Maqnezium sulfat 20 q toz
| Dərman forması | Toz |
|---|---|
| Farmakoloji təsir | İşlədici vasitə. |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MAQNEZİUM SULFAT daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Magnesium sulfate
Tərkibi
Təsiredici maddə: 1 paketdə 20 q maqnezium sulfat heptahidrat vardır.
Təsviri
Rəngsiz, havada aşınan, prizmatik kristallardır.
Farmakoterapevtik qrupu
İşlədici vasitə. АТC kodu: A06AD04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Daxilə qəbul zamanı işlədici vasitə kimi təsir göstərir (preparatın bağırsaqda pis həll olması nəticəsində, orada yüksək osmotik təzyiq yaranır, bağırsaqda suyun toplanması baş verir, bağırsağın möhtəviyyatı durulaşır, peristaltika güclənir). Ödqovucu təsirə malikdir. Ağır metal duzları ilə zəhərlənmə zamanı antidotdur. Farmakokinetikası Peroral qəbulu zamanı nazik və çənbər bağırsaqda pis sorulur (20%-dən çox olmamaqla), öddən, pankreatik və bağırsaq şirələrindən reabsorbsiyaya məruz qalır. Malabsorbsiya sindromunda və piylərlə zəngin qida qəbulu zamanı maqnezium ionlarının absorbsiyası aşağı düşür. Hüceyrədaxili zülallarla və makroergik fosfatlarla birləşməsi 30 % təşkil edir. Qan plazmasında maksimal konsentrasiyaya 4 saatdan sonra çatır. Maqnezium ionları sümüklərdə, skelet əzələlərində, böyrəklərdə, qaraciyərdə və miokardda; az miqdarda toxuma mayelərində və eritrositlərdə toplanır. Hematoensefalik və plasentar baryerlərdən keçir, ana südündə konsentrasiyası plazmada olduğundan 2 dəfə yüksək olur. Böyrəklər vasitəsilə və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Qəbizliklər, diaqnostik manipulyasiyalardan əvvəl bağırsağın təmizlənməsi. Ağır metal (civə, arsen, tetraetilqurğuşun, barium) duzları ilə zəhərlənmə.
Əks göstərişlər
Yüksək həssaslıq, appendisit, rektal qanaxma, bağırsaq keçməzliyi, mədə-bağırsaq sisteminin kəskin iltihabi xəstəlikləri, dehidratasiya, hipermaqneziemiya, hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürəyin blokadası, miokardın zədələnməsi, xroniki böyrək çatışmazlığı zamanı ehtiyatla istifadə etmək lazımdır. Dərman vaxtaşırı qəbul edilməlidir, sistematik istifadə tövsiyə edilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Peroral antikoaqulyantların (o cümlədən, kumarin törəmələrinin və ya indandion derivatlarının), ürək qlikozidlərinin, fenotiazinlərin (xüsusilə xlorpromazinin) effektini azaldır. Siprofloksasinin, etidron turşusunun, tetrasiklin qrupu antibiotiklərinin (peroral tetrasiklinlərlə absorbsiya olunmayan komplekslər əmələ gətirir) absorbsiyasını azaldır, streptomisinin və tobramisinin təsirini zəiflədir (maqnezium tərkibli işlədici dərman preparatlarını yuxarıda qeyd edilən dərman vasitələrinin istifadəsindən 1-2 saat sonra qəbul etmək lazımdır). Kalsium preparatları ilə (çöküntü əmələ gətirir), etanolla (yüksək konsentrasiyalarda), karbonatlarla, hidrokarbonatlarla və qələvi metalların fosfat duzları ilə, arsenat turşusunun duzları ilə, bariumla, stronsiumla, klindamisin fosfatla, hidrokortizon natrium suksinatla, polimiksin B sulfatla, prokain hidroxloridlə, salisilatlarla və tartratlarla farmasevtik cəhətdən uyuşmazdır (çöküntü əmələ gəlir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişlidir. Əgər laktasiya dövründə dərman vasitəsindən istifadə etmək lazımdırsa, dərman vasitəsini qəbul edərkən ana südü ilə qidalanma dayandırılmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə xəstələr nəqliyyat vasitələrini idarə etməkdən və artan konsentrasiyanı və psixomotor reaksiyaların sürətini tələb edən digər potensial təhlükəli fəaliyyətlərlə məşğul olmaqdan çəkinməlidirlər (diplopiya, başgicəllənmə, baş ağrısı inkişaf riski).
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Böyüklərə sutkada 1 dəfə 20-25 q təyin edilir, preparatı əvvəlcədən 1 stəkan (200 ml) suda həll edərək acqarına qəbul etmək lazımdır. 12 yaşdan böyük uşaqlara sutkada 1 dəfə 10 q təyin edilir. (½ stəkan suda). 6-12 yaşlı uşaqlara 5-10 q təyin edilir (daha doğrusu, 10 q preparatın ½ stəkan suda həll edilməsi ilə hazırlanan məhlulun yarısından tam həcminə qədər). 6 yaşa qədər uşaqlarda preparat, yalnız həkimin təyinatına əsasən istifadə oluna bilər. Uşaqlarda sutkalıq doza 1 yaşa 1 q hesabı ilə təyin edilir. Preparatın imalə şəklində istifadəsi mümkündür (50-100 ml 20-30%-li məhlul). Ağır metal duzları ilə zəhərlənmə zamanı mədə 1%-li maqnezium sulfat məhlulu ilə yuyulur və ya 20 q preparat 1 stəkan (200 ml) suda həll edilərək daxilə qəbul edilir.
Əlavə təsirləri
Ürəkbulanma, qusma, ishal, mədə-bağırsaq sisteminin iltihabi xəstəliklərinin kəskinləşməsi, meteorizm, spastik xarakterli abdominal ağrı, yanğı, elektrolit balansının pozulması (yüksək yorğunluq, asteniya, şüurun dumanlanması, aritmiya, qıcolmalar), böyrək çatışmazlığı şəraitində hipermaqneziemiya (hipermaqneziemiyanın erkən simptomları: bradikardiya, diplopiya, qəfləti “qanaxını”, baş ağrısı, başgicəllənmə, arterial təzyiqin enməsi, ürəkbulanma, təngnəfəslik, dağınıq nitq, qusma, zəiflik).
Doza həddinin aşılması
Simptomları Ağır diareya. Müalicəsi Simptomatikdir.
Buraxılış forması
Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz. 10 q, 20 q və ya 25 q toz, kombinəolunmuş qablaşdırma materiallarından hazırlanmış termolehimlənmiş paketlərdə. Paketlər müvafiq sayda içlik vərəqələrlə birlikdə qrup qablaşdırmaya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Tula Pharmaceutical factory” MMC. Rusiya Federasiyası, 300004, Tula ş., Torxovski keçidi, ev 10. Tel.:/Faks: (4872) 41-04-73.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.