Mastodinon N60 tablet Bionorica
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homoepatik tibbi preparat |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MASTODİNON homeopatik tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində vardır: Agnus castus Ø (Lilac chaste ağacı və ya monk’s pepper ağacı) 162 mq Caulophyllum thalictroides D4 (blue cohosh) 81 mq Cyclamen D4 ( Avropa cyclameni) 81 mq İgnatia D6 (Strychnos İgnatia) 81 mq İris D2(İris versicolor) 162 mq Lilium tigrinum D3 (Tiger lily) 81 mq Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, maqnezium stearat.
Təsviri
Dairəvi, hamar, silindrik formalı, bej rəngli, açıq-qəhvəyi rəngli tabletlərdir. Piqmentasiya mümkündür. Farmokoterapevtik qrupu Homoepatik tibbi preparat.
İstifadəsinə göstərişlər
Kompleks terapiyanın tərkibində simptomatik vasitə kimi: -premenstrual sindrom (süd vəzilərinin gərginliyi); -mastopatiya; -menstrual tsikl pоzğunluqları.
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı maddəyə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə olan qadınlar preparatın istifadəsindən öncə həkimlə məsləhətləşməlidir. Hamiləlik zamanı istifadəsinə dair heç bir göstəriş yoxdur. Tədqiqatlara əsasən, tərkibində Vitex agnus- castus ekstraktı olduğuna görə preparat laktasiyaya təsir edə bilər. Ona görə də Mastodinon preparatı hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qeyd olunmayan simptomlar yarandıqda həkiminizlə məsləhətləşin. Belə simptomlar ciddi xəstəliklərdən xəbər verə bilər. Estrogen xarakterli xərçəng xəstəliyi daşıyıcıları, hipofiz problemləri olan xəstələr preparatın istifadəsindən öncə həkimlə məsləhətləşməlidir. 12 yaşdan aşağı olan uşaqlar dərmandan istifadə etməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, siqaret və içki kimi pis vərdişlər aludəçisi olmaq homeopatik dərmanların təsirini azalda bilər. Qalaktozaya qarşı dözümsüzlük, laktoza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə bu preparatdan istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Vitex Agnus Castusun mümkün dofaminergik və estrogen təsiri səbəbindən dopamin antaqonistləri, estrogenlər və ya antiestrogenlər ilə qarşılıqlı təsir istisna edilə bilməz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
1 tableti su ilə gündə 2 dəfə daxilə qəbul etmək lazımdır. . Menstruasiya dövrü daxil olmaqla mastodinon ən azı 3 ay qəbul edilməlidir Adətən 6 həftədən sonra irəliləyiş nəzərə çarpır. Əgər dərmandan istifadə dayandırıldıqda simptomlar yenidən başlayarsa, həkiminizlə məsləhətdən sonra müalicəni davam etdirməlisiniz. İçkilərlə birlikdə qəbulu Məlumat yoxdur. Preparatın qəbulu unudulduqda Mastodinondan istifadə etməyi unutsanız o zaman yadınıza düşən kimi preparatı qəbul edin. Əgər preparatın qəbulu növbəti dozanın vaxtı ilə üst-üstə düşərsə o zaman yalnız bir doza qəbul edin. Unudulmuş dozanı tamamlamaq üçün 2 dozanı eyni zamanda qəbul etməyin.
Əlavə təsirləri
– Ağır allergik reaksiyalar, sifətdə şişkinlik, təngnəfəslik və udqunma çətinlikləri – Ani səpmə, övrə xəstəliyi, civzə kimi allergik dəri reaksiyaları – Başağrısı, başgicəllənmə – Qusma, qarın ağrısı kimi mədə-bağırsaq problemləri – Menstrual pozğunluqlar. Hiperhəssaslıq hiss etdikdə preparatın istifadəsini dərhal dayandırın.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeydə alınmayıb.
Buraxılış forması
20 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Xüsusi saxlama şəraiti tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
BİONORİCA SE D-92308 Neumarkt/Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.