansı bir laborator test üçün texniki məlumatlara müraciət edilməlidir. Natrium miqdarı MULTİVİTAMİN İNYEKSİYASI nın hər flakonunda 24 mq natrium (1 mmol) vardır. Paiyentlər nəzarət olunan natrium pəhrizindədirsə, bu nəzərə alınmalıdır. Pediatriyada istifadəsi MULTİVİTAMİN İNYEKSİYASI 11 yaşdan yuxarı pediatrik pasiyenlərdə istifadə olunur. (yuxarıda göstərilən A Hipervitaminozuna bax). Yaşlılarda istifadəsi Ümumiyyətlə, yaşlı pasiyentlərdə doza tənzimlənməsi zamanı (dozanın azaldılması və/və ya doza intervallarının artırılması) daha yüksək tezlikli zəifləmiş qaraciyər, böyrək və ya ürək funksiyaları və müşayiət olunan xəstəlik və ya dərman müalicəsinin təsiri nəzərə alınmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
MULTİVİTAMİN İNYEKSİYASI nın tərkibindəki spesifik vitaminlər və digər agentlər arasında qarşılıqlı təsirlər müvafiq olaraq tənzimlənməlidir. Bu cür qarşılıqlı təsirlərə aşağıdakılar aiddir: • Psevdotumor cerebriyə səbəb ola bilən agentlər (bəzi tetrasiklinlər daxil olmaqla): A vitamini ilə eyni vaxtda qəbulu zamanı psevdotumor cerebri riskinin artması, • Alkoqol (həddindən artıq xroniki istifadə): A vitamininin hepatotoksiklik riskini artırır, • Qıcolmaəleyhinə agentlər (fenitoin, fosfenitoin, fenobarbital, primidon): Fol turşusu əlavəsi qıcolmaəleyhinə dərman vasitələrinin plazma konsentrasiyasını azalda və qıcolma riskini artıra bilər, • Trombəleyhinə agentlər (məsələn, aspirin): vitamin E trombosit funksiyasını inhibə edə bilir, • Aspirin (yüksək dozalı müalicə): Sidik ifrazını artıraraq fol turşusunun səviyyəsini azalda bilər, • Bəzi qıcolmaəleyhinə agentlər (məsələn, fenitoin, karbamazepin, fenobarbital, valproat): Fol turşusu, piridoksin və D vitamini çatışmazlıqlarına səbəb ola bilər, • Bəzi retrovirusəleyhinə agentlər: məsələn, efavirenz və zidovudin ilə əlaqəli D vitamini səviyyəsinin azalması. Proteaza inhibitorları ilə əlaqəli D vitaminin aktiv metabolitinin əmələ gəlməsinin azalması, • Xloramfenikol: vitamin B müalicəsinə olan hematoloji cavab reaksiyasını inhibə edir.12 • Deferoksamin: suprafizioloji vitamin C əlavəsi ilə dəmirin mobilizasiyasının artmasının səbəb olduğu dəmir mənşəli ürək çatışmazlığı riskinin artması. Xüsusi ehtiyat tədbirləri üçün deferoksamin tərkibli
dərman vasitəsinin istifadəsi üzrə təlimatına baxın.
• Etionamid: piridoksin çatışmazlığına səbəb ola bilər. • Flüorpirimidinlər (5-flüorurasil, kapesitabin, teqafur): Fol turşusu ilə kombinə edildikdə sitotoksikliyin artması, • Fol turşusu antaqonistləri, məsələn, metotreksat, sulfasalazin, pirimetamin, triamteren, trimetoprim və yüksək dozada çay katexinləri: Fol turşusunun aktiv metabolitlərinə çevrilməsini inhibə edir və qidalandırmanın effektivliyini azaldırlar. • Fol turşusu antimetabolitləri (metotreksat, raltitreksed): Fol turşusu əlavəsi antimetabolit təsirləri azalda bilər. • Levodopa: tərkibindəki piridoksin levodopa ilə birgə istifadə edildikdə müalicənin effektivliyinə mane ola bilər. • Piridoksin antaqonistləri, o cümlədən sikloserin, hidralazin, izoniazid, penisilamin, fenelzin: piridoksin çatışmazlığına səbəb ola bilər. • Retinoidlər, o cümlədən beksaroten: A vitamini ilə eyni vaxtda istifadə edildikdə toksiklik riskini artırır (A Hipervitaminozuna bax). • Teofillin: piridoksin çatışmazlığına səbəb ola bilər. • Oral Tipranavir məhlulu: tərkibində 116 BV/ml E vitamini vardır ki, bu da gündəlik tövsiyə olunan miqdardan artıqdır. • Vitamin K antaqonistləri (məsələn, varfarin): E vitamini ilə gücləndirilmiş antikoaqulyant təsir. Alfa 1- qlikoprotein turşusuna (AAG) bağlanan dərman vasitələri İnsan plazmasından istifadə edilən in vitro tədqiqatda, böyüklərdə MULTİVİTAMİN İNYEKSİYASI nın bolyus inyeksiyası, alfa1- qlikoprotein turşusuna (AAG) bağlanması məlum olan seçilmiş dərman vasitələrinin bağlanmamış hissəsini 50-80% artıraraq yaranan qlikokol turşusunun konsentrasiyasının, plazmadakı qlikokol turşusunun konsentrasiyasından təxminən 4 dəfə yüksək olmasına səbəb olmuşdur. Bu təsirin klinik əhəmiyyətli olub-olmaması məlum deyil, əgər standart MULTİVİTAMİN İNYEKSİYASI dozasının tərkibində olan qlikokol turşusunun miqdarı (qarışığın tərkib hissəsi kimi) yavaş venadaxili yeridilmə, əzələdaxili yeridilmə və ya daha uzun müddət ərzində infuziya edildikdə. MULTİVİTAMİN İNYEKSİYASI, eləcə də AAG-yə bağlanan dərman vasitələri qəbul edən pasiyentlər bu dərmanlara cavab reaksiyalarının artması üçün yaxından izlənilməlidir. Bunlara propranolol, prazosin və bir çox başqa dərman vasitələri daxildir. Digər vitamin əlavələri ilə qarşılıqlı təsirlər Bəzi dərman vasitələri MULTİVİTAMİN İNYEKSİYASI nın təkibindəki vitaminlərə nisbətən yüksək dozalarda bəzi vitaminlərlə əhəmiyyətli dərəcədə qarşılıqlı təsirə girə bilər. Bu, bir çox mənbədən vitamin qəbul edən pasiyentlərdə nəzərə alınmalı və mümkün olduqda pasiyentlərə bu cür qarşılıqlı təsirlərə görə nəzarət edilməli və müvafiq olaraq tənzimlənməlidir. Bu cür qarşılıqlı təsirlərə aşağıdakılar daxildir: • Amiodaron: B vitamini ilə eyni vaxtda istifadəsi amiodaronun səbəb olduğu fotohəssaslığı artıra6 bilər. • Antikoaqulyant təsirli agentlər (məsələn, absiksimab, klopidoqrel, heparin,varfarin): yüksək dozada A vitamini ilə əlaqəli əlavə qanaxma riski səbəbiylə qanaxma riskinin artması, • Karbamazepin: yüksək nikotinamid dozası ilə əlaqəli maddələr mübadiləsinin inhibə edilməsi, • Təsirinə görə reaktiv oksigen növlərinin sintezinə əsaslanan kemoterapevtik agentlər: Yüksək dozada E vitamininin antioksidant təsiri ilə kemoterapevtik aktivliyin mümkün inhibə edilməsi, • İnsulin, diabetəleyhinə agentlər: yüksək nikotinamid dozası ilə əlaqəli insulin həssaslığının azalması, • Dəmir: yüksək dozada E vitamini əlavəsi qan azlığı olan xəstələrdə dəmirə hematoloji cavab reaksiyasını azalda bilər. • Oral kontraseptivlər (kombinə edilmiş hormon növləri): C vitamininin yüksək dozaları qanaxma və kontraseptiv uğursuzluqla əlaqələndirilmişdir. • Fenobarbital: yüksək piridoksin dozaları ilə bağlı artan metabolizm/aşağı plazma səviyyələri və təsirin azalması, • Fenitoin, fosfenitoin: yüksək piridoksin dozaları ilə əlaqəli aşağı plazma səviyyələri, • Primidon: yüksək nikotinamid dozaları ilə əlaqəli fenobarbital metabolizmində azalma və artan primidon səviyyələri Pernisioz anemiya MULTİVİTAMİN İNYEKSİYASI nın təkibindəki fol turşusu pernisioz anemiya əlamətlərini gizlədə bilər. Uyuşmazlıqlar • Uyuşmazlıq tədqiqatları olmadığı halda, bu dərman preparatı digər dərman vasitələri ilə qarışdırılmamalıdır. • Qatqı maddələri MULTİVİTAMİN İNYEKSİYASI olan parenteral qidalandırıcı ilə uyuşmaya bilər. • Y-hissəsində uyuşmayan dərmanların birgə tətbiqi zəruri olarsa, ayrı-ayrı venadaxili xətlər vasitəsilə tətbiq edin. • MULTİVİTAMİN İNYEKSİYASI ndakı vitamin A və tiamin parenteral qidalanma məhlullarında (məsələn, qarışıqlar nəticəsində) bisulfitlərlə reaksiyaya girərək A vitamini və tiaminin deqradasiyasına səbəb ola bilər. • Məhlulun pH-nin artması bəzi vitaminlərin deqradasiyasını artıra bilər. Tərkibində MULTİVİTAMİN İNYEKSİYASI olan qarışığa qələvi məhlullar əlavə edilərkən bu nəzərə alınmalıdır. • Qarışıqda artan kalsium konsentrasiyası ilə fol turşusunun stabilliyi pozula bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
MULTİVİTAMİN İNYEKSİYASI nı təyin etməzdən əvvəl həkimlər hər bir pasiyent üçün xüsusi olaraq potensial riskləri və faydaları diqqətlə nəzərdən keçirməlidirlər. Hamiləlik Hamiləlik dövründə və ya uşaq əmizdirən qadınlarda MULTİVİTAMİN İNYEKSİYASI nın təhlükəsizliyinə dair heç bir məlumat yoxdur. Zəruri hallarda, bu dərman preparatı hamiləlik dövründə vitaminlərin doza həddinin qarşısını almaq üçün göstərişlərə və dozalara riayət olunmaqla fayda/risk nisbəti nəzərə alınmaqla təyin oluna bilər. Laktasiya Yenidoğulmuşlarda A vitamininin doza həddinin aşılması riski səbəbindən ana südü ilə qidalandırma zamanı istifadəsi tövsiyə edilmir. Fertillik Multivitamin inyeksiyasının istifadəsi ilə kişi və ya qadın pasiyentlərdə nəsilartırma ilə bağlı heç bir adekvat məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyatı idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Dozalanma Böyüklər və 11 yaşdan yuxarı uşaqlar və yeniyetmələr: 1 flakon/gün. İstifadə qaydası Venadaxili yolla: yavaş venadaxili inyeksiya (ən az 10 dəqiqə) və ya infuziya yolu ilə infuziya üçün 5%-li qlükoza və ya 0,9%-li natrium xlorid məhlulu ilə. MULTİVİTAMİN İNYEKSİYASI qida maddələrinə olan tələbatı ödəmək və çatışmazlıqların və ağırlaşmaların inkişafının qarşısını almaq üçün hər bir qidalandırıcı qarışıq üçün uyğunluq və stabilliyin təsdiqlənməsi şərti ilə karbohidratlar, lipidlər, amin turşuları və elektrolitləri ehtiva edən qida qarışıqlarına daxil edilə bilər. Qida mənbələri, digər vitamin əlavələri və ya tərkibində qeyri-aktiv maddə olan vitaminlər ehtiva edən dərman vasitələri kimi bütün mənbələrdən əldə edilən vitaminlərin ümumi miqdarı nəzərə alınmalıdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Adekvat səviyyələrin saxlanmasını təmin etmək üçün pasiyentin klinik vəziyyəti və vitamin səviyyələri izlənilməlidir. Nəzərə almaq lazımdır ki, bəzi vitaminlər, xüsusilə A, B və B vitaminləri ultrabənövşəyi işığa2 6 həssasdırlar (məsələn, birbaşa və ya dolayı günəş işığı). Bundan əlavə, məhlulda yüksək oksigen səviyyəsi ilə A, B , C və E vitaminlərinin itkisi arta bilər. Adekvat vitamin səviyyələri əldə1 edilmədikdə bu amillər nəzərə alınmalıdır.
Əlavə təsirləri
MULTİVİTAMİN İNYEKSİYASI nın istifadəsindən sonra baş vermiş əlavə təsirlər onların nisbi tezlikləri ilə göstərilmişdir; bunlara klinik sınaqlarda sənədləşdirilmiş əlavə təsirlər və marketinqdən sonrakı hesabatlar daxildir. MULTİVİTAMİN İNYEKSİYASI 3 klinik sınaq zamanı parenteral vitamin əlavəsinə ehtiyacı olan 267 yetkin pasiyentdə istifadə olunmuşdur. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Sistem orqan təsnifatı Tərcih edilən MedDRA Tezliyi termini İmmun sistemi pozğunluqları tənəffüs pozğunluğu, sinə Məlum deyil nahiyəsində narahatlıq hissi, boğaz nahiyəsində qıcıqlanma hissi, övrə, səpgi, eritema, epiqastral nahiyədə narahatlıq hissi, həmçinin ölümcül nəticələnə bilən ürək dayanması kimi sistemik yüksək həssaslıq reaksiyaları Metabolizm və qidalanma A Vitamini səviyyəsinin Məlum deyil pozğunluqları artması Retinol birləşdirən zülal Məlum deyil səviyyəsinin artması Sinir sistemi pozğunluqları Disgevziya (ağızda metal dad Məlum deyil hissi) Ürək-damar sistemi Taxikardiya Məlum deyil pozğunluqları Tənəffüs sistemi, döş qəfəsi Təngnəfəslik Məlum deyil və divaralığı orqanları pozğunluqları Mədə-bağırsaq sistemi Ürəkbulanma Bəzən pozğunluqları Qusma Bəzən İshal Məlum deyil Hepatobiliar pozğunluqlar Transaminazaların Məlum deyil səviyyəsinin artması, Məlum deyil İzolə edilmiş alanin aminotransferaza Məlum deyil səviyyəsinin artması, qlutamat dehidrogenaza Məlum deyil səviyyəsinin artması, qanda qələvi fosfataza Məlum deyil səviyyəsinin artması, Məlum deyil Öd turşularının səviyyələrinin artması, Qamma-qlutamiltransferaza səviyyəsinin artması Dəri və dərialtı toxuma Qaşınma Məlum deyil pozğunluqları Ümumi pozğunluqlar İnyeksiya/İnfuziya Tez-tez nahiyəsində ağrı, pireksiya, Məlum deyil Ümumiləşmiş ağrı, Məlum deyil infuziya nahiyəsində yanma Məlum deyil hissi, səpgi kimi reaksiyalar
Doza həddinin aşılması
Vitaminlərin (xüsusilə A, B , D və E) kəskin və ya xroniki doza həddinin aşılması simptomatik6 hipervitaminoza səbəb ola bilər. Doza həddinin aşılması riski, bir neçə mənbədən vitamin qəbul edən və ümumi vitamin əlavəsi fərdi tələblərə uyğun gəlməyən və ya hipervitaminoza qarşı həssaslığı olan pasiyentlərdə, xüsusilə yüksəkdir. Vitaminlərlə doza həddinin aşılmasının müalicəsi, adətən vitamin qəbulunun dayandırılmasından və kliniki göstərişlərə uyğun olaraq digər tədbirlərin görülməsindən ibarətdir.
Buraxılış forması
İnyeksiya və infuziya üçün məhlul hazırlamaq üçün toz rezin tıxaclı I tip şüşə flakonda. 1 və ya 5 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Bütün qablaşdırma növləri satışda olmaya bilər.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. MULTİVİTAMİN İNYEKSİYASI 5 ml inyeksiya üçün su ilə həll edildikdə və soyuducuda saxlandıqda 24 saat ərzində kimyəvi və fiziki stabillik nümayiş etdirmişdir. Mikrobioloji nöqteyi-nəzərdən məhlul dərhal istifadə edilməlidir. Dərhal istifadə edilmədikdə, istifadə zamanı saxlanma müddəti və istifadədən əvvəl şərtlər istehlakçının məsuliyyətindədir və nəzarət edilən və təsdiq edilmiş aseptik şəraitdə həll edilmə/durulaşdırma və s. baş vermədiyi halda, 2-8°C temperaturda adətən 24 saatdan çox saxlanılmamalıdır.
Yararlılıq müddəti
2 il (açılmamış qablaşdırmada). Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. İstifadəsi və utilizasiyası üçün xüsusi göstərişlər Həll edilmə və parenteral qidalanma zamanı qarışığın bir hissəsi kimi istifadə edildikdə aseptik şərtlərə əməl edilməlidir. Şprisdən istifadə edərək flakona 5 ml inyeksiya üçün su və ya 5%-li qlükoza məhlulu və ya 0,9%-li natrium xlorid məhlulu yeridilir. Alınan məhlul sarı-narıncı rəngdə olmalıdır. Liofilizəedilmiş tozu həll etmək üçün yavaşca qarışdırın. Flakondan köçürməzdən əvvəl MULTİVİTAMİN İNYEKSİYASI tamamilə həll edilməlidir. Hazırlanmış məhlulu şəffaf və orijinal tıxac bütöv olmadıqda və flakon zədələndiyi halda istifadə etməyin. MULTİVİTAMİN İNYEKSİYASI nı parenteral qidalanma məhluluna əlavə etdikdən sonra anormal rəng dəyişikliyi və/və ya çöküntülərin, həll olunmayan komplekslərin və ya kristalların olmasına görə yoxlayın. MULTİVİTAMİN İNYEKSİYASI nı parenteral qidalanma zamanı əlavə olaraq istifadə edildikdə, son məhlulu yaxşıca qarışdırın. Yalnız birdəfəlik istifadə üçündür. Həll edilmiş MULTİVİTAMİN İNYEKSİYASI nın istifadə olunmamış hissəsi atılmalı və sonradan qarışdırılmaq üçün saxlanılmamalıdır. Bütün parenteral qidalanma məhlullarının tətbiqi zamanı son filtrlərdən istifadə etmək tövsiyə olunur.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Vista Pharm Production, India. Plot N-349,352,354,355 Samardung Lower Kabrey Block, Namthang Elaka, South Sikkim 737137, India.
Qeydiyyat vəsiqəsinin sahibi
Vista Phytolab Inc., Canada. 111 Cherrytree, Dr. Brampton, ON L6Y3N5, Canada.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.