Medotilin 400 mq N14 kapsul

Dərman formasıKapsul
Farmakoloji təsirSinir sisteminə təsir edən digər vasitələr. Digər parasimpatomimetiklər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

32,15 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MEDOTİLİN kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Choline alfoscerate

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 400 mq xolin alfosserat (L-alfa-qliserofosforilxolin şəklində (85%-li yağlı məhlulu)) vardır. Köməkçi maddələr:qliserin, təmizlənmiş su. Kapsul: jelatin, qismən dehidratasiya olunmuş duru sorbitol, titan dioksid, natrium etilparahidroksibenzoat, natrium propilparahidroksibenzoat, sarı dəmir oksidi.

Təsviri

Oval formalı, qeyri-şəffaf, qəhvəyi-sarı rəngli, möhtəviyyatı rəngsiz şəffaf özlü maye olan yumşaq jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Sinir sisteminə təsir edən digər vasitələr. Digər parasimpatomimetiklər. ATC kodu: N07AX02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Xolin alfosserat xolinin daşıyıcısı və fosfatidilxolinin prekursorudur. İnvolyusion psixoüzvi sindromun əhəmiyyətli patogenetik faktoru kimi təsdiq edilən biokimyəvi zədələnmələrə profilaktik və bərpaedici təsir göstərmək qabiliyyətinə malikdir, daha doğrusu xolinergik aktivliyin azalmasına və neyromembranın fosfolipid tərkibinin dəyişməsinə. Xolin alfosseratın (tərkibində 40,5% xolin olan) kimyəvi strukturu və onunla əlaqədar kimyəvi- fiziki xüsusiyyətlər aktiv maddənin əhəmiyyətli ehtiyatını və baş beyinin toxumasının metabolik müdafiəsini təmin edir. Klinikayaqədərki farmakoloji tədqiqatlar və klinik tədqiqatların məlumatları xolin alfosseratın koqnitiv və mnemonik funksiyaya yaxşı təsir göstərdiyini təsdiq etmişdir, eləcə də, pozulmuş beyin involyusion patologiyasının inkişafına səbəb olan emosional vəziyyətin və davranışın göstəricilərinə. Farmakokinetikası Preparat tez və tamamilə mədə-bağırsaq sistemindən sorulur; baş beyin daxil olmaqla, müxtəlif orqan və toxumalarda toplanır. Radioaktiv nişanlanmış yeridilən dozanın ekskresiya 96 saat ərzində böyrəklər vasitəsilə 10% təşkil edir. Preparatın konsentrasiyası baş beyində tritiumla nişanlanmış xolinlə müqayisədə yüksəkdir.

İstifadəsinə göstərişlər

Degenerativ-involyusion beyin psixoüzvi sindromları və ya yaşlı pasiyentlərdə birincili və ya ikincili koqnitiv pozulmalar kimi yaddaşın pozulması, şüurun dumanlanmaı və dezorientasiya, motivasiyanın azalması və inisiativliyin azalması, eləcə də, diqqəti toplama qabiliyyətinin azalması kimi pozuntularla xarakterizə olunan ikincili serebrovaskulyar çatışmazlığın nəticəsi. Yaşlı pasiyentlərdə emosional və davranış sferasında dəyişiklik: emosional qeyri-stabillik, qıcıqlanma, ətraf mühitə qarşı marağın azalması. Yaşlı psevdomelanxoliya.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – hamiləlik.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın istifadəsi üzrə xüsusi göstərişlər yoxdur. Preparatın 1 kapsulunda 1 mmoldan az (23 mq) natrium vardır, daha doğrusu demək olar ki, “natrium yoxdur”. Preparatın 1 kapsulunda 51,051 mq qismən dehidratasiya olunmuş duru sorbitol vardır. Tərkibində sorbitol (və ya fruktoza) olan məhsullarla eyni vaxtda istifadəsi və qida ilə sorbitolun (və ya fruktozanın) istifadəsi zamanı additiv effekti nəzərə almaq lazımdır. Sorbitol peroral qəbul üçün eyni vaxtda istifadə edilən digər preparatların biomənimsənilməsinə mənfi təsir edə bilər. Kapsulun örtüyünə paraben daxildir ki, bu da, allergik reaksiyalara (o cümlədən, ləng tipli) səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələrilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Lakin xüsusi tədqiqatlar teratogen və embrional effektin olmadığını göstərmişdir. Məlumat olmadığı üçün preparatın laktasiya dövründə istifadəsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Medotilin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsir etmir.

İstifadə qaydası və dozası

Medotilin sutkada 2-3 dəfə 1 kapsul daxilə qəbul edilir. Həkim məsləhətilə sutkalıq doza artırıla bilər. Uşaqlar 18 yaşa qədər uşaqlarda xolin alfosseratın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib.

Əlavə təsirləri

Xolin alfosserat bioloji komponentlərin sələfidir, hətta uzun müddətli qəbulu zamanı adətən dözümsüzlük probleminə səbəb olmur. Mümkün ürəkbulanmanın inkişafı (ikincili dopaminergik aktivasiya fonunda baş verdiyi ehtimal edilir) dozanın azaldılmasını tələb edə bilər. Əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər yarandıqda və ya bu bölmədə qeyd edilməyən yeni arzuolunmayan hallar baş verdikdə, müvafiq Milli farmakonəzarət sisteminə məlumat verməlidir.

Doza həddinin aşılması

Doza həddinin aşılmasının simptomları əlavə təsirlərin simptomları ilə eynidir. Doza həddinin aşılmasına şübhə olduqda, preparatın dozasını azaltmaq lazımdır.

Buraxılış forması

Kapsullar. 14 kapsul, blisterdə. 1 və ya 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.

Qeydiyyat vəsiqəsinin sahibi

“WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Medotilin 400 mq N14 kapsul” üçün ilk rəyi siz yazın.