Maz dlya ran (yara üçün maz) 35 q

Dərman formasıMəlhəm
Farmakoloji təsirYara, trofik xora, furunkul, karbunkul, yanıq və digər dəri zədələrinin sağalması və infeksiylaşmanın qarşısını almaq üçün preparat
İstehsal ölkəsiLatviya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,88 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

YARA ÜÇÜN MƏLHƏM xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 5 mq metilurasil, 20 mq lidokain hidroxlorid, 1,25 mq xinifuril vardır. Köməkçi maddələr: lesitin, etanol, trolamin, karbomer, metilparahidroksibenzoat, təmizlənmiş su.

Təsviri

Gelə bənzər qeyri-şəffaf sarı rəngli kütlədir.

Farmakoterapevtik qrupu

Yara, trofik xora, furunkul, karbunkul, yanıq və digər dəri zədələrinin sağalması və infeksiylaşmanın qarşısını almaq üçün preparat. ATC kodu: D03AX00.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Yara üçün məlhəm – yaraların müalicəsi və infeksiyaların aradan qaldırılması üçün kombinəolunmuş preparatdır. Preparatın təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə şərtləndirilir. Metilurasil (2,4–diokso-metil-1,2,3,4–tetra hidropirimidin) – kimyəvi quruluşuna görə metilurasil nuklein turşularının tərkib hissəsi olan pirimidin törəməsidir. Nuklein turşuları spesifik zülalların sintezində iştirak edən RNT və DNT-nin tərkibinə daxildir. Metilurasil toxumaların regenerasiyasına və epitelizasiyasına səbəb olur. Toxumalarda nuklein turşularının mübadiləsinə müsbət təsir göstərir, iltihab əleyhinə və immunstimullaşdırıcı təsirlərə malikdir. Klinik praktikada həm yerli, həm də sistem istifadə olunur. Yerli istifadəsı zamanı sistem qan dövranına praktiki olaraq absorbsiya olunmur. Lidokain hidroxlorid (2,6-dimetil-N,N-dietil-aminoasetanilid hidroxlorid) yara ağrısını aradan qaldırmaq üçün istifadə edilən yerli ağrıkəsicidir. Sinir uclarına – dəridə olan ağrı reseptorlarına çatdıqdan sonra lidokain hidroxlorid impulsların keçirilməsi üçün lazım olan ion axınına mane olmaqla neyron membranını stabilləşdirir və bununla da yerli ağrıkəsici təsir edir. Məlhəm tərkibindəki xinifurilin sayəsində bakterisid təsirə malikdir. Xinifuril (N-(5-dietilaminopentil-2) – 2-(2-(5-nitrofuril-2) vinil-4-xinolin-karboksiamin). 1 q məlhəmdə 1,25 mq xinifuril var. Nitrofuran qrupundan olan xinifuril kimyəvi quruluşuna görə, xüsusilə də qram(+) mikroorqanizmlərə qarşı, güclü antimikrob təsirə malikdir. Xinifuril bakterisid təsir göstərir – mikrobları məhv edir. Təsir mexanizmi mikrobların dehidrogenaza fermentini zəiflətməklə oksidləşmə-bərpa reaksiyanın balansını pozulması ilə bağlıdır. Xinifuril hidrogen ionlarının akseptoru olduğundan, toxuma tənəffüsü və makroergik birləşmələrinin yaranması proseslərini pozaraq nuklein turşuları ilə kompleks birləşmələr yaradır, nəticədə nuklein turşularının strukturunda dəyişikliklər baş verir, membran zülallarının və tənəffüs fermentlərinin sintezi pozulur. Xinifuril yerli istifadə edilir, rezorbtiv təsiri yoxdur. Əsasən dəri və yumşaq toxuma infeksiyalarını müalicə etmək üçün istifadə olunur. Farmakokinetikası Məlhəm rezorbtiv təsirə malik deyil. Yerli istifadəsı zamanı metilurasil sistem qan dövranına praktiki olaraq sorulmur. Lidokain hidroxlorid mədə-bağırsaq traktından, selikli qişalardan yaxşı sorulur, lakin zədələnməmiş dəridən keçmır.

İstifadəsinə göstərişlər

Məlhəm kombinəolunmuş təsirlı preparat kimi böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda yaraların sağalmasını tezləşdirmək və infeksiyaları aradan qaldırmaq üçün istifadə olunur (dəri zədələnmələri və infeksiyaları, yaralar, cərrahi əməliyyat yaraları, furunkul, karbunkul, yanıqlar).

Əks göstərişlər

− Məlhəmin təsiredici maddələrinə və ya digər komponentlərinə qarşı yüksək həssaslıq − 1 yaşa qədər uşaqlar − Laktasiya dövrü

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Uzun müddətli istifadə olunduqda yüngül qicıqlanma və sensibilizəedici təsiri mümkündür, buna görə də hər gün yara ətrafı dəriyə diqqət edilməlidir. Yara ətrafı dəridə qızartı müşahidə olunarsa, məlhəmin istifadəsi dayandırılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Öyrənilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi risk faktorları tam öyrənildikdən sonra mümkün ola bilər. Laktasiya dövründə preparat istifadə olunarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlhəmin istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Məlhəm dəri səthinə istifadə olunur.Yara təmizləndikdən sonra üzərinə məlhəm hopdurulmuş steril tamponlar qoyulur, tamponlar hər gün dəyişdirilməlidir. 7 gündən 14 günə qədər istifadə edilə bilər.

Əlavə təsirləri

Bütün dərman preparatları kimi, Yara üçün məlhəm də əlavə təsirlər yarada bilər, lakin onlar hamıda müşahidə edilmir. Bütün əlavə təsirlər rastgəlmə tezliyindən asılı olaraq qruplara ayrılmışdır. Hər bir qrupun əlavə təsirləri əhəmiyyətinə görə azalan istiqamətdə qeyd edilir. Daha az hallarda (1000 pasiyentdən 1–10-da). Yüksək həssaslığa malik şəxslərdə dərinin qıcıqlanması və yerli allergik reaksiyalar mümkündür.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında məlumat yoxdur.

Buraxılış forması

35 q məlhəm, alüminium tubda.1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “LMP”, MMC. Vietalvas küç.1, Riqa, LV – 1009, Latviya. [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Maz dlya ran (yara üçün maz) 35 q” üçün ilk rəyi siz yazın.